Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1109/2025 10.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X28 və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, qanuni təmsilçisi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs X15 qanuni nümayəndəsi X9 nümayəndəsi və vəkili Vəkil4, vəkili Vəkil5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27rşı “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi və onun üzərində yerləşən 1502,1 kv.metr sahəsi olan əmlak kompleksi kimi müəssisənin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2-1(118)-68/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamentində ********** qeydiyyat nömrəsi ilə 28 iyun 2016-cı il tarixdə təsdiq edilmiş "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, cəmiyyət 28 iyun 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış, cəmiyyətin nizamnamə kapitalı 100 manat həcmindədir və hər biri 1 manat olmaqla 100 paydan ibarətdir. Cəmiyyətin təsisçiləri 50 manat, 50 pay, pul şəklində X21, 50 manat, 50 pay, pul şəklində X10 olmuşdur. "xxxx" MMC-nin müşahidə şurasının 5 oktyabr 2016-cı il tarixli növbədənkənar ümumi yığıncağının 1 saylı protokolundan görünür ki, cəmiyyətin nizamnamə kapitalının cəmiyyətə məxsus əmlakın və torpaq sahəsinin nizamnamə kapitalına yönəldilməsi və artırılaraq nizamnamə kapitalının 470100 manat olmasının təsdiq edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin təsisçisinin ümumi yığıncağının 11 oktyabr 2016-cı il tarixli qərarından görünür ki, cəmiyyətin nizamnamə kapitalının artırılaraq əmlak şəklində 470000 manat, pul şəklində 100 manat şəklində olmaqla, ümumilikdə 470100 manat həcmində müəyyən edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamentində ********** qeydiyyat nömrəsi ilə, 11 oktyabr 2016-cı il tarixdə "xxxx" MMC-nin nizamnaməsinin təsdiq edilmiş 2-ci redaksiyasından görünür ki, “2.1.Cəmiyyətin nizamnamə kapitalı 470100 manat həcmindədir, hər biri 1 manat olmaqla 470100 paydan ibarətdir. 2.2. Cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir: 1.X10-235000 manat əmlak şəklində, 50 manat pul şəklində, 235050 pay, 50 faiz, 2.X21-235000 manat əmlak şəklində, 50 manat pul şəklində, 235050 pay, 50 faiz. 19 iyul 2017-ci il tarixli nizamnamə kapitalındakı payların alqı-satqısı müqaviləsindən görünür ki, X11 cəmiyyətdəki 235000 manat əmlak şəklində, 50 manat pul şəklində, 235050 pay, 50 % nizamnamə kapitalını tam olaraq X2, Cəmiyyətin təsisçilərinin nizamnamə kapitalı aşağıdakı kimi müəyyən edilmişdir: a. X21-235000 manat əmlak şəklində, 50 manat pul şəklində, 235050 pay, 50 %, b.X12-235000 manat əmlak şəklində, 50 manat pul şəklində, 235050 pay, 50 %. "xxxx" MMC-nin təsisçisinin ümumi yığıncağının 20 iyul 2017-ci il tarixli qərarından görünür ki, təsisçilər Ü.Cəfərov və M.Mirzəyevin iştirakı ilə cəmiyyətin təsisçisinin dəyişməsi ilə əlaqədar 3-cü redaksiyada nizamnamənin təsdiq edilməsi, qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Fiday Səfərovun təyin edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin təsisçisinin ümumi yığıncağının 20 iyul 2017-ci il tarixli qərarından görünür ki, təsisçilər Ü.Cəfərov və M.Mirzəyevin iştirakı ilə cəmiyyətin təsisçisinin dəyişməsi ilə əlaqədar 3-cü redaksiyada nizamnamənin təsdiq edilməsi, qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Fiday Səfərovun təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamentində ********** qeydiyyat nömrəsi ilə, 20 iyul 2017-ci il tarixdə "xxxx" MMC-nin nizamnaməsinin təsdiq edilmiş 3-cü redaksiyasından görünür ki, “2.1. Cəmiyyətin nizamnamə kapitalı 470100 manat (470000 manat məbləğində əmlak və 100 manat pul şəklində) həcmindədir, hər biri 1 manat olmaqla 470100 paydan ibarətdir. 2.2. Cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir: 1.X12- 235000 manat əmlak şəklində, 50 manat pul şəklində, 235050 pay, 50 faiz, 2.X21-235000 manat əmlak şəklində, 50 manat pul şəklində, 235050 pay, 50 faiz (cəmiyyətin təsisçiləri M.Mirzəyev, Ü.Cəfərov tərəfindən imzalanmışdır). "xxxx" MMC-nin təsisçisinin ümumi yığıncağının 4 mart 2020-ci il tarixli qərarından görünür ki, təsisçilər X21, X12 və X18 iştirakı ilə cəmiyyətin qanuni təmsilçisi X13 vəzifəsindən azad edilərək Qanuni nümayəndə yeni qanuni təmsilçi vəzifəsinə təyin edilməsi qərara alınmışdır. 6 avqust 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş müəssisədəki payın alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC-nin nizamnamə kapitalından Ü.Cəfərova məxsus 50 % pay hissəsindən 25 % hissəsini, M.Mirzəyevə məxsus 50 % pay hissəsindən 25 % hissəsini F.Əsədovun mülkiyyətinə verilmiş, ümumi 100% pay hissədən 37.5 % pay hissəsi Ü.Cəfərovun, 37,5 % pay hissəsi M.Mirzəyevin, 25 % pay hissəsi F.Əsədovun payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamentində ********** qeydiyyat nömrəsi ilə, 6 avqust 2018-ci il tarixdə "xxxx" MMC-nin nizamnaməsinin təsdiq edilmiş 4-cü redaksiyasından görünür ki, “2.1. Cəmiyyətin nizamnamə kapitalı 470100 manat (470000 manat məbləğində əmlak və 100 manat pul şəklində) həcmindədir, hər biri 1 manat olmaqla 470100 paydan ibarətdir. 2.2. Cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir: 1.X12- 176250 manat əmlak şəklində, 37,5 manat pul şəklində, 176287,5 pay, 37,5 faiz, 2.X21- 176250 manat əmlak şəklində, 37,5 manat pul şəklində, 176287,5 pay, 37,5 faiz, 3.X29117500 manat əmlak şəklində, 25 manat pul şəklində, 117525 pay, 25 faiz (cəmiyyətin təsisçiləri M.Mirzəyev, Ü.Cəfərov, F.Əsədov tərəfindən imzalanmışdır). MH seriyalı ******* nömrəli 2009-cu il 4 avqust qeydiyyat tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1,0 ha ehtiyat fondu torpağı üzərində Abşeron rayon Aşağı-Güzdək bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 9 oktyabr 2009-cu il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1,0 ha torpaq sahəsi bələdiyyə tərəfindən X1, sonuncu tərəfindən xx.xx.2009-cu il qeydiyyat tarixli, ******* nömrəli çıxarış və plan-ölçü verilmişdir. 14 may 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********31-12301 reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən ümumi sahəsi 1502,1 kv.m olan əmlak kompleksi üzərində X4 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən ümumi sahəsi 1502,1 kv.m Əmlak kompleksi kimi müəssisə, 1650,7 kv.m tikinti altı sahə daxil olmaqla 1 ha torpaq sahəsi 5 dekabr 2011-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən X8 tərəfindən üçüncü şəxs X3 və sonuncunun adına MA seriyalı ******* nömrəli, 5 yanvar 2012-ci il tarixli, ********** qeydiyyat və **********31-12301 reyestr nömrəli çıxarış verilmişdir. 28 fevral 2022-ci il tarixli, 162200 qeydiyyat nömrəli, ********** reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən ümumi sahəsi 1502,1 kv.m olan əmlak kompleksi üzərində X15 xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. X21 ilə "xxxx" MMC arasında bağlanmış 4 oktyabr 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, aylıq 500 manat icarə haqqı ödənilməklə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1502.1 kv.m olan əmlak kompleksi kimi müəssisəni icarəyə vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 9 iyun 2022-ci il tarixli, **********89 nömrəli məktubundan görünür, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 1.0 ha ehtiyyat fondu torpaqları təyinatlı torpaq sahəsi üzərində Abşeron rayonu Aşağı-Güzdək Bələdiyyəsinin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009cu il tarixdə **********33 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayonu Aşağı-Güzdək bələdiyyəsinin 26 may 2009-cu il tarixli iclasının protokolunun 08 nömrəli qərarından çıxarış: Abşeron rayonu Aşağı-Güzdək bələdiyyəsinin Yerquruluşu planından çıxarış; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 068925 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında) alınmışdır. Abşeron rayonu 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 4Ə/07-1272 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən 1.0 ha torpaq sahəsi X4 adına özgəninkiləşdirilmişdir. 1.0 ha torpaq sahəsi üzərində X4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə **********31 reyestr nömrəsi ilə qeydiyyata (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2009-cu il tarixli, 12 nömrəli Hərrac şəhadətnaməsi və Abşeron rayon Torpaq hərrac və müsabiqə komissiyasının torpaq müsabiqəsinin keçirilməsi məqsədilə ona hazırlıq barədə xx.xx.2009-cu il tarixli iclasının 3 nömrəli Protokolu əsasında) alınmışdır. Sözügedən torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində X4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə **********31-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 4Ə/03-1165 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əmlak kompleksi kimi müəssisə X15 adına özgəninkiləşdirilmişdir. Əmlak kompleksi kimi müəssisə üzərində X15 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə **********31-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixində əmlak kompleksi kimi müəssisəyə X15 adına 3Q**********-12301 reyestr nömrəli elektron "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış" verilmişdir. Nəzərə çatdırılır ki, əmlak kompleksi kimi müəssisə üzərində Sumqayıt inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli MXMT(118)-28/2022 saylı qərardadına əsasən qadağa qoyulmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin MXMT(118)-28/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qərardadı ilə ərizəçi "xxxx" MMC-nin ərizəsi təmin edilmiş, işə məhkəmədə baxılıb qurtaranadək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi və onun üzərində yerləşən 1502,1 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisənin özgəninkiləşdirilməsinin X21 və qeyrilərinə qadağan edilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1040/2023 nömrəli, 5 sentyabr 2023- cü il tarixli qərardadı ilə iddiaçı X15 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı İddiaçı nizamnamə kapitalının dəyişməsi ilə əlaqədar 2-ci redaksiyada verilmiş nizamnaməyə edilmiş dəyişikliyin cavabdeh tərəfindən alınmış qeydiyyatın ləğv edilməsi və "xxxx" MMCnin nizamnamə kapitalının 100 manat olmasının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4 may 2022-ci il tarixli, 4/501 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarının kserosurətinin aşağı hissəsində “X21” yazıları qarşısında əks olunan imza, xx.xx.2016-cı il tarixli nizamnaməsinin (2-ci redaksiyada) kserosurətinin yuxarı sağ tərəfində “X21” yazıları qarşısında əks olunan imza X21 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1613/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərardadı ilə X21 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi və onun üzərində yerləşən 1502,1 kv.metr sahəsi olan əmlak kompleksi kimi müəssisənin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əvvəlki Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən xx.xx.2016-cı ildə ********** VÖEN ilə qeydiyyata alınmaqla hazırda da fəaliyyət göstərir. Cəmiyyətin əsas fəaliyyəti tikinti materiallarının istehsalıdır. Cəmiyyətin ilkin nizamnaməsinə əsasən nizamnamə kapitalı 100 manat olmaqla hər iki təsisçi arasında paylar 50%+50% müəyyən edilmişdir. Bundan sonra, Cəmiyyətin təsisçilərinin xx.xx.2016-cı il tarixli 1 saylı protokolu və onun əsasında qəbul olunmuş qərar və təsisçilər arasında olan ilkin razılaşmalar əsasında təsisçilərdən biri olan X17 məxsus olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi və onun üzərində yerləşən 1502,1 m sahəsi olan əmlak kompleksi kimi müəssisənin həmin Cəmiyyətin nizamnamə kapitalına qoyulması qərara alınmışdır. Bundan sonra digər sənədlərlə birgə Cəmiyyətin nizamnaməsində baş verən dəyişikliyin qeydə alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamentinə müraciət olunmuşdur. Vergilər Departamenti tərəfindən müvafiq sənədlər yoxlanıldıqdan sonra müraciət qəbul edilərək Cəmiyyətin nizamnaməsində dəyişiklik edilərək 2-ci redaksiyada nizamnamə onlara təqdim edilmişdir. Dəyişikliyə əsasən təsisçilərin nizamnamə kapitalındakı payları 100 manat pul şəklində, 470000 manat isə əmlak şəklində olmaqla hər bir təsisçinin payı 50%+50% müəyyən edilmişdir. Sonradan onlar nizamnamə kapitalında olan dəyişikliyin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətində də qeydiyyata alınması, yəni əmlak kompleksinə təsisçi Ürfət Cəfərovun adına olan dövlət reyestrindən çıxarışın İddiaçı adına dəyişdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişlər. Həmin idarədə təqdim etdikləri sənədləri ekspertiza etdikdən sonra onlardan təsisçilərin bu barədə yeni notarial qərarının olmasını tələb etmişlər. Təsisçilər əmlak kompleksinin cəmiyyətin nizamnamə kapitalına qoyulmasına dair xx.xx.2017-ci il tarixdə yenidən təkrar qərar qəbul edərək həmin qərarı notarial qaydada təsdiq etdirərək digər sənədlərlə birgə cavabdehə təqdim etmişlər. Həmin vaxt isə məlum olmuşdur ki, qeyd olunan əmlak 2022-ci ilədək müddətə Avropa Yenidənqurma və İnkişaf Bankına ipotekaya qoyulmuşdur. Cəmiyyətin bank qaşısındakı öhdəliyi tamamlandıqdan sonra onlar yenidən cavabdehə qeydiyyat üçün müraciət etmişlər. Cavabdeh isə xx.xx.2022-ci il tarixdə **********35 saylı cavab məktubu ilə imtina vermişdir. İmtina məktubunda qeydə alınması tələb olunan əmlakın barəsində mübahisənin olduğu qeyd olunmuşdur. İddiaçı hesab edir ki, əmlak barəsində mübahisənin olmasının cavabdehə öz vəzifə səlahiyyətlərini yerinə yetirməsinə qanuni nöqteyi-nəzərdən mane olan heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, X15 mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən əmlak kompleksi kimi müəssisə ilə bağlı mübahisələrin olduğu aşkar edilmişdir. Belə ki, Ürfət Cəfərovun etibarnamə üzrə nümayəndəsi tərəfindən əmlak üzərində mübahisənin olması səbəbindən əmlakın üzərinə məhdudiyyət qoyulması barədə müraciət daxil olmuş və müraciət əsasında əmlakın üzərinə xx.xx.2022-ci il tarixdə məhdudiyyət qoyulmuşdur. Bundan sonra həmin şəxsin məhdudiyyətin götürülməsi ilə bağlı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciətləri olmuş və sözügedən müraciətlərə əsasən məhdudiyyət götürülmüşdür. Əlavə olaraq, Nizami Rayon Məhkəməsinin MTT(007)-16/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən Ürfət Cəfərovun mülkiyyətində olan əmlak kompleksi kimi müəssisəsinin üzərinə qadağa qoyulmuş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli müraciəti ilə sözügedən qadağa ləğv edilmişdir. Eləcə də, Sumqayıt İnzibati Məhkəməsinin MXMT(118)-28/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə **********31-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisə üzərinə qadağa qoyulmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2-1(118)-68/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisə mülkiyyət hüququ əsasında üçüncü şəxs X17 məxsus olmuşdur. Həmin daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın İddiaçı adına dəyişdirilməsi ilə bağlı edilmiş hərəkətlər öz təsdiqini tapmamış və aparılmış xətşünaslıq ekspertizasının nəticələrindən də göründüyü kimi əmlak kompleksinin cəmiyyətin nizamnamə kapitalına qoyulmasına dair imzalar Ürfət Cəfərova məxsus olmamışdır. Yəni, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İddiaçının hazırkı iş üzrə sənədləri heç bir hüquqmüəyyənedici xüsusiyyətlərə malik olmadığından məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilməməlidir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 30 yanvar tarixli 2-1(105)-93/2025 nömrəli qərarı ilə (sədrlik edən-məruzəçi hakim İ.R.Quliyev, hakimlər V.E.Əzizova və G.İ.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC-nin hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun hüquqmüəyyənedici sənədlər, yəni notarial qaydada təsdiq edilmiş müqavilələr və ya həmin normada müəyyən edilmiş digər əsaslara cavab verən hüquqmüəyyənedici sənədlər cavabdeh inzibati orqana təqdim edilməmişdir. Cavabdeh inzibati orqanda tərəflər arasında mübahisənin olmasını və zəruri sənədlərin təqdim edilməməsini nəzərə alaraq əsaslı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsinin tələblərinə cavab verən sənədlər iddiaçı tərəfindən inzibati orqana təqdim edilmədiyi üçün, cavabdeh inzibati orqan həmin qanunun 15.1.1-ci maddəsinə (dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə) əsasən əsaslı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2025-ci il tarixli, 2-1(102)-1806/2025 nömrəli qərarı ilə (X33 (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 2-1(105)-93/2025 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, “apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab etmir və həmin qərarın ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını lazım bilir. Belə ki, apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşarkən iş materiallarında olan sənədlərdəki məlumatlara diqqət yetirməmişdir. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC xx.xx.2016cı ildə qeydiyyata alınmışdır. Cəmiyyətin ilkin nizamnaməsinə əsasən nizamnamə kapitalı 100 manat olmaqla hər iki təsisçi arasında paylar 50%+50% müəyyən edilmişdir. Cəmiyyətin təsisçilərinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsisçilərdən biri olan X17 məxsus olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi və onun üzərində yerləşən 1502,1 m sahəsi olan əmlak kompleksi 470000 manat dəyərləndirilərək Cəmiyyətin nizamnamə kapitalına qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən Cəmiyyətin nizamnaməsində dəyişiklik edilərək xx.xx.2016-cı il tarixdə 2-ci redaksiyada nizamnamə təsdiq edilmişdir. Təsisçilərin nizamnamə kapitalındakı payları 100 manat pul şəklində, 470000 manat isə əmlak şəklində olmaqla hər bir təsisçinin payı 50%+50% müəyyən edilmişdir. Təsisçilərdən Q.Cəbrayılov Cəmiyyətin nizamnamə kapitalındakı payını (50 manat pul şəklində, 235000 manat isə əmlak şəklində) M.Mirzəyevə satmış və baş vermiş dəyişiklik ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən Cəmiyyətin nizamnaməsində dəyişiklik edilərək xx.xx.2017-ci il tarixli 3-cü redaksiyada nizamnamə təsdiq edilmişdir. Hər iki təsisçi Cəmiyyətin nizamnamə kapitalındakı (100 manat pul şəklində, 470000 manat isə əmlak şəklində olan) paylarının 12.5%+12.5% olmaqla cəmi 25% hissəsini X22 notarial qaydada təsdiq olunmuş xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satmış və bu dəyişiklik ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən Cəmiyyətin nizamnaməsində dəyişiklik edilərək xx.xx.2018-ci il tarixli 4-cü redaksiyada nizamnamə təsdiq edilmişdir. MM-in 64.1 və 64.3-cü maddələrinə (bax § 34) uyğun olaraq, təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Məhdud məsuliyyətli cəmiyyət də təsərrüfat cəmiyyətidir. 46. Kollegiya qeyd edir ki, üçüncü şəxsin əmlakı hesabına cəmiyyətin nizamnamə kapitalının artırılması ilə bağlı "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarında və xx.xx.2016-cı il tarixli nizamnaməsində (2ci redaksiyada) imzalar Ü.Cəfərova məxsus olmaması işdə olan ekspert rəyi ilə (bax bu qərarın 21-ci bəndi) təsdiq olunsa da, nizamnamənin daha sonrakı redaksiyalarında daşınmaz əmlak cəmiyyətin nizamnamə kapitalında pay şəklində öz əksini tapmış, nizamnamənin 3 və 4-cü redaksiyaları Ü.Cəfərov tərəfindən imzalanmışdır. Lakin apellyasiya məhkəməsi Ü.Cəfərov tərəfindən imzalanmış həmin sənədlərin mötəbərliyi ilə bağlı araşdırma aparmamışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, nizamnamə kapitalında olan dəyişikliyin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətində də qeydiyyata alınması, yəni əmlak kompleksinə dair təsisçi Ürfət Cəfərovun adına olan dövlət reyestrindən Çıxarışın “Milan-A Məhdud Məsuliyyətli Cəmiyyətinin adına dəyişdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdirlər. İdarədə təqdim etdikləri sənədləri ekspertiza etdikdən sonra onlardan təsisçilərin bu barədə yeni notarial qərarının olmasını tələb etdilər. Təsisçilər əmlak kompleksinin cəmiyyətin nizamnamə kapitalına qoyulmasına dair xx.xx.2017-ci il tarixdə yenidən təkrar qərar qəbul edərək həmin qərarı notarial qaydada təsdiq etdirərək digər sənədlərlə birgə Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim etdilər. Həmin vaxt isə məlum oldu ki, qeyd olunan əmlak 2022-ci ilədək müddətə Avropa Yenidənqurma və İnkişaf Bankına ipotekaya qoyulmuşdur. Cəmiyyətin bank qaşısındakı öhdəliyi tamamlandıqdan sonra onlar yenidən cavabdeh Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qeydiyyat üçün müraciət etdilər. Cavabdeh Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi müraciətlərinə xx.xx.2022-ci il tarixdə **********35 saylı cavab məktubu ilə imtina vermişdir. İmtina məktubunda qeydə alınması tələb olunan əmlakın barəsində mübahisənin olduğu qeyd olunmuşdur. Hesab edilir ki, əmlak barəsində mübahisənin olmasının cavabdehə öz vəzifə səlahiyyətlərini yerinə yetirməsinə qanuni nöqteyinəzərdən mane olan heç bir əsas yoxdur. Təsisçilərin əmlak kompleksinin cəmiyyətin nizamnamə kapitalına qoyulmasna dair xx.xx.2017-ci il tarixli qərarı müqaviləyə aid əlamətləri özündə əks etdirmişdir. Ona görə də, cavabdeh təşkilatın müraciətə imtinasını əsassız sayırlar. Məhkəmə təqdim edilən yuxarıda qeyd olunan sənədləri heç birini nəzərə almadan yalnız əmlakın Cəmiyyətin nizamnamə kapitalına qoyulması barədə ilkin qərarına istinad edərək iddianı rədd etmişdir. Məhkəmə ona təqdim edilmiş digər sənədləri nəzərə almamasını heç nə ilə əsaslandırmamışdır. İddia tələbində qeyd olunan hallara dair bütün sənədlər məhkəməyə təqdim olunmuşdur. Məhkəmə ona təqdim olunmuş sübutları və faktiki işin hallarını nəzərə almamış və onlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1, qanuni təmsilçisi Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinə etiraz edərək, izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Üçüncü şəxs X15 qanuni nümayəndəsi X9 nümayəndəsi və vəkili Vəkil4, vəkili Vəkil5 apellyasiya şikayətinə etiraz edərək, izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. Maddə 64.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. 64.3. Təsərrüfat cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. 64.8. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. 87.3. Cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini (cəmiyyət bir şəxs tərəfindən yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) və nizamnamənin hazırlanmasını əhatə edir. 87.4. Cəmiyyətin yaradılması zamanı təsis yığıncağı cəmiyyətin nizamnamə kapitalı təsisçilər tərəfindən tamamilə formalaşdırıldıqdan sonra (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) keçirilir. 87.5. Cəmiyyətin yaradılması zamanı keçirilən təsis yığıncağı: 87.5.1. cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərini təsdiq edir; 87.5.2. cəmiyyətin yaradılması barədə qərarı qəbul edir və onun nizamnaməsini təsdiq edir; 87.5.3. bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş cəmiyyətin idarəetmə orqanlarını təşkil edir; 87.5.4. cəmiyyətin yaradılması və cəmiyyətin fəaliyyətinin başlanılması ilə əlaqədar bu Məcəlləyə, digər qanunvericilik aktlarına və təsisçilər arasında bağlanılmış müqaviləyə zidd olmayan digər məsələləri həll edir. 87.6. Cəmiyyətin təsis yığıncağında cəmiyyətin təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar təsisçilər tərəfindən yekdilliklə, digər məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul edilir. Maddə 89. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Maddə 90.1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. 90.4. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin cəmiyyətin nizamnamə kapitalında payla əvəzləşdirməsi yolu ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. 90.5. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün maliyyə hesabatlarının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməsi və iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı "xxxx" MMC-nin nizamnamə kapitalına qoyulmuş Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi və onun üzərində yerləşən 1502,1 kv.metr sahəsi olan əmlak kompleksi kimi müəssisənin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına qeydə alınmasından ibarətdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC xx.xx.2016-cı ildə qeydiyyata alınmışdır. Cəmiyyətin ilkin nizamnaməsinə əsasən nizamnamə kapitalı 100 manat olmaqla hər iki təsisçi arasında paylar 50%+50% müəyyən edilmişdir. Cəmiyyətin təsisçilərinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsisçilərdən biri olan X17 məxsus olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi və onun üzərində yerləşən 1502,1 m sahəsi olan əmlak kompleksi 470000 manat dəyərləndirilərək Cəmiyyətin nizamnamə kapitalına qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən Cəmiyyətin nizamnaməsində dəyişiklik edilərək xx.xx.2016-cı il tarixdə 2-ci redaksiyada nizamnamə təsdiq edilmişdir. Təsisçilərin nizamnamə kapitalındakı payları 100 manat pul şəklində, 470000 manat isə əmlak şəklində olmaqla hər bir təsisçinin payı 50%+50% müəyyən edilmişdir. Təsisçilərdən Q.Cəbrayılov Cəmiyyətin nizamnamə kapitalındakı payını (50 manat pul şəklində, 235000 manat isə əmlak şəklində) M.Mirzəyevə satmış və baş vermiş dəyişiklik ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən Cəmiyyətin nizamnaməsində dəyişiklik edilərək xx.xx.2017-ci il tarixli 3-cü redaksiyada nizamnamə təsdiq edilmişdir. Hər iki təsisçi Cəmiyyətin nizamnamə kapitalındakı (100 manat pul şəklində, 470000 manat isə əmlak şəklində olan) paylarının 12.5%+12.5% olmaqla cəmi 25% hissəsini X22 notarial qaydada təsdiq olunmuş xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satmış və bu dəyişiklik ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən Cəmiyyətin nizamnaməsində dəyişiklik edilərək xx.xx.2018-ci il tarixli 4-cü redaksiyada nizamnamə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 64.1 və 64.3-cü maddələrinə uyğun olaraq, təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Məhdud məsuliyyətli cəmiyyət də təsərrüfat cəmiyyətidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 64.1-ci maddəsinə əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Həmin Məcəllənin 64.3-cü maddəsinə əsasən təsərrüfat cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Məhkəmə kollegiya qeyd edir ki, işə kassasiya qaydasında baxılarkən apellasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sözügedən qərarda göstərilmişdir ki: Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi məhkəmə iclaslarında verdiyi izahatlarında cavabdeh tərəfindən təsisçilərin qərarının notarial qaydada təsdiq olunması tələb olunduğundan təsisçilərin bununla bağlı 18 noyabr 2017-ci il tarixdə təkrar qərar qəbul edərək cavabdeh orqana müraciət etdiklərini bildirmişdir. Qeyd olunan qərar məhkəmə tərəfindən tələb edilərək tədqiq edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyasında icraat zamanı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin təsisçisinin ümumi yığıncağının 18 noyabr 2017-ci il tarixli qərarından görünür ki, təsisçilərdən X17 məxsus olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən ümumi sahəsi 1502,1 kv.m, torpaq sahəsi və 1 ha olan əmlak kompleksinin "xxxx" MMC-nin nizamnamə pay fonduna verilməsi, nizamnamə pay fonduna verilən həmin əmlak kompleksinin təsisçilər arasında bərabər pay şəklində təsisçilərin əmlak payı kimi müəyyən olunması, nizamnamə pay fonduna verilən həmin əmlak kompleksinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin Abşeron Ərazi İdarəsinə müraciət etmək, sənədləri qeydiyyat orqanına təqdim etmək, dəyişiklikləri əks etdirən hazır sənədləri və o cümlədən, əmlaka dair Dövlət Reyestrindən Çıxarışı təhvil almaq səlahiyyətinin Vəkil1 verilməsi qərara alınmışdır. Hüquqi şəxsin iştirakçılarının (təsisçilərinin) ümumi yığıncağının qərarı müqavilə olmasa da, MM-in 14.2, 14.2.4 və 14.2.8-ci maddələrinə uyğun olaraq, bilavasitə mülki hüquqlar yaradan “qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi” və “fiziki və hüquqi şəxslərin digər hərəkətləri” kimi də qiymətləndirilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Kassasiya instansiya məhkəməsinin qərarda göstərdiyi digər hal ondan ibarətdir ki, “3-cü şəxsin qəyyumu birinci və apellyasiya instansiyası məhkəmələrində icraat zamanı, habelə hazırda kassasiya şikayətinə qarşı etirazda da Ü.Cəfərovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyini bildirir, bununla bağlı birinci instansiya məhkəməsində icraat zamanı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə 3-cü şəxsin vəkili tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 1 oktyabr tarixli 2(007)-2780/2021 saylı qətnaməsi təqdim edilmiş, lakin həmin qətnamə iş materiallarına əlavə edilməmiş və işdəki digər sübutlarla əlaqəli şəkildə tədqiq edilməmişdir. İşdə olan Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli Şəhər Poliklinikasının 21 oktyabr 2019-cu il tarixli arayışında X15 2009-cu ildən “yüngül dərəcəli kəmağıllıq” diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatında olduğu göstərilmişdir. Məhkəmə kollegiyası bununla bağlı həmçinin bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən 2020-ci ildə Ü.Cəfərovun fəaliyyət qabiliyyəti olmayan sayılması barədə məhkəmə qətnaməsinin mövcud olub-olmaması, mövcuddursa həmin qətnamənin qüvvəyə minib-minməməsi barədə məlumat verilməsinə dair sorğu verildiyindən, Nizami Rayon Məhkəməsi tərəfindən də sorğuya cavabda 2020-ci ildə üçüncü şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamənin aşkar edilmədiyi qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarından sonrakı dövrdə üçüncü şəxsin sənədləri imzalayan vaxt qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyətli olub-olmamasını araşdırmamışdır”. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya məhkəməsində baxılarkən üçüncü şəxs X15 qəyyumu X19 etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Ü.Cəfərov xx.xx.2017-ci ildə anlaqsız vəziyyətlərdə məhkəməyə təqdim olunan sənədi imzalamışdır. Onun anlaqsız olmasını sübut edən sənəd onun 2009-cu ildən Nizami rayonu 26 saylı poliknikada kəmağıllıq diaqnozu ilə ruhi əsəb kabinetində qeydiyyatda olmasıdır. Həmçinin Ü.Cəfərov Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2780/2021 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmişdir. Hazırkı işə apellyasiya instansiya məhkəməsində yenidən baxılarkən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə sorğu verilərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(007)-2780/2021 nömrəli qətnaməsinin qanuni qüvvəyə minibminməməsi barədə məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2780/2021 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. Lakin həmin qətnamədən "xxxx" MMC apellyasiya şikayəti və qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir. Mülki iş üzrə iclas təyin edilib qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılacaqdır. İş materiallarından müəyyən olunur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-2780/2021 nömrəli qərardadı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2780/2021 nömrəli qətnaməsindən "xxxx" MMC tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət ötürülməmiş hesab edilmiş və mülki işin şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-6978/2025 nömrəli qərardadından görünür ki, ərizəçi X9 vəkili X16 şikayətləri təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-2780/2021 nömrəli “maraqlarına toxunan şəxs qismində tanınma” və “apellyasiya şikayəti verilməsi” üçün buraxılmış prosessual müddətin ötürülməmiş hesab edilməsi” barədə qərardadları ləğv edilmiş, "xxxx"MMC tərəfindən “maraqlarına toxunan şəxs qismində tanınma” və “apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası” barədə ərizələri təmin edilməmişdir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında göstərdiyi “Üçüncü şəxsin əmlakı hesabına cəmiyyətin nizamnamə kapitalının artırılması ilə bağlı "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarında və xx.xx.2016-cı il tarixli nizamnaməsində (2-ci redaksiyada) imzaların Ü.Cəfərova məxsus olmaması işdə olan ekspert rəyi ilə (bax bu qərarın 21-ci bəndi) təsdiq olunsa da, nizamnamənin daha sonrakı redaksiyalarında daşınmaz əmlak cəmiyyətin nizamnamə kapitalında pay şəklində öz əksini tapması, nizamnamənin 3 və 4-cü redaksiyalarının Ü.Cəfərov tərəfindən imzalanması, lakin apellyasiya məhkəməsinin Ü.Cəfərov tərəfindən imzalanmış həmin sənədlərin mötəbərliyi ilə bağlı araşdırma aparmaması” halına münasibətdə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2022-ci il tarixli, 4/501 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarının kserosurətinin aşağı hissəsində “X21” yazıları qarşısında əks olunan imza, xx.xx.2016-cı il tarixli nizamnaməsinin (2-ci redaksiyada) kserosurətinin yuxarı sağ tərəfində “X21” yazıları qarşısında əks olunan imza X21 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Göründüyü kimi "xxxx" MMC-nin təsis sənədlərindəki imzanın üçüncü şəxs X17 məxsus olmaması ekspert rəyi ilə təsdiqlənmişdir. Qeyd edilən sənəd və yuxarıda qeyd edilən məhkəmə aktları "xxxx" MMC-nin təsisçiləri arasında razılaşmanın olmadığını göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. İş materiallarından da göründüyü kimi Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2780/2021 nömrəli qətnaməsi ilə xx.xx.1990-cı il tarixdə Abşeron rayonunda anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan X21 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmiş, həmin qətnamə X15 üzərində qəyyum təyin edilməsi üçün əsas olmuşdur. Sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Yuxarıda qeyd edilən qanunvericiliyin mənasından da görünür ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. İş üzrə üçüncü şəxs X21 xx.xx.2021-ci il tarixdə məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmiş, nizamnamənin 3 və 4-cü redaksiyaları isə onun tərəfindən həmin tarixdən əvvəl öz iradəsi əsasında imzalanmışdır. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 19 noyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxsin qanuni nümayəndəsinin vəkili Vəkil5 izahatında məhkəmə kollegiyasının sualına cavab olaraq bildirmişdir ki, “Nizamnamənin 3-cü və 4-cü redaksiyalarında olan imzalar Ürfət Cəfərova məxsusdur”. Qeyd edilən hal işin mübahisəli halı olmadığından iş üzrə ekspertiza keçirilməsinə zərurət yaranmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Belə ki, imtinada mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri qanunvericilik normasının tələbinə zidd olmaqla, iddiaçıya münasibətdə mülkiyyət hüququndan əsassız olaraq məhdudlaşdırılmasına səbəb olduğundan, etiraz və imtinanın dəlilləri əsassız olmuşdur. Həmçinin məhkəmə kollegiyası üçüncü şəxsin qanuni nümayəndəsi X9 hazırkı iş üzrə xx.xx.2016-cı il ildə ona məxus əmlakın özgəninkiləşdirilməsi məqsədilə yəni nizamnamə kapitalındakı dəyişikliklə bağlı təsisçilərin ümumi yığıncağının qərarında Cəfərov Ürfətə məxsus imzanı saxtalaşdıran şəxs barəsində Cinayət Məcəlləsinin 313-cü maddəsinə uyğun olaraq cinayət işinin başlanılması üçün xüsusi qərarın çıxarılıb prokurora göndərilməsi barədə vəsatətə münasibətdə qeyd etməyi zəruri hesab edir hazırkı inzibati iş üzrə məhkəmə araşdırması zamanı xüsusi qərardadın çıxarılmasına əsas olan prosessual qanunvericilikdə müəyyən edilən hallar aşkar edilməmişdir. Buna görə də qeyd edilən vəsatət əsassız olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2-1(118)-68/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27rşı “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi və onun üzərində yerləşən 1502,1 kv.metr sahəsi olan əmlak kompleksi kimi müəssisənin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1109/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1109/2025
10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver