Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1047/2024 15.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı (Açar sözlər: məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi-hakim X7, hakimlər Quliyev İsmayıl Rza oğlu və X3 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı “övladı X4 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3719/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Hüseynzadə Ömər oğlunun atası - İddiaçı, anası X5r. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. xx.xx.2007-ci il təvəllüdlü X1 anası X2 qeydiyyatı ünvan 1 ünvanında olduğu üçün övladınıza məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi Komitənin imkanı xaricindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2007-ci il tarixdə anadan olmuş oğlu X4 “məcburi köçkün” statusunun müəyyən edilərək, ona bu barədə vəsiqə verilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsilə birlikdə 1993-cü ildə məlum hadisələrlə əlaqədar yaşadığı Füzuli şəhərindən məcburi köçkün olaraq çıxmış və hazırda Abşeron rayonunda qaçqın şəhərciyində məskunlaşmışdır. xx.xx.2006-cı il tarixdə Bakı şəhər sakini X8 ilə ailə həyatı qurmuş, rəsmi nikahdan 3 uşağı var. xx.xx.2007-ci il təvəllüdlü oğlu X9 onunla birlikdə yaşamaqla o da onlar kimi məcburi köçkün kimi qeydiyyatdadır. Bu fakt xx.xx.2024-cüil tarixli 1352 saylı arayışı ilə də təsdiq edilir. Bundan əlavə, oğlu Ömər Hüseynzadənin adına xx.xx.2024-cü il tarixdə AA5582638 nömrəli şəxsiyyət vəsiqəsi verilmiş və qeydiyyat yeri kimi Füzuli rayonu, Horadiz şəhəri göstərilmişdir. Bu sənədlərlə cavabdehə müraciət edərək oğlu Ö.Hüseynzadənin adına “məcburi köçkün” statusu və buna dair vəsiqə verilməsini xahiş etmiş, cavabdeh özünün xx.xx.2024-cü il tarixli imtina məktubu ilə ərizəni təmin etməkdən imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, hazırkı inzibati iş üzrə iddia ərizəsi qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada məhkəməyə təqdim edilməmişdir. İddiaçı X1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə məhz öz adından müraciət etmişdir. X9 isə məhdud fəaliyyət qabiliyyətli şəxsdir. Qanunvericilik normalarının məntiqi yekunu olaraq qeyd olunmalıdır ki, X9 məhdud fəaliyyət qabiliyyətli şəxs olduğundan, hazırkı iddia tələbi üzrə iddiaçı qismində özü çıxış etməli, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalı idi. Digər tərəfdən X4 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, X1 atası İddiaçı məcburi köçkün statusuna və onu təsdiq edən sənədə (vəsiqə) malikdir, X1 atası İddiaçı ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır, X1 anası X8 məcburi köçkün statusuna və onu təsdiq edən sənədə (vəsiqə) malik deyildir, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.X1 atası İddiaçı yaşayış yeri üzrə qeydiyyat ünvanı 1994-cü il tarixində işğaldan azad olunmuş Füzuli rayonu, Horadiz şəhəri olduğundan və həmçinin X2 yaşayış yeri üzrə qeydiyyatı “Bakı şəhəri” olduğundan “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3719/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, X4 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə həvalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qaydalarda nəzərdə tutulmuş “valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan” anlayışı ən azından Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd kimi qiymətləndirilməklə bu əsas üzrə işin hallarına münasibətdə tətbiq edilə bilməzdi. Həmin maddəyə əsasən, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət (...) cinsindən (...) asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. İddiaçının övladı 2007-ci il təvəllüdlü olmaqla müvafiq olaraq 2007-ci ildən məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuş və bu məsələlər istinad olunmuş Qaydalarda tənzimlənmişdir. Hər iki hüquqi aktın yuxarıda istinad edilmiş əlaqəli təhlili isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Məhkəməyə təqdim edilən Füzuli Rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş 5-43-11/2-672/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, X9 aylıq müavinət (yemək xərci) alır. Hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş hüquqi aktların tələblərinin tətbiq edilməli olduğu nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair” Təlimatın (dövlət qeydiyyatına 2002-ci ildə 27440 nömrə ilə alınmışdır) “İV. Yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir” adlı bölməsinin 4.4-cü bəndinə əsasən (ər və ya arvaddan biri “məcburi köçkün” statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında “məcburi köçkün” statusuna malik olan şəxsin himayəsində qalan uşaqlar) müvafiq yemək xərcini almaqla artıq məcburi köçkün kimi müvafiq qeydiyyata alınmış və onun məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Cavabdehin imtina cavabında istinad etdiyi Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsi isə sonradan qəbul edildiyindən və iddiaçıların vəziyyətini ağırlaşdırdığından onlara münasibətdə geriyə tətbiq edilə bilməz. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Göründüyü kimi 1994-cü ildə Füzuli rayonu, Horadiz səhəri işğaldan azad olunduqdan sonra kənd sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış verlərini tərk edərək məcburi köçkün düşmə faktı baş verməmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu 1.əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; 2. bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə itirir. İddiaçı məcburi köçkün statusuna malik olması faktı belə onun övladlarına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün əsas ola bilməz. Çünki Füzuli rayonu, Horadiz şəhəri 1994-cü il tarixdə işğaldan azad olunduğundan, həmçinin X6 sonra təmas xətti ləğv edildiyindən X4 məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilə bilməz. Qeyd olunan fikirlərin məntiqi yekunu olaraq X1 atası İddiaçı 1994-cü ildə işğaldan azad olunan Füzuli rayonu, Horadiz şəhəri ünvanında qeydiyyatda olduğundan və təmas xətti ləğv edildiyindən, Füzuli rayonu, Horadiz şəhərindən məcburi köçkün düşə bilməzdi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında cavabdeh tərəfindən apellyasiya şikayətinin geri götürülməsi barədə ona məlumat verildiyini qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 148 saylı 08 iyul 1999-cu il tarixli Fərmanı
2. Müəyyən edilsin ki: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusuhaqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində, 11-ci maddəsinin ikinci hissəsinin beşinci abzasında və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; həmin Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi həyata keçirir; həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;..... Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiqedən vəsiqə aşağıdakı şəxslərə verilir: ..... 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; .... 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: .... 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlifişlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi məcburi köçkün statusunun və vəsiqəsinin verilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı onan ibarətdir ki, cavabdeh nzibati orqan müvafiq Qaydalar əsasən əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verildiyini, xx.xx.2007-ci il təvəllüdlü X1 anası X2 qeydiyyatı ünvan 1 ünvanında olması halına istinad edərək, imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə X8 arasında olan rəsmi nikahdan xx.xx.2007-ci il təvəllüdlü X9 anadan olmuşdur. xx.xx.2007-ci il təvəllüdlü X1 atası məcburi köçkün statusuna malik olmaqla, ona məcburi köçkün vəsiqəsi verilmiş, anası isə Bakı şəhəri üzrə müvafiq ünvanda daimi pasport qeydiyyatında olmaqla, məcburi köçkün statusuna malik olmamışdır. İndiki halda işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan xx.xx.2007-ci il təvəllüdlü X1 anasının məcburi köçkün statusuna malik olmaması, Bakı şəhəri üzrə müvafiq ünvanda daimi pasport qeydiyyatında olması halına istinad edərək, iddiaçının müraciətini təmin etməmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halı ilə bağlı onu qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda“məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir. Cavabdeh inzibati orqan imtina əsası kimi məhz həmin Qaydaların 4.1.6-cı bəndinə istinad etmişdir. Belə ki, həmin Qaydaların istinad edilən həmin bəndinə görə, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə: 1) valideynlərindən atası “Məcburi köçkün” statusuna malik olan; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara verilir. hazırki inzibati iş üzrə iddiaçının yetkinlik yaşına çatmayan övladına münasibətdə 1 və 3cü bənddə qeyd edilmiş şərtin ödənilməsi halı işin mübahisəsiz halıdır. İşin mübahisəli halı məhz uşağın anasının daimi pasport qeydiyyatının işğal olunmuş rayon (şəhər) olmaması ilə bağlı olan haldır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müvafiq Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Göründüyü kimi, məhz müvafiq Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Nəticə etibarilə yuxarıda istinad olunan Qaydalarda təsbit edilmiş həmin tənzimləmə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) status haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Həmçinin, həmin Qanunda “Məcburi köçkün” statusunun müəyyən edilməsi ilə bağlı cavabdehə belə səlahiyyətin verilməsi barədə institusional göndərici norma da nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə qanundan aşağı səviyyəli normativ hüquqi aktlar qanuna uyğun olmalı, həmin aktlarda qanunun normalarına zidd olan hüquq normaları nəzərdə tutulmamalıdır. Nəzərə almaq lazımdır ki, icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ aktlarda qanunla nəzərdə tutulduğundan daha artıq məhdudiyyət müəyyən edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan imtinasını əsaslandırdığı “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın qüvvədə olmasına baxmayaraq, normativ aktların hüquqi qüvvəsi üzrə təsnifatı və iyerarxiyası baxımından qanun istinad olunan qaydaya münasibətdə daha üstün hüquqi qüvvəyə malikdir. Bu mənada həmin Qaydanın mövcudluğu və hüquqi qüvvəsi şəxsin qanunla nəzərdə tutulmuş hüququnun həyata keçirilməsini istisna edə bilməz. Başqa sözlə, “Qaydalar”ın həmin tələbi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna və konstitusion dəyərlərə ziddir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı yuxarıda istinad olunan normalarda təsbit edilmiş dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının yetkinlik yaşına çatmayan övladına “Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsini tələb etməkdə haqlı sayılmalıdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehi apellyasiya şikayətinin digər dəlili ilə bağlı onu qeyd edir ki, cavabdeh inzibati orqan şikayətin məzmununda Füzuli rayonu, Horadiz şəhərinin 1994-cü il tarixdə işğaldan azad olunsa da, həmin ərazi “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən, həmin şəxslərə də məcburi köçkün statusundan irəli gələn imtiyazlardan istifadə etmək imkanı yaradılmış, 2020-ci ildə isə “təmas xətti” ləğv edilmiş, bu səbəbdən də həmin hal iddiaçının övladına münasibətdə məcburi köçkün statusunun tanınmasından imtina edilməsindən əsas verdiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən hal həmin ərazilərdən vaxtilə köçkün düşmüş şəxslərin müstəqil şəkildə həmin yaşayış məntəqələrinə qayıtması və məskunlaşması, bunun üzərindən onların məcburi köçkün statusunun ləğv ounması üçün hüquqi əsasın mövcud olması anlamına gəlmir. Nəzərə almaq lazımdır ki, məcburi köçkünlərin işğaldan azad olunmuş yaşayış məntəqələrinə qayıtması üçün ciddi iqtisadi, sosial, təşkilati və hüquqi tədbirlərin həyata keçirilməsi tələb olunur. Qeyd edilən məsələlər həll edilmədən həmin hallara istinad edilməsi yolverilməzdir. Bu zaman həm də dövlət tərəfindən məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün müvafiq tədbirlərin mərhələli şəkildə və dövlətin nəzarəti altında həyata keçirildiyi nəzərə alınmalıdır. Həmçinin, qeyd edilməlidir ki, indiki halda iddiaçıya və onun övladına münasibətdə həmin ərazidə yaşayış sahəsi ilə təmin olunması, bununla bağlı təklf edilməsi halı da müəyyən edilmir. Cavabdeh tərəfindən həmin hala dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki,cavabdehin apellyasiya şikayətinin dəlilləri həmin hissədə də əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birici instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə iin hallarına uyğun olmuşş, cavabdehin imtina və apellyasiya şikayətinin dəlilləri əsassız və qanunsuz olmuşdur. Beləliklə, qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3719/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.