Məhkəmə qərarları › İş №2-1(105)-1095/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1095/2024

22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1095/2024 22.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “cavabdehin xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı əmrinin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 sentyabr N0N4-cü il tarixli, N-1(118)-3N47/N0N4 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ EZ seriyalı, ******* nömrəli “Hərbi bilet”dən görünür ki, İddiaçı N hərbi hissənin komandirinin N may N017-ci il tarixli, 0N11 nömrəli əmri ilə hərbi hissənin siyahısına daxil olmuş, 1N iyul N017-ci il tarixli, N6 nömrəli əmri ilə hərbi hissənin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İddiaçı göndərilmiş N8 dekabr N0N3-cü il tarixli, 3-N5-19/N-Ə-14xx-xx/N0N3 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli, NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 5-ci bəndinə əsasən, Müdafiə Nazirliyi tərəfindən pul təminatı Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara ödənilir. 30 may N017ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxıİdığından, bağladığı müqavilənin sonuna qədər olan müddət üçün pul təminatının ödənilməsi barədə müraciətini göstərilən Əsasnamənin tələblərinə zidd olduğu üçün təmin edilməsi mümkün hesab edilmir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 yanvar N0NN-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Azərbaycan Respublikasının Prokurorluğu Tərtər Hərbi Prokurorluğunun 11 mart N0N4-cü il tarixli, 3-3-N10/N-00907N/N0N4 nömrəli məktubundan görünür ki, Tərtər Hərbi Prokurorluğunda vətəndaş İddiaçı barəsində əvvəllər və hal-hazırda təqsirləndirici material araşdırılmamış və cinayət işi istintaq olunmamışdır. Azərbaycan Respublikasının müdafiə nazirinin 1N iyul N017-ci il tarixli, N6 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan leytenant İddiaçı, N nömrəli hərbi hissənin 703N-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının sabiq komandiri həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı əmrinin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 1993-cü il təvəllüdlü iddiaçı, N01N-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, N016-cı ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdir. N3 iyun N016-cı il tarixdə ona leytenant rütbəsi verilib, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində zabit kimi xidmət etməyə başlamışdır. Motoatıcı taborun motoatıcı bölməsinin motoatıcı taqım komandiri vəzifəsində hərbi xidmət keçmişdir. Həmin hərbi hissədə xidmətdə olarkən N017-ci ilin may ayında hazırda şərti olaraq “Tərtər işi” adlandırılan iş çərçivəsində qanunsuz sorğu-suala, dindirməyə və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin nəticəsi olaraq işgəncə və dindirmənin gedişində N may N017-ci il tarixdə N saylı hərbi hissə komandirinin sərəncamına verilmişdir və 1N may N017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Qanunsuz və əsassız dindirməyə, işgəncələrə məruz qalmağı, bir sözlə, ona qarşı cinayət əməllərinin törədilməsi Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 58/N0N3N9 saylı, N9 noyabr N0N3-cü il tarixli hökmündə də öz təsdiqini tapıb. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Çıxarılmış hökmlə yalnız iddiaçıya qarşı törədilmiş cinayət əməlləri deyil, eyni zamanda həmin cinayət əməllərinin nəticəsində qanunsuz və əsassız olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı da öz təsdiqini tapmışdır. İddiaçı işgəncə nəticəsində-səhhətində yaranan problemlərə və mənəvi-psixoloji durumuna görə hərbi xidmətə bərpa olunmaq istəmir. Lakin həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma barədə əmr qanunsuz və əsassız olduğundan əmr ləğv edilməli, ehtiyata buraxılma əsası dəyişdirilməli və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi işburaxma dövründə ödənilməli olan əmək haqqı ona ödənilməlidir. Ehtiyata buraxıldığı N017-ci ildə və ondan sonrakı dövrdə zərərçəkmiş şəxs statusu tanınmadığından, hüquqlarının bərpası üçün cavabdehə müraciət ünvanlaya, yaxud hüquqi müdafiə vasitələrindən istifadə edə bilməmişdir. N017ci ilin may ayında cinayət əməllərinə məruz qalmağı Bakı Hərbi Məhkəməsinin N9 noyabr N0N3-cü il tarixli hökmü ilə təsdiq olunduğundan, yalnız bundan sonra 18 dekabr N0N3-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəsində xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağında bağlı əmrin ləğv edilməsini, ehtiyata buraxılmağının əsasının dəyişdirilməsini və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsini istəmişdir. Cavabdeh yalnız pul təminatı barədə müraciətini cavablandıraraq N8 dekabr N0N3-cü il tarixli, 3-N5-19/N-Ə- 143N33/N0N3 nömrəli cavab məktubunda bildirmişdir ki, xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığından, bağladığı müqavilənin sonuna qədər olan müddət üçün iddiaçıya pul təminatının ödənilməsi mümkün deyil. Digər müraciətlərinə isə baxılmamışdır. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri iddiaçı qanunsuz və əsassız hesab edir. Cavabdehin üzərinə əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş dövrün əmək stajına hesablanması və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının iddiaçıya ödənilməsi vəzifəsi qoyulmalıdır. İddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı üçün heç bir əsas olmamış, əmr qanunsuz olmuşdur. O, hərbi xidmət zamanı nizamnamə qaydalarına əməl etmişdir. Xidmətilə həmişə yoldaşlarına da nümunə olmağa çalışmışdır. Namusu ilə, şərəfilə hərbi xidmət keçmişdir. Hərbi xidmət dövründə heç bir xidməti uyğunsuzluğa yol verməmişdir, ona xidmətilə bağlı heç bir zaman irad bildirilməmişdir. Hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətməmiş, heç bir qanunsuz hərəkətlərə yol verməmişdir. Hərbi xidmətlə bir araya sığmayan əməllər törətməmiş, hərbi qanunvericiliyin tələblərini, hərbi intizam qaydalarım pozmamış, intizam cəzası almamışdır. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı əsassızdır. Odur ki, əmr ləğv edilməli, iddiaçının Silahlı Qüvvələrdən ehtiyata buraxılmağının əsası dəyişdirilməli, iddiası təmin edilməlidir. Eyni zamanda, iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edərək, iddia tələbinin dəlillərinə istinad edərək (§ 6-7) onunla əsaslandırmışdır ki, barəsində ehtiyata buraxılmağı ilə bağlı qanunsuz və əsassız əmrdən şikayət vermək imkanı qarşısı alınmaz hal nəticəsində, yəni şərti olaraq “Tərtər işi” adlanan proses baş verdiyindən mümkün olmamışdır. Həmin iş üzrə icraatın təzələnməsi qərarı yalnız N0N1-ci ilin dekabrında verilmişdir və bu icraatın çərçivəsində iddiaçının həmin dövrdə hüquqlarının pozulması tanınaraq zərərçəkmiş şəxs qismində tanınmışdır. İş üzrə istintaq aparıldıqdan sonra iş Bakı Hərbi Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin N8 dekabr N0N3-cü il tarixli hökmü ilə iddiaçının zərərçəkmiş şəxs statusu, məhz N017-ci ilin may-iyun aylarında qanunsuzluğa məruz qalaraq hüquqlarının pozulması dövlətin adından çıxarılmış məhkəmə aktı ilə təsdiq olunmuşdur. İddiaçı da dərhal həmin hökmə istinad edərək, cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab verilmədiyi üçün məhkəməyə müraciət edilir. Cavabdeh orqan iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, Hüquq İdarəsinin N3 fevral N0N4-cü il tarixli 3-N5-4/N-1173/N0N4 nömrəli sorğusuna əsasən, Şəxsi Heyət Baş idarəsi 13 mart N0N4-cü il tarixli, 14/1N97 nömrəli məktubu ilə, ehtiyatda olan leytenant İddiaçı barədə müvafiq şəxsi heyət üzrə əmrdən çıxarışlar, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə şəxsi heyət üzrə əmrin verilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir. İddiaçının xidmət vərəqəsindən həqiqi hərbi xidməti N017-ci il dövrü ərzində yol verdiyi nöqsanlara görə dəfələrlə intizam məsuliyyətinə cəlb olunmuş və bu barədə, o məlumatlandırılmışdır. İşdə olan xasiyyətnamələrdən görünür ki, N nömrəli hərbi hissə komandiri tərəfindən iddiaçının üzərinə düşən vəzifə borclarının öhdəsindən gələ bilməmiş, komandirlərin verdiyi əmr və tapşırıqların vaxtında yerinə yetirməmiş, rəhbər sənədlərin tələblərini gündəlik xidmətində istifadə etmək bacarığına malik olmamışdır. N nömrəli hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsinin N9 mart N017-ci il tarixli, N0 nömrəli qərarından görünür ki, iddiaçı həqiqi hərbi xidmət müddət ərzində xidmət vəzifələrini laqeyd yanaşmış, tutduğu vəzifənin məsuliyyətini dərk etməmiş, habelə dəfələrlə xəbərdarlıq olduğuna baxmayaraq verilən intizam cəzalarından nəticə çıxartmamışdır. Həmin məhkəmədə iddiaçı iştirak etmiş və ona qarşı deyilən iradlarla razı olmuş, hamının fikirlərinə hörmətlə yanaşdığını bildirmiş və heç bir sözü olmadığını demişdir. Həmçinin, onunla N4 iyun N017-ci il tarixdə söhbətləşmə apararkən tərxis olunması barədə ona köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının xidməti qüsurlu olduğundan, N4 iyun N017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və o, 1N iyul N017-ci il tarixdə ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyinin pozulması hallarına yol verilməmişdirsə buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə dəyişiklərə yol verilmir. İddiaçının ehtiyata buraxılmasından 6 ildən artıq müddət keçdiyindən və şikayət verilməsi ilə bağlı müddətin üzrlü səbəblərdən buraxılmadığını nəzərə alaraq, habelə ehtiyata buraxılma zamanı qanunvericiliyinin pozulması halları aşkar edilmədiyindən qeyd edilən əmrdə dəyişilikliyin edilməsi üçün əsas yoxdur. Həmçinin, qeyd edilir ki, istintaq zamanı işgəncələrə və əsassız dindirmələrə görə zərərçəkmiş şəxs qismində tanınması, həqiqi hərbi xidmətdə yol verdiyi nöqsanlara görə barəsində qəbul edilmiş qərarda dəyişilik edilməsi üçün əsas yaratmır. Ona görə də iddiaçının cavabdehə qarşı hazırkı tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 10 sentyabr N0N4-cü il tarixli, N-1(118)-3N47/N0N4 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır. (hakim: Könül Həbibova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə 8 fevral N0N4-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı bir neçə iddia ilə məhkəməyə müraciət etmişdir və bu iddiaların hər biri “1N iyul N017-ci il tarixli əmrin ləğvi” tələbi ilə birbaşa bağlıdır. Yalnız təbii fəlakət və ya digər qarşısıalınmaz hallar və hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallarda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpası mümkündür. Hazırkı işdə isə sadalanmış halların heç biri mövcud deyildir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün hesab edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Hesab edir ki, onun barəsində hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmr verildikdən sonra həmin əmri mühahisələndirməsinin qeyri-mümkiinlüyünə dəlalət edən qarşısıalınmaz hallar mövcud olmuşdur. Bu hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müddətin bərpasına dair ərizədə göstərilsə də, məhkəmə həmin xüsusatları araşdırmamış, hansı əsas və səbəblərə görə həmin ərizədə göstərilən dəlilləri müddətin bərpa edilməsi üçün kifayət etməməsinə dair hazırkı şikayətlə mübahisələndirilən qərardadında izah etməmişdir. Halbuki, iş üzrə, o cümlədən müddətlə bağlı mümkünlüyə dair doğru qənaətə gəlməkdən ötrü məhkəmə iddiaçının müddətin bərpasına dair ərizədə qeyd etdiyi xidmətdən ehtiyata buraxılması şəraitini və şərtlərini müəyyən etməli idi. İş materiallarında olan və müddətin bərpasına dair ərizədə istinad edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli hökmündən görünür ki, iddiaçı məhz onun xidmətdən ehtiyata buraxılmasına dair əmrin verildiyi dövrdə (may-iyul N017-ci il) qanunsuz dindirməyə, sorğu-suala, ağır işgəncələrə məruz qalmış və bu qanunsuz prosesin nəticəsi olaraq ehtiyata buraxılmışdır. Hökmdə qeyd edilir ki, məhkum edilmiş hərbi vəzifəli şəxslərin əməlləri nəticəsində zərərçəkmiş şəxslər (iddiaçı da daxil olmaqla) tutduqları vəzifələrindən qanunsuz və əsassız azad edilmişlər. Yəni iddiaçının qanunsuz və əsassız olaraq həmin dövrdə, yəni N017-ci ilin mayında tutduğu vəzifədən azad edilməsi qanuni qüvvəsini alaraq preyudisial xarakter daşıyan hökmlə də təsdiq olunur. Birinci instansiya məhkəməsi ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı məsələni həll edərkən Bakı Hərbi Məhkəməsinin hökmünü, xüsusən də onun tarixini nəzərə almalı idi. Belə ki, məhz bu hökmün çıxarılması nəticəsində iddiaçının guya xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması barədə əmr verilməklə onun hüquqlarının pozulmasının bərpa edilməsi imkanı yaranmışdır, iddiaçı da daxil olmaqla yüzlərlə hərbi qulluqçunun qanunsuz əməllərə, o cümlədən qanunsuz və əsassız olaraq vəzifədən azad edilmələrinə məruz qalması bu hadisə nəticəsində zərər görmüş şəxslərin məhz zərərçəkmiş şəxs statusunda tanınmasından sonra onların öz hüquqlarının bərpa edilməsini mümkün etmiş olur, iddiaçının da zərərçəkmiş statusu məhz istinad edilmiş hökmlə tanınmışdır. Bu hökmə qədər, eyni zamanda iddiaçının xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsindən dərhal sonra həmin əmrin mübahisələndirilməsi baş vermiş hadisə səbəbindən və iddiaçının zərərçəkmiş şəxs status tanınmadığından faktiki olaraq qarşısıalınmaz haİ səbəbilə mümkün olmamışdır. Digər tərəfdən iddiaçının zərərçəkmiş şəxs statusunun tanınmaması onun üçün əmrin mübahisələndirilməsi halında heç bir hüquqi perspektiv yaratmış olmurdu. İddiaçı Bakı Hərbi Məhkəməsinin xx.xx.N0N3cü il tarixli hökmünü əldə etdikdən sonra dərhal cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, tələblərinin təmin olunmasından imtina edildiyi üçün müvafiq iddia tələbləri ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq onu da göstərmişdir ki, O, heç vaxt təqsirləndirilən şəxs qismində cəlb edilməmiş, barəsində qətimkan tədbiri və yaxudda məhkəmənin ittiham hökmü olmamışdır. Eyni zamanda N017-ci ildə işgəncə gördükdən sonra bir ay hərbi hissədə saxlanılmış və daha sonra isə ehtiyata buraxılmışdır. Müstəntiqin qərarı əsasında zərərçəkmiş şəxs qismində tanınsa da, Bakı Hərbi Məhkəməsinin hökmünün çıxmasını gözləmişdir. Ona görə də həmin dövrdə əmri mübahisələndirməmişdir. Eyni zamanda bildirir ki, ona ərizə yazdırıb işdən çıxarmışlar. Zabitlər üçün belə bir hal mövcuddur ki, 10 ildən az xidmət etmiş zabitlər öz arzusu ilə işdən çıxma barədə ərizə verdikdə belə xidməti uyğunsuzluqla işdən çıxmış hesab edilir və Hərbi Ximdət Keçmə Haqqında Qanunun “e” bəndinə əsasən işdən çıxarılır. Ona yenidən işə bərpa olunmaqla bağlı təklif olunsa da, işə bərpa olunmaq istəmir. İstəyi əmrin əsasının dəyişməsidir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 6N.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel N015-ci il tarixli, 5 nömrəli qərarının N.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırda iddiaçı cavabdeh orqan tərəfindən onun barəsində qəbul edilmiş 1N iyul N017-ci il tarixli, N6 nömrəli əmri mübahisələndirir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər İş materiallarında görünür ki, iddiaçı əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə 8 fevral N0N4-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı bir neçə iddia ilə məhkəməyə müraciət etmişdir və bu iddiaların hər biri “1N iyul N017-ci il tarixli əmrin ləğvi” tələbi ilə birbaşa bağlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 6N.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 6N.N-ci maddədə qeyd edilir ki, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göründüyü kimi iddiaçı mübahisələndirilən qərardan N017-ci ilin iyul ayından məlumatlı olsa da, məhkəməyə iddia ərizəsi ilə 6 ildən sonra müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. İddiaçı buraxılmış iddia müddətinin bərpasına dair ərizə və apellyasiya şikayətinin dəlillərində barəsində ehtiyata buraxılmağı ilə bağlı qanunsuz və əsassız əmrdən şikayət vermək imkanı qarşısı alınmaz hal nəticəsində, yəni şərti olaraq “Tərtər işi” adlanan proses baş verdiyindən mümkün olmaması, həmin iş üzrə icraatın təzələnməsi qərarını yalnız N0N1-ci ilin dekabrında verilməsi və bu icraatın çərçivəsində iddiaçının həmin dövrdə hüquqlarının pozulması tanınaraq zərərçəkmiş şəxs qismində tanınmasını, iş üzrə istintaq aparıldıqdan sonra iş Bakı Hərbi Məhkəməsinə göndərilməsi və həmin məhkəmənin N8 dekabr N0N3-cü il tarixli hökmü ilə onun zərərçəkmiş şəxs statusu məhz N017-ci ilin may-iyun aylarında qanunsuzluğa məruz qalaraq hüquqlarının pozulmasının dövlətin adından çıxarılmış məhkəmə aktı ilə təsdiq olunmasını, o da dərhal həmin hökmə istinad edərək, cavabdehə ərizə ilə müraciət etməsini bildirmişdir. Kollegiya iddiaçının dəlillərini əsassız sayır. Belə ki, ilk öncə qeyd edilməlidir ki, iddiaçının cavabdeh orqana hazırkı tələblərlə bağlı (əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi) müraciət etməsi üçün onun zərərçəkmiş şəxs statusunda olmasına zərurət yox idi. Bundan başqa iddiaçı zamanında müraciət etməməsini ona edilən təsirlərlə və hədələrlə əlaqələndirsə də, işin hallarından görünür ki, şərti olaraq “Tərtər işi” adlanan iş üzrə istintaqın (icraatın) təzələnməsi barədə N0N1-ci ilin dekabrında qərar verilmiş və bu icraatın çərçivəsində iddiaçının həmin dövrdə hüquqlarının pozulması tanınaraq zərərçəkmiş şəxs qismində tanınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, idiaçı ən azından həmin andan müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Nəzərə alınmalıdır ki, iddiaçı N017-ci ilin may-iyun aylarında qanunsuzluğa məruz qaldığı üçün o artıq ibtidai istintaq zamanı (N0NN-ci ildə) zərərçəkmiş şəxs qismində tanınmış və ifadələr vermişdir. Lakin o ibtidai istintaq zamanı belə (zərərçəkmiş şəxs qismində tanındıqdan sonra) cavabdeh orqana heç bir müraciət etməmiş, bundan təxminən N ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Eyni zamanda müvafiq hökmlə iddiaçının xx.xx.N017-ci tarixdən xx.xx.N017-ci il tarixədək qanunsuz azadlıqdan məhrum edilərək işgəncələrə məruz qalması müəyyən olunmuşdur. İddiaçı isə Azərbaycan Respublikasının müdafiə nazirinin 1N iyul N017-ci il tarixli, N6 nömrəli əmrinə əsasən (yəni işgəncələrə məruz qalmasından N1 gün sonra) öz ərizəsi əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin 703N-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının sabiq komandiri həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Digər tərəfdən İnzibati Prosessual Məcəllənin N4.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 6 ildən artıq keçmişdir, yuxarıda qeyd edilən normada nəzərdə tutulan hallar isə hazırkı işdə mövcud deyildir. Odur ki, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 sentyabr N0N4-cü il tarixli, N-1(118)-3N47/N0N4 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar