Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1045/2024 05.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” qərarın və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli “Antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” göstərişin ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(118)- 2315/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” qərarın və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli “Antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” göstərişin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” Qərara əsasən "xxxx" MMC-yə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən 2023-cü ilin iyun, iyul və avqust ayları üzrə əldə edilmiş gəlirin 5 faizi miqdarında, yəni 30441.34 (otuz min dörd yüz qırx bir manat otuz dörd qəpik) manat maliyyə sanksiyası tətbiq edilmiş və müvafiq sənədlərin təqdim edilməsi tələb edilmişdir. Həmin qərar əsasında xx.xx.2023-cü il tarixli “Antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” Göstəriş verilmişdir. Qeyd olunan Qərar və onun əsasında verilmiş Göstəriş tamamilə əsassız, qanunvericiliyin tələblərinə zidd və qərəzli olaraq hazırlanmışdır. Belə ki, Qərarın müəyyən etdi hissəsində göstərilmişdir ki, təqdim edilən sənəd və məlumatların araşdırılması zamanı MMC tərəfindən uyğunluq sertifikatları təqdim edilməmişdir. Eyni zamanda qərarda o da göstərilmişdir ki, Xidmət onun tabeliyində olan “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsindən kolbasa və sosiska məhsullarına verilmiş uyğunluq sertifikatları ilə bağlı məlumatlar alınmış (D/O 3-2 M-1/3-4-DY-515/2023, xx.xx.2023) və MMC-nin istehsalı olan kolbasa və sosiska məhsullarına dair uyğunluq sertifikatlarının olmadığı müəyyən edilmişdir. Göründüyü kimi həmin məlumatlar MMC tərəfindən təqdim edilməsə belə müvafiq dövlət orqanı digər orqanın sərəncamında olan həmin məlumatları əldə edə bilmə imkanına malikdir və hətta həmin orqan Xidmətin tabeliyində olan qurumdur. Uyğunluq sertifikatı ilə bağlı MMC-dən belə bir tələbin olması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə müəyyən edilmiş “Etimad hüququnun pozulması prinsipi”nin pozulması ilə nəticələnmişdir. Belə ki, İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırda Azərbaycan Respublikasında qida məhsullarının istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinin fəaliyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında və onun tövsiyyə və göstərişlərinə əsasən qurulmuşdur. Bu gün kolbasa və sosiska istehsalında mövcud standartların tələbləri tam deyildir və AQTA-nın tövsiyyələrinə əsasən belə məhsulların istehsalı istehsalçıların özlərinin reseptlərinə əsasən hazırlanır və həmin reseptlər AQTA tərəfindən qəbul edilir. Bu əsasla da istehsalçılar fəaliyyətlərini qururlar. Artıq bu hal Azərbaycanda praktika halını almışdır. Qərardan görsənir ki, "xxxx" MMC-yə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən 2023-cü ilin iyun, iyul və avqust ayları üzrə əldə edilmiş gəlirin 5 faizi miqdarında, yəni 30441.34 (otuz min dörd yüz qırx bir manat otuz dörd qəpik) manat maliyyə sanksiyası tətbiq edilmişdir. İlk növbədə o nəzərə alınmalıdır ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bazar subyektlərinə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksix vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyası tətbiq edilir. Qanunda sanksiyanın 5 faizə qədər tətbiq edilməsi nəzərdə tutulduğu halda Xidmət tərəfindən “İnzibati icraat haqqında” AR Qanununda nəzərdə tutulmuş diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydaları pozulmuşdur. Xidmətin bu qərarı MMC-nin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmişdir. Niyə sanksiyanın 5 faizə qədər deyil, birbaşa 5 faiz olması barədə mülahizələr dəqiq və aydın şəkildə əsaslandırılmamışdır. Eyni zamanda D/O3-21-1-1/3- 4-DY-515/2023 nömrəli sənədin nömrəsindən də bilinir ki, bu daxili yazışma əsasında X7 yolu ilə əldə edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçının tələbi rədd edilməli və təmin edilməməlidir. Belə ki, hüquqi ünvanı ünvan 1 Cəmiyyəti (VÖEN: **********) haqqında “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzasların tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış xx.xx.2023-cü il tarixli, 3-21-1/3-1-F-128/2023 nömrəli iş üzrə yaradılmış komissiyanın xx.xx.2023-cü il tarixində keçirilən iclasında "xxxx" MMC-nin direktoru X4 iştirak etmişdir. "xxxx" MMC xx.xx.2023-cü il tarixli 25/2023 nömrəli məktubu (daxilolma qeydiyyatı: 3-21-1/1-18156/2023 xx.xx.2023-cü il) ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə verilmiş əla növ sosiskalar: “Kürə” və “Sosiska” məhsullarına, əla növ bişmiş hisə verilmiş kolbasalar: “Servelat”, "Sarımsaqlı Servelat” məhsullarına, əla növ bişmiş-yarı hisə verilmiş kolbasalar: “Krakovskaya”, “Oxotniçaya”, “Prima”, “Sucuq” məhsullarına, əla növ bişmiş kolbasalar: “Doktorskaya”, “Həvəskar”, “Lyubitelskaya”, “Sarımsaqlı Lyubitelskaya”, “Sinyuqa”, “Toyuq" məhsullarına aid uyğunluq sertifikatlarının surətlərini təqdim etmişdir. Lakin iş üçün əhəmiyyət kəsb edən aşağıdakı sənəd və məlumatlar Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması haqqında” xx.xx.2023-cü il tarixli Qərarı (çıxış nömrəsi; AİBNDX/Q- 172/2023, xx.xx.2023cü il) ilə "xxxx" MMC-dən tələb edilsə də, əsassız olaraq təqdim edilməmişdir: -İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-1/2-11352/2023 nömrəli məktubu ilə tələb olunan sənəd və məlumatların tam təqdim edilməməsinin səbəbləri barədə izahat; - istehsal edilmiş kolbasa və sosiskaların uyğunluq sertifikatları olmadığı təqdirdə etiketlərində uyğunluq nişanının qeyd olunmasının səbəbləri barədə izahat; istehsal edilmiş kolbasa və sosiskaların etiketində və ya qlafında uyğunluq nişanının göstərilməyə (istifadəyə) başlanıldığı tarix (gün, ay, il) barədə məlumat; - istehsal edilmiş kolbasa və sosiskaların etiketində və ya qlafında uyğunluq nişanının göstərilməyə (istifadəyə) başlanıldığı tarixdən (gün, ay, il) hazırkı tarixə kimi həmin məhsulların satışından əldə olunmuş gəlirlər barədə məlumat (ƏDV-siz); -"xxxx" MMC tərəfindən istehsal olunan kolbasa və sosiska məhsullarının satışı ilə əlaqədar bağlanılmış müqavilələrin nümunəvi forması; -bütün fəaliyyət növləri üzrə 2023-cü il may, iyun, iyul, avqust və sentyabr ayları (hazır olduğu təqdirdə) ərzində (hər ay üzrə ayrı-ayrılıqda) əldə edilmiş ümumi gəlirlər (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) barədə cədvəl məlumatı və bunu təsdiq edən sənədlərin (dövlət vergi orqanlarına təqdim edilmiş hesabatlar (X10 Bəyannaməsi və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri; - 2022-ci il üzrə vergi orqanlarına təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin müvafiq qaydada təsdiq olunmuş surəti. İşə baxılma iclası zamanı Xidmətin müvafiq məktubları və qərarı ilə tələb olunan sənəd və məlumatların təqdim edilməməsinin səbəbləri Vüqar Əmrullayevdən soruşulmuşdur. Lakin, "xxxx" MMC tərəfindən sənəd və məlumatların təqdim edilməməsinin səbəbləri barədə heç bir əsaslı məlumat və onu sübut edən faktlar Komissiyaya təqdim edilməmişdir. Xidmətin xx.xx.2023-cü il tarixli 3-21/3-5-44796/2023 nömrəli məktubu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.6.15-ci və “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq "xxxx" MMC-nin (VÖEN: **********) 2023-cü ilin iyun, iyul, avqust və sentyabr (hazır olduğu təqdirdə) ayları üzrə X10 bəyannamələrinin surətləri təqdim edilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən xahiş edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən əldə edilmiş məlumatda (daxiloma qeydiyyatı: 3-21/3-545838/2023 xx.xx.2023-cü il) "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim edilmiş 2023-cü ilin iyun, iyul və avqust “Əlavə dəyər vergisi bəyannamələri”nə əsasən "AY-MİN” MMC-nin (VÖEN: **********) bütün fəaliyyət növləri üzrə son üç ayda, yəni 2023cü ilin iyun, iyul və avqust aylarında əldə edilmiş ümumi gəliri (əlavə dəyər və aksiz vergiləri çıxılmaqla) 608 826,75 manat (altı yüz səkkiz min səkkiz yüz iyirmi altı manat yetmiş beş qəpik) təşkil etdiyi müəyyən edilmişdir. Bununla əlaqədar, Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) haqqında “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzasların tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış xx.xx.2023-cü il tarixli, 3-21-1/3-1-F- 128/2023 nömrəli işə baxılması təxirə salınmış və tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə MMC barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən 2023-cü ilin iyun, iyul və avqust ayları üzrə əldə edilmiş 608 826,75 manat (altı yüz səkkiz min səkkiz yüz iyirmi altı manat yetmiş beş qəpik) gəlirin 5 faizi miqdarında, yəni 30 441,34 manat (otuz min dörd yüz qırx bir manat otuz dörd qəpik) maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, "xxxx" MMC-nin istehsal edib satdığı ət məhsullarının etiketində (qablaşdırılmasında) müvafiq sertifikatları olmadan uyğunluq nişanı vurulmuş, habelə məhsulların etiketində (qablaşdırılmasında) onların saxlama müddətləri və tərkibləri barədə məlumatları dolğun, dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən formada verilməmişdir. Eyni zamanda məhsullarının etiketində (qablaşdırılmasında) müvafiq sertifikatları olmadan uyğunluq nişanının xx.xx.2023-cü il tarixindən əvvəl vurulması əlamətləri vardır. İşə baxma zamanı Komissiya tərəfindən "xxxx" MMC tərəfindən tələb olunan sənəd və məlumatların tam təqdim edilmədiyi, təqdim olunan məlumatlarda uyğunsuzluq olduğu müəyyən edilmiş, işin hərtərəfli və obyektiv araşdırılması üçün əlavə sənəd və məlumatların, habelə dəqiqləşdirilmiş sənəd və məlumatların təkrar tələb edilməsinin zəruriliyi qeyd edilmiş, eyni zamanda tələb olunan məlumatların düzgün və vaxtında verilməməsinə görə məsuliyyət daşıdığı "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X3 nəzərinə çatdırılmışdır. İddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra keçirilmiş növbəti işə baxılma iclası zamanı da xx.xx.2024-cü il tarixinə kimi fəaliyyəti ilə əlaqədar aşağıdakı sənəd və məlumatların İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi tələb edilmişdir: - xx.xx.2023-cü il tarixindən əvvəl kolbasa və sosiskaların markalanmasında istifadə olunan bütün növ etiket və qlafların alışını və onların sifarişini təsdiq edən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surəti; -istehsal edilmiş kolbasa və sosiskaların etiketində və ya qlafında uyğunluq nişanının göstərilməyə (istifadəyə) başlanıldığı tarix (gün, ay, il) barədə dəqiqləşdirilmiş məlumat; -istehsal edilmiş kolbasa və sosiskaların etiketində və ya qlafında uyğunluq nişanının göstərilməyə (istifadəyə) başlanıldığı tarixdən (gün, ay, il) xx.xx.2023-cü il tarixə kimi həmin məhsulların satışından əldə olunmuş gəlirlər (ƏDV-siz) barədə dəqiqləşdirilmiş məlumat; -"xxxx" MMC tərəfindən istehsal olunan kolbasa və sosiska məhsullarının satışı ilə əlaqədar bağlanılmış müqavilələrin nümunəvi forması; -istehsal olunan kolbasa və sosiskaların yararlılıq müddəti barədə istehlakçılara dəqiq və tam başa düşülən formada məlumat verilməməsinin səbəbləri barədə izahat; -“FLAQMAN” əmtəə nişanlı “DOKTORSKAYA” bişmiş kolbasasının etiketində(qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlama müddətində “poliamid süni və ya təbii qlafda qablaşdırıldıqda 30 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, >>) hazırkı tarixə kimi bu rr jhsulların satışından əldə Junmuş gəlir (ƏDV- siz) barədə məlumat; -“FLAQMAN” əmtəə nişanlı “KÜRƏ SOSİSLƏRİ”-nin etiketində (qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlanma şərtlərində “süni poliamid qlafda qablaşdırılmış sosiskalar 25, vakuum qablaşdırıldıqda isə 30 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat; - “FLAQMAN” əmtəə nişanlı “OXOTNİÇAYA” yarım hisə verilmiş kolbasasının etiketində (qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 15, vakuum qablaşdırıldıqda isə 40 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay,il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV- siz) barədə məlumat;- “FLAQMAN” əmtəə nişanlı “Servelat” bişirilmiş hisə verilmiş kolbasasının etiketində (qablaşdırılmasında) göstərilmiş saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 30, vakuum qablaşdırıldıqda isə sutkayadək” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat; - “FLAQMAN” əmtəə nişanlı toyuq bişirilmiş kolbasasının etiketində (qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 30 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat;- “FLAQMAN” əmtəə nişanlı “sosiska” əla növ məhsulun etiketində (qablaşdırılmasında) göstərilmiş saxlanma şərtlərində “süni poliamid qlafda qablaşdırılmış sosiskalar üçün 25, vakuum qablaşdırıldıqda isə 30 sutkadır” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat; -“FLAQMAN” əmtəə nişanlı “Krakovskaya” yarım hisə verilmiş kolbasasının etiketində (qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 15, vakuum qablaşdırıldıqda isə 40 sutkayadəkdir” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat; - “FLAQMAN” əmtəə nişanlı “Sucuk” yarım hisə verilmiş kolbasasının etiketində (qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 15, vakuum qablaşdırıldıqda isə 40 sutkayadəkdir” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat,- “FLAQMAN” əmtəə nişanlı “Lyubitelskaya” bişmiş kolbasasının etiketində (qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 30 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat;-“FLAQMAN” əmtəə nişanlı “Sarımsaqlı" lyubitelskaya bişmiş kolbasasının etiketində (qablaşdırılmasında) göstərilmiş saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 30 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat; “FLAQMAN” əmtəə nişanlı “Həvəskar” bişmiş kolbasasının etiketində (qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 30 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat; -“FLAQMAN” əmtəə nişanlı "Sinyuqa” bişmiş kolbasasının etiketində (qablaşdırılmasında) uyğunluq nişanı vurulmağa, habelə saxlanma şərtlərində “süni və ya təbii qlaflarda 15 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat; “FLAQMAN” əmtəə nişanlı “Prima” yarım hisə verilmiş kolbasasının etiketində (qablaşdırılmasında) göstərilmiş saxlanma şərtlərində “süni və təbii qlaflarda 30 sutka” qeyd edilməyə başlanıldığı tarixdən (tarix göstərilməklə (gün, ay, il) hazırkı tarixə kimi bu məhsulların satışından əldə olunmuş gəlir (ƏDV-siz) barədə məlumat; -bütün fəaliyyət növləri üzrə 2023-cü il noyabr və dekabr ayları (hazır olduğu təqdirdə) ərzində (hər ay üzrə ayrı-ayrılıqda) əldə edilmiş ümumi gəlirlər (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) barədə cədvəl məlumatı və bunu təsdiq edən sənədlərin (dövlət vergi orqanlarına təqdim edilmiş hesabatlar (X10 Bəyannaməsi və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri. İddiaçı iddia ərizəsində qeyd edir ki, Dövlət Xidmətinin istədiyi bütün sənəd və məlumatlar təqdim edilmişdir, bir sıra sənəd və məlumatlar var ki, MMC-nin həmin sənəd və məlumatları təqdim etməsi mümkün olmamışdır. Həmin sənəd və məlumatlar da aidiyyəti qurumlara Dövlət Xidməti tərəfindən müraciət edildiyi halda əldə edilə bilərdi. İddiaçının bu fikri tamamilə qanunsuz və əsassızdır. Belə ki, işə baxma zamanı Komissiya tərəfindən "xxxx" MMC tərəfindən tələb olunan sənəd və məlumatlar tam təqdim edilməmiş, təqdim olunan məlumatlarda uyğunsuzluq olduğu müəyyən edilmiş, işin hərtərəfli və obyektiv araşdırılması üçün əlavə sənəd və məlumatların, habelə dəqiqləşdirilmiş sənəd və məlumatların təkrar tələb edilməsinin zəruriliyi qeyd edilmiş, eyni zamanda tələb olunan məlumatların düzgün və vaxtında verilməsi tələb edilmişdir. İşə baxılma iclası zamanı Xidmətin müvafiq məktubları və qərarı ilə tələb olunan sənəd və məlumatların təqdim edilməməsinin səbəbləri Vüqar Əmrullayevdən soruşulmuşdur. Lakin "xxxx" MMC tərəfindən sənəd və məlumatların təqdim edilməməsinin səbəbləri barədə heç bir əsaslı məlumat və onu sübut edən faktlar Komissiyaya təqdim edilməmişdir. Əlavə olaraq bildirirlər ki, Dövlət Xidmətinin iddiaçıdan tələb etdiyi sənəd və məlumatlar digər orqanlardan hüquqi yardım vasitəsilə alınan məlumatlar deyil və həmin sənəd və məlumatlar "xxxx" MMC- nin səlahiyyətindədir və Dövlət Xidmətinin ətraflı və şəffaf araşdırma apara bilməsi üçün təqdim edilməsi zəruridir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 30 oktyabr 2023-cü il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) haqqında “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzasların tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış xx.xx.2023-cü il tarixli 3-21-1/3-1-F- 128/2023 nömrəli işə baxılmasının təxirə salınaraq xx.xx.2023-cü il saat 15:00-a təyin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-1/3-1-F-128/2023 nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının "Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.2023-cü il tarixli (çıxış nömrəsi: AlBNDX/Q-156/2023, xx.xx.2023-cü il) və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması haqqında” xx.xx.2023-cü il tarixli (çıxış nömrəsi: AİBNDX/Q-172/2023, xx.xx.2023-cü il) Qərarları ilə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən 2023-cü ilin iyun, iyul və avqust ayları üzrə əldə edilmiş 608 826,75 manat (altı yüz səkkiz min səkkiz yüz iyirmi altı manat yetmiş beş qəpik) gəlirin 5 faizi miqdarında, yəni 30 441,34 manat (otuz min dörd yüz qırx bir manat otuz dörd qəpik) maliyyə sanksiyasının tətbiq edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2023-cü il tarixinə kimi fəaliyyəti ilə əlaqədar aşağıdakı sənəd və məlumatların İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli “Antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” göstərişdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3- 21-1/3-1-F-128/2023 nömrəli əmri ilə yaradılmış və xx.xx.2023-ci il tarixli 3-21-1/3-1-F- 137/2023 nömrəli əmrlə tərkibində dəyişiklik edilmiş antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə onun barəsində tətbiq edilmiş 30441,34 manat (otuz min dörd yüz qırx bir manat otuz dörd qəpik) maliyyə sanksiyasını 30 (otuz) gün ərzində qeyd olunan hesaba köçürülməsinin təmin edilməsi tələb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(118)-2315/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh təşkilat tərəfindən müəssisədən kolbasa və sosiska məhsullarının istehsalı sahəsində haqsız rəqabət qanunvericiliyinə əməl olunmasının yoxlanılması məqsədilə lazimi sənəd və məlumatların təqdim edilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən həmin tələbnamədə göstərilmiş müvafiq məlumatlar tam şəkildə inzibati orqana təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçı həmin vaxt qüvvədə olmuş “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin tələblərini pozmuş və nəticədə iddiaçı barəsində mübahisələndirilən qərar qəbul edilmişdir. Belə olan halda iddiaçının tələbi əsassız olduğundan təmin edilə bilməz. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hazırki iş üzrə məhkəmə iclaslarında nümayəndə tərəfindən də bildirilmişdir ki, cavabdehin tələb etdiyi məlumatlar MMC tərəfindən təqdim edilməsə belə, müvafiq dövlət orqanı digər orqanın sərəncamında olan həmin məlumatları əldə edə bilmə imkanına malikdir və hətta həmin orqan Xidmətin tabeliyində olan qurumdur. Uyğunluq sertifikatı ilə bağlı MMC-dən belə bir tələbin olması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə müəyyən edilmiş “Etimad hüququnun pozulması prinsipi”nin pozulması ilə nəticələnmişdir. Belə ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər.Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırda Azərbaycan Respublikasında qida məhsullarının istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinin fəaliyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında və onun tövsiyyə və göstərişlərinə əsasən qurulmuşdur. Bu gün kolbasa və sosiska istehsalında mövcud standartların tələbləri tam deyildir və AQTA-nın tövsiyyələrinə əsasən belə məhsulların istehsalı istehsalçıların özlərinin reseptlərinə əsasən hazırlanır və həmin reseptlər AQTA tərəfindən qəbul edilir. Bu əsasla da istehsalçılar fəaliyyətlərini qururlar. Artıq bu hal Azərbaycanda praktika halını almışdır. Qərardan görsənir ki, "xxxx" MMC-yə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən 2023-cü ilin iyun, iyul və avqust ayları üzrə əldə edilmiş gəlirin 5 faizi miqdarında, yəni 30441.34 (otuz min dörd yüz qırx bir manat otuz dörd qəpik) manat maliyyə sanksiyası tətbiq edilmişdir. İlk növbədə o da nəzərə alınmalıdır ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bazar subyektlərinə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksix vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyası tətbiq edilir. Qanunda sanksiyanın 5 faizə qədər tətbiq edilməsi nəzərdə tutulduğu halda Xidmət tərəfindən “İnzibati icraat haqqında” AR Qanununda nəzərdə tutulmuş diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydaları pozulmuşdur. Xidmətin bu qərarı MMC-nin hüquq və azadlıqlarını əsassız məhdudlaşdırılmasına yönəldilmişdir. Həmin şirkətə bu qədər yüksək cərimələrin tətbiqi müəssisənin maliyyə imkanlarına kəskin şəkildə təsir edir və onlarla işçisi olan şirkətin gələcək fəaliyyətini ciddi şəkildə sarsıdır və potensial olaraq fəaliyyətin dayandırılmasına belə yol açır. Bilindiyi kimi, hazırda haqqında danışılan AR “Haqsız rəqabət haqqında” Qanunu qüvvədən düşmüşdür və onun əvəzinə AR Rəqabət Məcəlləsi qüvvədədir. Hazırki Məcəllə ilə maliyyə sanksiyalarından azadolma və müvafiq güzəştlərin olması nəzərdə tutulsa da əvvəlki qanunvericilik Aktında bu hallar nəzərdə tutulmamışdır. Ona görə də hesab edilir ki, indiki maliyyə sanksiyası iddiaçıya münasibətdə onun vəziyyətini ağırlaşdıran normadır və bu sahədə dövlətin siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti yəni inzibati orqanın siyasəti ilə uyğunsuzluq yaradır. Məhkəmə isə cavabdehin mövqeyindən çıxış edərək mübahisələndirilən Qərarı və müvafiq Göstərişi ləğv etməmişdir. İddia qeyd edilən məqamlara və xüsusatlara aid hissədə tam və düzgün araşdırılmadığından məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir. İddiaçının iddiasının təmin olunmaması zamanı məhkəmə cavabdeh qurum tərəfindən artıq bir dəfə cərimə olunmuş və həmin cərimə məbləği də ödənilmişdir. Bir müəssisəyə davamlı olaraq cərimələrin tətbiqi inzibati orqanın öz gücündən sui-istifadədir. Həmin məqamı tam araşdırmayan məhkəmə mövcud olan sübutlara münasibətdə yalnış hüquqi nəticəyə gəldiyindən məhkəmənin sözügedən qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh inzibati orqan cərimə məbləğinin daha aşağı faizlə tətbiq edilməsinin mümkün olmamasına (5 faizdən aşağı 1,2 və s.) dair hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmənin və cavabdehin əsas sübut kimi istinad etdiyi yanaşmanı pozuntuya qeyri- mütənasib və əsassız hesab edir. Çünki inzibati orqan hamıya maksimal cərimə tətbiq edildiyini və bu formada guya özünün qərəzsizliyini nümayiş etdirdiyini qeyd etmişdir. b) Cavabdeh apellyasiya şikayətinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, hazırki iş üzrə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları tətbiq edilir. Qanunvericilikdə müvafiq icra hakimiyyəti orqanına qəsdən sənəd və məlumatların verilməməsinə görə sanksiyanın nəzərdə tutulması orqanın qanunvericiliyə nəzarət istiqamətində, o cümlədən rəqabətin və digər təsərrüfat subyektlərinin hüquqlarının qorunmasında öz funksiyalarını səmərəli və effektiv həyata keçirilməsinə xidmət edir. Qanunvericiliyin tələbindən göründüyü kimi, düzgün olmayan məlumatın verilməsi və ya lazımi məlumatın verilməməsinin özü bir hüquq pozuntusudur və bu pozuntunu törədən şəxs barəsində yalnız son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Məlumat üçün bildirilir ki, eyni predmetə malik olan digər işlərdə də təsərrüfat subyektləri barəsində tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları tətbiq edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzası müstəqil normadır və Qanunun digər maddələrinin tətbiqindən asılı deyildir. Eyni zamanda bildirilir ki, İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bununla əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına görə məhkəmə baxışının hədləri adlanan İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu maddə “ne ultra petita” prinsipini nəzərdə tutur və inzibati prosesdə dispozitivlik prinsipinin qüvvədə olduğunu bir daha vurğulayır. Həmin norma ilə məhkəməyə münasibətdə müəyyən edilir ki, o, prosesi iddia tələbi əsasında qursun və iddia tələbindən kənara çıxmadan mübahisəni həll etsin. İnzibati prosesdə məhkəmə bir tərəfdən işin hallarının araşdırılması prinsipini, digər tərəfdən isə dispozitivlik prinsipini rəhbər tutmalıdır. Məhz bu prinsip məhkəmə üçün işin hallarının araşdırılması prinsipinin sərhədlərini müəyyən edir. İddia ərizəsinə, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə, habelə etdiyi çıxışlara əsasən də müəyyən edilir ki, iddiaçının niyəti maliyyə sanksiyasının məbləğinin azaldılması deyil, Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli Qərarının ləğv edilməsidir. Buna baxmayaraq bildirilir ki, Dövlət Xidməti tərəfindən tətbiq edilmiş maliyyə sanksiyasının həddi barədə məhkəmənin nəzərinə çatdırılır ki, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlarından biri olan xx.xx.2023-cü il tarixli 2-1(102)-1842/2023 nömrəli Qərarında inzibati orqanın diskresion səlahiyyətlərindən istifadə ilə bağlı aşağıdakı şərtlər öz əksini tapmışdır. -Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. - Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. -Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz. Göründüyü kimi, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən qərarında da, diskresion səlahiyyətlər üzrə bərabərlik və etimad prinsiplərinin tələblərindən irəli gələn bütün subyektlərə qarşı eyni cür yanaşmanın inzibati orqan tərəfindən tətbiqi imperativ tələb kimi göstərilmişdir. Bu tələb özülüyündə qanunvericiliyin mahiyyətindən irəli gəlir. Eyni zamanda qeyd edilməlidir ki, Dövlət Xidmətində analoji məsələ üzrə (antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işlərə baxılarkən sənəd və məlumatların təqdim edilməməsi ilə bağlı) eyni cür inzibati icraat aparılmışdır. Belə ki, fərdi sahibkar X5 barəsində sənəd və məlumatların təqdim edilməməsi ilə bağlı Dövlət Xidməti tərəfindən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən maliyyə sanksiyası tətbiq edilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli Qərar qəbul edilmiş, həmin qərar Teyran Nağıyev tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, son olaraq Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1378/2023 nömrəli qərarı ilə Dövlət Xidmətinin qərarı qüvvədə saxlanılmışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, Ali Məhkəmənin yuxarıda göstərilən qanuni qüvvədə olan qərarı, eyni zamanda inzibati orqanın mövcud inzibati praktikası mövcuddur ki, bunun dəyişdirilməsinə səbəb olacaq hər hansı bir hal yoxdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisələndirilən inzibati akt qəbul edilən zaman qüvvədə olmuşdur) Maddə 2. Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına nəzarət edən orqanlar Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər. Maddə 11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri
1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər. Maddə 12. Maliyyə sanksiyaları
1. Bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir: bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə sanksiyaları; bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək maliyyə sanksiyası; Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə görə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək maliyyə sanksiyaları; Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları.
“Antinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu (mübahisələndirilən inzibati akt qəbul edilən zaman qüvvədə olmuşdur) Maddə 1.1 Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, "Təbii inhisarlar haqqında”, "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ- hüquqi aktlardan ibarətdir. Maddə 3. İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. Maddə 16.1 Müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (mübahisələndirilən inzibati akt qəbul edilən zaman qüvvədə olmuşdur) "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının "Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-İQD N-li (əlavələr və dəyişikliklərlə birlikdə) Qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti şöbəsi (bundan sonra - Antiinhisar orqanı) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu barədə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edir. Bənd 1.1 Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. Bənd 2.1 Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. Bənd 2.2 Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. Bənd 2.3 Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar qəbul edir. Qərar Komissiyanın sədri tərəfindən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir. Bənd 2.4 Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. Bənd 2.10 Komissiyanın iclasında tərəflər, həmçinin Antiinhisar orqanının qərarı ilə işdə iştirak edən şəxslər dinlənilir. Bənd 2.12 Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” qərarın və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli “Antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” göstərişin ləğv edilməsi barədədir. Apellyasiya şikayəti dəlillərindən görsənir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı mübahisələndirilən inzibati aktın ləğvinə nail olmaqdan, bu mümkün omadıqda isə, tətbiq edilmiş cərimənin azaldılmasına nail olmaqdan ibarətdir, hansıkı cavabdeh inzibati orqan apellyasiya şikayətinə etirazında bununla bağlı müvafiq fikirlər bildirmişdir. Qeyd edilənlərə məhkəmə kollegiyası aşağıda, apellyasiya şikayəti dəlilləri ilə birlikdə münasibət bildirəcəkdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz qərarını əsaslandıraraq qeyd etmişdir ki, işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh təşkilat tərəfindən müəssisədən kolbasa və sosiska məhsullarının istehsalı sahəsində haqsız rəqabət qanunvericiliyinə əməl olunmasının yoxlanılması məqsədilə lazimi sənəd və məlumatların təqdim edilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən həmin tələbnamədə göstərilmiş müvafiq məlumatlar tam şəkildə inzibati orqana təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçı həmin vaxt qüvvədə olmuş “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuş və nəticədə iddiaçı barəsində mübahisələndirilən qərar qəbul edilmişdir. Belə olan halda iddiaçının tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının "Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-İQD №-li (əlavələr və dəyişikliklərlə birlikdə) Qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti şöbəsi (bundan sonra - Antiinhisar orqanı) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu barədə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edir. Qaydaların 1.1-ci bəndinə görə Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin müraciətləri əsasında baxır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, antiinhisar orqanı daxil olmuş müraciətlər, məlumatlar əsasında və ya öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırır, antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması ilə bağlı müvafiq Komissiya yaradır. Həmin Komissiya antiinhisar orqanının adından çıxış edir. Komissiya işə baxılma ilə əlaqədar tərəflərdən müvafiq sənəd və məlumatları tələb etmək hüququna malikdir. Komissiya işə baxılmanın nəticəsində mahiyyəti üzrə müvafiq qərar qəbul etmək və həmin qərara uyğun olaraq icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir. Göstərişdə antiinhisar orqanının müvafiq orqanlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən tələb etdiyi qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlər sadalanır. Göstərişlərin ünvanladığı şəxslər tərəfindən yerinə yetirilməməsi qanunla nəzərdə tutulmuş müvafiq nəticələrə səbəb olur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 30 oktyabr 2023-cü il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) haqqında “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzasların tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış xx.xx.2023-cü il tarixli? 3-21-1/3-1-F- 128/2023 nömrəli işə baxılmasının təxirə salınaraq xx.xx.2023-cü il saat 15:00-a təyin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-1/3-1-F-128/2023 nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının "Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.2023-cü il tarixli (çıxış nömrəsi: AlBNDX/Q-156/2023, xx.xx.2023-cü il) və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması haqqında” xx.xx.2023-cü il tarixli (çıxış nömrəsi: AİBNDX/Q-172/2023, xx.xx.2023-cü il) Qərarları ilə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən 2023-cü ilin iyun, iyul və avqust ayları üzrə əldə edilmiş 608 826,75 manat (altı yüz səkkiz min səkkiz yüz iyirmi altı manat yetmiş beş qəpik) gəlirin 5 faizi miqdarında, yəni 30 441,34 manat (otuz min dörd yüz qırx bir manat otuz dörd qəpik) maliyyə sanksiyasının tətbiq edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2023-cü il tarixinə kimi fəaliyyəti ilə əlaqədar aşağıdakı sənəd və məlumatların İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli “Antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” göstərişdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3- 21-1/3-1-F-128/2023 nömrəli əmri ilə yaradılmış və xx.xx.2023-ci il tarixli 3-21-1/3-1-F- 137/2023 nömrəli əmrlə tərkibində dəyişiklik edilmiş antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə onun barəsində tətbiq edilmiş 30441,34 manat (otuz min dörd yüz qırx bir manat otuz dörd qəpik) maliyyə sanksiyasını 30 (otuz) gün ərzində qeyd olunan hesaba köçürülməsinin təmin edilməsi tələb edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə tələb olunan sənədlərin tam təqdim edilməməsi işin mübahisəsiz hallarından birini təşkil edir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, inzibati aktın qəbul edildiyi zaman qüvvədə olan “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən mübahisələndirilən inzibati akt qanuni olmuş, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilkin olaraq iddiaçının hüquqi marağı baxımından iddiaya və apellyasiya şikayətinə münasibət bildirməyi vacib sayır. Yuxarıda qeyd olunduğu kimi apellyasiya şikayəti dəlillərindən görsənir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı mübahisələndirilən inzibati aktın ləğvinə nail olmaqdan, bu mümkün olmadıqda isə tətbiq edilmiş cərimənin azaldılmasına nail olmaqdan ibarətdir. Apellyasiya şikayətinə etirazdan görsənir ki, cavabdeh inzibati orqan isə apellyasiya şikayətində tətbiq edilmiş maliyyə sanksiyasının maksimum həddə tətbiq edilməsindən narazılıq bildirilməsinin tələb ilə uyğunsuzluq təkil etdiyi qənaətindədir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı apellyasiya şikayətində iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş edir və bununla bağlı öz arqumentlərini göstərir. Lakin eyni zamanda tətbiq edilmiş maliyə sanksiyasının qanunvericilikdə müəyyən edilmiş maksimum həddə tətbiq edilməsindən narazı olduğunu bildirir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində mübahisələndirilən inzibati aktın tam ləğv edilməsini istəməsi, eyni zamanda tətbiq edilmiş maliyyə sanksiyasının qanunvericilikdə müəyyən edilmiş maksimum həddə edilməsindən narazı olması iddia tələbinin qismən təmin edilməsinə də razı olması kimi başa düşülə bilər. Bu eyni zamanda mübahisələndirilən inzibati akt ilə qismən razı olma kimi də başa düşülə bilər. Lakin məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianı qismən əsaslı hesab etmək inzibati orqanın hazırkı praktikası baxımından hazırkı şərtlərdə aşagıda qeyd ediləcəklərə əsasən əsaslı hesab edilmir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə ilkin olaraq bildirir ki, apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “---cavabdehin tələb etdiyi məlumatlar MMC tərəfindən təqdim edilməsə belə, müvafiq dövlət orqanı digər orqanın sərəncamında olan həmin məlumatları əldə edə bilmə imkanına malikdir və hətta həmin orqan Xidmətin tabeliyində olan qurumdur. Uyğunluq sertifikatı ilə bağlı MMC-dən belə bir tələbin olması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə müəyyən edilmiş “Etimad hüququnun pozulması prinsipi”nin pozulması ilə nəticələnmişdir.” Məhkəmə kolegiyası iddiaçının bu dəlilini əsaslı hesab etmir. Belə ki, işdən görünür ki, inzibati icraat zamanı tələb edilən sənədlərin təqdim edilməsi üçün şərait yaradılmışdır. İddiaçının təqdim edilməli sənədlərlə bağlı dəlilləri o zaman əsaslı ola bilərdi ki, iddiaçıda həmin sənədlər mövcud olsun və ya onun bu sənədləri vermə imkanı mövcud olsun, lakin həmin sənədlərin təqdim edilməsinin onun iradəsindən asılı olmayaraq verilməsi mümkün olmasın və ya həmin sənədlərin təqdim edilməsi üçün şərait yaradılmasın. Lakin hazırkı işdə belə bir hal müəyyən edilmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən inzibati aktın qanunsuz olması ilə bağlı iddiaçının dəlilləri əsaslı hesab edilmir. İddiaçının iddianın qismən əsaslı olması, yəni ən yuxarı həddə maliyyə sanksiyasının hesablanmasının düzgün olmaması ilə bağlı hüquqi mövqeyinə münasibətdə isə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı şərtlərdə iddiaçının bu mövqeyi də əsaslı hesab olunmur. Belə ki, işin mübahisə olunmayan hallarından biri də ondan ibarətdir ki, inzibati orqan öz praktikasında bu kimi hallarda qanunvericilikdə ona verilən diskression səlahiyyətlərin tətbiqi baxımından digər şəxslərə də ən yuxarı həddə maliyyə sanksiyası tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın bu cür praktika yaratması qanunvericiliklə ona verilən səlahiyyətlərin məqsədinə uyğun istifadə edilməməsi kimi qiymətləndirilə bilsə də, iddiaçıya münasibətdə etimad hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Eyni zamanda iddiaçıya münasibətdə inzibati orqanın öz praktikasını dəyişməli olması ilə bağlı əsaslar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, bu kateqoriya işlərdə formalaşmış məhkəmə təcrübəsi də vardır, hansı ki cavabdeh inzibati orqan müvafiq məhkəmə qərarlarına istinad etmişdir. Məhkəmə kollegiyası ona da münasibət bildirməyi zəruri hesab edir ki, mübahisələndirilən inzibati akt qabul edilən zaman müvafiq tənzimləyici normalarla bağlı qanunvericilikdə ciddi dəyişiklik olmuşdur. Lakin hazırda iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran normalar olmadığına görə bu baxımdan da iddiaçının verdiyi apellyasiya şikayətinin əsaslı olması müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normaların hazırkı işə tətbiqi və qeyd edilən digər əsaslar baxımından birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(118)-2315/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.