Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1078/2024 28.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X1 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə dair plan və ölçü sənədində göstərilən koordinatların torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırılması və torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək yerində ona tanıdılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-3/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək **********96 reyestr nömrəli torpaq sahəsinə dair reyestr sənədlərinə düzəlişlərin edilməsi, xx.xx.2017-ci il tarixli A N 163686-li plan və ölçü sənədində əsas döngə nöqtələrinin koordinatlarının əvvəlki mülkiyyətçi X4 verilmiş xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın pasportundakı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğunlaşdırılması, buna uyğun olaraq torpaq sahəsinin naturada sərhədlərinin dəqiq müəyyən edilməklə ayrılması (naturada yerinin göstərilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə dair plan və ölçü sənədində göstərilən koordinatların torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırılması və torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək yerində ona tanıdılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 11 iyul 2017-ci il tarixli 4Ə-743 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini X2 almışdır. Aldığı torpaq sahəsinə dair mülkiyyət hüququ 28 iyul 2017-ci il tarixdə qeydə alınmış və ona müvafiq çıxarış verilmişdir. Lakin torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları çıxarışlarda fərqli qeyd olunmuş və bir-birinə uyğun gəlmir, nəticədə onun aldığı torpaq sahəsi naturada yeni koordinatlara uyğun olaraq tamam fərqli və başqa şəxsə məxsus yerə təsadüf edir. Bununla bağlı hazırda iddiaçı onun adına tərtib edilmiş plan və ölçü sənədini torpaq sahəsinin faktiki yerləşmə yerinə uyğun tərtib edilməsini xahiş edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin hansı koordinatlar daxilində yerləşməsi barədə 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixdə daxil olmuş ərizəsinə baxılmışdır. Bununla əlaqədar olaraq vətəndaşa bildirilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən ərizəçinin mülkiyyətində olan xx.xx.2017-ci il tarixli **********96 reyestr nömrəli 0,04 ha torpaq sahəsinin müayinə baxışına (inventarlaşdırma, çöl-ölçmə) şərait yaradılmadığı üçün döngə nöqtələrinin koordinatlarını göstərmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: **********96 reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. AN163686 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin sənəd Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş müayinə aktından görünür ki,naturada ölçülən torpaq sahəsi ilə baza məlumatlarında olan torpaq sahəsinin cizgiləri uyğunluq təşkil edir. Üzərində başqa vətəndaş tərəfindən yuyucu sex inşa edilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2023- cü il tarixli cavab məktubundan görünür ki, Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində iddiaçının naturada iddia etdiyi torpaq sahəsinin koordinatları daxilində başqa şəxsə məxsus tikilinin (avtoyuma məntəqəsi) mövcud olduğu qeyd edilmişdir. Ərazi İdarəsində mövcud olan elektron məlumat bazasında və idarənin arxivində həmin tikili üzərində mülkiyyət hüququnun qeydə alınması barədə heç bir məlumat aşkar olunmadı. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı adına xx.xx.2017-ci il tarixdə **********96 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.04 ha torpaq sahəsi həmin torpaq sahəsinə verilmiş plan və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilmiş bu səbəbdən naturada uyğunsuzluq mövcuddur. Mübahisəli torpaq sahəsinin faktiki koordinatları İddiaçı adına xx.xx.2017-ci il tarixdə **********96 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.04 ha torpaq sahəsinə verilmiş plan və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından həmin torpaq sahəsinin koordinatları ilə uyğunsuzluq mövcuddur. İddiaçı adına xx.xx.2017-ci il tarixdə **********96 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.04 ha torpaq sahəsinə verilmiş planı və ölçüsündə göstərilən koordinatları ilə X3 adına xx.xx.2006-cı il tarixdə **********96 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.04 ha torpaq sahəsinə verilmiş planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluqlar mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/2127 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: İddiaçı adına xx.xx.2017-ci il tarixdə **********96 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi iiə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.04 ha torpaq sahəsi həmin torpaq sahəsinə verilmiş planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilmiş bu səbəbdən naturada uyğunsuzluq mövcuddur. Mübahisəli torpaq sahəsinin faktiki koordinatları İddiaçı adına xx.xx.2017-ci il tarixdə **********96 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsinə verilmiş planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından həmin torpaq sahəsinin koordinatları ilə uyğunsuzluqlar mövcuddur. İddiaçı adına xx.xx.2017-ci il tarixdə **********96 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsinə verilmiş planı və ölçüsündə göstərilən koordinatları ilə X3 adına xx.xx.2006-cı il tarixdə **********96 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsinə verilmiş planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluqlar mövcuddur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Dövlət Aktına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2017-ci il tarixli, **********96 reyestr nömrəli Çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları X4 xx.xx.2006-ci il tarixli, **********96 reyestr nömrəli Çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarıı ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarfna, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cıil 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-3/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə dair plan və ölçü sənədində göstərilən koordinatların torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırılması və torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək yerində ona tanıdılması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində qanunla təmin edilmiş sahiblik, istifadə və sərəncam vermək hüquqları vardır. Cavabdeh orqanın əməkdaşlarının yol verdiyi qeyri- dəqiqlik nəticəsində iddiaçı uzun illərdir torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Məhkəmə hesab edir ki, hüquqların qeydiyyatı barədə çıxarışla yanaşı, çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəricilərini (məkan, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan plan-ölçü sənədinin verilməsi cavabdeh inzibati orqanın vəzifəsidir. Bununla bağlı iddiaçıya verilmiş plan və ölçü sənədində koordinatların torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırılması və ona tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərman imzalanmışdır. Mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə həmin Fərmanın icrası ilə əlaqədar torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması istiqamətində hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadədə olan torpaqın məkan göstəriciləri arasında uyğunsuzluqların bu gün üçün aradan qaldırılmadığı diqqətə çatdırılır. Qeyd olunan ərazidə dürüstləşmə işləri yekunlaşdıqdan sonra İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə dair plan və ölçü sənədində göstərilən koordinatların torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırılması və torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək yerində ona tanıdılması tərəflərindən mümkün olacaqdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, dəqiqləşmiş ərizənin təmin edilməsini xahiş etdilər Əvvəliki məhkəmə iclasında iştirak etsədə, sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanı
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçının mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə dair plan və ölçü sənədində göstərilən koordinatların torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırılması və torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək yerində ona tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində qanunla təmin edilmiş sahiblik, istifadə və sərəncam vermək hüquqları vardır. Cavabdeh orqanın əməkdaşlarının yol verdiyi qeyri-dəqiqlik nəticəsində iddiaçı uzun illərdir torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Məhkəmə hesab edir ki, hüquqların qeydiyyatı barədə çıxarışla yanaşı, çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəricilərini (məkan, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan plan-ölçü sənədinin verilməsi cavabdeh inzibati orqanın vəzifəsidir. Bununla bağlı iddiaçıya verilmiş plan və ölçü sənədində koordinatların torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırılması və ona tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Birinci instansiya məhkəməsi həm iddiaçı uzun illərdir torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur qeyd edir, həm də iddiaçıya verilmiş plan və ölçü sənədində koordinatların torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırılması və ona tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbini əsaslı hesab edir. Məhkəmə kollegiyasının iclasında tərəflərlə torpaq sahəsindən faktiki istifadə vəziyyəti müzakirə edilmiş, kollegiya tərəfindən mübahisəli torpaq sahəsinin faktiki istifadə vəziyyətinin müəyyən olunması və digər məlumatların əldə edilməsi ilə bağlı idarənin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə yerində müayinə edilərək müvafiq müayinə aktı və ona əlavə olunmuş sənədlərin ən qısa zaman ərzində məhkəməyə təqdim edilməsi məqsədilə cavabdeh inzibati orqana sorğu ünvanlanmışdır. Cavabdeh inzibati orqan tərəfindən sorğuya cavab olaraq təqdim edilmiş 12 dekabr 2024-cü il tarixli müayinə aktında qeyd edilir ki, göstərilən torpaq sahəsi bir tərəfdən daş hasarla sərhədlənib, faktiki istifadə olunan torpaq sahəsinin yerləşməsi ilə sənəd üzrə (plan-ölçüdə göstərilən koordinat əsasında) torpaq sahəsinin yerləşməsi arasında fərq mövcuddur, torpaq sahəsi üzərində başqa şəxs tərəfindən tikilmiş yarımtikili var. Göründüyü kimi iddiaçının mübahisəsiz formada istifadəsində torpaq sahəsinin olduğu müəyyən edilmir. Məhkəmə kollegiyasının iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçı tərəfə hüquqi yardım edilmiş, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin koordinatları üzrə sərhədlərinin tanıdılması və təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İş materiallarından görünür ki, iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, eyni zamanda koordinatları da müəyyən edilmişdir. İddiaçı hazırda mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin koordinatları üzrə sərhədlərinin tanıdılması və təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin müvafiq bəndlərinə əsasən ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq, ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi” nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Göündüyü kimi dovlət qeydiyyatına alınmış torpaq sahəsinin naturada sərhədlərini müəyyən etmək cavabdeh inzibati orqanın vəzifəsidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin koordinatları üzrə sərhədlərinin tanıdılması və təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi iddiası əsaslıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən müəyyən edilir ki, iddiaçının niyəti mülkiyyətində olan torpaq sahəsinin koordinatları üzrə sərhədlərinin tanıdılmasına və təhvil verilməsinə nail olmaqdan ibarətdir. Hazırki iş üzrə iddiaçının dövlət qeydiyyatına alınmış torpaq sahəsi faktiki olaraq naturada başqasının istifadəsində olduğu və iddiaçıda həmin torpaq sahəsini istədiyi təqdirdə o, mülkiyyət hüquqlarının qorunmasını mülki məhkəmə icraatı qaydasında tələb edə bilər. Başqa sözlə, mübahisəli torpaq sahəsinin faktiki olaraq başqa şəxsin mülkiyyətində olması zamanı hazırki iddia tələbi torpaq sahəsinin həmin şəxsin istifadəsindən alınaraq iddiaçıya təhvil verilməsi kimi başa düşülməməlidir. Belə ki, dövlət qeydiyyatına aınmış torpaq sahəsinin naturada yerinin göstərilməsi və prosesin rəsmiləşdirilməsi cavabdeh inzibati orqanın öhdəlik daşıdığı məsələdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin koordinatları üzrə sərhədlərinin tanıdılması və təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Eyni zamanda iddiaçıya izah olunsun ki, torpaq sahəsini alarkən ona tanıdılan torpaq sahəsini hasara alıb, torpaq sahəsindən faktiki istifadə etdiyi halda, koordinatlar arasında uyğunsuzluq olarsa, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il, 818 nömrəli Fərmanına əsasən koordinatların faktiki vəziyyətə uyğunlaşdırılmasını tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-3/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin koordinatları üzrə sərhədlərinin tanıdılması və təhvil verilməsi (naturada yerinin göstərilməsi və bu prosesin rəsmiləşdirilməsi) öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.