Məhkəmə qərarları › İş №2-1(105)-1071/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1071/2025

06.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1071/2025 06.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 38N nömrəli imtinasını qanunsuz hesab edib, iddiaçıya xəstəliyi ilə əlaqədar təyin olunmuş “Hərbi Travmadır. Hərbi Xidmət vəzifələri icra edərkən alınmışdır” qərarının dəyişdirilərək “Hərbi Tavmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi Qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2025-ci il tarixli, 2-N(NN8)-N207/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli. 38N nömrəli imtinasını qanunsuz hesab edib, iddiaçıya xəstəliyi ilə əlaqədar təyin olunmuş “Hərbi Travmadır. Hərbi Xidmət vəzifələri icra edərkən alınmışdır” qərarının dəyişdirilərək “Hərbi Tavmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” Qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N994-cü ilin iyun ayından N995-ci ilin fevral ayınadək Müdafiə Nazirliyinin tərkibində N saylı hərbi hissədə düşmənlə həmsərhəd ərazidə xidmət etmişdir. N995-ci ilin fevral ayında Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır, 2-cü qrup hərbi əlil, prezident təqaüdçüsü, ehtiyatda olan əsgərdir. Qeyd etmək istəyir ki, xx.xx.N995-ci ildə N saylı hərbi hissədə hərbi xidmət vəzifələrini yerinə yetirən zaman döyüş postunda travma almış, hər iki ayaq barmaqları ambutasiya olunmuşdur, hal-hazırda xəstəliyi ilə bağlı cox əziyyət çəkir, daimi müalicə və müayinələrdə olur. Məhkəmənin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya “Hərbi Travmadır. Hərbi Xidmət vəzifələri icra edərkən alınmışdır” qərarı verilmişdir, lakin iddiaçı döyüş tapşırığını icra edərkən travma almış və bu səbəbdən də hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının xəstəlik diaqnozu düzgün müəyyənləşdirilmədiyi üçün xəstəliyin səbəb əlaqəsi dəyişdirilməli, iddiaçıya “Hərbi Tavmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozu qərarı qəbul olunmalıdır. İddiaçı bu barədə xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi Tavmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” Qərarının qəbul edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına rəsmi qaydada müraciət etmiş, müracətinə imtina ilə cavab verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-N(NN8)-4N52/2024 saylı məhkəmə bildirişi və vətəndaş İddiaçı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) daxil olmuş və araşdırılmışdır. İddiaçı iddia ərizəsində ona məxsus xx.xx.20N6-cı il tarixli 469 №-li səbəb əlaqəsi haqqında qərarda göstərilən xəstəliklərinin səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi vəzifəsinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının (MN MHHK) üzərinə qoyulmasını xahiş etmişdir. Aşağıdakılara görə iddianı tamamilə əsassız və qanunsuz hesab edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.N maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.N.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.N. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4 maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqlnda şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə,yəni xx.xx.N994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun.Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. N994-ci ildə Quba RHK-ğı tərəfindən hərbi xidmətə çağırılmış İddiaçı xx.xx.N995-ci ildə MN BKH cərrahiyyə profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş “Hər iki ayağın lll-İV dərəcəli donvurması. Hər iki pəncənin ayaqdarağı sümüklərinin N/3 səviyyəsində amputasiyası, sol pəncənin daban hissənin nekrotik toxumalarının kəsilməsi əməliyyatı (xx.xx.N995)” və xx.xx.N995-ci ildən NN,05.N995-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalda müayinə və müalicə olunduğu travmanın nəticəsi-diaqnoz: “İV dərəcəli donvurma nəticəsində sağ pəncənin ayaqdarağı-falanqa səviyyəsində, dəri defekti ilə sol pəncənin ayaqdarağı sümüklərinin distal metafizi səviyyəsində amputasion güdüllər” diaqnozuna əsasən, SSRİ Müdafiə Nazirin N987-ci il tarixli 260 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 43 “a” maddəsinin İ qrafasına əsasən “SÜLH DÖVRÜNDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZ, MÜHARİBƏ DÖVRÜNDƏ MƏHDUD YARARLİDİR” sayılmış və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir. xx.xx.20N6-cı il tarixdə SHXÇDX-nın Quba rayon şöbəsinin xx.xx.20N6-cı il tarixli 627 nömrəli göndərişi əsasında MN MHHK-sı tərəfindən İddiaçı olan xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi dəyişdirilərək “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilmişdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin “a” bəndinin 3-cü abzasında qeyd olunur ki, əgər şəhadətləndirilən şəxs xəsarəti N994-cü ilin may ayının N2-dən sonra hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa və bu xəsarətin alınma şəraiti haqqında hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq edilərsə bu halda xəsarətin səbəb əlaqəsi “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilir. Bu səbəbdən də vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008- ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin “a” bəndinin 3-cü abzasının və 7.3 maddəsinin tələblərinə ziddir. İddiaçı xəstəliyinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Belə ki, xəsarət, travma, xəstəlik, əlillik və bunların arsındakı səbəb-əlaqə məsələləri hüquqi deyil, sırf tibbi kateqoriyalardır və tibbi meyarlarla müəyyən edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli 05 nömrəli qərarının N.N, N.2, N.3, N.4 və 2.N-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövbcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.N. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçı iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.N-ci maddəsi) qaldırıla bilər. Lakin İddiaçı qanunla müəyyən edilmiş həmin müddəti 6 ildən artıq ötürmüşdür. Yuxarıda qeyd olunanlara görə hesab edirik ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2025-ci il tarixli, 2-N(NN8)-N207/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barəsində verilmiş xx.xx.20N6-cı il tarixli 469 nömrəli qərarda xəsarətin səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi Travmadır. Hərbi Xidmət vəzifələri icra edərkən alınmışdır” qərarının dəyişdirilərək “Hərbi Tavmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Hərbi vəzifəlilər döyüş postunda xidmət edərkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. Hazırki işdə də iddiaçı döyüş postunda olarkən hər iki ayağının donmasını qazanmışdır ki, qanunvericiliyə görə həmin müddət də hərbi vəzifələrin icrasına daxildir. Hazırki işə münasibətdə qanunvericilikdə müəyyən olunmuş hərbi qulluqçuların hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan hallar da müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.20N6- cı il tarixli 469 nömrəli qərarla iddiaçının aldığı travmanın səbəb əlaqəsi düzgün göstərilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) İddiaçı apellyasiya şikayətinə dair etirazı iddia ərizəsi etirazla ilə eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi və apellyasiya şikayətinə dair etirazla ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamə V. Hərbi qulluqçuların şəhadətləndirilməsi Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq həkim-mütəxəssislər, zərurət olduğu halda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. Hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar bu Əsasnamənin 2.6-cı bəndinə uyğun olaraq çıxarılır. Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi 7.N. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. ..... Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmətibbi eksperti tərəfindən təyin edilir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, N994-cü il may ayının N2-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. .... 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin N.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunu Maddə 27. Hərbi xidmət vəzifələrinin icrası 27.N. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.N.N. döyüş əməliyyatlarında iştirak edərkən; 27.N.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.N.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.N.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.N.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.N.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.N.7. ezamiyyətdə olarkən; 27.N.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.N.9. toplanışlar keçərkən; 27.N.N0. hərbi xidmət yerinə gedib-gələrkən; 27.N.NN. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.N.N2. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.N.N3. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.N.N4. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.N.N5. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. 27.2. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etmələri (həlak olmaları), yaxud bədən xəsarəti (yara, travma, kontuziya) almaları, aşağıdakı hallar nəticəsində baş verdikdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır: 27.2.N. bu Qanunun 27.N-ci maddəsində nəzərdə tutulan hallardan başqa, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtı ərzində komandirin (rəisin) məlumatı olmadan və ya xidmət vaxtından sonra komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya digər göstərişin yerinə yetirilməsi ilə əlaqədar olmayan hallarda hərbi hissədən (xidmət yerindən) kənarda olması; 27.2.2. sərxoş vəziyyətdə olması; 27.2.3. inzibati xətanın və ya cinayətin törədilməsi. 27.3. Hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan və ya qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxaran əmr, sərəncam və göstəriş vermək qadağandır. Belə əmr, sərəncam və göstəriş vermiş komandirlər və rəislər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İnzibati Prosessual Məcəllə: Maddə N2. İşin hallarının araşdırılması prinsipi. N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 38N nömrəli imtinasını qanunsuz hesab edib, iddiaçıya xəstəliyi ilə əlaqədar təyin olunmuş “Hərbi Travmadır. Hərbi Xidmət vəzifələri icra edərkən alınmışdır” qərarının dəyişdirilərək “Hərbi Tavmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 469 saylı, 2N may 20N6-cı il tarixdə şəhadətləndirilmiş və xəstəliyin səbəbli əlaqəsi “Hərbi travmadır, Hərbi Xidmət vəzifələrini (Xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan normaların məzmunundan aydın olur ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. Hazırki işdə iddiaçı onun hərbi xidmət zamanı aldığı travmasının düzgün şəhadətləndirilmədiyini iddia edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd edilmidir ki, N №li hərbi hissədən göndərilmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N avqust N994-cü il tarixli N84 №-li əmrilə (əsas: § N, sıra 30N, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 5-ci MAT-da müvafiq vəzifəyə təyin olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.N995-ci il tarixli 3/5-9043 №-li sərəncamına və N8-ci maddənin “v” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuş, N974-cü il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N fevral N996-cı il tarixli 43 №-li əmrilə (əsas: § 7, sıra 6, əmrdə vəzifəsi göstərilməyib) qeydiyyata düşmək üçün çağırıldığı RHK-na göndərilmişdir. N №-li hərbi hissə komandirinin yanvar N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və travma alması barədə məlumat aşkar olunmamışdır. Bildirir ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır İş materiallarında olan Müdafiə Nazirliyinin xx.xx.2025 –ci il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: - Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə xx.xx.2025-ci il tarixdə daxil olmuş Quba RHKdan təcili hərbi xidmətə çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N44 №-li əmrilə (əsas: §-3, səh-N96, sıra-83, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) hərbi hissənin tərkibinə gəlmiş hesab edilərək bütün növ təminatlardan istifadə etmək hüququ verilmiş və Tank taboruna təyin olunmuşdur - N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N99 №-li əmrində (əsas: §-7, səh-8N, sıra-307) bütün növ təminatlardan azad edilərək xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissənin sərəncamına göndərilən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. - N №-li hərbi hissədən göndərilmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N84 №-li əmrilə (əsas: §-N, sıra-30N, əmrdə vəzifəsi göstərilməmişdir) xx.xx.N994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq 5-ci MAT-da müvafiq vəzifəyə təyin olunmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 42 №-li əmrilə (əsas: §-N, səh-N8, sıra-64, əmrdə hansı hərbi hospitala və hansı diaqnozla göndərilməsi qeyd olunmamışdır, əsas kimi - “5-ci MAT komandirinin raportu” qeyd olunmuşdur, vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) 5-ci MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı müalicə olunmaq üçün hərbi hospitala göndərilərək xx.xx.N995-ci il tarixdən 5-ci MAT-ın qazan təminatından çıxarılmışdır. - Qeyd edir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N995 - xx.xx.N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hospitaldan, müalicədən qayıtması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan “X2” (№569, xx.xx.N995) sənədinə əsasən, N974-cü il təvəllüdlü, sıravi atıcı İddiaçı Azərbaycan Respublikası MN-nin Mərkəzi Hərbi Hospitalının Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, xx.xx.N995-ci il tarixdə Murovdağ silsiləsinin Kəlbəcər rayonu istiqamətində döyüş postunda xidmət zamanı hər iki ayağın donması nəticəsində xəsarət almış, əvvəlcə N72 və N saylı hərbi hissələrdə tibbi yardım və müalicə görmüş, xx.xx.N995-ci ildə hər iki aşağı ətrafın oynaq səviyyəsində amputasiyası aparılmış, daha sonra MN-nin Mərkəzi Hərbi Hospitalında müalicəsi və autodermoplastikası icra olunmuş, müayinə zamanı hər iki ayaqda barmaqların olmaması qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Arxiv arayışına əsasən, vətəndaş İddiaçı xx.xx.N995-ci il tarixdə N №-li hərbi hissədə (Gəncə hospitalında), habelə xx.xx.N995-ci ildən xx.xx.N995-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olması təsdiq edilir, diaqnoz olaraq hər iki ayağın İİ–İİİ dərəcəli donması və aşağı falangial birləşmə səviyyəsində sağ ayağın güdülünün amputasiyası göstərilir və bu məlumatların N №-li hərbi hissənin N994–N995-ci illərə aid stasionar xəstələrin qeydiyyat kitabında, eləcə də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının N995-ci ilə aid 2 nömrəli stasionar xəstələrin qeydiyyatı kitabının 3N-ci səhifəsindəki NN77-ci saylı qeydlərə əsaslandığı bildirilir. İş materiallarında olan “XN” ikinci səhifəsinə əsasən, xx.xx.N995-ci il tarixdə alınmış İİİ–İV dərəcəli donma nəticəsində xx.xx.N995-ci ildə əməliyyat aparılaraq hər iki ayağın bütün barmaqlarının amputasiya edildiyi, xəsarətin hərbi xidmət vəzifələrinin icrası zamanı alındığı təsdiq olunmuş, Xəstəliklər Cədvəlinin İ qrafasının 43-a maddəsinə əsasən İddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə qeyri-sıravi xidmətə yararlı hesab edildiyi, müşahidəçiyə ehtiyacı olduğu qeyd edilmiş və bu qərar Mərkəzi Hərbi- Həkim Komissiyası tərəfindən xx.xx.N995-ci il tarixdə təsdiqlənmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məhkəməyə cavab məktubuna əsasən, “Hərbi xidmət haqqında” Qanunun N8-ci maddəsinin “v” bəndinə uyğun olaraq İddiaçı ehtiyata buraxılması ilə əlaqədar N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli əmri ilə RHK-ya göndərildiyi, N №-li hərbi hissənin N994–N995-ci illərə aid əmrlərində onun barəsində əlavə məlumatın, eləcə də Murovdağ silsiləsinin Kəlbəcər rayonu istiqamətində döyüş postunun mövcudluğu barədə qeydlərin olmadığı, həmçinin N №-li hərbi hissənin N995-ci il əmrləri və xəstələrin qeydiyyat kitablarının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı bildirilmişdir İş materiallarında olan xx.xx.20N6-cı il tarixli Mərkəzi Hərbi-Həkim Komissiyasının 469 nömrəli qərarına əsasən, xx.xx.N995-ci ildə hərbi xidmət dövründə alınmış hər iki ayağın İİİ–İV dərəcəli donması və xx.xx.N995-ci ildə aparılmış amputasiya əməliyyatları nəticəsində yaranmış xəsarətin hərbi travma olduğu və hərbi xidmət vəzifələrini yerinə yetirərkən alındığı rəsmən tanınmış, bu qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 7.2.c yarımbəndinə əsasən qəbul edilmişdir. İş materiallarında olan 569 saylı “X2”dən müəyyən olunur ki, iddiaçı xx.xx.N995-ci il tarixdə Murovdağ silsiləsinin Kəlbəcər rayonu istiqamətindəki döyüş postunda hər iki ayağının donması nəticəsində, aldığı travma Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 469 saylı, 2N may 20N6-cı il tarixli qərarı ilə “Hərbi travmadır, Hərbi Xidmət vəzifələrini (Xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi şəhadətləndirilmişdir. Beləliklə, iş materialları ilə birmənalı şəkildə müəyyən olunur ki, İddiaçı xx.xx.N995-ci il tarixdə Murovdağ silsiləsinin Kəlbəcər rayonu istiqamətində yerləşən döyüş postunda hərbi xidmət vəzifələrini yerinə yetirərkən hər iki ayağının ağır dərəcəli donması nəticəsində travma almış, sonradan bu travma amputasiya ilə nəticələnmişdir. Bu hal “X2” (№569), arxiv arayışları, hospital sənədləri və Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.20N6-cı il tarixli 469 nömrəli qərarı ilə tibbi və rəsmi sənədlərlə təsdiq edilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin “a” bəndinə əsasən, hərbi qulluqçu xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışdırsa, bu xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilməlidir. Normanın məzmunundan aydın olur ki, bu hal “hərbi xidmət vəzifələrinin icrası” anlayışından daha geniş hüquqi məna daşıyır və birbaşa dövlətin ərazi bütövlüyünün müdafiəsi ilə bağlıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 27.N-ci maddəsi isə imperativ qaydada müəyyən edir ki, hərbi qulluqçular döyüş növbəsində (döyüş postunda) olduqları zaman hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. Hazırkı işdə iddiaçının məhz döyüş postunda xidmət etdiyi zaman xəsarət alması sübuta yetirildiyindən, onun fəaliyyəti yalnız “xidməti vəzifələrin icrası” kimi deyil, birbaşa Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqəli fəaliyyət kimi qiymətləndirilməlidir. Eyni zamanda, iş materiallarında iddiaçının xəsarətinin qanunvericiliyin 27.2-ci maddəsində nəzərdə tutulan istisna hallardan (sərxoşluq, intizam pozuntusu, özbaşına hərəkət və s.) hər hansı biri nəticəsində baş verdiyini təsdiq edən heç bir sübut mövcud deyildir. Bu isə iddiaçının hüquqi vəziyyətinin cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş daha geniş hüquqi təminatlar yaradan səbəb əlaqəsi əvəzinə, daha məhdud hüquqi nəticələr doğuran səbəb əlaqəsi ilə qiymətləndirildiyini göstərir. Cavabdeh tərəfindən irəli sürülən diskresion səlahiyyətə dair arqument də kollegiya tərəfindən əsaslı hesab edilmir. Belə ki, diskresion səlahiyyət qanunla müəyyən edilmiş alternativ hüquqi nəticələr çərçivəsində seçim hüququnu ifadə edir, lakin qanunun açıq və imperativ normasına zidd qərar qəbul etmək səlahiyyəti vermir. Hazırkı halda faktiki hallar və normativ tələblər iddiaçının xəsarətinin “Azərbaycan Respublikasının müdafiəsi zamanı” alındığını göstərdiyi halda, cavabdehin bu hüquqi nəticəni tətbiq etməməsi diskreson səlahiyyətinin həyata keçirilməsi deyil, qanunun yanlış tətbiqidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixli, 38N nömrəli imtinasının qanunsuz hesab edilməsi və Mərkəzi Hərbi-Həkim Komissiyasının üzərinə iddiaçıya münasibətdə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi dəyişdirilməsi öhdəliyinin qoyulması qanunauyğun, əsaslı və ədalətlidir. Məhkəmə kollegiyası eyni zamanda hazırki iddianın mübahisələndirmə haqqında iddia növünə aid olmasına istinad etməklə iddiaçının hazırda iddia müddətini ötürməklə hazırki iddianı qaldırmasında dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Mübahisəyə dair işin birinci instansiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hərbi xidmət dövründə aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsini tələb edir. İddia tələbinin travmanın səbəbli əlaqəsinin dəyişdirilməsi kimi ifadə olunmasına rəğmən, əslində iddiaçının hüquqi marağının məzmunu və mahiyyəti baxımından həmin tələbə dair iddia mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilə bilməz. Bu həm də mübahisələndirmə haqqında iddianın predmeti baxımından da mümkün deyil. Belə ki, İPM-in 32.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddianın predmeti yalnız əlverişsiz inzibati aktlar ola bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.NN-ci maddəsində nəzərdə tutulmuş anlamda inzibati orqanın təşəbbüsü ilə qəbul edilmiş və maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt əlverişsiz (yükləyici) inzibati akt sayılır. İddiaçının hazırkı məzmunda tələbi isə hərbi xidmət zamanı aldığı xəsarətin və onun səbəbli əlaqəsinin müəyyən olunmasına yönəlmişdir. Başqa sözlə, iddiaçı hərbi xidmət zamanı aldığı xəsarətin və onun alınma şəraitinə uyğun səbəbli əlaqənin müəyyən olunması, konkret halda isə əvvəllər müəyyən olunmuş səbəbli əlaqənin dəyişdirilməsi, daha dəqiqi onun arzuladığı qərarın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu baxımdan iddiaçının tələbi ifadə tərzindən asılı olmayaraq onun hüquqi marağının məzmunu və çatmaq istədiyi məqsəd baxımından qiymətləndirilməlidir. Mübahisəyə dair işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hərbi xidmət zamanı aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsini tələb etməkdə iddiaçı əslində sosial təminatını yaxşılaşdırmaq məqsədi güdür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddianın növünün müəyyən olunması səbəbli əlaqənin dəyişdirilməsi ilə bağlı qərarın iddiaçının sosial təminatına münasibətdə doğurduğu nəticənin təbiətinə (hüquqi və ya faktiki) bağlıdır. Cavabdeh inzibati orqanın qərarı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən hərbi xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin səbəb əlaqəsi faktını müəyyən edir, şəxsə münasibətdə birbaşa hüquqi nəticə doğurmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2025-ci il tarixli, 2-N(NN8)-N207/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar