Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-111/2025 26.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2121/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən təqdim edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli, 2(060)-1368/2016 saylı qətnaməsindən və NT-İ seriyalı, ******* saylı “Əmək kitabçası”ndan görünür ki, xx xxxxxx 1959-cu ildə doğulmuş İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1981-ci ilə qədər Qubadlı rayonunun “Mehdi Hüseynzadə” adına kolxozda,xx.xx.1981-xx.xx.1996-cı illərdə 42 nömrəli Uşaq bağçasında, xx.xx.1997-xx.xx.1999-cu illərdə 41 nömrəli Uşaq bağçasında, xx.xx.1999-xx.xx.2005-ci illərdə isə "xxxx" Dövlət Şirkətinin İstehsalat Texnoloji Komplektləşmə İdarəsində işləmişdir.
2. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli yaşa görə əmək pensiyanın təyin edilməsindən imtina olunması haqqında məktubundan görünür ki, təqdim edilmiş əmək kitabçası və məhkəmə qətnaməsinə əsasən sığorta stajı ümumilikdə 24 il təşkil etmiş, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində isə pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçıya xx.xx.2011-ci il tarixində əlilliyə görə əmək pensiyası təyin edilərkən təqdim edilmiş əmək kitabçasının surətində xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyətinə dair qeyd olmadığından, mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək dövrlərin sığorta stajı daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğindən yaşa görə sosial müavinət təyin edilmişdir.
3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" Dövlət Şirkəti (sonradan "xxxx" ATSC) 05 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır, "xxxx" Dövlət Şirkətinin İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi isə 11 iyul 1996-cı il tarixindən 01 oktyabr 1996-cı il tarixinədək reyestrdə Bakı şəhəri üzrə qeydiyyatda olmuşdur.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İdarədə olan reyestrdə Sumqayıt İstehsalat Texnoloji Komplektləşdirmə idarəsi adlı kommersiya qurumu aşkar edilməmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 336 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri 34.34% özəlləşdirilmişdir. Müraciətdə qeyd edilən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Sumqayıt İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı bir məlumat əldə edilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin 2000-ci il 5 dekabr tarixli 336 nömrəli sərəncamına əsasən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında yaradılmışdır. Cəmiyyətin tərkibindəki müəssisələrin siyahısında Sumqayıt İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi olmamışdır. Eyni zamanda məlumat üçün bildiririk ki, Cəmiyyətin səhmlərinin bir hissəsi (34,34%) özəlləşdirilmiş, dövlət mülkiyyətində qalan səhmləri Xidmətin 2021-ci il 28 dekabr tarixli 228 nömrəli sərəncamı ilə Mərkəzin idarəetməsinə verilmişdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, xx.xx.2000-ci il tarixində dövlət qeydiyyatına alınmış "xxxx" X5 Cəmiyyətinin (VÖEN **********) ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 646 nömrəli, 2 dekabr 1997-ci il tarixli fərmanı ilə "xxxx" Dövlət Şirkəti ləğv olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 851 nömrəli, 16 iyul 1998-ci il tarixli sərəncamı ilə özəlləşdirilməyə açılmış "xxxx" Dövlət Şirkətinin müəssisələrinin siyahısında Sumqayıt İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsinin adı aşkar edilməmişdir. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 336 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin 34.34%, o cümlədən 0.67%-i əmək kollektivinə güzəştli satışda, 33.67%-i ixtisaslaşdırılmış çek hərraclarında özəlləşdirilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “20 iyun 2022-ci ildə, yəni 62,5 yaşının tamam olduğu tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni məhkəmədən xahiş etmişdir
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1959-cu ildə anadan olmuş, əmək fəaliyyətinə Qubadlı rayonunun “Mehdi Hüseynzadə” adına kolxozda xx.xx.1974-cü ildə başlamış, həmin kolzoda xx.xx.1981-ci ilə qədər işləmişdir. xx.xx.1981-xx.xx.1996-cı illərdə 42 nömrəli Uşaq bağçasında, xx.xx.1997-xx.xx.1999-cu illərdə Sumqayıt Təhsil Şöbəsində, xx.xx.1999-xx.xx.2005-ci illərdə Sumqayıt İstehsalat Texnoloji Komplektləşmə İdarəsində işləmişdir. Ümumi iş stajı 30 ildən artıqdır. İş stajını ona məxsus olan NT-İ seriyalı ******* saylı “Əmək kitabçası” təsdiq edir. Yaşa görə əmək pensiyası təyini məqsədilə sənədlərini DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala təqdim etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubuna əsasən onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtinanın səbəbi kimi isə əlilliyə görə emək pensiyası təyin edilərkən təqdim etdiyi əmək kitabçasının surətində xx.xx.1999-cü il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətinə dair qeydlərin mövcud olmadığı bildirilmişdir. Cavabdehin qeyd etdiyi səbəbə görə isə bildiri ki, texniki səhv səbəbindən həmin idarədə işləməsinə dair əmək kitabçasındakı qeyd olan səhifənin surətini vaxtıilə çıxarıb verməməsi olmuşdur. Buna görə də imtinanı qanunsuz hesab edir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
11. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının mübahisəsiz sığorta stajı təqdim etdiyi əmək kitabçası və məhkəmə qətnaməsinə əsasən ümumilikdə 24 il təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasına əsasən xx.xx.1999-cü il tarixdən xx.xx.2005-ci il tarixədək istehsal Texnoloji Komplektləşdirmə idarəsində ümumilikdə 05 il 11 ay 12 gün təşkil edir. Belə ki, inzibati icraat zamanı iddiaçının xx.xx.2011-ci il tarixdə əlilliyə görə emək pensiyası təyin edilərkən təqdim etdiyi əmək kitabçasının surətində xx.xx.1999-cü il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətinə dair qeydlərin mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-eu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmır.
Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı
12. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2121/2023 nömrəli qərarı ilə.(hakim Ceyhun Məmmədov) iddia təmin edilmiş, İddiaçı 20 iyun 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçası ilə onun qeyd olunan müddətlər ərzində həmin müəssisələrdə işləməsi öz təsdiqini tapmış olur. Belə ki, qeyd edilən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. Başqa sözlə cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlərin həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Qanunvericiliyin tələbinə əsasən iddiaçının əmək kitabçasında qeyd mübahisələndirilən müddətlər hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu müddət 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, qanunun tələblərini əsas götürdükdə iddiaçının 62,5 yaşı xx.xx.2022-ci ildə tamam olmuş olur.
b) apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-187/2024 nömrəli iş üzrə 14 may 2024-cü il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2121/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
c) kassasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 2-1(102)-2450/2024 nömrəli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-187/2024 saylı 14 may 2024-cü il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qırara alınmışdır.
Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-2121/2023 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq Filialın ona ünvanladığı xx.xx.2022-ci il tarixli **********7 nömrəli imtina məktubunda bildirilmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlahn ölümü ilə əlaqədar onların ailə üzvlənnin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrtəhnin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrləhn məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, xx.xx.1959-cu il təvəllüdlü Nümayəndə2 yaşa görə əmək pensiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə 62 yaş 6 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləöindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəmir. Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisəsiz sığorta stajı təqdim etdiyi əmək kitabçası və məhkəmə qətnaməsinə əsasən ümumilikdə 24 il təşkil edir . İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasına əsasən xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək İstehsal Texnoloji Komplektləşdirmə idarəsində ümumilikdə 05 il 11 ay 12 gün təşkil edir. Belə ki, inzibati icraat zamanı iddiaçının xx.xx.2011-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilərkən təqdim etdiyi əmək kitabçasının surətində xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətinə dair qeydlərin mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20.Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. 2011-ci ildən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyə görə əmək pensiyası təyin edilərkən, 1999-2005-ci illər işlədiyi dövr əmək kitabçasında mövcud olmamışdır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etdiyi dövrdə 24 il stajı müəyyən edildiyi üçün imtina verilmiş və 1999-2005-ci illərdə işlədiyi dövr nəzərə alınmamışdır. Nəzərə alınmamasının səbəbi isə əvvəlki pensiya təyinatı zamanı əmək kitabçasında 1999-2005-ci illərə dair qeydlərin olmaması olmuşdur. İddiaçı işləmə faktının müəyyən edilməsinə dair qətnaməni aldıqdan sonra pensiyanın yenidən hesablanmasını həyata keçrimişdir ki, bu da iş stajının çox olmasının pensiya məbləğinə təsir etməsini bildiyini təsdiq etmişdir. Lakin, 2011-ci il tarixdə verilmiş əmək kitabçasında həmin qeyd olmamışdır. "xxxx" Dövlət Şirkətinin İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi isə ümumiyyətlə Sumqayıt şəhərində olmamış, Bakı şəhərində qeydiyyatda olmuşdur. 2016-cı il tarixdə pensiya hesablanarkən 1999-2005-ci illər nəzərə alınsa da hazırkı müraciəti zamanı nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul etməyinizi xahiş edir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçının işə qəbul prosesində özü yaxından iştirak etmişdir. İddiaçı, əvvəl 42 №-li bağçada işləmiş, maaş az olduğundan iş yerini dəyişmək qərarına gəlmişdir. Özü isə həmin dövrlərdə 1 nömrəli “TRES” in nümayəndəsi olmuş, qeyd olunan müəssisə onlardan mal almışdır. Tanışlığı ilə əlaqədar onlardan yer olduğu təqdirdə arvadını işə götürmələrini xahiş etmişdir. Razılaşma olmuş, təmsil etdiyi şəxs işə götürülmüşdür. İşə qəbul üçün ərizəni də özü yazmışdır. X1 Tağıyev qəsəbəsində yerləşmişdir. Həmin müəssisə 2005-ci ildə işçilərini onların öz hesablarına buraxdıƏmək kitabçasını 2007-ci ildə balaca köşk kimi yerdən təhvil almışdır. Bu məsələdə heç bir saxta iş ola bilməz. Həmin idarə 1997-ci ildə ləğv olunmamışdır. Həmin dövrdə baza fəaliyyət göstərirdi. Ola bilsin ki, düzgün idarə haqqında məlumat əldə edilməyib. Əlilliyinin kəsilməsi səbəbini bilmir. Müəssisənin 1997-ci ildə ləğv edilməsi ağlabatan deyildir. Arvadı 1999-cu ildə işə qəbul olunmuş, 2005-ci ilə qədər həmin müəssisədə işləmişdir. Əmək kitabçasını isə 2007-ci ildə əldə etmişdir. İşlədiyi yer Sumqayıtda, H.Z.Tağıyev qəsəbəsində, dəniz kənarında hektarlarla sahəni əhatə edən bir yer olmuşdur. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası:
38.1 Hər kəsin sosial təminat hüququ vardır. 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
24. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”
3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunu:
13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılmışdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2121/2023 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
29. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçıya 2011-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilən zaman inzibati orqan iddiaçının təqdim etdiyi xx.xx.1981-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətində sonuncu qeydin xx.xx.1999-cu il tarixli işdən çıxma əmri olmasını müəyyən etməklə, xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrə aid qeydlərin həmin əmək kitabçasının surətində əks olunmamasını, hazırda təqdim olunan əmək kitbçasındakı qeyd olunan dövrə dair əmək stajına dair qeydlərin mötəbərliyinin şübhəli olmasını əsas gətirərək həmin dövr üzrə əmək stajını nəzərə almamışdır. İddiaçının işlədiyi həmin dövrə aid qeydlərin əmək kitabçasının əsli olan nüsxəsində olduğu halda, əmək kitabçasının xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixinədək olan dövrə aid qeydlərin əks olunduğu səhifənin surətinin pensiya təyin edilən orqana 2011-ci ll tarixə əlilliyə görə pensiya təyin edilən zaman təqdim edilməməsi və ya pensiya təyin edən orqanın əmək kitabçasındakı həmin qeydlər olan səhifəni götürməməsi ağılabatan hesab olunmur. Belə ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilərkən tələb olunan iş stajı ilə yanaşı, əlavə iş stajlarının olması da nəzərə alınırdı. İş materiallarında olan DSMF-nin Sumqayıt şəhər şöbəsinin 04 mart 2011-ci il tarixli qərarının pensiyanın hesablanması cədvəlində tələb olunan minimum əmək stajının 12 il olmasına baxmayaraq, iddiaçının faktiki əmək stajı 17 il 9 ay müəyyən edilmişdir ki, pensiyanın məbləği də ümumi əmək stajına müvafiq olaraq hesablanmışdır. Həmin 17 il 9 aylıq əmək stajı isə iddiaçının xx.xx.1981-xx.xx.1996-cı illərdə 42 nömrəli Uşaq bağçasında, xx.xx.1997-xx.xx.1999-cu illərdə 41 nömrəli Uşaq bağçasında işlədiyi dövrə uyğun olmuşdur.
30. Lakin, iddiaçının xx.xx.2016-cı il tarixli müraciəti əsasında DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası yenidən hesablanmış və xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" Dövlət Şirkətinin İstehsal Texnoloji Komplektləşdirmə İdarəsində işlədiyi dövr sığorta stajına daxil edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin edilməsindən imtinasının əsas səbəbi, iddiaçıya xx.xx.2011-ci il tarixində əlilliyə görə əmək pensiyası təyin edilərkən təqdim edilmiş əmək kitabçasının surətində xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyətinə dair qeydlərin olmaması və həmin dövr üzrə iş stajının mötəbərliyinə əsaslı şübhələr olması olmuşdur ki, qeyd edilən dövr nəzərə alınmadığı halda iddiaçıya yaşa görə əmək pensiya təyin edilməsi üçün əsas verən 25 illik sığorta stajı tamam olmamışdır.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, cavabdeh inzibati orqanın imtinasını əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsassız hesab hesab etmişdir.
33. Belə ki, iş materiallarında olan Dövlət Statistika Komitəsinin 18 dekabr 2023-cü il tarixli məktubunda "xxxx" Dövlət Şirkəti (sonradan "xxxx" ATSC) 05 iyun 1996-cı il tarixdən statistik vahidlərin Dövlət Reyestrində qeydiyyatda olması, "xxxx" Dövlət Şirkətinin İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsinin isə 11 iyul 1996-cı il tarixdən 01 oktyabr 1996-cı il tarixədək Bakı şəhəri üzrə qeydiyyatda olması qeyd edilmişdir. Həmçinin, “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 646 nömrəli, 2 dekabr 1997-ci il tarixli fərmanına əsasən "xxxx" Dövlət Şirkəti ləğv olunmuş və Fərmanın 2-ci bəndinə əsasən şirkətin tabeliyində olan müəssisələr və obyektlərin səhmdar cəmiyyətlərinə çevrilmək və özəlləşdirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (daha əvvəl Dövlət Əmlak Komitəsi) sərəncamına verilmişdir. Fərmanın 4-cü bəndinə əsasən isə Dövlət Əmlak Komitəsinin sərancamına keçən müəssisələrin və obyektlərin səhmdar cəmiyyətlərinə çevrilməsini və özəlləşdirilməsini təmin edilməsi müvafiq orqana həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 aprel 1999-cu il tarixli sərəncamına əsasən isə Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin ləğv edilməsi ilə əlaqədar həmin şirkətin prezidenti də işdən azad edilmişdir. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq isə ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 336 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və xx.xx.2000-ci il tarixində dövlət qeydiyyatına alınmışdır.
34. Göründüyü kimi iddiaçının işlədiyini iddia etdiyi "xxxx" Dövlət Şirkəti Azərbaycan Respublikası Prezidentinin 646 nömrəli, 2 dekabr 1997-ci il tarixli fərmanına əsasən ləğv olunaraq, özəlləşdirməyə açılmış və onun bazasında Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 336 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. İddiaçının əmək kitabçasına isə "xxxx" Dövlət Şirkətinin möhürü 20 noyabr 2005-ci il tarixdə vurulmuşdur ki, xx.xx.2000-ci il tarixdən mövcud olmayan şirkətin, o cümlədən onun idarəsinin təxminən 5 ildən sonra, yəni 20 noyabr 2005-ci il tarixdə möhürünün mövcud olması mümükünsüz olmaqla, iddiaçıya məxsus əmək kitabçasındakı xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixinədək olan iş illərinə dair qeydlərin mötəbər olmamasını təsdiq etmişdir.
35. Bundan başqa iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" Dövlət Şirkətinin ləğv edilməsi ilə əlaqədar yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı da aşkar edilməmişdir. Qeyd edilən hal da iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixinədək "xxxx" Dövlət Şirkətində işləməsini istisna etmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1999-cu il tarixindən 2005ci il tarixinədək "xxxx" Dövlət Şirkətinin İstehsal Texnoloji Komplektləşdirmə İdarəsində işləməsinə dair əmək kitabçasındakı qeydlər mötəbər hesab olunmamışdır. Qeyd edilən dövr nəzərə alınmadıqda isə iddiaçının pensiya hüququ verən 25 il sığorta stajı yaranmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın qeyd olunan dövrü nəzərə almamaqla, iddiaçıya pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, birinci instansiya məhkəməsinin isə iş üzrə gəldiyi nəticə əsassız olmuşdur.
37. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının xx.xx.2016-cı il tarixli müraciəti əsasında DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən ona əlilliyə görə əmək pensiyası yenidən hesablanarkən xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixinədək "xxxx" Dövlət Şirkətinin İstehsal Texnoloji Komplektləşdirmə İdarəsində işlədiyi dövr sığorta stajına daxil edilsə də yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı iddiaçının müraciətinə baxıldığı zaman həmin dövr onun sığorta stajı kimi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın əvvəlki inzibati praktikaya uyğun olmayan hərəkəti “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunun 13-cü maddəsinin tələbinə uyğun olmuşdur. Belə ki, həmin qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
38. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2121/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2121/2023 nömrəli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARAALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2121/2023 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.