Məhkəmə qərarları › İş №2-1(105)-1135/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1135/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1135/2025 10.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə qarşı “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1305/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçı barəsində sağlamlıq vəziyyətindən asılı olaraq, Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 20.2-ci maddəsinə əsasən qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim Ekspertizası haqqında” Əsasnamənin Xəstəliklər cədvəli”nin “Qan dövranı Xəstəlikləri” sisteminin 46-cı maddəsinin (müvafiq dəyişiklikdən sonra Əsasnamənin həmin maddəsi 43-cü maddə adlanır) “B” bəndinin İ qrafasına (Babasil İİ-İİİ dərəcəli) əsasən “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilərək ehtiyata keçirilməyi barədə qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 15 aprel 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilməsinə dair qərarın qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1305/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Könül Həbibova). Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-1305/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1305/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnamənin "Xəstəliklər cədvəli"nin "Qan dövranı sistemi xəstəlikləri"nin 46-cı maddəsinin (müvafiq dəyişiklikdən sonra Əsasnamənin həmin maddəsi 43-cü maddə adlanır) İ qrafasının "B" bəndinə (Babasil İİ-İİİ dərəcə) əsasən "dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilərək ehtiyata keçirilməsi barədə qərar qəbul olunması öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı apellyasiya icraatı zamanı iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə verərək "dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilərək ehtiyata keçirilməsi barədə qərar qəbul olunması öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillər İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinin tələb hissəsini dəqiqləşdirməsinə və məhkəmənin həmin ərizəni icraata qəbul etməsinə baxmayaraq, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1305/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı onun sözügedən dəqiqləşdirilmiş iddia tələbinə münasibətdə qəbul edilməmişdir. Bu qərar məhkəmənin 30 aprel 2024-cü il tarixli iddia ərizəsinin ilkin tələbinə münasibətdə qəbul edimişdir. Çünki ilkin iddia tələbində məhkəmədən ayrı maddi hüquq norması, yəni Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 20.2- ci maddəsi əsasında, ancaq dəqiqləşdirilmiş iddia tələbimdə isə ayrı maddi hüquq norması, yəni “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-Həkim Ekspertizası haqqında Əsasnamə”nin 46-cı maddəsi əsasında qərar qəbul etməsini xahiş etmişdir. Kollegiyanın nəzərinə çatdırılır ki, qanunverici məhkəmə tərəfindən mübahisə ilə bağlı zərurət olduqda ekspertizanın təyin edilməsi üçün iki hal müəyyən etmişdir. Bunlardan birincisi işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti olduqda mümkündür. Ancaq iş materillarından da məlum olduğu kimi, cavabdeh tərəf bu barədə məhkəməyə heç bir yazılı qaydada əsaslandırılmış vəsatət təqdim etməmişdir. Sözügedən qərardadın 4-cü səhifəsinin 8-ci abzasında məhkəmə cavabdeh tərəfin etirazının bir hissəsinə istinad edərək qeyd edir: “İddia tələbinin 15 aprel 2024-cü il tarixli “Hərbi xidmətə müvəqqəti yararsızdır” qərarının ləğv edilməsi hissəsinə münasibətdə bildirilmişdir ki, bu barədə məhkəmə-tibbi ekspertizanın keçirilməsinə etiraz edilmir. Keçirildiyi təqdirdə ekspertizanın nəticəsindən asılı olaraq şəxsin xəstəliyinin müəyyən edilməsi və ona uyğun olaraq müalicə olunması zəruri hesab edilir“ Göründüyü kimi cavabdeh tərəf sadəcə olaraq ekspertizanın keçirilməsinə etiraz etməmişdir, ancaq o, məhkəməyə ekspertizanın keçirilməsi üçün yazılı qaydada əsaslandırılmış vəsatət verməmişdir. Kollegiyanın nəzərinə çatdırılır ki, cavabdeh tərəfin “məhkəmə-tibbi ekspertizanın keçirilməsinə etiraz edilmir” ifadəsi manipulativ xarakterlidir və o, bununla birinci instansiya məhkəməsini onun guya işin ekspertiza ilə obyektiv araşdırılması tərəfdarı olduğuna inandırmağa cəhd etmişdir. Halbuki, bu işlə əlaqədar tibbi ekspertizanın keçirilməsi həm əsassız həm də mahiyyəti üzrə deyil idi. Çünki ekspertiza təyini ilə obyektiv araşdırma aparmaq mübahisəyə səbəb olmuş müəmmalı məsələlərin aydınlaşdırılmasmda lazımdır, artıq aydın olan məsələ (mənim xəstəliyim) üçün ekspertiza təyin edilməsinə əsas yox idi və bu, heç mahiyyəti üzrə də deyil idi. Kollegiyanın diqqətinə çatdırılır ki, bu bənddə qeyd edilən “həmçinin ilk ekspertizanın keçirilməsi məqsədilə təyin edilmiş müayindən keçməkdən imtina etmişdir” ifadəsi həqiqəti əks elətdirmir. Belə ki, o müayinənin keçirilməsi məqsədilə məhkəmə tərəfindən təyin edilmiş ilk ekspertizaya etiraz etmiş, ancaq ekspertizanın keçirilməsi məqsədilə təyin edilmiş müayinədən keçməkdən imtina etməmişdir. İlk növbədə bildirilir ki, ekspertizanın keçirilməsi məqsədilə icraedici orqan tərəfindən heç bir müayinə təyin edilməmişdir və iş icrasız geri qaytarılmışdır. Əlavə olaraq bildirilir ki, ekspertizanın məhkəmə tərəfindən təyin edilməsinə etiraz etsədə, ekspertizanın keçirilməsi üçün müayinə təşkil edilməsi üçün iki dəfə “Məhkəmə- Tibbi Ekspertiza və X2” X6 (Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 131) getmişdir. İlk gedişində, 18 İyul 2025-ci il tarixində günün birinci yarısında saat 9:15 radəsində oranın həkimi Fəxrəddin Abbasov qəbul etmiş və müayinə üçün X5nın yanına yönləndirmişdir. X5 şəxsi məlumatlarının və xəstəliyi ilə bağlı şikayətlərinin qeydini aparmış və müayinə üçün zəng edəcəyini bildirmişdir. Bir neçə gündən sonra yenidən həmin ünvana getmiş və niyə zəng edilmədiyini soruşmuşdur. Bildirildi ki, X5 məzuniyyətdədir və onun işi isə icra olunmadan geri qaytarılmışdır. Mən isə işin nə üçün geri göndərildiyini soruşduqda, həkim Hafiz bəy (soyadını bilmir) iş materiallarının tam olmadığını və bu işi icra etmək onların səlahiyyətlərində olmadığını bildirdi. Ona görə də, qərardadda qeyd edilən məlumatın heç bir əsası yoxdur. Birinci instansiya məhkəməsinin əsassız və mahiyyəti üzrə olmayan ekspertiza barədə qərardadına əsaslı etiraz etmiş (ikinci belə bir təklifinə də etiraz etmiş), ancaq qərardadın qəbulundan sonra müayinədən keçməkdən imtina etməmişdir. Sözügedən 50-ci bəndin “Bununla da iddiaçının hazırkı sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, ona münasibətdə qəbul edilmiş qərarın xəstəliyinə uyğun olub-olmamasının müəyyən edilməsi məhkəmə tərəfindən mümkün olmamışdır. ” hissəsinə münasibətdə bildirirəm ki, mənim hazırki sağlamlıq vəziyyətimin qiymətləndirilməsinin nəticəsi ilə mənə münasibətdə qəbul edilmiş qərar arasında yuxarıda bildirdiyi kimi heç bir əlaqə yoxdur. Xəstəliyi barədə qəbul edilmiş qərarın həmin tarixdəki sağlamlıq vəziyyətilə (15 aprel 2024-cü il) uyğunluğunu müəyyən etmək üçün iş materiallarında olan səhiyyə müəssisələrinin “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akf’ları, Əsasnamənin müvafiq maddələri və cavabdehin “Tibbi şəhadətləndirmə Vərəq”ləri bir-biri ilə uzlaşdırılmalıdır. Bunun üçün isə tibbi-ekspertiza təyini əvəzinə işə birinci instansiya məhkəməsində baxılarkən sədrlik edən hakim xidməti vəzifəsinə uyğun olaraq işin “Hazırlıq icraatı” mərhələsində müvafiq prosessual hərəkətləri etməli idi. Kollegiyanın nəzərinə çatdırılır ki, işə apellyasiya mərhələsində baxılarkən məhkəmə məqsədəuyğun hesab etdiyi təqdirdə, xüsusi bilik tələb edən məsələlərlə bağlı (tibbi sənədlər və suallar barədə ekspert rəyi üçün) iclasa ekspert dəvət olunmasına və ya iş materiallarının ekspertizaya göndərilməsinə etiraz etmir. Bildirilir ki, hərbi xidmətə çağırış ciddi proses olmaqla inzibati orqan tərəfindən icraat qaydasında müxtəlif hərəkətləri etməyi tələb edir, yəni həkim komissiyasının təşkili, sənədlərin hazırlanması və sair. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin də tələblərindən göründüyü kimi vətəndaşlar hərbi xidmətə məlumatlandırılaraq çagrılır. Bu səbəbdən qanunun da tələb etdiyi kimi bir vətəndaş olaraq Xidmətin Laçın rayon bölməsi tərəfindən bu barədə rəsmi məlumatlandırılmalı idi. Özü-özlüyündən hərbi həkim komissiyası təşkil edə və ya müvafıq sənədlərin hazırlanmasını icra edə bilməz və ya inzibati orqandan bunu tələb edə bilməz ki, onu həkim komissiyasının tibbi müayinələrindən keçirtsin. Başqa sözlə bu məsələ ilə bağlı bütün öhdəliklər cavabdeh tərəfin üzrərinə düşür. Odur ki, yuxarıda qeyd olunduğu kimi “ iddiaçının gəlmədiyinə və gəlmədiyi üçün onun tibbi müayinəsinin keçirilməsinin mümkün olmadığına görə ” yox, çağırılmadığı üçün tibbi müayinələrin keçirilməsi mümkün olmamışdır. Qeyd edilən müddət ərzində, yəni 2021 aprel- 2024 aprel tarixində cavabdeh tərəf hüquq-mühafizə orqanlarına barəsində əsassız və yanlış məlumatlar vermək əvəzinə, öz xidməti vəzifəsini yerinə yetirərək ona şəxsən hərbi xidmətə çağırışla bağlı məlumat verməli idi. Bunu isə cavabdeh tərəfin Laçın rayon bölməsi etməmişdir. Kollegiyanın diqqətinə çatdırılır ki, yalnız bir dəfə xx.xx.2020-ci il tarixli çağırış vərəqəsi tədqim olunmuşdur. Bu çağırış vərəqəsi isə qanuna zidd olmuşdur. Çünki mənə 2020-ci il üçün verilmiş möhlət hüququ hələ bitməmiş Xidmətin Laçın rayon bölməsi tərəfindən qanunsuz olaraq hərbi xidmətə çağırılmış. Bununla da cavabdeh tərəfin Laçın rayon bölməsi öz məqsədinə çatmaq, yəni rüşvət almaq üçün, bu qanuna zidd çağırış vərəqəsi ilə məndən hədəqorxu ilə rüşvət tələb etmişdir. Sözügedən çağırış vərəqəsini qoşmaya əlavə edir. 2020-ci il üçün verilmiş möhlət hüququnu isə iş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, Ş/1007 nömrəli məktubundan müəyyən etmək mümkündür. Buna görə də cavabdehin “2021 aprel-2024 aprel” mülahizəsi faktiki və hüquqi cəhətdən əsassız, onun dəqiqləşdirilmiş iddia tələbinə münasibətdə mahiyyətsiz və özü-özlüyündə isə məntiqsizdir. Birinci instansiya məhkəməsində işə sədrlik edən hakim cavabdehin belə bir mülahizəsi əsasında isə yanlış daxili inam formalaşdırmışdır. Kollegiyanın nəzərinə çatdırılır ki, cavabdeh tərəfin “çağırışa möhlət onun müalicə olunması məqsədilə verilir” fikri əsassızdır və cavabdehin qanunu yanlış şərh etməsi və özünün şəxsi mülahizəsidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 61 ci maddəsində (mənim xəstəliyim ilə bağlı cavabdehin tətbiq etdiyi maddə) qeyd olunur: “Cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən (appendektomiya, hernioplastika əməliyyatlarından, kəskin və xroniki paraproktitlərə görə aparılmış cərrahiyyə əməliyyatlarından və s.) sonra fəsadlaşmalar olmadıqda, müalicə müəssisəsindən çıxarıldıqdan sonra hərbi xidmətə çağırış zamanı vətəndaşların 3 ay müddətinədək müvəqqəti yararsızlığı, hərbi qulluqçulara isə 15 gün müddətinə xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarılır. Operativ müdaxilələrdən sonra fəsadlaşmalar olduqda və hərbi xidməti vəzifələrini icraetmə qabiliyyətinin tam bərpası üçün 15 gündən artıq müddət tələb olunduğu hallarda hərbi qulluqçulara 15 gündən 30 günədək xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır. ” Bu maddədə qeyd olunan “cərrahi müdaxilələrdən sonra” , “müalicə müəssisəsindən çıxarıldıqdan sonra” ifadələri verilən möhlət hüququnun müalicə almaq üçün yox, artıq müalicə almış vətəndaşlara münasibətdə verildiyini nəzərdə tutur. Məhkəmənin ərazi aidiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşıram. Ancaq öz mövqeyini və əsaslandırmanı da Kollegiyanın nəzərinə çatdırır. Belə ki, 2024-cü ildə Xidmətin Laçın rayon bölməsinin qərarı (hərbi xidmətə 6 ay möhlət) ilə razılaşmayaraq, Xidmətin Mərkəzi Aparatına şikayət etmiş və bundan sonra xx.xx.2024-cü ildə Xidmətin Mərkəzi Hərbi Həkim komissiyasında “nəzarət qaydasında” əyani olaraq müayinə edildi. Kollegiyanın diqqətinə çatdırılır ki, cavabdeh 21 İyun 2024-cü il tarixli vəsatəti ilə iddia tələbimə uyğun qərar qəbul edəcəyini ilkin olaraq söz vermiş idi. Cavabdeh vəsatətdə İPM-nin 67-ci maddəsinə “İddiaçının tələblərinin təmin olunması” istinad edir və vəsatətin sonunda bildirir: “Yuxanda qeyd olunanları nəzərə alaraq, İddiaçı ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə müvafiq olaraq qərarın qəbul edilməsi təmin ediləcəkdir. " Bununla bağlı cavabdeh tərəf isə heç bir real və əməli hərəkətlər və ya tədbirlər həyata keçirmədi. Beləliklə cavabdeh qeyri-obyektiv məlumat təqdim etməklə məhkəməni yanlış istiqamətləndirmiş oldu. Kollegiyanın diqqətinə çatdırılır ki, iddia ilə bağlı işin məhkəmədə getdiyi vaxtda, cavabdeh tərəf ekspertizanın nəticəsini, məhkəmə araşdırmasının yekunlaşmasını, qərarın qəbul edilməsini və onun qanuni qüvvəyə minməsini gözləmədən və bütün bunlara məhəl qoymadan, barəsində əsassız və yanlış iddialarla hüquq-mtihafızə orqanlarına hələ də təkrartəkrar müraciətlər etmişdir. İşin məhkəmədə araşdırıldığını bilməsinə baxmayaraq. Kollegiyanın nəzərinə çatdırırlır ki, xəstəliyi ilə (Babasil) bağlı iş materiallarının arasında tibb müəsissələrindən verilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akf’larınm sayı 4 (dörd) olsa da, Xidmətin Laçın rayon bölməsi tərəfindən tərtib edilmiş “Tibbi şəhadətləndirilmə vərəqə”lərinin sayı 2 (iki) ədəddir. Həmçinin, iş materiallarında Mərkəzi Hərbi Həkim Komissiyasının qərarları və ya hərəkətlərini təsdiq edən sənədlər də yoxdur. Beləliklə, cavabdeh tərəf işlə bağlı sənədləri məhkəməyə tam şəkildə təqdim etməmişdir. Bu isə birinci instansiya məhkəməsi mərhələsində işə sədrlik edən hakimin müəyyən prosessual hərəkətləri (tam) etməməsinə görə olmuşdur. Sədrlik edən hakim cavabdehin yayınmasını düzgün qiymətləndirə bilməmişdir və işi tam, hərtərəfli araşdırmamışdır. Cavabdeh tərəf də öz növbəsində İPM-nin 60 maddəsinin tələblərini pozmuşdur (İnzibati orqanların tələb olunan sənədləri və məlumatları təqdim etmək vəzifəsi). Kollegiyanın diqqətinə çatdırırılır ki, iddiası üzrə mübahisə predmeti xx.xx.2025-ci il tarixində baş vermiş Mərkəzi Çağırış Komissiyasının hərəkətidir. Bu isə sözügedən Fərmandan öncəki tarixə düşür. Ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1305/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının 11-ci səhifəsinin 40-cı bəndində istinad edilərək tətbiq edilən hüquq bu iş üzrə mübahisənin yaranma tarixindəki maddi hüquq bazasını təşkil etmirdi. Bu, işə sədrlik edən hakim tərəfindən nəzərə alınmamışdır. Həmin bəndin 2.18-ci yarımbəndində deyilir: Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D ” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi) tərəfindən bu Əsasnamənin İİ-l-ci hissəsinə uyğun olaraq həyata keçirilir. Agentliyə sözügedən səlahiyyətlər 01 İyul 2024-cü il tarixindən etibarən verilmişdir, yəni mənim barəmdə qərar qəbulundan 2 aydan çox müddət ötdükdən sonra. Odur ki, 01 İyul 2024cü il tarixindən sonra qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklər iddiaYa münasibətdə tətbiq edilə bilməz. İlk öncə bildirilir ki, Ombudsmanın məktubu Xidmət barədə Ombudsmana etdiyi şikayət əsasında göndərilmişdir. Belə ki, Ombudsman şikayətini Xidmətə yönləndirmiş və Xidmətin verdiyi cavabı ona təqdim etmişdir. Beləliklə, Xidmət özü ilk öncə barəsində 2024-cü ilin aprel ayında Əsasnamənin 61-ci maddəsi ilə qərar qəbul edildiyini, daha sonra məhkəmə prosesində isə yuxarıda qeyd etdiyi etirazında barəsində 2024-cü ilin aprel ayında Əsasnamənin 48-ci maddəsi ilə qərar qəbul etdiyini bildirir. Eyni şəxs barəsində, eyni xəstəliklə bağlı, eyni inzibati orqan tərəfindən, eyni tarixdə qəbul edilmiş iki fərqli(bir-birini təkzib edən) qərar. Bunun səbəbi isə odur ki, cavabdeh Əsasnamənin 61-ci maddəsi ilə həm tibbi həm də inzibati baxımdan kobud yanlışlığa yol verdiyini anladıqdan sonra məhkəməni yanlış yönləndirməyə çalışmışdır və birinci instansiya məhkəməsində buna nail olmuşdur. Kollegiyanın nəzərinə çatdırılır ki, Sumqayıt İnzibati Məhkəməsinə bu məsələnin (iki təkzibedici qərarlar barədə) araşdırılması üçün xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət etmişdir. Bundan əlavə bu yanaşma dəqiqləşdirilmiş iddia tələbinə münasibətdə mahiyyəti üzrə deyildir. Belə ki, dəqiqləşdirilmiş iddia tələbilə 2024-cü ildə qəbul edilmiş qərarı mübahisələndirir. 2024-cü ilə qədər qəbul edilmiş qərarlar barəsində “Kombinə olunmuş babasir diaqnozları əsasında qəbul edilmişdir. Bundan fərqli olaraq, 2024-cü ildə qəbul edilmiş qərar isə onun xəstəliyi barəsində qoyulmuş “Hemorroidal xəstəlik İİ-İİİ mərhələ” diaqnozu əsasındadır. Əlavə olaraq qeyd edir ki, məhkəmənin həmin bənddəki “Məhkəmə iddiaçı tərəfin müvafiq xəstəliyin düzgün müəyyən edilməməsinə dair idda dəlili ilə əlaqədar bildirir ki, ” ifadəsi həqiqəti əks etdirmir, çünki xəstəliyinin düzgün müəyyən edilməməsini mübahisələndirmir, müəyyən edilmiş xəstəliyə uyğun Əsasnamənin müvafiq maddəsi ilə qərar qəbul edilməməsini mübahisələndirir. Məhkəmə işi araşdırması zamanı bu nüansı gözdən qaçırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınaraq iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, 2- 1(105)-1135/2025 nömrəli inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilməsinə dair qərarın qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İPM-nin 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon Bölməsinin qəbul etdiyi qərar və ya həyata keçirdiyi hərəkətlərdən irəli gəlmişdir. Qeyd olunan dövlət orqanı inzibati orqan olmaqla, onun qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələr inzibati məhkəmə icraatına aiddir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: - 2.0.5-ci maddəsinə görə hərbi qeydiyyat – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. - 4.2-ci maddəsinə görə çağırışçıların və hərbi vəzifəlilərin (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 6.1. Hər il yanvar-may ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada ilkin hərbi qeydiyyata alınmalıdırlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı : -5.4. həmin Qanunun 2.0.5-ci maddəsinin birinci cümləsində, 4.2-ci maddəsində, 5.1-ci maddəsində birinci halda, 5.1.1-ci, 6.1-ci maddələrində, 6.2-ci maddəsində birinci halda, 6.3-cü maddəsində ikinci və üçüncü hallarda, 6.4-cü maddəsində hər üç halda, 6.5-ci maddəsində birinci halda, 7.1-ci, 7.3-cü maddələrində, 8.1-ci maddəsində hər iki halda, 8.2.1-ci, 8.2.2-ci maddələrində, 8.3-cü maddəsində ikinci halda, 8.4-cü, 8.5-ci, 8.6-cı maddələrində, 8.7-ci maddəsində hər iki halda, 10.4-cü maddəsində birinci halda, 12.4-cü maddəsində ikinci halda, 12.5-ci maddəsində, 12.6-cı maddəsində hər iki halda, 12.7-ci maddəsində (12.7.2-ci maddə istisna olmaqla), 13.1.1-ci, 15.1-ci, 37.1.1-ci, 45.8-ci, 46.2-ci maddələrində, 49.2-ci maddəsində üçüncü halda və 49.3-cü maddəsində hər iki halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri həyata keçirirlər; Məhkəmə kollegiyası qeyd edir ki, mövcud məhkəmə praktikasına görə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölmələri müstəqil cavabdeh qismində çıxış edir. Belə olan halda cavabdeh qismində həmin Xidmətin Laçın rayon bölməsi tanınaraq iş aidiyyəti üzrə baxılması üçün həmin orqanın yerləşdiyi yer üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Laçın rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir (18.12) . Azərbaycan Respublikası İnizbati Prosessual Məcəlləsinin aidiyyətə dair normalarına əsasən, inzibati orqanın yerləşdiyi ərazi üzrə inzibati məhkəmə belə mübahisələrə baxmaq səlahiyyətinə malikdir. Həmin orqanın fəaliyyətinin Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olması nəzərə alınmaq həmin məhkəməyə göndərilməsi zəruridir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən ərazi aidiyyəti qaydalarına əməl edilmədən (aidiyyət qaydlarına uyğun olaraq səlahiyyətli məhkəmə olmadığı halda) hazırki iddia tələbinə mahiyyəti üzrə baxmış, bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Bu baxımından kollegiya hesab edir ki, prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbinə məhz aidiyyəti üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalı olduğundan, indiki halda isə aidiyyət qaydaları pozulduğundan, birinci instansiya məhkəməsinin qərraı ləğv edilməli, apellyasiya şikayəti həmin hissədə təmin edilməli, inzibati iş baxılması üçün müvafiq aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərildiyindən, qalan hissədə (iddia tələbinin təmin edilməməsi hissəsində) şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası prosessual qnaunveriicliyin tələbini əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və 2- 1(118)-1135/2025 nömrəli inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1305/2025 nömrəli qərarı ləğv edilsin. 2-1(105)-1135/2025 nömrəli inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar