Məhkəmə qərarları › İş №2-1(105)-1138/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1138/2024

22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1138/2024 22.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi İddiaçı Səttar oğlunun iştirakı ilə, İddiaçı Səttar oğlunun cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin L-3-070 nömrəli xx.xx.2022-ci il tarixli imtinası (hərəkətsizliyi) əsassız hesab edilməklə ehtiyyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsi (ehtiyata buraxıldığı tarixdən hesablanmaqla) öhdəliyinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli qərarına izah verilməsinə dair ərizənin təmin edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2-1(118)-1771/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Səttar oğlu cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin L-3-070 nömrəli xx.xx.2022-ci il tarixli imtinası (hərəkətsizliyi) əsassız hesab edilməklə ehtiyyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsi (ehtiyata buraxıldığı tarixdən hesablanmaqla) öhdəliyinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması” tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1 (118)-662/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Səttar oğlunun ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsi (ehtiyata buraxıldığı tarixdən hesablanmaqla) öhdəliyinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə mindikdən sonra Sumqayıt İnzibati Məhkəməsi tərəfindən qərar icra edilməsi üçün cavabdehə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti həmin qərarın nəticə hissəsində tarixlə bağlı hissəsinə izah verilməsi üçün məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1771/2023 saylı qərardadı ilə əizə təmin edilərək, iddiaçıya mənzillə təmin olunana qədər kirayə haqqının xx.xx.2020-ci il tarixdən ödənilməli olması kimi izah verilmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(105)-389/2024 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2-1(118)-1771/2023 saylı qərardadı ilə ərizə təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1771/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı Səttar oğluna mənzillə təmin olunana qədər kirayə haqqının 15 avqust 2020-ci il tarixdən ödənilməli olması kimi izah verilmişdir. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixində həmin qərardaddan apellyasiya şikayəti vermiş, eyni zamanda ötürülmüş müddətin bərpası barədə ərizə təqdim edərək Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2- 1(118)-1771/2023 saylı qərardadından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini və apellyasiya şikayətinin icraata götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1771/2023 saylı qərardadı İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Qərardadın ləğv edilməsi ilə bağlı 16 iyul 2024-cü il tarixdə 5-6/2-1477/2024 saylı məktubla tərəfimizdən apellyasiya şikayəti göndərilmiş və qətnamənin göndərildiyi poçt zərfinin surəti məktuba əlavə olunmuşdur. Sonradan Sumqayıt İnzibati Məhkəməsi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında elektron sənəd dövriyyəsi aktiv olmadığından qeyd edilən məktubun (apellyasiya şikayətinin) ünvanı üzrə çatdırılmadığı məlum olmuşdur. Bu səbəbdən Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən prosessual müddət üzrlü səbəbdən buraxılmışdır İş materialları ilə müəyyən olunur ki, Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2024cü il tarixli, 2-1(118)-1771/2023 saylı qərardadı Sumqayıt Şəhər İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixdə gönədirilmiş və 01 iyul 2024-cü il tarixdə cavabdehin ünvanına daxil olmuşdur. Cavabdeh həmin qərardaddan xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və 22 noyabr 2024-cü il tarixə, saat 11:30-a məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsini, apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməyərək cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən qərardad Sumqayıt Şəhər İcra Hakimiyyətinə 01 iyul 2024-cü il tarixdə təhvil verilmişdir (özünündə etirafedici ərizəsinə əsasən). Cavabdeh ərizəsində müddətin ötürülmə səbəbini ilkin olarqaq onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərardadın ləğv edilməsi ilə bağlı ilk dəfə 16 iyul 2024-cü il tarixdə 5-6/2-1477/2024 saylı məktubla apellyasiya şikayəti göndərilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh ilk dəfə apellyasiya şikayətini 16 iyul 2024-cü il tarixdə məhkəməyə göndərildiyini qeyd etsə də, bununla bağlı hər hansı bir sübut ərizəyə əlavə edilməmişdir. Bundan başqa, tərəflərindən 01 iyul 2024-cü il tarixdə təhvil alınmış mübahisələndirilən məhkəmə qərardadının ləğv edilməsi ilə bağlı, ilk dəfə iddiaçının iddia etdiyi kimi 16 iyul 2024-cü il tarixdə müraciət edilməsi halında belə, iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddət buraxılmış olardı. Cavabdeh ərizəsində müddətin ötürülmə səbəbini həm də onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında elektron sənəd dövriyyəsi aktiv olmadığından qeyd edilən məktubun (apellyasiya şikayətinin) ünvanı üzrə çatdırılmadığı məlum olmuşdur. Hazırki halda mübahisələndirilən məhkəmə qərardadı cavabdehin ünvanına 01 iyul 2024-cü il tarixdə daxil olmuş, şikayət verilmə müddəti də həmin tarixdən başlanmışdır. Bu eyni zamanda mübahisə edilməyən haldır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə isə qeyd edir ki, ərizədə göstərilən hal – Sumqayıt İnzibati Məhkəməsi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında elektron sənəd dövriyyəsi aktiv olmadığından qeyd edilən məktubun (apellyasiya şikayətinin) ünvanı üzrə çatdırılmaması onun tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməsinə mane olan hal hesab edilə bilinməsi, həmin müddətin nə qədər olmasından və cavabdehin şikayət verməklə bağlı hansı tədbirlər görməsindən asılıdır. Hazırkı işdə isə cavabdehin qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir. O da nəzərə alınmalıdır ki, inzibati mübahisələrə dair işlər üzrə apellyasiya şikayətlərinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsi ilə bağlı qanunvericilikdə hər-hansı bir hal nəzərdə tutulmadığından cavabdehin apellyasiya şikayətinin verilməməsi əsası kimi göstərdiyi hal da, üzrlü hesab edilə bilməz. Belə ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərardaddan narazı qaldığı halda apellyasiya şikayətini poçt rabitəsi vasitəsi və ya şəxsən (səlahiyyətli nümayəndəsi) təqdim edə bilərdi. Odur ki, cavabdehin məhkəmə qərarından vaxtından uzun müddət keçəndən sonra şikayət verməsinin səbəbləri üzrlü hesab edilə bilməz. Könül Nаmidаr qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiyа Məhkəməsi Plenumunun 8 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, “qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə, mаneə törətsin və yа məhdudiyyət yаrаtsın” İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə qərardadından şikayət verilmənin son müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Lakin cavabdeh tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 10 günlük müddət ötürüldükdən sonra, yəni xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməməli, apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2-1(118)-1771/2023 saylı qərardadından cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməsin. Apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar