Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1108/2024 25.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı nümayəndəsi X4, üçüncü şəxs “İSKO” QTSC-nin Bakı Filialının nümayəndəsi və vəkili Nümayəndə1, üçüncü şəxs X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2690/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq Müəyyən etdi: Təsviri hissə İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarının ləğv olunmasına dair qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bələdiyyələrin, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına, Azərbaycan Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinentinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Həmin qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq vətəndaş M.Ramazanovun xx.xx.2023-cü il tarixdə İddiaçınə daxil olmuş müraciəti üzrə inzibati nəzarət icraatı qaydasında araşdırmaya başlanmışdır. Belə ki, vətəndaş ilkin müraciətində “İSKO” QTSC-nin icarəsinə ayrılmış 5.0 ha bələdiyyə torpağında qanunsuz olaraq icarəçi tərəfindən ona hər hansı hüquqtəsdiqedici sənəd olmadan şifahi razılaşma əsasında torpaq sahəsinin satıldığını (0.06 ha), nəticədə həmin şəxs tərəfindən qanunsuz olaraq icarə torpağından əlavə gəlir götürüldüyü qeyd olunmuşdur. Tərəfindən vətəndaşa sözügedən faktla bağlı məhkəməyə müraciət edilməsi və nəticəsindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun tədbir görülə bilinəcəyi diqqətinə çatdırılmışdır. Nəticədə həmin sözügedən fakt üzrə, həm də digər mübahisələrlə bağlı aidiyyəti məhkəmədə müvafiq iddia qaldırılmış, sonuncu instansiya olaraq Ali Məhkəmə tərəfindən mübahisəli məsələlərə (xüsusən icarəyə verilmiş torpaq sahəsində icarə şərtlərinin pozularaq digər vətəndaşa verilməsi və həmin torpaq sahəsinin müəyyən hissəsində tikinti aparılması) uyğun istifadə edilməyərək hüquqi mövqe bildirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3364/2023 nömrəli qərarının 37-ci bəndində Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən Sumqayıt şəhəri 53-cü məhəllə ərazisində 5 ha bələdiyyəyə məxsus torpaq sahəsi “İSKO” QTSCnin Bakı fililalına 99 il müddətinə icarəyə verilmişdir. Həmçinin, 26 noyabr 2004-cü il tarixli 142 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Sumqayıt şəhəri 53-cü məhəllə ərazisində 5 ha bələdiyyəyə məxsus torpaq sahəsi “İSKO” QTSCnin Bakı fililalına 25 il müddətinə icarəsinə ayrılmışdır (fərqli müddətlərlə icarə müqaviləsi bağlanmışdır). Bundan başqa məhkəmə qərarlarında 2008-2009-cu illərdə 0.06 ha torpaq sahəsində inşa edilmiş 400 kv.m. qeyriyaşayış təyinatlı tikilinin şahid və digər sübutlar əsasında M.Ramazanov tərəfindən inşa edildiyinin göstərilməsi bir daha icarəçi tərəfindən icarə müqaviləsinin şərtlərinin pozularaq qanunsuz olaraq vətəndaşa şifahi razılaşma əsasında satıldığını təsdiq edir (həmin ərazidə digər bu kimi halların olub-olmamasını aydınlaşdımaq zərurəti bələdiyyənin diqqətinə çatdırılmışdır). Bundan əlavə araşdırma ilə bağlı bələdiyyəyə göndərilmiş təklif məktubuna cavab olaraq bildirilmişdir ki, vətəndaş M.Ramazanovun tələbi inşa edilmiş tikilinin alqı-satqısına və inşasına çəkilmiş xərcin ödənilməsi ilə bağlıdır. Lakin Sumayıt şəhər bələdiyyəsi xx.xx.2023-cü il tarixli 3958 saylı məktubunda “İSKO" QTSC tərəfindən vətəndaş M.Ramazanova hansı əsasla torpaqda tikinti aparılmasına icazə verildiyi barədə xüsusatlara münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 712.1.1-ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 7-ci abazsının tələblərinə görə icarəçi tərəfindən istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi icarə hüququna xitam verilməsi əsaslarından biri hesab edilir. Hazırkı icarə müqaviləsi ilə bağlı həm Mülki Məcəllənin, həm Torpaq Məcəlləsinin müvafiq normaları, həm də Ali Məhkəmənin müvafiq Qərarı nəzərə alınaraq, icarəçi (“İSKO” QTSC) tərəfindən müqavilə şərtləri pozulmuş hesab edilməklə bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülməsi bələdiyyənin diqqətinə çatdırılmışdır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə uyğun olaraq sözügedən bələdiyyə aktının ləğv edilməsi üçün idarə tərəfindən xx.xx.2023-cü il tarixdə 05/875 saylı məktubla təklif göndərilsə də, hazırkı vaxtadək nə təmin edilmiş, nə də ki müzakirə olunmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsasını o hal təşkil edir ki, vətəndaş M.Ramazanovun iddia etdiyinə əsasən sonuncu Sumqayıt Bələdiyyəsinin 20 iyun 2003-cü il tarixli 79 saylı qərarı ilə “İSKO” QTSC-nin icarəsinə ayrılmış torpaq sahəsində icarəçinin razılığı əsasında qeyri-yaşayış obyekti inşa etmişdir. Bununla da torpağın icarəçi olaraq “İSKO” QTSC tərəfindən torpaq icarə müqaviləsinin və torpaq qanunvericiliyinin tələbləri pozulduğundan, Sumqayıt Bələdiyyəsindən torpaq sahəsinin ayrılmasına dair 20 iyun 2003-cü il tarixli 79 saylı qərarın ləğv edilməsi tələb edilmiş, lakin Sumqayıt Bələdiyyəsi bunun üçün hüquqi əsaslar olmadığından, adı çəkilən bələdiyyə qərarının ləğvindən imtina etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı öz tələbində Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3364/2023 nömrəli qərarını əsas gətirmişdir. Belə ki, M.Ramazanovun İddiaçınə “İSKO” QTSC-nin qanunsuz əməlləri ilə bağlı etdiyi şikayətinə verilmiş cavabda sözügedən faktla bağlı məhkəməyə müraciət etməsi, məhkəmə çəkişmələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun şəkildə tədbir görülə bilinəcəyi bildirilmişdir. M.Ramazanov tərəfindən məhkəmədə qaldırdığı iddia tələbi əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3364/2023 nömrəli qərarını bu cür tələblə çıxış etmələri üçün əsas sayan iddiaçı, dövlət orqanı olaraq tərəfsizlik nümayiş etdirmək əvəzinə iki subyekt arasında yaranmış, özü də məhkəmə çəkişməsi başa çatmamış mübahisəyə hər hansı əsaslar olmadan müdaxilə edərək bələdiyyə qərarının ləğvini tələb etmişdir. Halbuki, işdə olan sənədlərdən də görünür ki, bələdiyyənin mübahisələndirilən torpağının mülkiyyətçinin razılığı olmadan M.Ramazanova satılması barədə iddiaçının bildirdiklərinin əksinə olaraq M.Ramazanov məhkəmədə “İSKO” QTSC-nə qarşı torpaq iddiası ilə deyil, pul tələbi ilə müraciət etmişdir. Tərəflər arasında yaranmış mübahisənin mahiyyəti isə “İSCO” QTSC ilə M.Ramazanov arasında torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin işlədilməsi ilə bağlı olmuşdur. M.Ramazanov “İSCO” QTSC-nin icarəsində olan torpaq sahəsində inşa edilmiş qeyriyaşayış sahəsinin ona məxsus olduğunu iddia edərək həmin tikiliyə çəkilmiş xərclərin əvəzi olaraq pul tələbini irəli sürmüşdür. “İSCO” QTSC də öz növbəsində mübahisəli tikilinin cəmiyyətin vəsaiti ilə inşa edildiyini və M.Ramazanova işlətməsi üçün icarəyə verildiyini bildirərək, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və M.Ramazanovdan icarə haqqı olaraq pul məbləğinin tutulmasını xahiş etmişdir. Göründüyü kimi, mübahisə torpaq sahəsi ilə bağlı deyil, həmin torpaq sahəsində inşa olunmuş tikilinin kimə məxsus olması ilə bağlı yaranmışdır. Eyni zamanda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi Ali Məhkəmənin05 oktyabr 2023-cü il tarixli qərarı ilə “İSCO” QTSC ilə M.Ramazanov arasında torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti ilə bağlı mübahisəyə yekun vurulmamış, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İddiaçının bələdiyyə qərarının ləğvinə dair iddia tələbini irəli sürməsini Ali Məhkəmənin 05 oktyabr 2023-cü il tarixli qərarını yekun məhkəmə aktı kimi təqdim etməklə əsaslandırması da, qanuni və hüquqi cəhətdən əsaslı hesab edilə biməz. Həmçinin, onu da qeyd etməyi lazım bilir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürməklə sözügedən iddia tələblərini irəli sürmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aiddir. Məlum olduğu kimi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdə olan sənədlərdən görünür ki, Sumqayıt Bələdiyyəsinin 20 iyun 2003- cü il tarixli qərarı ilə “İSKO” QTSC-nin icarəsinə torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, bələdiyyənin mübahisələndirilən qərarı 2003-cü ilin iyun ayında qəbul olduğu və iddiaçının inzibati nəzarət orqanı olaraq bu barədə məlumatı olduğu halda, Sumqayıt Bələdiyyəsinin sözügedən qərarını məhkəmə qaydasında yalnız 2023-cü ilin dekabr ayında mübahisləndirmişdir. Hesab edir ki, bununla da iddiaçı inzibati prosessual qanunvericilikdə müəyyən olunmuş müvafiq iddia müddətini ötürmüşdür və bu səbəbdən hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Üçüncü şəxs “İsko” X10 Cəmiyyətinin Bakı Filialının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 20 mart 2003-cü il tarixli qərarına əsasən Sumqayıt şəhəri 53-cü məhəllə ərazisində yerləşən 5 ha torpaq sahəsi “İsko” X10 Cəmiyyətinin Bakı filialına 25 il müddətinə icarəyə verilmişdir. Sumqayıt şəhəri 53-cü məhəllə ərazisində yerləşən 5 ha torpaq sahəsinin 400 kv.m torpaq sahəsində qeyri yaşayış təyinatlı tikintinin aparılması üçün X2 icarəyə verilmişdir. İcarəyə verilərkən Sumqayıt Bələdiyyəsinin razılığı alınmamış, hətta X3 iddia edir ki, həmin torpaq sahəsində yerləşən 400 kv.m torpaq sahəsi ona satılmışdır. Halbuki iddiaçı Ramazanov Mürvət ilə “İsko” X10 cəmiyyətinin sədri X5 arasında həmin qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı ödənilmiş pulların qaytarılması ilə bağlı mübahisə vardır. Lakin, həmin iddia tələbi ilə bağlı yekun qərar qəbul edilməmişdir. İş üzrə qəbul edilmiş qərarlardan məlum olur ki, tərəflərin arasında pul tələbi ilə bağlı mübahisə vardır.Buna görə də hazırkı iş üzrə, eləcə də yekun qərar qəbul edilmədiyindən həmin mübahisə ilə bağlı məhkəmə qərarlarına istinad oluna bilməz. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət edə bilməz. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. AR Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. AR Torpaq Məcəlləsinin 66cı maddəsin əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Məcəllənin 108-ci maddəəsinə əsasən torpaq mübahisələrinə dair müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Qərardan müvafiq məhkəməyə şikayət verilməsi onun icrasını dayandırır. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin toıpaq mübahisəsinə dair qərarının icrasına nəzarəti müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.Yuxarıda qeyd olunan maddi hüquq normalarında müvafiq icra hakimiyyəti orqanları kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətləri Nazirliyi, Yerli icra hakimiyyəti orqanları kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı Bələdiyyə mülkiyyətində olan torpaqların geri qaytarılması ilə bağlı məhkəməyə müraciət edilməsi hüququ nəzərdə tutulmamışdır. İddiaçının müvafiq tələbi qaldırmaqada subyektiv hüququ yoxdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2690/2024 nömrəli qərardadı ilə “İSKO” QTSC-nin Bakı Filialı zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2690/2024 nömrəli qərardadı ilə X3 adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Ceyhun Məmmədov) xx.xx.2024-cü il tarixli 2- 1(118)-2690/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, M.Ramazanovun iddia etdiyinə əsasən o, Sumqayıt Bələdiyyəsinin 20 iyun 2003-cü il tarixli, 79 saylı qərarı ilə “İSKO” QTSC-nin icarəsinə ayrılmış torpaq sahəsində icarəçinin razılığı əsasında qeyri-yaşayış obyekti inşa etmişdir. Regional Ədliyyə İdarəsi torpağın icarəçi olaraq “İSKO” QTSC tərəfindən torpaq icarə müqaviləsinin və torpaq qanunvericiliyinin tələbləri pozulduğunu əsas gətirərək həmin hüquqmüəyyənedici aktları ləğv edilməsini məhkəmədən xahiş edir. Tələbdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(102)-3364/2023 nömrəli qərarını əsas gətirmişdir. Belə ki, M.Ramazanovun İddiaçınə “İSKO” QTSC-nin qanunsuz əməlləri ilə bağlı etdiyi şikayətinə verilmiş cavabda sözügedən faktla bağlı məhkəməyə müraciət etməsi, məhkəmə çəkişmələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun şəkildə tədbir görülə bilinəcəyi bildirilmişdir. M.Ramazanov tərəfindən məhkəmədə qaldırdığı iddia tələbi əsasında Ali Məhkəmənin çıxardığı 05 oktyabr 2023-cü il tarixli qərarını bu cür tələblə çıxış etmələri üçün əsas sayan iddiaçı, dövlət orqanı olaraq tərəfsizlik nümayiş etdirmək əvəzinə iki subyekt arasında yaranmış, özü də məhkəmə çəkişməsi başa çatmamış mübahisəyə hər hansı əsaslar olmadan müdaxilə edərək bələdiyyə qərarının ləğvini tələb etmişdir. Halbuki, işdə olan sənədlərdən də görünür ki, bələdiyyənin mübahisələndirilən torpağının mülkiyyətçinin razılığı olmadan M.Ramazanova satılması barədə iddiaçının bildirdiklərinin əksinə olaraq M.Ramazanov məhkəmədə “İSKO” QTSC-nə qarşı torpaq iddiası ilə deyil, pul tələbi ilə müraciət etmişdir. Tərəflər arasında yaranmış mübahisənin mahiyyəti isə “İSCO” QTSC ilə M.Ramazanov arasında torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin işlədilməsi ilə bağlı olmuşdur. M.Ramazanov “İSCO” QTSC-nin icarəsində olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu iddia edərək həmin tikiliyə çəkilmiş xərclərin əvəzi olaraq pul tələbini irəli sürmüşdür. “İSCO” QTSC də öz növbəsində mübahisəli tikilinin cəmiyyətin vəsaiti ilə inşa edildiyini və M.Ramazanova işlətməsi üçün icarəyə verildiyini bildirərək qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və M.Ramazanovdan icarə haqqı olaraq pul məbləğinin tutulmasını xahiş etmişdir. Göründüyü kimi, mübahisə torpaq sahəsi ilə bağlı deyil, həmin torpaq sahəsində inşa olunmuş tikilinin kimə məxsus olması ilə bağlı yaranmışdır. Eyni zamanda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi Ali Məhkəmənin 05 oktyabr 2023-cü il tarixli qərarı ilə “İSCO” QTSC ilə M.Ramazanov arasında torpaq sahəsində inşa edilmiş qeyriyaşayış obyekti ilə bağlı mübahisəyə yekun vurulmamış, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İddiaçının bələdiyyə qərarının ləğvinə dair iddia tələbini irəli sürməsini Ali Məhkəmənin 05 oktyabr 2023-cü il tarixli qərarını yekun məhkəmə aktı kimi təqdim etməklə əsaslandırması da, göründüyü kimi qanuni və və hüquqi cəhətdən əsaslı hesab edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürməklə sözügedən iddia tələblərini irəli sürmüşdür. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Hazırkı iş üzrə iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirilmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011- ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Hazırkı iş üzrə mübahisə predmeti bələdiyyənin vətəndaşa ayırmış olduğu torpaq çıxış etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkət (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.Beləliklə, hər bir halda iddiaçı sözügedən cavabdehin hərəkətini mübahisələndirilmə imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir. Digər tərəfdən məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, Ədliyyə Nazirliyinin bələdiyyələr üzərində nəzarətinin həddi müəyyən olunub. Ədliyyə Nazirliyi tərəfindən torpaq sahəsinin üzərində sərancam verilənə qədər nəzarəti mövcud olur, yəni bələdiyyə tərəfindən torpaq sahəsinin üzərində qanuni əsaslarla sərancam verildikdən sonra Ədliyyə Nazirliyi tərəfindən nəzarət funksiyasının həyata keçirilməsi onun mülkiyyət hüququnun məhdudlaşdırlmasına səbəb ola bilər. Belə ki, bələdiyyə öz mülkiyyətinndə olan torpaq sahəsinin icarə müqaviləsi əsasında istənilən şəxsə icarəyə verməsi və həmin müqavilənin tələblərinə icarəçi tərəfindən riayət edilməməsi nəticəsində müqaviləyə xitam verilməsində və ya münasibətlərin davam etdirilməsində sərbəsdir. Əks tədqirdə bələdiyyə mülkiyyətinin toxunulmamazdığından söhbət gedə bilməz. Bundan başqa hüquqların pozulması ehtimal olunan 3-cü şəxs Mürvət Ramazanov mübahisəli müqavilə bağlandıqdan uzun müddət sonra nəzarət icraatının aparılması üçün ərizə ilə Ədliyyə Nazirliyinə müraciət etmişdir. Halbuki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsində həmin müraciət üçün 6 aylıq iddia müddəti nəzərdə tutulub. Nəzərə alınmalıdır ki, Mürvət Ramazanov mübahisəli torpaq sahəsinin Cəmiyyətin sahibliyində olmasını bilmiş və onunla mülki xarakterli tədbirlər həyata keçirmişdir. Sadalananlar hazırkı, iddia tələbinin məhkəmədə baxılmasını mümkünsüz etmişdir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında olan mübahisəni İnzibati Prosessual Məcəllənin 2.2.8-ci maddəsinin tələbinə uyğun olaraq, yəni bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarsı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarsı iddiaları çərçivəsində deyil sanki iki fiziki şəxsin əmlak mübahisəsinə dair iddia üzrə baxmış, çəkişmə prosesi ərzində tərəflərin (Mürvət Ramazanov və “İsko” QTSC) arasında olan mübahisənin nədən yaranmasına və əmlakın kimə məxsus olmasına araşdırmalarını aparmışdır. Halbuki, tərəfimizdən inzibati nəzarət qaydasında tamamilə fərqli iddia qaldırılmışdır. Regional idarə inzibati araşdırma zamanı tərəfsizliyini qorumuş, vətəndaş Mürvət Ramazanovun müraciəti üzrə sübut əhəmiyyətinə malik hər bir halı ətraflı araşdırmış və bu səbəbdən məhkəməyə müraciət etmişdir. Belə ki, icarə müqaviləsinin tərəfləri (“İsko” QTSC və Sumqayıt bələdiyyəsi) 5 ha torpaq sahəsinin ayrılmasına dair xx.xx.2003-cü il tarixli qərarın 4-cü bəndinin tələbini kobud surətdə pozmuş, həmin ərazidə obyektin təyinatı dəyişdirilərək özbaşına əlavə tikinti-quraşdırma işləri aparılmış, icarənin məqsədi inşaat materialları ticarət mərkəzi olsa da, mübahisə edilən ərazidə (0,6 ha torpaq sahəsində) avtomobil təmiri obyektləri tikilmiş, həmin ərazinin hüquqi şəxsin rəhbəri Y.İsmayılov tərəfindən vətəndaş M.Ramazanova satılması barədə yazılı qəbzin olması, həmçinin tərəflər arasında faktı təsdiq edəcək bir neçə məhkəmə qərarının olması tərəfimizdən müəyyən edilmişdir. Hazırkı məhkəmə qərardadında işin Ali Məhkəmənin baxışında olmasına dair əsaslanmaya etiraz olaraq bildiririk ki, Ali Məhkəmədə olan kassasiya baxışı tərəflər arasında olan pul tələbinə dair hissəyə aiddir. Məhkəmə tərəfindən müəyyən edilmiş qalan faktlar (tikintinin kim tərəfindən aparılması ilə bağlı və s.) isə kassasiya instansiyasında araşdırma obyekti deyildir. Eyni zamanda iddia müddətinin ötürülməsinə dair məhkəmənin əsaslarına etiraz olaraq bildirilir ki, iddia müddəti M.Ramazanovun prosessual hərəkətləri ilə deyil, inzibati orqanın hərəkətləri ilə hesablanmalıdır. İnzibati nəzarət qaydasında Sumqayıt bələdiyyəsinə qarşı iddia vətəndaş Mürvət Ramazanov deyil, İddiaçı tərəfindən qaldırılmışdır. M.Ramazanov xx.xx.2023-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə ərizə icraata daxil olaraq inzibati nəzarət icraatı başlanılmış, müvafiq araşdırma aparıldıqdan sonra isə xx.xx.2023-cü il tarixli 05/875 saylı ləğv təklifi ilə bələdiyyəyə müraciət olunmuşdur. Lakin, bələdiyyə tərəfindən təklifimiz təmin edilmədiyindən xx.xx.2023-cü il tarixli 05/906 saylı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 8.5-ci maddəsinin tələbinə uyğun olaraq iddia müddəti ötürülməmişdir. Yuxarıda qeyd etdiyi kimi məhkəmə işə mahiyyəti üzrə düzgün baxmadığı kimi, iddiaçıları da səhv salmış və iddia müddətinin ötürülməsinə əsaslanmışdır. Halbuki, vətəndaş Mürvət Ramazanov ilə “İsko” QTSC-nin rəhbəri Yasin İsmayılov arasında mübahisə oktyabr 2022-ci il tarixdən başlanılmış, M.Ramazanov müvafiq olaraq polis və məhkəmə orqanlarına müraciət etmiş və sonuncu dəfə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3364/2023 saylı qərarı ilə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu və 0,6 ha torpaq sahəsinin ona verilməsinin (mülkiyyətə və ya icarəyə) yalnız bələdiyyə səlahiyyətində olduğunu müəyyən edilərək xx.xx.2023-cü il tarixdə İddiaçınə müraciət etmişdir. Yəni M.Ramazanovun inzibati orqana müraciət müddəti 2008 və ya 2022-ci il tarixdən (0,6 ha torpağın alındığı və mübahisənin başlandığı tarixlər) deyil, məhkəmə araşdırmasının bitdiyi sonuncu instansiyanın qərarından sonra hesablanmalıdır. Buradan da aydın olur ki, nəinki regional idarə, heç M.Ramazanov belə Mülki Məcəllənin 384.0.4-cü maddəsində (mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1-ci maddəsində göstərilən iddia müddətlərini ötürməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs “İsko” X10 Cəmiyyətinin Bakı Filialının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun Maddə 1 . Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət anlayışı Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra - “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Maddə 5.0. İnzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: 5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; ... Maddə 6.1. Bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: … 6.1.3. bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; … Maddə 8.3. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Maddə 8.4. İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Maddə 8.5. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); ... 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; ... Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarının ləğv olunmasına dair qərar qəbul edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış, məhkəmə gəldiyi qənaətini iddia müddətinin ötürülməsi və iddiaçının subyektiv hüququnun olmaması halı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdur. Ona görə də, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 2.2.1 və 2.2.8-ci maddələrinin məzmunundan göründüyü kimi, qanunverici inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaları fərqləndirmişdir. Hazırkı halda, söhbət mübahisələndirmə haqqında deyil, inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddia növündən gedir. Ona görə də, inzibati nəzarət orqanı kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı bələdiyyələrə qarşı iddialarına baxılarkən mübahisələndirmə haqqında iddianın mümkünlük şərtləri tətbiq edilə bilməz. Odur ki, bu qəbildən olan işlərə baxarkən məhkəmələr məhz bu iddia növünün özünə aid olan mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamalıdırlar. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, hazırkı iş üzrə üçüncü şəxs X3 xx.xx.2023-cü il tarixli ərizə ilə İddiaçınə müraciət edərək, Sumqayıt bələdiyyəsi ilə Y.İsmayılov arasında bağlanmış icarə müqaviləsinin ləğvini xahiş etmişdir. Ərizə xx.xx.2023-cü il tarixdə İddiaçınə daxil olmuşdur. Bundan sonra, İddiaçı vətəndaş M.Ramazanovun xx.xx.2023-cü il tarixdə İddiaçınə daxil olmuş müraciəti üzrə hazırda inzibati nəzarət icraatı qaydasında araşdırmaya başlanıldığını bildirmiş, Sumqayıt bələdiyyəsinə Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən Sumqayıt şəhəri 53-cü məhəllə ərazisində 5 ha bələdiyyəyə məxsus torpaq sahəsinin “İSKO” QTSC-nin Bakı fililalına 99 il müddətinə icarəyə verilməsi barədə qərarın ləğv edilməsi, icarə hüququna xitam verilməsi üçün bələdiyyə tərəfindən aidiyyəti məhkəmədə iddia qaldırılması, ləğv təklifinin 5 iş günündən gec olmayaraq bələdiyyə iclasında müzakirə olunması, təklifin müzakirə olunması barədə qəbul edilmiş qərarın bir nüsxəsi İddiaçınə təqdim olunması təklif edilmişdir. Təklifin məzmunu ondan ibarətdir ki, vətəndaşın ilkin müraciətində “İSKO” QTSC-nin icarəsinə ayrılmış 5.0 ha bələdiyyə torpağında qanunsuz olaraq icarəçi tərəfindən ona hər hansı hüquqtəsdiqedici sənəd olmadan şifahi razılaşma əsasında torpaq sahəsinin satıldığı (0.06 ha), nəticədə həmin şəxs tərəfindən qanunsuz olaraq icarə torpağından əlavə gəlir götürüldüyü qeyd olunmuşdur. Həmçinin vətəndaşa sözügedən faktla bağlı məhkəməyə müraciət edilməsi və nəticəsindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun tədbir görülə bilinəcəyi diqqətinə çatdırılmışdır. Nəticədə həmin sözügedən fakt üzrə, həm də digər mübahisələrlə bağlı aidiyyəti məhkəmədə müvafiq iddia qaldırılmış, sonuncu instansiya olaraq Ali Məhkəmə tərəfindən mübahisəli məsələrə hüquqi mövqe bildirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3364/2023 nömrəli qərarının 37-ci bəndində göstərilmişdir ki, Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən Sumqayıt şəhəri 53-cü məhəllə ərazisində 5 ha bələdiyyəyə məxsus torpaq sahəsi “İSKO” QTSC-nin Bakı fililalına 99 il müddətinə icarəyə verilmişdir. Həmçinin, torpaq sahəsinin icarəyə verilməsi haqqında 26 noyabr 2004-cü il tarixli 142 saylı müqavilədən görünür ki, Sumqayıt şəhəri 53-cü məhəllə ərazisində 5 ha bələdiyyəyə məxsus torpaq sahəsi “İSKO” QTSC-nin Bakı fililalına 25 il müddətinə icarəsinə ayrılmışdır (fərqli müddətlərlə icarə müqaviləsi bağlanmışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 712.1.1 -ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin. Bundan başqa məhkəmə qərarlarında 2008-2009-cu illərdə 0.06 ha torpaq sahəsində inşa edilmiş 400 kv.m. qeyri-yaşayış təyinatlı tikilinin şahid və digər sübutlar əsasında M.Ramazanov tərəfindən inşa edildiyinin göstərilməsi bir daha icarəçi tərəfindən icarə müqaviləsinin şərtlərinin pozularaq qanunsuz olaraq vətəndaşa şifahi razılaşma əsasında satıldığını təsdiq edir (həmin ərazidə digər bu kimi halların olub-olmamasını aydınlaşdımaq zərurəti vardır). Torpaq Məcəlləsinin 73-cü maddəsinin 7-ci abzasının tələbinə görə icarəçi tərəfindən istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi icarə hüququna xitam verilməsi əsaslarından biri hesab edilir. Hazırki icarə müqaviləsi ilə bağlı həm Ali Məhkəmənin müvafiq Qərarının, həm də Torpaq Məcəlləsinin müvafiq normalarının tələbləri nəzərə alınaraq icarəçi (“İSKO” QTSC) tərəfindən müqavilə şərtləri pozulmuş hesab edilməklə bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görməsi bələdiyyənin diqqətinə çatdırılmışdır. Təklif xx.xx.2023-cü il tarixdə Sumqayıt bələdiyyəsinə daxil olmuşdur. Sumqayıt bələdiyyəsi xx.xx.2023-cü il tarixli 3958 nömrəli məktubla bələdiyyənin xx.xx.2003cü il tarixli qərarının ləğv edilməsi üçün hüquqi əsaslar olmadığını bildirərək, təklifin icrasından imtina etmişdir. İmtina məktubu xx.xx.2023-cü il tarixdə İddiaçınə daxil olmuşdur. Bundan sonra, qanunla müəyyən edilmiş 15 gün müddətində İddiaçı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə daxil olmuşdur. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun preambulasında müəyyən olunmuşdur ki, bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. Buna görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi fəaliyyətinin tərkib hissələrindən biri də müvafiq əsaslar mövcud olduqda məhkəməyə müraciət edilməsi imkanıdır. Sözügedən Qanunda həmçinin məhkəməyə müraciət edilməsinin şərtləri və qaydası da tənzimlənmişdir. İddia qaldırmaq üçün inzibati nəzarət orqanı həmin şərtlərə və qaydalara riayət etməlidir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.5-ci maddəsində aşkar şəkildə təsbit olunmuşdur ki, inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun bələdiyyə qərarının ləğvi ilə bağlı məhkəmədə qaldırılacaq iddiaya iddia müddətlərinin şamil edildiyini təsbit edir. Bu müddət hazırkı iddia üzrə bələdiyyə qərarının ləğvi ilə bağlı inzibati nəzarət orqanının etdiyi təklifin bələdiyyə tərəfindən təmin edilməməsi barədə qəbul edilmiş bələdiyyə qərarının inzibati nəzarət orqanına təqdim olunduğu gündən hesablanmağa başlanan 15 günlük müddətdir və hazırkı iş üzrə İddiaçı tərəfindən “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.5-ci maddəsində təsbit olunmuş 15 günlük iddia müddəti ötürülməmişdir. İddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin istinad etdiyi digər əsasa, yəni subyektiv hüququn olmaması əsasına münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Ədliyyə Nazirliyinin Regional ədliyyə idarələri haqqında” Əsasnamənin 1.1, 1.2 və 1.4-cü bəndlərinə əsasən regional ədliyyə idarələri Ədliyyə Nazirliyinin müstəqil və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərələliyinin artırılması, öz fəliyyətini dövlət və yerli özünüidarə orqanları, habelə digər qurumlarla əlaqəli həyata keçirən struktur qurumudur. Həmçinin Əsasnamənin 2.0.3-cü bəndinə əsasən regional ədliyyə idarələri bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək və onlara metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür və onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirir. Əsasnamənin 3.0.2-3.0.8-ci bəndlərinə əsasən bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra - bələdiyyələr) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək, hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxs, yaxud dövlət orqanından (qurumundan) daxil olmuş müraciətə baxmaq və həmin müraciətdə göstərilmiş və mübahisə doğuran bələdiyyə aktının, habelə əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün müvafiq bələdiyyəyə müraciət etmək, müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğu aşkar edildikdə həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə müvafiq bələdiyyəyə müraciət etmək, hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ziyan vura bilərsə, həmin aktın ləğv edilməsi (dəyişdirilməsi) və va həmin fəaliyyətə xitam verilməsi haqqında müvafiq bələdiyyəyə təklif vermək, bu təklif Qanunla müəyyən edilmiş müddətdə bələdiyyə tərəfindən verinə yetirilmədikdə məhkəməyə müraciət etmək regional ədliyyə idarələrinin əsas vəzifələri kimi göstərilmişdir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 51-ci maddəsinə əsasən Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri hüquqa zidd hərəkətlərə və hərəkətsizliyə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. Həmin qanunun 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bələdiyyə, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Həmin qanunun 53-cü maddəsinə əsasən isə bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 5-ci maddələrinə əsasən bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda, həmçinin hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciətləri inzibati nəzarət icraatının başlanması üçün əsaslardır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin qanunun 11-ci maddəsinə əsasən bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. İcarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə yalnız bələdiyyələrin razılığı ilə verə bilər. Qeyd olunan normaların məzmunundan aydın olduğu kimi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək, hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxs, yaxud dövlət orqanından (qurumundan) daxil olmuş müraciətə baxmaq və həmin müraciətdə göstərilmiş və mübahisə doğuran bələdiyyə aktının, habelə əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün müvafiq bələdiyyəyə müraciət etmək, müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğu aşkar edildikdə həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə müvafiq bələdiyyəyə müraciət etmək, hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ziyan vura bilərsə, həmin aktın ləğv edilməsi (dəyişdirilməsi) və va həmin fəaliyyətə xitam verilməsi haqqında müvafiq bələdiyyəyə təklif vermək, bu təklif Qanunla müəyyən edilmiş müddətdə bələdiyyə tərəfindən verinə yetirilmədikdə məhkəməyə müraciət etmək regional ədliyyə idarələrinin əsas vəzifələri kimi göstərilmişdir. İddiaçı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət orqanıdır. Qeyd olunanlara əsasən subyektiv hüququnun olmaması əsası ilə iddianın mümkün sayılmaması işin hallarına uyğun olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd edilən əsasla iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə yalnış olmuş, həmin hissədə də apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2690/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarının ləğv olunması” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-1108/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1108/2024
25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver