Məhkəmə qərarları › İş №2-1(105)-1061/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1061/2024

24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1061/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 05 nömrəli qərarı ilə fərdi ev tikmək üçün iddiaçıya ayrılmış 500 kv.metr torpaq sahəsinin 196.6 metr hissəsi çıxmaq ilə, 303.4 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyatda alınması, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(118)-90/2023 saylı inzibati iş üzrə Maraqlı şəxs məhkəmə qərarının ləğv edilməsi və iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(118)-90/2023 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 05 nömrəli qərarı ilə fərdi ev tikmək üçün iddiaçıya ayrılmış 500 kv.metr torpaq sahəsinin 196.6 metr hissəsi çıxmaq ilə, 303.4 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyatda alınması, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-90/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-90/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qərarı icraya yönəldilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 10 may 2024-cü il tarixli, 321332/2-6516/24 nömrəli məktubundan görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-90/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qərarının icrası təmin olunmuşdur. Maraqlı şəxs hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə ünvanlayaraq Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-90/2023 nömrəli, 20 noyabr 2023cü il tarixli qərarının ləğv edilməsini və işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən İddiaçı iddia tələbinin təmin edilməsinə dair qəbul edilmiş 2-1(118)-90/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qərar onun hüquqlarını pozur və həmin qərarın ləğv edilərək, işə onun iştirakı ilə baxılmasını xahiş edir. Cavabdehin ərizəyə dair etirazının dəlilləri Ərizəyə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(118)-90/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim Leyla Mirzəyeva) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hal-hazırda qüvvədə olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-90/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qərarı ərizəçiyə münasibətdə əhəmiyyətli pozuntu yaratmır və ərizəçi üçüncü şəxs kimi cəlb olunduğu halda nəticənin dəyişə biləcəyi barədə hər hansı əsaslı sübut təqdim edə bilmir. Belə ki, ərizəçi Maraqlı şəxs ərizəsində qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarını pozduğunu bildirsə də, məhkəməyə mübahisəli torpaq sahəsinin ona məxsus olmasına dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Beləliklə, əsas olmadan, hüquqi maraq müəyyən edilmədən, məhkəmə qərarının əsassız olması və cəlb ediləcəyi təqdirdə nəticənin dəyişə bilməsi ilə bağlı sübut təqdim etmədən vəsatətin verilməsi zəruri cəlbetmə üçün əsas ola bilməz. Maraqlı şəxs həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxs apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, əvvəla, iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsində qeydiyyatdan keçməmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur. Bundan əlavə, iddiaçıya torpaq sahəsinin ayrılması haqqında xx.xx.2008-ci il tarixli qərar qanunsuz qəbul olunmuşdur. Belə ki, 2007-ci ilin dekabr ayından etibarən bələdiyyələr tərəfindən vətəndaşlara torpaq sahələrinin ayrılması yalnız hərrac yolu ilə həyata keçirilə bilərdi. Lakin göründüyü kimi, iddiaçıya torpaq sahəsi qərarla ayrılmışdır. Halbuki həmin qərar da daxil olmaqla 2008-ci ildən 2009-cu ilə kimi qəbul edilən qərarlar Abşeron rayonu Masazır bələdiyyəsi tərəfindən ləğv edilmişdir. Bu barədə məhkəməyə bildirilsə də, məhkəmə bu halı nəzərə almamışdır. Ərizəçi Maraqlı şəxs həmin torpaq sahəsini 2013-cü ildə istifadəsinə qəbul etmişdir. Həmin ərazi dərə və uçurum olmuş, relyefi istifadə üçün tamamilə yararsız olmuşdur. Maraqlı şəxs öz şəxsi vəsaiti ilə ərazini torpaqla doldurmuş, sahəyə 200 maşın torpaq daşıtdırıb tökdürmüş, daha sonra orada qeyri-yaşayış sahəsi inşa etmişdir. Bu işlər üçün ərizəçi 100 min manatdan çox vəsait xərcləmişdir. Hazırda həmin obyekt yerləşən sahə ilə iddiaçıya ayrılan sahə üst-üstə düşür. Belə olduğu halda məhkəmə tərəfindən iddiaçının tələbi təmin edilə bilməz və tələbin təmin edilməsi barədə qərar ərizəçinin üçüncü şəxs kimi hüquqlarını pozduğuna görə məhkəmə qərarı ləğv edilməlidir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizəçinin həmin torpaq sahəsi ilə bağlı hüquqları yoxdur. Halbuki bu nəticə işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. Çünki ərizəçi hazırda həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə sahiblik edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı və Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, Maraqlı şəxs hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə ünvanlayaraq Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-90/2023 nömrəli, 20 noyabr 2023cü il tarixli qərarının ləğv edilməsini və işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razı olmasa da, ərizəni təmin etməyərək gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 28.1-ci maddəsinin tələbinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin maddənin digər bəndlərində isə aşağıdakılar qeyd olunmuşdur. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 saylı qərardadının 23-cü bəndinə əsasən inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliklərinə) qarşı başqa şəxslər tərəfindən qaldırılmış iddialar üzrə işlərə baxılarkən, qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı halda, mübahisənin tərəfi olmayan üçüncü şəxslərin məhkəmə icraatına qoşulması imkanı hüquq və azadlıqların məhkəmə müdafiəsi və dinlənilmə hüququnun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Buna görə, bir işə baxılması nəticəsində qəbul edilən qərarla hüquq və mənafelərinə təsir göstərilmiş olacaq şəxslərə bu mühakimə haqqında məlumat verilməli, mübahisənin həlli ilə bağlı həmin şəxslərin dinlənilmə hüququ təmin olunmalı, eləcə də onların məhkəməyə işin həlli ilə bağlı öz dəlil və sübutlarını təqdim etmələrinə imkan yaradılmalıdır. Həmin qərardadın 53-cü bəndinə əsasən İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmə qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Sözügedən qərardadın 52-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq isə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz. Hazırki ərizəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədinin olmaması iş materiallarından aydın olur. Bu isə onu deməyə əsas verir ki, hazırda Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyil. Yuxarıda qeyd olunan normalardan da aydın olur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi üçün üçüncü şəxsin zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı əsas mövcud olmalıdır. İş materiallarından da görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-90/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra 03 aprel 2024-cü il tarixində icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin 10 may 2024cü il tarixli, 321332/2-6516/24 nömrəli məktubundan görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-90/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qərarının icrası təmin olunmuşdur. Məhkəmə kollegiyasının 31 oktyabr 2024-cü il tarixli iclasında iştirak edən Maraqlı şəxs izahatında mübahisəli ərazidə bələdiyyənin və icra hakimiyyətinin məlumatı əsasında ona məxsus qeyri-yaşayış sahəsi tikildiyini, eyni zamanda bələdiyyə tərəfindən ona torpaq sahəsinə dair sənəd veriləcəyi və İddiaçı torpaq sahəsinin ayrılmasının qanunsuz olduğu barədə məlumat verildiyini bildirmişdir. Yaranmış zərurətlə əlaqədar qeyd olunan hallarla bağlı ətraflı araşdırma aparılıb, İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq məlumatın verilməsi və bununla əlaqədar sənədlərin təqdim edilməsi, eyni zamanda Maraqlı şəxs tərəfindən həmin ərazidə qeyriyaşayış sahəsinin tikilməsi barədə bələdiyyədə hansı məlumatların olması və bələdiyyə tərəfindən hansı sənədləşmə işlərinin həyata keçirilməsinin nəzərdə tutulduğu barədə ətraflı məlumat verilməsi və bununla əlaqədar sənədlərin təqdim edilməsi məqsədilə Abşeron rayon Masazır Bələdiyyəsinə sorğu ünvanlanmışdır. Abşeron rayon Masazır Bələdiyyəsinin 18 noyabr 2024-cü il tarixli, 01/xx-xx/1738 nömrəli sorğuya cavab məktubunda isə inzibati işin Masazır bələdiyyəsinin mülkiyyət hüquqlarına toxunduğu bildirilərək bələdiyyənin üçüncü şəxs qismində işə cəlb olunması ilə bağlı qərardad qəbul edilməsi xahiş edilmişdir. Bununla əlaqədar Masazır bələdiyyəsinə 22 noyabr 2024-cü il tarixli məktub ünvanlanaraq sözügedən inzibati mübahisə mülkiyyət hüquqlarına toxunduğu təqdirdə zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilə biləcəyi izah olunmuşdur. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməyərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(118)-90/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar