Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-11/2024 19.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı5, X5, X2 və X8 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X29 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə1, vəkili və nümayəndəsi Vəkil2, üçüncü şəxs X30, onun nümayəndəsi X24, nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı5, X5, X2 və X8 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(118)-12/2022 nömrəli qərarından üçüncü şəxs X30 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Şıxlar kəndində Nümayəndə1 1.43 ha torpaq sahəsinə JN-0075, KOD 30214088 saylı, İddiaçı1 1.58 ha torpaq sahəsinə JN-0076, KOD 30214088 saylı, X9 1.72 ha torpaq sahəsinə JN0077, KOD 30214088 saylı, X3 1.77 ha torpaq sahəsinə JN-0078, KOD 30214088 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktları verilmiş və həmin dövlət aktları əsasında xx.xx.2019-cu il tarixli seriya RX, 21480919 saylı, xx.xx.2019-cu il tarixli seriya RX, ******* saylı, xx.xx.2016-cı il tarixli seriya RX, ******* saylı və xx.xx.2016-cı il tarixli seriya RX, ******* saylı mülkiyyət hüquqna dair çıxarışlar verilmişdir.
2. Birinci instansiya məhkəməsindəki icraat zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçıların iddia etdikləri və naturada göstərdikləri torpaq sahəsinə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazinin koordinatlara əsasən hazırlanmış sxemi üzərində qərardadda qeyd edilən çıxarışların əlavəsi olan planölçü sənədlərinin koordinatları yığılıb sxem hazırlanmışdır. Arxiv və elektron bazaya, eləcə də təqdim edilmiş sənədlərə əsasən araşdırma aparılmışdır.
3. Dövlət aktlarının plan-cizgisi konfiqurasiya baxımından həmin dövlət aktlarının hazırlanmasına əsas olmuş (Xaçmaz rayonu Şıxlar kəndi “Baki” təsərrüfatının) pay torpaqlarının bölgü layihəsi ilə üst-üstə düşür (bölgü layihəsində olan pay torpaqlarının konfiqurasiyası və ölçüləri dövlət aktlarında torpaq sahəsinin yerləşmə sxemindəki konfiqurasiya və ölçülərlə eynidir). Lakin həmin dövlət aktlarında qeyd edilən koordinatlar “Pulkova-1942” koordinat sistemi ilə verildiyindən həmin şəxslərin adına hazırlanmış çıxarışlardakı (torpaq sahəsinin planı və ölçüsündə olan) koordinatlar isə “WGS-84” koordinat sistemində olduğundan Xaçmaz rayonu Aqrar İslahat komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Şıxlar kəndində Nümayəndə1 1.43 ha torpaq sahəsinə JN-0075 KOD 30214088 saylı, İddiaçı1 1.58 ha torpaq sahəsinə JN-0076 KOD 30214088 saylı X9 1.72 ha torpaq sahəsinə JN-077 KOD 30214088 saylı, X3 1.77 ha torpaq sahəsinə JN-0078 KOD 30214088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarında göstərilən koordinatlar - sonradan Nümayəndə1 verilmiş qeydiyyat tarixli xx.xx.2019-cu il tarixli seriya RX N-1480919 saylı çıxarış, İddiaçı1 verilmiş xx.xx.2019-cu il tarixli seriya RX N-1480916 saylı çıxarış, X9 verilmiş xx.xx.2016-cı il tarixli seriya RX N- 0851700 saylı çıxarış və X3 verilmiş xx.xx.2019-cu il tarixli seriya RX N-0897706 saylı çıxarışlarda olan torpaq sahəsinin planı və ölçüsündə olan koordinatlarla üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır.
4. Nümayəndə1, İddiaçı1, X13 və X1 faktiki istifadə etdikləri torpaq sahəsi ilə çıxarışlarında olan torpaq sahəsi üst-üstə düşmür. Belə ki, faktiki istifadə edilən torpaq sahələri torpaq islahatının aparılması üçün hazırlanmış baş sxemə uyğun olmaqla, bölgü layihəsi ilə dövlət aktlarında torpaq sahəsinin yerləşmə sxeminə uyğundur (bölgü layihəsində olan pay torpaqlarının konfiqurasiyası və ölçüləri dövlət aktlarında torpaq sahəsinin yerləşmə sxemindəki konfiqurasiya və ölçülərlə eynidir). Lakin çıxarışlar hazırlanan zaman faktiki istifadə edilən torpaq sahələrinin koordinatları naturada müəyyən edilməmişdir.
5. X25 verilmiş çıxarışda olan torpaq sahəsinin planı və ölçüsündəki koordinatlar “WGS-84” koordinat sistemində Nümayəndə1, İddiaçı1, X13 və Mustafayev Əsədulla Ziyadxan oğluna verilmiş dövlət aktlarında olan koordinatlar isə “Pulkova-1942” koordinat sistemində olduğundan X25 verilmiş xx.xx.2019-cu il tarixli çıxarışda olan torpaq sahəsinin planı və ölçüsündəki koordinatlar Nümayəndə1 Ziyadxan oğlu, İddiaçı1, X13 və X3 verilmiş dövlət aktlarında olan koordinatlarla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bölgü layihəsində mübahisələndirilən pay torpaqları kəndin kənarında olan yol ilə həmsərhəddir, sözügedən həmin yol ilə pay torpaqları arasında bələdiyyə mülkiyyətinə torpaq sahəsinin ayrılması baş sxemdə öz əksini tapmamışdır (bölgü layihəsindən sxem əlavə edilir).
6. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN - 091F seriyalı, KOD 30214088 nömrəli şəhadətnamədən görünür ki, X25 Xaçmaz rayonun Şıxlar kəndi ərazisində Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli qərarı ilə 0.10 ha torpaq sahəsi ayrılmışdır.
7. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-dən daxil olmuş 1999-cu il tarixdə təsdiq edilmiş Xaçmaz rayonun Şıxlar kəndində vətəndaşların öüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəlin surətindən görünür ki, cədvəldə X21 qanuni istifadəsində olan həyətyanı sahənin 0,10 hektar, xəritədə nömrəsinin 91 olduğu göstərilmişdir.
8. DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 15 yanvar 2019-cu il tarixdə verilmiş çıxarışdan görünür ki, Xaçmaz rayonu, Şıxlar kəndində yerləşən 0.10 ha torpaq sahəsi X21 xüsusi mülkiyyətindədir.
9. İşdən görünür ki, həmin torpaq sahəsinə dair X25 xx.xx.2019-cu il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü təqdim edilmiş və xx.xx.2019-cu il tarixdə onun daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizəsinə əsasən xx.xx.2019-ci il tarixdə yenidən torpaq sahəsinin planı və ölçüsünə dair sənəd verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar Nümayəndə1, X13, X10, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Nümayəndə1 verilmiş qeydiyyat tarixi xx.xx.2019-cu il tarixli seriya RX N-1480919 saylı çıxarış, İddiaçı1 verilmiş xx.xx.2019-cu il tarixli seriya RX N-1480916 saylı çıxarış, X9 verilmiş xx.xx.2016-cı il tarixli seriya RX N-0851700 saylı çıxarış və X3 verilmiş xx.xx.2016-cı il tarixli seriya RX N-0897706 saylı çıxarışlarda göstərilmiş torpaq sahəsinin koordinatlarının yerində (naturada) onlara göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdirlər.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılara Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Şıxlar kəndində Nümayəndə1 1.43 ha torpaq sahəsinə JN-0075, KOD 30214088 saylı, İddiaçı1 1.58 ha torpaq sahəsinə JN-0076, KOD 30214088 saylı, X9 1.72 ha torpaq sahəsinə JN-0077, KOD 30214088 saylı, X3 1.77 ha torpaq sahəsinə JN0078, KOD 30214088 saylı ümumilikdə 6.5 ha torpaq sahəsi üçün 4 ədəd torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bunun əsasında da, müvafiq olaraq Nümayəndə1 qeydiyyat tarixi xx.xx.2019cu il tarixli seriya RX N-21480919 saylı, İddiaçı1 xx.xx.2019-cu il tarixli seriya RX N- 1480916 saylı, X9 xx.xx.2016-cı il tarixli seriya RX N0851700 saylı və X3 xx.xx.2016-cı il tarixli seriya RX N-0897706 saylı çıxarışlar verilmişdir. Qeyd edilən torpaq sahəsi onlara verildikdən sonra onlarla bir kənddə yaşayan X27 və X30 onların mülkiyyətlərində olan torpaq sahələrinin əvvəl bir hissəsini sonra isə təxminən 0.55 ha hissəsini zəbt etmişlər. Bununla bağlı onlar dəfələrlə DƏDRX-in 5 saylı ərazi idarəsinə müraciət edərək Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş, 22 ildən çoxdur ki, bağ salaraq istifadə etdikləri və çıxarışla mülkiyyətlərində olan sahənin dəqiq koordinatları naturada göstərilməsini tələb etsələr də, müxtəlif vaxtlarda cavablarında onların sənəddəki koordinatlar ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluq olduğunu qeyd edərək torpaq sahəsinin göstərilməsi mümkün olmadığı bildirilmişdir. Lakin 22 ildən çoxdur mülkiyyətlərində olan Mustafayevlərin torpaq sahəsindən DƏDRX-in 5 saylı ərazi idarəsi X22 xx.xx.2019-cu il tarixində 0.10 ha torpaq sahəsinə və X25 xx.xx.2019-cu il tarixində 0.10 ha torpaq sahəsinə iki ədəd çıxarış vermişdir. Onların guya torpaq sahəsində faktiki istifadə ilə sənəddəki koordinatlarda uyğunsuzluq olması bəhanəsi ilə onlara göstərilməsi mümkün olmayan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin naturadakı yerini digər şəxslərə yaşayış məntəqələrinin torpaqları kimi göstərməklə qanunvericiliyin bir neçə tələblərini pozmaqla çıxarışlar vermişdir. Ona görə də DƏDRX-in 5 saylı ərazi idarəsinin bu qanunsuz hərəkətləri sayəsində onlar-Mustafayev qardaşları uzun müddətdir ki əziyyət çəkirlər. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə onlara 1997-ci ildə torpaq sahəsi ayrılanda torpağa mülkiyyət hüququna dair yerində, yəni naturada koordinatları göstərilməklə dövlət aktı verilmiş və faktiki istifadələrinə uyğun da DƏDRX-in 5 saylı ərazi idarəsinin mütəxəssisləri tərəfindən yerində baxış keçirməklə çıxarış verilmişdir. Kənar şəxslər tərəfindən onların qanuni mülkiyyətlərində olan torpaq sahələrini müxtəlif etibarsız əsası olmayan sənədlər (məs: şəhadətnamə, bələdiyyə qərarı, məhkəmə qətnaməsi, və s.) göstərməklə zəbt edilmiş və etibarsız sənədlər əsasında da həmin şəxslərə cavabdeh DƏDRX-in 5 saylı ərazi idarəsi tərəfindən (özlərinin qeyd etdiyi kimi mübahisəli torpaq sahəsinə) X22 və X25 yuxarıda qeyd etdikləri tarixlərdə çıxarışlar verilmişdir. Onlara verilmiş çıxarışdakı koordinatların yerində göstərilməsi üçün DƏDRX-ə ünvanladıqları ərizələrinə xx.xx.2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçiriləcək. Halbuki, həmin Fərmanın 2.3.2-ci bəndində isə qeyd edilmişdir ki, torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi göstərilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
12. İddia tələbinə məhkəmədə baxılan zaman iddiaçılar Nümayəndə1, X13 və X10 iddia tələbinə baxılmaması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı olan tələbə baxılmamasını xahiş etmişlər.
13. İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X25 qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli mülkiyyət hüququna dair çıxarışın və xx.xx.2019-cu il tarixli A 448874 saylı torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı5, X14, X12 və X15 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 X25 qarşı qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli mülkiyyət hüququna dair çıxarışın və xx.xx.2019-cu il tarixli A 448874 saylı torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə inzibati iş üzrə onların da birgə mülkiyyətçi kimi hüquqlarının pozulmasının nəzərə alınraq iş üzrə iddiaçı qismində işə cəlb edilmələri və iddia tələbinin təmin edilməsini xahiş etmişlər.
15. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Nümayəndə1, X13, X10 və İddiaçı1 torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını yerində göstərilməsi ilə əlaqədər ərizə ilə xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə xx.xx.2020-ci il tarixli **********33 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, həmin torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluq var və ərazi mübahisə olduğundan torpaq sahəsinin göstərilməsi mümkün deyil. Nəzərə çatdırır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Həyata keçiriləcək tədbirlər çərçivəsində adıçəkilən ərazidə yerləşən torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Mülki işin araşdırılması elektron uçot xəritələrinin hazırlanmasından sonra mümkündür. Qeyd olunanları nəzərə alaraq Nümayəndə1, X6, X1 və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edilir.
16. Məhkəmə prosesində üçüncü şəxs X21 nümayəndəsi X26 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mülkiyyətində olan torpaq sahəsi təmsil etdiyi şəxsə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında verilib və həmin torpaq sahəsi iddiaçının torpaq sahəsinin üzərində yerləşmir. İddiaçıya verilən torpaq sahəsi özünün mülkiyyətindədir və iddiaçı vaxtı ilə ictimai yol olmuş ərazini zəbt edərək mübahisə predmeti olan torpaq sahəsinə əsassız iddialar irəli sürür.
17. Məhkəmə prosesində üçüncü şəxs X21 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin X25 heç bir aidiyyəti yoxdur. Belə ki, xəritələr əsasında müəyyən olunur ki, iddiaçının torpaq sahəsi ictimai yolun kənarında yerləşir. Lakin, iddiaçı ictimai yolu zəbt edərək şumlamış və öz torpaq sahəsinə əlavə etmişdir. X25 verilən torpaq sahəsi rəsmiləşdirilməsi qanuni şəkildə aparılıb.
18. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(118)-12/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia tələbi təmin edilərək X21 adına verilən ********** qeydiyyat nömrəsi olan xx.xx.2019-cu il tarixli mülkiyyət hüququna dair çıxarışın və xx.xx.2019-cu il tarixli A 448874 saylı torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
19. Həmin qərardan üçüncü şəxs X30 apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hazırda istifadəsində olan torpaq sahəsinin ölçüləri ilə ona ayrılmış torpaq sahəsinin ölçüləri uyğundur, lakin mütəxəssislər tərəfindən ölçmə işləri aparılarkən məqsədli şəkildə torpaq sahəsinin sərhədləri düz göstərilmir, bu səbəbdən də istifadədə olan torpaq sahəsinin ölçüsünün nəzərdə tutulandan az olmasını qeyd edirlər. Əslində isə iddiaçılara ayrılmış torpaq sahəsi yerindədir və onun torpaq sahəsindən kənardır. Bununla əlaqədar məhkəmədə iddiaçı tərəfindən ictimai yolun zəbt edilərək öz torpaq sahəsinə əlavə edilməsi ilə bağlı arqumenti məhkəmə asassız hesab etmiş və məhkəmə bu səpkidə əlavə araşdırmanın aparılmasına lüzum bilməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı məhkəməyə bir çox rəsmi qurumlar tərəfindən verilmiş sənədlər təqdim etmişdir ki, məhkəmə bu sənədləri də sübut olaraq araşdırmamışdır. Halbuki, belə olduğu halda inzibati məhkəmə torpaq sahəsində yoxlama-ölçü işlərinin aparılması üçün mümkün olan bütün araşdırmaları aparmalı idi. Buna baxmayaraq məhkəmə işin tam, hərtərəfli araşdırılması barədə təkliflərinə əhəmiyyət verməyərək iddianın təmin edilməsi barədə qərəzli qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsi ilə anoloji məzmun daşıyan yazılı etiraz vermişdir.
22. Etirazda göstərilmişdir ki, mübahisə edilən torpaq sahəsi birgə mülkiyyətçilər kimi Mustafayevlər ailəsinə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Sıxlar kəndində 1.58 ha torpaq sahəsinə JN-0076, KOD 30214088 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmişdir. Həmin torpaq sahəsinə dair İddiaçı1 və ailə üzvlərinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən yerində baxış keçirilərək həm faktiki, həm də dövlət aktına uyğun olaraq xx.xx.2019-cu il tarixdə çıxarış verilmişdir. İddiaçı1 və ailə üzvləri mülkiyyət hüququna dair yeni çıxarışla təmin edildikdən sonra onların həmkədlisi X30 mülkiyyət hüququ ilə Mustafayevlərə məxsus olan kənd təsərrüfatı təyinatlı pay torpağının 0.10 ha hissəsini qanunsuz olaraq zəbt etmişdir. X30 mülkiyyət hüququ ilə 1997-ci ildən biz Mustafayevlər ailəsinə məxsus torpaq sahəsindən özünün adına həyətyanı kimi 0,10 ha torpaq sahəsinə xx.xx.2019-cu il tarixli çıxarış və A 334084 saylı plan və ölçü sənədinin verildiyini bildirmişdir. Mustafayevlər birgə mülkiyyətçilər kimi Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın koordinatlarının yerində (naturada) onlara göstərilməsini cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən xahiş etmişdir. Lakin cavabdeh idarə özlərinin etdiyi qanunsuzluq səbəbindən (yəni Mustafayevlərin mülkiyyətində olan torpaq sahəsindən 3-cü şəxs Natiq Məmmədova çıxarış verildiyindən) verilmiş çıxarışın koordinatlarını yerində onlara göstərməkdən imtina etmişdir. Bundan sonra cavabdeh idarə tərəfindən naməlum səbəbdən üçüncü şəxs X25 0,10 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu ii tarixli çıxarışın A 334084 saylı plaıı və ölçü sənədinin koordinatlarım dəyişərək əvəzinə yeni xx.xx.2019-cu il tarixli A 448874 saylı plan və ölçü sənədi verilmişdir. İş Sumqayıt İnzibatı Məhkəməsinin icraatında olarkən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerqurtıluşu Layihə-Tədqiqat Mərkəzi Bakı Lahiyə-Todqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli sxemindəndə görmək olar ki, İddiaçı1 və ailə üzvlərinə sənədlə verilmiş 1.58 ha torpaq sahəsi faktiki olaraq yerində 1.24 ha müəyyən edilmişdir. X25 çıxarışın verilməsi üçün əsas 02 dekabr 2003-eü il tarixli JN-091F saylı KOD 30214088 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” həm də, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi olmuşdur. Göründüyü kimi qətnamənin 2001-ci il tarixdə çıxarılmasına baxmayaraq “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” 2003-cü il tarixdə verilmişdir. 02 dekabr 2003-cü ii tarixli JN-091F saylı KOD 30214088 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə heç bir koordinat göstərilmədiyi üçün həmin torpaq sahəsinin harada yerləşdiyi bilinmir. Cavabdeh idarə koordinatları olmayan şəhadətnaməyə istinad edərək torpaq sahəsinə dair üçüncü şəxs X25 necə çıxarış verdiyi naməlumdur. X7 çıxarışın verilməsinə əsas olmuş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsində torpaq sahəsinin X1 qanunsuz sahibliyindən X21 xeyrinə alınması qət olunması göstərilsə də, həmin torpaq sahəsinin İddiaçı1 mülkiyyətinə heç bir aidiyyatı olmamışdır. İddiaçı1 və ailəsinə məxsus torpaq sahəsi ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsində qeyd olunan torpaq sahəsi arasında X13 və ailə üzvlərinin mülkiyyətində 1.72 ha torpaq sahəsi vardır. Ona görə də uzun müddətdir davam edən bu ziddiyyətli məqamlara birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli və yerində baxış keçirilməklə araşdırılaraq hüquqi qiymət verilmiş və İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı pay torpağından üçüncü şəxs X25 qanunsuz olaraq cavabdeh idarə tərəfindən çıxarış verildiyi üçün həmin xx.xx.2019-cu il tarixli çıxarışın və xx.xx.2019-cu il tarixli A№ 448874 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi öhdəliyi haqlı olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X30, onun nümayəndəsi X24, nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi Nümayəndə1, vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
25. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
26. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
28. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
29. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır.
31. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
32. Birinci instansiya məhkəməsi isə işə mahiyyəti üzrə baxarkən iddianın mümkünlük şərtlərini yoxlamadan iddiaya mahiyyəti üzrə baxmışdır.
33. Mövcud tələb üzrə iddiaçı tərəfin mübahisələndirdiyi hala görə cavabdeh idarənin onlara torpaq sahəsinin naturada göstərə bilməməsinin səbəbi dövlət aktı ilə verilmiş torpaq sahəsinin 0.10 ha hissəsinə X25 qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışın verilməsidir. Belə olan halda X25 verilmiş çıxarış onların mülkiyyət hüquqlarını pozduğu üçün cavabdehə qarşı X25 qeydiyyat tarixi xx.xx.2019-cu il olan 0.10 ha torpaq sahəsinə qanunsuz verilmiş çıxarışın ləğv edilməsi barədə ərizə verilmişdir. Lakin idarə çıxarışın ləğv edilməsindən imtina etmişdir. Ona görə də mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuş X25 qanunsuz verilmiş çıxarış ləğv olunmalıdır. X7 cavabdeh idarə tərəfindən xx.xx.2019-cu il tarixdə çıxarış verilərkən A№ 334084 saylı torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsinə əsas olan sənədlər və torpaq sahəsinin koordinatları qanunsuz olaraq xx.xx.2019-cu il tarixli A№ 448874 saylı plan və ölçü sənədi ilə dəyişdirilmişdir. Dəyişdirilmiş plan və ölçünün tərtib edilməsinə əsas olan sənədlər və torpaq sahəsinin koordinatları naməlum səbəbdən dəyişdirilmişdir. Cavabdeh dövlət aktına əsasən çıxarış verərkən torpaq sahəsinin planı və ölçüsündə olan koordinatları fərqli verməklə uyğunsuzluq yaratmış və onlara məxsus kənd təsərrüfatı təyinatlı pay torpağından digər şəxs X25 həyətyanı torpaq sahəsi kimi çıxarış verilməsinə şərait yaratmaqla iddiaçıların mülkiyyət hüquqlarını pozmuşdur.
34. Torpaq sahələrinin yerində müayinəsini apararaq tərəflər arasında yaranmış mübahisəyə dair obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün müvafiq sorğu verilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 18 aprel 2024-cü il tarixdə verilmiş 3-21-3-34/2- 4121/2024 nöməli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı1 və onun ailə üzvlərinin adına verilmiş JN-0076 KOD 30214088 saylı torpağa mülkiyyət hüquna dair dövlət aktında göstərilən 1.58 ha torpaq sahəsinin, həmin şəxslərin adına verilmiş ********** qeydiyyat nömrəli, **********82 reyestr nömrəli, ******* seriya RX nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tərtib edilmiş xx.xx.2019-cu il tarixli plan və ölçüdə göstərilmiş 1.58 ha torpaq sahəsinin naturada dövlət aktının plan-cizgisi konfiqurasiyası baxımından həmin dövlət aktının hazırlanmasına əsas olmuş (Xaçmaz rayonu Şıxlar kəndi “Bakı” təsərrüfatının) pay torpaqlarının bölgü layihəsi ilə üst-üstə düşür (bölgü layihəsində olan pay torpaqlarının konfiqurasiyası və ölçüləri dövlət aktındaki torpaq sahəsinin yerləşmə sxemindəki konfiqurasiya və ölçülərlə eynidir). Lakin həmin dövlət aktinda qeyd edilən koordinatlar “Pulkova-1942” koordinat sistemi ilə verildiyindən həmin şəxslərin adına hazırlanmış çıxarışdakı (torpaq sahəsinin planı və ölçüsündə olan) koordinatlar isə “WGS-84” koordinat sistemində olduğundan Xaçmaz rayonu X11 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Şıxlar kəndində İddiaçı1 verilmiş xx.xx.2019-cu il tarixli RX №1480916 saylı çıxarışda olan torpaq sahəsinin planı və ölçüsündə olan koordinatlarla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.
35. İş materiallarında olan X21 adına verilmiş JN-091F KOD 30214088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.10 ha torpaq sahəsinin və onun adına verilmiş ******* nömrəli hüquqların dövlət qeydyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilmiş və bu barədə xx.xx.2019-cu il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə göstərilən 0.10 ha torpaq sahəsinin koordinatları ilə X21 adına verilmiş xx.xx.2019-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə göstərilən 0.10 ha torpaq sahəsinin koordinatları arasında fərq mövcud deyildir.
36. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərari ilə İddiaçı1 və ailə üzvlərinə JN-0076, KOD 30214088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında və xx.xx.2019-cu il tarixli plan və ölçü sənədində göstərilən 1.58 ha torpaq sahəsi X4 iddia etdiyi torpaq sahəsi torpağların elektron uçotu informasiya (TEKUİS) sistemində və elektron bazada (DWG) otuzdurulmuş pay torpaqları ilə faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil edir.
37. İddiaçı1 və ailə üzvlərinə JN-0076, KOD 30214088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1.58 ha torpaq sahəsinin şərq hissəsində elektron baza xəritələrində (DWG) yaşayış məntəqəli torpaqlara həmçinin torpağların elektron uçotu informasiya (TEKUİS) sistemindədə yaşayış məntəqəli torpaqlara kimi, öz əksini tapmışdır.
38. X21 xx.xx.2019-cu il tarixli çıxarışla mülkiyyətə verilmiş həmin torpaq sahəsi elektron baza xəritələrində (DWG) yaşayış məntəqəli torpaqlara kimi qeyd edilmişdir.
39. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərari ilə İddiaçı1 və ailə üzvlərinə JN-0076, KOD 30214088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının koordinatları ilə X25 verilmiş xx.xx.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsündəki koordinatlar naturada torpağların elektron uçotu informasiya (TEKUİS) sisteminə əsasən üst-üstə düşmür.
40. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinə JN-0076, KOD 30214088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının koordinatları ilə X25 verilmiş xx.xx.2019-cu il tarixli A № 448874 saylı torpaq sahəsinin planı və ölçüsündəki koordinatlar naturada torpağların elektron uçotu informasiya (TEKUİS) sisteminə əsasən üst-üstə düşmür.
41. X25 çıxarışın verilməsinə əsas adına verilmiş JN-091F KOD 30214088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur.
42. X21 adına verilmiş xx.xx.2023-cu il tarixli JN-091F saylı KOD 30214088 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilən torpaq sahəsi ilə xx.xx.2019-cu il tarixli plan ölçü sənədində olan torpaq sahəsi naturada qismən üst-üstə düşür.
43. X21 adına verilmiş xx.xx.2003-cü il tarixli JN-091F saylı KOD 30214088 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilən torpaq sahəsi ilə xx.xx.2019-cu il tarixli plan ölçü sənədində düzəlişlər aparıldığdan sonra göstərilən torpaq sahəsi ilə naturada tam üst-üstə düşür.
44. Beləliklə mütəxəsis rəyindən aydın olur ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Şıxlar kəndində iddiaçıların və üçüncü şəxs X21 istifadəsinə verilmiş torpaq sahələri nə sənəd üzrə, nə də naturada faktiki olaraq üst-üstə düşmür.
45. Odur ki, qaldırılan iddia tələbi subyektiv hüquqla bağlı iddianın ümumi mümkünlük şərtinə cavab vermir.
46. Belə ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır.
47. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
48. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir.
49. Yəni, iddiaçının torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla üçüncü şəxsin adına dövlət reyestrində aparılmış qeydiyyatın və həmin torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi ilə bağlı tələbi o halda yaranmış hesab oluna bilər ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun.
50. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin üçüncü şəxsin mülkiyyətində olan 0.10 ha torpaq sahəsi üzərində hər hansı hüquqlarının olduğu müəyyən olunmur. Bu baxımdan, qaldırılan iddia subyektiv hüquqa bağlı mümkünlük şərtinə cavab vermir.
51. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(118)-12/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı5, X5, X2 və X8 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı - X25 məxsus qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli mülkiyyət hüququna dair çıxarışın və xx.xx.2019-cu il tarixli A 448874 saylı torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.