Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1116/2025 03.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-429/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1957-cı il təvəllüdlüdür. Cavabdehin iddiaçıya ünvanladığı məktubdan görünür ki, müvafiq sənədlər tam şəkildə Mərkəzi Filiala təqdim edildikdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə baxıla bilər. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubdan görünür ki, iş yerinin arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim edilmədiyindən güzəştli iş stajınızı müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsinin 5 dekabr 2025-ci il tarixli, 3- 21-2-2-1/2-93341/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, Azərmetaltəmirtikinti İstehsalat Birliyinin Domnatəmir Tikinti Quraşdırma idarəsi xx.xx.2024-cü il tarixdə KOL-736 nömrə ilə dövlət qeydiyyatına alınmışdır, ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki,"xxxx" ASC (keçmiş Azərbaycan Boruyayma zavodu) Azərbaycan Respublikasında polad boru istehsalında aparıcı roloynayan ən böyük metallurgiya müəssisələrindən biridir və müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. Peşə uyğunluğu ilə bağlı nəzərinizə çatdırırıq ki, hər hansı bir peşənin uyğunluğunu müəyyən edərkən ilk əvvəl həmin peşənin aid olduğu sahə müəyyən edilməlidir. "xxxx" ASC-nin istehsalat sahələri əsasən Azərbaycan Respublikası NazirlərKabinetinin21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 1 və 2 saylı Siyahılarının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin 2-4-cü bəndlərində nəzərdə tutulmuşdur. İşlədiyi istehsalat sahəsindən asılı olaraq “quraşdırıcı-çilingər” peşəsi 2 saylı Siyahının 3-cü Metallurgiya istehsalatı bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları” (2040200a- 14587); (2040300a- 14587); (2040400a- 14587) peşələri ilə eynilik təşkil edir. Vəzifə təlimatından da göründüyü kimi quraşdırıcı-çilingər tərəfindən müəssisənin bütün sexlərində təmir və quraşdırma işləri həyata keçirilmişdir. Nəzərinizə çatdırırıq ki, hal-hazırda müəssisəmizin istehsal fəaliyyəti yoxdur. Lakin, müəssisəmizdə “quraşdırıcı-çilingər” peşəsindən başqa “təmirçi-çilingər”, “nəzarət ölçü cihazları üzrə çilingər” peşələri də mövcud olmuşdur və bu peşədə çalışmış işçilər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasi Dövlət Arxivinin Sumqayit filialının xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Sumqayıt Metallurgiya İstehsalatı zavodunun, “Azərmetaltəmirtikinti” İB “Domnatəmir” TTQ İdarəsinin, "xxxx" ASC-nin, Mərkəzi Domna Təmiri Trestinin və Sumqayıt Boru Prokat zavodunun arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2017-ci il tarixdən ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, hazırkı inzibati işin müsbət həllinin yalnız işəgötürənin möhüründən asılı olduğunu nəzərə alaraq, iş üzrə "xxxx" ASC-nın sədrini maraqlı şəxs və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-cü şəxs qismində cəlb olunmalarını, 2-1(118)-1458/2024 saylı inzibati iş üzrə cavabdehin Sərəncama zidd xx.xx.2024 və xx.xx.2024-cü il tarixli imtinanın qərəzli, əsassız, qanunsuz olduğunu, habelə onun yaşamaq hüququnun məhdudlaşdırdığını nəzərə alaraq rədd edilməsi barədə ədalətli əsaslı, qanun qərardad qəbul edilməsi, onun güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmağına dair baş mühasibin tərtib etdiyi əsaslı və qanuni arayışa və cədvələ möhür vurulmasını maraqlı şəxs “'Sumqayıt Təmir-Tikinti ASC-nin sədri va 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavinindən tələb edilməsi, onun əmək kitabçasının və hərbi biletinin əslini məhkəməyə təqdim etdiyini, əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göndərilməsi güzəştli şərtlərlə peniya hüququnun əldə edilməsi üçün əsas olmasının Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (102)-424/2021 sayl, xx.xx.2021-cı il tarixli qərarı ilə təsdiq olunduğunu və habelə 12,6 (25) ildən artıq iş stajının olduğunu, 23 ildir işləmədiyini nəzərə alaraq, iddia tələbinin tam təmin edilməsi, ona xx.xx.2017-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlərə yaşa görə pensiyasının təyin olunmasına və ödənilməsinə dair öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinmək barədə ədalətli qərar qəbul edilməsi, qanunun aliliyinin təmin edilməyəcəyi təqdirdə 500000 manat məbləğində kompensasiya pulunun cavabdehdən alınıb ona ödənilməsi barədə ədalətli, əsaslı və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 60 yaşının tamam olduğunu və əmək kitabçasında qeyd edilmiş konkret çilingər peşə adının siyahıda açıq şəkildə göstərilməsinin güzəştli şərtlərlə pensiya hüququmun əldə edilməsi üçün əsas, 12,6 (25) il iş stajının və habelə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş Qərarının olduğunu nəzərə alaraq, ona xx.xx.2017-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair məhkəmə aktı çıxarılmalıdır. Onun Sumqayıt Metallurgiya Zavodunda Metallurgiya İstehsalatında (Qara Metallar) Domna istehsalatında xx.xx.1978-ci ildən xx.xx.2001-ci ilədək 23 il ərzində çilingər vəzifəsində işlədiyinə, peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı və 23.01. 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıya uyğun və yaşının 60-dan yuxarı olduğuyaşa görə pensiya təyin edilməsi güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış tələb olunur. Cavabdehin xx.xx.2022-ci il tarixil **********0 saylı məktubundan görünür ki, müvafiq sənədlər tam şəkildə Mərkəzi Filiala təqdim edildikdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə baxıla bilər. 23 il (12 il 6 aydan çox güzəştli iş stajı) işlədiyi Sumqayıt Metallurgiya Zavodu ləğv olunduğu, arxiv sənədləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətinə verildiyi, habelə Döviət Əmlak Məsələləri Xidməti mənə verilən Arayışa və Cədvələ möhür vurmadığı üçün DSMF xx.xx.2017-ci ildən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək istəmir. "xxxx" ASC-nin baş mühasibi onun güzəştii şərtlə əmək pensiyası hüququ verən işdə çalışmağına dair arayışı və cədvəli tərtib edib, imzalayıb. Həmin arayışa və cədvələ möhür vurulmasını Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavinindən və köməkçisindən dəfələrlə xahiş etmiş, hətta xx.xx.2023-cü il tarixli rəsmi qaydada yazılı ərizə təqdim etmişəm, amma nəticəsiz qalıb, bu günə qədər cavab verilməyibdir. Həmin arayışa və cədvələ möhür vurulmasına və habelə güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsinə nail ola bilmədiyinə görə Məhkəməyə müraciət edirəm və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə müqayisə edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-424/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq olunub ki, yalnız şikayətçinin əmək kitabçasında qeyd edilmiş konkret oesə adının Siyahıda açıq səkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Cavabdeh əsassız olaraq ona güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinin mümkülüyünə dair ərizəsində qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasını xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubla bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə cavab məktubunda göstərilən müvafiq sənədlər Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Bundan narazı qalan iddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası’nın 2.2.1 -ci yarımbəndinə və 4.1 -ci bəndinə əsasən Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir:1. şəxsiyyət vəsiqəsinin surəti; i A 2. ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.); 3.“Əmək pensiyaları haqqmda” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı; 4. pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə onun əmək kitabçasının əsli və güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı yuxarıda göstərilən müvafiq sənədlər ilə birlikdə iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edildikdən sonra baxılmağı mümkün olması bildirilmişdir. Lakin İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı inzibati orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair zəruri sənədləri təqdim etmədiyi halda həmin tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın mümkünlük şərtlərinə əməl edilmədiyindən iddia mümkün sayılmamalıdır. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı tərəfindən cavabdeh inzibati orqana güzəştli arayışı təqdim edilmədiyindən onun güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-429/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ümumi əmək stajı qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən azdır. Belə ki, iddiaçının əmək kitabçasında xx.xx.1978- xx.xx.2001-ci ilədək “Domnatəmir” TTQ idarəsində işləməsi ilə bağlı qeydlər vardır. Cavabdeh inzibati orqan inzibati icraata apararaq sözügedən müəssisənin nəzdində olmuş Mərkəzidomna təmir trestində xx.xx.1994-cü ildən sonrakı illərə münasbətdə iddiaçının işləməsi ilə bağlı məlumatlar aşkar etməmişdir. Məhkəmənin icraatında olmuş digər inzibati işin materiallarından götürülmüş arxiv məlumatlarından görünür ki, müəssisənin arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. Həmçinin, müvafiq müəssisədə həmin ərəfədə işləmiş digər şəxs X3 barəsində DSMF və Azərboru ASC-nin birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli Aktından da görünür ki, Mərkəzidomna təmir tresti Azərbaycan Boruyayma Zavodunun ərazisində yerləşməklə müəssisənin fəaliyyət sahəsinə uyğun olaraq domna sobalarının təmiri üzrə həmin zavodda xidmət göstərmişdir.Mərkəzidomna təmir tresti Rusiya Federasiyasının Sumqayıt filialı kimi fəaliyyət göstərmişdir. Xidmət göstərdiyi domna sobalarına təlabat olmadığından müəssisənin xx.xx.1994-cü ildən fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının Mərkəzidomna təmir trestində 0xx.xx.1994-cü ildən sonra işləməsinə dair kifayət qədər şübhəli məqamlar olduğundan, onun həmin müəssisədə işlədiyi illəri iş stajına daxil edilməsi məqsədəmüvafiq deyildir. Belə olan halda iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. Ona görə iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın xx.xx.2019-cu ildən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınaraq iddianın təmin edilmədi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri ..... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrindəvəbirləşmələrindəolmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti ..... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9cu maddəsinə əsasən yaşa görə pensiya təyinedilməsi üçün güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin olunmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində iş yerindən güzəştli iş stajına aid arayış təqdim edilmədiyindən, güzəştli iş stajının müəyyən edilməsi mümkün olmadığından, ümumi iş satjına münasibətdə isə aparılmış yoxlama nəticəsində işlədiyi müəssisəsinin xx.xx.1994-cü ildən sonra fəaliyyəti olmadığından, xx.xx.1976-xx.xx.1976-cı il, xx.xx.1976-xx.xx.1978-ci il,xx.xx.1978—xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1994-cü il tarixlər arsında dövrləri nəzərə almaqla, 17 il 6 ay 11 gün ümumi iş stajı kimi qəbul edərək, ümumi iş stajına aid şərtin də ödənilmədiyini, habelə qanunla tələb olunan minimum pensiya kapitalı məbləğinin az olduğunu əsas gətirərək, müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı siyahı üzrə 57 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 57 yaşının tamam olması, 2) xx.xx.2006-ci ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması və 3) xx.xx.2006-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1957-cı il təvələddlü olmaqla, 57 yaşı xx.xx.2014-ci il tarixdə tamamlanmışdır. İddiaçı əmək pensiyasının təyin edilməsi ilə bağlı 02 noyabr 2022-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş satjı kimi 17 il 6 ay 11 gün olduğunu qəbul edir, güzəştli iş stajına dair iş yerindən arayış olmadığından, güzəştli iş stajına malik olmadığını bildirir. Kollegiya iddiaçıya münasibətdə ümumi iş stajına aid şərtin ödənilib-ödənilməməsi ilə bağlı hissədə onu qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının məzmununda iddiaçının işlədiyi dövrlərə aid qeydlər aparılmış, cavabdeh həmin qeydlərdən iddiaçının “Azərmetaltəmirtikinti” İB-nin “Domnatəmir” TTQ idarəsində çilingər peşəsində işlədiyi xx.xx.1978-xx.xx.2001-ci ilə aid dövrlərdən xx.xx.1978-xx.xx.1994-cü ilə qədər olan dövrü, habelə digər qeydləri, hərbi xidmətdə olduğu dövrü nəzərə almış, həmin müəssisədə işlədiyi xx.xx.1994-xx.xx.2001-ci ilə qədər olan dövrü isə nəzərə almamış, əsas kimi həmin dövrdən sonra müəssisənin fəaliyyət göstərməməsi halına istinad etmişdir. Kollegiya cavabdehin imtina əsası kimi istinad etdiyi halla bağlı qeyd edir ki, iddiaçının sözügedən müəssisədə xx.xx.1978-xx.xx.2001-ci ilədək işləməsinə aid, işə daxil olma, işdən azad olma əmrləri barədə qeydlər aparılmış, cavabdeh tərəfindən isə həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı hala istinad edilməmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası iş stajının müəyyən edilməsi üçün əsas sənəd hesab edilmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan sözügedən müəssisənin 1994cü ildən sonra fəaliyyətinin olmadığını bildirsə də, ona dair hər hansı mötəbər sübut təqdim etməmiş, bununla bağlı yalnız "xxxx" ASC ilə birgə tərtib edilmiş 07 mart 2023-cü il tarixli akta istinad edilmişdir. Həmin aktın məzmununda “X1 işlədiyi Mərkəzidomna təmir tresti Azərbaycan Boruyayma zavodunun (indiki "xxxx" ASC) ərazisində yerləşməklə müəssisənin fəaliyyət istiqamətinə uyğun olaraq domna (marten) soblarının təmiri üzrə həmin zavoda xidmət göstərmişdir, Mərkəzidomna təmir tresti Rusiya Federasiyasının Sumqayıt filialı kimi fəaliyyət göstərmişdir, xidmət göstərdiyi domna sobalarına tələbat olmadığından müəssisə xx.xx.1994-cü ildən fəaliyyətini dayandırmışdır” qeyd edilmişdir. Kollegiya cavabdehin sübut kimi istinad etdiyi həmin aktla bağlı qeyd edir ki, sözügedən akt iddiaçı ilə bağlı tərtib edilməməklə, iddiaçıya aid olan hallara istinad edilməmiş, habelə müəssisənin fəaliyyətinin dayanması işçinin həmin müəssisədə işdən azad olunması və ya əmək müqaviləsinə xitam verilməsinin əsası kimi çıxış etməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən müəssisə "xxxx" ASC-nin ərazisində fəaliyyət göstərən müstəqil müəssisə olmuş, onun arxiv sənədləri təhvil verillməmiş, habelə 1994-cü ildən başlayaraq istehsal sahələrinin fəaliyyəti tədricən dayandırılmağa başlanmış, bu səbəbdən də "xxxx" ASC tərəfindən verilmiş məlumatda ASC-nin sabiq əməkdaşı tərəfindən 07 mart 2023-cü il tarixli akt yanlış olaraq qeyri-dəqiq məlumat əsasında yazıldığı, həmin məlumatın nəzərə alınmaması qeyd edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdehin həmin akta istinad edərək, müəssisənin 1994-cü ildən sonra fəaliyyət göstərmədiyini bildirərək, habelə bu hala dair başqa hər hansı mötəbər sübut təqdim etməyərəl, iddiaçının 1994-2001-ci illərdə işlədiyi dövrü ümumi iş stajı kimi nəzərə almamaqda haqlı olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, indiki halda iddiaçının sözügedən müəssisədə xx.xx.1994-xx.xx.2001-ci illərdə işləməsi barədə əmək kitabçasında qeydlər olduğundan, həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud olmadığından, cavabdehin istinad etdiyi hal təkzib edildiyindən, müəssisənin fəaliyytinin 1994-cü ildən sonra olmaması halı müəyyən edilmədiyindən, həmin dövrlər ümumi iş stajı kimi nəzərə alınmalıdır. Bu halda kollegiya hesab edir ki, cavabdehin mübahisələndirmədiyi dövrlər (17 il 6 ay 11 gün) və həmin dövrlər (xx.xx.1994-xx.xx.2001-ci il, yəni 7 il 5 ay 28 gün) nəzərə alındıqda, iddiaçıya münasibətdə ümumi iş stajına aid şərt də ödənilmiş olur (cəmi 25 il 9 gün). Həmçinin, kollegiya iddiaçı barəsində güzəştli iş stajına malik olub-olmaması ilə bağlı hissədə onu qeyd edir ki, iddiaçı xx.xx.1978-xx.xx.2001-ci ilədək “Azərmetaltəmirtikinti” İB-nin “Domnatəmir” TTQ idarəsində çilingər (quraşdırıcı çilingər) peşəsində işləmişdir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisə tərəfindən güzəştli iş stajına aid arayış verilmədiyindən, iddiaçının güzəştli iş stajına malik olmadığını bildirir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının işlədiyi müəssisə hazırda fəaliyyət göstərməmiş, onun hüquqi varisi olan müəssisəyə sorğu ünvanlansa da, sorğuya dair cavabın əldə edilməsi mümkün olmamış (onda sənədlər olmadığından cavab verə bilmədiyini, həmin peşənin mövcud olmadığı qeyd edilmişdir). Bu baxımından kollegiya həmin peşənin güzəştli pensiya hüququ verən peşə olub-olmamasını aydınlaşdırmaq məqsədilə oxşar müəssisə qismində "xxxx" ASC-yə sorğu ünvanlamışdır. Həmin sorğuya dair cavab məktubunun məzmunundan görünür ki, "xxxx" ASC-nin istehsalat sahələri əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 1 və 2 saylı Siyahılarının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin 2-4-cü bəndlərində nəzərdə tutulmuşdur. İşlədiyi istehsalat sahəsindən asılı olaraq “quraşdırıcı-çilingər” peşəsi 2 saylı Siyahının 3-cü Metallurgiya istehsalatı bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları” (2040200a- 14587); (2040300a- 14587); (2040400a- 14587) peşələri ilə eynilik təşkil edir, vəzifə təlimatından da göründüyü kimi quraşdırıcı-çilingər tərəfindən müəssisənin bütün sexlərində təmir və quraşdırma işləri həyata keçirilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi sahə və peşənin müvafiq Siyahı üzrə güzəştli pensiya hüququ verən peşəyə aid olması halı oxşar müəssisə tərəfindən verilmiş arayış əsasında öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə həmin halları təkzib edən hər hansı dəlil təqdim edilməmişdir. Həmçinin, kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə güzəştli iş stajının müəyyən edilməsi ilə bağlı özü inzibati icraat aparmaqla işlədiyi peşənin müvafiq Siyahi üzrə güzəştli pensiya hüququ verən peşə olub-olmaması halını müəyyən etmək imkanına malik olduğu halda, işləməyən müəssisə tərəfindən arayış verilməməsi halına istinad edərək, formal yanaşma tətbiq etmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçının işlədiyi peşənin güzşətli şərtlərlə pensiya hüququ verən peşə olması halı müəyyən edildiyindən, həmin dövr (xx.xx.1978-xx.xx.2001-ci il ) nəzərə alındıqda, iddiaçıya münasibətdə qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik olması halı da öz təsdiqini tapdığından, cavabdehin həmin hissədə də hərəkətləri qanunauyğun olmamışdır. Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi digər hissədə arqumenti ilə bağlı qeyd edir ki, indiki halda iddiaçının iddia tələbinin qanuni əsası qismində “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndi çıxış edir. Qeyd edilən qanunvericilik normalarının dispoztiv şərtində güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına aid şərt nəzərdə tutulmamışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə də arqumenti əsassız olmuşdur. Göründüyü kimi, iddiaçının 57 yaşı tamam olduğu vaxtda (xx.xx.2014-cü ildə) qanunla tələb olunan hər üç şərt (yaş həddi, ümumi iş stajı və güzəştli iş stajı) tamamlandığından, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış, işin halları tam araşdırılmamış, bununla da iş üzr gəldiyi nəticə yanlış olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Həmçinin, kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, müvafiq Qanunun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Kollegiya hesab edir ki, indiki halda iddiaçı tərəfindən cavabdeh inzibati orqana 02 noyabr 2022-ci il tarixdə müraciət etdiyindən, Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, pensiya təyin edildiyindən, iddiaçının pensiya hüququ xx.xx.2014-cü il tarixdən yaranmış olsa da, xx.xx.2019-cü il tarixdən əmək pensiya məbləğinin hesablanıb ödənilməsi həyata keçirilməlidir. Bu baxımından kollegiya hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-429/2025 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiya məbləğinin xx.xx.2019-cu il tarixdən başlayaraq hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1116/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1116/2025
03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver