Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1124/2025 22.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2-1(118)-1712/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində mülkiyyətində olan 0,3 ha torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində yerləşən torpaq sahəsi üzərində iddiaçı tərəfindən inşa edilən fərdi yaşayış evinin eskiz layihəsi tərtib edilmiş, hal-hazırda həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və Quba Rayon İcra Hakimiyyətinə məlumatlandırma icraatı qaydasında edilən müraciətilə əlaqədar sözügedən sahədə fərdi yaşayış evinin inşa edilməsinə etirazlarının olmadığı bildirilmişdir. Hal-hazırda tikinti işləri başa çatmışdır. Fərdi yaşayış evi üzərində hüquqlarının qeydiyyata alınması məqsədi ilə sənədlər cavabdehə təqdim edilsə də, sənədlərinin yarımçıq olması səbəbi ilə götürməkdən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, fərdi yaşayış evi ərizəyə əlavə edilmiş layihədən kənar inşa edilmişdir və istismara tam hazır vəziyyətdə deyildir. Bundan əlavə, müraciət edilmiş fərdi yaşayış evi çoxmənzilli yaşayış binası kimi inşa edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 14 iyun 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid **********18 reyestr nömrəli 0,3 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. “Quba şəhəri, Qəçrəş yolu, Yaşayış massivində fərdi yaşayış evinin memarlıq planlaşdırma həlli” 2022-ci il tarixli eskiz albomundan görünür ki, həmin evin vəziyyət və baş planı (miqyas 1:300), 1-3-cü mərtəbələrin, damın, 1-8, 8-1, F-A, A-F fasadların planı (miqyas 1:100) göstərilmişdir. Quba Rayon İcra Hakimiyyətinin başçısının 27 fevral 2023-cü il tarixli, 5-61/2-1-Ş- 4xx/xx/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikasının mövcud şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əsasən ərazidə yerləşən elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zonaları gözlənilmədən tikinti-quraşdırma işlərinin aparılması qadağan edilir.Tikinti işləri həyata keçirilərkən təhlükəsizlik tələblərinə ciddi əməl olunmalı, tikinti işləri başa çatdırıldıqdan sonra bu barədə Rayon İcra Hakimiyyətinə məlumat verilməlidir. Yuxarıda göstərilən və qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində eyni zamanda təsdiq olunmuş layihəyə uyğun olaraq tikinti işlərinin aparılmasına Rayon İcra Hakimiyyəti etiraz etməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 22 fevral 2024-cü il tarixli, 3-21-3-34/2-1808/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən fərdi yaşayış evi ərizəyə əlavə edilmiş layihədən kənar inşa edilmişdir və istismara tam hazır vəziyyətdə deyildir. Bundan əlavə, müraciət edilən fərdi yaşayış evi çoxmənzilli yaşayış binası kimi inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. "xxxx" MMC-nin 2 sentyabr 2025-ci il tarixli, 07-303/25 nömrəli mütəxəssis rəyindən görünür ki, aparılmış ölçü işləri nəticəsində tədqiq olunan ünvanda yerləşən tikilinin ölçülərinin, parametrlərinin İddiaçı tərəfindən inşa olunmuş fərdi yaşayış evinin "xxxx" MMC tərəfindən tərtib edilmiş Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz layihəsinə uyğun olduğu müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində tərəfindən inşa olunmuş fərdi yaşayış evinin mərtəbəliyi 3-dən çox olmadığını, binanın ümumi hündürlüyünün 11,05 m olduğunu, sütunların aşırımlar arası məsafələrinin 6 metrdən çox olmadığını, eləcə də, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər ara məsafəsinin 3,55 m təşkil etdiyini, həmçinin inşa olunmuş fərdi yaşayış evinin eskiz layihəsinin müvafiq qurumlardan razılaşdırıldığını nəzərə alaraq, həmin fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu (“Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri”) maddəsinin 69.5.2-1 bəndinin və 80-ci maddəsinin 80.1-ci bəndinin tələblərinə uyğun inşa olunduğu müəyyən edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 aprel 2025-ci il tarixli, 3-21-3-34/2-5362/2025 nömrəli məktubundan görünür ki, Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində İddiaçı mülkiyyətində olan 0,3 ha torpaq sahəsinə naturada (yerdə) baxış keçirilmiş, torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə götürülmüş, müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Kameral araşdırma nəticəsi olaraq bildirilmişdir ki, həmin torpaq sahəsi **********18 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin daxilində faktiki olaraq üç mərtəbəli mənzil tipli yaşayış binası və köməkçi tikili mövcuddur. Həmin torpaq sahəsi heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18 avqust 2025-ci il tarixli, 3-21-3-34/2-10708/2025 nömrəli məktubundan görünür ki, Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində İddiaçı mülkiyyətində olan 0,3 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin “apartman tipli” yaşayış binaları xarakteristikasına malik olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2-1(118)-1712/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Quba rayon İcra Hakimiyyətinə məlumatlandırma icraatı qaydasında etdiyi müraciətilə əlaqədar onun sözügedən sahədə fərdi yaşayış evinin inşa edilməsinə etirazlarının olmadığı bildirilmişdir. Hal-hazırda tikinti işləri başa çatmışdır. Fərdi yaşayış evi üzərində hüquqlarının qeydiyyata alınması məqsədi ilə sənədlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmək istəsə də, ona sənədlərinin yarımçıq olması səbəbi ilə götürməkdən imtina etdilər. Məcbur olub ərizə və ona əlavə olunmuş sənədləri xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərdi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 3-21-3-34/2-Ş-0066-Ş/2024 saylı, 31 may 2024-cü il tarixli məktubla müraciət baxılması haqqında məktub göndərilmiş onun mülkiyyət hüquqları qeydə almaqdan imtina edilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlamış ərizədə qeyddə əlaqə nömrəsi qeyd eləməklə sənədlərin əsillərini istənilən zaman idarəyə təqdim edə biləcəyini göstərmişdir. İdarənin ona çıxarış vermək niyyəti olsa idi, həmin nömrə ilə əlaqə saxlayaraq sənədləri ondan istəyərdilər. Çünki rəsmi qaydada ərizə verməmişdən əvvəl idarəyə müraciət etdikdə idarə ondan sənədləri əlbəl götürməkdən imtina etdiyindən məcbur qalıb sənədləri poçt vasitəsi ilə idarəyə göndərmişdir. Təqdim edilmiş sənədlərdən və alınmış cavablardan göründüyü kimi İddiaçı mülkiyyətində olan torpaq sahəsinin çıxarışı olmuş topraq sahəsi yaşayış məntəqələrinin torpaqları təyinatlıdır. Həmin torpaq sahəsi heç bir tikili ilə üst-üstə düşmür. Hündürlüyü, aşırımları və sairə ilə bağlı hər hansı bir mübahisə yoxdur. Cavabdeh orqanın mübahisələndirdiyi hissə tikilən fərdi yaşayış evinin “apartman tipli” yaşayış binaları xarakteristikasına malik olması əsasıdır. Qeyd edilir ki, əvvəla qanunvericilikdə fərdi yaşayış evinin “apartman tipli” yaşayış binaları xarakteristikasına malik olması əsası ilə reyestrdə qeydə alınmama əsası qeyd edilməmişdir. Belə bir imtina qanunda nəzərdə tutulmayıb. Bundan başqa, Azərbaycan əlifbasında “apartman tipli” sözü anlayışı yoxdur. Bu söz türk mənşəlidir. Bizim dildə bu sözün qanunvericilikdə tətbiqi nəzərdə tutulmadığından bu barədə verilən imtina da əsassızdır. Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində yerləşən torpaq sahəsi üzərində tərəflərindən inşa edilən fərdi yaşayış evinin "xxxx" MMC tərəfindən eskiz layihəsi tərtib edilmiş və həmin layihə ilə Quba Rayon İcra Hakimiyyətinə məlumatlandırma icraa qaydasında müraciət edilmiş, Quba rayon İcra Hakimiyyəti bu barədə olan evin eskiz layihəsini təsdiq etməklə, layihəyə uyğun olaraq sözügedən sahədə fərdi yaşayış evinin inşa edilməsinə etirazlarının olmadığı bildirilmişdir. İddiaçı tərəfindən inşa edilən fərdi yaşayış evi Quba Rayon İcra Hakimiyyətinin təsdiqlədiyi və inşa edilməsinə etiraz etmədiyi layihəyə uyğun olmuş, layihədən kənar hər hansı bir tikili inşa edilməmişdir. Əgər layihə qanunvericiliyin tələblərinə uyğun olmasaydı Quba Rayon İcra Hakimiyyəti həmin layihəni təsdiq etməzdi. Əgər Quba Rayon İcra Hakimiyyəti layihəni təsdiq etməsəydi və tikintiyə icazə verməsəydi iddiaçı həmin fərdi yaşayış evini inşa etməzdi. Cavabdeh tərəfindən verilən etirazda 3 hal nəzərdə tutulmuşdur: fərdi yaşayış evi ərizəyə əlavə edilmiş layihədən kənar inşa edilmiş; istismara tam hazır vəziyyətdə deyil; fərdi yaşayış evi çoxmənzilli yaşayış binası kimi inşa edilmişdir. Lakin sonradan cavabdeh qurumun məhkəmənin verdiyi sorğuya 25 aprel 2025-ci il tarixli, 3-21-3-34/2-5362/2025 nömrəli cavab məktubunda Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində İddiaçı mülkiyyətində olan 0,3 ha torpaq sahəsinə naturada (yerdə) baxış keçirilmiş, torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə götürülmüş, müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamış; Kameral araşdırma nəticəsi olaraq bildirilmişdir ki, həmin torpaq sahəsi **********18 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin daxilində faktiki olaraq üç mərtəbəli mənzil tipli yaşayış binası və köməkçi tikili mövcuddur. Həmin torpaq sahəsi heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Göründüyü kimi cavabdehin verdiyi etirazın əsası kimi fərdi yaşayış evi ərizəyə əlavə edilmiş layihədən kənar inşa edilməmiş, istismara tam hazır vəziyyətdə olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi öz əsassız etirazını sonradan məhkəməyə təqdim etdiyi 25 aprel 2025-ci il tarixli, 3-21-3-34/25362/2025 nömrəli özünün məktubu ilə təkzib etmişdir. İlk öncə inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi şəxsi mülkiyyətindədir. Torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evinin hündürlüyü 12 metrdən hündür deyil. Torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin eskiz layihəsi Quba rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmaqla möhürlə təsdiq edilmişdir. Qanunun 9.0.9.1.1-ci maddəsinə nəzər salınsa bu norma icarədə və ya istifadədə olan torpaq sahələri üzərində hüquqlara əsasən üzərində inşa edilən tikililərə dair müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni tələb edir. Onun torpaq sahəsi xüsusi mülkiyyətində olmaqla belə inşa etdiyi layihə rayon icra hakimiyyəti tərəfindən razılaşdırılmaqla təsdiq edilmişdir. Onun inşa etdiyi tikili yəni mülkiyyətdə olan torpaq sahəsi olduğundan onun üzərində inşa etdiyi tikili 12 metrdən hündür olmadığından Qanunun 8.0.9.1.2-ci madəsinin təsiri altına düşür. Bu normaya görə də o, artıq heç bir qurumdan razılıq, istismara qəbul aktı filan almalı deyil. Məhkəmənin inşa edilmiş fərdi yaşayış evinə mənzil kimi qiymət verməklə cavabdehin dili ilə deyilsə tikilini “apartman” adlandırmaqla iddianı təmin etməməsi, onun səhv nəticəyə gəlməsi ilə nəticələnmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. Hazırkı mübahisənin predmetini cavabdehin Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində mülkiyyətində olan 0,3 ha torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 14 iyun 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid **********18 reyestr nömrəli 0,3 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı sözügedən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaq niyyətindədir. Cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərkən mövqeyini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi ərizəyə əlavə edilmiş layihədən kənar inşa edilmiş, eləcə də müraciət edilmiş fərdi yaşayış evi çoxmənzilli yaşayış binası kimi inşa edilmişdir. Kollegiya hazırki iş üzrə inzibati orqanın imtinasını əsaslı hesab etməklə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı işin mübahisəli hallarının araşdırılması məqsədilə zəruri sorğular edilməklə aşağıdakı məlumatlar əldə olunmuşdur: Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 aprel 2025-ci il tarixli, 3-21-3-34/2-5362/2025 nömrəli məktubundan görünür ki, Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində İddiaçı mülkiyyətində olan 0,3 ha torpaq sahəsinə naturada (yerdə) baxış keçirilmiş, torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə götürülmüş, müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Kameral araşdırma nəticəsi olaraq bildirilmişdir ki, həmin torpaq sahəsi **********18 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin daxilində faktiki olaraq üç mərtəbəli mənzil tipli yaşayış binası və köməkçi tikili mövcuddur. Həmin torpaq sahəsi heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18 avqust 2025-ci il tarixli, 3-21-3-34/2-10708/2025 nömrəli məktubundan görünür ki, Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində İddiaçı mülkiyyətində olan 0,3 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin “apartman tipli” yaşayış binaları xarakteristikasına malik olduğu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı Quba rayon İcra Hakimiyyətinə fərdi yaşayış evinə dair layihə təqdim etdiyini və müvafiq sənədlər təqdim edilərək həmin inzibati orqan tərəfindən etiraz edilmədiyini, eləcə də fərdi yaşayış evinin Quba rayon İcra Hakimiyyətinə təqdim edilmiş lahiyəyə uyğun inşa edildiyini bildirmişdir. Eləcə də iş materiallarına "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyi əlavə olunmuşdur. Sözügedən rəydə inşa olunmuş fərdi yaşayış evinin "xxxx" MMC tərəfindən tərtib edilmiş Quba rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz layihəsinə uyğun olduğu qeyd edilmişdir. Apellyasiya instansiyasında icraat zamanı yuxarıda qeyd olunan halların araşdırılması məqsədilə Quba rayonu İcra Hakimiyyətinə sorğu edilməklə iddiaçı tərəfindən hansı layihənin təqdim edilməsi, İcra Hakimiyyəti tərəfindən hansı layihənin qəbul edilməsi və etiraz edilməməsinin səbəbləri barədə ətraflı məlumat verilməklə təqdim edilmiş müvafiq layihənin təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunması tələb edilmişdir. Quba rayonu İcra Hakimiyyəti tərəfindən sorğuya cavab olaraq aşağıdakı sənədlər ünvanlanmışdır: İddiaçı tərəfindən Quba rayon İcra Hakimiyyətinə ünvanlanan ərizədən görünür ki, Quba şəhəri, Qəçrəş yolu yaşayış massivi ərazisində yerləşən və Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** №-li xx.xx.2022-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0.3 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etmək niyyətindədir. Təqdim etdiyi layihə və sənədlərə məlumatlandırma icraatı qaydasında baxılması üçün tapşırıq verilməsini xahiş etmişdir. İcraat materiallarından göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş sənədlər Quba rayonu İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Quba rayonu İcra Hakimiyyətinə ünvanlanmış 13 mart 2023-cü il tarixli, 3-35/2-1293/2023 nömrəli məktubdan görünür ki, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Tikinti üçün layihə sənədləri sistemi standartlarına uyğun hazırlanmamış, tikinti layihəsinin tikinti ərazisinin baş planı bölməsində binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə göstərilməmişdir. Eyni zamanda, təqdim edilmiş tikinti layihəsi fərdi yaşayış evi deyil, azmərtəbəli və çoxmənzilli yaşayış binası olduğu üçün Quba şəhərinin baş planına uyğun deyil. Qeyd olunan iradlar aradan qaldırıldıqdan sonra həmin obyektin Tikintilərin Dövlət reyestrinə daxil edilməsi məsələsinə baxılacaqdır. Quba rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 10 sentyabr 2025-ci il tarixli məktubdan qeyd edilir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən şəxs mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərini məlumatlandırma icraatı qaydasında tikə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Göründüyü kimi, qanunvericilik fərdi yaşayış evi ilə mənzilin fərqini müəyyən etmiş və göstərmişdir ki, mənzil binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən tikilinin tərkib hissəsi hesab olunur. İddiaçı tərəfindən Rayon İcra Hakimiyyətinə təqdim edilən layihədə (memarlıqplanlaşdırma sənədində) fərdi yaşayış evi tikmək niyyətində olduğu bildirilsə də, faktiki olaraq ona tanınmış hüquqlardan sui-istifadə edərək ərazidə çoxmənzilli yaşayış binası tikmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən Rayon İcra Hakimiyyətinə heç bir məlumat verilməmiş və dəyişikliklə əlaqədar razılıq alınmamışdır. Hazırda şəhərin “Qəçrəş yolu yaşayış massivində inşa edilən və fərdi yaşayış evi kimi təqdim edilən tikili çoxmənzilli binanın və mənzilin xüsusiyyətlərini özündə əks etdirir. Rayon İcra Hakimiyyəti bildirir ki, bu formada inşa edilən tikili şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə, şəhərin baş planına, ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə ziddir. Qeyd olunanlara əsasən tikili ilə əlaqədar qanunvericiliyə uyğun olaraq sənədləşmə işlərinin aparılması tövsiyə olunur. Kollegiya tərəfindən eyni zamanda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arkitektura Komitəsinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq daxil olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Quba rayonu İcra Hakimiyyətinə ünvanlanmış 04 aprel 2023-cü il tarixli, 3-35/2-1718/2023 nömrəli məktubdan görünür ki, tikinti layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə (hündürlük, ara məsafəsi) uyğun hazırlanmamışdır. Eyni zamanda tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi azmərtəbəli və çoxmənzilli yaşayış binasına aid olduğu üçün məlumatlandırma icraatının predmeti deyildir. Göründüyü kimi iddiaçı tərəfindən müvafiq layihənin təqdim edilməsinə və həmin layihənin təsdiq olunmasına istinad edilsə də, Quba rayon icra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sorğuya cavab olaraq ünvanlanmış məktublardan bunun tam əksi görünür. Sözügedən inzibati orqanlar tərəfindən fərdi yaşayış evinin layihəyə uyğun inşa edilmədiyi barədə iddiaçıya məlumat verilmişdir. Eləcə də birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “iş materialına olan iddiaçının özü tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin memarlıq planlaşdırma həlli” 2022-ci il tarixli eskiz albomundan görünür ki, həmin evinin eskiz layihəsində - onun 18 mənzildən ibarət olması öz əksini tapmışdır”. 52-ci bənddə isə qeyd edilmişdir ki, “Layihədən belə müəyyən olunur ki, “yaşayı evi”nin 18 studiomətbəx/qonaq otağı, 21 yataq otağı, 15 dəhlizi, 18 sanitarqovşağı, 13 eyvanı vardır”. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla qeyd edir ki, iddiaçı tərəfindən inşa edilmiş yaşayış evi qanunvericiliyin tələblərinə uyğun olmadığından iddiaçı tələbində haqlı olmamışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş layihənin birinci səhifəsində icra hakimiyyəti tərəfindən müvafiq qeydiyyat aparılsa da, digər səhifələrdə müvafiq qeydiyyat aparılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş layihə üzrə tikinti işlərinin həyata keçirilməsinə müvafiq icra hakimiyyəti tərəfindən etiraz edilməsə belə, həmin tikinti işləri məlumatlandırma icraatında icazə verilən tələblərə uyğun olmadığı təqdirdə cavabdeh inzibati orqan tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina üçün əsas yaranır. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2-1(118)-1712/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.