Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-114/2023 07.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı Heydər Əliyev adına X12 cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı Heydər Əliyev adına X12 nümayəndəsi Nümayəndə2, üçüncü şəxs X1 hüquqi varisi X2, onun vəkili və nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X12 cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı 28 iyun 2006-cı il tarixli, 173 saylı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(118)- 74/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı Heydər Əliyev adına X14 cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı iddia qaldıraraq cavabdeh tərəfindən X4 ayrılmış 0.06 kv.m torpaq sahəsinə verilmiş xx.xx.2006-cı il tarixli, 173 saylı sərəncamın, torpağın alğı-satqısına dair aktın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Heydər Əliyev adına X13 məxsus neft məhsulu nəql olunan Dş-250 mm.(nafta) 54.82 km uzunluğunda olan magistral neft boru kəmərinin “Mühafizə zonası”nın 26.5 x 31 metrlik məsafəsində torpaq zəbt edilməklə Abşeron rayonu, Xırdalan şəhəri R.Behbudov küçəsində X5 tərəfindən tikinti işlərinin başlanılması aşkar edilmişdir. Bundan başqa həmin ərazidən Dş-250 mm. neft boru kəmərinə paralel zavoda məxsus Dş-300 mm. (quru qaz), Dş-300 mm. (reaktiv mühərrik yanacağı) və Dş-500 mm. (dizel) neft boru kəmərləri keçir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsinə Abşeron rayonu Xırdalan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 173 saylı sərəncamı və torpağın alqı-satqısına dair aktı, Cavabdeh2 xx.xx.2008-ci il tarixli 1141 saylı sərəncamı, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2008-ci il tarixli MH ******* saylı çıxarışı mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X14 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalan”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə zonası”na aid edilir. “Mühafizə zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə zonası”nda Sənaye və Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Heydər Əliyev adına X13 məxsus magistral boru kəmərlərinin mühafizə zonası yəni borulardan sağa və sola normativ sənədinə əsasən, (AR NK-nin xx.xx.2004-cü il tarixli 167 N-li Qərarının 4-cü bəndi) azı 50 metr olmalıdır.
3. Məhkəmə iclasında üçüncü şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Heydər Əliyev adına X9rşı tikinti işlərinin aparılmasına maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-1345/20221 saylı qətnaməsi ilə Heydər Əliyev adına X12 iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə halı müəyyən edilmədiyindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və Abşeron Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(012)-2730/2019 saylı qətnaməsi ləğv edilmişdir. Göründüyü kimi iddiaçı 2019-cu ilin əvvəllərindən məlumatlı olmuşdur. İddiaçı müqavilənin etibarsızlığına heç bir əsas olmadan, qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.
4. Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(118)-74/2022 nömrəli qərardadı ilə (hakim Leyla Mirzəyeva) iddiaçı Heydər Əliyev adına X12 cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı cavabdeh tərəfindən X4 ayrılmış 0.06 kv.m torpaq sahəsinə verilmiş xx.xx.2006-cı il tarixli, 173 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
5. Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(118)-74/2022 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-74/2022 nömrəli iş üzrə 05 oktyabr 2022-ci il tarixli qərardadının nəticə hissəsində buraxılmış yanlışlığın düzəldilməsi, qərardadın nəticə hissəsinin ikinci abzasına “İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcinin iddiaçı Heydər Əliyev adına X11 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin.” sözlərinin əlavə edilməsi qərara alınmışdır.
6. Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(118)-74/2022 nömrəli qərardadından iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxs qismində cəlb edilmiş X5 cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və Heydər Əliyev adına X9rşı tikinti işlərinin aparılmasına maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsilə iddia təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli 2(012)-2730/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(102)-261/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli 2(105)-252/2020 saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1429/2021 saylı qətnaməsi ilə apellyasiya şilayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli 2(012)-2730 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Eyni zamanda iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Heydər Əliyev adına X12 cavabdeh ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbi üzrə mülki işin icraatına xitam verilmişdir. Məhkəmə qərardadda qeyd etmişdir ki, X4 məxsus xx.xx.2008-ci il tarixli MH ******* saylı çıxarış Xırdalan bələdiyyə başçısının 28 iyun 2006-cı il tarixli 173 saylı sərəncamı əsasında verilmişdir. Həmin sərəncam isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, yuxarıda da qeyd olunduğu kimi sözügedən torpaq sahəsi ilə bağlı bundan əvvəldə məhkəmə mübahisəsi olmuş və iddiaçı hazırda mübahisələndirilən sərəncamdan məlumatlı olmuşdur, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından apellyasiya şikayəti verməmiş, qərardadda qeyd olunan Xırdalan bələdiyyə başçısının 28 iyun 2006-cı il tarixli 173 saylı sərəncamının ləğv edilməsinə dair iddia ərizəsilə Sumqayıt İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. İddiaçı sözügedən sərəncamın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyən edilmiş müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/5915 saylı rəyinə əsasən həmin torpaq sahəsinin “Mühafizə zonasında yerləşdiyinə, zavoda məxsus Dş-500 mm və Dş-300 mm neft boru kəmərlərinin 1993-cü il tarixdə çəkildiyinə, lakin buna baxmayaraq Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən R.Həsənova torpaq sahəsinin ayrılması barədə sərəncamın xx.xx.2006-cı il tarixdə verildiyinə, müddətin ötürülməsi zavodda baş vermiş struktur dəyişiklikləri ilə əlaqədar olduğuna hüquqi qiymət verilməmişdir. (AR İPM-nin 58-ci maddəsi). Birinci instansiya məhkəməsi hazırki iş üzrə qərar qəbul edən zaman, qeyd olunan neft boru kəmərlərinin cavabdehlərin və ailə üzvlərinin həyatı üçün yüksək təhlükə mənbəyi olduğunu nəzərə almamışdır. Nəticə etibarilə, birinci instansiya məhkəməsi mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan hazırki işə düzgün hüquqi qiymət verməmişdir. Qanunvericilikdə neft və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorunmaq, habelə insanların həyatına, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə neft və qaz təchizatında təhlükəsizlik zonası və təhlükəsizlik tədbirləri qaydaları müəyyən edilmişdir ki, həmin zonada tikinti və sair işlərin aparılması qadağandır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndinin 1-ci hissəsinə əsasən, ixrac neft boru kəmərlərinin istismar üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşurutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edir. Bununla yanaşı, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 saylı qərarına əsasən, neft hasilatı sənayesi əhaliyə və ətraf mühütə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat rabitə mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddələrinə əsasən, “Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: - dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, maqistral boru kəmərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqları və sair.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Heydər Əliyev adına X12 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X1 hüquqi varisi X7, onun vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
11. Cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. (...) 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən, iş üzrə üçüncü şəxs X6 05 dekabr 2022-ci il tarixdə vəfat etmişdir.
16. Məhkəmə kollegiyasının 07 fevral 2023-cü il tarixli qərardadı ilə X7 üçüncü şəxs X1 hüquqi varisi kimi tanınaraq, işdə iştirak etməyə cəlb olunmuşdur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir.
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
20. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”.
21. İş materialları ilə müəyyən olunur ki, X6 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Heydər Əliyev adına X9rşı tikinti işlərinin aparılmasına maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir.
22. Abşeron Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Abşeron ayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(012)-2730/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-261/2021 saylı, 15 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-252/2020 nömrəli, 10 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.
23. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1429/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(012)-2730/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Eyni zamanda iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Heydər Əliyev adına X12 cavabdeh ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbi üzrə mülki işin icraatına xitam verilmişdir. Məhkəmə qərardadda qeyd etmişdir ki, X3 məxsus xx.xx.2008-ci il tarixli MH ******* saylı çıxarış Xırdalan bələdiyyə başçısının 28 iyun 2006-cı il tarixli 173 saylı sərəncamı əsasında verilmişdir, həmin sərəncam isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
24. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Xırdalan bələdiyyəsinin 28 iyun 2006-cı il tarixli, 173 saylı sərəncamının etibarsız hesab edilməsini xahiş etmiş, daha sonra vəsatət verərək, iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 24-cü maddəsinə əsasən müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.
26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı ilə üçüncü şəxs arasında əvvəllər mövcud olmuş məhkəmə mübahisələri zamanı iddiaçı həmin sərəncamdan xəbərdar olmuşdur. Buna baxmayaraq, qanunla müəyyən edilmiş müddət ərzində onun etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etməmiş, bununla da inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
27. Apellyasiya şikayətinin zavodda baş vermiş struktur dəyişiklikləri ilə əlaqədar müddətin ötürülməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hal müddətin ötürülməsi üçün üzrlü səbəb deyil. İddiaçı hüquqi şəxsdir və onun strukturunda dəyişikliklərin olması sərəncamı qanunla müəyyən edilmiş müddətdə məhkəmə qaydasında mübahisələndirmək hüququnu məhdudlaşdırmamışdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində sərəncamı mübahisələndirmədiyindən, birinci instansiya məhkəməsi müddətin ötürülməsi əsası ilə iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(118)-74/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.