Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1059/2025 13.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-6850/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müraciətini nəzərə alaraq müraciət etdiyi tarixdən, yəni xx.xx.2025-ci tarixdən ailəsinə 1 il müddətinə 985 manat pul məbləğində ünvanlı dövlət sosial yardımının təyin olunması, xx.xx.2025ci il tarixə qədər 6 aylıq müddət üzrə ödənilməli olan 5910 manat pul məbləğindən, 4 aylıq müddət üzrə qismən ödənilmiş 1898,12 manat pul məbləğini çıxmaqla, qalıq qalan 4011,88 manat pul məbləğinin cavabdehdən tutulması, xx.xx.2025-ci il tarixdən təyin olunmuş müddətin sonuna kimi hər aylıq sosial yardımın ödənilməsi və vəzifə səhlənkarlığına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunması üçün xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət etmişdir. Lakin müraciətinə baxılmayaraq ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunmamışdır. Məhkəməyə müraciət olunduqdan sonra cavabdeh tərəfindən məhkəmədən kənar qaydada 474,53 manat pul məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Təyin olunmuş sosial yardımın may, iyun, iyul və avqust ayları üzrə ödənişi ödənilmiş, aprel ayının ödənişi isə ümumiyyətlə ödənilməmişdir. Bundan əlavə aylıq faktiki olaraq 985 manat pul məbləğində sosial yardım təyin olunmalı olduğu halda, xeyli az miqdarda yəni 474,53 manat pul məbləğində sosial yardım təyin olunmuşdur. xx.xx.2025-ci il tarixdə isə ünvanlı dövlət sosial yardımın verilməsi dayandırılmışdır. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı təmsilçi qismində ünvanlı dövlət sosial yardımın təyin edilməsi bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2024-cü il tarixli **********8577-1 nömrəli müraciəti əsasında ailəyə xx.xx.2025-ci il tarixdən aylıq 474,53 manat sosial yardım təyin edilmişdir. Təyin edilmiş sosial yardımın qurumlarla yoxlanılması nəticəsində ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəlirinin özündən asılı olan səbəblərə görə sıfıra bərabər olması müəyyən edilmişdir. Bu səbəbdən Sosial Yardımın verilməsi xx.xx.2025-ci il tarixdən dayandırılmışdır. Daha sonra iş üzrə əldə edilmiş məlumatlara əsasən İddiaçı xx.xx.2025- ci il tarixdən 6 (altı) ay müddətində aylıq 440 manat olmaqla işsizlikdən sığorta ödənişinin təyin edilərək, ödənildiyi və xx.xx.2025-ci il tarixdən dayandırıldığı, eyni zamanda xx.xx.2025-ci il tarixdən 3 (üç) ay müddətində aylıq 400 manat olmaqla yenidən sığorta ödənişi təyin edildiyi müəyyən edilmişdir. Bununla bağlı olaraq İddiaçı təyin edilmiş sosial yardım dayandırıldığı xx.xx.2025-ci il tarixdən bərpa edilmişdir. İddiaçının hazırkı iddia tələbinin əsasını təşkil edən müraciəti ona ödənilən sosial yardımın dayandırıldığı dövrə (artıq bərpa edilmişdir) təsadüf etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçıya 2025-ci ilin yanvar ayından etibarən 1 illik müddətə təyin edilmiş Sosial Yardımın ödənişi hazırda davam etdirilir. Belə olan təqdirdə iddiaçının Sosial Yardım aldığı təqdirdə yenidən ona təyinat aparılması ilə bağlı subyektiv hüququ mövcud deyil və belə bir hal qanunvericiliklə mümkün hesab edilə bilməz. “Ünvanlı dövlət sosial yardım haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) xx.xx.2025-ci il tarixli e-2-1(118)- 6850/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-6850/2025 nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi əsaslardan biri guya həmin iddia tələbi üzrə digər məhkəmənin icraatında həmin əsaslarla eyni iddia tələbi üzrə icraatada iş olmasıdır. Məhkəmə həmin əsasa gəlməklə ciddi hüquqi səhvə yol verərək prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmənin əsas göstərdiyi digər məhkəmənin icraatında olan iş eyni tərəfə yəni eyni cavabdehə qarşı olsa da, iddia tələbinin əsasları tamamilə fəqrlidir. Belə ki, məhkəmənin əsas gətirdiyi Sumqayıt İnzibatı Məhkəməsinin icraatında olan e-2- 1(118)-4099/2025 saylı digər inzibati iş, xx.xx.2024-cü il tarixli **********8577 nömrəli müraciət əsasında məhkəmənin icraatındadır. Hazırkı mübahisə üzrə isə ərizənin tarixi xx.xx.2025-ci il, nömrəsi isə **********1060 saylı ərizə əsasındadır. Yəni, eyni tərəflər arasında olmasına baxmayaraq, iddia tələbi yəni ərizənin nömrəsi və tarixləri fərqlidir. Yəni, burada məhkəmə tərəfindən iddia mümkün sayılmamaqla ciddi hüquqi səhvə yol verilmiş, iş araşdırılmadan əsasız bir qərar qəbul olunmuşdur. Məhkəmə tərəfindən ərizə mümkünsüz hesab edilərkən belə bir əsas gətirilmişdir ki, guya ailəmizə sosial yardımın ödənişi cavabdeh tərəfindən məhkəmədən kənar formada bərpa edilmiş və hal-hazırda ödənilməyə davam olunur. Hesab edir ki, məhkəmə tərəfindən bu qərara gəlinərkəndə ciddi hüquqi səhvə yol verilmiş, iş araşdırılmadan belə bir qərar verilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli **********8577 nömrəli müraciət əsasında e-2-1(118)- 4099/2025 saylı iş üzrə digər məhkəmənin icraatında olan iş üzrə məhkəmə prosesi getdiyi dövrdə ünvanlı sosial yardımın ödənişi 4 aylıq bir müddət üçün bərpa olunmuş və yenidən xx.xx.2025-ci il tarixində dayandırılmışdır. Yəni hal-hazırda ailəmizə ünvanlı sosial yardımın ödənişi aparılmır. Buradan da görünür ki, məhkəmə icraatında olan işə aid olmayan, digər məhkəmənin icraatında olan iş üzrə qərar vermiş onuda düzgün olmayaraq guya ünvanlı sosial yardımın ödənişi davam edir qənaətinə gəlmişdir. Buradan da görünür ki, məhkəmə iddia ərizəsinin mümkün hesab edilməməsi barədə qərara gələrkən ciddi hüquqi səhvə yol verərək prosessual hüquq normalarını pozmuşdur. Hesab edir ki, məhkəmə iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə qərara gələrkən qanunvericiliyin tələblərinə və işin faktiki hallarına deyil, öz şəxsi mülahizələrinə əsaslanmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək, mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Odur ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni düzgün olaraq belə əsaslandırmışdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsinin olub-olmaması da araşdırılmalı olan hallardandır. Belə ki, qeyd edilən məhkəmə mübahisəsinin artıq mövcud olması iddianın mümkünlüyünə təsir edən faktordur. İddiaçıya ünvanlı sosial yardım xx.xx.2025-ci il tarixdən 1 il müddətinə təyin edilmişdir. İnzibati iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin olunması” tələbinə dair iddia ərizəsi üzrə e-2-1(118)-4099/2025 saylı inzibati iş Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Qeyd edilən inzibati iş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdən 1 il müddətinə, aylıq olaraq 985 manat pul məbləğində ünvanlı sosial yardımın təyin olunmasını, xx.xx.2025-ci il tarixinə qədər ödənilməli olan 9850 manat pul məbləğindən, 7 ay üzrə qismən ödənilmiş olan cəmi olaraq 3321.71 manat pul məbləği çıxılmaqla, qalıq qalan 6528,29 manat pul məbləğinin cavabdehdən tutulması və cari ilin sentyabr, oktyabr aylarının sosial ödənişinin hər aylıq olaraq ödənilməsi və vəzifə səhlənkarlığına yol vermiş şəxslər barəsində qanuna müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı iddia tələbində isə iddiaçı müraciətini nəzərə alaraq müraciət etdiyi tarixdən yəni xx.xx.2025-ci tarixdən ailəsinə 1 il müddətinə 985 manat məbləğində ünvanlı dövlət sosial yardımının təyin olunması, xx.xx.2025-ci il tarixə qədər 6 aylıq müddət üzrə ödənilməli olan 5910 manat məbləğindən, 4 aylıq müddət üzrə qismən ödənilmiş 1898,12 manat məbləğini çıxmaqla, qalıq qalan 4011,88 manat məbləğinin cavabdehdən tutulması, xx.xx.2025-ci il tarixdən təyin olunmuş müddətin sonuna kimi hər aylıq sosial yardımın ödənilməsi və vəzifə səhlənkarlığına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Göründüyü kimi, yaranmış mübahisə artıq təyin edilmiş ünvanlı sosial yardımın məbləği ilə bağlıdır və hazırki iddia tələbi e-2-1(118)-4099/2025 saylı inzibati iş üzrə iddia tələbi ilə tam əhatə edilmişdir. (tələblərin eyni olmasına dair iddiaçının e-2-1(118)-4099/2025 saylı inzibati iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli elektron ərizəsi işə əlavə edilib). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarında qeyd olunmuşdur ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qərarının preyudisiallığı prinsipi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı) Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. ("xxxx" QSC-nin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı) Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair gəldiyi nəticəni əsaslı hesab edir, ona görə də şikayət rədd edilməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-6850/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-1059/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1059/2025
13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver