Məhkəmə qərarları › İş №2-1(105)-1046/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1046/2025

25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1046/2025 25.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarının N nömrəli hərbi hissəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarının N nömrəli hərbi hissəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və ona məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N5-ci il tarixli N-1(118)-NN07/N5 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 0N8əç nömrəli əmrdən görünür ki, İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.N4-cü il tarixli qərardan görünür ki, İddiaçı ordu sıralarından tərxis edilməsi zamanı məsul və vəzifəli şəxslərin, o cümlədən Şirinov Kənan Diİgəm oğlunun əməllərində Azərbaycan Respublikası CM-nin 313, 341.1, 34N.1 və ya hər hansı digər maddəsinin tərkib əlamətləri olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.N-ci maddəsinə əsasən cinayət işinin başlanılması, X4 ordu sıralarından tərxis edilməməsi müqabilində hər hansı tarixdə və şəratidə İddiaçı rüşvət qismində 600 manat və ya digər məbləğdə pul istəməsi ilə bağlı məlumat öz təsdiqini tapmadığından həmin məlumat üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması, XN N1 iyun N4-cü il tarixdə İddiaçı hərbi hissəni özbaşına tərk etməsi barədə eyni tarixli raportda X6 əvəzinə şəxsi imzasını icra etməsindən ibarət olan əməlində Azərbaycan Respublikası CM-nin 313, 3N0.1, 3N0.N-ci və ya hər hansı digər maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.N-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin birinci müavininin xx.xx.N5-ci il tarixli arayışından görünür ki, həqiqətən ehtiyatda olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, N nömrəli hərbi hissə komandirinin N iyul N4cü il tarixli 0N8əç nömrəli əmrinə əsasən “Hərbi xidmət keçmə haqqında” əsasnamənin 156-cı maddəsinə “e” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq ehtiyata buraxılıb. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığının N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.N4-cü il tarixli 0N8əç nömrəli əmrinin ləğv olunması, onun ordu sıralarına xx.xx.N4-cü il tarixdən bərpa olunması, eləcə də, vurulmuş maddi ziyana görə 3000 manat, mənəvi ziyana görə 15000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarının N nömrəli hərbi hissə komandiri tərəfindən İddiaçı barəsində qəbul edilmiş hərbi xidmətdən ehtiyyata buraxılmasına dair xx.xx.N4-cü il tarixli, 0N8əç nömrəli əmrin ləğv edilməsi, İddiaçı N saylı hərbi hissəsinin 1-ci taborunun N-ci bölüyünün N- ci taqımının N-ci qrupunun kəşfiyyatçıoperatoru vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxdığı dövr üçün əmək haqqı hesablanaraq ona ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 iyun NN-ci il tarixdən Azərbaycan Ordusunun N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş rütbəsində kəşfiyyatçı-operator vəzifəsində xidmət etmişdir. Bundan öncə N019- N1-ci illərdə Azərbaycan Ordusunun 1-ci Ordu Korpusunun N və N nömrəli hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Əsgəri hərbi xidməti zamanı 44 günlük Vətən Müharibəsində iştirak etmiş və döyüşlər zamanı ağır xəsarət almışdır. Döyüşlərdə yaralanmağına, xidmətinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının müharibə veteranıdır. 30 aprel N4-cü il tarixdə ona məlumat verilmişdir ki, N nömrəli hərbi hissəyə təlimə gedəcək. Hazırlaşmaqları üçün tapşırıq verilmişdir. Həmin zaman iddiaçı hərbi hospitalın rəyi ilə sıradankənar idi. Aidiyatı üzrə taborun idarə heyətinə və hərbi hissənin qərargah rəisinə yaxılaşaraq kəskin ağrılarının olduğunu, hərbi hospitalın həkiminin rəyi ilə əməliyyat olunacağını və sıradan kənar olduğunu bildirərək təlimdə fəal iştirak edə bilməyəcəyini bildirmişdi. Daha sonra həmin gün N nömrəli hərbi hissəyə təlim keçmək üçün göndərilmişdir. Qəfildən səhətində döyüşlər vaxtı yaralanmağı səbəbi ilə bağlı ağırlaşma baş vermiş və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müraciət etmişdir. Hərbi hospitalda ola-ola N nömrəli hərbi hissənin qərargah rəisi onu fərari elan etmişdir. Xidməti araşdırma aparıldıqdan sonra üzrlü səbəblərə görə xidmət yerinə gəlmədiyi ortaya çıxdıqdan sonra material arxivə verilmişdir. Lakin ona qarşı daima düşmən mövqedə duran qərargah rəisi onu sıranın qarşısında şəxsi heyətin yanında hərbi qulluqçu kimi təhqir etməsi azmış kimi xidməti otağına çağıraraq 600 azn pul tələb etmişdir ki, ona versin. Həmin pulun yarısını kadrlar bölməsinə yarısını isə özünə götürəcəyini ona deyərək ondan əl çəkəcəyini bildirmişdir. Əks təqdirdə isə onu bütün imkanlarından istifadə edərək ordu sıralarından tərxis edəcəyi ilə hədələmişdir. O isə qərargah rəisinə atasız uşaq olduğunu, anasının xəstə olduğunu, xidməti ilə bağlı heç bir nöqsanının olmadığını bildirərək pulu verə bilməyəcəyini demişdir. Qərargah rəisi isə “get sən baxarsan başına nə oyun açacam deyərək” onu xidməti otağından qovmuşdu. İyun ayının ortasında olan bu söhbətdən təxminən bir ay sonra xx.xx.N4-cü il tarixdə onun N nömrəli hərbi hissə komandirinin 0N8əç nömrəli əmri ilə ordu sıralarından xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı qanunsuz əmr çıxmışdır. Qərargah rəisinə pulunu verə bilmədiyinə görə xidməti uyğunsuzluq damğası ilə ordu sıralarından qanunsuz uzaqlaşdırılması məqsədinə çatması kimi qiymətləndirilməklə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün bilavasitə əsas ola bilər. Həmçinin, onun hərbi xidmətdən ehtiyata buraxılması qərargah rəisinin qanunsuz əməlləri, onun rüşvət tələb etməsi, təhqir etməsi öz vəzifə və səlahiyyətlərindən sui-istifadə etməsi səbəbləri ilə qanunsuz şəkildə təşkil edildiyi kimi, onun hərbi xidmətdən buraxılma prosesi də qanunsuz olaraq həyata keçirilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı öz ərizəsində qanunsuz olaraq ordu sıralarından N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 0N8əç nömrəli əmri ilə tərxis edildiyini və N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə, həmin hərbi hissənin qərargah rəisi- hərbi hissə komandirini müavini vəzifəsində xidmət etmiş mayor Kənan Şirinov tərəfindən təhqir olunduğunu, sonuncunun ondan 600 (altı yüz) manat pul tələb etməsini bildirmişdir. İddiaçı xidmət müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirini 06 aprel N0-ci il tarixli 9 nömrəli qərarı ilə qüvvəyə minmiş “Azərbaycan Ordusunun hərf qulluqçularının etik davranış Qaydaları”nın tələblərini kobud surətdə pozduğuna və onun b əməlləri şəxsi heyətin nizam intizamına mənfi təsir göstərdiyinə görə N nömrəli hərbi hiss komandirinin vəsatəti əsasında N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarix 0N8əç nömrəli əmri ilə ordu sıralarından tərxis edilmişdir. Belə ki, Azərbaycan Respublikası müdafiə nazirinin 06 aprel N0-ci il tarixli 9 nömrə qərarı ilə qüvvəyə mTnmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranı Qaydaları”nın 10-cu bəndində qeyd edilmişdir ki, davranış qaydalarında təsbit edilmiş müddəaların hərbi qulluqçular tərəfindən pozulması hərbi qulluqçuların şərəf məhkəməsində dindirilməsinə əsas ola bilər. 1N iyun N4-cü il tarixdə İddiaçı “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aid şərəf məhkəməsi” keçirilmiş və “xidmətə uyğunsuzluğa görə” ordu sıralarındaı ehtiyata buraxılması qərarı qəbul edilmişdir. İddiaçı hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə 43(nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli 1107 nömrəli göndərişi əsasında Müdafiə Nazirliyinin hərbi həkim komissiyasına göndərilsədə, o, bundan imtina etdiyi üçün xx.xx.N4-cü il tarixdə bu barədə 5N36 nömrəli akt tərtib edilmişdir. İddiaçı ordu sıralarından tərxis olunması səbəbindən söhbətləşmə gəlmədiyi üçün N nömrəli hərbi hissə tərəfindən N iyun N4-cü il tarixli 5318 nömrəli akt tərtib edilmişdir. Həmçinin bildirilir ki, N7 avqust N4-cü il tarixdə İddiaçı eyn məzmunlu ilkin ərizə ilə Sumqayıt hərbi prokurorluğuna müraciət etmiş və araşdırma aparılmasın xahiş etmişdir. Araşdırma zamanı ərizədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından N5 dekabr N4-cü il tarixdə Sumqayıt hərbi prokurorluğunda Azərbaycan Respublikası CPM-nir 39.1.1, 39.1.N və N1N-ci maddələrinin tələbləri rəhbər tutularaq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, hal-hazırda həmin qərar qüvvədə olmaqla, bu barədə İddiaçı məlumat verilmiş, onun ordu sıralarından ehtiyata buraxılması ilə bağlı hə hansı bir qanunsuzluq aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N5-ci il tarixli, N-1(118)-NN07/N5 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aid şərəf məhkəməsinin xx.xx.N4-cü il tarixli qərarına əsasən, 1-ci taborun, N-ci bölüyün, N-ci taqımın, N-ci qrupunun kəşfiyyatçı heyət nəfəri vəzifəsində xidmət edən kiçik çavuş İddiaçı xidməti dövründə yol verdiyi nöqsanlara və kobud intizam pozuntularına görə “Azərbaycan Ordusu sıralarından ehtiyyata buraxılması” qərara alınmışdır. Daha sonra N nömrəli hərbi hissə komandirinin N iyul N4-cü il tarixli, 0N8əç nömrəli əmrinə əsasən “Hərbi xidmət keçmə haqqında” əsasnamənin 156-cı maddəsinin e bəndinə (xidməti uyğunsuzluğa) uyğun olaraq ehtiyata buraxılmışdır. İddiaçı barəsində qəbul edilmiş N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aid şərəf məhkəməsinin xx.xx.N4-cü il tarixli qərarını mübahisələndirməmişdir. Bununla yanaşı “Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş İddiaçı Hərbi Həkim Komissiyasına getməkdən imtina etməsi haqqında” xx.xx.N4-cü il tarixli, 5N36 saylı aktdan isə aydın olur ki, İddiaçı Hərbi Həkim Komissiyasına getməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 14 iyun NN-ci il tarixindən Azərbaycan Ordusunun N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş rütbəsində kəşfiyyatçı-operator vəzifəsində xidmət etmişdir. Bundan öncə N019-N1-ci illərdə Azərbaycan Ordusunun 1-ci Ordu Korpusunun N və N nömrəli hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Əsgəri hərbi xidməti zamanı 44 günlük Vətən Müharibəsində iştirak etmiş və döyüşlər zamanı ağır xəsarətlər almışdır. Döyüşlərdə yaralanmağına, xidmətimə görə Azərbaycan Respblikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən “Cəsur döyüşçü”, “ Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Azərbaycan Respublikasının müharibə veteranıdır. 30 aprel N4-cü il tarixində ona məlumat verilmişdir ki, N nömrəli hərbi hissəyə təlimə getməli və hazırlaşmağı üçün tapşırıq verilmişdir. Həmin zaman hospitalın rəyi ilə sıradankənar idi. Taborun idarə heyətinə və hərbi hissənin qərargah rəisinə yaxınlaşaraq şiddətli ağrılarının olduğunu, hərbi hospitalın həkiminin rəyi ilə əməliyyat olunacağını və sıradan kənar olduğunu bildirərək təlimdə fəal iştirak edə bilməyəcəyini bildirmiş, bu baxmayaraq hərbi hissəyə təlim keçmək üçün göndərilmişdir. Qəfildən səhətində döyüşlər vaxtı yaralanmağı səbəbi ilə bağlı ağırlaşma baş vermiş və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalma müraciət etmişdir. O hərbi hospitalda ola-ola N nömrəli hərbi hissənin qərargah rəisi onu fərari elan etmişdir. Xidməti araşdırma aparıldıqdan sonra üzrlü səbəblərə görə xidmət yerinə gəlmədiyi ortaya çıxdıqdan sonra material arxivə verilmişdir. Bu hadisədən sonra qərargah rəisi sıranın qarşısında şəxsi heyətin yanında hərbi qulluqçu kimi təhqir etmiş, bu az deyilmiş kimi ondan 600 manat məbləğində pul tələb etmişdir və pulu ödəyəcəyi təqdirdə ondan əl çəkəcəyini, ödəmədiyi halda bütün imkanlarından istifadə edərək ordu sıralarından tərxis edəcəyini demişdir. O isə bu məbləğdə pulu verə bilməyəcəyini söylədikdə ona hədə-qorxu gəlmiş “get sən baxarsan başına nə oyun açacam” deyərək onu xidməti otağından qovmuşdur. Bir aydan sonra xx.xx.N4-cü il tarixində onun N nömrəli hərbi hissə komandirinin 0N8əç nömrəli əmri ilə ordu sıralarından xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı qanunsuz əmr çıxmışdır. Verilən əmr əsassız və qeyri-qanunidir, çünki o uyğunsuz heç bir hərəkət etməmiş, hərbi hospitalın rəyi ilə sıradankənar qalmışdır. Bu halda qərargah rəisi öz vəzifəsindən sui-istifadə etmiş, qərəzli şəkildə heç nəyə əsaslanmadan əmr çıxarılmasını təşkil etmişdir. Sumqayıt İnzibati Məhkəməsi isə döyüşlərdə yaralandığını və daimi müalicəyə ehtiyacı olduğunu və dövlət büdcəsi hesabına müayinə və müalicəyə əməliyyata hal-hazırda da ehtiyacı olduğunu nəzərə almamışdır. Ona qarşı sürülmüş bütün iddalar qanunsuz və əsassızdır. Hərbi qulluqçu olaraq heç pozuntu və yaxud yuxarı vəzifəli hərbi qulluqçulara qarşı qeyri-etik davranışlar xidməti müddətim ərzidə heç vaxt istifadə etməmişdir. Lakin bu gün ki, gün ona qarşı qərəzli mövqe göstərilir. Daima nizaminzamlı hərbu qulluqçu olmuşdur. Məqsədi yalnız vətəninə xalqına xidmət etmək olub. Yüksək keyfiyyətli xidmətinidə, N-ci Qarabağ döyüşlərində layiqincə yerinə yetirmişdir. Bu gündə tam döyüşə hazır hərbi qulluqçu olduğu üçün fəxr edir. Lakin çox təssüff ki, buna nə xidmət göstərdiyi hərbi hissə komandanlığı nə də məhkəmə tərəfindən qiymət verilməmişdir və hərbi qulluqçu və Azərbaycan Respublikasının vətəndaşı kimi bütün hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. ... “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə N4. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Maddə 37.N. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəni Azərbaycan Respublikasının müdafiəçisidir. Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur. Hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli; ona tapşırılmış silahları, döyüş texnikasını və digər texnikanı mükəmməl bilməli, həmçinin hərbi əmlakı və xalq əmlakını qorumalı; ağlabatan təşəbbüslər göstərməli; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməli; döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməli, həyatını əsirgəmədən təhlükədən xilas etməli; sayıq olmalı, dövlət sirrini ciddi surətdə saxlamalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları (dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna olmaqla) yaymamalıdır. Hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır.

193. Bölükdə səhər baxışı və axşam yoxlanışı zamanı bölük komandiri və ya bölüyün zabitlərindən biri olduqda, bölük başçavuşu baxışın (yoxlanışın) nəticələri barədə ona məlumat verir. Səhər baxışından və axşam yoxlanışından sonra bölük növbətçiləri alay (briqada) növbətçisinin yanına gəlib ona baxışda (yoxlanışda) olmayanların sayı haqqında məlumat verir və özbaşına gedənlər varsa, onların soyadlarını bildirirlər. N4N. Alay (briqada) növbətçisi axşam yoxlanışından və səhər baxışından sonra bölmə növbətçilərindən raportları qəbul edir, axşam yoxlanışında olmayanlar haqqında məlumat, özbaşına gedənlər olduqda isə onların siyahısını tərtib edir. O, səhər raportundan sonra bu siyahını və həbs edilənlərin siyahısını alay (briqada) komandirinə təqdim edir.

379. Hərbi qulluqçu öz xəstəliyini gizlətməməlidir. O, xəstələndikdə bu barədə dərhal öz bilavasitə rəisinə məlumat verməyə və onun icazəsi ilə tibbi yardım almaq üçün alay (briqada) tibb məntəqəsinə müraciət etməyə borcludur. Xəstələnənlərə həkim (feldşer) baxdıqdan sonra xəstəliyinin xarakterindən asılı olaraq müalicə üçün alay (briqada) tibb məntəqəsinə, hərbi hissədən kənarda olan müalicə müəssisəsinə (qospitala, xəstəxanaya) göndərilir, yaxud onlara ambulator müalicə təyin edilir.Zabitlər, gizirlər və müddətindən artıq xidmət çavuşları həkimin rəyi ilə müalicə üçün evdə də qala bilərlər.

380. Hərbi qulluqçunun xəstəliyinə görə onun xidmət vəzifəsini yerinə yetirməkdən (məşğələdən) azad edilməsi barədə icazəni həkimin (feldşerin) rəyinə əsasən bölmə hərbi hissə, yaxud komandiri verir. Zabitlərin və gizirlərin xidmət vəzifələrini yerinə yetirməkdən (məşğələlərdən) azad edilmələri, sağaldıqdan sonra isə işə çıxmaları alay (briqada) üzrə verilən əmrlə elan edilir. Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X1” İİİ fəsil. Hərbi intizamın pozulmasına görə cəzalar

43. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər.

50. Müddətindən artıq xidmət çavuşlarına: a) məzəmmət;b) töhmət;v) şiddətli töhmət;q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs;ğ) əlaçı döş nişanından məhrum etmə;d) öz vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq;e) aşağı vəzifəyə keçirmə;ə) hərbi rütbəsini bir pillə aşağı salma;c) hərbi rütbəsini bir pillə aşağı salmaqla yanaşı, aşağı vəzifəyə keçirmə;z) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma;i) sülh dövründə çavuş hərbi rütbəsindən məhrum etməklə ehtiyata buraxma cəzaları verilə bilər.

85. Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.

86. Həbs son təsir tədbiridir və bir qayda olaraq, komandirin (rəisin) istifadə etdiyi digər tədbirlər istənilən nəticəni vermədiyi hallarda tətbiq edilir.

87. Komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir.

88. Eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır.

89. Dəfələrlə nalayiq hərəkətlər etdikdə, hərbi intizamın və ictimai asayişin qrup halında pozulmasında iştirak etdikdə, nalayiq hərəkəti xidməti vəzifəsini yerinə yetirərkən, döyüş növbəsində olarkən, ya da sərxoş halda törətdikdə, nalayiq hərəkət ictimai asayişin kobud surətdə pozulmasına gətirib çıxartdıqda hərbi qulluqçuya verilən intizam cəzası ciddiləşdirilir.

90. Əgər rəis tabeliyində olanın törətdiyi nalayiq hərəkətin ağırlığına görə ona verilən cəza üçün özünün intizam səlahiyyətini kifayət saymırsa, rəis özündən böyük rəisin intizam səlahiyyətindən istifadə etmək üçün vəsatət qaldırır.

91. Öz intizam cəzası vermək səlahiyyətini aşmış rəis bunun üçün məsuliyyət daşımalıdır. 9N. Kiçik rəis öz intizam səlahiyyətini aşmayıbdırsa, onun verdiyi intizam əzasını böyük rəisin ləğv etmək və yaxud yüngülləşdirmək hüququ yoxdur. Böyük rəis müəyyən etsə ki, törədilən nalayiq hərəkət üçün kiçik rəisin verdiyi cəza kifayət deyildir, onun bu cəzanı ləğv edib, təqsirkara daha ciddi cəza vermək hüququ vardır.

93. Hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəisin məlumat aldığı gündən — bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən — 10 sutka keçənə qədər verilməlidir.

94. Sutkalıq naryadın (döyüş növbətçiliyinin) tərkibinə daxil olan şəxslərə xidmət vaxtı törətdikləri nalayiq hərəkətlər üçün intizam cəzaları naryad (döyüş növbətçiliyi) qurtarandan, yaxud onlar dəyişdirildikdən sonra verilməlidir.

95. Sərxoş halda olan təqsirkara intizam cəzasının verilməsi, yaxud ondan hər hansı bir izahat tələb edilməsi onun sərxoşluqdan ayılmasına qədər təxirə salınmalıdır. Bu məqsədlə sərxoş halda olan şəxs bir sutkaya qədər hauptvaxtda və ya müvəqqəti saxlama kamerasında saxlanılır, sonra onun məsuliyyəti haqqında qərar qəbul edilir. İntizam cəzalarının icra qaydası

96. İntizam cəzaları bir qayda olaraq dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayaraq icra edilir. Verilmiş intizam cəzası bir ay keçdikdən sonra icra edilmir, lakin təqsirkarın xidmət vərəqəsinə yazılır. Bu halda icranı təmin etməyən şəxs məsuliyyət daşımalıdır.

97. Verilən intizam cəzasından şikayət edilibsə, böyük rəisin bu cəzanı ləğv etmək barədə sərəncamı olana qədər cəzanın icrası dayandırılmır. .... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N5-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq hərbi hissənin N iyun NN-ci il tarixli 165 nömrəli Əmri əsasında iddiaçı hərbi hissənin şəxsi heyətinə daxil edilmiş, vəzifəsinin icrasına başlanılmış, N iyun NN-ci il tarixli 186 nömrəli Əmr əsasında kəşfiyyatçı-operator vəzifəsinə təyin edilmişdir. İş materialarından görünür ki, iddiaçı 30 aprel N4-cü il tarixli 133 nömrəli Əmr əsasında başqa hərbi hissəyə ezam edilmiş, N9 may N4-cü il tarixli 164 nömrəli Əmr əsasında ezam müddəti 15 gün artırılmış, 1N iyun N4-cü il tarixli 181 nömrəli Əmr əsasında iddiaçı ezamiyyətdən qayıtmış, qazan təminatına qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. İş materiallarından görünür ki, N1 iyun N4-cü il tarixli 193 nömrəli Əmr əsasında iddiaçının N1 iyun N4-cü il tarixdə saat 1N:00 radələrində xidmət yerindən özbaşına getdiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş, bütün təminat növləri dayandırılmış, NN iyun N4-cü il tarixli 194 nömrəli Əmr əsasında iddiaçının N1 iyun N4-cü il tarixdə saat 17:00 radələrində xidmət yerinə gəlmiş hesab edilmiş, bütün növ təminatlara qoyulmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində xx.xx.N4-cü il tarixdə şərəf məhkəməsində dinlənilməsi barədə sərəncam verilməsinə dair müvafiq taborun komandiri tərəfindən raport tərtib edilmiş, səbəb kimi iddiaçının dəfələrlə xidmət yerinə gəlməməsi, xidmət yerini özbaşına tərk etməsi, xidmət yerinə gecikmə hallarına yol verilməsi, sağlamlıq durumunun yaxşı olmamasının bəhanə gətirilməsi, dəfələrlə döyüş hazırlığı tədbirlərindən və komando bölmələrinin mobilləşdirilməsi kursundan yayınmağa çalışılması, bununla bağlı tutulan iradlardan və verilmiş intizam cəzalarından heç bir nəticə çıxartmaması qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı barəsində xidməti xasiyyətnamə tərtib edilmiş, iddiaçının xidmət etdiyi dövrdə özünün intizamsız aparması,komandir və rəislərin verdiyi əmr və göstərişləri vaxtında və dəqiq yerinə yetirə bilməməsi, hərbi nəzakət, davranış qaydalarını zəif bilməsi, hərbi nizamnamələrin tələblərini zəif bilməsi, gündəlik xidmətində onların tələblərinə əməl etməkdə çətinlik çəkməsi, xidməti laqeyd münasibət göstərməsi, tənqidlərdən düzgün nəticə çıxara bilməməsi, öz nəzəri və praktiki biliklərinin artırılması istiqamətində çalışmaması, komando bölmələrinin mobilləşdirilməsi kursunda iştirak etməkdən sağlamlığını bəhanə gətirərək, yayınması, şəxsi mənafelərini xidməti mənafelərindən üstün tutması qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus şəxsi işin materialları tələb edilərək, tədqiq edilmişdir. Şəxsi işin materiallarından görünür ki, iddiaçı barəsində müvafiq bayramlarla əlaqədar olaraq “Fəxri Fərman” və “əvvəllər verilmiş intizam cəzasının götürülməsi” növündə həvəsləndirmə tədbirləri, habelə xidmət etdiyi NN-N4-cü illər ərzində yol verdiyi intizam pozuntularına görə intizam tənbeh tədbirləri tətbiq edilmişdir. Şəxsi işin materiallarından görünür ki, iddiaçı barəsində NN-ci ildə səhər yerbəyerinə vaxtında çıxmadığına görə “şiddətli töhmət”, geyim qaydasını pozduğuna görə “töhmət”, səhər düzülüşünə gecikdiyi üçün “şiddətli töhmət”, N3-cü ildə xidməti yerini özbaşına tərketməsi və xidməti vəzifəsinə laqeyd yanaşmasına görə “şiddətli töhmət”, növbəni düzgün təşkil etmədiyinə görə “şiddətli töhmət”, saç düzümü səliqəsiz olduğuna görə “şiddətli töhmət”, səhər yerbəyerinə gecikdiyinə görə üç dəfə ayrı-ayrı vaxtlarda “şiddətli töhmət”, informasiya təhlükəsizliyi və məxfilik rejiminin tələblərini kobud şəkildə pozduğuna görə “vəzifəsinə uyğu olmaması barədə xəbərdarlıq”, xidmət yeriniə gəlməmə və xidməti vəzifəsinə laqeyd yanaşmasına görə “töhmət”, günün nizam qaydasını pzoduğuna görə “şiddətli töhmət”, qarşılıqlı münasibətləri pozduğuna görə “şiddətli töhmət”, N4-cü ildə səhər düzülüşünə gecikdiyinə görə ayrı-ayrı vaxtlarda “töhmət” və “şiddətli töhmət”, xidmət yerinə gəlmədiyinə görə “şiddətli töhmət” (xx.xx.N4-cü il tarixdə) intizam tənbeh tədbirləri tətbiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı barəsində 1N iyun N4-cü il tarixdə şərəf məhkəməsi keçirilmiş, bu barədə protokol tərtib edilmiş, məhkəmənin keçirilməsinə əsas olmuş hal kimi iddiaçının xidmət etdiyi dövrdə özünün intizamsız hərbi qulluqçu kimi göstərməsi, verilən əmr və tapşırıqları vaxtında yerinə yetirməkdə çətinlik çəkməsi, dəfələrlə xidmət yerinə gəlməmə və öz xidməti yerini özbaşına olaraq tərketmə kimi kobud pozuntulara yol verməsi, hərbi nizamnamələrin tələblərini zəif bilməsi, komandirlərə tabe olma bacarığının olmaması, bilik və bacarıqlarını daimi təkminləşdirməyə çalışmaması, dəfələrlə xidmət yerinə gecikməsi, ona verilən tapşırıqlara məsuliyyətsiz yanaşması hallar olmuşdur. Həmçinin, şərəf məhkəməsinin keçirilməsinə dair iclas protokolunun məzmunundan görünür ki, iddiaçı məhkəməyə dəvət edilsə də, gəlməkdən imtina etdiyindən fikrinin dinlənilməsinin mümkün olmamış, habelə iddiaçı ilə bu barədə fərdi söhbətlər aparılsa da, heç bir nəticə olmamış, müsbət tərəfə dönüş etmədiyindən, onun barəsində ordu sıralarından ehtiyata buraxılması təklif edilmişdir, nəticədə bu barədə qərar qəbul edilmişdir, İş materiallarından görünür ki, müvafiq hərbi hissə komandirinin göstərişi ilə hərbi xidmətə yararlığının müəyyən edilməsi üçün iddiaçının Hərbi Həkim Komissiyasına göndərilməsi barədə göndəriş olsa da, iddiaçı bundan imtina etmiş, bu barədə N1 iyun N4-cü il tarixli akt tərtib edilmişdir İş materiallarından görünür ki, iddiaçı barəsində tibbi xasiyyatnamə tərtib edilmiş, onun məzmununda iddiaçının hərbi hissədə xidmət etdiyi müddətdə stasionar müalicə və müayinədə olmaması qeyd edilmişdir. İş materiallarında görünür ki, müvafiq hərbi hissənin komandirinin N5 fevral N3-cü il tarixli 63 nömrəli Əmri əsasında iddiaçı barəsində N5 fevral N3-cü il tarixdə saat 14:00 radələrində xidmət yerini özbaşına tərk etdiyi üçün bütün növ təminatları dayandırılmış, N7 fevral N3-cü il tarixli 65 nömrəli Əmr əsasında N7 fevral N3-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəmiş hesab edilmiş, bütün növ təminatlara qoyulmuşdur. İş materiallarından görünür ki, müvafiq hərbi hissənin komandirinin N may N4-cü il 139 nömrəli Əmri əsasında iddiaçının N may N4-cü il tarixdə saat 08:00 radələri xidmət yerinə gəlmədiyi üçün ezamiyyətə gələnlərin siyahısından çıxarılmış, xidmət yerini özbaşına tərk etdiyi üçün bütün növ təminatları dayandırılmış, 07 may saat 08:00 radələrində ezamiyyətə gələnlərin siyahısına salınmış, 07 may N4-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəmiş hesab edilmiş, bütün növ təminatlara qoyulmuşdur. İş materiallarından görünür ki, cavabdeh inzibati orqanın N iyul N4-cü il tarixli 0N8əç nömrəli Əmr əsasında iddiaçı Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.N4-cü il tarixli qərarın məzmunundan görünür ki, iddiaçının hərbi hissənin məsul vəzifəli şəxslərinin qnaunsuz hərəkətlərinə məruz qalması, habelə həmin şəxslərin barəsində CM-nin 313,341.1,34N.1-ci maddələrinə əsasən cinayət işinin başlanması ilə bağlı ərizəsi üzrə cinayət hadisəsinin öz təsdiqini tapmadığından və cinayət tərkibinin əlamətləri olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İddiaçının hazırda hüquqi marağı məhz onun hərbi xidmətdən ehtiyata buraxılması barədə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş N iyul N4-cü il tarixli Əmrin ləğv edilməklə, xidmətə bərpa edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqının ona ödənilməsinə nail olmaqdan ibarətdir. İddiaçı iddia tələbinin əsası kimi səhhətində döyüş zamanı aldığı yaralanma ilə bağlı ağırlaşmalar olması, bu barədə hospitala müraciət etməsi, üzrlü səbəblərə görə xidmət yerinə getməməsi, buna baxmayaraq həmin halın nəzərə alınmaması, komandanlığın ona qarşı qanunsuz hərəkərlər etməsi (bunun müqabilində pul istəməsi), ona qarşı qərəzli olması, təhqiredici hərəkətlər edilməsi kimi hallara istinad etmişdir. Kollegiya iddianın əsaslılığı ilə bağlı onu qeyd edir ki, hərbi qulluqçunun xidmət etdiyi dövrdə qanunvericilik normasının tələblərinə, habelə xidməti nizamnamə ilə müəyyən edilmiş davranış qaydalarına riayət etməsi, ona uyğun davranış nümayiş etdirməsi, xidmət yerini özbaşına tərk etməməsi onun əsas vəzifəsi kimi çıxış edir. Başqa sözlə desək, hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli; ona tapşırılmış silahları, döyüş texnikasını və digər texnikanı mükəmməl bilməli, həmçinin hərbi əmlakı və xalq əmlakını qorumalı; ağlabatan təşəbbüslər göstərməli; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməli; döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməli, həyatını əsirgəmədən təhlükədən xilas etməli; sayıq olmalı, dövlət sirrini ciddi surətdə saxlamalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları (dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna olmaqla) yaymamalıdır. İşin yuxarıda müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hərbi xidmətdə xidmət etdiyi NN-N4-cü illərə aid dövrdə dəfələrlə sözügedən davranış qaydalarının pozulması halına yol vermiş, ayrı-ayrı vaxtlarda yol verilmiş pozuntulara görə intizam tənbeh tədbirləri tətbiq edilmiş, hətta həmin davranış qaydalrından ən kobud pozuntu kimi qiymətləndirilən “xidmət yerini özbaşına tərk etmə” pozuntusuna bir neçə dəfə yol vermişdir. Halbuki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən xidmət yerini özbaşına tərk etmə xarakter etibarilə (dövlət və ictimai təhlükəsizliyin təmini baxımından) kobud pozuntu kimi çıxış etməklə, xidmət yerinin tərk edilməsinə əsas olan hər hansı halın baş verdiyi halda bunun müvafiq nizamnamə qaydalarına uyğun olaraq rəsmiləşdirilməsi halında mümkünlüyü barədə hərbi qulluqçu kimi iddiaçı tam məlumatlı olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən xidmət etdiyi dövrdə bu pozuntulara dəfələrlə yol vermiş, həmin pozuntulara görə dəfələrlə intizam tənbeh tədbirləri görülmüş (bu barədə əmrlər iddiaçı tərəfindən mübahisələndiirlməmişdir), sonuncu dəfə bu halın baş verməsini üzrlü səbəbdən olması, bu barədə məlumat verməsi kimi hallarla əsaslandırsa da, həmin hala dair (həkim rəyi və s.) məhkəməyə təqdim edə bilməmişdir. Əksnə işin müəyyən edilmiş halları əsasında iddiaçının xidmət yerini özbaşına tərk etməsi və bunun hər hansı üzrlü səbəbdən baş verməsi halının mövcud olmaması aşkar olmaqla, bunun əksini müəyyən edən hal aşkar edilməmişdir. Kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qaydaların tələbinə əsasən dəfələrlə nalayiq hərəkətlər edilməsi hərbi qulluqçuya verilən intizam cəzası ciddiləşdiirlməsinə səbəb olmaqla, görülən tədbirlər nəticəsində hər hansı təsirin olmamsı halı onun barəsində daha ciddi (ağır) intizam tənbeh tədbirinin tətbiqi üçün əsas hesab edilir. İndiki halda iddiaçı barəsində müvafiq qaydaların tələblərini dəfələrlə pozması, onun barəsində hərbi xidmət etdiyi dövrdə dəfələrlə görülmüş intizam tənbeh tədbirlərindən hər hansı müsbət nəticə əldə edilməməsi halı işin müəyyən edilmiş halları əsasında aşkar görünməklə, cavabdehin hərəkətlərinin qanunliyini və Əmrin əsaslılığını müəyyən etməyə imkan verir. Bundan əlavə, iddiaçının istinad etdiyi digər hallar (ona qarşı qərəzliliyin olması, qanunsuz hərəkətlərə yol verilməsi) isə iş materiallarında olan və tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında təkzib olunmaqla, iddiaçı tərəfindən həmin hala dair də heç bir sübut təqdim edilməmiş, habelə məhkəmə araşdırması zamanı da həmin halların müəyyən edilməsi mümkün olmamışdır. Nəticə etibarilə iddiaçının istinad etdiyi hallar işin müəyyən edilmiş halları əsasında təkzib edildiyindən və hər hansı sübuta əsaslanmamaqla, öz təsdiqini tapmadığından iddianının əsaslılığını müəyyən edən hal kimi çıxış etməmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçı barəsində xidmət etdiyi dövrdə yol verdiyi (dəfələrlə) pozuntulara görə tətbiq edilmiş tənbeh tədbirlərinin nəticəsində heç bir müsbət təsiri olmadığından, sonuncu olaraq xidmət yerini özbaşına tərk etmə pozuntusuna yol verdiyindən (bundan öncə də bu pozuntuya yol vermiş), habelə onun hərbi xidmət dövründə davranışını xarakterizə edən hallar (hərbi xidmətə münasibəti, yanaşması) onun barəsində tətbiq edilmiş ehtiyata buraxılma təbdirinin yol verilmiş pozuntunun xarakterinə və ağırlıq dərəcəsinə uyğunluğunu müəyyən etməyə imkan verir Nəticə etibarilə kollegiya qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində müvafiq Əmrin qəbul edilməsi ilə bağlı hərəkətlərinin qanunvericiliklə müəyyən edilmiş norma və qaydaların tələbləri baxımından da dəyərləndirildikdə, hər hansı qanun normasının pozuntusunun baş verməsi halı müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının iddia tələbinin və şikayətin əsası kimi istinad etdiyi hallar əsassız olmuş, cavabdehin iddiaçı barəsində qəbul etdiyi Əmr qanuni və əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət vermişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N5-ci il tarixli N-1(118)-NN07/N5 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 10N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar