Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1123/2024 25.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-4587/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: İşin halları Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AA seriyalı 173144 №-li məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1981-ci ildə Şuşa şəhərində doğulmuş, 1992-ci ildə Şuşa şəhərdən məcburi köçkün düşməklə İsmayıllı rayonunda məskunlaşmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-4106/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə X4 arasında İsmayıllı rayon Kəlbənd İƏB-də xx.xx.2003-cü il tarixdə 01 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X5 atası X2 yanında qalmışdır. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Şuşa Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli 22/258 nömrəli arayışından görünür ki, xx.xx.1981-ci ildə Şuşa şəhərində doğulmuş İddiaçı xx.xx.1992-ci il tarixdən Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı ilə bağlı məcburi köçkündür. xx.xx.2003-cü il tarixdə nikaha daxil olub Ağdam rayonu Başgüney kəndində qeydiyyata düşənə qədər Şuşa şəhəri Azərbaycan küçəsi ev 8 ünvanda qediyyatda olmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-112/2-1048/2024 nömrəli imtina məktubundan görünür ki, Ağdam rayonu Başgüney kəndində qeydiyyatda olan, hazırda ünvan 2 ünvanda yaşayan İddiaçı ünvan 3ta alınmasına dair müraciətinə baxılmışdır. İddiaçı bildirilmişdir ki, xidməti zərurətlə alaqədar Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlara qeydiyyata alınması müvəqqəti məhdudlaşdırılmışdır. Qeyd olunan məhdudiyyət aradan qaldırıldıqda ərizəçinin vəsatəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1981-ci ildə Şuşa şəhərində anadan olmağını və 2003-cü ilə kimi ünvan 4 ünvana pasport qeydiyyata götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci ildə Şuşa şəhərində anadan olmuş, xx.xx.1992-ci il tarixdən Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı öz doğma yurdunu tərk edərək məcburi köçkün olmuşdur. xx.xx.2003-cü il tarixdə X4 ilə nikaha daxil olub Ağdam rayonu Başgüney kəndində qeydiyyata düşənə qədər Şuşa şəhəri Azərbaycan küçəsi ev 8 ünvanda qediyyatda olmuşdur. X1 birinci Qarabağ müharibəsi əlili kimi Bakı şəhəri Xətai rayonu Telnov küçəsi 23/47 nömrəli evin 669 nömrəli mənzili verilmişdir. Onlar birlikdə həmin evdə uşaqları ilə yaşamışlar. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X4 ilə onun arasında bağlanmış nikah pozulmuşdur. Bundan sonra o, əvvəllər qeydiyyada olduğu Şuşa şəhəri Azərbaycan küçəsi ev 8 ünvanda qediyyata alınması ilə əlaqədar Cavabdehnə müraciət edərək, ona köməklik göstərilməsini xahiş etmişdir. Lakin Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu ilə onun ünvan 3ta alınmasından imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Çünki, əvvəllər qediyyatda olduğu Şuşa şəhəri Azərbaycan küçəsi ev 8 ünvana yenidən qediyyata düşməsi üçün hər hansı bir maneə yoxdur. Çünki onun xx.xx.2003-cü il tarixə kimi həmin evdə qeydiyyatda olması Şuşa Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 22/258 nömrəli arayış ilə təsdiq edilir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin (hakim Rahim Həsənov) xx.xx.2024-cü il tarixli 2-1(118)- 4587/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişdir. Yəni, iddiaçı qeydiyyata alınmaq istədiyi sahə ilə hüququnu təsdiq edən sənədi və yaxud həmin mənzilə hüququ olan şəxsin ərizəsini təqdim etməmişdir. Bu əsasla cavabdeh inzibati orqan düzgün olaraq iddiaçının müraciətini təmin etməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2003-cü il tarixdə X4 ilə nikaha daxil olub Ağdam rayonu Başgüney kəndində qeydiyyata düşənə qədər Şuşa şəhəri Azərbaycan küçəsi ev 8 ünvanda qediyyatda olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X4 ilə onun arasında olan nikah pozulmuşdur. Hesab edir ki, əvvəllər qediyyatda olduğu Şuşa şəhəri Azərbaycan küçəsi ev 8 ünvana yenidən qediyyata düşməsinə hər hansı bir maneə mövcud deyildir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qanunsuz, əsassız olduğundan və onun konstitusion hüquqlarını pozduğundan ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.2003-cü il tarixdə X4 ilə nikaha daxil olub. Ağdam rayonu Başgüney kəndində qeydiyyata düşənə qədər Şuşa şəhəri Azərbaycan küçəsi ev 8 ünvanda qediyyatda olmuşdur. X1 birinci Qarabağ müharibəsi əlili kimi Bakı şəhəri Xətai rayonu Telnov küçəsi 23/47 nömrəli evin 669 nömrəli mənzili verilmişdir. Onlar birlikdə həmin evdə uşaqları ilə yaşamışlar. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X4 ilə onun arasında bağlanmış nikah pozulmuşdur. Bundan sonra o, əvvəllər qeydiyyada olduğu Şuşa şəhəri Azərbaycan küçəsi ev 8 ünvanda qediyyata alınmaq istəmişdir. Lakin Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu ilə onun ünvan 3ta alınmasından imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Çünki, əvvəllər qediyyatda olduğu Şuşa şəhəri Azərbaycan küçəsi ev 8 ünvana yenidən qediyyata düşməsi üçün hər hansı bir maneə yoxdur. Onun xx.xx.2003-cü il tarixə kimi həmin evdə qeydiyyatda olması Şuşa Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 22/258 nömrəli arayış ilə təsdiq edilir. Hazırda keçmiş X1 birinci Qarabağ müharibəsi əlili kimi velmiş Bakı şəhəri Xətai rayonu Telnov küçəsi 23/47 nömrəli evin 669 nömrəli mənzilində yaşaması mümkün deyildir. ünvan 3ta düşərsə, ona ünvan 8ayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə 2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; … Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının Şuşa şəhəri Azərbaycan küçəsi ev 8 ünvana pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsi ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsi işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırması yetərli hesab olunur. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İddiaçı Şuşa şəhəri Azərbaycan küçəsi ev 8 ünvana pasport qeydiyyatına alınmasını tələb edir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçı pasport qeydiyyatına alınması tələb etdiyi ünvana dair qanunda sadalanan sənədlərdən hər hansı birini - o cümlədən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi cavabdeh qeydiyyat orqanına və məhkəməyə təqdim edə bilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun yuxarıda sadalanmış normalarının tələblərinə görə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün müraciət edən şəxs həmin yaşayış sahəsinə köçmək üçün əsas verən hüquq müəyyənedici sənədlərdən birini təqdim etmiş olmalıdır. İddiaçı isə belə bir sənəd təqdim etməmişdir. Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə inzibati orqan qeydiyyatın aparılmasından imtina etməkdə haqlıdır. Odur ki, cavabdehin imtinası qanuni olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olduğundan, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-4587/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1123/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1123/2024
25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver