Məhkəmə qərarları › İş №2-1(105)-1125/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1125/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1125/2024 27.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Kamil oğlunun cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1673/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1962-ci il təvəllüdlüdür. Təqdim etdiyi hərbi biletin surətindən görünür ki, iddiaçı 1993-1995,1995- 1999-cu illərdə hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1979-cu il tarixdən başlamış, sonuncu iş yeri olan Azərbaycan Beynəlxalq Mədən Əməliyat Şirkətinin Gədəbəy kontrakt sahəsində 2009-cu ildən müxtəlif vəzifələrdə çalışmışdır. Cavabdehə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün müraciət etsə də, xx.xx.2023-cü il tarixdə verilmiş cavab məktubu ilə bundan imtina olunmuşdur. Əsas olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan vəzifələrə iddiaçının işlədiyi vəzifələr uyğun gəlmir. Halbuki, iddiaçının iş yerindən cavabdehə təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışlarla müəyyən olunur ki, iddiaçının işlədiyi vəzifə adları eyni ilə Nazirlər Kabinetinin qeyd olunan qərarında göstərilən vəzifələrə ad olaraq uyğun gəlməsə də, iş xüsusiyyətləri baxımından eynidir və əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə daxildir. Eyni zamanda, təqdim olunmuş vəzifə təlimatları ilə iddiaçının əmək funksiyaları, vəzifə öhdəlikləri, tələb olunan bilik və bacarıqlar müəyyən olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə, o cümlədən 5 dekabr 1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin ona dair 10 iyul 2023-cü il tarixli 105 nömrəli arayışında və 10 iyul 2023cü il tarixli AİMC/Adm/106 nömrəli məktubunda onun xx.xx.2009-cu il tarixindən hazırki müddətədək işlədiyi adıçəkilən şirkətin Gədəbəy kontrakt sahəsində briqadir, mühəndis metallurq və aşındırma üzrə menecer, hidrometallurgiya sexinə nəzarətçi, zavod meneceri müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin ona dair 10 iyul 2023cü il tarixli 105 nömrəli arayışında göstərilmişdir ki, iddiaçı “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin ona dair 10 iyul 2023-cü il tarixli 105 nömrəli arayışında Gədəbəy kontrakt sahəsində xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək briqadir, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək mühəndis metallurq (qanunvericilikdə göstərilmiş metallurqlar), xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək hidrometallurqiya sexinə nəzarətçi (qanunvericilikdə göstərilmiş torpaqələviləşdirmə sahələrində nəzarətçilər), xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək ADR sahəsinin meneceri (rəisi) müavini (qanunvericilikdə göstərilmiş sahə (bölmə) rəisinin müavini), xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək çən aşındırma sahəsi üzrə menecer (rəis) - (qanunvericilikdə göstərilmiş sahə (bölmə) rəisi və yeni əlavə olunmuş vəzifələrdən “Əməliyyat bölməsinin rəhbəri”), xx.xx.2021-ci il tarixdən hazıradək topa aşındırma sahəsi, çən aşındırma sahəsi və məhsulun son alınması sahəsinə, yəni “ADR və aşındırma sahələri üzrə menecer (rəis) (qanunvericilikdə göstərilmiş sahə (bölmə) rəisi və yeni əlavə olunmuş vəzifələrdən “Əməliyyat bölməsinin rəhbəri”) işləmişdir. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər Siyahıs”nın 2.3-cü bəndinin aqlomerasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları, Okatış istehsalı, zənginləşdirmə fabrikləri və filizin, kömürün, şistin və tərkibində 3-cü sinif təhlükəli zərərli maddələr olan digər filiz olmayan qazıntıların zənginləşdirilməsi üzrə qurğular, briketləşdirmə, ağırlaşdırıcılar istehsalı, şaxtalarda, kəsmələrdə (karxanalarda) çeşidləmə. Filizlərin və filiz olmayan qazıntıların yandırılması, filizin email, zənginləşdirmə, sona çatdırma fabrikləri, filizin zənginləşdirilməsi üzrə sexlər, qurğular, əlvan və qiymətli metalların, almazların qumdan ayrılması, kömürün susuzlaşdırılması, dənəvərləşdirilmiş kömür ovuntusu və toza oxşar kömür fabrikləri”, “a” yarımbəndində (Fəhlələr) göstərilən “qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər”, həmçinin həmin yarımbənddə göstərilmiş “Metallurq”, “b” yarımbəndində (Rəhbərlər və mütəxəssislər) göstərilən “sahə rəisləri və onların müavinləri” və qanuna xx.xx.2023-cü ildə əlavə edilmiş “Əməliyyat bölməsinin rəhbəri” vəzifələrinə aiddir və həmin vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Əlvan metalların alınması zavodunun Hidrometallurqiya sexinin nəzarətçisinin vəzifəsi qanunda göstərilmiş “topaqələviləşdirmə sahələrində nəzarətçilər”, ADR zavodunun (sexinin) meneceri (rəisi) müavini, aşındırma sexi üzrə menecer (rəis) və qanunda (Siyahıda) göstərilmiş sahə (bölmə) rəisi və müavinləri və xx.xx.2023-cü ildə əlavə olunmuş vəzifələrdən “Əməliyyat bölməsinin rəhbəri” vəzifəsi ilə eynidir. Cavabdehin iddia tələbinə dair ərizəsinin dəlilləri Cavabdeh iddia tələbinə qarşı ərizəsində qeyd etmişdir ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. İnzibati icraatın nəticəsi olaraq iddiaçıya imtina məktubu ünvanlamışdır. Həmin imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2.3 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı iiə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifəiərin və göstəricilərin siyahısTnın Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), filiz və filiz olmayan qazıntıların yandırılması bölməsinin (2) Aqlomerasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları, okatış istehsalı, zənginləşdirmə fabrikləri və filizin, kömürün, şistin və tərkibində 3-cü sinif təhlükəli zərərli maddələr olan digər filiz olmayan qazıntıların zənginləşdirilməsi üzrə qurğular, briketləşdirmə, ağırlaşdırıcılar istehsalı, şaxtalarda, kəsmələrdə (karxanalarda) çeşidləmə, filizlərin və filiz olmayan qazıntıların yandırılması, zənginləşdirmə, sona çatdırma fabrikləri, filizin zənginləşdirilməsi üzrə sexlər, qurğular, əlvan və qiymətli metalların, almazların qumdan ayrılması, kömürün susuzlaşdırılması, dənəvərləşdirilmiş kömür ovuntusu və toza oxşar kömür fabrikləri bəndinin (2.3) rəhbərlər və mütəxəssislər yarımbəndində sahə (bölmə) rəisləri və onların müavinləri və sex rəisləri, onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə, o cümlədən 5 dekabr 1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin ona dair 10 iyul 2023-cü il tarixli 105 nömrəli arayışında və 10 iyul 2023- cü il tarixli AİMC/Adm/106 nömrəli məktubunda onun xx.xx.2009-cu il tarixindən hazırki müddətədək işlədiyi adıçəkilən şirkətin Gədəbəy kontrakt sahəsində briqadir, mühəndis metallurq və aşındırma üzrə menecer, hidrometallurgiya sexinə nəzarətçi, zavod meneceri müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr sözügedən sənədlərdə istinad edilən yuxarıda qeyd olunan sahə (bölmə) rəisləri və onların müavinləri və sex rəisləri, onların müavinləri vəzifələrinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1673/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Kamil oğluna xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Bununla yanaşı 13 may 2022-ci il tarixli, 530 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə həmin Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmiş və həmin dəyişiklik xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. Yeni redaksiyaya əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin hallarından da müəyyən edildiyi kimi iddiaçı 25 ildən çox ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan tərəfindən imtinası onunla əsaslandırılmışdır ki, iddiaçı ümumiyyətlə güzəştli iş stajına malik deyildir. Belə ki, iddiaçının işlədiyi sahələrin istinad olunan Siyahıda göstərilən peşələrlə hər hansı əlaqəsi yoxdur. İddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda adı çəkilən birqadir, mühəndis metallurq və aşındırma üzrə menecer, hidrometallurqiya sexinə nəzarətçi və zavod meneceri müavini peşələri Siyahıda göstərilən sahə (bölmə) rəisləri və onların müavinləri və sex rəisləri, onların müavinləri vəzifələrinə uyğun deyil. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması; b) azı 25 ümumi iş satjına malik olması; c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması; d) əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması. Həmçinin, xx.xx.2022-ci il tarixdən qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən iddiaçıya münasibətdə həmin tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər: a) pensiya yaş həddinin tamam olması; b) azı 25 ümumi iş satjına malik olması; c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması kimi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə mübahisələndirdiyi hal yalnız qanunla tələb olunan güzəştli iş stajına malik olmaması ilə bağlı hal olmuş, əsas kimi isə onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahıda olmaması halına istinad edilmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı qanunla tələb olunan azı 25 il ümumi stajına malik olmuşdur, bu hal iş materiallarında olan əmək kitabçası, hərbi bilet, diplom və digər sənədlər əsasında öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçının mübahisələndirilən dövrdə (xx.xx.2009-xx.xx.2022-ci il tarixədək) işlədiyi peşələr mühəndis metallurq, nəzarətçi, menecer müavini və menecer peşəsindən ibarət olmuşdur. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı barəsində işəgötürən tərəfindən güzəştli iş stajına dair arayış verilmiş, arayışın məzmununda iddiaçının işlədiyi həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı təsdiq edilmiş Siyahının 2.3-cü (Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması) bölməsində göstərilən metallurq, torpaqələviləşdirmə sahələrində nəzarətçi, sahə (bölmə) rəisi və müavini, əməliyyat qrupunun rəhbəri peşələri ilə uyğun olduğu qeyd edilmişdir. İddiaçının işləmiş olduğu “briqadir, mühəndis metallurq, nəzarətçi, menecer (rəis) müavini və menecer peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmış nəzarətçi, metallurq, sahə (bölmə) rəisi və müavini vəzifələrini icra edən şəxslərin gördüyü işlərin xarakteri ilə eynidir. () Göründüyü kimi, iddiaçının qanunla tələb olunan həddə güzəştli iş stajına malik olması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. İddiaçının fəaliyyət göstərdiyi vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması bölməsində nəzərdə tutulmaması iddiaçının hüquqlarının pozulmasına əsas olmamalıdır. Cavabdeh inzibati işin icraatı zamanı qeyd etdiyi arqumenti təsdiq edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq yuxarıda adı qeyd olunan iş materiallarında olan vəzifə təlimatları və arayışlarla iddiaçının məhz həmin işlə məşğul olduğu öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən iddiaçının pensiya hüququnun yarandığı tarix, ümumi iş stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı mübahisələndirilməmişdir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-261/2023 saylı qərarında öz əksini tapmışdır. İndiki halda cavabdehin apellyasiya şikayətinin dəlilləri imtina və etirazın dəlilləri ilə eynilik təşkil etdiyindən, məhkəmə kollegiyası həmin dəyərləndirməni kifayət hesab edərək, təkrar olaraq, həmin halların qeyd edilməsini zəruri hesab etmir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1673/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar