Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-108/2025 17.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxsin adına verilmiş çıxarışın və texniki pasportun qismən ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(118)-315/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, "xxxx" ASC-nin adına verilmiş **********0012301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın iddiaçının mülkiyyətində olan qonaq evi binası və binanın yerləşdiyi 800 kv.m. torpaq sahəsinə dair hissədə ləğv edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli, **********55 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında "Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqlarin dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilmiş və həmin daşınmaz əmlakla bağlı aparılmış qeydiyyatda düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən "hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir". Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin adına verilmiş seriya RX ******* saylı **********0012301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 29 oktyabr 2018-ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportun iddiaçının mülkiyyətində olan qonaq evi binasına və həmin qonaq evinin binasının yerləşdiyi 800 kv.m. torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin adına tərtib olunmuş texniki pasportda “B” tikilisi kimi göstərilən qonaq evi iddiaçının mülkiyyətində olan qeyriyaşayış binasıdır. İddiaçının xüsusi mülkiyyətində olan qonaq evi və onun istifadəsi üçün nəzərdə tutulan 800 kv.m torpaq sahəsi heç bir qanuni əsas olmadan "xxxx" ASC-nin adına dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeydiyyat aparılarkən artıq iddiaçının mülkiyyət hüququ dövlət qediyyatına alınmaqla, xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmiş və həmin qeydiyyat "xxxx" ASC-nin adına qeydiyyat aparılarkən qüvvədə olmuşdur. Bununla da, qonaq evi binasına dair qüvvədə olan qeydiyyat olduğu halda, “Asila" ASC-nin adına aparılmış qeydiyyat qanunsuz və əsassız olmuş və iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat: Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(118)-315/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, "xxxx" ASC-nin adına verilmiş seriya RX ******* saylı **********0012301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 29 oktyabr 2018- ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportun iddiaçının mülkiyyətində olan qonaq evi binasına və həmin qonaq evin binasının yerləşdiyi 800 kv.m. torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 1998-ci ildən qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etdiyi, mülkiyət hüququnun qeydə alındığı və hazıradək faktiki istifadə etdiyi daşınmaz əmlak barəsində 2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində başqa şəxsin mülkiyyət hüquqlarının qeydə alınması əsassız olmuşdur. İş üzrə alınmış mütəxəssis rəyi ilə də cüzi fərqlə olsa da, eyni əmlak barəsində söhbət getdiyi, əmlakın hazıradək iddiaçının istifadəsində olması öz təsdiqini tapmışdr. Bununla da, qonaq evi binasına dair qüvvədə olan qeydiyyat üzərindən “Asila" ASC-nin adına aparılmış qeydiyyat qanunsuz və əsassız olmaqla iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi qonaq evinin yerləşdiyi 800 kv.m. torpaq sahəsi iş materiallarında olan heç bir sənəddə göstərilməmişdir. Bu sahənin hansı əsasla verilməsi məlum deyildir. xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsində satılması qeyd edilən qonaq evinin sahəsi cəmi 75 kv/metr olmuşdur. Bundan əlavə, hesab edir ki, həmin alqı-satqı müqaviləsi də səlahiyyətləri olmayan şəxs tərəfindən bağlanmışdır. Belə ki, həmin Müqavilənin bağlanmasına əsas kimi göstərilən "xxxx" ASC-nin xx.xx.1998-ci il tarixində keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağına dair 02 nömrəli protokolda belə qonaq evinin satılması, onun kim tərəfindən satılması göstərilməmişdir. Həmçinin, iş materiallarında həmin qeyd edilən protokolun əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti də yoxdur. Birinci instansiya məhkəməsi isə bu sənədi sübut kimi qəbul etmişdir ki, bu hal prosessual qanunvericiliklə qəbulolunmazdır. Bundan əlavə, "xxxx" ASC-nin Nizamnaməsindən də görünür ki, İdarə Heyətinin sədrinin cəmiyyətin əmlakının satılması ilə bağlı hər hansı səlahiyyəti olmamışdır. Həmin səlahiyyətlər ona səhmdarların birbaşa ümumi yığıncağının qərarı ilə verilə birlərdi ki, bununla bağlı da məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Əlavə olaraq qeyd edir ki, "xxxx" ASC-yə məxsus qonaq evinin Cəmiyyətə aid sənədlərdə 1976-cı ildə, iddiaçının təqdim etdiyi qeyri-yaşayış binasının yanvar 1999-cu il tarixli 234 inventar nömrəli texniki pasportunda isə 1968-ci ildə tikildiyi göstərilmişdir. Göründüyü kimi bu sənəddə də tam uyğunsuzluq vardır. "xxxx" ASCnin hüquqi varisi olan "xxxx" ASC-də də qeyd edilən tarixdə keçirilən iclas, eləcə də bu iclasda İdarə heyətinin sədrinə alqı-satqı aparılması ilə bağlı hər hansı səlahiyyət verilməsi, ümumiyyətlə Cəmiyyətə məxsus “Qonaq evi” nin hər hansı digər 3-cü bir şəxsə satılmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Məhz bu səbəbdən də "xxxx" ASC mülkiyyətində və sahibliyində olan daşınmaz əşyaya dair sənədlərin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, müvafiq sənədləri təqdim etməklə bugünkü mübahisələndirilən seriya RX ******* saylı **********0012301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 29 oktyabr 2018-ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportu əldə etmişdir. Hesab edir ki, məhkəmə iddiaçı tərəfindən sübut kimi təqdim edilən xx.xx.1998-ci il tarixli, 02 nömrəli protokolun əsli və ya müvafiq qaydada təsdiq olunmuş surətinin olmamasına diqqət etməmiş, təqdim edilən alqı-satqı müqaviləsində qonaq evi kimi göstərilən əmlakın 800 kv/m deyil, cəmi 75 kv/m olmasına əhəmiyyət verməmiş və bununla da maddi hüquq normaları pozulmaqla qanunsuz qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə "xxxx" ASC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul etsə də, onun səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən "xxxx" ASC-nin adına mübahisələndirilən çıxarış və texniki parportun verilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən də görünür ki, mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinə əsas olan sənəd Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərfindən verilmiş şəhadətnamə olmuşdur. Qeyd olunan sənədin əsaslılığı mübahisələndirilmədən hazırkı iddianın qaldırılması mümkün hesab edilə bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz edərək qeyd etmişdir ki, üçüncü şəxs apellyasiya şikayətini qonaq evinə dair iddiaçının hüquqmüəyyənedici sənədlərinin əsilərinin və ya təsdiq olunmuş surətlərinin olmaması, o cümlədən, qonaq evinin iddiaçıya qanunsuz satılması və həmin qeri-yaşayış binasının ölçüsünün cəmi 75 kv.metr olması, heç bir sənəddə onun yerləşdiyi torpaq sahəsinin 800 kv.metr olaraq göstərilmədiyi ilə əsaslandırmışdır. Bununla bağlı qeyd edir ki, qonaq evinə dair mövcud olan qeydiyyat vəsiqəsinin və texniki pasportun əsilləri mövcuddur və təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Qonaq evinə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd qeydiyyat vəsiqəsidir, onun texniki göstəricilərini, o cümlədən, yerləşdiyi torpaq sahəsinin ölçüsünü təsdiq edən sənəd isə texniki pasportdur. Məhz həmin sənədlər iddiaçının qeyd olunan qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun dövlət tərəfindən tanındığını təsdiq edir. Texniki pasportda qonaq evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü də məhz 800 kv.metr göstərilmişdir. Eyni zamanda, qonaq evinə dair bağlanmış alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilmiş və bağlanarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi və şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Hazırda iddiaçı tələbinin əsası kimi "xxxx" ASC-nin 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokolu, ASC-nin nümayəndəsi ilə onun arasında bağlandığını iddia etdiyi xx.xx.1998-ci il tarixli ЗМ-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsi, 25 yanvar 1999-cu il tarixli, 29 nömrəli qeydiyyat vəsiqəsi və müvafiq texniki pasporta istinad edərək "xxxx" ASC-nin adına dövlət reyestrində aparılmış qeydiyyatı qonaq evi binası və onun yerləşdiyi 800 kv.m. torpaq sahəsinə dair hissədə mübahisələndirir. İşdən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 13 oktyabr 1997-ci il tarixli, 824 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin ünvan 1 ünvanında yerləşən Qusar rayonu 13 nömrəli X1 bazasında “Kənd Təsərrüfatı Nazirliyinin ünvan 3i ünvanında yerləşən Xaçmaz Meyvə-Tərəvəz Tədarükü və X4 Kombinatının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, Cəmiyyətin nizamnaməsi və özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilmişdir. Çek auksionlarında səhmləri satılacaq "xxxx" Səhmdar Cəmiyyəti haqqında məlumatda cəmiyyətin fəaliyyət növü “tikinti işləri”, torpaq sahəsinin ölçüsü isə 14.960 kv.m. göstərilmişdir. Qusar rayonu 13 nömrəli X1 özəlləşdirmə planında (emissiya prospekti) müəssisənin balansında 3 ədəd vaqon yataqxanası, idarə binası, qonaq evi və anbar binası göstərilmiş, həmçinin, 01 avqust 1997-ci il tarixə həmin bina və tikililərin dəyərinin qiymətləndirilməsi aktı tərtib edilmişdir. "xxxx" ASC-nin 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokoluna əsasən ASC-nin qonaq evi binasının satılması qərara alınmışdır. Bundan sonra, xx.xx.1998-ci il tarixli, ЗМ-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsi fiziki şəxs X3 ilə iddiaçı arasında bağlanmışdır. Həmin müqavilədən görünür ki, H.R.Mikayılova 11 noyabr 1998-ci il tarixli, 24 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında 75 kv.m. torpaq sahəsində yerləşən qonaq evi binasını iddiaçıya satmışdır. Həmin qonaq evi binası üzərində iddiaçının mülkiyyət hüququ 25 yanvar 1999-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, onun adına AR Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, həmçinin, qonaq evi binasına dair texniki pasport tərtib edilərək, həmin sənəddə qonaq evi binasının yerləşdiyi torpaq sahəsi 800 kv.m. göstərilmişdir. Daha sonra ünvan 1 ünvanında yerləşən 14.960 kv.m. torpaq sahəsi "xxxx" ASC tərəfindən özəlləşdirilmiş, həmin torpaq sahəsinə dair onun adına Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 15 mart 2006-cı il tarixli, 000041 qeydiyyat nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən Şəhadətnamə” verilmişdir. Hazırda, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yenidən təşkil edilərək hüquqi varisi "xxxx" ASC olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına özəlləşdirilmiş ünvan 1 ünvanında yerləşən sahəsi 953,4 kv.m. olan əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi 14.960 kv.m. torpaq sahəsi üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ 22 noyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına **********00-12301 reyestr nömrəli çıxarış verilmişdir. Həmçinin, sözügedən qeyri-yaşayış sahəsinə dair DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən onun adına 29 oktyabr 2018-ci il tarixli, 2152 inventar nömrəli texniki pasport tərtib edilmiş, həmin sənəddə qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi 14.960 kv.m. göstərilmişdir. Həmçinin, iddiaçı ilə üçüncü şəxs arasında mülki məhkəmə icraatı qaydasında olmuş mübahisə üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 09 iyun 2021-ci il tarixli, 10/2369 nömrəli rəyindən görünür ki, iddiaçının adına verilmiş xx.xx.1999-cu il tarixli, 234 inventar nömrəli, 29 saylı qeydiyyat vəsiqəsində və 234 inventar nömrəli texniki pasportda göstərilən qonaq evinin yerləşdiyi 800 kv.m. torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir, həmin torpaq sahəsi "xxxx" MMC-nin adına olan **********00-12301 reyestr nömrəli çıxarışda göstərilən 14.960 kv.m. torpaq sahəsi ilə 0,074 ha hissədə üst-üstə düşür. Habelə, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən verilmiş 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının adına olan qeydiyyat vəsiqəsində göstərilən qeyri-yaşayış binası ilə "xxxx" MMC-nin adına olan **********00- 12301 reyestr nömrəli çıxarışda göstərilən daşınmaz əmlaka dair texniki pasportda göstərilən tikilinin (qonaq evinin) göstəriciləri arasında daxili və xarici ölçülərdə cüzi (10-15 sm) fərq var, xarici konfiqurasiyaları uyğundur, daxili konfiqurasiyasında cüzi fərq var, hər iki texniki pasportda göstərilən ünvan eynidir. İddiaçının qeydiyyat vəsiqəsində göstərilən daşınmaz əmlakın faktiki koordinatları (binanın tikinti altı sahəsi) ilə “Asila" MMC-yə verilmiş texniki pasportdakı koordinatlar bütövlükdə yəni tikinti altı sahəsi 98.9 kv.m. olmaqla üst-üstə düşür. Hal-hazırda həmin qeyri-yaşayış binası iddiaçının istifadəsindədir. Göründüyü kimi iddia olunan qonaq evi binası və onun yerləşdiyi 800 kv.m. torpaq sahəsi də daxil olmaqla, ümumilikdə, əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi 14.960 kv.m. torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına özəlləşdirilmiş, özəlləşdirilmə nəticəsində 15 mart 2006-cı il tarixli, 000041 qeydiyyat nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən Şəhadətnamə” verilmiş və daha sonra sözügedən daşınmaz əmlaklar cəmiyyətin hazırkı hüquqi varisi olan "xxxx" ASC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda isə iddiaçı mübahisəli qonaq evi binası və qonaq evinin yerləşdiyi 800 kv.m. torpaq sahəsinə münasibətdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirir. Belə olan təqdirdə kollegiya hesab edir ki, iddia “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17ci bəndinə əsasən, mümkünsüzdür. Belə ki, həmin bənddə göstərilir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Hazırkı işin hallarından da görünür ki, daşınmaz əmlakın dövlət reyestrində qonaq evi binası və onun yerləşdiyi torpaq sahəsinə dair qeydiyyatın aparılmasına əsas daşınmaz əmlakın özəlləşdirilməsinə dair inzibati akt olmuş və iddiaçı faktiki olaraq iddia ərizəsində həmin özəlləşdirilmənin özünün qanunsuz aparıldığını iddia edir. Belə olan təqdirdə, kollegiya hesab edir ki, iddiaçı öz məqsədinə çatmaq üçün ilkin olaraq daşınmaz əmlakın özəlləşdirilməsinə dair inzibati aktı mübahisələndirməli, daha sonra qaldırdığı iddianın hüquqi taleyindən asılı olaraq, belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin ləğvini tələb edə, qeydiyyat orqanının hərəkətindən narazı qaldığı halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). Kollegiya hesab edir ki, hazırda qaldırılmış iddia iddiaçının hüquqi marağına uyğun deyildir. Belə ki, onun çatmaq istədiyi məqsədə hazırda qaldırdığı iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(118)-315/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 8
Məhkəmə qərarları › İş №2-1(105)-108/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-108/2025
17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver