Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1078/2025 13.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X9 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “cavabdeh orqanın 01 iyul 2024-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barədə qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(118)-3244/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissə tərəfindən verilmiş N dekabr 2020-ci il tarixli, 2484 nömrəli Travma haqqında arayışdan görünür ki, gizir İddiaçı 26 noyabr 2020-ci il tarixdə “Papravənd” ərazisində dağdan enən zaman “Kamaz” markalı maşınla idarəetməni itirərək avtoqəza nəticəsində “L1 fəqərəsinin kompression sınığı” diaqnozu ilə xəsarət almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 13 iyul 2023-cü il tarixli, 886 nömrəli məktubu ilə göndərilmiş Həkim Psixiatr Komissiyasının 10 iyul 2023-cü il tarixli, 1312 nömrəli rəyindən görünür ki, İddiaçı müayinə olunmuş, “üzvi dissosiativ pozuntu, tez-tez baş verən funksional tutmalarla (ayda 4-5 dəfə) və intihar cəhdləri ilə F06.5” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 13 fevral 2024-cü il tarixli, 3580 nömrəli məktubu ilə göndərilmiş Həkim Psixiatr Komissiyasının 13 fevral 2024-cü il tarixli, 3639 nömrəli rəyindən görünür ki, İddiaçı müayinə olunmuş, üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, funksional tutmalar (ayda 4-5 dəfə) intihar cəhdləri ilə F07.0” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 11 fevral 2023-cü il tarixli, 1181 nömrəli İddiaçı dair “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən diaqnoz ”Avtoqəza (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin əzilməsindən sonrakı mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi emosional-labil və üzvi dissosiativ pozuntu, davamlı postkontuzion sindrom. Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə və intihar cəhdləri ilə. Avtoqəza (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beynin sol təpə payının hemorragik əzilməsinin dağınıq üzvi nişanələr şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması ilə. Avtoqəza (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş-beynin sol təpə payının hemorragik əzilməsindən sonrakı vəziyyət. Onurğa sütununun qapalı küt travması, L1 fəqərə cisminin fəsadlaşmamış, stabil, pazvari deformasiyası ilə köhnə kompression sınığı nəticəsində onurğa sütununun funksiyasının cüzi dərəcədə pozulması ilə”. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, diaqnoz: “İkincili hissəvi adentiya”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının 01 iyul 2024-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı iddia qaldıraraq “İddiaçı əlillik dərəcə təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, “cavabdeh orqanın 01 iyul 2024-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barəsində qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1991-ci il təvəllüdlü X1 rayon Qurdtəpə kəndində anadan olmuşdur. N6-cı ilin dekabr ayında Gizirlik kursunu bitirib Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1-ci ordu korpusunun N saylı hərbi hissənin 3-cü Tabor 7-ci bölüyün 1-ci TKM-müavini vəzifəsində xidmət etmişdir. N7-ci ilə qədər N saylı hərbi hissədə xidmət aparmışdır. N7-ci ilin təxmini yaz aylarında 1-ci ordu korpusunun N saylı hərbi hissəsində xidmətini davam etdirmişdir. 2020-ci ilin oktyabr ayında yuxarı komandanlığın göstərişinə əsasən xidmət etdiyi taborla birlikdə Suqovuşan, Talışkənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirməyə göndərilmişdi. 2020-ci ilin noyabr ayının 13-də şəxsi heyətə şam yeməyi aparmışdır (öz şəxsi heyəti ön xətdə döyüş tapşırığını yerinə yetirirdi). Düşmən tərəfdən açılan atəş nəticəsində olduğu maşının vurlulması nəticəsində sürücü idarəetməni itirmiş və maşını qəzaya uğramışdır. İddiaçı ayılanda özünün 056 saylı hərbi Hospitalda olduğunu bilmiş və həmin gün iddiaçı Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Hərbi Hospitalına göndərilmişdir. Müayinələr zamanı qapalı kəllə-beyin tramvası, baş-beyin əzilməsindən sonra orta dərəcəli ifadə olunmuş üzvü emosional-labit və üzvi dissosiativ pozuntu, davamlı posstkontizon sindiromu, orta dərəcədə ifadə olunmuş uzunmüddətli poztravmatik stress pozuntusu, deprezisiv əlamətlərlə və intihara cəhd ilə qapalı kəllə-beyin tramvası, baş beyin sol təpə payının hemorragık əzilməsinin dağınıq üzvü nişanələr şəkildə nəticəsi mərkəzi sinir sisteminin funksiyasının pozulması ilə, onurğa sütununun qapalı küt tramvası L1, fəqərə cismən fəsadlaşmış stabil paz varı deformasiyası ilə kompresion sınıq nəticəsində onurğa sütununun pozulması ilə 5 dəfə forma 88 sistemə daxil edilmiş, lakin hər dəfə imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə bildirirlər ki, iddiaçının inzibati orqan tərəfindən verilmiş imtinadan məlumatı xx.xx.2024-cü il tarixində ********** nömrəli telefon nömrəsinə gəlmiş sms vasitəsi ilə olmuşdur. İddiaçı 30 gün müddəti keçirdiyi üçün iddianın mümkünsüz hesab olunmasını xahiş edirlər. Bundan başqa Şamaxı rayon sakini xx.xx.1991-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 1181 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Avtoqəza (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin əzilməsindən sonrakı mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi emosional-labil və üzvi dissosiativ pozuntu, davamlı postkontuzion sindrom. Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə və intihar cəhdləri ilə. Avtoqəza (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beynin sol təpə payının hemorragik əzilməsinin dağınıq üzvi nişanələr şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması ilə. Avtoqəza (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, başbeynin sol təpə payının hemorragik əzilməsindən sonrakı vəziyyət. Onurğa sütununun qapalı küt travması, L1 fəqərə cisminin fəsadlaşmamış, stabil, pazvari deformasiyası ilə köhnə kompression sınığı nəticəsində onurğa funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “İkincili hissəvi adentiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 244/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) dissosiativ pozuntu, tez-tez baş verən funksional tutmalar (ayda 4-5 dəfə) intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 2024/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, funksional tutmalar (ayda 4-5 dəfə) intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3639 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, funksional tutmalar (ayda 4-5 dəfə), intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, yuxusuzluqdan, baş ağrılarından, yuxunun, yaddaşın pozulmasından, zəif görmədən şikayətlənmişdir. Müayinə zamanı düşüncəsi aydın, bələdliliyi saxlanılmışdır. Zahirən narahat izlənilmişdir. Durmadan sosial vəziyyətindən şikayət etmişdir. Nümayişkar davranış sərgiləmiş, əhvalı qeyri-sabit, emosional labil izlənilmişdir. Tənqidi bütün növlər üzrə qorunmuşdur. Verilən sualların mahiyyətindən yayınaraq dramatik cümlələrdən istifadə etmişdir. Sualları tam qavramış, təfəkkürü məntiqi, ardıcıl müşahidə edilmişdir. Ailəli, 3 övladının olduğunu bildirmişdir. Ötən komissiyada olduğu kimi əlillik təyinatı aparılmayacağı təqdirdə övladlarına xəsarət yetirəcəyi ilə təhdid etmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış, dissosial tendensiyalar. Əlillik verilmədiyi təqdirdə övladlarını yandıracağını bildirir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən halları nəzərə alaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(118)-3244/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh 01 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı X3 xx.xx.2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart N5-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İddiaçının hüquqi marağı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, nəticədə Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən diaqnoz ”Avtoqəza (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin əzilməsindən sonrakı mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi emosional-labil və üzvi dissosiativ pozuntu, davamlı postkontuzion sindrom. Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə və intihar cəhdləri ilə. Avtoqəza (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beynin sol təpə payının hemorragik əzilməsinin dağınıq üzvi nişanələr şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması ilə. Avtoqəza (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beynin sol təpə payının hemorragik əzilməsindən sonrakı vəziyyət. Onurğa sütununun qapalı küt travması, L1 fəqərə cisminin fəsadlaşmamış, stabil, pazvari deformasiyası ilə köhnə kompression sınığı nəticəsində onurğa sütununun funksiyasının cüzi dərəcədə pozulması ilə”. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, diaqnoz: “İkincili hissəvi adentiya”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş Həkim Psixiatr Komissiyasının sonuncu rəyində iddiaçıya “üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, funksional tutmalar (ayda 4-5 dəfə) intihar cəhdləri ilə F07.0” diaqnozu qoyulmuşdur. İddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixli, Z00200630QGA nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – S06.0 “Baş beynin silkələnməsi, Avtoqəza (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsindən sonrakı mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi emosional labil və üzvi dissosiativ pozuntu, davamlı postkontuzion sindrom”, ağırlaşmaları: F06.5 “Üzvi dissosiativ pozuntu, Üzvi dissosiativ pozuntu, tez-tez baş verən funksional tutmalarla (ayda 4-5 dəfə) və intihar cəhdləri ilə”, F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, funksional tutmalar (ayda 4-5 dəfə), intihar cəhdləri ilə”, F07.2 “Postkontuzion sindrom, postkommosion sindrom”, F43.1 “Posttravmatik stress pozuntusu,” yanaşı xəstəlikləri: S32.0 “bel fəqərəsinin sınığı, avtoqəza nəticəsində onurğa sütununun qapalı küt travması L1, fəqərə cisminin fəsadlaşmaması pazvari deformasiyası ilə köhnə kompression sınığı nəticəsində onurğa funksiyasının cüzi dərəcədə pozulması” olaraq qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-3244/2025 nömrəli, 03 fevral 2025-ci il tarixli qərardadı ilə iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə (cavabdeh inzibati orqanın mütəxəssisləri ekspert qismində cəlb olunmadan) tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 1634 nömrəli, 20 may 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı avtoqəza nəticəsində almış olduğu qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, təkrarlanan intihar cəhdləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10cu baxışında kodu F07.0) müəyyən edilir. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin hazırda mövcud olması ekspert rəyi və müvafiq sənədlər ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Eləcə də cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2024-cü il tarixli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Sözügedən göndəriş zamanı iddiaçının əsas diaqnozu – S06.0 “Baş beynin silkələnməsi, Avtoqəza (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsindən sonrakı mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi emosional labil və üzvi dissosiativ pozuntu, davamlı postkontuzion sindrom”, ağırlaşmaları: F06.5 “Üzvi dissosiativ pozuntu, Üzvi dissosiativ pozuntu, tez-tez baş verən funksional tutmalarla (ayda 4-5 dəfə) və intihar cəhdləri ilə”, F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, funksional tutmalar (ayda 4-5 dəfə), intihar cəhdləri ilə”, F07.2 “Postkontuzion sindrom, postkommosion sindrom”, F43.1 “Posttravmatik stress pozuntusu,” yanaşı xəstəlikləri: S32.0 “bel fəqərəsinin sınığı, avtoqəza nəticəsində onurğa sütununun qapalı küt travması L1, fəqərə cisminin fəsadlaşmaması pazvari deformasiyası ilə köhnə kompression sınığı nəticəsində onurğa funksiyasının cüzi dərəcədə pozulması” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 1634 nömrəli, 20 may 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iddiaçıda hal-hazırda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı avtoqəza nəticəsində almış olduğu qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, təkrarlanan intihar cəhdləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) aşkar edilir. Beləliklə də, müvafiq göndəriş zamanı iddiaçıya qoyulmuş F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, funksional tutmalar (ayda 4-5 dəfə), intihar cəhdləri ilə” diaqnozlu xəstəliyin hazırda da davam etməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçının əlilliyinə əsas olmuş xəstəliklər ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda yuxarıda qeyd edilən xəstəliklərin mövcudluğu və onun tələbində haqlı olduğu müəyyən edilir. Beləliklə də, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal xarakter daşıyır. Məhkəmə kollegiyası əlilliyin təyinat tarixinə də münasibət bildirməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni xx.xx.2024-cü il tarixdən təyin edilməlidir. Beləliklə də, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbinə düzgün münasibət bildirmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 01 iyul 2024-cü il tarixli qərarı ləğv edilməli və İddiaçı 01 iyul 2024-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 65- 80% əlillik dərəcəsinin 2 il müddətinə təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(118)-3244/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 01 iyul 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı 01 iyul 2024-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 65-80% əlillik dərəcəsinin 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.