Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-108/2022 28.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçılar X1 və İddiaçı2 Salman qızının Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı2 Salman qızının, Cavabdehin nümayəndəsi Nümayəndə1, Üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçılar X1 və İddiaçı2 Salman qızının Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs X3 verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş 2018-ci il tarixli eskiz lahiyəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin etibarsız hesab edilməsi tələbinə” dair Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-62/2021 nömrəli qərarından üçüncü şəxs X2 vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar cavabdehə qarşı Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs X4 verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün 2018-ci il tarixli eskiz lahiyəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 09 saylı icazənin, tikintiyə icazə barədə 07 saylı 31 may 2018-ci il tarixli xüsusi nişanın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X2 mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə, 175 saylı evin həyətində tikilmiş tikililərin onun hesabına sökülməsi və bununla bağlı ona verilmiş layihə smeta sənədlərinin ləğv olunmasını xahiş etmişdirlər. İş üzrə verilmiş layihə smeta sənədlərinə uyğun olaraq iki dəfə məhkəmə texniki ekspertizası təyin edilmişdir. İddiaçılar cavabdeh N.Məmmədova qarşı “tikiləcək tikilinin, layihə smeta sənədlərinin ləğv edilməsi, tikinti norma və qaydalarına uyğun tikilməməsi baxımından sökülməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh N.Məmmədova məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 saylı həyətdə tikilinin tikintisi üçün verilmiş layihə smeta sənədlərinin ləğv olunması və həmin ünvanda aparılmış tikintinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, RX ******* saylı çıxarışına əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən torpaq sahəsinin mülkiyyətçisi N.Məmmədovdur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 76 saylı 04 aprel 2018-ci il tarixli sərəncamına əsasən N.Məmmədovun mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən 800 kvm torpaq sahəsində razılaşdırılmış lahiyəyə uyğun olaraq obyektin layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş “09 saylı 31 may 2018-ci il tarixli icazəyə əsasən lahiyə üzrə N.Məmmədova Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən torpaq sahəsi üzərində 2 mərtəbəli qeyri yaşayış obyektinin tikintisinə icazə verilmişdir və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş “07 saylı 31 may 2018-ci il tarixli tikintiyə icazə barədə xüsusi nişana” əsasən həmin ünvanda yerləşən torpaq sahəsi üzərində 2 mərtəbəli qeyri yaşayış obyektinin lahiyə sifarişçisi N.Məmmədov, lahiyəçisi isə "xxxx" MMC-ti olmuşdur. 26.10.2018-ci ildə iddiaçılar iddia tələblərinə dəqiqləşdirmə verərək, cavabdehə Sumqayıt şəhəri, Corat qəsəbəsi,76-cı məhəllə, 175 ünvanında yerləşən tikilinin, qeyri yaşayış obyektinin tikintisi üçün verilmiş lahiyə smeta sənədlərinin, bununla bağlı digər sənədlərin ləğv olunması, həmin ünvanda tikilimiş yarımçıq tikilinin cavabdehin hesabma sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. 02.11.2018-ci ildə vəsatətlə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinin tikintisi üçün tərtib edilmiş lahiyə smeta sənədlərinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini uyğun olub olmaması ilə bağlı məhkəmətikinti ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdirlər. Sumqayıt Şəhər Məhkəməsinin 02.11.2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat dayandırılaraq məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 50125 saylı 15 fevral 2019-cu il tarixli rəyindən müəyyən edilmişdir ki, “ünvan 4 ünvanında yerləşən N.Məmmədovun mülkiyyətində olan həyətyanı torpaq sahəsində, fərdi-yaşayış evinin inşa olunmasına dair tərtib edilmiş eskiz lahiyəsində göstərilən tikilinin fərdi-yaşayış evi kimi layihələndirildiyi müəyyən edilir, N.Məmmədovun mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin üzərində fərdi-yaşayış evi kimi layihələndirilmiş ümumi tikinti altı sahəsi 347, m2 olan tikilinin Azərbaycan Respublikası NK-nin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaların 4.13 bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Mövcud vəziyyətdə tikintisi tam başa çatmamış yarımçıq vəziyyətdə inşa olunmuş və fərdi-yaşayış evi kimi layihələndirilmiş mübahisəli tikili ilə qonşuluqda yerləşən iddiaçıların istifadəsində olan həyətyanı torpaq sahələrinin sərhəd hasarı arası məsafənin 1,10-1,13 metr və müvafiq eskiz layihəsi üzrə tikilinin divarının xarici hündürlüyünün 11,30 metr təşkil etdiyini nəzərə alaraq, cavabdehin inşa etdiyi tikili ilə iddiaçılara məxsus həyətyanı torpaq sahələrinin sərhədi arasındakı məsafənin, həm layihə üzrə, həm də mövcud vəziyyətdə Azərbaycan Respublikası 5'hərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1 bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir.” Məhkəmə prosesi gedişində müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi,76-cı məhəllə, 175 ünvanında öncədən fərdi yaşayış evinə verilmiş lahiyyə smeta sənədləri, hazırki mülki iş üzrə ekspertiza tədqiqatı aparılan zaman dəyişdirilmiş və qeyri-yaşayış sahəsi üçün tikintiyə icazə verilmişdir. İddiaçıların vəsatətləri nəzərə alınaraq Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə icraat dayandırılaraq mülki iş üzrə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertin qarşısında qeyd olunan torpaq sahəsində yeni eskiz lahiyyəsində göstərilənlərə uyğun olaraq qeyri-yaşayış sahəsinin tikintisinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanması barədə suallar qoyulmuşdur. Müvafiq ekspertin rəyi məhkəməyə 08.10.2019cu ildə daxil olmuşdur. Məhkəmə-tikinti-texniki ekspertizasının 17139 saylı 04 oktyabr 2019-cu il tarixli rəyindən müəyyən edilir ki, “ünvan 5 ünvanında yerləşən X2 mülkiyyətində olan həyətyanı torpaq sahəsində, qeyri-yaşayış obyektinin inşa olunmasına dair tərtib edilmiş eskiz layihəsində göstərilən tikilinin qeyri-yaşayış obyekti kimi layihələndirildiyi müəyyən edilir, N.Məmmədovun mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin üzərində qeyri-yaşayış obyekti kimi layihələndirilmiş ümumi tikinti altı sahəsi 679,0 m2 olan tikilinin Azərbaycan Respublikası NK-nin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaların 4.13 bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Mövcud vəziyyətdə tikintisi tam başa çatmamış yarımçıq vəziyyətdə inşa olunmuş və qeyri-yaşayış sahəsi kimi layihələndirilmiş mübahisəli tikili ilə qonşuluqda yerləşən iddiaçıların istifadəsində olan həyətyanı torpaq sahələrinin sərhəd hasarı arası məsafənin 1,10-1,13 metr və 0,90 metr olduğunu və müvafiq eskiz layihəsi üzrə tikilinin divarının xarici hündürlüyünün 11,30 metr təşkil etdiyini nəzərə alaraq, cavabdehin inşa etdiyi tikili ilə iddiaçılara məxsus həyətyanı torpaq sahələrinin sərhədi arasındakı məsafənin, həm layihə üzrə, həm də mövcud vəziyyətdə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1 bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir, iddiaçıların yaşadığı evlərin yerləşdiyi torpaq sahələrinin sərhədi ilə cavabdehin yarımçıq inşa etdiyi və qeyri-yaşayış obyekti kimi layihələndirdiyi mübahisəli obyekt arası məsafənin 1,10-1,13 metr və 0,90 metr olduğunu nəzərə alaraq, tikililər arasındakı məsafələrin, Azərbaycan Dövlət Tikinti normaları 2.6-1-nin Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasının yanğın əleyhinə tələbləri bölməsinin 1-ci bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. 25.10.2019-cu ildə keçirilən məhkəmə prosesində yenidən iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh N.Məmmədova Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında fərdi yaşayış evinin tikintisi üçün verilmiş 2018-ci il tarixli eskiz lahiyəsinin qanunsuz hesab edilməklə, o cümlədən həmin torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin, tikintiyə icazə barədə 07 saylı 31 may 2018-ci il tarixli xüsusi nişanın etibarsız hesab edilməsi, həmin ünvanda tikilmiş yarımçıq tikilinin cavabdeh N.Məmmədovun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili AşHüseynova iddia tələbinə etiraz edərək, bildirmişdir ki, hazır ki, tələb üzrə qeyd olunan mübahisəyə Sumqayıt Şəhər Məhkəməsində baxılması mümkün deyil. Belə ki, iddia tələbində göstərilənlərin əksər hissəsi inzibati orqan hesab edilən Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin verdiyi inzibati akt qüvvəsinə malik olan sənədinin etibarsız hesab edilməsi ilə bağlıdır. Belə olduğu tədqirdə hazırki mübahisəyə Sumqayıt İnzibati İqtisadi Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən cavabdehin vəkili iddia tələbi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa iddiaçıların vəkili onuda bildirmişdir ki, əgər iddia tələbinin N.Məmmədova Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında fərdi yaşayış evinin tikintisi üçün verilmiş 2018-ci il tarixli eskiz layihəsinin qanunsuz hesab edilməsi, o cümlədən həmin torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin, tikintiyə icazə barədə 07 saylı 31 may 2018-ci il tarixli xüsusi nişanının etibarsız hesab edilməsi hissə üzrə icraata xitam veriləcəksə iddia tələbi “tikilinin sökülməsi” hissəsində baxılmamış saxlanmışdır. Hal-hazırda inzibati iqtisadi məhkəməsinə müraciət edərək yaranmış problemin həllini istəyirlər. İddia tələbi onunla əsaslandırılır ki, Azərbaycan Respublikası NK-nin 136 saylı 28 avqust 2007-ci il tarixli təsnifatına 17.03.2019-cu il tarixdə dəyişiliklik aparılaraq “Yerli icra hakimiyyəti başçılarının yanında olan dövlət büdcəsindən maliyələşən orqanlar” inzibati orqanların siyahısına daxil edilmişdir. Bu baxımdan yaranmış mübahisəni inzibati iqtisadi məhkəmələri həl etməlidirlər. İnzibati icraat haqqında qanunun 2.0.2-ci maddəsi müəyyən edir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İPM-nin 2.2-ci maddəsi müəyyən edir ki, İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.5 inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Hesab edirlər ki, inzibati orqan olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin, maraqlı şəxs olan X3 verdiyi, Sumqayıt şəhəri, Corat qəs, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş 2018-ci il tarixli eskiz lahiyəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31.05.2018-ci il tarixli 09 saylı icazəsinin, tikintiyə icazə barədə 07 saylı 31.05.2018-ci il tarixli xüsusi nişanın etibarsız hesab edilməsi barədə qərar çıxarılmalıdır. 31.05.2018-ci il tarixli 07 saylı və 09 saylı icazə bir biri ilə bağlı olduğundan onları ayırmaq mümkün deyil. Bu baxımdan onlar bir iddia tələbində birləşdirilib birgə baxılmalıdır. İnzibati İcraat Haqqmda Azərbaycan Respublikasının Qanununun 65.1 maddəsi müəyyən edir ki, Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.3 qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsi müəyyən edir ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 69.2-ci maddəsi müəyyən edir ki, İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. Daha sonra iddiaçıların nümayəndəsi iddia tələbini dəqiqləşdirərək Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs X3 verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş 2018-ci il tarixli eskiz lahiyəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, cavabdehin imtinasının olub-olmaması yoxlanmalıdır. Hazırki iş üzrə iddia həmin iddiaya cavab verməli olmayan Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə qarşı verildiyindən mümkün hesab edilə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatfnın İİİ bölməsinin 1-ci yarımbölməsində Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları sırasında Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları göstərilmiş, həmin orqanların tabeliyində olan İdarələrin isə konkret siyahısı əks olunmuş, onların sırasında isə cavabdeh qurum göstərilməmişdir. Habelə, cavabdeh istinad edilmiş Təsnifatın V bölməsində nəzərdə tutulmuş qaydada qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi şəxslərin dairəsinə aid deyildir, çünki bu iddia ilə istinad edilmiş tikintiyə icazə və hüquqi nəticə yaradan digər sənədlər mövcud şəhərsalma və tikinti qanunvericiliyinə əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmir. Qanunvericiliyin aparılmış təhlilinin nəticəsinə görə, mübahisəli məsələ üzrə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi inzibati akt qəbul edən inzibati orqan olmadığından, ona qarşı iddia qaldırmaq qanunvericiliyə ziddir. Beləliklə, hesab edirlər ki, iddiaçının mübahisələndirdiyi sənədlərin ləğvi ilə bağlı iddiası iddiaya cavab verməli olmayan Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə qarşı verildiyindən mümkün hesab edilə bilməz. Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2-1(118)-62/2021 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs X3 verdiyi (razılaşdırdığı) Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş eskiz layihəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs X3 verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş 2018-ci il tarixli eskiz layihəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin etibarsız hesab edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs X2 vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* saylı çıxarışı ilə N.Məmmədovun mülkiyyətindədir. Sumqayıt şəhər İcra Hakimiyyətinin 76 saylı, 04.04.2018-ci il tarixli sərəncamı ilə N.Məmmədovun mülkiyyətində olan torpaq sahəsinin razılaşdırılmış layihəyə uyğun olaraq obyektin layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Belə ki, mübahisəli torpaq sahəsində 2 mərtəbəli qeyri-yaşayış sahəsi N.Məmmədov tərəfindən tikilmişdir. Həmin obyektin layihə sifarişçisi də N.Məmmədov olmuşdur, lahiyəçisi isə AM.M.LİNE MMC-dir. Hal-hazırda tikili yarımçıq qalmışdır. Çıxarılan qərar ilə onun hüquqları pozulmuşdur. Mülkiyyətində olan torpaq sahəsində tikili aparmağı məhdudlaşdırılır. Tərəflərin izahatları Üçüncü şəxsin vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı2 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-62/2021 nömrəli qərarı ləğv edilməli, iddia mümkün hesab edilməməlidir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qeyd edilməlidir ki, mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır və həmin şərtlər işin hansı mərhələdə olmasından asılı olmayaraq mahiyyət üzrə qərar qəbul edilən anda mövcud olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. İddiaçılar hazırkı iddianı İPM-nin 2.2.5-ci maddəsinin tələblərinə əsaslanmaqla müəyyən etmə haqqında iddia növü kimi göstərməklə məhkəməyə təqdim etmişlər və məhkəmə qərarı da məhz həmin məzmunlu (sonradan dəqiqləşdirilmiş) iddia tələbi üzrə qəbul edilmişdir. İddiaçıların iddia tələbi cavabdeh tərəfindən üçüncü şəxsə yuxarıda qeyd edilən ünvanda tikinti üçün verilmiş eskiz lahiyəsinin qanunsuz hesab edilməklə 31 may 2018-ci il tarixli 09 saylı icazənin etibarsız hesab edilməsi kimi ifadə edilsə də, işin hallarından, o cümlədən iddiaçılar və üçüncü şəxs arasında əvvəllər mövcud olmuş, iddia ərizəsində istinad edilən, habelə müvafiq qərardadları iş materiallarına əlavə edilmiş mülki iş üzrə tələbdən göründüyü kimi onların hüquqi marağı müvafiq eskiz lahiyəsinin və 31 may 2018-ci il tarixli 09 saylı icazənin ləğv edilməsinə yönəlmiş, iddia ərizəsi də məhz həmin icazənin verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməməsi əsası ilə qərarın mübahisələndirilməsi məzmununda tərtib edilmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. nzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini - 1. iddiaçının kifayət qədər marağının olmasını; 2. inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyrimaddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda təsvir olunanlara əsasən hazırkı iddia müəyyən etmə haqqında deyil, mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM 32.1, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçıların mübahisələndirdikləri (qanunsuz və etibarsız hesab edilməsini xahiş etdikləri) Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs X3 verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş 2018-ci il tarixli eskiz lahiyəsi və həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsi artıq iddia qaldırılmazdan əvvəl ləğv edildiyindən, hazırkı iddia mümkün hesab edilməməlidir. Belə ki, hazırkı iş üzrə cavabdehin məhkəməyə təqdim etdiyi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 25.10.2018-ci il tarixli, 263 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla ünvan 7 ünvanında qeyri-yaşayış obyekti layihələndirilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66-cı və 69-cu maddələrinin tələbləri, ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı nəzərə alınmadığından “Obyektin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 76 nömrəli, 04 aprel 2018-ci il tarixli sərəncamı ləğv edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi, Memarlıq və Şəhərsalma İdarəsinin sərəncamdan irəli gələn məsələləri həll etməsi qərara alınmışdır. Bundan əlavə, məhkəmənin sorğusuna cavab olaraq cavabdehin təqdim etdiyi 16.03.2022-ci il tarixli 119 saylı cavab məktubunda Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə ərazisində yerləşən X3 məxsus qeyri-yaşayış binasının memarlıq-planlaşdırma həllinin (eskiz layihəsi) Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 263 nömrəli, 25.10.2018-ci il tarixli sərəncamına əsasən ləğv edildiyi göstərilmişdir. Həmin məktuba əlavə edilmiş qeyri-yaşayış binasının memarlıq-planlaşdırma həllinin surətinin üzərində də onun Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 263 nömrəli, 25.10.2018-ci il tarixli sərəncamına əsasən ləğv edildiyi qeyd edilmiş və həmin qeyd cavabdehin rəis vəzifəsini icra edənin imzası və möhürü ilə təsdiqlənmişdir. Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin verilməsinə əsas olmuş “Obyektin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 76 nömrəli, 04 aprel 2018-ci il tarixli sərəncamı isə artıq sonuncu tərəfindən 25.10.2018-ci il tarixli, 263 nömrəli sərəncamla ləğv edildiyindən, 31 may 2018-ci il tarixli 09 saylı icazənin hüquqi qüvvəsi də daha yüksək qüvvəli aktla (25.10.2018-ci il tarixli, 263 nömrəli sərəncamla) aradan qaldırılmış, həmin icazə ilə tikintisinə icazə verilmiş müvafiq qeyri-yaşayış binasının memarlıq-planlaşdırma həlli (eskiz layihəsi) isə cavabdehin özü tərəfindən ləğv edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, iddiaçıların məhkəməyə müraciət etdiyi 19.11.2019cu ildən əvvəl, yəni ən azından 25.10.2018-ci il tarixdə mübahisələndirilən icazə və eskiz lahiyəsi artıq qüvvədə olmamışdır. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Lakin, işə baxan birinci instansiya məhkəməsi qaldırılmış iddianın mümkünlüyü ilə bağlı bütün halları ətraflı araşdırmadan, işə mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-62/2021 nömrəli qərarı ləğv edilsin. İddia mümkün hesab edilməsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 10 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-108/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-108/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver