Məhkəmə qərarları › İş №2-1(105)-1122/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1122/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1122/2025 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X8 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı İddiaçı vəkili vəkil1, üçüncü şəxs Üçüncü şəxs vəkili və nümayəndəsi vəkil2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinə (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1) qarşı “Abşeron Rayon Icra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin ##.##.1999-cu il tarixli, ** saylı Sərəncamına əsasən Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən 0,1028 ha torpaq sahəsi ilə üst-üstə düşən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ************ reyestr nömrəli çıxarışın yalnız plan və ölçü sənədinin və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş ************** nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.1028 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum IsmayılX2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Abşeron Rayon Icra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin ##.##.1999-cu il tarixli, ** saylı Sərəncamına əsasən Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən 0,1028 ha torpaq sahəsi ilə üst-üstə düşən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ************ reyestr nömrəli çıxarışın yalnız plan və ölçü sənədinin və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş ************** nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.1028 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum IsmayılX2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Icra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəliyin ##.##.1999-cu il tarixli, ** saylı Sərəncamına əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.11 ha torpaq sahəsi mərhum anası IsmayılX2 ayrılmış, istifadə və sahibliyinə verilmişdir. Həmin torpaq sahəsi bu günə qədər faktiki olaraq onun istifadə və sahibliyindədir, torpaq sahəsinə dair torpaq vergisini vaxtı-vaxtında ödəyir. O, * saylı Abşeron Ərazi Idarəsinə Abşeron rayon Icra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəliyin ##.##.1999-cu il tarixli, ** saylı Sərəncamına əsasən IsmayılX2 qızının adına ayrılmış 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum IsmayılX2 məxsus olması barədə arayışın verilməsi ilə bağlı ##.##.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, lakin cavab məktubları ilə ərizəinin icrasından imtina olunmuşdur. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-İ-****-**/**** saylı bildiriş məktublarında: Abşeron rayon Icra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə Nümayəndəliyin ##.##.1999-cu il tarixli, ** saylı Sərəncamında yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad olunmadığı qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Fərmanının 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərar” qeyd edilmişdir. Bu bənddə qəsəbə nümayəndəliyinin sərəncamında icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad olunmasının zəruri olduğu barədə qeyd yoxdur. Torpaq sahəsinə dair ayırıcı aktının təqdim edilmədiyi; Torpaq sahəsinə dair ayırıcı aktının təqdim edilməməsi imtina üçün əsas deyil, belə ki, üzərində döngə nöqtələrinin koordinatları qeyd edilmiş Saray Bələdiyyəsinin verguruluşu planından çıxarış tərəfindən * saylı Abşeron Ərazi idarəsinə təqdim edilmişdir: Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Fərmanının 3-cü bəndinin tələbinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən müvafiq məlumatların təqdim edilmədiyi; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Fərmanının 3-cü bəndində müvafiq məlumatların üç ay müddətində təqdim edilməsi qeyd edilsə də üstündən iyirmi ay keçmiş, bu günə qədər həmin məlumatlar hələ də təqdim edilməmişdir. Bu isə mülkiyyət hüququnun qeydiyyata alınmasına maneə törədir; Torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ************ reyestr nömrəli çıxarış və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş ************** nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi ilə başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyü qeyd edilmişdir. Məlumat üçün bildirir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ************ reyestr nömrəli çıxarış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmişdir. Qeyd olunan çıxarışa əsasən başqa şəxsin mülkiyyətində olan bu torpaq sahəsi anasının adına ayrılmış torpaq sahəsi ilə faktiki olaraq üst-üstə düşmür, üst-üstə düşmə halı yalnız sənəd üzrədir. Belə ki, bu əraziyə qonşu ərazidə pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcuddur. Faktiki olaraq ************ reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan torpaq sahəsi başqa yerdə yerləşir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş ************** nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi Üçüncü şəxs adına verilmişdir. Qeyd olunan plan və ölçü sənədi yanlışlıqla verilmişdir. Nə Üçüncü şəxs, nə də digər şəxslə, ümumiyyətlə heç bir şəxslə bu torpaq sahəsinə dair mübahisə yoxdur. Qeyd olunan şəxslər inzibati iş üzrə üçüncü şəxs kimi cəlb olunarlarsa, o zaman yazdıqları öz təsdiqini tapmış olacaq. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron Rayon IHB-nın Saray qəsəbəsi üzrə nümayəndəsinin ## ###### 1999-cu il tarixli, ** nömrəli sərəncamında yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad edilmədiyi, Torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, sözügedən daşınmaz əmlakın ************ reyestr nömrəli çıxarış və ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş ************** nömrəli plan-ölçü sənədi ilə başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyü, ************ reyestr nömrəli çıxarış kimi milli qeydiyyat sistemində qeyd olunmuş daşınmaz əmlakın ləğv edilmiş DT və XK tərəfindən paylı mülkiyyət hüququ ilə X13 və başqalarının adına tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-****A saylı şəhadətnamə olduğu və həmin torpaq sahəsinin iddia predmeti olan torpaq sahəsi ilə yalnız sənəd üzrə üst-üstə düşdüyü, faktiki yerləşməsinə münasibətdə isə üst-üstə düşmə halının mövcud olmadığı, İddiaçı * saylı Abşeron Ərazi Idarəsinə Abşeron Rayon IHB-nın Saray qəsəbəsi üzrə nümayəndəsinin ## ###### 1999-cu il tarixli ** nömrəli sərəncamına əsasən Ismayıl-X2 ayrılmış, Abşeron rayonu, Saray qəsəbəsində yerləsən 0.1028 ha torpaq sahəsi ilə üst-üstə düşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ************ reyestr nömrəli çıxarışın yalnız plan-ölçü sənədinin və ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş ************** nömrəli plan-ölçü sənədinin ləğv edilməsinə dair müraciətinin aşkarlanmadığı, Qeydiyyat orqanı tərəfindən verilmiş müvafiq çıxarış və plan-ölçü sənədinin ləğvi tələb olunmasına baxmayaraq, sözügedən sənədlərin qanunsuz və əsassız verilməsinin iddia ərizəsində əsaslandırılmadığı, həmçinin buna dair hər hansı mötəbər sübutun işə əlavə edilmədiyi. Ləğv edilməsi xahiş edilmiş, ləğv edilmiş DTXK tərəfindən paylı mülkiyyət hüququ ilə X13 və başqalarının adına tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-1316A savlı şəhadətnamə və ləğv edilmiş DTXK tərəfindən Üçüncü şəxs adına tərtib edilmiş ************** nömrəli plan-ölçü sənədinin Abşeron Rayonu Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli, ** saylı qərarı əsasında verildiyi, sözügedən sənədlərin verilməsinin qanuni əsaslarla aparıldığı və qeydiyyata alma zamanı hər hansı yanlışlığa yol verilmədiyi müəyyən olunmuşdur. Daha sonra cavabdeh etiraza əlavə təqdim edərək onunla əsaslandırmışdır ki, təkrar araşdırma zamanı ************ reyestr nömrəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X16, X19, X17 və X16 adına verilmiş JN-****A saylı, 30800088 kod nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ilə əlaqədar Milli Qeydiyyat Sistemində verildiyi müəyyən edilmişdir. X13, X19, X17 və X16 JN-****A saylı, 30800086 kod nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətlərində olmuş Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,14 ha torpaq sahəsinin 0,05 ha hissəsini ##.##.2015-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 adına özgəninkiləşdirmişdilər. Bu alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.05 ha torpaq sahəsinə dair X10 adına daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli çıxarış və plan və ölçü sənədi verilmişdir. Yuxarıda qeyd olunanlardan məlum olur ki, mübahisə predmeti olan torpaq sahəsi ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-****A saylı, 30800086 kod nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməsinə əsasən (************ reyestr nömrəsi) X13, X19, X17 və X16 mülkiyyətində olmuş 0.14 ha torpaq sahəsinin üstüstə düşmə halı qalmamışdır. Üçüncü şəxs Üçüncü şəxs nümayəndəsi və vəkili vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş iddia tələbini aşağıdakılara əsasən əsassız və qanunsuz hesab edir. Belə ki, ## ### 1998-ci il tarixli Azərbaycan Respublikası Abşeron rayon Aqrar Islahatı Komissiyasının ** saylı Iclas Protokolundan çıxarış, Abşeron rayonu Saray Üzümçülük sovxozunun X3 Komissiyasının ## ##### 1998-ci il tarixli ** saylı Iclasının Protokolu iş materialarına əlavə edilmişdir. Iş materiallarına əlavə edilmiş ləğv edilmiş DTXK tərəfindən paylı mülkiyyət hüququ ilə X13, X16, X20, X21 adına 0,14 ha torpaq sahəsinə dair Torpağın Mülkiyyətə Verilməsi barədə Şəhadətnamə öz əksini tapmışdır. Ləğv edilmiş DTXK tərəfindən Üçüncü şəxs adına tərtib edilmiş ************** nömrəli planölçü sənədinin Abşeron Rayonu Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli, ** saylı qərarı əsasında verildiyi öz təsdiqini tapmışdır. Ləğv edilmiş DTXK tərəfindən verilmiş “plan və ölçü” sənədində ## ### 1998-ci il tarixli Abşeron rayon Aqrar Islahatı Komissiyasının ** saylı Üçüncü şəxs 1170 kv.m torpaq sahəsi verilməsi qeyd edilmişdir. Iş materiallarından da görünür ki, Abşeron Rayonu Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli, ** saylı qərarı əsasında Üçüncü şəxs digər şəxslərlə birlikdə torpaq sahələri ayrılmışdır. Göründüyü kimi ## ### 1998-ci il tarixli Abşeron rayon Aqrar Islahatı Komissiyasının ** saylı Üçüncü şəxs 1170 kv.m torpaq sahəsi verilməsi barədə belə bir qərar verildikdən 1 (bir) il sonra, naməlum şəkildə Abşeron rayon Icra Hakimiyyəti başçısının tabeliyində olan Saray qəsəbəsi üzrə nümayəndəliyinin ##.##.1999-cu il tarixli, ** saylı Sərəncamına əsasən Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən 0.1028 ha torpaq sahəsinin IsmayılX2 verilməsinə dair sənəd alınmışdır. Əgər Saray qəsəbəsi üzrə nümayəndə tərəfindən belə bir sənəd verilmişdirsə, əslində bunun özü qanunvericiliyə ziddir. Belə ki, böyük ərazidəki torpaq sahələri ayrı-ayrı şəxslərə yüksək dövlət və hakimiyyət orqanlarının səlahiyyətli şəxsləri tərəfindən Azərbaycan Respublikası Abşeron rayon Aqrar Islahatı Komissiyasının Qərarı ilə verildiyi halda, Saray icra nümayəndəsinin imzası ilə sənəd verilməsi qanuna ziddir. Bildirir ki, Üçüncü şəxs tərəfindən ləğv edilmiş DTXK-nə müraciət olunmaqla DTXK tərəfindən ona “plan və ölçü” sənədi alınmışdır. Bütün bunlar onu göstərir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbi əsassız və qanunsuzdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçının vəkili apellyasiya şikayətinə əlavə ünvanlayaraq onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə işə aid və mübahisəyə aydınlıq gətirən mütəxəssis rəyinin məzmunu üzrə düzgün nəticə çıxarmamış, məhkəmə sübutetməsinin predmetini düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə sübutetməsinin premeti iddiaçı və üçüncü şəxsin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin hansının əvvəl, hansının isə sonra tərtib edilməsinin müəyyən edilməsi deyil, hansının torpaq sahəsinin koordinatları Abşeron rayonu X24 Planından Çıxarışda göstərilən koordinatlar ilə uyğunluq təşkil etməsinin müəyyən edilməsi olmuşdir. Mütəxəssis rəyində iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin koordinatları Abşeron Rayonu X24 Planından Çıxarışda göstərilən koordinatlar ilə uyğunluq təşkil etdiyi aydın göstərilmişdir. Elektron məlumat bazasında ləğv edilmiş DT və Xəritəçəkmə Komitəsi tərəfindən Üçüncü şəxs məxsus torpaq sahəsinin plan və ölçü sənədində torpaq sahəsinin koordinatları kimi onun torpaq sahəsinin koordinatları qeyd edilmişdir. * saylı Abşeron Ərazi Idarəsi üçüncü şəxsin torpaq sahəsinə dair mülkiyyət hüququna dair şəhadətnaməsini ləğv etmək səlahiyyətinə malik olmadığına görə ərizəni təmin etməkdən imtina etmişdir. Xüsusi bilik tələb edən mütəxəssis rəyi nəticəsində və həmin sənəd məhkəməyə təqdim olunduqdan sonra mübahisə üzrə aydınlıq yaranmışdır. Işə baxan məhkəmə ixtiyarında olan sübutlar və onların məzmunu üzrə elektron baza məlumatında üçüncü şəxs Üçüncü şəxs məxsus torpaq sahəsinin koordinatlarının düzgün göstərilməməsini iki il müddətində müəyyən edə bilməmişdir. Belə olan halda üçüncü şəxsin hüquqmüəyyənedici sənədlərinin ləğvi üçün ondan hər hansı etibarlı sübut tələb etməsi normal ağla sığmır, işə baxan hakimin sübutların analyışı və növləri, sübut etmə vəzifəsi, sübutların təqdim edilməsi və tələb olunması barədə MPM-nin 76-78-ci maddələrinin düzgün təsəvvür etmədiyini göstərir. Inzibati Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Göründüyü kimi məhkəmənin onun, yoxsa üçüncü şəxsin torpaq sahələrinin koordinatlarının Abşeron rayonu X24 Planından Çıxarışda göstərilən koordinatlar ilə uyğunluq təşkil etməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməsini bilməməsi, prosessual normaların tələblərini mükəmməl bilmədiyindən irəli gəldiyi üçün artıq təəccüb və təəssüf doğurmur. Iş üzrə məhkəmə sübutetməsinin predmeti olmasa da, məhkəmənin ilkin olaraq üçüncü şəxsə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin Abşeron rayon Aqrar Islahat Komissiyasının ** nömrəli, ## ### 1998-ci il tarixli qərarı verilməsi barədə nəticəsi düzgün deyil. Iş materallarında mövcud olan Aqrar Islahat Komissiyasının həmin qərarından görünür ki, gündəlikdə olan 3 məsələ üzrə qərar qəbul edilmişdir: Saray üzümçülük sovxozunda aparılacaq torpaq islahatına dair Dövlət Yerquruluşu Layihə Institutu tərəfindən hazırlanmış kompleks yerquruluşu layihəsinin təsdiq barədə Saray üzümçülük sovxozunun yerli aqrar islahat komissiyasının ## ##### 1998-ci il tarixli ** saylı protokolunu təsdiqi Saray üzümçülük sovxozunun fəaliyyətinin dayandırılması barədə ## ##### 1998-ci il tarixli qərardan görünür ki, Saray üzümçülük sovxozunda 2171 ailəyə, 7753 ailə üzvlərinə, 3 nəfər Böyük Vətən müharibəsinin 1 dərəcəli əlilinə, 16 nəfər Qarbağ şəhidi ailəsinə, 2 nəfər Qarabağ və 5 nəfər Çernobıl əlilinə əlavə 1 torpaq payı verilməsi nəzərdə tutulmuşdur. Saray sovxozunda 1055,0 ha özəlləşdirilməsi nəzərdə tutulmuş torpaq sahəsi uçota alındığı nəzərə alınsın O cümlədən üzüm bağı 138,10 ha badam bağı 159,40 ha əkin yeri 753,0 ha Göründüyü kimi hər iki qərar ümumi qərar olmaqla sovxoz işçiləri arasında torpaq sahəsinin tək bölünməsi məsələsini deyil, qeyd etdiyi digər məsələləri, o cümlədən sovxozun ləğv edilməsi məsələsini tənzimləmişdir. Ən əsası isə Aqrar islahat Komissiyasının ayrılan torpaq sahələrinin koordinatlarını müəyyən etmək səlahiyyətinə malik olmamışdır. Üçüncü şəxs ayrılmış torpaq sahəsi ilə bağlı tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, əsas döngə nöqtələrinin koordinatları məhkəmənin qərarında göstərdiyi kimi ##.##.1998-ci il tarixdə deyil, ## ####### 2007-ci il tarixdə buna səlahiyyəti olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərədindən X6 kitabında uçota alınmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Iş üzrə cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iştirak etsədə, sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Inzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 nəzərə alınmışdır. Iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum IsmayılX2 məxsus olması barədə arayışın verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iddiaçının tələbi üç hissədən ibarət olmuşdur: 1) ************ reyestr nömrəli çıxarışın yalnız plan və ölçü sənədinin ləğv edilməsi; 2) torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi; 3) Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.1028 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum IsmayılX2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddia tələbinə etiraza dair əlavədə qeyd edilmişdir ki, təkrar araşdırma zamanı ************ reyestr nömrəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X16, X19, X17 və X16 adına verilmiş JN-****A saylı, 30800088 kod nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ilə əlaqədar Milli Qeydiyyat Sistemində verildiyi müəyyən edilmişdir. X13, X19, X17 və X16 JN-****A saylı, 30800086 kod nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətlərində olmuş Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,14 ha torpaq sahəsinin 0,05 ha hissəsini ##.##.2015-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 adına özgəninkiləşdirmişdilər. Bu alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.05 ha torpaq sahəsinə dair X10 adına daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli çıxarış və plan və ölçü sənədi verilmişdir. Yuxarıda qeyd olunanlardan məlum olur ki, mübahisə predmeti olan torpaq sahəsi ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN- ****A saylı, 30800086 kod nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməsinə əsasən (************ reyestr nömrəsi) X13, X19, X17 və X16 mülkiyyətində olmuş 0.14 ha torpaq sahəsinin üst-üstə düşmə halı qalmamışdır. Göründüyü kimi iddia tələbinin birinci hissəsi ilə bağlı mübahisəli hal aradan qalxmışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunan hal nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia tələbinin həmin hissədə nəzərə alınmamasını xahiş etmişdir. Ərizə ## ##### 2026-cı il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir. Beləliklə hazırda iddia tələbi iki hissədən ibarət olmuşdur: 1) torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi; 2) Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.1028 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum IsmayılX2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. Iş materiallarına əlavə olunmuş Abşeron Rayon IHB-nın Saray qəsəbəsi üzrə nümayəndəsinin ## ###### 1999-cu il tarixli ** nömrəli sərəncamından görünür ki, X4 məxsus olan 0,25 ha həyətyanı torpaq sahəsindən IsmayılX2 0,11 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Hazırda iddiaçı hüquq müəyyənedici sənəd qismində sözügedən sərəncama istinad etməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaq istəyir. Üçüncü şəxs məxsus AN-****** nömrəli, ## ####### 2007-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü” sənədindən görünür ki, Abşeron rayon AIK-nın ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə ayrılmış 1170 kv.m torpaq sahəsinə dair tərtib edilmişdir. Eyni zamanda iş materiallarında olan Abşeron rayon Saray kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən verilən həyatyanı torpaq sahələrinə dair cədvəl ## #### 2005-ci idə Abşeron Rayon Aqrar islahat Komisiyasının sədri tərəfindən təsdiq edilmiş, Üçüncü şəxs qanuni istifadəsində 0.125 ha torpaq sahəsinin olduğu öz təsdiqini tapmışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi Abşeron rayonu X24 planından çıxarışda göstərilən koordinatlar ilə uyğunluq təşkil edir. Iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.1028 ha təşkil edir. Elektron məlumat bazasına əsasən Abşeron rayonu X24 planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə ləğv edilmiş DT və XK tərəfindən Üçüncü şəxs adına tərtib edilmiş plan və ölçü sənədinin koordinatları ilə tam üst-üstə düşür. Beləliklə də məhkəmə araşdırması zamanı iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin üst-üstə düşməsi faktı öz təsdiqini tapmışdır. Lakin kollegiya hesab edir ki, iddiaçı üçüncü şəxsə məxsus plan-ölçü sənədinin ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır. Beləki, yuxarıda istinad edilən sənədlərdən görsənir ki, üçüncü şəxsə torpaq sahəsi aqrar islahat zamanı ayrılmış, istinad edilən müvafiq cədvəl ## #### 2005-ci idə Abşeron Rayon Aqrar islahat Komisiyasının sədri tərəfindən təsdiq edilmiş, ## ####### 2007-ci il tarix də səlahiyyətli qurum olan Azərbaycan Respublikasının Dövlət Topraq və Xəritəçəkmə Komitəsi tərəfindən AN-****** nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədindi tərtib olunmuş, torpaq sahəsinin korrdinatları müəyyənləşdirilmişdir. Həmçinin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə Abşeron rayon icra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ## ###### 1999-cu il tarixli sərəncamını tam şəkildə araşdırmamışdır. Belə ki, həmin sərəncama əsasən Ismayıl-X2 məxsus 0.11 ha torpaq sahəsi X4 məxsus 0.25 ha torpaq sahəsindən ayrılmışdır. Göründüyü kimi, iş materiallarında X4 0.25 ha torpaq sahəsinin nə vaxt ayrıldığı müəyyən edilməmişdir. Bu ayırma Üçüncü şəxs ayrılmış ## ### 1998-ci il tarixli, ** saylı qərardan daha əvvəlki tarixdə ola bilər. Apellyasiya instansiyasında icraat zamanı qeyd olunan halın araşdırılması ilə əlaqədar sorğular edilərək müəyyən olunmuşdur ki, X4 məxsus torpaq sahəsi iddiaçının istinad etdiyi torpaq sahəsindən kənarda yerləşir. Belə ki, cavabdeh tərəfindən ünvanlanmış məktubda qeyd edilmişdir ki, X4 mülkiyyət hüququ 308013100708 və ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışla qeydiyyata alınmışdır. Həmin torpaq sahələri sorğuda qeyd olunan mübahisəli torpaq sahəsindən 800 metr məsafədə yerləşir. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının torpaq sahəsinə dair bələdiyyənin yerquruluşu planından çıxarışı, üçüncü şəxsə məxsus torpaq sahəsinə dair isə ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş plan və ölçü sənədi mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya və üçüncü şəxsə torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin koordinatlarını müəyyən edən səlahiyyətli qurum Azərbaycan Respublikasının Dövlət Topraq və Xəritəçəkmə Komitəsi olmuşdur. Eləcə də iddiaçının hüquq müəyyənedici sənəd qismində istinad etdiyi Abşeron Rayon IHB-nın Saray qəsəbəsi üzrə nümayəndəsinin ** nömrəli sərəncamı ## ###### 1999-cu il tarixli olmaqla Üçüncü şəxs torpaq sahəsinin ayrılması barədə Abşeron rayon AIK-nın ##.##.1998-ci il tarixli, ** nömrəli qərarından sonra tərtib edilmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlı olmamışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, iddia tələbi torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi hissəsində əsassız olduğundan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.1028 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum IsmayılX2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində də təmin edilə bilməz, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Iş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar