Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-113/2024 03.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və torpaq sahəsinə dair çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı və iddiaçıların nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997ci il tarixli 10 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin KOD 30114018 JN:0072 saylı 30 mart 1998ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş, Qusar rayonu Aşağı İmamqulukənd kəndi ərazisində yerləşən 6.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun və ailə üzvlərinin mülkiyyət hüquqularının dövlət qeydiyyatına alınması və adlarına müvafiq çıxarışın verilməsi”nə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-318/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN 0072 KOD 30114018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 №li qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 6.54 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. Qusar rayon İmamqulukənd bələdiyyəsinin 06 may 2022-ci il tarixli 47 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı1 və ailə üzvləri X1, X2, İddiaçı4nin, İddiaçı5 mülkiyyətinə torpaq islahatı zamanı JN: 0072 nömrəli (kod ********) Dövlət Aktına əsasən Qusar rayonunun Aşağı İmamqulukənd kəndi ərazisində 5.34 hektar əkin, 1.20 hektar çoxillik əkmələr olmaqla cəmi 6.54 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən ailə kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edir. İddiaçı1 vergi ödəyicisi olaraq İmamqulukənd bələdiyyəsində qeydə alınmış (YVÖK 471411xxxxxxx), torpaq vergiləri ödənilmiş xx.xx.2022 ci il tarixinə torpaq və əmlak vergisi mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz JN-0072 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamışdır və torpaq sahəsini almış subyektlərin adlı (DBF) siyahısında öz əksini tapmamışdır. Bu, səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları faktiki 5.34 ha və 1.2 ha olmaqla iki yerdə təyin olunmuşdur sxematik xəritə və ortofoto görüntüləri hazırlanmışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahələrinin koordinatları Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə ayrılmış torpaq sahələrinə uyğundur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 5.34 ha hissəsinin təyinatı, kateqoriyası - kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası - əkin, 1.2 ha hissəsinin təyinatı, kateqoriyası - kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası - çoxillik əkmələrə aiddir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mərkəzin arxivində saxlanılan Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş Südçülük sovxozunun Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli Qərarında adambaşına düşən pay torpaq normasına dair məlumat qeyd edilmişdir. Qusar Rayon İcra Hakimiyyəti başçısının İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qusar rayonun Aşağı İmamqulukənd kəndində torpaq islahatı zamanı adambaşına düşən bir pay torpaq normasının orta normativi 1.27 hektardır. Qusar rayonu İmamqulukənd bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qusar rayonun Aşağı İmamqulukənd kəndi üzrə torpaq islahatı zamanı adambaşına düşən bir pay torpaq sahəsinin orta ölçüsü 1.27 hektardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin KOD 30114018 JN:0072 saylı 30 mart 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş, Qusar rayonu Aşağı İmamqulukənd kəndi ərazisində yerləşən 6.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun və ailə üzvlərinin mülkiyyət hüquqularının dövlət qeydiyyatına alınması və adlarına müvafiq çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Qusar rayonu Aşağı İmamqulukənd kəndi ərazisində yerləşən 6.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş KOD 30114018 JN:0072 saylı 30 mart 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Torpaq sahəsi mülkiyyətinə verildiyi vaxtdan indiyədək istifadələrində olmuş, torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdirlər. Həmin torpaq sahəsinə görə vergi ödəyicisi kimi Qusar rayonu İmamqulukənd bələdiyyəsində qeydə alınmaqla (YVÖK 471411xxxxxxx) torpaq vergilərini vaxtlı-vaxtında ödəmişdir, hazırda bələdiyyəyə ödənilməmiş torpaq və əmlak borcu yoxdur. Həmin torpaq sahəsinə dair özünün və ailə üzvlərinin adına müvafiq çıxarışın verilməsi üçün 30 mart 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən ona bildirilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfinfdən verilmiş KOD 30114018 JN:0072 saylı 30 mart 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin idarəyə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamışdır. Bu səbəbdən də, ona və ailə üzvlərinə Çıxarışın verilməsindən imtina olunmuş, bu barədə xx.xx.2022-ci il tarixli **********48 saylı məktub verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin ona və ailə üzvlərinə yuxarıda qeyd etdiyi torpaq sahəsinə dair Çıxarışın verilməsindən imtina etməsi qanuni və əsaslı deyildir. Belə ki, o və ailə üzvləri sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnu hələ həmin idarə mövcud olmamışdan əvvəl əldə etmiş və həmin vaxt hüquqların dövlət qeydiyyatını həyata keçirmək səlahiyyəti olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi onların mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqla adlarına KOD 30114018 JN:0072 saylı 30 mart 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı vermişdir. Həmin akt səlahiyyətli şəxslər tərəfindən imzalanmaqla müvafiq möhürlərlə təsdiq olunmuşdur. Bundan başqa, həmin torpaq sahəsi Qusar rayonunda həyata keçirilən aqrar islahat proqramı çərçivəsində pay torpaq sahəsi kimi verilmişdir. Yuxarıda qeyd etdiyi torpaq sahəsi verildikdən sonra iddiaçı ailə başçısı kimi Qusar rayonu İmamqulukənd bələdiyyəsində torpaq vergisi ödəyicisi kimi qeydiyyata alınmışdır. Dövlət Aktı verildiyi vaxtdan torpaq sahəsini istifadə edirlər. Həmin torpaq sahəsi mülk nömrələri 0072 və 72C olmaqla iki hissədən ibarətdir və hər bir torpaq sahələrinin dəqiq koordinatları, hansı torpaq sahələri ilə həmsərhəd olması qeyd edilmişdir. X10 vermiş orqanın səlahiyyətli şəxsləri həmin Aktı hansısa kitaba qeyd etməmişlərsə bu, iddiaçı və ailə üzvlərinin təqsiri deyil, çünki bunu etmək onların vəzifəsi olmamışdır. Qusar rayonu ərazisində torpaq islahatı həyata keçirilərkən iddiaçı və ailə üzvləri özəlləşdirilən kolxoz və sovxozların torpaqlarında pay torpaq sahəsi almaq hüququ olan şəxslərin siyahısında olmuşdurlar və islahata uyğun qaydada həmin torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz JN-0072 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamışdır və torpaq sahəsini almış subyektlərin adlı (DBF) siyahısında öz əksini tapmamışdır. Bu, səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-318/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarı ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin KOD 30114018 JN:0072 saylı 30 mart 1998ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş, Qusar rayonu Aşağı İmamqulukənd kəndi ərazisində yerləşən 6.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı1 və ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adlarına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsaslı olmamışdır. Qusar rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 saylı Qərarı Qusar rayon Dövlət Arxivində mövcuddur və Qusar rayonu, İmamqulukənd kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı1 və onun ailə üzvlərinin adları qeyd edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə ayrılmış torpaq sahələrinə uyğun olmaqla təyinatına uyğun istifadə olunur. Həmçinin məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 JN-0072 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmadığını və torpaq sahəsini almış subyektlərin adlı (DBF) siyahısında öz əksini tapmadığını bildirsə də elektron baza məlumatlarında-xəritədə öz əksini tapdığını qeyd etmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı və iddiaçıların nümayəndəsi İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında “Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin KOD 30114018 JN:0072 saylı 30 mart 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş, Qusar rayonu Aşağı İmamqulukənd kəndi ərazisində yerləşən 6.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun və ailə üzvlərinin birgə mülkiyyət hüquqularının dövlət qeydiyyatına alınması və adlarına müvafiq çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi 1.Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. ..... Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. ..... Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi sözügedən torpaq sahələrinə dair birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinası onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamış, torpaq sahəsini almış subyektlərin adlı siyahısında öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Qusar rayonu AİK-nın 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarı ilə iddiaçıların adına ayrılmış 6,54 ha torpaq sahəsinə dair “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. İş materiallarında olan Qusar rayonu AİK-nın 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarının və ona əlavə olunan sənədlərin arxiv çıxarışının məzmunundan görünür ki, Qusar rayonu AİK İmamqulukənd oba südçülük sovxozu aqrar islahat komissiyasının, təsərrüfatda torpaq islahatının aparılması barədə 25 iyul 1997-ci il tarixli 12 saylı və püşkatmanın nəticələri barədə 28 iyul 1997-ci il tarixli 13 saylı qərarları təsdiq edilməsini, yerquruluşu layihəsinin təsdiq edilməsi, Dövlət Aktlarının hazırlanması üçün Dövlət Torpaq Komitəsinə sənədlərin təqdim edilməsi, əmlakdan pay almaq hüququ olanların siyahısnın təsdiq edilməsi qərara alınmış, digər sənəddə İddiaçı1 və onun 4 nəfər ailə üzvinin adı, adlarının qarşısında 0,06 və 0,25 kimi qeyd edilmiş, İmamqulukən oba bağ sahəsindən əmlak payı düşən ailələrin siyahısında İddiaçı1 adı, ailə üzvi 1, torpaq sahəsinin ölçüsü kimi 1,20 ha qeyd edilmişdir. İş materiallarında olan Südçülük Sovxozunun AİK-nın 25 iyul 1997-ci il tarixli 12 nömrəli protokolunun məzmunundan görünür ki, təsərrüfat üzrə adambaşına 1,27 ha torpaq sahəsi düşür, bu göstəriş nisbidir, bağ sahəsi 0,5 hektardan az almamaq şərtilə əmlak payçılarına özəlləşdirilsin, az sahə düşənlərə digər əmlak hesabına əmlak payları artırılsın, cəmi 50 hektar torpaq sahəsi pay almaq hüququ olan subyektlərə özəlləşdirilsin. İş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçıların fatiki istifadəsində olan torpaq sahəsinin koordinatları Qusar rayonu AİK-nın 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin koordinatları ilə uyğundur, faktiki istifadəsində olan 5,34 ha torpaq sahəsinin təyinatı, kateqoriyası-kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası-əkin, 1,20 ha hissəsinin təyinatı kənd təsərrüfatı təyinatlı, uqodiyası çoxillik əkmələrə aiddir (ortofoto görüntüsü əlavə edilmişdir). İş materiallarında olan müvafiq Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun məzmunundan görünür ki, Qusar rayonu AİK-nın 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarına əlavə olunan adlı siyahı aşkar edilməmiş, Qusar rayonu İmamqulukənd oba sovxozunda torpaq pay almaq hüququ olan subyektlərin siyahısının və bağ sahəsindən əmlak payı düşən ailələrin siyahısının tam mətni əlavə edilmiş, siyahıda 61 sıra nömrəsində İddiaçı1 İsabal oğlu və 4 nəfər ailə üzvinin adları (qarşısında 0,06, 0,246), digər siyahıda İddiaçı1 adı (qarşısında 1,20) qeyd edilmişdir. İş materiallarında olan müvafiq bələdiyyə və İmamqulukənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş məktubların məzmunundan görünür ki, Qusar rayonu Aşağı İmamqulukənd kəndində torpaq islahatı zamanı adambaşına düşən bir pay torpaq normasının orta normative 1,27 hektardır. Göründüyü kimi, qeyd edilən torpaq sahəsi naturada mövcduddur, iddiaçıların faktiki birgə istifadəsindədir, habelə həmin torpaq sahəsinin ayrılmasına dair müvafiq Dövlət Aktı hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, geri çarılması və ya qüvvədən düşməsi halı aşkar olunmamışdır. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən qeyd edilən sənəd daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların həmin torpaq sahəsinə dair birgə mülkiyyət hüquqları yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin imtina və şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsinə dair tərtib edilmiş müvafiq Dövlət Aktı və onun tərtib edilməsinə əsas olmuş müvafiq AİK-nın qərarının arxiv nüsxələri mövcuddur. Həmin sənədlərin təhvil verilmiş dövlət qeydiyyatı kitablarında qeydiyyata alınması iddiaçıların öhdəlik daşıdığı hal kimi çıxış etməmiş, həmin sənədlərin qeydiyyata alınması məhz müvafiq səlahiyyətli qurumların öhdəliyi kimi mövcud olmuşdur. Belə olan halda, müvafiq inzibati qurumların öz səlahiyyətlərini lazimi qaydada və vaxtında icra ediməməsi halına istinad edilməklə iddiaçıların mövcud olan hüquqlarının məhdudlaşıdırlması qanunvericiliyin norma və prinsiplərinin tələbinə, mahiyyətinə məqsədinə, ən əsası mütənasiblik prinsipinin tələbinə zidd olmuşdur. Belə ki, mütənasiblik prinsipinin tələbinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, indiki halda həmin sənədlərin qeydiyyata alınmaması halı məhz müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtina və şikayətinin dəlili kimi həmin əsasa istinad edilməsi qanunvericiliyin norma və prinsiplərinin tələbinə zidd olmuşdur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015ci il 29 yanvar tarixli, §49 Qərarlar). Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu qeyd edir ki, müvafiq Dövlət Aktı əsasında qeyd olunan torpaq sahəsi İddiaçı1 və onu 4 nəfər ailə üzvinin adına ayrılmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsində icraat zamanı yalnız İddiaçı1 iddiaçı qismində çıxış etmişdir. Məhkəmə kollegiyası qeyd olunan halı nəzərə alaraq, bununla bağlı iddiaçı tərəfə hüquqi yardım etmişdir. Nəticə etibarilə iddiaçılar tərəfindən hazırki iş üzrə birgə iddiaçı qismində çıxış etmələri barədə yazılı ərizə təqdim edilmişdir, habelə iddia tələbi məhz iddiaçı və onu ailə üzvlərinin mülkiyyət hüquqularının dövlət qeydiyyatına alınmaıs ilə bağlı olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən torpaq sahəsi İddiaçı1 və onu 4 nəfər ailə üzvinin adına ayrıldığından, indiki halda onlar birgə mülkiyyətçi qismində çıxış etdiyindən, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-318/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarı əsasında tərtib edilmiş JN:0072 saylı KOD 30114018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı1 və onun ailə üzvləri Hacımətova Əntiqə, X3, İddiaçı4 və İddiaçı5 adına ayrılmış Qusar rayonu Aşağı İmamqulukənd kəndi ərazisində yerləşən 6.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair birgə iddiaçılar İddiaçı1, Allahquliyeva (Hacımətova) Əntiqə Novruzbəy qızı, Səlimova (Allahquliyeva) Sevil Səftər qızı, İddiaçı4 və İddiaçı5 birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.