Məhkəmə qərarları › İş №2-1(105)-1141/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1141/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1141/2025 22.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının pozulmasına görə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1005/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasınsa sonuncunun müayinəyə dair məlumatından görünür ki, xx.xx.2016-cı il tarixdə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasınsa sonuncunun müayinəyə dair məlumatından görünür ki, xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4\3-3-520\2024 nömrəli qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə vətəndaş İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ çiyin nahiyəsində çapıqlar izlənilmiş, sağ yuxarı ətrafda hərəkətləri sərbəst olmuş, qarının ön divarında xəncərvari çıxıntıdan sağ qasıq nahiyəsinə qədər uzanan əməliyyat çapığı və əməliyyat yerində yırtıq izlənilmişdir. Nevroloji müayinə zamanı yuxarı ətraflarda reflekslər canlı və bərabər çağırılmış, əzələ gücü və tonusu normal olmuş, əzələləri simmetrik izlənmiş, hipotrofıya, parez qeyd edilməmişdir. Qazax rayon Psixiatriya Xəstəxanasının 2022-ci il şıxarışında qeyd olunmuş diaqnoz klinik olaraq öz təsdiqini tapmamışdır. X4 və Ortopediyanın 2023-cü il tarixli tibbi rəyindəki diaqnoz əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. EMG müayinəsinin nəticəsi əlillik təyinatına əsas verməmişdir. Verdiyi anamnestik məlumatlarda, klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək patoloji nevroloji dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlamətləri təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T553/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı adına Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli 389 nömrəli arayışında göstərilən “Sağ çiyin qurşağının yüngül güllə yarası ilə sağdakı braxial pleksusun sinirlərinin zədələnməsinin nəticələri” diaqnozu öz təsdiqini şəxsin məhkəmə tibbi müayinəsi zamanı sağ çiyin qurşağında aşkar edilmiş çapıqların varlığı ilə təsdiq olunur. İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Sumqayıt Tibb Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli M00102233CPL saylı Forma 088 göndərişində qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silahla sağ bazunun yuxarı 1/3 güllə yaralanmasından sonrakı vəziyyət. Sağ bazu kələfinin zədələnməsi. Oynaqların kontrakturası. Sağ bazu oynağının kontrakturası (uzaqlaşma 80dər.) Aşağı ətrafların monoplegiyası. Sağ yuxarı ətrafın dərin monoparezi. Xroniki ağrı sindromu. Əzələlərin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi. Sağ yuxarı ətraf əzələlərinin atrofıyası. Yuxarı ətraf travmalarının nəticələri. Sağ yuxarı ətrafın funksiya pozğunluğu. Kəllədaxili travma. Qapalı КВТ-dan sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya; G40- Epilepsiya, epileptik tutmalarla.” diaqnozlar xəstəyə stasionarda qoyulsa da, istər şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da, istərsə də hazırkı əyani müayinələrində nevroloji olaraq yuxarı ətraflarda reflekslərin canlı və bərabər çağırılması, əzələ gücü və tonusunun normal olması, hipotrofıya, atrofıya və parezin olmaması, Qazax rayon Psixiatriya Xəstəxanasının 2022-ci il çıxarışında və X4 və Ortopediyanın 2023-cü il tarixli tibbi rəyindəki diaqnozların klinik öz təsdiqini tapmaması, EMG müayinəsinin nəticəsinin əlillik təyinatına əsas verməməsi əlillik təyinatına əsas verə biləcək patoloji nevroloji dəyişikliklərin aşkar edilməməsi əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bir bəndini aid etməyə əsas vermədi. Yuxarıda qeyd edilən diaqnozların, hərbi xidmətdə aldığı güllə yarası ilə birbaşa səbəb əlaqəsi vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T251/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, 1,3,4. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: : Y36.4-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silahla sağ bazunun yuxarı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət, sağ bazu kələfinin zədələnməsi. Ağırlaşmalar: M24.5-oynaqların kontrakturası, sağ bazu oynağının kontrakturası (uzaqlaşma 80 dərəcə), G83.1- aşağı ətrafların monoplegiyası, sağ yuxarı ətrafın dərin monoparezi, xroniki ağrı sindromu, M62.5-əzələlərin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ yuxarı ətraf əzələlərinin atrofiyası, T92-yuxarı ətraf travmalarmm nəticələri, sağ yuxarı ətrafın funksiya pozğunluğu. Yanaşı xəstəliklər: S06- kəllədaxili travma, qapalı КВТ-dan sonrakı vəziyyət, posttravmatik ensefalopatiya, G40- epilepsiya, epileptik tutmalarla” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinəsi zamanı yuxarı ətraflarda reflekslər canlı və bərabər çağırılmış, əzələ gücü və tonusu normal olmuş, əzələləri simmetrik izlənmiş, hipotrofıya, parez qeyd edilməmiş, EMG müayinəsinin nəticəsi əlillik təyinatına əsas verməmiş, xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinə zamanı bazu oynağında hərəkət məhdud olmuş, əzələlərdə atrofıya izlənilməmişdir. Forma 088 göndərişində qeyd edilmiş əsas diaqnozdakı xəsarətlər travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə alınmışdır (Əsas 389 nömrəli, xx.xx.1994-cü il tarixli MN-nin MHHK-nm arayışı). Ağırlaşmalar isə əsas xəstəliyin ağırlaşmalarıdır, yanaşı xəstəliklər isə əsas xəstəlik və onun ağırlaşmalarından asılı olmayan orqanizmin digər üzvlərinin xəstəlikləridir. -Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na göndərilmiş və xx.xx.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “XBT 10 üzrə kod: “ilə Y36.4, G56, M24.5, M62.5, R26.8, G56.9, M19.1, R52.O-Odlu silah yaralanması, sağ bazunun yuxarı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət, sağ bazu kələfinin zədələnməsi, sağ braxial pleksunun ağır ifadəli xroniki tip zədələnməsi, sağ bazu oynağının kontrakturası (uzaqlaşma 80°), sağ yuxarı ətraf əzələlərinin atrofiyası, funksiya pozğunluğu, sağ acromioclavikulyar oynaqda İİ artroz, ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur. 2. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq M24.5, M62.5, T92 XBT kodları üzrə xəstəliklərin əlillik təyinatına əsas vermədiyi, G83.1 (Sağ yuxarı ətrafın parezi) təsdiqini tapdığı halda orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə əlillik təyinatına əsas verdiyinə, S06 XBT kodu baş beynin əzilməsi (kontuziyası) nəticəsində müəyyən ağırlaşmalar olduqda əlillik təyinatına əsas verə bildiyi, iddiaçıda qeyd edilən diaqnozların əlillik əlaməti təyin etmədiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun cavabdeh təşkilat tərəfindən səhiyyə müəssisəsinin 88 N-li göndəriş sənədində qeyd olunan xəstəliyin vəziyyəti barədə, yəni Azərbaycan Respublikasının müdafiəsi zamanı ağır dərəcəli güllə yarası və kontuziya alıb ağır xəstəlik əsasında əlil olmağının müəyyən edilməsi və ”07 aprel 1994cü il tarixdən əhilik təyin olunmasına dair qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının pozulmasına görə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17 may 1993-cü il tarixdən N noyabr 1994-cü il hərbi hissədə qulluq etmişdir. 1994-cü ildə Füzuli rayonunda erməni gülləsindən sağ çiyin nahiyəsindən yaralanmışdır. Dəfələrlə çiyin əməliyyatı olmuşdur, müharibədə aldığı xəsarətlər nəticəsində qarnından əməliyyat olmuşdur, epilepsiya xəstəliyinə tutulmuş, dəfələrlə müalicə almışdır. Azərbaycan Respublikası MHHK-nın xx.xx.1994-cü il tarixli 260 saylı qərarına əsasən aldığı travmalar və güllə yarasının hərbi travma olmasına baxmayaraq əlillik təyin edilməsindən imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, əlilliyin qiymətləndirilməsi qaydasına əsasən 3.2. Əlillik sonrakı vəziyyət. Sağ yuxarı ətrafın dərin monoparezi, Xroniki ağrılı sindrom. Kranialqiya. Pozision başgicəllənmə-vestibulopatiya.” kimi qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Fetal NS Genetik Mərkəzinin xx.xx.2023-cü il tarixli EMG müayinəsinin nəticəsi “Su EMG müayinəsində olan dəyişikliklər sağ braxial pleksusun üst trunkusunun ağır ifadəli xroniki tip zədələnməsi ilə uyğundur” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Verdiyi anamnestik məlumatlarda, klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək patoloji, nevroloji dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1005/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T251/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, 1,3,4. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: : Y36.4-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silahla sağ bazunun yuxarı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət, sağ bazu kələfinin zədələnməsi. Ağırlaşmalar: M24.5-oynaqların kontrakturası, sağ bazu oynağının kontrakturası (uzaqlaşma 80 dərəcə), G83.1- aşağı ətrafların monoplegiyası, sağ yuxarı ətrafın dərin monoparezi, xroniki ağrı sindromu, M62.5-əzələlərin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ yuxarı ətraf əzələlərinin atrofiyası, T92-yuxarı ətraf travmalarmm nəticələri, sağ yuxarı ətrafın funksiya pozğunluğu. Yanaşı xəstəliklər: S06- kəllədaxili travma, qapalı КВТ-dan sonrakı vəziyyət, posttravmatik ensefalopatiya, G40- epilepsiya, epileptik tutmalarla” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinəsi zamanı yuxarı ətraflarda reflekslər canlı və bərabər çağırılmış, əzələ gücü və tonusu normal olmuş, əzələləri simmetrik izlənmiş, hipotrofıya, parez qeyd edilməmiş, EMG müayinəsinin nəticəsi əlillik təyinatına əsas verməmiş, xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinə zamanı bazu oynağında hərəkət məhdud olmuş, əzələlərdə atrofıya izlənilməmişdir. Forma 088 göndərişində qeyd edilmiş əsas diaqnozdakı xəsarətlər travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə alınmışdır (Əsas 389 nömrəli, xx.xx.1994-cü il tarixli MN-nin MHHK-nm arayışı). Ağırlaşmalar isə əsas xəstəliyin ağırlaşmalarıdır, yanaşı xəstəliklər isə əsas xəstəlik və onun ağırlaşmalarından asılı olmayan orqanizmin digər üzvlərinin xəstəlikləridir. -Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na göndərilmiş və xx.xx.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “XBT 10 üzrə kod: “ilə Y36.4, G56, M24.5, M62.5, R26.8, G56.9, M19.1, R52.O-Odlu silah yaralanması, sağ bazunun yuxarı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət, sağ bazu kələfinin zədələnməsi, sağ braxial pleksunun ağır ifadəli xroniki tip zədələnməsi, sağ bazu oynağının kontrakturası (uzaqlaşma 80°), sağ yuxarı ətraf əzələlərinin atrofiyası, funksiya pozğunluğu, sağ acromioclavikulyar oynaqda İİ artroz, ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur. Qeyd edilən diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının” XBT 10 kodu G81-G83 olan bənd 6.5.1.1. orqanizm funksiyalarının 40 % pozulmasına görə 1 il müddətinə, XBT 10 kodu S02-S09 olan bənd 6.1.4. psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası orqanizm funksiyalarının 65-80 % pozulması 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı. Bu isə işin nəticələrinin “Diaqnozun təsdiqini tapmaması” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etmir” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 6.5. Serebral iflic və digər paralitik sindromlar 6.5.1. serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya)-XBT kodu G81-G83 Qiymətləndirmə üzrə əlamətləri: 6.5.1.1. ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə);cüzi statodinamik pozuntular; 6.5.1.2.mülayim hemiparez (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıqbaldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması);mülayim statodinamik pozuntular; 6.5.1.3.cüzi tetraparez (əzələ gücünün 4 bala qədər enməsi, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, aşağı və yuxarı ətraf oynaqlarının aktiv hərəkətlərinin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə);mülayim statodinamik pozuntular; 6.5.1.4.təzahür edən hemiparez (əzələ gücünün 2 bala qədər azalması, yuxarı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulması, böyük əşyaların uzun müddət saxlanılmasının qeyri-mümkünlüyü (barmaqların distal falanqalarının 3-4 sm məsafədə ələ çatmaması, barmaqların yumruğa bükülməsinin təzahür edən məhdudlaşması), yuxarı ətrafın əsas funksiyasının pozulması və ya bütün aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının təzahür edən məhdudlaşması (bud-çanaq oynağının 20 dərəcəyə, diz oynağının 10 dərəcəyə, aşıq-baldır oynağının 6-7 dərəcəyə qədər) ilə);əhəmiyyətli təzahür edən statodinamik pozuntular; 6.5.1.5.mülayim tetraparez (əzələ gücünün 3 bala qədər azalması, yuxarı və (və ya) aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsək oynağında 30- 45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi (baş barmağın distal falanqasının 4-cü barmağın əsası səviyyəsində olması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması) ilə);əhəmiyyətli təzahür edən statodinamik pozuntular; 6.5.1.6.əhəmiyyətli təzahür edən tetraparez, əhəmiyyətli təzahür edən triparez, hemiplegiya, triplegiya, tetraplegiya (əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin, əllərdən istifadə etmək qabiliyyətinin qeyrimümkünlüyü, yatağa məhkum olma);əhəmiyyətli təzahür edən statodinamik pozuntular Bənd. 6.1. Başın travmaları-XBT kodu S02-S09 Qiymətləndirmə üzrə əlamətləri: 6.1.1.ümumi beynin mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası;6.1.2.ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası;6.1.3.baş beynin əzilməsi, kontuziyası;6.1.4.psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası;6.1.5.vegeto-damar mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası;6.1.6.vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə;6.1.7.beyin maddəsində yad cismin olması;6.1.8.ventrikuloperitoneal şuntlama;6.1.9.anadangəlmə inkişaf qüsurlarının ağır formalarında;6.1.10.müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativ-distrofik) Bənd 6.7. Epilepsiya-XBT kodu G40 Qiymətləndirmə üzrə əlamətləri: 6.7.1.epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən);6.7.3.epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən:ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır);6.7.4.ayda 4 və daha artıq ağır tutma, yaxud 4 və daha artıq kobud disforiya halları aşağıdakılarla nəticələnən:ayda 2 və daha artıq huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, ayda 1 və daha artıq epileptik status, kənar qulluq və nəzarət tələb edən kobud psixopatoloji simptomatika və kobud şəxsiyyət pozulmaları (əqli zəiflik) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı onun “xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının pozulmasına görə əlilliyin təyin olunmasından ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, hazırki halda işin mübahisəli halı iddiaçıda aşkar edilən diaqnoz xəstəliyin və onun ağırlaşma əlamətlərinin qanunla müəyyən edilmiş meyarlara əsasən əlilliyin təyin edilməsi üçün əsas olub-olmaması və əsas olduğu halda orqanizmin funksiyasının pozulmasının hansı faiz dərəcəsi və müddətinə uyğun olması və hansı səbəb əlaqəsi ilə ortaya çıxması ilə bağlıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş (xx.xx.2023-cü il tarixli), həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr,odlu silah sağ bazunun yuxarı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət,sağ bazu kələfinin zədələnməsi (XBT kodu Y36.4)”, ağırlaşmaları “Oynaqların kontrakturası,sağ bazu oynağının kontrakturası (uzaqlaşma 80 dərəcə) (XBT kodu M24.5), “Aşağı ətrafların monoplegiyası,sağ yuxarı ətrafın dərin monoparezi,xroniki ağrı sindromu (XBT kodu G83.1)”, “Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi,sağ yuxarı ətraf əzələlərinin atrofiyası (XBT kodu M62.5)”, “Yuxarı ətrafların travmalarının nəticələri,sağ yuxarı ətrafın funksiyasının pozğunluğu (XBT kodu T92)”, yanaşı xəstəlikləri “ Kəllədaxili travma,QKBT sonrakı vəziyyət,postravmatik ensefalopatiya (XBT kodu S06)”, “Epilepsiya,epileptik tutmalarla (XBT kodu G40)” kimi qeyd edilmişdir. Cavabdeh inzibati orqan həmin göndəriş əsasında iddiaçının əlilliyini qiymətləndirərək, xx.xx.2024-cü il tarixli “diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə imtina etmişdir. Cavabdehin veridyi məlumatın məzmunundan görünür ki, iddiaçıda nevropatoloqun müayinəsi zamanı yuxarı ətraflarda hərəkətlər sərbəst olmuş, reflekslər canlı və bərabər çağrılmış, əzələ gücü və tonusu normal olmuş, hipotrofiya parez əlamətləri qeyd edilməmişdir, göndərişdə qeyd edilmiş XBT kodu S06 olan xəstəlik müvafiq Qərarın 6.1-ci bəndinə müvafiq olaraq baş beynin əzilməsi (kontuziya) nəticəsində müəyyən ağırlaşmalar olduqda əlilliyin təyininə əsas verə bilər, iddiaçı barəsində HHK tərəfindən tərtib edilmiş xx.xx.1994-cü i tarixli 389 nömrəli arayışda şəxsin baş beynin əzilməsi, kontuziya alması barədə məlumat yoxdur, həmçinin dövlət tibbi müəssisənin göndərişində baş beynin MRT və KT görüntüsünün mövcud yaş qrupu üçün normal hüdudlarında olması qeyd edilmiş, ona görə də də bu kod üzrə əlilliyin təyini mümkün olmamdığını qeyd etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində əvvəlki dövrlərdə 2015-2016, 2016-2021-ci ildə əlillik təyinatı aparılmış, əlilliyin müddəti bitdikdən sonra bir neçə dəfə əlilliyin təyin ediməsindən imtina olunmuş, sonuncu imtina tarixi xx.xx.2024-cü il olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçının barəsində müvafiq tibbi göndırişdə əks olunmuş diaqnoz xəstəliklərin onun stasionar müayinə və müalicəsi zamanı müəyyən edidliyi, əsas diaqnoz xəstəliklərinin travma olduğu, Azərbaycan Respublikasının müdafiəsi zamanı gedən döyüşlərdə aldığı, aöərlaşmların əsas diaqnoz xəstəliyin ağırlaşmaları olduğu, yanaşı xəstəliklərin isə əsas xəstəlik və onun ağırlaşmalarından asılı olmayan orqanizmin digər ümumi xəstəlikləri olduğu qeyd edilmişdir. Kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş ekspertiza tədqiqatı cavabdehin nümayəndəsinin iştirakı ilə aparıldığından, bu hal isə həmin tədqiqatın nəticəsinə dair ekspert rəyinin mötəbərliyini şübhə altına aldığından, hazırki işin hallarının müəyyən edilməsi üçün sözügedən ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsi məqsədəmüvafiq deyildir. İş materiallarında olan həkim travmatoloqun verdiyi xx.xx.2025-ci il tarixli tibbi rəyin məzmunundan görünür ki, iddiaçıda XBT kodu Y36.4, G56, M245, M62.5, R26.8,G56.9, M19.1, R52.0-odlu silah yaralanması, sağ bazunun yuxarı 1\3-nin güllə yaralanmasından sonrakı vəziyyət,sağ bazu kələfinin zədələnməsi, sağ braxial pleksunun ağır ifadədli xroniki tipzədələnməsi,sağ bazu oynağının kontrakturası (uzaqlaşma 80 dərəcə), sağ yuxarı ətraf əzələlərinin atrofiyası, funksiya pozğunluğu,sağ acromioclavikulyar oynaqda İİ artroz,ağrı sindromu ilə diaqnozunun aşkar edildiyi qeyd edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərdən yalnız XBT kodu G83.1, G40 və S06 olan diaqnoz xəstəliklər və onların qiymətləndirmə üzrə əlamətləri müvafiq Qərar əsasında təsdiq edilmiş meyarlarda əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik kimi ehtiva edilmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddianın əsaslılığı məhz həmin XBT kodu olan dizqnoz xəstəliklərin əlilliyin təyin edilməsi üçün əsas olan müvafiq Meyarlarda əks olunmuş qiymətləndirmə üzrə əlamətlərinin mövcud olub-olmaması əsasında qiymətləndirilməlidir. Bununla bağlı, kollegiya qeyd edir ki, hazırki iş üzr müvafiq ekspert rəyində iddiaçı barəsində diaqnoz xəstəliyin mövcudluğu qeyd edilsə də, həmin xəstəliklərin müvafiq Meyarlarda əks olunmuş qiymətləndirmə üzrə hansı əlamətlərinin mövcud olub-olmamasına dair hər hansı məlumat öz əksini tapmamışdır. Halbuki, diaqnoz xəstəliyin özünün mövcudluğu deyil, məhz müvafiq Meyarlarda əks olunmuş qiymətləndirmə üzrə əlamətlərinin mövcudluğu müəyyən edilməli idi. Kollegiya hesab edir ki, indiki halda isə iş üçün əhəmiyyət kəsb edən həmin halların ekspert rəyi əsasında müəyyən edilməsi mümkün olmadığından, həmin halların ekspert rəyini tərtib edən həkim-ekspertin dinlənilməsi, o cümlədən müvafiq tibbi göndərişdə əks olunmuş və Meyarlarda ehtiva edilmiş xəstəliklərin səlahiyyətinə aid olduğu ixtisaslaşmış həkimlərin müayinə nəticələri əsasında müəyyən edilə bilər. Bu baxımından, məhkəmə araşdırması zamanı iddiaçının əyani müayinəsini həyata keçirən həkim-ekspert qismində dinlənilmiş, həkim-ekspert izahatında bildirmişdir ki, “Biz hemiplegik spastik serebral iflic, nitq çatışmazlıqları ilə yüngül sağtərəfli parezlə birtərəfli zədələnmə (kombinə olunmuş nitq çatışmazlıqları: psevdobulbar dizartriya, patoloji dislaliya, nitqin ritm və tempinin pozulması); disleksiya, disqrafiya və diskalkuliya pozuntusu; sağtərəfli meyilliliklə assimmetrik yeriş, mürəkkəb hərəkətlərin çətinləşməsi (barmaqlar, dabanlar üstündə yeriş, çömbəlmiş vəziyyətdə);dirsək oynağında yüngül bükmə kontrakturası ilə, bilək oynağında bükücü-pronator, əl barmaqları oynaqlarında bükücü kontraktura; diz və bud-çanaq oynağında qarışıq, aşıq-baldır oynağında ayaqların gərilməsi ilə kontraktura; aktiv hərəkətlərin həcminin fizioloji amplitudadan 30% azalması; passiv hərəkətlərin fizioloji amplitudaya uyğun olması; cüzi statodinamik pozuntuların iddiaçıda olub-olmaması barədə məlumat verə bilmirik. Bunlar barədə yalnız nevropatoloq düzgün şəkildə məlumat verə bilər. İddiaçı üzrə qeyd olunan əlamətlər və simptomlar mütəxəssislər tərəfindən aparılan qiymətləndirməyə əsasən təyin olunur. Biz həmin vətəndaşı travmatoloqa göndərmişdik. Travmatoloq tərəfindən bəzi sümük-kəsik aparatında zədələnmələr, həmçinin bazu oynağında kontraktura qeydə alınmışdır. Sinirin zədələnməsi isə ayrıca qeyd edilmişdir. Bu sahə bizim birbaşa ixtisas sahəmiz olmadığı üçün burada daha ətraflı məlumatı nevropatoloq həkim verməlidir”. Məhkəmə araşdırması zamanı işin hallarının ətraflı araşdırılması məqsədilə iddiaçı həkimnevropatoloq müayinəsi göndərilmiş, həkim nevropatoloq tərəfindən müayinənin nəticəsinə dair tibbi rəy verilmiş, həmin tibbi rəyin məzmununda “iddiaçının müayinəsi zamanı sağ yuxarı ətrafın monoparezi, əzələ gücü 3 bal, vətər reflekslər sağ yuxarı ətrafda enib hipestreziya qeyd olunur. Xəstənin diaqnozu klinik əlamətlər anamnezi travmaya aid tibbi sənədlər və instrumental müayinələrə əsasən qoyulmuşdur. Xəstənin qeyd etdiyi qıcolma tutumalaarının xarakterini təsdiq etmək üçün tutmanın videogörüntüsü,instrumental müayinələrdə tipik epileptikform dəyişiklər aşkarlanmadığı üçün təsdiqlənə bilmədi. Davamlı müşahidə və təkrar müayinə məsləhətlidir. Baş beynin MRT ocaqlı patoloji dəyişiklilər aşkar edilmir EMQ müayinəsində sağ bazu kələfinin üst orta və alt tonuslarını əhatə edən ağır dərəcəli xroniki aksonal neyropatiyası leyhinə dəyərləndirilir. Xəstəyə sağ bazu kələfinin odlu silah yaralanmasından sonrakı zədələnməsi sağ yuxarı ətrafın monoparezi anamnezzidə qıcolma diaqnozu qoyuldu, qıcolma tutmalarının xarakterini təyin etmək üçün instrumental müayinə nəticələri qane olmamışdır.” qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müvafiq tibbi rəyi vermiş həkim- nevropatoloq mütəxəssis kimi dinlənilmiş, həkim mütəxəssis öz izahatında bildirmişdir ki, “Monoparez bir ətrafın parezi mənasını ifadə edir. Əzələ gücü 3 bal olaraq qiymətləndirilmişdir. Qeyd edilməlidir ki, 3 bal 4 baldan çoxdur, 5 bal isə normal göstərici hesab olunur. Əzələdə hipotrofiya və atrofiya halları vizual müşahidə əsasında qeydə alınır. Bu hal üçün xüsusi ölçmə metodu mövcud deyildir və santimetr ilə dəqiq ölçmə aparılmır, ümumi baxış zamanı müəyyən edilir.Əzələ gücünün qiymətləndirilməsi zamanı xüsusi nevroloji sınaqlardan istifadə olunur. Belə ki, xəstə hər iki qolunu qaldırır, gözləri bağlanır və parez olan tərəfdə qolun içəriyə doğru dönməsi və aşağı enməsi müşahidə edilir. Bu hal parezin mövcudluğunu göstərir. Əzələ gücü isə həkimin əzələyə qarşı müqavimət tətbiq etməsi yolu ilə yoxlanılır və həmin əsaslarla xəstədə əzələ gücü 3 bal olaraq dəyərləndirilmişdir.Bildirirəm ki, nevroloji baxımdan parez və əzələ gücü qiymətləndirilir. Oynaqlarda hərəkət məhdudluğunun olubolmaması travmatoloq-ortopedlər tərəfindən qiymətləndirilməli göstəricidir və onlar tərəfindən dərəcələr üzrə müəyyən edilir.80 dərəcə göstəricisi oynaqda hərəkətin bucağını ifadə edir. Yuxarı ətrafda çiyin oynağının normal hərəkət bucağı 90 dərəcə təşkil edir. 80 dərəcə olması həmin ətrafda hərəkətin tam həcmdə yerinə yetirilmədiyini və hərəkət məhdudluğunun mövcud olduğunu göstərir.Mənim ixtiyarımda vətəndaşın 1994-cü ildə aldığı xəsarətlə bağlı ilkin travma sənədi mövcuddur. Həmin sənəddə sağ çiyinin və sağ çiyin qurşağı sinirlərinin güllə yaralanması nəticəsində zədələndiyi qeyd olunmuşdur. İlkin travma sənədi olduğuna görə, mövcud nevroloji pozuntuların həmin güllə yaralanması ilə səbəb-nəticə əlaqəsinin olması qənaətinə gəlmək mümkündür. Epilepsiya həmin xəsarətin nəticəsi hesab edilə bilməz. Baş travmasının mövcudluğunu təsdiq etmək üçün travma barədə ayrıca tibbi sənəd olmalıdır. Hərbi həkim tərəfindən verilmiş sənəddə baş nahiyəsinin travması müşahidə edilməmiş, yalnız çiyin nahiyəsinin güllə yaralanması göstərilmişdir.” İş materiallarından görünür ki, müvafiq Hərbi Həkim Komissiyası tərəfindən verilmiş travma haqqında arayışın məzmununda “iddiaçının aldığı travma kimi “Sağ çiyin qurşağından dəlib keçən güllə yarası,sol çiyin qurşağının yüngül güllə yarası ilə sağdakı brakiyal pleksusun sinirlərinin zədələnməsinin nəticələri”qeyd edilmişdir. Göründüyü kimi iddiaçıda XBT kodu G83.1,S06 və G40 olan diaqnoz xəstəliyin qiymətləndirmə üzrə əlamətlərinin araşdırılması üzrə ixtisaslaşmış həkimlərin verdiyi rəylər, izahatları və ekspert rəyi əsasında iddiaçıda qiymətləndirmə üzrə əlamətləri aşkar edilmiş, lakin həmin diaqnoz xəstəliklərdən yalnız XBT kodu G83.1 olan xəstəlik və onun qiymətləndirmə üzrə əlamətlərinin hərbi travma ilə səbəb əlaqəsinin olduğu müəyyən edilmiş, digərləri ümumi xəstəlik səbəb əlaqəsi ilə əlilliyin müəyyən edilməsi üçün əsas verir. Həmçinin, qeyd edilməlidir ki, müvafiq Meyarlarda qeyd edilən diaqnoz xəstəliklər orqanizmin funskiyasının pozulmasının fərqli faiz dərəcəsi və müddətinə əlilliyin müəyyən edilməsi üçün əsas kimi ehtiva edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının hüquqi marağı aydınlaşdırılmış, iddiaçı məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü səbəb əlaqəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsini istədiyini, ümumi xəstəlik səbəbindən əlilliyin müəyyən edilməsini istəmədiyini, hərbi travma səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulmasının 65- 80 faiz dərəcə iki il müddətinə əlilliyinin müəyyən edilməsini istədiyini, işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə zərurət görmədiyini bildirmişdir. Belə olan halda kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyin müəyyən edilməsi olduğundan, həmin XBT kodu olan xəstəliklərdən yalnız XBT kodu G83 olan diaqnoz xəstəliyin məhz həmin travma ilə səbəb əlaqəsi olduğu müəyyən edildiyindən, iddianın əsaslılığı məhz həmin xəstəliyin müvafiq Meyarlarda ehtiva edilən qiymətləndirmə üzrə əlamətləri əsasında dəyərləndirilmə aparılmaqla müəyyən edilməli, digər xəstəliklər üzrə dəyərləndirmə aparılması zərurəti mövcud olmamışdır. Həmçinin, kollegiya iddianın əsaslılığı ilə bağlı hissədə qeyd edir ki, tədqiq edilmiş tibbi sənədlər, həkim rəyi və ekspert rəyi əsasında iddiaçıda XBT kodu G83.1 olan diaqnoz xəstəliyin müvafiq Meyarların 6.5.1.1-ci bəndinin”ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə);cüzi statodinamik pozuntular” əlamətinin mövcudluğu öz təsdiqini tapmışdır. Kollegiya qeyd edir ki, müvafiq Meyarların 6.5.1.1-ci bəndində əks olunmuş xəstəliyin əlamətləri orqanizmin funksiyasının pozulmasının 40 faiz dərəcəsi və 1 il müddətinə əlilliyin təyin edilməsi üçün əsas hesab edilir. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulmasının 40 faiz dərəcəsi və 1 il müddətinə əlilliyin təyin edilməsi üçün əsaslar müəyyən edildiyindən, iddia tələbi həmin hissədə əsaslı olmuş, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi orqanizmin funskiyasının 65-80 faiz dərəcəsi ilə iki il müddtinə əlilliyin müəyyən edilməsi” hissəsində əsassız olmuş, cavabdehin şikayətinin dəlilləri işin müəyyən edilmiş halları əsasında təkzib edildiyindən, həmin hissədə əsassız olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə orqanizmin funskiyasının pozulmasının 65-80 faiz dərəcə iki il müddətinə əlilliyinin müəyyən edilməsi XBT kodu S06 olan diaqnoz xəstəlik və onun qiymətləndirmə üzrə əlamətləri əsas götürülməklə, müəyyən edilmişdir. Hansı ki, yuxarıda tədqiq edilmiş tibbi rəy, həkim-mütəxəssisləin izahatları əsasında həmin diaqnoz xəstəliyin hərbi travmanın nəticəsində yaranması halı öz təsdiqini tapmamışdır. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddianın əsaslılığı qanunvericilik normasının tələbləri və işin faktiki halları əsasında düzgün dəyərləndirmə aparılmamış, bununla da iş üzrə yanlış nəticəyə gəlmişdir. Kollegiya əlilliyin təyinat tarixi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində müvafiq tibbi göndəriş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, cavabdeh inzibati orqan iddiaçı barəsində məhz həmin tibbi göndəriş əsasında aparılmış yoxlamanın nəticəsinə dair xx.xx.2024-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul etmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən əlilliyin hansı tarixdən müəyyən edilməsi üçün məhz müvafiq tibbi göndəriş əsasında iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinin nəticəsini ehtiva edən əlilliyin təyin edilməsindən imtina barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli qərarın tarixi əsas götürülməli olduğundan, iddiaçının tələbi həmin hissədə də əsaslı olmuşdur. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçı barəsində əlilliyin təyinat tarixi məhz xx.xx.2024-cü il tarix əsas götürlməklə müəyyən edilməlidir. Kollegiya cavabdehin istinad etdiyi digər arqumenti (müalicə müddətinə aid tələbin ödənilməməsi hissəsində) ilə bağlı qeyd edir ki, indiki halda iddiaçının müraciəti təkrar əlilliklə bağlı olduğundan, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə tibbi göndərişlərin verilməsi” Qaydalarının 2 nömrəli Əlavəsində iddiaçının əlilliyinin müəyyən edilməsi üçün əsas olan XBT kodu G83.1 olan diaqnoz xətəliklə bağlı tibbi göndərişin tərtib edilməsi üçün müalicə müddətinə aid şərt kimi stasionar müalicə müddəti 10 gün, ambulator müalicə müddəti 3 dəfə nəzərdə tutulmuşdur. İndiki halda iddiaçı barəsində mövcud olan tibbi sənədlər əsasında iddiaçıya münaisbətdə həmin şərtin ödənilməsi halı öz təsdiqini tapmış, cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir dəlil təqdim edilməmişdir.Bu baxımından kollegiya hesab edir ki, cavabdehin şikayətinin dəlili həmin hissədə də əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün nəticəyə gəlinmədiyindən, məhkəmə qərarı ləğv edilməli, cavabdehin şikayəti həmin hissədə təmin edilməli, hazırki iş üzrə iddia tələbi “xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funskiyasının pozulmasının 40 faiz dərəcəsi və 1 il müddətinə əlilliyin müəyyən edilməsi” hissəsində əsaslılığı müəyyən edildiyindən, həmin hissədə iddia tələbi təmin edilməli, cavabdehin şikayətinin dəlili həmin hissədə təmin edilməməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1005/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulmasının 40 faiz dərəcəsi ilə 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar