Məhkəmə qərarları › İş №2-1(105)-1077/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1077/2025

29.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1077/2025 29.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı firmasının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 153 nömrəli Sərəncamına əsasən “Samir” kiçik müəssisəsinə Novxanı kəndində ayrılmış 60 m2 torpaq sahəsi üzərində və Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 182 nömrəli Sərəncamına əsasən “Samir” kiçik müəssisəsinə Novxanı kəndində əlavə olaraq ayrılmış 0.06 ha torpaq sahəsi üzərində və həmin torpaq sahələrinin üzərində inşa edilərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 481 nömrəli Sərəncamı ilə istismara qəbul edilmiş bağ evi ilə birlikdə, bağ evinin hazırda faktiki olduğu vəziyyətində, üzərində “SamirNO” firmasının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4716/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Abşeron Rayon İcra Hakimiyyəti başçısının 27 fevral 1993-cü il tarixli 153 nömrəli Sərəncamı ilə 60 m2 və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 05 aprel 1994-cü il tarixli 182 nömrəli Sərəncamı ilə “Samir” kiçik müəssisəsinə 0.06 ha torpaq sahəsi ayrılmışdır (təhkim edilmişdir). “Samir” kiçik müəssisəsi 11 iyul 1997-ci ildə İddiaçı firmasına çevrilmiş və Ədliyyə Nazirliyində 34353 nömrə ilə qeydiyyata alınmışdır. Sözügedən firmanın mülkiyyətçisi X2r. Eyni zamanda firmanın mülkiyyətçisi X4 mübahisəli torpaq sahəsinin üzərində Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 481 nömrəli Sərəncamı əsasında fərdi yaşayış evi inşa etdirmişdir. İddiaçı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, firmaya ayrılmış 0,066 ha torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi üzrə firmanın yaranmış mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətin icrasından imtina etmişdir.. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 60 kvadrat metr və 0.060 ha. ( cəmi 0.066ha.) torpaq sahəsinə dair və həmin torpaq sahəsinin üzərində yerləşən bağ evinə dair mülkiyyət hüquqlarının İddiaçı firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili iddia tələbini dəqiqləşdirərək, iddiaçı X3 əsl İddiaçı firması ilə əvəz edilməsini və Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 153 nömrəli Sərəncamına əsasən “Samir” kiçik müəssisəsinə Novxanı kəndində ayrılmış 60 m2 torpaq sahəsi üzərində və Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994cü il tarixli 182 nömrəli Sərəncamına əsasən “Samir” kiçik müəssisəsinə Novxanı kəndində əlavə olaraq ayrılmış 0.06 ha torpaq sahəsi üzərində və həmin torpaq sahələrinin üzərində inşa edilərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 481 nömrəli Sərəncamı ilə istismara qəbul edilmiş bağ evi ilə birlikdə, bağ evinin hazırda faktiki olduğu vəziyyətində, üzərində “SamirNO” firmasının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən Cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək direktoru olduğu “Samir–NO” firmasının qanuni istifadəsində olmaqla Novxanı kəndində yerləşən 0.066 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilib istismara qəbul edilmiş olan bağ evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində "Samir -NO" firmasının adına qeydiyyata alınamsını və çıxarışın verilməsini xahiş etmişəm. Ərizədə qeyd etmiş ki, İddiaçı firması əvvəl “Samir” kiçik müəssəsi adlandırılmışdır. “Samir” kiçik müəssəsinə Abşeron rayon İcra Hakimiyyətinin başçısının 27 fevral 1993-cü il tarixli 153 saylı Sərəncamı ilə 60.0 kvm. torpaq sahəsi mağaza inşa edilməsi üçün, daha sonra yenə də Abşeron rayon İcra Hakimiyyəti başçısının 05 aprel 1994-cü il tarixli 182 saylı Sərəncamı ilə “Samir” kiçik müəssəsinə əlavə olaraq əvvəlki torpaq sahəsnin yanında, kənd təsərufatı məhsullarını istehsalı üçün, daha 0.06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin cizgi-planı baş memar tərəfindən təsdiqlənmişdir. Həmin torpaq sahəsinin üzərində onun tərəfindən bağ evi inşa edilmişdir. Həmin inşa edilmiş bağ evi Abşeron rayon İcra Hakimiyəti başmısının 17 iyul 2007-ci il tarixli , 481 nömrəli Sərəncamı ilə istismara qəbul edilmişdir. Bağ evinin istismara qəbul edilməsi haqqında xx.xx.2007-ci il tarixli 1/28 saylı Akt tərtib edilmiş və 9 nəfərdən ibarət komissiya imzalamışdır. “Samir” kiçik müəssəsi 11 iyul 1997-ci ildə İddiaçı firmasına çevrilmişdir və AR Ədliyyə Nazirliyində 34353 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehə təqdim etdiyi ərizəyə 9 adda olmaqla bütün lazımi sənədləri əlavə etmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı bağ evinin yerləşdiyi torpaq sahəsininə dair hüquqmüəyyənedici sənədlərin hazırkı müraciətə əlavə olunmadığı, müraciət üzrə əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyətinin 05 aprel 1994-cü il tarixli, 182 nömrəli sərəncamının “Samir” kiçik müəssisəsinə 0.06 ha torpaq sahəsinin təhkim edilməsinə dair olduğu aşkar edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin icraatında 2-1(118)-4898/2024 nömrəli inzibati işin olduğu müəyyən edilmişdir. Həmçinin torpaq sahəsinin üzərində yerləşən bağ evinin faktiki vəziyyət ilə təqdim edilmiş layihə vəziyyəti arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, eskiz layihədə 2 (iki) mərtəbəli göstərilsə də, faktiki vəziyyətdə bağ evinin 2 (iki) mərtəbəli, mansardlı olduğu, bağ evinin inşası zamanı 2-ci mərtəbəsində aşırımın nəzərə alınmadığı, həmçinin bağ evinin 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. Göstərilən səbəbdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4716/2025 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 153 nömrəli Sərəncamına əsasən “Samir” kiçik müəssisəsinə ayrılmış 60 m2 torpaq sahəsi və Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 182 nömrəli Sərəncamına əsasən “Samir” kiçik müəssisəsinə Novxanı kəndində əlavə olaraq ayrılmış 0.06 ha torpaq sahəsi üzərində (ümumilikdə 0.066 ha) İddiaçı firmasının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinə çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.(hakim Rahim Həsənov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 27 fevral 1993-cü il tarixli 153 nömrəli Sərəncamı ilə 60 m2 və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 05 aprel 1994-cü il tarixli 182 nömrəli Sərəncamı ilə “Samir” kiçik müəssisəsinə 0.06 ha torpaq sahəsi ayrılmış və həmin sərəncamların pryedusiyallığı öz qüvvəsini saxlayır. Sözügedən torpaq sahəsi 30 ildən çoxdur ki, iddiaçının isfifadəsində və faktiki sahibliyindədir. Həmçinin, torpaq sahəsinin mülkiyyətçisi olmuş müvafiq icra hakimiyyəti orqanı da həmin torpaq sahəsində firmanın sahibinə ev tikintisi üçün də sərəncam vermişdir. Göründüyü kimi icra hakimiyyətinin qərarı əsasında qeyd olunan torpaq sahəsi iddiaçıya verilmiş və bu günədək həmin torpaq sahəsindən mübahisəsiz istifadə edir. Sumqayıt İnzibati Məhkəməsinin icraatında 2-1(118)-4898/2024 nömrəli işin olmasına münasibətdə bildirilir ki, sözügedən iş üzrə yekun nəticə verilmiş məhkəmə qərarı olmamış, yəni həmin qərar əsasında iddiaçının hüquqi marağının həll edilməsi ilə nəticələnməmişdir. Belə olan halda etirazda göstərilmiş 2-ci arqument əsassızdır. 3-cü arqumentə münsibətdə bildirir ki, iddia tələbi yalnız torpaq sahəsinə İddiaçı firmasının mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində təmin edilmişdir. İddia qalan hissədə təmin edilməmiş və bu səbəbdən müvafiq arqument də öz əhəmiyyətini itirmiş olur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və izahatında əlavə olaraq bildirdi ki, torpaq sahələri iddiaçıya əvəzsiz şəkildə ayrılmış, iddiaçı tərəfindən hər hansı ödəniş həyata kecirilməmişdir. Bu səbbədən tərəflərindən ödəniş edilməsinə dair məhkəməyə qəbz təqdim edə bilmirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırda apellyasiya baxışının hədlərini iddianın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, işə baxan məhkəmə tərəfindən iddianın təmin edilən hissəsində işin hallarını tam araşdırılmamış, eləcə də maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu isə qərarın həmin hissədə ləğv edilməsi üçün əsas təşkil edir. İş materiallarından görünüyü kimi hazırkı mübahisənin əsasını İddiaçı firmasının Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 153 nömrəli və xx.xx.1994-cü il tarixli 182 nömrəli sərəncamlarına əsasən ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş bağ evi ilə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinin icrasından cavabdeh tərəfindən imtina edilməsi təşkil edir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün ilk növbədə torpaq sahəsi üzərində hüquqların yaranmasının hüquqi mexanizminə aydınlıq gətirilməsi zəruridir. Belə ki, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququ yalnız həmin torpaq sahəsinin müvafiq icra hakimiyyəti və ya bələdiyyə orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənəd əsasında yarana bilər və bu sənədin mövcudluğu daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasının ilkin və əsas şərti hesab olunur. Bu xüsusat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin müxtəlif bəndlərində “daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar”, “daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri”kimi qeyd edilmişdir. İş materiallarının araşdırılmasından müəyyən olunur ki, iddiaçı öz tələblərini əsaslandırarkən Abşeron rayon İcra Hakimiyyətinin başçısının 27 fevral 1993-cü il tarixli 153 saylı və 05 aprel 1994-cü il tarixli, 182 nömrəli sərəncamlarına istinad etmişdir. Lakin qeyd olunan sərəncamların məzmunu diqqətlə təhlil edildikdə, həmin sənəddə mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı hər hansı müddəanın yer almadığı müəyyən edilir. Həmin sərəncamlar ilə torpaq sahəsinin mağaza altına ayrılması və tərəvəz məhsullarının istehsalı məqsədilə iddiaçıya təhkim edildiyi, yəni istifadə hüququnun verildiyi açıq şəkildə görünür. Yəni, sözügedən sərəncamlar iddiaçıya torpaq sahəsi üzərində mülkiyyət hüququ deyil, yalnız təyinatına uyğun olaraq həyata keçirilməsi mümkün olan istifadə hüququ tanıyır. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, torpaq sahəsinin uzun müddət faktiki istifadədə olması, həmin torpaq sahəsi üzərində tikinti aparılması və ya tikilinin istismara qəbul edilməsi faktları öz-özlüyündə torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasına səbəb olmur və bu hallar mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Əks yanaşma dövlət mülkiyyətində olan torpaqların qanunvericilikdə nəzərdə tutulmuş özəlləşdirmə prosedurlarından kənar şəkildə xüsusi mülkiyyətə keçməsinə gətirib çıxara bilər ki, bu da hüquqi müəyyənlik və qanunçuluq prinsipləri ilə ziddiyyət təşkil edərdi. Hazırkı iş üzrə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlar kateqoriyasına aid olmuş və iddiaçı tərəfindən həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi, yəni özəlləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş hər hansı qərar, sərəncam və ya qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq edən hüquqi faktların mövcudluğu sübuta yetirilməmiş hesab edilir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, mövcud məhkəmə təcrübəsinə və qanunvericiliyin tələblərinə əsasən, hüquqi şəxslərə torpaq sahələrinin mülkiyyətə verilməsi və ya xüsusi mülkiyyət hüququnun yaranması yalnız müvafiq hüquqi və maliyyə mexanizmləri tətbiq edilməklə, o cümlədən torpaq sahəsinin ödənişli əsaslarla verilməsi, alqı-satqı, özəlləşdirmə və ya digər əvəzli hüquqi əqdlər əsasında mümkündür. Hazırkı iş üzrə isə mübahisəli torpaq sahəsinin iddiaçıya verilməsi zamanı hər hansı ödənişin həyata keçirildiyini, torpaq sahəsinin alqı-satqı predmetinə çevrildiyini və ya qanunvericilikdə nəzərdə tutulmuş özəlləşdirmə prosedurunun tətbiq edildiyini təsdiq edən heç bir sübut və sənəd iş materiallarında mövcud deyildir. Bu hal da iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yarandığı qənaətinə gəlməyə əsas vermir. Beləliklə, iş üzrə toplanmış sübutların məcmu və sistemli şəkildə qiymətləndirilməsi nəticəsində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisəli torpaq sahəsi üzrə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına imkan verən hüquqi əsaslar mövcuddur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş tələblər hazırkı iş üzrə ödənilmir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Belə olan təqdirdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan natamam sübutlar əsasında iddanı qismən təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4716/2025 nömrəli qərarı qismən - Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 153 nömrəli Sərəncamına əsasən “Samir” kiçik müəssisəsinə ayrılmış 60 m2 torpaq sahəsi və Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 182 nömrəli Sərəncamına əsasən “Samir” kiçik müəssisəsinə Novxanı kəndində əlavə olaraq ayrılmış 0.06 ha torpaq sahəsi üzərində (ümumilikdə 0.066 ha) İddiaçı firmasının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinə çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4716/2025 nömrəli qərarı qismən - Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 153 nömrəli Sərəncamına əsasən “Samir” kiçik müəssisəsinə ayrılmış 60 m2 torpaq sahəsi və Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 182 nömrəli Sərəncamına əsasən “Samir” kiçik müəssisəsinə Novxanı kəndində əlavə olaraq ayrılmış 0.06 ha torpaq sahəsi üzərində (ümumilikdə 0.066 ha) İddiaçı firmasının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinə çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar