Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1051/2025 30.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçılar İddiaçı3, Zülfüqarova (İbrahimova) Fəridə Şamil qızı və İddiaçı7 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Zülfüqarova (İbrahimova) Fəridə Şamil qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "çıxarışın və texniki pasportun iddiaçılara məxsus 1.60 ha hissəsində ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 2-1(118)-5067/2025 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Zülfüqarova (İbrahimova) Fəridə Şamil qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək "çıxarışın və texniki pasportun iddiaçılara məxsus 1.60 ha hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair" JN 0027 KOD ********* nömrəli Dövlət Aktına əsasən 8 nəfər ailə üzvləri olmaqla 1.60 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. 2004-cü il tarixinədə həmin bağ sahəsindən istifadə etmiş, yeganə gəlir mənbəyi olmaqla hər il əldə etdiyi meyvə və yetişdirdiyi k/t məhsullarından istifadə etməklə dolanaraq 9 000 manat gəlir əldə etmişdir. Keçmiş DT və XK-nin müdiri X3 bizə o cümlədən həmin, konturda torpaq sahəsi olan mülkiyyətçilərə müraciət edərək mülkiyyətində olan bağ sahəsinin dövlət ehtiyacları üçün alındığını, NK-nin qərarı qəbul edildikdən sonra həmin həcmdə başqa ərazidən torpaq sahəsi ayrılacağını bildirməklə torpaq sahəsini boşaltmağı təklif etmişdir. Digər mülkiyyətçilər kimi torpaq sahəsini X2 inanaraq təhvil vermişdir. Bundan sonra keçən bu illər ərzində hə NK-nin qərarı qəbul olundu, nə dəki 1.60 ha bağ sahəsinin əvəzinə yeni bağ sahəsi onlara ayrılmamışdır. X1 DT və XK-nin Quba rayon Şöbəsinin müdiri olan Komitə ləğv olundu. 18 ailə öz mülkiyyət hüquqlarının bərpası üçün Respublikamızın aidiyyatı orqanlarına müraciətlər ünvanlamışdırlar. Mülkiyyətçilərdən X4 və ailə üzvləri mülkiyyətlərində olan 0.60 ha bağ sahəsi ilə əlaqədar yerli Məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. Quba rayon Məhkəməsinin 13 iyul 2016-cı il tarixli qətnaməsi ilə Səfiquliyevlər ilə "xxxx" MMC-i arasında bağlanılmış 05 avqust 2003-cü il tarixli 4-Ə-238 reyastr nömrəli alqı satqı müqaviləsi ləğv edilməsi, "xxxx" MMC-nin adına 15 avqust 2003-cü il tarixli Dövlət Aktının və Azərbaycan Respublikası ƏMDK (indiki halda cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs) tərəfindən xx.xx.2014-cü il tarixində verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən etibarsız hesab edilməsi qət edilmiş qalan hissədə təmin edilməmişdir. İddiaçıların təmin olunmayan hissədən verdikləri apellyasiya şikayətinin isə qismən təmin edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin 06 fevral 2018-ci il tarixli 2(105] 725/2018 saylı qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli 2(102)-306/2019 nömrəli qərarı ilə Notarius- Mehriban Quliyevanın kassasiya şikayəti təmin edilməmiş apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “ARAZ-A" MMC-nin adına cavabdeh X3 tərəfindən hazırlanan 15 avqust 2003-cü il tarixli Dövlət Aktından müəyyən olunur ki, guya mülkiyyətlərində olan 1.60 ha bağ sahəsini reyestri, qeydiyyat nömrələri məlum olmayan alqı-satqı müqaviləsi ilə “ARAZ- A" MMC-ə satmışdırlar. "ARAZ-A” MMC-ı heç bir alqı-satqı müqaviləsi bağlamamış, Xudaverdiyevin tələbi ilə dövlət ehtiyacları üçün təhvil vermişdirlər. Sumqayıt İnzibati məhkəməsinin hakimi Vəfa Əzizovanın sorğusuna AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin cavabından "xxxx" MMC-nin adma JN-872 KOD 30301004 nömrəli torpğa mülkiyyət hüququna dair dövlət aktının verilməsi üçün əsas olmuş xx.xx.2003-cü il tarixli 4Ə-238, 4Ə-139, 4Ə-140, 4Ə-141, 4Ə-142, 4Ə-143, 4Ə-144, 4Ə- 145, 4ə-146, 4Ə- 147,4Ə-148,4Ə-149, 40-150, 4Ə-151, 4Ə-152, xx.xx.2003-cü il tarixli 4Ə-173, 4Ə-174 və 05.-8.2003-cü il tarixli 4ə-138 reyestr nömrəli alqı-satqı müqavilələri istənilməsi barədə Dövlət Arxivinə daxil olmuş sorğusuna verilən cavabdan məlum olur ki, həmin müqavilələr "xxxx" MMC-i ilə deyil, digər şəxslər barəsində rəsmiləşdirilmişdir Hesab edirlər ki, keçmiş DT və XK-nin Quba rayon müdiri X3 və Xidmətin vəzifəli şəxsləri xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər etməklə vəzifə saxtakarlığı ilə rəsmi sənədə biləbilə yalan məlumatların daxil etməsi, bu əməllərini tamah niyyəti törətməsi, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə "xxxx" MMC-nin xeyrinə saxtalaşdırması biləbilə yalan məlumatlar daxil etməklə, mülkiyyət hüquqularına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Xidmətin 5 saylı Ərazi İdarəsinin məsul şəxsləri keçmiş DT və XK tərəfindən verilən Dövlət Aktında müəyyən edilən alqı-satqı müqavilələrin vəzifə səlahiyyətlərinə uyğun mövcud olmasını yoxlamadan Dövlət reyesrti haqqında qanunun tələblərini pozaraq "ARAZ-A” MMC-ə qanunsuz çıxarış hazırlaması müəyyən olunur. Bu əslində mülkiyyət əleyhinə olan cinayət əməlidir mülkiyyətçilər- Səfiquliyevlərin məhkəmədə nümayəndəsi olmuş, digər mülkiyyətçilər Məmmədova Fakizə və ailə üzvlərinin etibarnamə ilə nümayəndəsi X6 ilə əlaqə qurduqdan sonra inzibati iş üzrə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ********* nömrəli sifarişli məktubla müraciət edərək keçmiş DT və XK-nin Quba rayon Şöbəsi tərəfindən “ARAZ-A" MMC-nin adına verilmiş 25 avqust 2003-cü il tarixli torpağa mülkiyyət hüququna dair JN-0872 kod 30301004 nömrəli dövlət aktının, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin akt əsasında işlənən xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun, torpağa mülkiyyət hüququna dair JN -0034 KGD30301004 dövlət aktı ilə iddiaçıya məxsus 1.60 ha hissəsində ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli pretensiya göndərmişdirlər. Lakin cavabdeh orqan müraciəti cavablandırmamışdır "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsinə dair etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 2-1(118)-5067/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: Aynur Axundova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış (arayış) inzibati akt sayılmır və qeydin aparılması əsası kimi inzibati akt çıxış edirsə, həmin inzibati akt inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişlər ki, məhkəmə öz qərardadı ilə mövcud olmayan saxta Quba rayon DNK-nun xx.xx.2003-cü il tarixli 4-Ə173 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsas tutaraq daha doğrusu saxta alqı-sqtqı müqaviləsinə istinad edərək bilə-bilə iddia tələbinin mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməsi barədə qanunsuz qərardad qəbul etmiş, iddiaçıların mülkiyyət hüquqlarının bərpasını məhkəmə qaydasında baxılaraq həll ediləməsini qəsdən pozmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, mövcud olmayan və yaxud başqa şəxslər arasında, başqa əmlak barədə bağlanılan 4-Ə-173 reyestr nömrəli müqavilənin iddiaçılar tərəfindən mülki icraat qaydasında mübahisələndirilməsi qeyri mümkün olduğu halda məhkəmənin gəldiyi nəticə tamamilə əsassız və qanunsuz olmasına baxmayaraq iddiaçıların qanunsuz, cinayət yolu ilə özgəninkiləşdirilmiş 1.60 ha torpaq sahəsinə mülkiyyət hüqunun bərpasının qəsdən qeyri mümkün olması məqsədilə qəbul edilməsi təsdiq edilir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçılar İddiaçı3, Zülfüqarova (İbrahimova) Fəridə Şamil qızı və İddiaçı7 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq vurğuladı ki, torpağın başqasına satılması barədə məlumatları olsa da, onlara bildirilmişdir ki, bu torpaqlar əvəzləşdirilərək onlara əvəzində başqa torpaq sahəsi veriləcək, ona görə də onlar uzun illər gözləmiş, hər dəfə onlara yalan vədlər verdikləri üçün aldanmış və bu səbədən də hazırkı iddia ilə məhkəməyə uzun müddət sonra müraciət etmişlər. Digər iddiaçılar və cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (mübahisə yaranan zaman qüvvədə olan redaksiyada) Maddə 298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34. Öhdəliyin icrası haqqında iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməyərkən qərarını onunla əsaslandırmışdır ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış (arayış) inzibati akt sayılmır və qeydin aparılması əsası kimi inzibati akt çıxış edirsə, həmin inzibati akt inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmasa da, gəldiyi nəticəni əsaslı hesab edir.
Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Zülfüqarova (İbrahimova) Fəridə Şamil qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı7 DT və XK-ni Quba rayon Şöbəsi tərəfindən "xxxx" MMCnin adına verilmiş 25 avqust 2003-cü il tarixli torpağa mülkiyyət hüququna dair JN-0872 kod 30301004 nömrəli dövlət aktının, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin akt əsasında işlənən xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun, torpağa mülkiyyət hüququna dair JN-0034 KOD30301004 dövlət aktını ilə onlara məxsus 1.60 ha hissəsində ləğv edilməsini istəyir. Təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas olan JN-0872 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın iddiaçılara münasibətdə tərtib edilməsinə əsas olmuş sənəd tərəflər arasında Quba rayon notariat kontorunda bağlanmış xx.xx.2003-cü il tarixli, 4-Ə 173 reyestr nömrəli alqı-satqı müqaviləsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan qeyd edilmişdir ki,"xxxx" MMC-nin adına JN-872 KOD 30301004 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının verilməsi üçün əsas olmuş xx.xx.2003-cü il tarixli 4Ə-138, 4Ə-139, 4Ə-140, 4Ə-141, 4Ə-142, 4Ə-143, 4Ə-144, 4Ə-145, 4Ə-146, 4Ə- 147, 4Ə-148, 4Ə-149, 4Ə-150, 4Ə-151, 4Ə-152, xx.xx.2003-cü il tarixli 4Ə-173, 4Ə-174 və xx.xx.2003-cü il tarixli 4Ə-238 reyestr nömrəli alqı-satqı müqavilələrinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 138 reyestr nömrəli müqavilənin xx.xx.2003-cü il tarixdə, 4Ə-139 reyestr nömrəli müqavilələrin xx.xx.2003-cü il tarixdə, 4Ə-141 reyestr nömrəli müqavilənin xx.xx.2003-cü il tarixdə, 4Ə-142, 4Ə-143, 4Ə-144, 4Ə-145 reyestr nömrəli müqavilələrin xx.xx.2003-cü il tarixdə, 4Ə-146, 4Ə-147 reyestr nömrəli müqavilələrin xx.xx.2003-cü il tarixdə, 4Ə-146 reyestr nömrəli müqavilənin xx.xx.2003-cü il tarixdə, 4Ə- 148, 4Ə-149, 4Ə-150, 4Ə-151 reyestr nömrəli müqavilələrin xx.xx.2003-cü il tarixdə, 4Ə- 151, 4Ə-152 reyestr nömrəli müqavilələrin xx.xx.2003-cü il tarixdə, 4Ə-173, 4Ə-174 reyestr nömrəli müqavilələrin xx.xx.2003-cü il tarixdə "xxxx" MMC-nin barəsində deyil, digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, 2003cü ildə təsdiq edilmiş 4Ə-140, 4Ə-238 reyestr nömrəli müqavilələr arxivə təhvil verilməmişdir. Bu fakta əsaslanaraq, iddiaçı tərəf haqlı olaraq mübahisələndirilən daşınmaz əmlakın Dövlət Aktının və çıxarışının saxta notarial əqdlərə və ya heç mövcud olmayan sənədlərə əsaslandığını irəli sürmüş və bunun nəticəsi olaraq da, inzibati orqanın hərəkətlərində vəzifə saxtakarlığı və xidməti səlahiyyətlərinin hüdudlarından kənara çıxma əlamətlərinin olduğunu iddia edərək, məsələnin inzibati məhkəmə icraatı qaydasında həll edilməsinin zəruriliyini əsaslandırmışdır. Kollegiya vurğulayır ki, mövcud qanunvericiliyə əsasən, əgər daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olmuş mülki-hüquqi əqdin (alqı-satqı müqaviləsinin) saxta olduğu, heç mövcud olmadığı və ya tərəflər arasında bağlanılmadığı aşkar şəkildə sübut olunursa (məsələn, rəsmi arxiv məlumatları ilə), bu hal artıq sırf mülki mübahisə çərçivəsindən kənara çıxaraq, həmin saxta sənədlər əsasında dövlət reyestrində qeydiyyat aparan inzibati orqanın hərəkətlərinin qanunauyğunluğunun yoxlanılması zərurətini ortaya qoyur. Belə ki, inzibati orqanın funksiyası təqdim edilmiş sənədlərin mövcudluğunu, qanuniliyini və həmin orqanın səlahiyyətlərinə aid olmasını yoxlamaqdan ibarət olduğu halda, bu cür aşkar saxtakarlığa əsaslanan qeydiyyatın aparılması, inzibati orqanın öz üzərinə düşən qeydiyyat öhdəliyini düzgün icra etməməsi deməkdir və bu hərəkət (yaxud hərəkətsizlik) İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən inzibati aktın ləğvi inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəməsinin hüquqi mövqeyi əsaslı olmasa da, iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə inzibati idarəçilikdə hüquqi müəyyənliyi və sabitliyi, eləcə də mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) iddialara baxılır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki iş üzrə məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllə 01 yanvar 2011-ci il tarixində qanuni qüvvəyə minmişdir. Həmin tarixə qədər mövcud olmuş inzibati hüquq münasibətləri ilə bağlı tələblər Mülki Prosessual Məcəllə ilə tənzimlənirdi. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçılar öz əsaslandırmalarında mülkiyyət hüququnun pozulmasının bilavasitə 2003-2004-cü ildə baş verdiyini, yəni torpaq sahəsinin "xxxx" MMC-nin adına 15 avqust 2003-cü il tarixli Dövlət Aktının hazırlandığı (torpağ sahəsindən istifadə edildiyi) andan öz hüquqlarının pozulması haqqında aşkarlıqla məlumatlı olmalı idilər. Çünki mülkiyyət hüququndan faktiki istifadənin dayandırılması və mülkiyyətin hüquqi əsasının başqa şəxsin adına rəsmiləşdirilməsi barədə onlara həmin illərdə məlumatlı olmalı idilər və işin halalrından eləcə də iddiaçının etirafedici izahatından bəlli olur olur ki, tərəfələrin bu haldan məlumatarı olmuşdur. (İddia ərizəsində qeyd edilənlərə əsasən ən geci 2004-cü ildə məlumatlı olmalı idilər, çünki qeyd edilir ki, torpaq sahəsi 2004-cü ilədək onların faktiki istifadələrində olmuşdur) Göründüyü kimi iddiaçıların mülkiyyət hüquqlarının pozulmasından məlumatlı olduqları müddətin başlanğıc anı kimi ən geci 2004-cü ilin sonu qəbul edilməlidir. Kollegiya hesab edir ki, hazırki mübahisənin mahiyyəti iddiaçılara 2011-ci ilə qədər, yəni İnzibati Prosessual Məcəllə qanuni qüvvəyə minənə qədər yaranmışdır, o zaman isə sözügedən məsələlərin həlli Mülki Prosessual Məcəllənin 27 fəsli ilə tənzimlənirdi ki, orada da iddia müddəti 1(bir) ay müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Nəzərə almaq lazımdır ki, iddiaçılar tərəfindən uzun müddət müddət keçdikdən sonra (təxminən iyirmi bir (21) il sonra verilməsi) cavabdeh inzibati orqana qarşı hazırkı tələblə məhkəməyə müraciət edilmiş, lakin bu tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində müəyyən edilən bir aylıq müddəti keçdikdən sonra irəli sürüldüyündən, İnzibati Prosessual Məcəllədə və Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında əksini tapan iddianın qanuni mümkünlüyü şərtləri, xüsusən də iddia müddətinə əməl olunması meyarı pozulmuşdur və bu pozuntu üzrlü səbəblərlə əsaslandırılmamışdır. Kollegiya onu da nəzərə alır ki, hüququn müdafiəsi yalnız qanunla müəyyən olunmuş müddətlər daxilində həyata keçirilə bilər və bu müddətlərin pozulması hüquq sisteminin sabitliyinə və dövlət idarəçiliyində hüquqi balansın qorunmasına ziddir. Nəticə etibarilə birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qəbul edilmiş qərardadı həm qanunvericiliyə uyğun, həm də konstitusion hüquqi prinsiplərə – hüquqi müəyyənlik, sabitlik və səmərəlilik prinsiplərinə tam cavab verir. Odur ki, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 2-1(118)-5067/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3