Məhkəmə qərarları › İş №2-1(105)-1125/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1125/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1125/2025 26.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqitisadiyyat Nazirliyinin Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X7 adına DTXK tərəfindən verilmiş JN-5083 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 250 ha, X1 adına DTXK tərəfindən verilmiş JN-6496 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha, X4 adına DTXK tərəfindən verilmiş JN-6496 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 300 ha, X5 adına DTXK tərəfindən verilmiş JN- 9424 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha və X3 adına DTXK tərəfindən verilmiş JN5062 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha örüş otlaq sahəsinə aid məlumatların elektron bazadan silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(118)- 895/2021 saylı qərarının icrasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin ərizəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 2-1(118)-895/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X7 adına DTXK tərəfindən verilmiş JN-5083 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 250 ha, X1 adına DTXK tərəfindən verilmiş JN-6496 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha, X4 adına DTXK tərəfindən verilmiş JN-6496 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 300 ha, X5 adına DTXK tərəfindən verilmiş JN-9424 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha və X3 adına DTXK tərəfindən verilmiş JN-5062 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha örüş otlaq sahəsinə aid məlumatların elektron bazadan silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddia təlbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(118)-895/2021 saylı qərarı ilə iddia təmin edilmiş, 12 noyabr 2021-ci il tarixdə icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Cavabdehin 18 avqust 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(118)- 895/2021 saylı qərarında qeyd olunan X7 adına DTXK tərəfindən verilmiş JN-5083 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 250 ha, X1 adına DTXK tərəfindən verilmiş JN-6496 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha, X5 adına DTXK tərəfindən verilmiş JN-9424 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha və X3 adına DTXK tərəfindən verilmiş JN-5062 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha örüş otlaq sahəsinə aid məlumatlar elektron bazadan silinməsinə dair iddia tələbi təmin olunmuşdur. Məhkəmə qərarının digər hissəsində X4 adına DTXK tərəfindən verilmiş JN-6496 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 300 ha sahəsinə aid məlumatların elektron bazadan silinməsi göstərilmişdir. Məhkəmə qərarında həmin nömrəli şəhadətnamə X1 adına qeyd olunmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, X4 adına DTXK tərəfindən verilmiş JN-6621 (kod ********) saylı icarə şəhadətnaməsi aid olduğu müəyyən edilmişdir. Bununla da, məhkəmə qərarının göstərilən hissəsinin icrasını təmin etmək mümkün olmamışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 2-1(118)-895/2021 nömrəli qərardadı ilə qərara izah verilməsi barədə ərizə təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə qərardadını onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən və məhkəmə qərarından göründüyü kimi sözügedən şəhadətnamənin nömrəsi bütün mərhələlərdə JN-6496 kimi qeyd edilmişdir. Bu əsasla məhkəmə hesab etmişdir ki, məhkəmə qərarına məzmununu dəyişdirmədən izah verilməsi mümkün deyildir. Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 2-1(118)-895/2021 saylı qərardadın ləğv edilməsini, Sumqayıt İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(118)-895/2021 saylı qərarın icrası ilə bağlı izah verilməsi barədə ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini qərara izah verilməsi barədə ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə cavabdehin tələbi Sumqayıt İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(118)-895/2021 saylı qərarına izah verilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin qərara izah verilməsinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından, o cümlədən iddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbində X7 adına DTXK tərəfindən verilmiş JN-5083 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 250 ha, X1 adına DTXK tərəfindən verilmiş JN-6496 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha, X4 adına DTXK tərəfindən verilmiş JN-6496 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 300 ha, X5 adına DTXK tərəfindən verilmiş JN-9424 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha və X3 adına DTXK tərəfindən verilmiş JN-5062 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha örüş otlaq sahəsinə aid məlumatların elektron bazadan silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə də yekun qərarında iddia tələbini təmin edərək, göstərilən şəhdətnamələrin elektron baza məlumatlarından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir. Hazırda cavabdeh X4 adına DTXK tərəfindən JN-6621 (kod ********) saylı icarə şəhadətnamənin verildiyini bildirir və bununla bağlı məhkəmə qərarının göstərilən hissədə icrasının qeyri-mümkün oludğunu bildirir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, həmin hallar məhkəmə qərarına izah verilməsi üçün əsas qismində çıxış edə bilməz. Belə ki, birinci instansiya məhkəməsinin də düzgün qeyd ediyi kimi iddia ərizəsində X4 adı qeyd edilsə də, şəhadətnamənin nömrəsi JN-6496 kimi qeyd edilmiş, JN-6621 (kod ********) saylı icarə şəhadətnaməsi isə ümumiyyətlə, iddia tələbini predmeti olmamışdır. Məhkəmə kollegiyası qeyd edilən halları əsas götürərək, hesab edir ki, indiki halda məhkəmə qərarında hər hansı qeyri-müəyyənliyin və ya anlaşılmazlığın, habelə ziddiyyətli halın olması müəyyən edilməmiş, hansı ki yalnız həmin hallar müəyyən edildiyi halda qərarın izah edilməsi mümkün ola bilərdi. Bu baxımından məhkəmə kollegiyası qeyd edilən halları əsas götürərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 2-1(118)-895/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3ə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar