Məhkəmə qərarları › İş №2-1(105)-1103/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1103/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1103/2025 04.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilərək, İİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1548/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı 1965-ci il təvəllüdlüdür. Ona 2014-cü ildə 1 il, 2015-ci ildə 1 il, 2016-cı ildə 5 il müddətinə ll dərəcəli əlillik təyin edilmişdir. 2021-ci ildə əlilliyin müdəti başa çatdıqdan sonra əlilliyin müəyyən edilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya məhkəmə araşdırması gedişində 5 il müddətinə lll dərəcəli əlillik təyin edilmişdir. Cavabdehin 25 yanvar 2024-cü il tarixli qərarına görə əlillik altsistemində mövcud məlumatların araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2014xx.xx.2015-ci illər üçün ümumi xəstəlik səbəbindən ikinci dərəcə ilkin, xx.xx.2015– xx.xx.2016-cı illər üçün ikinci dərəcə təkrar əlillik təyin edilmiş, xx.xx.2016–xx.xx.2021-ci illər dövründə isə əlillik avtomatlaşdırılmış qaydada 5 (beş) il müddətinə uzadılmışdır. Əlillik müddəti başa çatdıqdan sonra təqdim edilən göndərişlərin natamam doldurulması və ixtisaslaşmış tibb müəssisələrində müayinə və müalicə müddətinin yetərli olmaması səbəbindən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilməmiş, “əlavə müalicəyə ehtiyac”ın olması ilə bağlı imtina barədə qərar qəbul edilmişdir. Vətəndaşın şikayəti əsasında məhkəməyə müraciət etməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinə aparılmış, müayinə zamanı axsama, yerişin çətinləşməsi, diz oynaqlarında ağrı və hərəkət məhdudluğu müşahidə edilmişdir. Təqdim olunmuş tibbi sənədlərdə “Sağ bud-çanaq oynağının deformasiyaedici koksartrozu… Dayaq hərəkət funksiyasının pozulması” və “Sağ bud-çanaq oynağının deformasiyaedici İİİ dərəcəli koksartrozu… dayaqhərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması” diaqnozları göstərilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən vətəndaşın vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.32-ci bəndinə uyğun olaraq ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 40% pozulması kimi qiymətləndirilmiş, bu hal üçüncü dərəcə əlilliyə ekvivalent hesab edilmişdir. Yeni qanunvericiliyə uyğun göndəriş təqdim edilmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3-cü bəndinə uyğun olaraq ümumi qərar qəbul edilməsi məqsədəuyğun hesab edilmişdir. Vətəndaş tərəfindən yeni qanunvericiliyə uyğun göndəriş təqdim edildiyi təqdirdə müddətsiz əlillik təyinatının aparılması mümkündür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilərək, İİ qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1965-ci il təvəllüdlü və 2-ci qrup əlildir. Lakin, 2021-ci il yanvar ayından etibarən heç bir əsas olmadan ona təyin edilmiş 2-ci qrup əlillik dayandırılmışdır. Ona sol diz oynağının qeyri sabitlyi, kəskin funksiya pozğunluğu Ağırlaşma S83.5, Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, Sol diz oynağının çarpaz bağının tam qapanması, cərrahi əməliyyatdan sonraki vəziyyət. Təkrar ressediv qopma Ağırlaşma m16.2, İkitərəfli displaziya nəticəsində koksartroz. Sağ bud çanaq oynağının deformasiyaedici koksailrozu. Sol-bud çanaq oynağının artrozu Ağırlaşma M17.2, İkitərəfli posttravmatik qonartroz. Hər iki diz oynağının postravmatik artrozu. Ağırlaşma M62.5, Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Hər iki aşağı ətrafın əzələ artrofıyası. Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, Asteno-nevrotik sindrom, Vcgetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, xroniki dəmir defısitli anemiya diaqnozu qoyulmuşdur. Qeyd edir ki, tibbi komissiya onu əyani olaraq müayinə etmiş və xəstəlik dərəcəmin həqiqətən K qrupa aid olduğunu müəyyən etmişdir. Lakin, Tibbi Sosial Ekspertiza və X1 Sosial Ekspert komissiyası tərəfindən mənə 5 il müddətinə 111 dərəcə əlillik təyin edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Onun isə bu qərardan 15 may 2024-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsində olarkən xəbəri olmuşdur. Bu qərarla razı deyil, çünki bu qərar tamamilə əsassızdır. Belə ki, o əyani şəkildə yoxlanılarkən xəstəliyinin ağırlıq dərəcəsi İİ qrup əlilliyin təyin olunmasına imkan verdiyi halda, tibbi komissiya əsassız olaraq, xəstəliyinin hazırkı vəziyyətini deyil, köhnə sənədlər əsasında ona İİİ qrup əlilliyin təyin olunması barədə qərar qəbul edir. Qərar əsassız olduğundan ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qobul edilməsi öhdəliyi Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdıır. Bununla bağlı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirilmişdir. Əlillik altsistemindən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Sumqayıt 1 saylı şəhər poliklinikasının rəsmiləşdirilmiş göndərişləri əsasında, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə ilkin, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-ci il tarixədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək əlillik altsistemi tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq ümumi xəstəlik səbəbindən ikinci dərəcəli “təkrar” əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın müraciəti əsasında, Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli 05290Ö3AAHBM nömrəli göndəriş rəsrniləşdirilsə də, vətəndaşın əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, göndərişin natamam doldurulması səbəbindən tibb müəssisəsinə geri qaytarılmış, xx.xx.2021-ci il tarixli 0S29003AAGU2 nömrəli və xx.xx.2021-ci il tarixli 0531003AAL60 nömrəli rəsmiləşdirilmiş göndərişləri əsasında isə ixtisaslaşmış tibb müəssisələrində müayinə və müalicə müddəti yetərli olmadığından, “Əlavə müalicəyə ehtiyacın olması" barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, 25,01.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosialİ Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024- cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri axsama, yerişin çətinləşməsi, diz oynağında ağrılar, hərəkət məhdudluğundan olmuş, mütəmadi olaraq həkim-travmatoloq nəzarətində olduğunu bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, X3 və Ortopediya İstitutunun xx.xx.2021-ci il tarixli 1517 nömrəli arayışına əsasən diaqnoz “Sağ bud-çanaq oynağının deformasiyaedici koksartrozu. Sağ bud-çanaq oynağının kəskin kontrakturası. Sağ bud sümüyünün aşağı 1/3-nin oynaqdaxili qeyri düzgün bitişmiş sınığı. Sağ diz oynağının postravmatik deformasiyaedici artrozu, kəskin kontrakturası. Cərrahi əməliyyatdan sonrakı vəziyyət, sağ aşağı ətrafın qısalığı 5 (beş) sm, sol diz oynağının ön çarpaz bağın tam qopması, cərrahi əməliyyatdan sonrakı vəziyyət təkrar residiv qopma, sol diz oynağının qeyri-stabilliyi, sol diz oynağının kontrakturası, ağrılı oynaq, sol bud-çanaq oynağının artrozu, hər iki aşağı ətrafın ağrılı çapıq toxuması, hər iki aşağı ətrafın əzələ atrofiyası, sol diz oynağının postravmatik artrozu, yerişin çətinləşməsi, ağrı sindromu, dayaq hərəkət funksiyasının pozulması, xx.xx.2023-cü il tarixli ********** nömrəli arayışına əsasən diaqnoz “Sağ bud-çanaq oynağının deformasiyaedici İİİ dərəcəli koksartrozu, açıcı- bükücü kəskin kontrakturası, sağ bud sümüyünün aşağı 1/3-nin oynaq daxili qeyri-düzgün bitişmiş sınığı, varus deformasiyası, sağ diz oynağının postravmatik lll dərəcəli deformasiyaedici artrozu, kəskin kontrakturası, sağ aşağı ətrafın 5 sm qısalığı, sol diz oynağının ön çarpaz bağın tam qopması, cərrahi əməliyyatdan sonrakı vəziyyət, təkrar residiv qopma, oynağın xroniki qeyristabilliyi, laxlayan oynağı, sol bud-çanaq oynağının koksartrozu, sol diz oynağının lll dərəcəli postravmatik artrozu, daimi ağrı sindromu və dayaq- hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması" şəklində göstərilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikufyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm eiv.süt, nəbz ritmik {1 dəqiqədə 85 vurğu), dili nəm, ərpsiz, qarnı yumuşaq, göbokətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə ollənmomiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmiş, həkim- travmatoloq müayinəsinin nəticəsinə əsasən, soi diz oynağının qeyri-stabilliyi izlənilmiş, sağ ayaq uzunluğu 75 (yetmiş beş) sm, sol ayağın uzunluğu 79 sm olmuş, sağ bud orta 1/3-nin 52 sm, sol bud 1/3-nin 49,5 sm, sağ baldır orta 1/3-də 36,5 sm atrofiya qeyd edilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən vətəndaşın vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin müəyyən olunması meyarları” nın 13.4.32-ci bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 40 % pozulmasına uyğun görülmüşdür ki, bu da üçüncü dərəcə əlilliyə ekvivalent olmuş, bu səbəbdən və yeni qanunvericiliyə müvafiq göndəriş rəsmiləşdirilmədiyindən, Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə uyğunlaşdırılaraq ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilsin. (Vətəndaş yeni qanunvericiliyə uyqun yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə “müddətsiz” təyinat aparıla bilər.) Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1548/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X7-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxs tərəfindən aparılmış yenidən müayinə nəticəsində iddiaçının tibbi sənədlərinə baxış keçirilmiş və iddiaçı əyani müayinə olunmuş, iddiaçıya təyin edilmiş diaqnozun İİ dərəcə əlillik dərəcəsinin təyininə əsas verməməsi ilə öz təsdiqi tapmışdır. Bundan başqa iddiaçının qanunla əlillik təyini üçün eyni xəstəliklə fasiləsiz və ya son bir il ərzində fasilələrlə 6 aydan çox müddətə müalicənin aparılması, müalicə nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və bu xəstəlik nəticəsində şəxsin əmək fəaliyyətinin mümkün olmaması və ya çətinləşməsi kimi halların mövcudluğu aşkar olunmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq meyarlarına uyğun gəlmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun səhhətinin hazırki vəziyyətini araşdırmadan, müalicələr aparsa da ağırlaşmaların baş verməsini və onların səbəbləri ilə bağlı iş üzrə mühüm əhəmiyyət kəsb edən işin faktiki hallarını araşdırmadan, iş qabiliyyətinin olmamasını, apardığı müalicələr nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunmamasını nəzərə almadan bu qərarı vermişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq məhkəməyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA PHŞ tərəfindən verilmiş T145/2023 saylı ekspert rəyindən görünür ki, xx.xx.2013-cü ildə maşın vurması nəticəsində aldığı xəsarətlər hələ 2014-cü ildə və sonrakı tarixlərdə qiymətləndirilmiş və ona ll dərəcəli əlillik təyin edilmişdir. Hazırda da dayaq-hərəkət funksiyalarının pozulması, ayaq üstə davamlı dura bilməməyi və sol aşağı ətraf sağdan 5 sm qısa olması, getdikcə yaşlanma və orqanizmin zəifləməsi nəticəsində geriləməsi ağırlaşmalara səbəb olmuşdur. Lakin buna baxmayaraq məhkəmə belə hesab etmişdir ki, orqanizmində yüngülləşmələr olmuş və əlilliyi 2-ci dərəcədən 3-cü dərəcəyə keçirilməlidir. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunur ki, inzibati orqan ona 3-cü dərəcəni təyin etməkdə haqlı olmuşdur. Lakin yuxarıda qeyd olunan ekspert rəylərində də göstərilmişdir ki, ona 2014-cü ildə təyin edilmiş xəstəliklər hamısı indi də var və heç bir yüngülləşmə və ya sağalma prosesi getməmişdir. Bunun əksinə səhhətində ağırlaşmalar müşahidə olunur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil izahat verərək, apellyasiya şikayətini müdafiə etdilər və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, ekspertin şərhini dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilərək, İİ qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-279/2023 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdeh orqan tərəfindən 0531003AAL60 nömrəli göndəriş əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilərkən onun əyani müayinəsi aparılmadığından məhkəmə kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərardadı ilə cavabdeh orqana iddiaçının əyani müayinəsinin aparılaraq əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 1 (bir) aylıq müddət təyin edilmişdir. Məhkəmənin qərardadının icrası ilə əlaqədar cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi aparılmışdır. Müayinənin nəticələrinə dair cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim olunan Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 25 yanvar 2024cü il tarixli qərarından görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini geri götürdüyünü bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(105)-179/2024 saylı qərardadı ilə iddia ərizəsi geri götürülmüş və bu əsasla iş üzrə icraata xitam verilmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixli qərarı həmin ilin may ayında əldə etdiyini və buna qədər qərarın məzmunundan xəbərdar olmadığını bildirərək hazırki iddianı qaldırmışdır, Hazırda iddiaçının hüquqi marağı ikinci dərəcəli əlilliyin müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X7- Təcrübi və Tədris Birliyi publik hüquqi şəxs tərəfindən verilmiş T234/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: T93.1-bud sınığının nəticələri, sağ bud sümüyünün aşağı ½-nin oynaq daxili qeyri-düzgün bitişmiş sınığı, sol diz oynağının çarpaz bağının tam qopması, cərrahi əməliyyatdan sonrakı vəziyyət, təkrar ressidiv qopma (“Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xx.xx.2021-ci il tarixində, 1517 nömrəli arayışa əsasən) Ağırlaşmalar: M21.7-ətrafların müxtəlif uzunluğu (qazanılma), sağ aşağı ətrafın qısalığı 5 sm, M24.5-oynaqların kontrakturası, sağ bud-çanaq, sağ və sol diz oynaqlarının kontrakturası, R26.2-başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, hər iki aşağı ətrafların funksiya pozğunluğu, R52.0-kəskin ağrı, ağrı sindromu, L91.0hipertrofik çapıq, hər iki aşağı ətrafda ağrılı dartıcı çapıq toxuma, M23.5-diz oynağının xroniki qeyri-stabilliyi, sol diz oyunağının qeyri-stabilliyi, kəskin funksiya pozğunluğu, S83.5diz oynağının xaçabənzər bağının (ön, arxa) gərilməsi və cırılması, sol diz oynağının çarpaz və bağının tam qopması, cərrahi əməliyyatdan sonrakı vəziyyət, təkrar ressidiv qopma, M16.2-ikitərəfli displaziya nəticəsində koksartroz, sağ bud-çanaq oynağının artrozu, M17.2ikitərəfli posttravmatik qonartroz, hər iki diz oynağının posttravmatik artrozu, M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, hər iki aşağı ətrafın əzələ atrofiyası. Yanaşı xəstəliklər: G90.8-vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, asteno-nevrotik sindrom, xroniki dəmir defisitli anemiya" diaqnoz ona stasionarlarda müayinə müalicələri zamanı müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla, əyani müayinədə aşkar edilmiş ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti"nin təyinində olan 13.4.32 meyarına uyğun gəldiyindən müvafiq tibb müəsissəsində yeni Forma 088 rəsmiləşdirilməklə 40% müddətsiz əlillik təyin edilə bilər. Məhkəmə kollegiyasının iclsaında dindirilən iş üzrə məhkəmə-tibb ekspertizasnını rəyin verilməsində iştirak edən X4 ekspert rəyini müdafiə etdi və izah etdi ki, iddiaçıda aşkar edilmiş xəstəliklər Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə müəyyən dilmiş meyarlar əsasında müəyyən edilmişdir, onda əlavə müəyyən edilən diaqnozlar forma 88 göndərişində qeyd olunarsa, həmin kodlar üzrə qiymətləndirmə aparılaraq əlilliyin müəyyən edilməsi məsələsinə baxıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya sonuncu göndəriş 2021-ci ildə, ona əsasən verilmiş imtina cavabı isə xx.xx.2021-ci il tarixdə verilmişdir. Bundan sonra iddiaçının barəsində Forma 88 üzrə göndəriş tərtib olunmamışdır. İddiaçıya sonuncu göndəriş və imtina verilən zaman onun əlilliyi həmin vaxt qüvvədə olan (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təasdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” əsas götürülməklə qiymətləndirilmişdir və bəzi diaqnozları həqiqətən də əlillik üçün əsas olduğundan iddiaçıya əlillik dərəcəsi təyin edilmişdir. Cavabdeh orqan məhkəmənin aralıq qərardadına əsasən əyani müayinə keçirdikdən sonra iddiaçıya lll dərəcəli əlilliyin müəyyən edilməsi qənaətinə gəlmişdir. Lakin məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçıda bəzi diaqnozlar (məsələn G83 kodu üzrə) müəyyən edilsə də, həmin xəstəlikıər göndərişdə qeyd olunmadığından və ya hazırda qüvvədə olan meyarlara uyöun olmadığlndan ona ll dərəcəli əlilliyin müəyyən edilməsi mümkün olmamışdır. Bununla bağlı ekseprt də öz rəyində xüsusilə qeyd etmişdir ki, iddiaçının barəsində yeni göndəriş (088) rəsmiləşdirilərsə pyenbidən əlilliyin müəyyən edilməsi məsələsinə baxıla bilər. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X7-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxs tərəfindən aparılmış təkrar müayinə zamanı iddiaçının tibbi sənədləri araşdırılmış, iddiaçı əyani müayinədən keçirilmiş və ona təyin edilmiş diaqnozun ikinci dərəcə əlilliyin müəyyən edilməsi üçün hüquqi əsas yaratmadığı müəyyən edilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, iddiaçıda mövcud olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq meyarlarına uyğun gəlmir. Buna görə də cavabdeh inzibati orqanın əlillik təyinatından imtina etməsi qanuni və əsaslı olmuş, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1548/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar