Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-11/2025 14.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (hazırkı adı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə) qarşı iş üzrə (Açar sözlər: vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi X3, X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2- 1(118)-6/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ilə X6 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 0.3011 ha torpaq sahəsini 20 kv.m qeyri-yaşayış binası ilə birlikdə 150.000 manata almışdır. Həmin torpaq sahəsi və qeyri-yaşayış binasına dair İddiaçı mülkiyyət hüquqları xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış və ona RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən 0.3011 ha torpaq sahəsi və 20 kv.m qeyri-yaşayış binasının xx.xx.2017-ci il tarixdə olan vəziyyətinə əsasən İddiaçı adına texniki pasport tərtib edilmişdir. İddiaçı məxsus torpaq sahəsinin bir hissəsi “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi üzrə tikinti altına düşmüş və həmin torpaq sahəsində yerləşən 20 kv.m ölçüdə qeyri-yaşayış binası sökülmüşdür. Cavabdehin imtina məktubundan görünür ki, Sumqayıt şəhərinin və ətraf qəsəbələrinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması zamanı tikinti altına düşən torpaq sahələrinin alınması ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir. Layihə altına düşən torpaq sahələrinin kadastr planları və onlardan çıxarışların tərtib olunması üçün 31 may 2018-ci il tarixli, 04/04-1/3/8474 nömrəli məktubla Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilmişdir. Kadastr planlarının hazırlanması başa çatdırıldıqdan sonra tikinti altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə, o cümlədən iddiaçının müraciətinə cavab verilə bilər. Cavabdehin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında aparılmış işlər “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi çərçivəsində icra edilmişdir. Layihə üzrə sifarişçi Sumqayıt şəhər İcra Hakimiyyəti, podratçı isə "xxxx" MMC-dir. Layihənin icrası zamanı relyef və mövqe baxımından alternativ trassanın razılaşdırılması məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin və digər aidiyyəti təşkilatların nümayəndələri ilə birgə yerində əraziyə baxış keçirilmiş və müvafiq trassa seçilmişdir. Layihənin yerinə yetirilməsi üçün tikinti altına düşən torpaq sahələrinin alınması məqsədi ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti dövlət qurumlarına müraciət edilmişdir. Görülən işlərin yekunu olaraq Maliyyə Nazirliyi tərəfindən torpaq sahəsinin əvəzi olaraq kompensasiya ödənişi həyata keçiriləcəkdir. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2019-cu il tarixli 158 nömrəli qərarında göstərilmişdir ki, dövlət vəsaiti hesabına “Sumqayıt şəhəri Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1 855 000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kamera Cavabdeh ASC-nin balansına verilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi üzrə sifarişçi Sumqayıt Şəhər İcra Hakimiyyəti, podratçı isə "xxxx" MMC-dir. Dövlət vəsaiti hesabına inşa edilən işlərin yalnız layihələndirilməsi Cavabdeh ASC tərəfindən aparılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi üzrə sifarişçi Sumqayıt Şəhər İcra Hakimiyyəti deyildir. Həmin layihə üzrə sifarişçi Cavabdeh ASC, podratçı isə "xxxx" MMC-dir. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” ilə əlaqədar tikinti-quraşdırma işləri "xxxx" MMC tərəfindən həyata keçirilir. Həmin layihə cavabdehin sifarişi əsasında icra olunmur. Cavabdeh tərəfindən yalnız işlərin icrasına texniki nəzarət funksiyası həyata keçirilir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Acıdərə kanalı ətrafında tikinti işləri cavabdehin sifarişi əsasında aparılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsinə dövlət büdcəsində vəsait nəzərdə tutulmadığı və dövlət büdcəsindən vəsait ayrılmadığı üçün həmin layihənin maliyyələşdirilməsi ilə bağlı hər hansı rəsmi sənəd və məlumat mövcud deyil. “X11” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli, CEG-21/287 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh ASC-nin balansında olan kanalizasiya borusunun İddiaçı məxsus olan torpaq sahəsindən çəkilməsi nəticəsində həmin torpaq sahəsinə 15,41 m müdaxilə edilib. Müdaxilə edilən sahənin orta xəttinin uzunluğu 63,24 metrdir. Müdaxilə edilən hissənin sahəsi 10 sot təşkil edir. İddiaçı adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 0,10 ha (10 sot) hissəsində (mühafizə zolağı ilə birgə) “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi çərçivəsində kanalizasiya xətti və həmin xətt mühafizə zolağı yerləşir. Kanalizasiya xəttinin və həmin xəttin mühafizə zolağının əhatə etdiyi torpaq sahəsinin hal-hazırdakı bazar dəyəri: 10 sot x 30.000 = 300.000 (üç yüz min) manat təşkil edir. Apardığımız təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin və 20 m2 qeyri-yaşayış sahəsinin indiki bazar dəyəri: 920.000 (doqquz yüz iyirmi min) manat təşkil edir.O cümlədən: Torpaq sahəsi: 30 sot x 30.000 manat = 900.000 manat, Tikili (20 m2) : 20.000 manat. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, 1)sənəd üzrə verilmiş torpaq sahəsi ilə faktiki torpaq sahəsinin koordinatları və ölçüləri üst-üstə düşür; 2) ümumi 0.3011 ha torpaq sahəsinin 0.07 ha hissəsi Cavabdeh ASC-yə aid kollektorun mühafizə zolağına düşür; 3) hal-hazırda həmin torpaq sahəsində tikili yoxdur, sözügedən torpaq sahəsində sənəd üzrə göstərilən “A” tikilisi Cavabdeh ASC-ə aid kollektorun mühafizə zonasına düşmür. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Acıdərə kanalının Sülh küçəsindən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi layihəsi çərçivəsində icra edilmiş layihənin həyata keçirilməsinə dair sənədlərinlayihəyə dair bağlanmış podrat müqaviləsi və həmin müqavilənin bağlanması üçün əsas olan sənədlər barədə Şəhər İcra Hakimiyyətində məlumat yoxdur. Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayət şəhər İHB-mn 2016-cı ilə dair sərəncamlarında sorğu olunan məsələ barədə məlumat aşkar edilməmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 15 mart 2024-cü il tarixli, 2-1(105)-145/2024 nömrəli sorğuda qeyd olunan məlumatlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin arxivlərində aşkar edilmədi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “Azərsu" ASC-nin 2021-ci ildə təqdim etdiyi məlumatlar əsasında tərəfimizdən yenidən elektron məlumat bazasında ətraflı araşdırma aparılmış və sözügedən 0.3011 ha torpaq sahəsinin 0.1490 ha hissəsinin kanalizasiya borusunun mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda torpaq sahəsində sənəd üzrə göstərilən “A” tikilisinin mövcud olmaması və texniki pasportda tikilinin koordinatlarının göstərilməməsi səbəbindən tikilinin kanalizasiya borusunun mühafizə zonasında yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh ASC-nin 2023-cü ildə təqdim etdiyi məlumatlarda sözügedən kanalizasiya borusu və onun mühafizə zonası barədə məlumatlar öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin zəbt edilməsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv.m olan qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 500000 manat kompensasiyanın tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv.m olan qeyri-yaşayış binası mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd edilən daşınmaz əmlaklar xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışla onun adına **********56-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır. 9 mart 2018-ci il tarixində mülkiyyətində olan sahəyə baş çəkərkən mülkiyyət hüququ ilə ona məxsus olan qeyriyaşayış binasının tamamən və ərazini əhatə edən hasarın isə bir hissəsinin söküldüyünü, ərazidə ağır texnikanın və işçilərin çalışdığını görmüşdür. Ərazidə çalışan ağır texnikanın üzərindəki yazıdan və orada işləyən şəxslərin verdikləri məlumata əsasən müəyyən etmiş ki, qanunsuz söküntü işləri və həmin vaxt orada aparılan digər işlər "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. O, dərhal işlərin dayandırılmasını, texnikanın və işçilərin ərazidən çıxarılmasını tələb etməsinə baxmayaraq orada işləyən şəxslər işlərin Cavabdeh ASC-nin rəhbərliyinin tapşırığı ilə həyata keçirildiyini bildirmişlər. Sonradan Cavabdeh ASC-nin nümayəndələri ilə dəfələrlə görüşləri olmuş, mülkiyyətinə qəsdə son qoyulmasını, ərazinin ilkin vəziyyətinin bərpa edilməsini və ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Cavabdehin nümayəndələri mülkiyyətində olan torpaq sahəsinə aid olmayan hissədən keçən kanalizasiya kanalının boru xəttinə salınması işlərinin həyata keçirildiyini, kanalın faktiki keçdiyi ərazilərdə fərdi yaşayış evlərinin inşa edildiyini, buna görə də kanalın istiqamətinin dəyişdirilərək boru xəttinə salınması işlərinin aparıldığını, həmin boru xəttinin bir hissəsinin də onun mülkiyyətində olan torpaq sahəsindən çəkilməsinin zəruri olduğunu bildirmişlər. O, mülkiyyətçi kimi ona əvvəlcədən məlumat verilmədən, mülkiyyətçi kimi əvvəlcədən razılığı alınmadan və əgər aparılan işlər torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması qərara alınmışsa bununla bağlı qanunvericiliyin tələblərinə uyğun qaydada prosedurların aparılmadığından mülkiyyətinə qəsdin tamamilə qanunsuz olduğunu bildirməyinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərinə son qoymamış, aparılan işlər nəticəsində mülkiyyətində olan torpaq sahəsindən istifadəsi mümkünsüz olmuşdur. Mülkiyyətində olan torpaq sahəsində aparılan işlər demək olar ki, yekunlaşdığından və artıq ərazinin ilkin vəziyyətinin bərpa edilməsinin qeyri-mümkün olacağını və dövlət büdcəsinə xeyli ziyan vuracağını nəzərə alaraq mülkiyyətçi kimi ona vurulmuş zərərin əvəzinin ödənilməsinə dair 16 aprel 2018-ci il tarixli ərizə ilə cavabdeh orqan olan Cavabdeh ASCyə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən bu günə kimi ərizəsinə cavab verilməmişdir. Daha sonra “Azərsu" ASC-nin əməkdaşları onunla əlaqə saxlamışlar və tezliklə ona dəymiş zərərin əvəzi olaraq kompensasiya ödəniləcəyini bildirdilər. Lakin aradan bir neçə ay müddətinin keçməsinə baxmayaraq məsələ həllini tapmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, yalnız iddia ərizəsi əsasında iddiaya münasibət bildirməkdə çətinlik çəkirlər. Mübahisəli obyektə dair qeydiyyat vəsiqəsi, onun texniki pasportu və digər sənədlər təqdim olunmadığından məsələyə münasibət bildirmələri imkan xaricindədir Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(118)-6/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin müdaxilə edilən 0.10 ha hissəsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv.m olan qeyri-yaşayış binasının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 320.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin 0.10 ha hissəsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv.m olan qeyri-yaşayış binası mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və qeyd edilən daşınmaz əmlaklara xx.xx.2017-ci il tarixli, **********56-06301 reyestr nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh tərəfindən həyata keçirilən “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsinin tikintisi nəticəsində iddiaçıya məxsus əmlaklar tikinti altına düşmüşdür. İddiaçı ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Həmçinin, cavabdeh təşkilat etiraz ərizələrində bildirmişdir ki, “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi üzrə sifarişçi Sumqayıt Şəhər İcra Hakimiyyəti olduğundan əsl cavabdeh kimi məhz Sumqayıt Şəhər İcra Hakimiyyəti qoyulmalıdır. Halbuki, həmin layihəni tikintisini həyata keçirən podratçı şirkət olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 204/20 nömrəli məktubdan və Sumqayıt Şəhər İcra Hakimiyyətindən məhkəmənin sorğusuna əsasən verilən 1463 saylı xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, layihənin sifarişçi Cavabdeh Açıq Səhmdar Cəmiyyətidir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin qarşısında aparılan qazıntı işlərinin önündə tikinti işlərinin Cavabdeh ASC tərəfindən aparılması barədə müvafiq lövhə vurulmuşdur. Bu isə bir daha qeyd olunan tikinti işlərinin məhz Cavabdeh ASC-nin sifarişi əsasında aparılmasına dəlalət edir. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdehin gətirdiyi müvafiq arqument əsassızdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi iddianı təmin edərkən öz qərarında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin müdaxilə edilən 0,10 ha hissəsi, həmin sahədə yerləşən sahəsi 20 kv.metr olan qeyri-yaşayış binasının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 320000 (üç yüz iyirmi min) manat kompensasiyanın ödənilməsi öhdəliyi CavabdehSC-nin üzərinə qoyulmasını göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752 və 753-cü maddələrini (podrat müqaviləsi), “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununu tətbiq etməli olduğu halda tətbiq etməmiş, digər tərəfdən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası qanununu, Torpaq Məcəlləsinin 66, 67 və 70-ci maddələrini tətbiq etməli olmadığı halda tətbiq etmiş, ümumiyyətlə iddianın, işin mahiyyətini araşdırmamış, yalnız işin uzun müddət məhkəmə baxışında olmasını əsas tutaraq məhkəmə prosesini yekunlaşdırmışdır. Halbuki, işin düzgün və obyektiv həlli üçün ən azı və mütləq aşağıdakılar aydınlaşdırmalı idi: İ. Dövlət vəsaiti hesabına tikilmiş obyektlərin tikintisi üzrə mövcud mülki qanunvericiliyin tələbləri nədən ibarətdir, sözügedən layihə üzrə bu tələblərə əməl edilmişdirmi? İİ. İddiaçı mülkiyyət hüquqları pozulmuşdurmu və pozulmuşdursa bu pozuntu nədən ibarətdir, pozuntunu təşkil edən hərəkət (hərəkətsizlik) kimə aid edilməlidir? İİİ. İddiaçı mülkiyyətində olan torpaq sahəsi torpaqların dövlət ehtiyacları üçün alınması istiqamətində hər-hansı fəaliyyətin təsirinə məruz qalmışdırmı və əgər məruz qalmışdırsa, onun mülkiyyətində olan torpaq sahəsinin alınması vəzifəsini kim daşıyır? İV. İddiaçı müvafiq torpaq sahəsi üzərində hüquqları pozulmuşdursa, bu pozuntuların aradan qaldırılması və onun hüquqlarının restitusiyası mümkündürmü, hansı şərait və şərtlərlə mümkündür, əgər mümkün deyildirsə bu mümkünsüzlük nədə ifadə olunur, hüquqların birdəfəlik itirilməsinə görə kompensasiyanın ödənilməsi hansı prosedura əsasən həll edilməlidir? İşə baxan birinci instansiya məhkəməsi mübahisəyə cəlb edilmiş tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməyərək, yalnız podratçı təşkilat olan "xxxx" MMC-nin məhkəməyə ünvanladığı cavabı əsas tutaraq görülən işlərin məhz sifarişçisi Cavabdeh ASC-nin olması qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticəilə razılaşmırlar ona görə ki, “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əsasən 50000 (əlli min) manatdan yuxarı dövlət vəsaitləri hesabına inşa edilən obyektlər üzrə müəyyən edilən sifarişçi, mütləq olaraq tender keçirərək, tenderin nəticələrinə dair yekun protokolu tərtib edərək qeydiyyata alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməntiə təqdim edir. Bundan sonra tərəflər arsında podrat müqaviləsi bağlanır. Podrat müqaviləsi sifarişçi və podratçı təşkilat arasında qarşılıqlı münasibətləri tənzimləyən əsas sənəddir. Lakin məhkəməyə təqdim edilmiş sənədlərin içərisində "xxxx"MMC tərəfindən bu iş üzrə qeyd olunan sənədlər Cəmiyyətə təqdim edilməmişdir. Bunun səbəbi isə CavabdehSC ilə "xxxx"MMC arasında podrat müqaviləsinin bağlanmamasıdır. Bir sıra dövlət layihələri üzrə Cavabdeh ASC sifarişçi, "xxxx" MMC isə podratçı kimi çıxış etsə də, məhz Sumqayıt şəhəri Acıdərə kanalının inşasının birinci mərhələsi üzrə "xxxx" MMC ilə CavabdehSC arasında hər hansı bir podrat müqaviləsi bağlanmamış, tərəflər arasında podrat müqaviləsi mövcud olmamışdır. İddaçının ünvan 1 ünvanında yerləşən və sahəsi 20 kv.metr olan qeyri-yaşayış binasının mülkiyyətçisi olması mübahisə doğurmur və bu fakt ona verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla da təsdiq edilir. Mülkiyyət hüququ təbiidir ki, toxunulmazdır və qanunla qorunur. Lakin məhkəmənin qərarından belə nəticə yaranır ki, mübahisəli ərazidə inşa edilmiş və inşası başa çataraq istismara qəbul edilmiş “kanalizasiya kollektoru və şlüzlü suqəbuledici kamera” Cavabdeh ASC-nin balansına verildiyindən, Cəmiyyət balans saxlayıcı kimi kanalizasiya borusunun çəkilməsi nəticəsində mülkiyyət hüquqları məhdudlaşdırılmış şəxsin qarşısında maddi məsuliyyət daşıyır. Torpağın dəyərinə dair aparılmış qiymətləndirmə ilə əlaqədar “X12” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Qiymətləndirmə hesabatında iddiaçıya məxsus əmlakın ümumi dəyərini 320000 manat məbləğində dəyərləndirməsi, nə torpağın likvid dəyərinə, nə də real bazar qiymətlərinə uyğun deyildir və həddən artıq şişirdilmiş rəqəmdir. Belə ki, mübahisəli ərazi Sumqayıt şəhərinin mərkəzində deyil, sənaye zonası ərazisində yerləşir. Belə olan halda torpağın hər kv.metrinə ğörə mərkəzdən də baha qiymətə dəyərləndirmək heç bir çərçivəyə uyğun deyildir və nəticə olaraq qiymətləndirmə daşınmaz əmlakın mövcud bazar qiyməti və aparılması tələbinə uyğun gəlmir. İddiaçının mülkiyyətində olan daşınmaz əmlak yaxın illərədək, yəni 2017-ci ilin yarısınadək dövlət mülkiyyətində olmuş və sonradan Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən keçirilən hərrac vasitəsi ilə iddiaçının ora sahiblik hüquq yaranmışdır. İşin materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışından da görünür ki, həmin torpağın kateqoriyası-sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aiddir. Digər tərəfdən faktiki olaraq ərazidə heç bir bina olmamış, yanlız ondan qalma sökülmüş inşaat materiallarının qalıqları olmuşdur. Həmçinin məhkəmənin gedişində mübahisəli əmlakın ƏMDX tərəfindən iddiaçıya hansı qiymətə satıldığını müəyyən etmək üçün verdikləri vəsatət cavabsız qalmışdır. Bundan başqa işin materiallarından göründüyü kimi - AR Maliyyə Nazirliyi hazırkı işin həllinə 3-cü şəxs qismində cəlb olunsa da, mübahisənin həlli ilə, eləcə də qiymətləndirməilə bağlı rəy və izahatlarını verməli olduğu halda bunu etməmiş, belə olan halda isə işin hərtəfli və tam araşdırılması mümkün olmamışdır. Beləliklə, məhkəmə prosessual qanunvericiliklə üzərinə qoyulmuş vəzifələrə əməl etməyərək, iki təssərrüfat subyekti arasında podrat müqaviləsi və qanuni əsaslar olmadan, kobud qanun pozuntusuna yol verərək, iş üzrə Cavabdeh ASC-ni sifarişçi kimi qəbul edərək, yalnız "xxxx" MMC-nin məhkəməyə ünvanladığı məktuba istinad edərək, iddiaçıya dəymiş ziyanın əvəzinin ödənilməsi vəzifəsini üzərinə qoymaqla nəticədə etibarı ilə qanunsuz və əsasız qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2023-cü il tarixli, 2- 1(105)-8/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli 2-1(118)-6/2021 nömrəli qərarı qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin 0,07 ha hissəsindən keçən kollektor xəttinin mühafizə zonası ilə birlikdə olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 210000 manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(102)-1524/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2023-cü il tarixli, 2-1(105)-8/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Belə ki, cavabdeh işin birinci instansiya məhkəməsində icraatı zamanı, apellyasiya şikayətində, eləcə də, kassasiya şikayətində təkrar olaraq qeyd edir ki, “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi çərçivəsində icra edilmiş layihə üzrə sifarişçi Sumqayıt Şəhər İcra Hakimiyyəti, podratçı isə "xxxx" MMC-dir. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 204/20 nömrəli məktuba və Sumqayıt Şəhər İcra Hakimiyyətindən məhkəmənin sorğusuna əsasən verilən 1463 saylı xx.xx.2019-cu il tarixli cavab məktubuna istinad edərək layihənin sifarişçisinin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti olmasına dair yekun nəticəyə gəlmişdir. Halbuki məhkəmə istinad etdiyi sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməli, eləcə də, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə araşdırmağa borclu olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2019-cu il tarixli 158 nömrəli qərarına əsasən dövlət vəsaiti hesabına “Sumqayıt şəhəri Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1 855 000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kamera Cavabdeh ASCnin balansına verilmişdir. Həmin qərarın məzmunundan göründüyü kimi “Sumqayıt şəhəri Acıdərə kanalının inşası” layihəsi ən azı iki mərhələdə həyata keçirilmiş və yalnız 1-ci mərhələ bitdikdən sonra kanalizasiya kollektoru və suqəbuledici kamera cavabdehin balansına verilmişdir. Habelə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsinə dövlət büdcəsində vəsait nəzərdə tutulmadığı və dövlət büdcəsindən vəsait ayrılmadığı üçün həmin layihənin maliyyələşdirilməsi ilə bağlı hər hansı rəsmi sənəd və məlumat mövcud deyil. Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi cavabdehin “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsinin sifarişçisi olması ilə bağlı həmin layihənin podratçısı olmuş "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2019- cu il tarixli məktublarına istinad etmiş, lakin bu halı qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmamışdır. Hazırkı iş üzrə mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən xüsusatlardan biri iddiaçının mülkiyyət hüquqlarına müdaxilə edən “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsinin sifarişçisinin müəyyən edilməsidir. İş materialları ilə müəyyən edilən və mübahisə doğurmayan hala əsasən “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsinin podratçısı "xxxx" MMC olmuşdur. Lakin iş materiallarında həmin layihənin sifarişçisi ilə bağlı xüsusatların araşdırılması məqsədilə "xxxx" MMC-dən müvafiq podrat müqaviləsinin təsdiq edilmiş surəti, habelə görülən işlərə görə podratçıya ödənişin hansı təşkilat tərəfindən ödənilməsi ilə bağlı məlumatlar əldə edilməmişdir. Yəni, apellyasiya instansiyası məhkəməsi cavabdehin etirazının və apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdırmadan cavabdehin “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi (əsasən də 1-ci mərhələsi) üzrə sifarişçi olub-olmamasına dair mötəbər sübutların mövcudluğunu yoxlamamış, iş üzrə yaranmış ziddiyyətləri tamamilə aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. 60. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, işə təkrar baxılan zaman “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsinin 1-ci və 2-ci mərhələsi üzrə sifarişçiləri (ayrıayrılıqda) dəqiq müəyyən edilməli, bundan sonra iddiaçının mülkiyyət hüququna müdaxilənin konkret olaraq kim tərəfindən – sifarişçi və ya icraçı (podratçı) yaxud da hər ikisi tərəfindən törədilməsi dəqiqləşdirilməli və müdaxilənin törədilməsində iştiraka görə iddiaçıya ödənilməli olan kompensasiya məbləğinin zərər vuran tərəfindən (zərər vuran iki müxtəlif subyekt olduqda isə zərərin differensiallaşdırılması ilə) ödənilməsi məsələsi qanunvericiliyə uyğun həll edilməlidir. Belə ki, hüquqa zidd əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Ona görə də, iddiaçının mülkiyyət hüququna müdaxilə edən tikinti layihəsinin sifarişçisi (sifarişçiləri) və podratçısı arasında olan öhdəliklər nəzərə alınmaqla hüquqa zidd əməlin konkret olaraq kimin tərəfindən törədilməsi həmin zərərin əvəzinin ödənilməsi məsələsinin həlli baxımından xüsusi əhəmiyyət kəsb edir. İşə təkrar baxılan zaman apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş zərərin konkret olaraq inzibati orqan (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) və ya digər fiziki yaxud hüquqi şəxs tərəfindən törədilməsini tam və hərtərəfli araşdırdıqdan sonra müəyyən edilən hüquq münasibətləri ilə bağlı mübahisənin məhkəmə aidiyyətinə də hüquqi qiymət verməlidir. Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsinin qərarının İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun əsaslandırılmaması həmin qərarın kassasiya qaydasında ləğvi üçün əsasdır. Bununla bağlı, qeyd olunmalıdır ki, mübahisələndirilən və iddiaçıya məxsus olan torpaq sahəsinin “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi çərçivəsində müdaxilə olunan sahəsi ilə bağlı iki müxtəlif mütəxəssis rəyi mövcuddur. “X11” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli, CEG- M21/287M nömrəli Qiymətləndirmə hesabatında müdaxilə olunan torpaq sahəsinin ölçüsü 0,10 ha (10 sot), qeyri-yaşayış sahəsinin ölçüsü isə 20 kv.m göstərilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdə iddiaçıya məxsus torpaq sahəsinin hansı hissəsinə müdaxilə edilməsi, müdaxilə edilən torpaq sahəsinin eni və uzunu dəqiq göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində isə müdaxilə olunan torpaq sahəsinin ölçüsü 0,07 ha göstərilmiş və hal-hazırda həmin torpaq sahəsində tikilinin olmadığı qeyd edilmişdir. Həmin mütəxəssis rəyində iddiaçıya məxsus torpaq sahəsinin 0,07 ha hissəsinin Cavabdeh ASC-yə aid kollektorun mühafizə zolağına düşdüyü qeyd edilsə də, həmin 0,07 ha torpaq sahəsinin iddiaçıya məxsus 0,3011 ha torpaq sahəsinin hansı hissəsinə düşməsi dəqiq göstərilməmiş, bununla bağlı mütəxəssis rəyinə hər hansı sxem-cədvəl əlavə edilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iş üzrə iki fərqli mövqedən çıxış edən bir-birinə zidd mütəxəssis rəylərinin olmasını nəzərə almadan Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə istinad etmiş, qərarında həmin mütəxəssis rəyinə istinad etməsinin əsaslarını göstərə bilməmiş, mütəxəssis rəyində qeyd edilən hallar ilə işin faktiki halları arasında olan uyğunluğu və həmin mütəxəssis rəyinin mötəbərliyini qərarında əsaslandırmamışdır. Bundan başqa, iddiaçının tələbi iki hissədən – həm qeyri-yaşayış binasına, həm də torpaq sahəsinə görə kompensasiyanın verilməsindən ibarətdir. Lakin apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinin tələblərinə zidd olaraq qərarında iddia tələbinin 20 kv.m qeyri-yaşayış binası ilə bağlı hissəsinə görə ümumiyyətlə kompensasiya ödənilməli olubolmamasını əsaslandırmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti tam, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2023-cü il tarixli, 2- 1(105)-8/2023 nömrəli qərarı iddianın təmin edilən hissəsində ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. 70. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin mübahisə edilən 0,07 ha hissəsinin dövlət ehtiyaclarının alınması ilə əlaqədar 210000 manat kompensasiyanın “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsdən tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X7 apellyasiya şikayətinin həllini məhkəmə kollegiyaının mülahizəsinə buraxdı. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1 və 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. 8-ci maddəsinə görə qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. 55.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1- bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2-ci maddəsinə əsasən bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağında daha yüksək qiymətini verən üsul tətbiq edilir. 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(102)-1524/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2023-cü il tarixli, 2-1(105)-8/2023 nömrəli qərarı ləğv edildiyindən, iş təkrar baxılması üçün göndərildiyindən, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya məxsus olan 0,3011 ha olan torpaq sahəsinin mübahisə edilən 0,07 ha hissəsinin dövlət ehtiyaclarının alınması ilə əlaqədar 210000 manat kompensasiyanın ödənilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən ərazidə kadastr planlarının hazırlanması başa çatdırıldıqdan sonra tikinti altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə, o cümlədən iddiaçının müraciətinə cavab verilə bilər. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz hallarından görünür ki, sözügedən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, həmin torpaq sahəsinin 0,07 ha hissəsi tikilinin təsiri altına düşür. İş materiallarında iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 0,3011 ha torpaq sahəsinin hansı hissəsinin tikitinin təsiri altına düşməsi ilə bağlı bir neçə mütəxəssis rəyi olmaqla, hər birində fərqli hissələr (0,07 ha, 0,10 ha və 0,1490 ha hissəsi) qeyd edilmişdir. İndiki halda iddiaçı məhz tikitinin təsiri altına düşən hissənin 0,07 ha olduğunu qəbul edərək, məhz həmin hissənin alınması ilə bağlı vurulmuş ziyanın ödənilməsini tələb etmiş, habelə cavabdeh tərəfindən məhz 0,07 ha torpaq sahəsinin hissəsinin tikitinin təsiri altına düşdüyü qəbul edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda torpaq sahəsinin hansı hissəsinin tikintinin təsiri altına düşməsi ilə bağlı bir-biri ilə ziddiyyət təşkil edən bir neçə mütəxəssis rəyi mövcud olsa da, indiki halda həm iddiaçı, həm də cavabdeh məhz 0,07 ha torpaq sahəsinin tikintinin təsiri altına düşdüyünü qəbul etdiyindən, habelə həmin hala dair mütəxəssis rəyi mövcud olduğundan, nəticə etibarilə, bu hal işin mübahisəsis halı kimi çıxış etdiyindən, həmin halın əlavə olaraq araşdırılması zərurəti aradan qalxmış olur. Bu səbəbdən kollegiya onu qeyd edir ki, həmin hissədə kassasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qərarda qeyd edilmiş göstərişlərin əlavə olaraq araşdırılması zərurəti mövcud olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçıya məxsus olan torpaq sahəsinin məhz 0,07 ha hissəsinin tikintinin altına düşməsi halı əsas götürülməlidir. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, torpaq sahəsinə görə ödəniməli olan kompensasiyanın məbləği əvvəlki məhkəmə icraatları zamanı torpaq sahəsinin 1 sotunun qiyməti 30000 manat müəyyən edilmiş, habelə qeyd edilən qiymət məhz iş materiallarında olan alqı-satqı müqaviləsi, mütəxəssis rəyi və digər sənədlər əsasında orta bazar qiyməti kimi müəyyən edilmiş və həmin hal iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, hazırki inzibati iş üzrə kassasiya instanisya məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qərarın məzmununda da torpaq sahəsinin dəyərinin yenidən və başqa əsaslarla müəyyən edilməsinə dair hər hansı göstəriş qeyd edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki mərhələdə də tərəflər həmin halı mübahisələndirilmədiyindən və iş materiallarında olan sənədlər əsasında həmin ərazidə yerləşən torpaq sahəsinin 1 sotunun dəyərinin 30000 manat olması halı müəyyən edildiyindən, ödənilməli olan kompensasiyanın məbləği məhz həmin qiymət əsas götürülməklə, müəyyən edilməlidir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya məxsus olan və müvafiq tikintinin təsiri altına düşən torpaq sahəsinin ölçüsü 0,07 ha olduğundan, həmin torpaq sahəsinin 1 sotunun dəyəri 30000 manat əsas götürüldüyündən, qeyd edilən tikintinin inşası ilə bağlı, iddiaçıya vurulmuş ziyanın məbləği 210000 manat təşkil etdiyindən, ödənilməli olan kompensasiyanın məbləği ümumilikdə 210000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda işin mübahisəli halı məhz iddiaçıya müvafiq tikintinin inşası ilə bağlı maddi ziyanın vurulmasına görə kimin hüquqi məsuliyyət daşıması ilə bağlı olan haldır. Belə ki, indiki halda cavabdeh şikayətin dəlili kimi məhz iddiaçıya maddi ziyanın vurulmasına səbəb olan tikintinin inşa edilməsində onun sifarişçi olmaması, sifarişçi qismində müvafiq icra hakimiyyəti orqanının çıxış etməsi və podratçı qismində müvafiq MMC-nin çıxış etməsi halına istinad edərək, qeyd edilən kompensasiya məbləğinin onlar tərəfindən öədnilməli olması halına istinad etmişdir. Məhkmə kollegiyası işin mübahisəli halı ilə bağlı aşağıdakıları qeyd edir. Kollegiya ilk növbədə onu qeyd edir ki, cavabdeh iddiaçının ona kompensasiya ödənilməsi ilə bağlı etdiyi ilkin müraciətinə dair verdiyi cavab məktubunda ona vurulmuş ziyanın ödənilməsinə görə cavabdehlik daşımaması ilə bağlı hər hansı hala istinad etməmiş, əksinə kadastr planlarının hazırlanması başa çatdıqdan sonra mürcaiətlərinə cavab verilə bilməsi qeyd edilmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, qeyd edilən layihə üzrə müvafiq tikili iki mərhələdə inşa edilmişdir. Cavabdeh həmin layihə üzrə ikinci mərhələdə işlərin yerinə yetirilməsinin sifarişçisi qismində özünün çıxış etdiyini bildirərək, həmin hala dair sənədləri (podrat müqvailəsi və s.) təqdim etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, qeyd edilən layihə üzrə müvafiq tikilinin inşasının birinci mərhələsi üzrə icraçı qismində məhz "xxxx" MMC çıxış etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə müvafiq tikintinin inşası məhz iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx"MMC tərəfindən sifariş əsasında icra edilsə də, həmin sifarişin hansı qaydada verilməsi, ona dair podrat müqaviləsinin və bununla əlaqəli olan sənədlər mövcud olmadığından (yanğın nəticəsində məhv olduğundan) təqdim edilməsi mümkün olmamışdır. Podratçı qismində çıxış edən müvafiq MMC isə qeyd edilən tikinti işlərinin icra edilməsinin ona məhz Cavabdeh ASC tərəfindən verildiyini, ona hər hansı ödəniş olunmadığını, sadəcə olaraq işi icra edərək, Cavabdeh ASC-yə təhvil verildiyini, bu barədə təhvil-təslim aktı imzalanadığını qeyd edərək, ona dair sənədləri məhkəməyə təqdim etmişdir. İş materiallarında olan müvafiq MMC tərəfindən təqdim edilmiş 27 fevral 2020-ci il tarixli təhviltəslim aktının məzmunundan görünür ki, qeyd edilən tikili məhz cavabdehin layihəsi əsasında inşa edilərək, başa çatdırılmış və cavabdehə təhvil verilmiş, cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən təhvil alınaraq, həmin akt təsdiq edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı əsasənda həmin tikili cavabdehin balansına verilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən podrat müqaviləsi üzrə sifarişçi müqavilə predmetini təşkil edən işin görülməsini sifariş verir, icraçı isə müqavilə şərtlərinə uyğun olaraq işi yerinə yetirib təhvil verir, habelə görülmüş işin müqavilə üzrə təhvil alınması məhz sifarişçinin vəzifəsi kimi çıxış edir. İndiki halda müvafiq layihə üzrə görülmüş işin nəticəsi məhz Cavabdeh ASC tərəfindən təhvil alınmışdır. İşin icraçısı qismində çıxış edən müvafiq MMC də işin görülməsinin ona məhz Cavabdeh ASC tərəfindən sifariş verildiyini qeyd edir. Hansı ki, həmin işin icrası məhz cavabdehin verdiyi layihə əsasında həmin MMC tərəfindən həyata keçirilmiş və işin nəticəsi də məhz həmin MMC tərəfindən cavabdehə təhvil verilmişdir. Bu hal da özlüyündə həmin işin yerinə yetirilməsinin sifarişçisi qismində məhz cavabdehin çıxış etdiyi təsdiq edir. Həmçinin, qeyd edilməlidir ki, sözügedən tikilinin layihəsi məhz cavabdeh tərəfindən hazırlanmış, təsdiq edilmişdir. İndiki halda həmin tikilinin layihələndirilməsinin cavabdeh tərəfindən həyata keçirilməsi işin mübahisəsiz halı kimi çıxış edir. İndiki halda cavabdeh həmin layihənin onun tərəfindən hazırlandığını qəbul etsə də, həmin layihə üzrə işlərin görülməsinin onun tərəfindən sifariş verilmədiyini, müvafiq icra hakimiyyəti orqanı tərəfindən sifariş verildiyini qeyd etsə də, həmin layihənin haızrlanmasının ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən sifariş verilməsi halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, iş materiallarında olan cavabdeh tərəfindən Azərbaycan Respublikası Baş nazirinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubunun məzmunudan görünür ki, Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Abşeron yarımadası və respublikaının regionlarında əhalinin su təminatı və kanalizasiya xəttlərinin yaxşılaşdırılması, bu sahədə keyfiyyətin və sabitliyin əldə olunması məqsədilə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genşləndiirlməsi üzrə layihələri icrası üzrə işlərin dava etdirildiyi, Sumqayıt sənaye zonasından keçməklə Xəzər dənizinə qədər gedən mövcud kollektorla bağlı tikinti işlərinin icrasının mümkün olduğu, müvafiq layihələrin icrası üzrə işlərin davam etdirildiyi, bununla bağlı maliyyə vəsaitinin ayrılmasına dair göstəriş verilməsi xahiş olunmuşdur. Göründüyü kimi, məhz cavabdehin özünün ünvanladığı məktubun məzmununda həmin işlərin həyata keçirilməsi üzrə səlahiyyətli qurumun özünün olması halı vurğulanmışdır. Eyni zamanda qeyd edilməlidir ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Sumqayıt Şəhər icra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli və hazırki məktubların məzmunda həmin tikilinin inşası ilə bağlı sifarişçi qisində məhz Cavabdeh ASC olduğu qeyd edilmiş, onlarda hər hansı əlavə sənəd və məlumatın olmadığı bildirilmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh həmin layihə üzrə işlərin icrasına texniki nəzarətin həyata keçirildiyini qeyd edir ki, bu hal da özlüyündə həmin layihə üzrə işlərin icrasına görə onun səlahiyyətli olduğunu göstərir. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında olan müavfiq tikintinin inşası ilə bağlı məlumatlandırma lövhəsində də sifarişçi qismində məhz Cavabdeh ASC-nin adı qeyd edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, müvafiq layihə üzrə tikinti işlərinin iki mərhələdə inşa edilməsi, ikinci mərhələ üzrə cavabdeh tərəfindən sifarişçi qismində çıxış etməsi, habelə həmin layihənin ikinci mərhələsi məhz birinci mərhələnin davamı kimi ortaya çıxması halı da özlüyündə cavabdehin birinci mərhələ üzrə də sifarişçi qismində çıxış etdiyini deməyə əsas verir. Cavabdehin özü tərəfindən təqdim edilmiş sənədlərin məzmunundan görünür ki, müvafiq layihə üzrə tikinti işlərinin ikinci mərhələsi eyniməzmunlu layihə kimi (davamı olaraq) mövcud olmaqla, məhz müvafiq kollketorun inşası ilə bağlı olmuşdur, həmin sənədlərin məzmununda da layihənin maliyyə mənbəyi Cavabdeh ASC-nin daxili vəsaiti kimi qeyd edilmişdir. İndiki halda cavabdeh həmin layihənin icrası ilə bağlı sifarişçi qismində çıxış etmədiyini qeyd etsə də, həmin hala dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, əksinə işin yuxarıda qeyd edilən halları özlüyündə sifarişçi qismində məhz Cavabdeh ASC-nin çıxış etdiyini təsdiq etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, müvafiq layihə üsrə tikilinin inşa edilməsinin sifarişçisi qismində məhz Cavabdeh ASC çıxış etdiyindən, məhz onun hazırladığı və sifariş verdiyi layihə üzrə işlərin yerinə yetirilməsi nətciəsində iddiaçıya məxsus olan 0,07 ha torpaq sahəsi həmin tikilinin inşasının təsiri altına düşdüyündən, iddiaçıya bununla əlaqədar olaraq vurulmuş ziyanın ödənilməsinə görə məhz cavabdeh özü hüquqi məsuliyyət daşıyır. Başqa sözlə desək, indiki halda iddiaçıya qeyd edilən məbləğdə ziyanın vurulması məhz Cavabdeh ASC-nin hərəkətləri nəticəsində baş verdiyindən, vurulmuş ziyanla onun hərəkətləri arasında səbəbli əlaqənin olması öz təsdiqini tapdığından, cavabdeh həmin ziyan görə hüquqi məsuliyyət daşıyır. Həmçinin, məhkəmə kollegiyası hazırki iş üzrə kassasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qərarında ziyanın sifarişçi və ya icraçı və ya hər ikisi tərəfindən vurulması halının dəqiqləşdirilməsi və ona uyğun ziyanın differensiallaşdırılması ilə bağlı göstərişləri olduğundan, onu qeyd etməyi zəruri hesab edir ki, indiki halda işin sifarişçisi Cavabdeh ASC olsa da, işin icraçısı üçüncü şəxs "xxxx" MMC çıxış etsə də, icraçı tərəfindən həmin işlərin yerinə yetirilməsi məhz cavabdeh tərəfindən təqdim edilmiş layihə əsasında icra etmişdir. Həmçinin, cavabdeh tərəfindən üçüncü şəxsin həmin layihədən kənaraçıxma ilə bağlı işlərin görülməsi nətcisədinə iddiaçıya ziyan vurulması ilə bağlı heç bir sübut təqdim edilməmiş, habelə məhkəmə araşdırması zamanı da həmin hal müəyyən edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı qeyd edilən layihənin sifarişçisi qismində üçüncü şəxs müvafiq icra hakimiyyəti orqanının çıxış etməsi halı da müəyyən edilməmiş, bu hal öz təsdiqini tapmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda müvafiq layihənin hazırlanması və həmin layihənin icrasının sifariş verilməsi cavabdeh tərəfindən həyata keçirildiyindən, iddiaçıya hazırda həmin layihənin icrası ilə bağlı maddi ziyan vurulması halı müəyyən edildiyindən, iddia tələbi ürzə cavabdeh olan şəxs məhz Cavabdeh ASC çıxış etməklə, vurulmuş ziyanın ödənilməsinə görə də məhz cavabdeh özü məsuliyyət daşıyır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin dəqqiləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, məhz 0,07 ha torpaq sahəsinin alınması ilə əlaqədar olaraq ona vurulmuş ziyanın əvəzi olaraq 210000 manat məbləğində kompensasiya ödənilməsini xahiş etmişdir. Bu halda, kollegiya hesab edir ki, indiki halda müvafiq torpaq sahəsinin 0,07 ha hissəsinin tikintinin təsiri altına düşdüyü müəyyən edildiyindən, habelə həmin ərazidə yerləşən torpaq sahəsinin orta bazar dəyərinin 1 sotunun qiyməti 30000 manat müəyyən edildiyindən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə əsas götürülməklə, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(118)-6/2021 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin mübahisə edilən 0,07 ha hissəsinin dövlət ehtiyaclarının alınması ilə əlaqədar 210000 (iki yüz on min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin (keçmiş adı Cavabdeh ASC) üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-11/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-11/2025
14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver