Məhkəmə qərarları › İş №2-1(105)-1087/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1087/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1087/2025 19.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2025ci il tarixli, e-2-1(118)-4450/2025 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********181690 saylı qərarına əsasən oktyabr 2021- yanvar 2024 dövrləri əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması həyata keçirilməsi qərara alınmış, yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********182433 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə **********191404 saylı qərarı əsasında İddiaçı MMC barəsində 299459,65 manat vergilər və 242094,42 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə **********191404 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırmışdır ki, VT Group” MMC barəsində Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********181690 saylı qərara əsasən oktyabr/2021-yanvar/2024 dövrləri əhatə olunmaqla xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********182433 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə **********191404 nömrəli qərarla iddiaçı barəsində əlavə vergilər və maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama 11 dəfə ardıcıl olaraq mütəxəssis dəvət olunması əsası ilə dayandırılmış, lakin yekunda mütəxəssis rəyi təqdim olunmamış, hesablama aparılması üçün rəydən istifadə olunmamışdır. Bu isə yoxlamanın formal olaraq dayandırıldığını təsdiq edir. Həmçinin, cavabdeh tərəfindən 2021-ci, 2022-ci və 2023-cü illər üzrə birbaşa şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Halbuki, iddiaçı tərəfindən gəlir və xərclərinin uçotu tam şəkildə aparılmış, mənfəətin Vergi Məcəlləsinin 67-ci maddəsi tətbiq olunmaqda müəyyən edilməsi üçün heç bir əsas yaranmamışdır. Bununla yanaşı, sənədlərdə çatışmazlıq olsaydı belə, kassasiya instansiyasının vahid məhkəmə təcrübəsinə görə, şərti rentabellik normasına birbaşa istinad olunmaqla mənfəətin müəyyən olunması yolverilməzdir və yalnız Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş mənbələr hesabına mənfəətin müəyyən edilməsi mümkün olmadıqda, şərti rentabellik norması tətbiq oluna bilər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********181690 saylı qərarına əsasən "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2021 – xx.xx.2024-cü il vergi dövlərini əhatə edən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama xx.xx.2024 tarixində başlanmış və xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Yoxlama xx.xx.2022-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. (№ KY242089120; xx.xx.2024-cü il). Yoxlanılan dövrdə "xxxx" MMC “dəmir məmulatlarının, su kəməri və istilik şəbəkəsi avadanlıqlarının istehsalı və topdan satışı” ilə məşğul olmuşdur. "xxxx" MMC-yə növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə bildiriş, qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, **********181748 nömrəli Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Tələbnamədə qeyd olunan sənədlərin heç biri yoxlamaya təqdim edilməmişdir. Aparılan səyyar vergi yoxlaması zamanı yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlərin götürülməsi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsini əsas tutularaq xx.xx.2024-cü il tarixli, **********183122 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar qəbul edilmişdir. Eyni zamanda vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması üçün xx.xx.2024-cü il tarixli, **********525800 nömrəli məktubu ünvanlanmışdır. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilməyən kalkulyasiya məlumatları, əsas vəsaitlər barədə hesabat, material hesabatı, debitor və kreditor borclar barədə məlumat və digər xx.xx.2024-cü il tarixli, **********181748 nömrəli tələbnamədə qeyd olunan bütün sənədlərə görə Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən vergi ödəyicisinin rəhbəri Qanuni nümayəndə iştirakı ilə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında” xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və bir nüsxəsi vergi ödəyicisinə əlbə-əl təqdim edilmişdir. Beləliklə, vergi ödəyicisinə Tələbnamə təqdim edilməsinə, məktub göndərilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən yoxlamaya heç bir sənəd təqdim edilməyib. vergi ödəyicisi tərəfindən yuxarıda qeyd olunan istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumat vergi orqanına təqdim edilməmişdir. "xxxx" MMC tərəfindən yoxlanılan dövr üzrə istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları, həmçinin istehsal həcminin müəyyən edilməsi məqsədi ilə Vergi Məcəlləsinin 23.1.14-cü və 45-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğundan xx.xx.2024-cü il tarixli qərarla mütəxəssis dəvət edilmiş, Azərbaycan Respublıkası Tıcarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis X2 dəvət olunmuşdur. Mütəxəssis tərəfindən rəy yoxlamayaq təqdim edilənədək yoxlama bir neçə dəfə dayandırılmışdır. Vergi ödəyicisi yoxlamaya zəruri olan sənədləri təqdim etmədiyi üçün Azərbaycan Respublikası TicarətSənaye Palatasının "Azərekspertiza" Birliyi tərəfindən vergi orqanına təqdim edilmiş xx.xx.2024-cü il tarixli, **********959200 nömrəli məktuba əsasən mütəxəssisin rəy verməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra vergi yoxlaması vergi qanunvericiliyinin verdiyi imkanlardan istifadə edərək yoxlamanı davam etdirmişdir. Yoxlama zamanı vergi ödəyicisinin 2021, 2022 və 2023-cü illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələri yoxlanılmışdır. Vergi ödəyicisi 2021-ci ilin mənfəət vergisi bəyannaməsini kassa metodundan, 2022 və 2023-cü illər üzrə mənfəət vergisi bəyannamələrini hesablama metodundan istifadə edərək təqdim etmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2021-ci il mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə gəlirlərin 4718 900,13 manat, gəlirlərin əldə olunması ilə bağlı cəmi xərclərin 4430002,63 manat, vergi ödəyicisinin əldə etdiyi investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 7128,50 manat, vergitutma məqsədləri üçün mənfəətin 281769,00 manat, mənfəət vergisinin 56353,80 manat olduğu bəyan edilmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə gəlirlərin 7621365,87 manat, gəlirlərin əldə olunması ilə bağlı cəmi xərclərin 6685930,53 manat, vergi ödəyicisinin əldə etdiyi investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 337500 manat, vergitutma məqsədləri üçün mənfəətin 597935,34 manat, mənfəət vergisinin 119587,07 manat olduğu bəyan edilmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə gəlirlərin 8106214,03 manat, gəlirlərin əldə olunması ilə bağlı cəmi xərclərin 7505100,61 manat, vergi ödəyicisinin əldə etdiyi investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 205548 manat, vergitutma məqsədləri üçün mənfəətin 395565,42 manat, mənfəət vergisinin 79113,08 manat olduğu bəyan edilmişdir. qtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə 20212023-cü illər üzrə “Politelin boruların istehsalı müəssisələrin qurulması layihəsi” üçün investisiya təşviqi sənədi verilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi polietilen xammalı alaraq müxtəlif ölçülərdə boru istehsal etmiş və həmçinin eyni növdə olan boruları idxal və elektron-qaimə faktura vasitəsi ilə əldə etmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisinin gəlirləri vergi orqanının uçot-məlumat bazasına əsasən müəyyən edilən təqdim edilmiş elektron qaimə-faktura və NKA məlumatlarından formalaşmışdır. Belə ki, vergi orqanının baza məlumatlarının qarşılıqlı təhlili zamanı vergi ödəyicisinin istehsaldan əldə etdiyi gəliri 2021-ci il üzrə 1 179324,13 manat, 2022ci il üzrə 3733426,27 manat və 2023-cü il üzrə isə 4617530,96 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən istehsal olunan mallar haqqında yoxlamaya məlumatlar (kalkulyasiya) təqdim edilmədiyindən həmin mallardan əldə edilən mənfəəti və investisiya təşviqi sənədinə əsasən mənfəətdən azadolmanı müəyyən etmək mümkün olmadığı üçün Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik normasından istifadə edilmiş və müəyyən edilmişdir ki vergi ödəyicisinin istehsal olunan mallar üzrə mənfəəti 2021 ci il üzrə 196 554,02 (( 1179324,13*20 ) / 120)) manat, 2022-ci il üzrə 622237,71 (( 3733 426,27*20 ) / 120)) manat və 2023-cü il üzrə isə 769588,49 (( 4617530,96*20 ) / 120)) manat olmuşdur. Mənfəət vergisi üzrə: 2021-ci il mənfəət vergisinin hesablanması zamanı gəlirlərinin (dövriyə) müəyyən edilməsində onun vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsindən, dövr üzrə xərcinin müəyyən edilməsi zamanı isə Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilmişdir. Vergi ödəyicisinin 2021-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə gəlirlər - 4718900,13 manat Mənfəəti 2021-ci il üzrə 4718900,13 x 20 / 120 = 786 483,36 manat Vergi ödəyicisinin 2021-ci il üzrə mənfəəti 786 483,36 manat, investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 98277,01 (196552,02 *50%) manat, vergiyə cəlb olunan mənfəəti 688206,34 manat, mənfəət vergisinin məbləği 137 641,27 manat (( 786483,36 - 98277,01) * 20% = 137641,27 ) olacaqdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2021-ci ilin mənfəət vergisi üzrə bəyan edilmiş 56 353,80 manat mənfəət vergisi nəzərə alındıqda yoxlama ilə vergi ödəyicisinə 2021-ci ilin mənfəət vergisi üzrə 81 287,47 manat (137641,27 - 56353,80) əlavə mənfəət vergisi hesablanmışdır. 2022-ci il mənfəət vergisinin hesablanması zamanı gəlirlərinin (dövriyə) müəyyən edilməsində onun vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsindən, dövr üzrə xərcinin müəyyən edilməsi zamanı isə Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən gəlirə görə şərti rentabellik normasının tətbiqi üsuldan istifadə edilmişdir. Vergi ödəyicisinin 2022-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə gəlirlər - 7747652,08 manat, Mənfəəti 2022-ci il üzrə 7747652,08 x 20 / 120 = 1291275,35 manat, Vergi ödəyicisinin 2022-ci il üzrə mənfəəti 1291275,35 manat, investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 311118,86 (622237,71*50% ) manat, vergiyə cəlb olunan mənfəəti 980 156,49 manat, mənfəət vergisinin məbləği 196 031,30 manat ((1291275,35 - 311118,86) * 20% = 196031,30) olacaqdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2022-ci ilin mənfəət vergisi üzrə bəyan edilmiş 119587,07 manat mənfəət vergisi nəzərə alındıqda yoxlama ilə vergi ödəyicisinə 2022-ci ilin mənfəət vergisi üzrə 76444,23 manat (196031,30 - 119587,07) əlavə mənfəət vergisi hesablanmışdır. 2023-cü il mənfəət vergisinin hesablanması zamanı gəlirlərinin (dövriyə) müəyyən edilməsində onun vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsindən, dövr üzrə xərcinin müəyyən edilməsi zamanı isə Vergi Məcəlləsinin 67.14cü və 83.9-cu maddələrinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən gəlirə görə şərti rentabellik normasının tətbiqi üsuldan istifadə edilmişdir. Vergi ödəyicisinin 2023-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə gəlirlər - 8106214,03 manat, Mənfəəti 2023-cü il üzrə 8106214,03 x 20 / 120 = 1351035,67 manat, Vergi ödəyicisinin 2023-cü il üzrə mənfəəti 1351035,67 manat, investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 384794,25 manat, vergiyə cəlb olunan mənfəəti 966241,42 manat, mənfəət vergisinin məbləği 193 248,28 manat ((1351035,67 - 384794,25) * 20% = 193248,28 ) olacaqdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2023-cü ilin mənfəət vergisi üzrə bəyan edilmiş 79 113,08 manat mənfəət vergisi nəzərə alındıqda yoxlama ilə vergi ödəyicisinə 2023-cü ilin mənfəət vergisi üzrə 114 135,20 manat (193248,28 - 79113,08) əlavə mənfəət vergisi hesablanmışdır. Ümumilikdə 2021-2023-cü illərin mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 104-cü, 105-ci, 108- ci, 109-cu, 134-cü, 135-ci, 136-cı, 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən 271 866,90 manat əlavə vergi məbləğinin hesablanması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə isə azaldılmış 271866,90 manat (81287,47 +76444,23 +114135,20 = 271866,90) vergi məbləğinin 50%-i miqdarında, yəni 135933,45 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. X5 üzrə: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) yoxlama ilə əhatə olunan dövrdə X3 tədiyyəçisi olmuşdur. İddiaçı MMC-də aparılan səyyar vergi yoxlaması zamanı əmlakın uçotdan yayındırılması hallarının aşkar edilməsi və aradan qaldırılması məqsədilə inventarizasiyanın aparılması zərurətinin yarandığından Vergi Məcəlləsinin 38.5-ci maddəsinə uyğun olaraq “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********183356 nömrəli qərar qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə mülkiyyətdə və istifadədə olan əmlakın inventarizasiyası aparılaraq bu barədə akt tərtib edilmişdir. Vergi ödəyicisində əvvəlki səyyar vergi yoxlaması zamanı xx.xx.2022-ci ildə keçirilmiş inventarizasiya ilə xx.xx.2024-cü ildə keçirilmiş inventarizasiyanın qarşılıqlı təhlili zamanı 153293,03 manat dəyərində malın (kombi, boru, radiator, nasos və s.) əksik gəldiyi müəyyən edilmişdir. Beləliklə, yerində olmayan 153293,03 manat dəyərində malın yoxlama dövrünün sonuncu ayına, yəni 2024-cü ilin yanvar ayı üzrə ƏDV-yə 18 % dərəcə ilə cəlb olunan əməliyyatlara əlavə edilərək 153293,03 manat dövriyyənin artırılması, Vergi Məcəlləsinin 67.15-ci və 159.5-ci maddələrinə əsasən 27592,75 manat (153293,03 x 18% = 27592,75) əlavə vergi məbləğinin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50 % miqdarında, 13796,38 manat (27592,75*50% ) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müstəqil maliyyə sanksiyaları: Aparılan səyyar vergi yoxlaması zamanı bank və ƏDVDH məlumatlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən 2022-ci il üzrə 412 ədəd ödəniş tapşırığında, 2023-cü il üzrə 423 ədəd ödəniş tapşırığında və 2024-cü il üzrə 10 ədəd ödəniş tapşırığında, cəmi 845 ödəniş tapşırığında ödənişin təyinatı hissəsində tələb olunan məlumatlar düzgün qeyd olunmamışdır. Yoxlama zamanı bank və ƏDV depoziti hesabı məlumatlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən 2022-ci il üzrə 49 ədəd elektron qaiməfaktura üzrə 4655,46 manat, 2023-cü il üzrə 36 ədəd elektron qaimə-faktura üzrə 13232,92 manat və 2024-cü il üzrə 1 ədəd elektron qaimə-faktura üzrə 4,00 manat ƏDV məbləğinin əsas məbləğlərin ödənildiyi gündən gec ödənilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********181690 saylı qərarına əsasən oktyabr 2021- yanvar 2024 dövrləri əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması həyata keçirilməsi qərara alınmışdır. KY242089120 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********181748 nömrəli tələbnamə təqdim edilərək və tələbnamədə qeyd olunan sənədlərin 15 iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması üçün “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********183122 nömrəli qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli səyyar vergi yoxlaması aktına baxılma haqqında protokoldan görünür ki, vergi ödəyicisinin nümayəndəsi xx.xx.2024-cü il tarixli **********182433 nömrəli səyyar vergi yoxlaması aktı ilə tanış edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodu tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, zavod ərazisindən icarəyə götürdüyü istehsal sahəsində elektrik enerjisindən istifadə ilə əlaqədar aylıq sayğac göstəriciləri üzrə İddiaçı MMC tərəfindən bank hesabına köçürmə və 09/2-626 Abunǝ koduna ödəmə yolu ilə aidiyyəti üzrə "xxxx" ASC-yə aşağıda qeyd olunan məbləğdə vəsait ödənilmişdir: 2021-ci ilin oktyabr, noyabr və dekabr ayları cəmi 10900 manat, 2022-ci ilin 12 ayı ərzində (yanvar dekabr) cəmi 69755 manat, 2023-cü ilin 12 ayı ərzində (yanvar - dekabr) cəmi 130542 manat və 2024-cü ilin 7 ayı ərzində (yanvar - iyul) cəmi 111074 manat. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə **********191404 saylı qərarı əsasında İddiaçı MMC barəsində 299459,65 manat vergilər və 242094,42 manat maliyyə sanksiyası (2021-ci il üzrə mənfəət vergisi üzrə - 81287,47 manat, 2022-ci il üzrə mənfəət vergisi üzrə - 76444,23 manat, 2023-cü il üzrə mənfəət vergisi üzrə 114135,20 manat, 2024-cü il üzrə X5 üzrə - 27592,75 manat, 2021-ci il üzrə VM 58.1-ci maddəsinə uyğun olaraq 40643,74 manat maliyyə sanksiyası, 2022-ci il üzrə VM 58.1-ci maddəsinə uyğun olaraq 38222,12 manat maliyyə sanksiyası, 2023cü il üzrə VM 58.1-ci maddəsinə uyğun olaraq 57067,60 manat maliyyə sanksiyası, 2024-cü il üzrə VM 58.1-ci maddəsinə uyğun olaraq 13796,38 manat maliyyə sanksiyası, 2022-ci il üzrə VM 58.6-cı maddəsinə uyğun olaraq 2659,47 manat maliyyə sanksiyası, 2023-cü il üzrə VM 58.6-cı maddəsinə uyğun olaraq 5203,11 manat maliyyə sanksiyası, 2024-cü il üzrə VM 58.6-cı maddəsinə uyğun olaraq 2 manat maliyyə sanksiyası, 2022-ci il üzrə ödəniş tapşırığının düzgün tərtib edilməməsinə görə VM 57.7-ci maddəsinə uyğun olaraq 41200 manat maliyyə sanksiyası, 2023-cü il üzrə ödəniş tapşırığının düzgün tərtib edilməməsinə görə VM 57.7-ci maddəsinə uyğun olaraq 42300 manat maliyyə sanksiyası və 2024-cü il üzrə ödəniş tapşırığının düzgün tərtib edilməməsinə görə VM 57.7-ci maddəsinə uyğun olaraq 100 manat maliyyə sanksiyası) hesablanmışdır. Yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********182433 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi ödəyicisi İddiaçı MMC-yə **********957900 nömrəli tələbnamə göndərilərək mübahisələndirilən qərar əsasında hesablanmış 541554,07 manat məbləğin 5 gün müddətində ödənilməsi tələb edilmişdir. İddiaçı tərəfindən İddiaçı MMC-nin 2021-2023-cü illər üzrə idxal əməliyyatları haqqında məlumatlar, alış və satış üzrə elektron qaimələr barəsində məlumatlar məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, e-2-1(118)-4450/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə **********191404 saylı qərarı 2024-cü il üzrə X5 üzrə - 27592,75 manat hesablanması, 2024-cü il üzrə VM 58.1-ci maddəsinə uyğun olaraq 13796,38 manat maliyyə sanksiyası tətbiq edilməsi, 2022-ci il üzrə VM 58.6-cı maddəsinə uyğun olaraq 2659,47 manat maliyyə sanksiyası tətbiq edilməsi, 2023-cü il üzrə VM 58.6-cı maddəsinə uyğun olaraq 5203,11 manat maliyyə sanksiyası tətbiq edilməsi, 2024-cü il üzrə VM 58.6-cı maddəsinə uyğun olaraq 2 manat maliyyə sanksiyası tətbiq edilməsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərar 2021, 2022 və 2023-cü illər üzrə mənfəət vergisinin hesablanması və 2022, 2023 və 2024-cü illər üzrə ödəniş tapşırığının düzgün tərtib edilməməsinə görə Vergi Məcəlləsinin 57.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyasının hesablanması hissələrində ləğv edilməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın təmin olunmayan hissədə ləğv olunmasını, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC səyyar vergi yoxlamasına öz fəaliyyəti ilə bağlı heç bir sənəd təqdim etmədiyi və yoxlanılan dövrdə əsas fəaliyyəti növünün istehsal fəaliyyəti olması səbəbindən onun mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığından şərti rentabellik norması əsasında vergi hesablaması həyata keçirmişdir. Beləliklə, Məhkəmə hazırki iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməyərək səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı vergi orqanına qanunla müəyyən edilmiş səlahiyyətlərin dairəsini düzgün müəyyən etməyərək, əsassız olaraq səyyar vergi yoxlamasını kameral vergi yoxlaması ilə eyniləşdirməyə çalışmışdır. Halbuki, Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Səyyar vergi yoxlaması isə Vergi Məcəlləsinin 39–49-cu maddələrinin müddəaları, həmçinin “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın müddəalarının təhlili onu deməyə əsas verir ki, bu yoxlama növü vergi orqanları tərəfindən keçirilən ən əhatəli (həm əhatə etdiyi dövr baxımından, həm də həcm baxımından) ən geniş həcmli və yoxlama növü olmaqla nəinki vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında (elektron qaimə-faktura, idxal məlumatları, alış aktları və s.), həmçinin vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar olaraq “Mühasibat uçotu haqqında” Qanunun tələblərinə uyğun olaraq vergitutma məqsədləri üçün ilkin uçot sənədləri əldə olunaraq həmin sənədlərdən istifadə etməklə aparılan yoxlama növüdür. Qeyd olunan sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsi ilə vergi orqanına vergilərin şərti rentabellik norması əsasında hesablanması ilə bağlı diskresion səlahiyyət verilmişdir. Hazırki iş üzrə vergi ödəyicisi vergi yoxlamasına heç bir sənəd təqdim etməməklə yanaşı Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsinə əsasən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumat formasını (kalkuliyasiya) hər il yanvar ayının 31dək elektron qaydada vergi orqanına təqdim etməli olduğu halda bunu etməmişdir. Məhkəmənin, “iddiaçının 2021-2023-cü illərə dair fəaliyyəti üzrə gəlir və xərc sənədləri təsdiqini tapdığından mənfəət birbaşa müəyyən olunur. İddiaçı 2021-2023-cü illər üzrə mənfəət vergisi bəyannamələrini və həmin bəyannamələrin xərclər sətirlərində əks olunan göstəricilərə dair sənədləri məhkəməyə təqdim etmişdir” dəlilinə əsaslanması vergi ödəyicisinin öz fəaliyyəti ilə bağlı qanunvericiliklə müəyyən edilmiş məcburi mühasibat uçotunu aparması ilə bağlı vəzifələrini əhəmiyyətsiz edir. Burdan belə nəticəyə gəlmək olur ki, vergi ödəyicisinin fəaliyyəti ilə bağlı vergi orqanının uçot bazasında olan elektron qaimə-faktura, idxal -ixrac məlumatları və s. vergi ödəyicisində yoxlamanın başa çatdırılması üçün kifayət edir. Halbuki, Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məcəllənin 71.1-ci maddəsinə əsasən Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 71.4. Mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Eyni zamanda, vergi orqanı Vergi Məcəlləsinin 16.1.3-cü, 16.1.3-1-ci, 16.1.6-cı, 16.1.7-ci və 23.1.1-ci maddələrinin də tələbləri ondan ibarətdir ki, vergi ödəyicisi uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar və vergi orqanının tələbi ilə həmin sənədlər vergi orqanına təqdim edilməli, elektron daşıyıcılarındakı məlumatlarının verilməsini və birbaşa və ya məsafədən çıxış imkanının yaradılması təmin edilməlidir. “Mühasibat uçotu haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. Vergi ödəyicisində səyyar vergi yoxlamasının keçirilməsi zamanı ilkin uçot sənədlərinin zəruriliyi ilə bağlı aşağıdakı qaydada yoxlama zamanı müəyyən olunan hallarla bağlı nümunə təqdim edirik: Vergi orqanının uçot baza məlumatlarına əsasən "xxxx" MMC “100 mm sn4” adlı plastik borudan 2021-ci il üzrə 71 598 metr idxal etmiş, 20 282 metr elektron qaimə-faktura ilə əldə etmiş, 276 506 metr elektron qaimə-faktura ilə satışı olmuşdur. Nəticədə elektron qaimə-faktura ilə təqdim edilmiş 184 626 (276 506 – (71 598 + 20 282)) metr plastik borunun istehsaldan əldə edildiyi məlum olmuşdur. 2022-ci il üzrə “150 mm sn4” adlı plastik borudan 22 484 metr idxal etmiş, 234 metr elektron qaimə-faktura ilə əldə etmiş, 223 005 metr elektron qaimə-faktura ilə satışı olmuşdur. Nəticədə elektron qaimə-faktura ilə təqdim edilmiş 200 487 (223 005 – (22 484 + 234)) metr plastik borunun istehsaldan əldə edildiyi məlum olmuşdur. 2023-ci il üzrə “150 mm sn4” adlı plastik borudan 14 178 metr idxal etmiş, 366 metr elektron qaimə-faktura ilə əldə etmiş, 148 193 metr elektron qaimə-faktura ilə satışı olmuşdur. Nəticədə elektron qaimə-faktura ilə təqdim edilmiş 133 649 (148 193 – (14 178 + 366)) metr plastik borunun istehsaldan əldə edildiyi məlum olmuşdur. Bundan əlavə, yoxlama dövründə vergi ödəyicisi plastik borunun istehsalı üçün xammal hesab olunan 3 445 ton “POLİETİLEN” əldə etmiş, xx.xx.2024-cü il tarixli “mülkiyyətdə və istifadədə olan əmlakın inventarizasiya akt”-ında 197 ton “POLİETİLEN qalığının olduğu aşkar edilmişdir. Göründüyü kimi yoxlanılan dövrdə vergi ödəyicisinin fəaliyyət sahəsi çox tərəfli olmaqla, həm məhsul istehsalı, həm də malların topdan və pərakəndə qaydada təqdim edilməsi fəaliyyətindən ibarət olmuşdur. Habelə, vergi ödəyicisi “POLİETİLEN” xammalını plastik boru hazırlanması məqsədi ilə əldə etmiş, istehsalda fərqli çeşidlərdə (150 mm sn4, 100 mm sn4, 200 mm sn4 və s. adda plastik boru) plastik borular istehsal edərək təqdim etmişdir ki, hər marka plastik boru üçün tələb olunan xammalın kalkuliyasiyası (məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları) fərqli olmuşdur. Qeyd olunan kalkulyasiya məlumatları vergi orqanına təqdim edilməmişdir. Belə ki, vergi ödəyicisi xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli Məktublarla kalkuliyasiya barədə məlumat təqdim etsə də sonradan istehsal dövriyəsinin gizlədilməsi və yaranacaq əlavə vergi məbləğinin qarşısını almaq üçün xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il tarixli məktublarla əvvəl təqdim etdiyi kalkulyasiya məlumatlarının etibarsız hesab edilməsini xahiş etmişdir. Bundan başqa qeyd edirlər ki ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2017ci il tarixli Q-01 nömrəli Kollegiya qərarı ilə “X1 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 22.29-cu bəndinə əsasən Ehtiyatlar əldə edilən zaman ilkin dəyəri ilə qiymətləndirilir. Ehtiyatların ilkin dəyərinə alış qiyməti, gömrük idxal rüsumları və digər vergilər (vergi orqanları tərəfindən müəssisəyə sonradan əvəzləşdirilən vergilər istisna olmaqla), daşınma, boşaldılma və hazır məhsulların, xammal-materialların və xidmətlərin əldə edilməsi ilə birbaşa bağlı olan digər məsrəflər daxildir. Vergi ödəyicisi tərəfindən plastik boru üçün “POLİETİLEN” xammalı əldə edilmiş, lakin bu xammalın hərəkəti, silgisi barədə məlumatları mühasibat uçotunun aparılması qaydalarına ziddi olaraq bəyannamədə göstərməmiş və vergi orqanına 2021-ci il, 2022-ci il və 2023-cü il üzrə təqdim edilən Mənfəət vergisi bəyannamələrinin 1 nömrəli ƏLAVƏ-sində 1.3-cü sətrinin “EHTİYATLAR” bölməsinin 1.3.2-ci sətrində “MALLAR” alt bölməsinə və 1.3.1-ci sətirdə “HAZİR MƏHSUL” alt bölməsinə daxil edərək, həm istehsal olunmuş, həmdə əldə edilmiş malları ümumi şəkildə göstərmiş, lakin xammalın hərəkəti barədə 1 nömrəli ƏLAVƏ-nin 1.3.3-cü sətrində “BİTMƏMİŞ İSTEHSAL” və 1.3.4-cü sətrində “SAİR EHTİYYATLAR” alt bölmələrinə hər hansı məlumat daxil edilməmişdir. Beləliklə, vergi ödəyicisinin bəyannamə məlumatlarında malın maya dəyərində əks olunan göstəricilər vergi ödəyicisinin ümumi xərclərinin təxminən 80%-ni əhatə edir. Belə ki, vergi ödəyicisi istehsala sərf olunan xammalın dəyərini, əldə etdiyi (idxal və elektron qaimə-faktura ilə alış) mallarla cəm şəkildə göstərmiş, eyni zamanda kalkuliyasiya barədə məlumat verməməklə xərclərini süni şəkildə şişirtmişdir. Qeyd olunan bu hallar vergi orqanına şərti rentabellik norması əsasında vergilərinə hesablanmasına tam əsas vermişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydaları”: İstehsal sahəsində istehsal ehtiyatlarının mədaxilinin sənədləşdirilməsi. İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsiüçün vergi orqanlarında uçotda olan şəxslərdən, o cümlədən malsatan və podratçılardan satın alınan istehsal ehtiyatları aşağıdakı qaydada sənədləşdirilir: istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri istehsal ehtiyatlarını əlavə dəyərvergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaiməfaktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir; istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri istehsal ehtiyatlarını ƏDVninməqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair qaiməfaktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir. 4.1. Əsas və köməkçi istehsalat sahələrinə istehsal ehtiyatları istehsal sahəsinə məsul şəxsin (texnoloq, baş mühəndis, istehsal sahəsinin rəhbəri) sifarişi (tələbi) əsasında buraxılır. Sifariş (tələb) məsul şəxs (texnoloq, baş mühəndis, istehsal sahəsinin rəhbəri) tərəfindən imzalanmış və müəssisə rəhbəri (fərdi sahibkar) və ya onların səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmiş normativlər əsasında tərtib edilir. Bu zaman məsul şəxs tərəfindən “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi” tərtib edilir. 5.1. İstehsalı başa çatmış hazır məhsullar bu məhsullar üçün nəzərdə tutulmuş anbarlara təhvil verilir. Bu zaman istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən istehsal olunmuş hazır məhsullar “Hazır məhsulların təhvil-qəbul aktı” ilə anbarın məsul şəxsinə təhvil verilir. Məhsulların istehsalı zamanı zay olmuş məhsullarla bağlı istehsal sahəsinin məsul şəxsi(sex rəisi (müavini) və s.) tərəfindən “Zay məhsullara dair akt” tərtib edilir. Düzəldilməsi mümkün olan və ya material ehtiyatı kimi istifadə edilə bilən zay məhsullar“Zay məhsulların təhvil-qəbul aktı” ilə anbarın məsul şəxsinə verilir. Hazır məhsulların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması “İtmiş,əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”la sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin), məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir. Qeyd olunan Qaydaların müddəalarından göründüyü kimi istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin, malların hərəkətinin rəsmiləşdirilməsinin özünəməxsus uçot qaydaları mövcuddur. Qeyd olunan sənədləşmələr vergi ödəyicisi tərəfindən aparılaraq vergi orqanına təqdim edilməldir. Bundan başqa, Məhkəmənin,” iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodunun ərazisində icarəyə götürdüyü obyektdə fəaliyyət göstərdiyindən elektrik sərfiyyatı barədə ayrıca elektron qaimə-faktura ona deyil, zavoda təqdim olunur. İddiaçı isə ümumi elektrik sərfiyyatının özünə aid olan hissəsini ödəyir. Bununla bağlı təqdim edilən xx.xx.2024-cü il tarixli məktuba əsasən iddiaçının 2021-ci ilin oktyabr - dekabr ayları üzrə 10900 manat, 2022-ci il ərzində 69755 manat, 2023-cü il ərzində 130542 manat elektrik enerjisi xərclərini ödədiyi müəyyən olunur” dəlilinə münasibətdə qeyd edirik ki, aylar üzrə enerji sayğacının göstəriciləri barədə məlumat səyyar vergi yoxlamasına təqdim edilməmiş, məhkəməyə təqdim edilən xx.xx.2024-cü tarixli məktub yoxlamaya deyil sonradan əldə olunaraq məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, "xxxx" ASC-dən sorğuya cavab olaraq xx.xx.2025- ci il tarixli 13-13/2-1/07-8155/2025 nömrəli məktubla bildirilmişdir ki, VT Group” MMC (VÖEN **********) adlı abonent "xxxx" ASC-nin informasiya bazasında yoxdur. Həmçinin vergi ödəyicisi İddiaçı MMC (VÖEN **********) tərəfindən istifadə olunan, vergi ödəyicisi olan "xxxx" MMC-yə məxsus elektrik sayğacından istifadə edilmiş işıq sərfiyyatına görə ödədiyi ödəniş tapşırıqları yoxlamaya təqdim edilməmişdir. Vergi ödəyicisi İddiaçı MMC "xxxx" MMC-yə məxsus elektrik sayğacından istifadə edilmiş işıq sərfiyyatına görə həmin vergi ödəyicisinə istifadə olunmuş işıq sərfiyyatına görə ödədiyi elektron qaimə fakturaları da yoxlamaya təqdim etməmişdir. Vergi Məcəlləsinin 67.17-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Ali Məhkəmənin nümunəvi qərarı - Ali Məhkəmənin 2-1(102)-2385/2023 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərarından Çıxarış: xx.xx.2022-ci ilədək qəbul edilmiş inzibati aktlarla mənfəət vergisinin hesablanması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Məhz, Vergi Məcəlləsinə 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 67.17-ci maddə də bu halı təsdiq edir (bu Məcəllənin 67ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir). Başqa sözlə, sözügedən dəyişikliyə qədər 67-ci maddədə sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən müddəaların ardıcıllıq gözlənilmədən tətbiqinə əsas verən norma mövcud deyildi. Yuxarıda qeyd edildiyi kimi 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli AzərbaycanRespublikasının Qanunu ilə (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) Vergi Məcəlləsinə 67.17-ci maddə əlavə edilmiş və həmin maddəyə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Hazırkı iş üzrə mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixlidir. İşə baxan aşağı instansiya məhkəmələri maddi hüquq normasının tətbiqində səhvə yol verərək hazırkı iş üzrə cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsindəki ardıcıllığı gözləməli olduğuna dair hüquqi mövqe sərgiləmiş, həmçinin hazırda mübahisələndirilən yoxlama ilə yoxlanılan dövrün 2018- 2019-cu illəri əhatə etdiyinə istinadən Vergi Məcəlləsinin 67.17-ci maddəsinin hazırkı işə tətbiq edilməməli olması nəticəsinə gəlmişlər. Halbuki, Vergi Məcəlləsinin 67-ci maddəsi verginin məbləğini müxtəlif əlaqəliməlumatlardan istifadə etməklə hesablamaq metodlarını müəyyən edir. Vergi qanunvericiliyinə əsasən isə vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində qəbul edilirlər. Qanunvericilik vergilərin hesablanmasını inzibati aktla əlaqələndirdiyindən və VergiMəcəlləsinin 67-ci maddəsi də vergilərin hesablanması ilə bağlı metod və üsulları tənzimlədiyindən, vergilərin hesablanması barədə müvafiq inzibati aktın qəbul edildiyi tarixdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Başqa sözlə, hazırkı iş üzrə məsuliyyət qərarı xx.xx.2022-ci il tarixli olduğundan cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsindəki ardıcıllığa riayət etmədən vergi hesablamaq hüququ vardır. Göründüyü kimi Vergi Məcəlləsinin 67.17-ci maddəsi xx.xx.2022-ci il tarixdən qüvvəyə mindiyindən həmin normanın tətbiqi vergi orqanı tərəfindən birbaşa şərti rentabellik norması tətbiq etməklə hesablamaya əsas verir. Bu hesablama qaydası ilə bağlı Ali Məhkəmənin mövqeyi dəyişmişdir. Belə ki, Ali Məhkəmə 2022-ci ildən sonra qəbul edilən vergi oranının inzibati aktlarına (məsuliyyət qərarları) münasibətdə şərti rentabellik normasının tətbiqi üçün VM-nin 67-ci maddəsində nəzərdə tutulan ardıcıllıq tələb olunmur. İddiaçının ərizədə qeyd etdiyi və Məhkəmənin qərardadda əsaslandığı Ali Məhkəmənin nümunəvi qərarları xx.xx.2022-ci il tarixdən əvvəl aparılmış səyyar vergi yoxlamalarına aid edilir və hazırkı səyyar vergi yoxlamasına münasibətdə tətbiq oluna bilməz. Vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlaması barədə: 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********181690 saylı qərarına əsasən "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2021 – xx.xx.2024-cü il vergi dövrlərini əhatə edən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama xx.xx.2024 tarixində başlanmış və xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Yoxlama xx.xx.2022-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. (№ KY242089120; xx.xx.2024-cü il). Yoxlanılan dövrdə "xxxx" MMC “dəmir məmulatlarının, su kəməri və istilik şəbəkəsi avadanlıqlarının istehsalı və topdan satışı” ilə məşğul olmuşdur. "xxxx" MMC-yə növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə bildiriş, qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********181748 nömrəli Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Tələbnamədə qeyd olunan sənədlərin heç biri yoxlamaya təqdim edilməmişdir (bu barədə sənəd əlavə olunur). Aparılan səyyar vergi yoxlaması zamanı yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlərin götürülməsi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsini əsas tutularaq xx.xx.2024-cü il tarixli **********183122 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar qəbul edilmişdir. Eyni zamanda vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması üçün xx.xx.2024-cü il tarixli **********525800 nömrəli məktubu ünvanlanmışdır. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilməyən kalkulyasiya məlumatları, əsas vəsaitlər barədə hesabat, material hesabatı, debitor və kreditor borclar barədə məlumat və digər xx.xx.2024-cü il tarixli **********181748 nömrəli tələbnamədə qeyd olunan bütün sənədlərə görə Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən vergi ödəyicisinin rəhbəri Qanuni nümayəndə iştirakı ilə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında” xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və bir nüsxəsi vergi ödəyicisinə əlbə-əl təqdim edilmişdir (bu barədə sənəd əlavə olunur). Beləliklə, vergi ödəyicisinə Tələbnamə təqdim edilməsinə, məktub göndərilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən yoxlamaya heç bir sənəd təqdim edilməyib. Vergi ödəyicisi tərəfindən yuxarıda qeyd olunan istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumat vergi orqanına təqdim edilməmişdir. "xxxx" MMC tərəfindən yoxlanılan dövr üzrə istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları, həmçinin istehsal həcminin müəyyən edilməsi məqsədi ilə Vergi Məcəlləsinin 23.1.14-cü və 45-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğundan xx.xx.2024-cü il tarixli qərarla mütəxəssis dəvət edilmiş, Azərbaycan Respublikası Tıcarət-Sənaye Palatasının "Azərekspertiza" Birliyindən mütəxəssis X2 dəvət olunmuşdur. Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "Azərekspertiza" Birliyinin mütəxəssisi Şadil Əliyevin qarşısında aşağıdakı suallar qoyulmuşdur: "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə istehsal proseslərində istifadə olunan istehsal avadanlıqlarının istehsal gücünə və əldə edilmiş polietilen xammalının miqdarına əsasən istehsal olunmuş boru məhsullarının miqdarı və hər bir məhsul növü üzrə sərf olunan xammalın miqdarının müəyyən edilməsi. Mütəxəssis tərəfindən rəy yoxlamaya təqdim edilənədək yoxlama bir neçə dəfə dayandırılmışdır. İddiaçının “yoxlama 11 dəfə ardıcıl olaraq mütəxəssis dəvət olunması əsası ilə dayandırılmış, lakin yekunda mütəxəssis rəyi təqdim olunmamış, hesablama aparılması üçün rəydən istifadə olunmamışdır ” dəlili ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; Yəni qanunverici nəzərə almışdır ki, səyyar vergi yoxlaması zamanı ekspert və ya mütəxəssis tərəfindən rəy verilməsi müəyyən vaxt tələb edə bilər və yoxlamanın başa çatdırılması bu səbəbdən uzana bilər. Qanunverici dayandırmanın konkret əsaslarını göstərməklə inzibati icraatın aparılma müddətlərinə əsassız müdaxiləni məhdudaşdırmış və inzibati icraatın ağlabatan müddətdə yekunlaşmasına maneçilik tərədə biləcək halların qarşısını almışdır. Vergi qanunvericiliyində yoxlamanın dayandırılması imkanın nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xələl gətirmir, əksinə həmin məqsədlərə xidmət edir. Vergi ödəyicisi yoxlamaya zəruri olan sənədləri təqdim etmədiyi üçün Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "Azərekspertiza" Birliyi tərəfindən vergi orqanına təqdim edilmiş xx.xx.2024-cü il tarixli **********959200 nömrəli məktuba əsasən mütəxəssisin rəy verməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra vergi yoxlaması vergi qanunvericiliyinin verdiyi imkanlardan istifadə edərək yoxlamanı davam etdirmişdir. Belə ki, Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən ... tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”larının müddəalarına əsasən gəlir və xərclərin uçotunun aparılmaması, istehsal sahəsində istehsal ehtiyatlarının mədaxilinin sənədləşdirilməməsi, istehsal ehtiyatlarının əsas və köməkçi istehsal sahələrinə buraxılışının sənədləşdirilməməsi, hazır məhsulların anbara mədaxilinin sənədləşdirilməməsi, hazır məhsulların satışının sənədləşdirilməməsi, gəlirlərinin və xərclərinin müəyyən edilməməsi və yoxlanılan dövrlər üzrə mənfəət vergisi bəyannaməsində qeyd olunan malın maya dəyəri, xammal və material barədə xərcləri təsdiq edən məlumatları təqdim etmədiyindən qeyd olunan xərcləri müəyyən etmək mümkün olmamış, vergi ödəyicisinin gəlirin əldə edilməsi ilə bağlı xərcləri şişirtməsi müəyyən edilmişdir ki, bu da illər üzrə vergi öhdəliklərinin düzgün yerinə yetirilməməsinə səbəb olmuşdur. SVY zamanı vergi ödəyicisinin 2021, 2022 və 2023-cü illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələri yoxlanılmışdır. Vergi ödəyicisi 2021-ci ilin mənfəət vergisi bəyannaməsini kassa metodundan, 2022 və 2023-cü illər üzrə mənfəət vergisi bəyannamələrini hesablama metodundan istifadə edərək təqdim etmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2021-ci il mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə gəlirlərin 4 718 900,13 manat, gəlirlərin əldə olunması ilə bağlı cəmi xərclərin 4 430 002,63 manat, vergi ödəyicisinin əldə etdiyi investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 7 128,50 manat, vergitutma məqsədləri üçün mənfəətin 281 769,00 manat, mənfəət vergisinin 56 353,80 manat olduğu bəyan edilmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə gəlirlərin 7 621 365,87 manat, gəlirlərin əldə olunması ilə bağlı cəmi xərclərin 6 685 930,53 manat, vergi ödəyicisinin əldə etdiyi investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 337 500,00 manat, vergitutma məqsədləri üçün mənfəətin 597 935,34 manat, mənfəət vergisinin 119 587,07 manat olduğu bəyan edilmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə gəlirlərin 8 106 214,03 manat, gəlirlərin əldə olunması ilə bağlı cəmi xərclərin 7 505 100,61 manat, vergi ödəyicisinin əldə etdiyi investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 205 548,00 manat, vergitutma məqsədləri üçün mənfəətin 395 565,42 manat, mənfəət vergisinin 79 113,08 manat olduğu bəyan edilmişdir. İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə 2021-2023-cü illər üzrə “Politelin boruların istehsalı müəssisələrin qurulması layihəsi” üçün investisiya təşviqi sənədi verilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi polietilen xammalı alaraq müxtəlif ölçülərdə boru istehsal etmiş və həmçinin eyni növdə olan boruları idxal və elektron-qaimə faktura vasitəsi ilə əldə etmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisinin gəlirləri vergi orqanının uçot-məlumat bazasına əsasən müəyyən edilən təqdim edilmiş elektron qaimə-faktura və NKA məlumatlarından formalaşmışdır. Belə ki, vergi orqanının baza məlumatlarının qarşılıqlı təhlili zamanı vergi ödəyicisinin istehsaldan əldə etdiyi gəliri 2021-ci il üzrə 1 179 324,13 manat, 2022-ci il üzrə 3 733 426,27 manat və 2023-cü il üzrə isə 4 617 530,96 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən istehsal olunan mallar haqqında yoxlamaya məlumatlar (kalkulyasiya) təqdim edilmədiyindən həmin mallardan əldə edilən mənfəəti və investisiya təşviqi sənədinə əsasən mənfəətdən azadolmanı müəyyən etmək mümkün olmadığı üçün Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik normasından istifadə edilmiş və müəyyən edilmişdir ki, vergi ödəyicisinin istehsal olunan mallar üzrə mənfəəti 2021-ci il üzrə 196 554,02 (( 1 179 324,13*20 ) / 120)) manat, 2022-ci il üzrə 622 237,71 (( 3 733 426,27*20 ) / 120)) manat və 2023-cü il üzrə isə 769 588,49 (( 4 617 530,96*20 ) / 120)) manat olmuşdur. Mənfəət vergisi üzrə: 2021-ci il mənfəət vergisinin hesablanması zamanı gəlirlərinin (dövriyə) müəyyən edilməsində onun vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsindən, dövr üzrə xərcinin müəyyən edilməsi zamanı isə Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilmişdir. M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G – Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R – Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. Vergi ödəyicisinin 2021-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə gəlirlər – 4 718 900,13 manat Mənfəəti 2021-ci il üzrə 4 718 900,13 x 20 / 120 = 786 483,36 manat Vergi ödəyicisinin 2021-ci il üzrə mənfəəti 786 483,36 manat, investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 98 277,01 ( 196 552,02 *50%) manat, vergiyə cəlb olunan mənfəəti 688 206,34 manat, mənfəət vergisinin məbləği 137 641,27 manat (( 786 483,36 98 277,01) * 20% = 137 641,27 ) olacaqdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2021-ci ilin mənfəət vergisi üzrə bəyan edilmiş 56 353,80 manat mənfəət vergisi nəzərə alındıqda yoxlama ilə vergi ödəyicisinə 2021-ci ilin mənfəət vergisi üzrə 81 287,47 manat (137 641,27 - 56 353,80) əlavə mənfəət vergisi hesablanmışdır. 2022-ci il mənfəət vergisinin hesablanması zamanı gəlirlərinin (dövriyyə) müəyyən edilməsində onun vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsindən, dövr üzrə xərcinin müəyyən edilməsi zamanı isə Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən gəlirə görə şərti rentabellik normasının tətbiqi üsuldan istifadə edilmişdir. Vergi ödəyicisinin 2022-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə gəlirlər – 7 747 652,08 manat, Mənfəəti 2022-ci il üzrə 7 747 652,08 x 20 / 120 = 1 291 275,35 manat, Vergi ödəyicisinin 2022-ci il üzrə mənfəəti 1 291 275,35 manat, investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 311 118,86 ( 622 237,71*50% ) manat, vergiyə cəlb olunan mənfəəti 980 156,49 manat, mənfəət vergisinin məbləği 196 031,30 manat (( 1 291 275,35 311 118,86 ) * 20% = 196 031,30 ) olacaqdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2022-ci ilin mənfəət vergisi üzrə bəyan edilmiş 119 587,07 manat mənfəət vergisi nəzərə alındıqda yoxlama ilə vergi ödəyicisinə 2022-ci ilin mənfəət vergisi üzrə 76 444,23 manat (196 031,30 - 119 587,07) əlavə mənfəət vergisi hesablanmışdır. 2023-cü il mənfəət vergisinin hesablanması zamanı gəlirlərinin (dövriyə) müəyyən edilməsində onun vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsindən, dövr üzrə xərcinin müəyyən edilməsi zamanı isə Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən gəlirə görə şərti rentabellik normasının tətbiqi üsuldan istifadə edilmişdir. Vergi ödəyicisinin 2023-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə gəlirlər – 8 106 214,03 manat; Mənfəəti 2023-cü il üzrə 8 106 214,03 x 20 / 120 = 1 351 035,67 manat; Vergi ödəyicisinin 2023-cü il üzrə mənfəəti 1 351 035,67 manat, investisiya təşviqi sənədinə əsasən mənfəət üzrə azadolma və güzəştlər 384 794,25 manat, vergiyə cəlb olunan mənfəəti 966 241,42 manat, mənfəət vergisinin məbləği 193 248,28 manat (( 1 351 035,67 - 384 794,25) * 20% = 193 248,28 ) olacaqdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2023-cü ilin mənfəət vergisi üzrə bəyan edilmiş 79 113,08 manat mənfəət vergisi nəzərə alındıqda yoxlama ilə vergi ödəyicisinə 2023ci ilin mənfəət vergisi üzrə 114 135,20 manat (193 248,28 - 79 113,08) əlavə mənfəət vergisi hesablanmışdır. Ümumilikdə 2021-2023-cü illərin mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 104-cü, 105-ci, 108ci, 109-cu, 134-cü, 135-ci, 136-cı, 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən 271 866,90 manat əlavə vergi məbləğinin hesablanması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə isə azaldılmış 271 866,90 manat (81 287,47 +76 444,23 +114 135,20 = 271 866,90) vergi məbləğinin 50%-i miqdarında, yəni 135 933,45 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. X5 üzrə: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) yoxlama ilə əhatə olunan dövrdə X3 tədiyyəçisi olmuşdur. "xxxx" MMC-də aparılan səyyar vergi yoxlaması zamanı əmlakın uçotdan yayındırılması hallarının aşkar edilməsi və aradan qaldırılması məqsədilə inventarizasiyanın aparılması zərurətinin yarandığından Vergi Məcəlləsinin 38.5-ci maddəsinə uyğun olaraq “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********183356 nömrəli qərar qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə mülkiyyətdə və istifadədə olan əmlakın inventarizasiyası aparılaraq bu barədə akt tərtib edilmişdir. Vergi ödəyicisində əvvəlki səyyar vergi yoxlaması zamanı xx.xx.2022-ci ildə keçirilmiş inventarizasiya ilə xx.xx.2024-cü ildə keçirilmiş inventarizasiyanın qarşılıqlı təhlili zamanı 153 293,03 manat dəyərində malın (kombi, boru, radiator, nasos və s.) əksik gəldiyi müəyyən edilmişdir. Beləliklə, yerində olmayan 153 293,03 manat dəyərində malın yoxlama dövrünün sonuncu ayına, yəni 2024-cü ilin yanvar ayı üzrə ƏDV-yə 18 % dərəcə ilə cəlb olunan əməliyyatlara əlavə edilərək 153 293,03 manat dövriyyənin artırılması, Vergi Məcəlləsinin 67.15-ci və 159.5-ci maddələrinə əsasən 27 592,75 manat (153 293,03 x 18% = 27 592,75) əlavə vergi məbləğinin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50 % miqdarında, 13 796,38 manat (27 592,75*50% ) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müstəqil maliyyə sanksiyaları: Aparılan səyyar vergi yoxlaması zamanı bank və ƏDVDH məlumatlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən 2022-ci il üzrə 412 ədəd ödəniş tapşırığında, 2023-cü il üzrə 423 ədəd ödəniş tapşırığında və 2024-cü il üzrə 10 ədəd ödəniş tapşırığında, cəmi 845 ödəniş tapşırığında ödənişin təyinatı hissəsində tələb olunan məlumatlar düzgün qeyd olunmamışdır. Beləliklə, Vergi Məcəlləsinin 57.7-ci maddəsinin tələblərinə əsasən vergi ödəyicisi tərəfindən ödəmə tapşırığında Vergi Məcəlləsinin 16.11-ci maddəsində nəzərdə tutulan tələblər yerinə yetirilmədiyindən hər belə ödəmə tapşırığına 100 manat, yəni 84 500,00 (845*100,00 ) manat maliyyə sanksiyasının hesablanması təklif olunur. Yoxlama zamanı bank və ƏDV depoziti hesabı məlumatlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən 2022-ci il üzrə 49 ədəd elektron qaimə-faktura üzrə 4 655,46 manat, 2023-cü il üzrə 36 ədəd elektron qaimə-faktura üzrə 13 232,92 manat və 2024-cü il üzrə 1 ədəd elektron qaimə-faktura üzrə 4,00 manat ƏDV məbləğinin əsas məbləğlərin ödənildiyi gündən gec ödənilmişdir. Vergi Məcəlləsinin 58.6-cı maddəsinin tələblərinə əsasən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında yəni, 8 946.20 (17 892,38*50% ) manat maliyyə sanksiyasının hesablanmışdır. Vergi Məcəlləsinin 67-ci maddəsinin ardıcıllıqla tətbiq edilməli olması üzrə rəyinə münasibətdə bildiririk ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin birinci cümləsinə əsasən maddədə qeyd edilən əlaqəli məlumatlardan hər hansı birindən istifadə edilərək verginin hesablanması vergi orqanın hüququdur. Qeyd edilən maddədə verginin hesablanması üçün istifadə edilən məlumatlardan istifadə olunması ilə bağlı hər hansı ardıcıllıq müəyyən edilməmiş, həmin məlumatlardan istifadə olunması ardıcıllığı vergi orqanın mülahizəsinə buraxılmışdır. Odur ki, məhkəmənin verginin qeyd edilən məlumatlardan istifadə edilmədən hesablanmasına istinad edərək hesablamanı əsassız hesab etməsi qanuni deyildir. Belə ki, mənfəət vergisinin hesablanması üçün yuxarıda qeyd edildiyi kimi konkret olaraq əlaqəli məlumatlardan istifadə edilmiş və həmin əlaqəli məlumatların hüquqi əsasları konkret olaraq qeyd edilmişdir. Əlavə olaraq bildirir ki, 67-ci maddənin düzgün tətbiqi ilə əlaqədar Ali Məhkəmənin bir neçə qərarı (2-1(102)-167/14 saylı xx.xx.2014-cü il tarixli, 2-1(102)-31/2019 saylı xx.xx.2019-cu il tarixli qərarlar) mövcuddur ki, bu da mövcud məsələ barəsində formalaşmış məhkəmə mövqeyinin olduğunu deməyə əsas verir. Azərbaycan Respublikası VM-nin 83.2.1-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi bəyannamələrində olan məlumata və 83.2.4cü maddəyə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. Bundan əlavə, Vergi Məcəlləsinin 67.17-ci maddəsi xx.xx.2022-ci il tarixdən qüvvəyə mindiyindən həmin normanın tətbiqi vergi orqanı tərəfindən birbaşa şərti rentabellik norması tətbiq etməklə hesablamaya əsas verir. Bu hesablama qaydası ilə bağlı Ali Məhkəmənin mövqeyi dəyişmişdir. Belə ki, Ali Məhkəmə 2022-ci ildən sonra qəbul edilən vergi oranının inzibati aktlarına (məsuliyyət qərarları) münasibətdə şərti rentabellik normasının tətbiqi üçün VM-nin 67-ci maddəsində nəzərdə tutulan ardıcıllıq tələb olunmur. İddiaçının ərizədə qeyd etdiyi Ali Məhkəmənin nümunəvi qərarları xx.xx.2022-ci il tarixdən əvvəl aparılmış hesablamalarla bağlıdır. Səyyar vergi yoxlamasının nəticəsi ilə bağlı vergi ödəyicisi üçün öhdəlik müəyyən edən inzibati akt (qərar) qəbul edilmişdir. Bununla da vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmişdir. Vergi orqanının qəbul etdiyi inzibati akt (qərar) ilə vergi ödəyicisinin təqsirliliyini müəyyən edir ki, bu da təqsirsizlik presmupsiyasının mütləq hüquq olmadığı təsdiqini tapır. Avropa Məhkəməsi qəbul etdiyi qərarındakı hüquqi mövqeyə əsasən təsdiq edir ki, fakt və hüquq prezumpsiyası baxımından iddiaçının vergidən yayınma halı birmənalı şəkildə təsdiqini tapır. (Yanoseviç İsveçə qarşı, §100, obyektiv əsaslarla əlavə vergilərin təyin edilməsi və məhkəmə qərarından əvvəl icrası ilə əlaqədar). Əlavə olaraq bildiririk ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(118)-4450/2025 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin“vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə **********191404 saylı qərarı 2024-cü il üzrə X5 üzrə - 27592,75 manat hesablanması, 2024-cü il üzrə VM 58.1-ci maddəsinə uyğun olaraq 13796,38 manat maliyyə sanksiyası tətbiq edilməsi, 2022- ci il üzrə VM 58.6-cı maddəsinə uyğun olaraq 2659,47 manat maliyyə sanksiyası tətbiq edilməsi, 2023-cü il üzrə VM58.6-cı maddəsinə uyğun olaraq 5203,11 manat maliyyə sanksiyası tətbiq edilməsi, 2024-cü il üzrə VM58.6-cı maddəsinə uyğun olaraq 2 manat maliyyə sanksiyası tətbiq edilməsi istisna olmaqla qalan hissədə ləğv edilmişdir. Aşağıda qeyd olunanlara əsasən məhkəmənin qərarı ilə iddianın təmin olunmayan hissəsində razı deyilik. Belə ki, Məhkəmə qərarınıı 34 və 35-ci bəndlərində göstərilmişdirki – “Məhkəmə 2024-cü il üzrə X3 hesablanmasına münasibətdə bildirir ki, yoxlama zamanı xx.xx.2022-ci ildə keçirilmiş inventarizasiya ilə xx.xx.2024-cü ildə keçirilmiş inventarizasiyanın qarşılıqlı təhlili zamanı 153293,03 manat dəyərində malın əksik gəldiyi müəyyən edilmiş, yerində olmayan 153293,03 manat dəyərində malın yoxlama dövrünün sonuncu ayına, yəni 2024-cü ilin yanvar ayı üzrə ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlara əlavə edilərək 27592,75 manat əlavə vergi məbləğinin hesablanmış və həmin məbləğin 50% miqdarında, yəni 13796,38 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İnventarizasiya aktı vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş və həmin akt iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. İddiaçı tərəf yerində olmayan mallar barədə hər hansı məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi vergi orqanının xx.xx.2025-ci il tarixli qərarı sözügedən hissədə əsaslı olmuş və iddia tələbi həmin hissədə təmin edilməməlidir. 35. Həmçinin vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 2022-ci il üzrə 2659,47 manat, 2023-cü il üzrə 5203,11 manat və 2024-cü il üzrə 2 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, İddiaçı MMC tərəfindən 2022-ci il üzrə 49 ədəd elektron qaimə-faktura üzrə 4655,46 manat, 2023-cü il üzrə 36 ədəd elektron qaiməfaktura üzrə 13232,92 manat və 2024-cü il üzrə 1 ədəd elektron qaimə-faktura üzrə 4 manat ƏDV məbləğinin əsas məbləğlərin ödənildiyi gündən gec ödənilmiş və vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.6-cı maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı qeyd olunan ƏDV məbləğlərinin əsas məbləğlərin ödənildiyi gündən gec ödənilmədiyini sübuta yetirə bilməmiş və bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Mübahisələndirilən qərar həmin hissədə də əsaslı olduğundan və iddia tələbi həmin hissədə təmin edilməməlidir”. Qeyd olunanlarla bağlı bildiririk ki, səyyar vergi yoxlaması mütəxəssis cəlb olunması əsası ilə ardıcıl olaraq 11 dəfə dayandırılmış, sonda isə məktub alınaraq yoxlamada həmin rəydən ümumiyyətlə istifadə edilməmişdir. Bu hal cavabdeh tərəfindən yoxlamanın müddətinin süni şəkildə əsassız uzatdığını, bununla da yoxlama zamanı ciddi prosessual pozuntuya yol verildiyini təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının 45-ci bəndində qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərarla Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyasının və digər əsaslara görə hesablanmış mənfəət vergisinin qanuniliyinə aşağı instansiya məhkəmələri tərəfindən qiymət verilməmişdir. Lakin həmin hallara qiymət verilməsi hazırkı halda apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmir. Çünki hətta mübahisələndirilən qərarda əks olunmuş həmin məbləğ əsaslı olsa belə, vergi orqanı tərəfindən aparılan yoxlama zamanı kobud prosessual pozuntulara yol verildiyindən (yoxlamanın əsassız olaraq uzun müddət dayandırılması) hesablama qanunsuzdur. Göründüyü kimi, prosessual pozuntuya yol verilməsi qərarın ləğvi üçün əsasdır Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafə edərək həmin şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının təmin olunmayan hissədə ləğv olunmasını, iddia tələbinin həmin hissədə təmin edilməsi və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafə edərək həmin şikayətin təmin edilməsini, qərarın iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.3-cü maddəsinə əsasən hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. ... 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.11-ci maddəsinə əsasən vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən ödəniş xidməti təchizatçılarına təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilir. 16.11.1. bu Məcəllənin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə - elektron qaimə-fakturanın seriya və nömrəsi. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə - tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi; 16.11.2. xarici ticarət fəaliyyəti üzrə - yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi; 16.11.3. borc ödənişləri üzrə - təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi. 24.1.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 57.7-ci maddəsinə əsasən bu Məcəllənin 16.11-ci maddəsində nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır (mübahisəli dövrdə qüvvədə olan redaksiyada): 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir (mübahisəli dövrdə qüvvədə olan redaksiyada): 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). 30 iyul 2024-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın: 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasıya şikatəti həddində tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********181690 saylı qərarına əsasən oktyabr 2021- yanvar 2024-cü il dövrləri əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması həyata keçirilməsi qərara alınmış, yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********182433 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə **********191404 saylı qərarı əsasında İddiaçı MMC barəsində 299459,65 manat vergilər və 242094,42 manat maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması materiallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən 2021-ci, 2022-ci və 2023-cü illər üzrə birbaşa şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Yoxlama zamanı cavabdeh iddiaçının müəyyən xərclərini qəbul etməmiş, həmçinin satılan məhsulların istehsalına sərf olunmuş mal-materiallın silgisinə dair iddiaçının təqdim etdiyi göstəriciləri şərti rentabellik düsturuna uyğunlaşdıraraq bəyannamələrdə əks etdirmişdir. Belə ki, səyyar vergi yoxlaması aktına əsasən cavabdeh 2021ci il üzrə iddiaçının 10900,0 manat həcmində enerji xərcini (221.7-ci sətir) şişirtdiyini qeyd etmişdir. 2022-ci il üzrə hesablanmış mənfəət vergisinin hesablanmasına münasibətdə qeyd olunmalıdır ki, cavabdeh iddiaçının təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində icarə haqqı məbləğini (221.5-ci sətir) 1500,0 manat artırmış, 69755,0 manat məbləğində enerji xərcini (221.7-ci sətir) azaltmış, rabitə xərclərini ( 221.11-ci sətir) 306,83 manat azaltmış, sair xərcləri (221.15-ci sətir) 18100,61 manat azaltmış, digər xərcləri (232-ci sətir) 4120,88 manat azaltmışdır. 2023-cü il üzrə hesablanmış mənfəət vergisinin hesablanmasına münasibətdə qeyd olunmalıdır ki, cavabdeh iddiaçının təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində enerji xərcini (221.7-ci sətir) 130542,0 manat azaltmış, rabitə xərclərini (221.11-ci sətir) 101,04 manat azaltmış, nəqliyyat xərcləri rezident üzrə 23.2 manat artırmış, digər xərcləri (232-ci sətir) 21930,09 manat azaltmışdır. Bundan əlavə, cavabdeh 2021-2023-cü illər üzrə mənfəət vergisi bəyannamələrində xammal-material (221.3-cü sətir) və malın dəyəri (221.4-cü sətir) qrafalarında iddiaçının təqdim etdiyi göstəriciləri digər xərclərdəki rəqəmləri nəzərə almaqla yerdə qalan hissəsini şərti rentabellik düsturuna uyğunlaşdırmış, həmçinin mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin 3.2-ci sətirlərində qeyd olunan göstəriciləri dəyişməklə illər üzrə silinmələri şərti rentabellik düsturuna uyğun müəyyən etmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası aşağıdakıları bildirir: İddiaçının təqdim etdiyi bank hesabından çıxarışlara əsasən 2021-ci ildə 10900,0 manat, 2022-ci ildə 69755,0 manat məbləğində, 2023-cü ildə 130542,0 manat məbləğində enerji xərcinin ödənildiyi müəyyən olunmuşdur. Bundan əlavə, araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı müəssisə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavorunun ərazisində fəaliyyət göstərir və "xxxx" ASC-də qeydiyyatda olan elektrik sayğacı vahiddir. Həmin zavodun ərazisində onlarla müəssisə fəaliyyət göstərir və hər birində yalnız daxili sayğaclar quraşdırılmışdır. İddiaçı müsəssisədə isə 2024-cü ilin fevral ayından ayrıca abonent kodu verilməklə sayğac quraşdırılmışdır. Həmin vaxtadək iddiaçı enerji ödənişlərini Zavod vasitəsilə Azərişıq ASC-yə ödədiyindən elektron qaimə-fakturalar Zavodun adına gəlmişdir. İddiaçı isə faktiki olaraq həmin xərcləri çəkmişdir, əks halda istehsal fəaliyyətinin həyata keçirilməsi mümkün olmazdı. Bundan başqa, iddiaçının təqdim etdiyi sənədlərə əsasən müəyyən olunur ki, eyni məsələ yoxlama dövrü olmayan 2024-cü ilin mənfəət bəyannaməsi üzrə də meydana gəlmiş və iddiaçı yuxarı vergi orqanına şikayət etmişdir. Müəssisənin ayrıca abonent kodu olan sayğacı 2024-cü ilin fevral ayından quraşdırıldığından 2024-cü ilin yanvar ayında zavod vasitəsilə ödənilən enerji xərci əvvəl vergi orqanı tərəfindən nəzərə alınmamış, inzibati şikayət üzrə icraatın nəticəsində isə iddiaçının şikayəti təmin olunaraq 2024-cü ilin yanvar ayında zavod vasitəsilə ödənilən enerji xərci nəzərə alınmışdır. Göründüyü kimi, iddiaçının ayrıca abonent koduna malik olmamasını yuxarı vergi orqanı da qəbul edərək hesablamanı azaltmış, cavabdeh isə eyni əsasla başqa dövrlər üzrə enerji xərclərini yenidən qəbul etməmişdir. Həmçinin, iddiaçının təqdim etdiyi sənədlərə əsasən 2022-ci və 2023-cü illərdə cavabdehin nəzərə almadığı rabitə, nəqliyyat, sair və digər xərclərə dair elektron qaiməfakturalar təqdim edilmiş və həmin məbləğlər tam həcmdə təsdiqini tapmışdır. Bununla yanaşı, Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin xərclərin xüsusi çəkisi ümumi xərclərin tərkibində olduqca aşağı olmuşdur və mənfəətin müəyyən olunması həmin xərclərdən asılı olmayaraq da mümkün idi. İddiaçının əsas xərcləri alınmış xammal-material və hazır mallara dair idxal üzrə yük-gömrük bəyannamələri və ölkədaxil alışlar üzrə elektron qaimə-fakturalardan ibarədir ki, həmin sənədlər də tam şəkildə mövcud olmuş və iş materialına əlavə olunmuşdur. Lakin cavabdeh iddiaçının mal-material silgisi məlumatlarını qəbul etməmiş, həmin silgi məlumatlarının hazırlanması məqsədilə yoxlamaya mütəxəssis dəvət etsə də, yekunda onun rəyindən istifadə etməyərək silgi məlumatlarını şərti rentabellik düsturuna uyğun müəyyənləşdirmişdir ki, bu hal yolverilməzdir. Belə ki, hər bir məhsulun istehsal prosesinin spesifik mürəkkəbliyi və özünəməxsus cəhətləri vardır. İddiaçı yoxlama zamanı təqdim etdiyi ərizə ilə məhsulların sifariş əsasında fərqli kalkulyasiyalara uyğun hazırlandığını bildirmişdir. Cavabdeh isə ümumiyyətlə hər hansı kalkulyasiya məlumatına istinad etmədən iddiaçının təqdim etdiyi silgi məlumatlarını şərti rentabellik düsturu ilə xərclərin tərkibinə düşən xammalmaterial və mallar hissəsinə uyğunlaşdırmışdır. Halbuki, silgi məlumatları real istehsal sərfiyyatına və ya normativ standartlara uyğun olmalıdır. Cavabdehin belə formada silgi müəyyən etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndələrindən qeyd olunan formada silginin necə müəyyən olunması və təsdiqedici sənədləri tələb olunsa da, bununla bağlı hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı isə disk formatında hər üç il üzrə xammal və materialların istehsala silinməsi barədə cədvəlləri təqdim etmişdir. Həmin göstəricilər araşdırılarkən iddiaçının təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin xərclər hissəsindəki xammal-material və malın dəyəri sətirlərinin silgi məlumatları ilə uyğun olduğu müəyyən edilmişdir. Bununla da, Kollegiya bildirir ki, hər üç il üzrə mənfəət iddiaçının uçot sənədləri ilə müəyyən olunduğundan mənfəətin Vergi Məcəlləsinin 67-ci maddəsi tətbiq olunmaqda müəyyən edilməsi üçün heç bir əsas yaranmamışdır. Bundan başqa, cavabdeh iddiaçının mənfəətini müəyyən edərkən Vergi Məcəlləsi ilə müəyyən olunan iddiaçıya məxsus əlaqəli məlumatları təhlil etməmiş, analoji vergi ödəyicilərinin müəyyən edilməsi istiqamətində hər hansı araşdırma aparmamış, şərti rentabellik normasını heç bir əsaslandırma olmadan birbaşa tətbiq etmişdir. Halbuki, iddiaçının təqdim etdiyi məlumata əsasən eyni fəaliyyətlə məşğul olan beşdən çox müəssisə mövcuddur. İnternet araşdırması zamanı təqdim olunan həmin müəssisələrin də boru istehsalı üzrə fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Məhkəmə həmçinin cavabdehin apellyasiya şikayətində xx.xx.2022-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 67.17-ci maddəsinə münasibətdə bildirir ki, həmin əlavə olunan norma yalnız maddə üzrə ardıcıllığın mövcud olmadığı əks etdirir, cavabdehə istənilən halda şərti rentabellik normasını tətbiq etmək səlahiyyəti vermir. Başqa sözlə, həmin maddə ilə müəyyən olunan hansı üsul və vasitə tətbiq olunursa, inzibati orqan niyə məhz həmin üsulu tətbiq etdiyini əsaslandırmalıdır. Bu öhdəlik Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergi orqanlarının vergiləri düzgün hesablamaq vəzifəsindən irəli gəlir. Hazırkı mübahisədə isə iddiaçının 2021-2023-cü illər üzrə iş materialına əlavə etdiyi xərc sənədləri (elektron qaiməfakturalar, idxal sənədləri, arayış, bank çıxarışları və s.) yoxlama zamanı da cavabdeh inzibati orqanda mövcud olmuş və bu sənədlərin mötəbərliyi mübahisələndirilməmişdir. Bununla da, 2021-ci ilə münasibətdə cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan ardıcıllığıa riayət etməməsi, 2022-ci və 2023-cü illərə münasibətdə isə gəlir və xərc sənədləri tam mövcud olduğu və mənfəət birbaşa müəyyən olunduğu halda cavabdehin heç bir əsas olmadan şərti rentabellik normasını tətbiq etməsi qanunvericiliyə uyğun olmamışdır. Eyni zamanda vergi orqanı 2022, 2023 və 2024-cü illər üzrə ödəniş tapşırığının düzgün tərtib edilməməsinə görə Vergi Məcəlləsinin 57.7-ci maddəsinə əsasən maliyyə sanksiyası hesablamışdır. Sözügedən qərarda qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən 2022-ci il üzrə 412 ədəd ödəniş tapşırığında, 2023-cü il üzrə 423 ədəd ödəniş tapşırığında və 2024-cü il üzrə 10 ədəd ödəniş tapşırığında açıqlama hissəsində məlumatlar düzgün qeyd olunmamışdır. Bununla bağlı məhkəmə bildirir ki, Vergi Məcəlləsinin 57.7-ci maddəsinə görə, bu Məcəllənin 16.11-ci maddəsində nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 16.11-ci maddəsinə əsasən vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən ödəniş xidməti təchizatçılarına təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilir. Lakin cavabdeh tərəfindən təqdim olunan cədvəldən müəyyən olunur ki, bəhsedilən köçürmələr iddiaçı ilə digər vergi ödəyiciləri arasında bank vasitəsilə aparılan ödənişlər deyil, iddiaçının ƏDV sub-uçot hesabından digər vergi ödəyicilərinin ƏDV subuçot hesablarına aparılan ödəmələrdir. Göründüyü kimi, cavabdeh Vergi Məcəlləsinin 16.11-ci maddəsini yanlış tətbiq edərək hər hansı təchizatçı olmadan birbaşa iki vergi ödəyicisi arasında aparılan əməliyyatı həmin normanın pozuntusu kimi qiymətləndirmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar 2021, 2022 və 2023-cü illər üzrə mənfəət vergisinin hesablanması və 2022, 2023 və 2024-cü illər üzrə ödəniş tapşırığının düzgün tərtib edilməməsinə görə Vergi Məcəlləsinin 57.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyasının hesablanması hissələrində ləğv edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası həmçinin 2024-cü il üzrə X3 hesablanmasına münasibətdə bildirir ki, yoxlama zamanı xx.xx.2022-ci ildə keçirilmiş inventarizasiya ilə xx.xx.2024-cü ildə keçirilmiş inventarizasiyanın qarşılıqlı təhlili zamanı 153293,03 manat dəyərində malın əksik gəldiyi müəyyən edilmiş, yerində olmayan 153293,03 manat dəyərində malın yoxlama dövrünün sonuncu ayına, yəni 2024-cü ilin yanvar ayı üzrə ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlara əlavə edilərək 27592,75 manat əlavə vergi məbləğinin hesablanmış və həmin məbləğin 50% miqdarında, yəni 13796,38 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İnventarizasiya aktı vergi orqanı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və həmin akt iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. İddiaçı tərəf yerində olmayan mallar barədə hər hansı məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi vergi orqanının xx.xx.2025-ci il tarixli qərarı sözügedən hissədə əsaslı olmuş və iddia tələbi həmin hissədə təmin edilməməsi barədə məhkəmənin mövqeyi əsaslı olmuşdur. Həmçinin vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 2022-ci il üzrə 2659,47 manat, 2023-cü il üzrə 5203,11 manat və 2024-cü il üzrə 2 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, İddiaçı MMC tərəfindən 2022-ci il üzrə 49 ədəd elektron qaimə-faktura üzrə 4655,46 manat, 2023-cü il üzrə 36 ədəd elektron qaiməfaktura üzrə 13232,92 manat və 2024-cü il üzrə 1 ədəd elektron qaimə-faktura üzrə 4 manat ƏDV məbləğinin əsas məbləğlərin ödənildiyi gündən gec ödənilmiş və vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.6-cı maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı qeyd olunan ƏDV məbləğlərinin əsas məbləğlərin ödənildiyi gündən gec ödənilmədiyini sübuta yetirə bilməmiş və bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Mübahisələndirilən qərar həmin hissədə də əsaslı olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissədə iddia tələbini təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, e-2-1(118)-4450/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar