Məhkəmə qərarları › İş №2-1(105)-1133/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1133/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1133/2025 20.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın və “daşınmaz əmlakın əldə olunması barədə” xx.xx.2024-cü il tarixli protokolun ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, e-2-1(118)-7811/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdehə müraciət edərək, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın və “daşınmaz əmlakın əldə olunması barədə” xx.xx.2024-cü il tarixli protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müraciəti müsbət həll olunmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın və “daşınmaz əmlakın əldə olunması barədə” xx.xx.2024-cü il tarixli protokolun ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı əsasında, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının2(105)-1430/2017 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin 0,036 ha hissəsi (borcun qismən ödənilməsi müqabilində) tələbkar X2 verilmişdir. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən daha sonra xx.xx.2024-cü il tarixdə “daşınmaz əmlakın əldə olunması barədə” protokol tərtib edilərək, göstərilən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin 0,036 ha hissəsi üzərində X1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məqsədəmüvafiq hesab edilmiş və həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasının həmin protokol əsasında aparılmasına göstəriş vermişdir. İcra məmuru tərəfindən yol verilmiş qeyd olunanlar, adı çəkilən icra sənədində nəzərdə tutulmamışdır və icra sənədindəki tələblərdən kənar hərəkətlərdir. İcra məmuru tərəfindən qəbul edilən adı çəkilən qərar barəsində 2025-ci ilin iyun ayında xəbər tutmuş və qərarın ləğvi barədə cavabdehə müraciət etmişdir. Lakin müraciəti ilə bağlı cavabdeh hərəkətsizlikdə davam etmiş, daha sonra da qərar və protokolun ləğvinin onun səlahiyyətləri çərçivəsində olmadığını bildirmişdir. Nəticədə müraciəti müsbət həll olunmamışdır. İcra məmurun hərəkətlərindən və adı çəkilən qərar və protokolun ləğvi barədə dərhal Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Şikayət edilən icra məmurun hərəkətləri icra sənədinin icrası adı ilə edilsə də, icra sənədində müəyyən edilməyən, ondan kənar hərəkət olduğundan, rayon məhkəməsində baxılmalı olmadığından, geri qaytarılması qərara alınmışdır. Qərar və protokol ondan xəbərsiz, ona məlumat verilmədən çıxarılmaqla, yol verilməzliyi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə aktının mövcudluğunu bilə-bilə qəsdən qəbul edilmişdir. Bu səbəbdən əsassız və hüquqa zidd hesab olunub, ləğv edilməlidir. Belə ki, adı çəkilən 0,036 ha torpaq sahəsi ayrıca sərbəst sahə deyil, yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin bir hissəsi və yaşayış evin həyətyanı sahəsidir. 0,06 ha torpaq sahəsi isə evlə birlikdə vahid əmlakdır. Vahid əmlakın bu şəkildə bölgüsü mülkiyyətçinin razılığı və ya borcun yönəldilməsi yol verildiyi təqdirdə məhkəmənin qərarı ilə mümkündür. Əmlakın bölgüsünün aparılması icra məmurun səlahiyyətlərinə aid deyildir və bununla bağlı qərar qəbul edə bilməz. Lakin mülkiyyətçi olaraq onun belə bir razılığı olmamış və məhkəmənin də bu barədə qərarı mövcud deyildir. Əksinə eyni icra işi ilə bağlı adı çəkilən əmlaka tələbin yönəldilməsinin yol verilməzliyi barədə mübahisə üzrə məhkəmə aktları mövcuddur. Həmin qərarlar icra şöbəsinə təqdim edilmiş və icrası da eyni icra işində həyata keçirilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-9124/2016 saylı 29 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı ümumilikdə 90.600 manat məbləğin alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1430/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulmalı məbləğin həcmi 29.246 manata endirilmişdir. Abşeron rayon Məhkəməsinin 8(012)-807/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə borcun əmlaka yönəldilməsi barədə Abşeron icra şöbəsinin təqdimatı əsasında borclu İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 372 nömrəli sahədə yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)- 144/2019 saylı 29 iyul 2019-cu il tarixli qərardadı ilə rayon məhkəməsinin qərardadı ləğv edilmiş, tələbin əmlaka yönəldilməsi barədə təqdimat təmin edilməmişdir. Həmin məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, borclu İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 372 nömrəli sahədə yerləşən 0,06 ha torpaq sahəsinin üzərində ona məxsus fərdi yaşayış evi mövcuddur. Ev və torpaq sahəsi vahid əmlak olmaqla, borclunun yeganə yaşayış evidir. Ona görə də borcun ona məxsus evə və evin həyətyanı sahəsinə yönəldilməsi yolverilməzdir. Eyni zamanda qeyd edilməlidir ki, icra məmuru qərarında istinad etdiyi Qusar rayon Məhkəməsinin 8(029)-10/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına gəlincə, həmin qərardad adı çəkilən torpaq sahəsinin bölgüsünə və ya tələbin əmlakın bir hissəsinə yönəldilməsi ilə bağlı olmayıb, onun razılığı əsasında qəbul edilmiş və evlə torpaq sahəsi vahid əmlak olaraq, hərraca çıxarılmışdır. Hərrac baş tutmamış, tələbkara təklif olunmuşdur. Lakin o, əmlakın qəbulunda hərəkətsizlik etmişdir. Bununla da əmlakla bağlı məsələnin yekunlaşdığı bəllidir. Bununla bağlı qiymətləndirmə, hərrac və icra hərəkətləri son olaraq 2022-ci ildə başa çatmışdır. Lakin hazırda məlum olmuşdur ki, sonradan tələbkar tələbin torpaq sahəsinin bir hissəsinə yönəldilməsini istəmiş və bölgü üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron ərazi İdarəsinə müraciət olunmuşdur. Onun istəyinə uyğun xx.xx.2023-cü il tarixdə bölgü eskizi tərtib edilmiş və mülkiyyətçi ilə razılaşdırılması üçün icra məmuruna verilmişdir. Eyni zamanda bölgü eskizin notariat qaydasında təsdiq edildiyi halda həqiqi sayılacağı bölgü eskizin özündə qeyd edilməklə, izah edilmişdir. Lakin bölgü eskizi notariat qaydasında təsdiqlənməmişdir. Buna baxmayaraq icra məmuru vahid əmlakın bölgüsü və bölünmüş əmlakın borcun bir hissəsinin ödənilməsi şərti ilə tələbkara verilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul etmiş və 1 ildən sonra da həmin əmlaka dair mülkiyyət hüququnun qeydə alınması barədə xx.xx.2024-cü il tarixdə protokol qəbul etmişdir. Halbuki, icra məmuru tərəfindən adı çəkilən qərar və protokol o halda qəbul edilə bilərdi ki, tərtib edilmişbölgü eskizi mülkiyyətçi tərəfindən imzalanmış və notariat qaydasında təsdiqlənmiş olsun, yəni eskiz həqiqi olsun. Göründüyü kimi icra məmuru qərarında təsdiqlənməmiş bölgü eskizi həqiqi kimi təqdim etməklə yanlışlığa yol vermişdir. Məhkəmə aktları ilə yolverilməzliyi müəyyən edilmiş əmalakı ilə bağlı şikayət olunan qərarın qəbul edilməsi və protokolun tərtib edilməsi ilə bağlı icra məmurun hərəkətləri qanuna zidd və tələbkarın xeyrinə məqsədli hərəkəti kimi qiymətləndirilməlidir. Qeyd olunanlarla bağlı cavabdeh icra şöbəsinə müraciət olunmuş, aşkar pozuntuya yol verildiyi bəlli olmuş, lakin pozuntunun aradan qaldırılması üçün hər hansı əməli tədbir görülməmişdır. Ona görə də məsələnin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. İcra məmuru tərəfindən yanlış istinadlarla qəbul edilmiş qərar və protokolun icrası nəticəsində ona məxsus əmlakın bir hissəsinin qanunsuz olaraq özgəsinin mülkiyyəti kimi rəsmiləşdirilməsinə səbəb olmaqla, mülkiyyət hüququma qanunsuz müdaxilə edilmişdir. Ona görə əsassız olaraq pozulmuş mülkiyyət hüququnun bərpası məqsədi ilə cavabdeh tərəfindən qəbul edilmiş qərar və protokol ləğv edilməlidir. Cavabdehin iddia ərizəsinə dair etirazı olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, e-2-1(118)-7811/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, məhkəmə (hakim) iddia ərizəsi və qərarın ləğvi tələbin “icra məmurun hərəkətlərinin məhkəmə tərəfindən verilmiş icra sənədinin icrası ilə bağlı” olduğu baxımından iddianı mümkünsüz saymışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, təqdim edilmiş iddia ərizəsi və tələb məhkəmə tərəfindən verilmiş icra sənədinin icrası ilə deyil, icra sənədindən kənara çıxmaqla, icra məmuru tərəfindən yol verilmiş qanuna zidd hərəkətlər və bunun nəticəsində qəbul edilmiş qərarın ləğvi barəsindədir. İcra sənədində və onun aid olduğu Abşeron rayon Məhkəməsinin 2(012)-9124/2016 saylı 29 dekabr 2016-cı il və daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1430/2017 saylı xx.xx.2017-ci il tarixli qətnamələrində borcun İddiaçı əmlakına və ya onun bir hissəsinə yönəldilməsi kimi tələb mövcud deyildir. Əksinə tələbin borclunun əmlaka yönəldilməsi barədə təqdimat rədd edən məhkəmə aktları mövcuddur. Göründüyü kimi icra məmuru tərəfindən yol verilmiş hərəkətlər və qəbul etdiyi mübahisələndirilən qərar adı çəkilən icra sənədində nəzərdə tutulmamışdır və icra sənədindəki tələblərdən kənar hərəkətlərdir. Ona görə də geri qaytarma məktubunda və şikayət olunan xx.xx.2025-ci il tarixli qərardadında qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında nümayiş etdirdiyi mövqeyinə görə hazırkı iddia ərizəsinin ümumi məhkəmələrdə deyil, məhz inzibati məhkəmələrdə baxılmalıdır. Məhz bu baxımdan iddia ərizəsi əvvəl təqdim etdiyi Abşeron rayon Məhkəməsi tərəfindən adıcıl olaraq 2 dəfə geri qaytarılmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mülki qaydada Abşeron rayon məhkəməsinə hazırki tələblə müraciət etsə də, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina barədə qərardad çıxarılmış, səbəb kimi də inzibati məhkəməyə müraciət edilməli olması göstərilmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisə predmeti Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın və “daşınmaz əmlakın əldə olunması barədə” xx.xx.2024-cü il tarixli protokolun ləğv edilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, mövcud qanunvericiliyə əsasən, habelə formalaşmış məhkəmə təcrübəsinə əsasən hazırkı mübahisə mülki xarakterli olmaqla aidiyyəti üzrə mülki məhkəmədə baxılan mübahisələrə aid edildiyindən, iddiaçı müvafiq iddia tələbi ilə aidiyyəti üzrə ümumi (rayon, şəhər) məhkəməsinə müraciət edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia tələbinin mümkün sayılması üçün: 1) inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2) inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3) inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı, yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4) hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalıdır. Kollegiya qeyd edir ki, iddianın qeyd edilən mümkünlük şərtləri, eləcə də mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq həmçinin onu da qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativhüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Məhkəmə həmçinin nəzərə alır ki, İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən, əgər mübahisəyə baxılması həmin məhkəmənin səlahiyyətinə aid deyilsə, məhkəmə işi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərməlidir. Lakin bu müddəa yalnız inzibati mübahisələrə şamil olunur və inzibati məhkəmələrin mülki münasibətlərdən irəli gələn mübahisələri birbaşa göndərmək səlahiyyəti yoxdur. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddianı mümkün hesab etməməsi qanunauyğun hesab edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının mübahisə ilə bağlı aidiyyət məsələsində yaranmış vəziyyətdə hüquqi müdafiə vasitələrindən istifadə imkanları mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Bu səbəbdən, iddiaçının hüquqları yalnız inzibati mübahisə qaydasında deyil, həm də ümumi məhkəmə icraatı çərçivəsində qorunur və həmin məhkəmənin icraatdan imtina qərardadından şikayət verməklə müdafiə edilə bilər. Beləliklə, inzibati məhkəmənin bu işə baxmaqdan imtina etməsi iddiaçının hüquqlarının müdafiəsiz qalmasına səbəb olmur. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, ....... mülki və ya cinayət məhkəmə icraatı qaydasında, ..... baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (15.1-15.3-cü bəndlər). Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, e-2-1(118)-7811/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar