Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1090/2024 28.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 584 saylı sərəncamı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 1992-ci il tarixli 573 saylı qərarı ilə vətəndaşların ərizəsinə əsasən Xırdalan- Masazır şossesi yolunun şimalında 0,10 hektar hesabı ilə fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, e-2-1(118)-1966/2024 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 584 saylı sərəncamı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 1992-ci il tarixli 573 saylı qərarı ilə vətəndaşların ərizəsinə əsasən Xırdalan-Masazır şossesi yolunun şimalında 0,10 hektar hesabı ilə fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 584 saylı sərəncamı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 1992-ci il tarixli 573 saylı qərarı ilə, vətəndaşların ərizəsinə əsasən Xırdalan- Masazır şossesi yolunun şimalında 0,10 hektar hesabı ilə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi o zamandan onun sahibliyində və istifadəsindədir. O, torpaq sahəsi üzərində üçmərtəbəli yaşayış evi inşa etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, lakin cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada cavab vermədiyi üçün müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması gedişində cavabdeh iddia ərizəsinə etiraz ərizəsi təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İHB-nin 13 noyabr 1992-ci il tarixli, 584 nömrəliu sərəncamı ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna əlavə edilmədiyi, sözügedən torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən olunmuşdur. X5 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul olunacaq qərarın marağına toxunulduğu, həmin torpaq sahəsi üzrə hüquqmüəyyənedici sənədləri mövcuddur. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən 30 kv m tikiliyə dair onun qediyyat vəsiqəsi və texniki pasport mövcuddur. Sumqayıt İnzibati Məhkəməsinin 01 yanvar 2024-cü il tarixli e-2-1(118)-1966/2024 saylı qərardadı ilə X5 zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatı üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-1966/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən torpaq sahəsinin yerquruluşu planından çıxarışı mübahisəli torpaq sahəsindən 3200 m aralı məsafədə və başqa şəxsin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahəsinə dair tərtib edilmişdir. Bundan başqa ilkin müraciətə əlavə edilmiş yerquruluşu planından çıxarış məhkəməyə təqdim edilən yerquruluşu planından çıxarışdan fərqlilik təşkil edir. Daha sonra Abşeron rayon Dövlət Arxivindən sorğuya cavab olaraq alınmış məktubdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992ci il tarixli 584 saylı sərəncamı ilə vətəndaşlara ayrılan torpaq sahəsinə dair siyahıda İddiaçı adı aşkarlanmamışdır. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2018-ci il tarixli arxiv arayışında onun adının həmin siyahıda 16-cı sırada qeyd edilməsinə baxmayaraq, müvafiq arxiv şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş adlı siyahıların 16-cı sırada adı qeyd edilən şəxslərin adları tamamilə fərqlidir. Bu səbəbdən iddiaçının təqdim etdiyi sübut etibarlı hesab edilməmişdir. Göstərilən dəlillərə əsaslanaraq birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüquqa malik olmaması qənaətinə gələrək iddianın mümkün sayılmaması barədə qərardad çıxarmışdır. İddiaçının nümayəndəsi qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpağa dair ikin hüquqmüəyyənedici sənədlərin iddiaçının adına qeydiyyatdan keçmişdir. Həmin torpaq sahəsinə iddialı olmasını bildirən X3 üçüncü şəxs qismində cəlb edilməsindən sonra iddiaçı R.Nəsibovanın adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair iddia qaldırmış və həmin içə baxılanadək hazırki inzibati iş üzrə icraatın dayandırılması barədə vəsatət vermişdir. Lakin məhkəmə üçüncü şəxsin mövqeyindən çıxış edərək vəsatəti təmin etməmişdir. Bundan başqa mübahisə predmeti olan torpaq sahəsi üzərində ümumi sahəsi 30.0 kv m olan tikili heç vaxt mövcud olmamışdır. Həmin torpaq sahəsi 1992-ci il tarixdə sərəncamına verilənədək torpaq sahəsi boş olmuş və qeyd olunduğu kimi torpaq sahəsi üzərində yeganə tikili iddiaçı tərəfdində inşa olunan üçmərtəbəli ev olmuşdur ki, iddiaçı bu müddətədək həmin əmlakdan fasiləsiz etirazsız istifadə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs qismində cəlb edilmiş R.Nəsibova məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin, mütəxəssis qismində dindirilən Elçin Salmanovun izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçının 0,10 ha fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı olmuşdur. Cavabdeh orqan tərəfindən iddaçıya imtina cavabı verilməmişdir. Lakin iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı təqdim edilməmişdir və sözügedən torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi həmin istiqamətdə araşdırmanı apararkən X5 mübahisənin onun hüquqlarına toxuna biləcəyini bildirərək özünün üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Abşeron rayon İcra Hakimiyyəti Başçısının 584 nömrəli 13.11.192-ci il tarixli sərəncamı ilə Xırdalan Masazır şossesi yolunun şimalında ayrılmış 0.10 ha torpaq sahəsinin koordinatları ilə R.Nəsibovanın təqdim etdiyi Abşeron rayon X1, Mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı idarəsi tərəfindən verilmiş inventar işi 542 olan 37764 reyestr nömrəli qeydiyyat vəsiqəsində göstərilən fərdi yaşayış evinin yerləşdiyi 0.08 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsi və düşdüyü təqdirdə hansı hissələrdə düşmsəi barədə mütəxəssis rəyi almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən təqdim edilən və birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması üçün əsaslardan biri kimi nəzərə alınan mütəxəssis rəyindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 584 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamı ilə Xırdalan Masazır şossesi yolunun şimalında ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından iddiaçıya ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin məhkəmə tərəfindən təqdim edilən 0.08 ha torpaq sahəsinə dair yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarla Abşeron rayon X1, Mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı idarəsi tərəfindən verilmiş inventar işi 542 olan 37764 reyestr nömrəli qeydiyyat vəsiqəsində göstərilən fərdi yaşayış evinin yerləşdiyi 0.08 ha torpaq sahəsinin 37764 qeydiyyat nömrəli texniki pasportda qeyd edilən tikilinin yerləşmə vəziyyətinə və qonşuluqlara nəzərən müəyyən edilmiş koordinatları tam olaraq üst-üstə düşür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis öz rəyində torpaq sahələrinin üst-üstə düşməsini texniki pasportda qeyd edilən tikilinin yerdəyişmə vəziyyətinə və qonşuluqlara nəzərən müəyyən etdiyini göstərmişdir. Halbuki, texniki pasport yalnız tikilinin texniki göstəricilərini özündə əks etdirən sənəddir. Həmin sənəddə torpaq sahəsi ilə bağlı yalnız ölçülər göstərilə bilər. Tikilinin texniki pasportunda torpaq sahəsinin koordinatları və qonşuluqlar əks edilmir ki, mütəxəssis həmin göstəricilərə əsasən hər hansı qənaətə gələ bilsin. Daha sonra mütəxəssis öz rəyində qeyd etmişdir ki, iddiaçı inzibati orqana xx.xx.2023cü il tarixdə etdiyi müraciətə əlavə etdiyi bələdiyyənin yerqruluşu planından çıxarış 0.10 ha torpaq sahəsinə dair olmaqla mübahisə predmeti olan torpaq sahəsindən 3200 m aralı məsafədə yerləşən və başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmişdir. İddiaçının inzibati orqana ilkin müraciətinə əlavə etdiyi yerquruluşu planından çıxarışla məhkəməyə təqdim etdiyi yerqruluşu planından çıxarışda göstərilən koordinatlar ayrı-ayrı torpaq sahələrinə aiddir. Məhkəmə kollegiyası bu halla bağlı qeyd edir ki, mütəxəssis öz rəyinin birinci abzasında 0.10 ha torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün olmamasına dair qənaətə gəlsə də, rəyin ikinci bəndində həmin torpaq sahəsinin (0.10 ha) mübahisə predmeti olan torpaq sahəsindən 3200 m aralı məsafədə yerləşməsini və başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsinin qeyd etməsi nəticəsində ziddiyyət yaranmışdır. Bundan başqa iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında izah etdi ki, ilkin müraciət zamanı səhvən başqa torpaq sahəsinə dair yerquruluşu planından çıxarış təqdim edilmişdir. Mübahisəli torpaq sahəsinə aid yerquruluşu planından çıxarış 0.08 ha torpaq sahəsinə dair tərtib edilən və məhkəməyə təqdim edilən nüsxədir. Məhkəmə kollegiyasının iclasına mütəxəssis qismində dəvət edilən Daşınmaz Əmlakın Dövlət Kadastrı vı Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İarəsinin mühəndisinventarlaçdırıcısı Elçin Salmanov izah etdi ki, mübahisə predmeti olan torpaq sahəsi onun tərəfindən müayinə edilmiş, həmin torpaq sahəsində üç mərtəbəli yaşayış evindən başqa hər hansı tikili mövcud olmamışdır. Lakin yekun mütəxəssis rəyi onun tərəfindən verilməmiş, idarənin başqa əməkdaşı ətərəfindən imzalanmışdır. Rəydə yazılanlar onun qənaətini əks etdirmir. Birinci instansiya məhkəməsi öz qərardadında subyektiv hüququn olmamasını həmçinin onunla əsaslandırmışdır ki, iddiaçının hüquqmüəyyənedici sənəd kimi istinad etdiyi Abşeron rayon İcra Hakimiyəti Başçısının xx.xx.1992-ci il tarixli 584 nöməli sərəncamı və müvafiq adlı siyahıda İddiaçı adı aşkarlanmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2018-ci il tarixli arxiv arayışında onun adının həmin siyahıda 16-cı sırada qeyd edilməsinə baxmayaraq, müvafiq arxiv tərəfindən məhkəməyə təqdim edilmiş adlı siyahıların 16-cı sırasında adı qeyd edilən şəxslərin adları tamamilə fərqlidir. Eyni zamanda həmin siyahılarda Y.Yusfovun adı ümumiyyətlə aşkarlanmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F-907 nömrəli xx.xx.2018-ci il tarixli arayışında “16.İddiaçı” na 0.10 ha fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya cavab olaraq Abşeron rayon Dövlət Arxivi bildirmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 584 nömrıli sərəncamında mövcud olan adlı siyahıların yenidən araşdırıldığını, lakin İddiaçı adının aşkar edilməmişdir. F-907 nömrəli xx.xx.2018-ci il tarixli arxiv çıxarışında 16 rəqəmi barədə yaranmış ziddiyyət barədə şərhin məhkəmənin mülahizəsinə buraxıldığı bildirilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iş materiallarına əlavə edilmiş məhkəmə tərəfindən vətəndaşların adlı siyahısı kimi nəzərə alınan Abşeron rayon İcra Hakimiyyəti Başçısının yanında torpaqayırma komissiyasının səkkiz ədəd rəyindən ibarətdir. Apellyasiya şikayətinin iddianın dayandırılması barədə vəsatətin nəzərə alınmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin vəsatət iş materiallarında mövcud deyildir və şifahi və ya yazılı qaydada verilməsi məhkəmə iclas protokollarında öz əksini tapmamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Yuxarıda təsvir edildiyi kimi birinci instansiya məhkəməsi mütəxəssis rəyinə və Abşeron rayon Dövlət Arxivindən alınmış cavablara istinad edərək iddiaçının mübahisəli torpaq sahəsinə dair iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfinfdən işə yenidən baxılarkən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli F- 907 saylı arxiv çıxarışınımn mövcudluğu nəzərə alınmaqla sərəncamın arxivdə olan nüsxəsinin əldə edilməsi üçün yenidən sorğu ünvanlanmalı və iş materiallarına əlavə edilmiş Abşeron rayon İHB yanında Torpaq ayırma komissiyasının rəylərində olan siyahılardan başqa Abşeron rayon İHB-nın xx.xx.1992-ci il tarixli 584 saylı sərəncamına vətəndaşların adlı siyahılarının mövcud olub-olmaması aydınlaşdırılmalı, iddiaçı tərəfindən ilkin müraciət zamanı inzibati orqana təqdim etdiyi yerquruluşu planından çıxarış tələb edilərək məhkəməyə təqdim edilən çıxarışla müqayisə edilməli, iş materiallarında olan mütəxəssis rəyinin başqa şəxs tərəfindən imzalanması nəzərə alınmaqla işin həqiqi hallarına uyğun olubolmamasına qiymət verilməli və zərurət yaranarsa yeni mütəxəssis rəyinin alınmalıdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının hüquqi marağına uyğun olaraq işin halları düzgün araşdırılmamış, iddianın mümkün hesab edilməməsi ilə bağlı istinad etdiyi əsaslar işin hallarına uyğun olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İndiki halda iddianın mümkünlük məsələsi məhkəmə prosesinin istənilən mərhələsində yoxlanılmalı olduğundan və iddianın mümkün sayılması ilə bağlı ayrıca qərardadın qəbul edilməsi nəzərdə tutulmadığından həmin hissədə şikayət əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-1966/2024 nömrəli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-1090/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1090/2024
28.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver