Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1145/2025 27.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “iddiaçıya 01 sentyabr 1985-ci il tarixdən 17 iyul 1986-cı il tarixədək Azərbaycan SSR X4 Təhsili Komitəsinin Sumqayıt şəhər 49 nömrəli texniki peşə məktəbində təhsil aldığı dövrü nəzərə almaqla 55 yaş 07 aydan, yəni 02 noyabr 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2-1(118)-879/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “iddiaçıya 01 sentyabr 1985-ci il tarixdən 17 iyul 1986-cı il tarixədək Azərbaycan SSR X4 Təhsili Komitəsinin Sumqayıt şəhər 49 nömrəli texniki peşə məktəbində təhsil aldığı dövrü nəzərə almaqla 55 yaşdan, yəni 02 aprel 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinə dəqiqiləşmə barədə ərizə təqdim edərək, “iddiaçıya 01 sentyabr 1985-ci il tarixdən 17 iyul 1986-cı il tarixədək Azərbaycan SSR X4 Təhsili Komitəsinin Sumqayıt şəhər 49 nömrəli texniki peşə məktəbində təhsil aldığı dövrü nəzərə almaqla 55 yaş 07 aydan, yəni 02 noyabr 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 1966-cı il tarixdə Azərbaycan Respublikası,Qubadlı rayonunun Qaralar kəndində anadan olmuşdur. 01 sentyabr 1985-ci il tarixdən 17 iyun 1986-cı il tarixədək Azərbaycan SSR X4 Təhsili Komitəsinin Sumqayıt şəhər 49 nömrəli orta texniki peşə məktəbində təhsil almış və 09 aprel 1986-cı il tarixdən Azərbaycan Boruyayma Zavodunun Keyfiyyət nəzarət şöbəsinə X5 sexi üzrə qara metal istehsalının nəzarətçi peşəsinə (istehsalat təcrübəsi dövründə) işə qəbul edilmişdir. 11 avqust 1986-cı il tarixdə həmin şöbədə daimi olaraq qara metal istehsalının nəzarətçisi keçirilmişdir. 05 mart 2007ci il tarixdən Boruyayma-1 sexinin yivaçma sahəsinə soyuq boruların kəsicisi vəzifəsinə keçirilmiş və 30 yanvar 2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 30 yanvar 2017-ci il tarixdən "xxxx" MMC-nin Boruyayma sexinəsoyuq boruların kəsicisi vəzifəsinə qəbul edilmiş və hal-hazırdada orada işləyir. Azərbaycan Boru Yayma Zavodunun 19 iyul 2023cü il tarixli AZB 0/183 saylı arayışına əsasən, İddiaçı 09 aprel 1986-cı il tarixdən Azərbaycan Boruyayma Zavodunun Keyfiyyət nəzarət şöbəsinə X5 sexi üzrə qara metal istehsalının nəzarətçi peşəsinə (istehsalat təcrübəsi dövründə) işə qəbul edilib. 11 avqust 1986-cı il tarixdə həmin şöbədə daimi olaraq qara metal istehsalının nəzarətçisi keçirilmiş, 05 mart 2007-ci il tarixdən Boruyayma-1 sexinin yivaçma sahəsinə soyuq boruların kəsicisi keçirilmiş və 30 yanvar 2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. 01 sentyabr 1985-ci il tarixdən2023-cü ilin iyul tarixinədək 36 ildən çox ümumi iş stajına, 15 ildən çoxağır zərərli şəraitdə işlədiyim iş stajınamalikdir. İddiaçı ərizə ilə müraciət edərək, ona Azərbaycan SSR X4 Təhsili Komitəsinin Sumqayıt şəhər 49 nömrəli texniki peşə məktəbində təhsil aldığı dövrü nəzərə almaqla 55 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 17 yanvar 2024-cü il tarixli məktub ilə iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etdi. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2- 1(118)-3294/2024 nömrəli inzibati iş vardır. Bununla əlaqədar Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 47-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazı təqdim edir və hesab edirlər ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən xx.xx.1966-cü il təvəllüdlü İddiaçı xx.xx.2023- cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin 17.01,2024-cü il tarixli 3-17- 1/2-M-10157/2024 nömrəli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər ümumi və güzəştli iş stajı olmadığından ona güzəştli şərtiərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 9.1 -ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat (29 iyun 2022-ci il tarixədək 52800,00) hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21988,54 manat (29 iyun 2022-ci il tarixinədək 25144,19 manat) təşkil edirdi. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin İddiaçı dair 19 iyul 2023-cü il tarixli AZB 01/183 nömrəli arayışında xx.xx.1997- 01,03.2007-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd edilib. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən iddiaçının ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti iş stajına daxil etmək mümkün deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2-1(118)-879/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün onun 20 il ümumi, 10 il isə xüsusi stajı olmalıdır. İddiaçı tələb olunan ümumi və xüsusi iş stajına malikdir. (21 il , 21 gün). Lakin iddiaçı hal-hazırda ona pensiya təyin edilməsini tələb etdiyi 02 noyabr 2021-ci il dövr üçün qanunvericiliyin tələblərinə əsasən həmçinin pensiya kapitalına malik olmalıdır. Qanunun güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün digər şərtinə, yəni zəruri pensiya kapitalına malik olması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçıya pensiya təyin edilməsi üçün qeyd olunan şərtin tələbləri mövcud deyildir. xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı 01 iyun 1997-ci il tarixdən 01 mart 2007-ci il tarixləri arasındakı illəri əhatə edən dövrlərdə ödənişsiz məzuniyyətdə olduğum təqdirdə belə, həmin dövr hər təqvim ili üzrə 6 ayı hesabı ilə sosial sığorta stajı kimi nəzərə alındığı haida qanunvericiliklə tələb olunan fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına malikəm. Belə ki, onun əmək kitabçama əsasən 01 sentyabr 1985-ci il tarixdən 01 iyun 1997-ci il tarixinə kimi 11 il 9 ay iş stajı var. 01 iyun 1997-ci il tarixdən 01 yanvar 2006-cı il tarixinədək ödənişsiz məzuniyyətdə olduğu dövr üzrə hər təqvim ili üzrə 6 ay hesabı ilə 4 il 7 ay iş stajı hesabhyanda, 01 sentyabr 1985-ci il tarixdən 01 yanvar 2006-cı il tarixinədək 16 il 15 gün iş stajı təşkil edir. İddiaçı 16 il 15 gün ümumi iş stajına görə 01 yanvar2006-cı il tarixinə fərdi hesabımın sığorta hissəsində qeydə alınmış 4.908.75 manat pensiya kapitalı 55 yaş 6 ayının tamam olduğu 02 noyabr 2021-ci il tarixinə indeksləşdirilmiş məbləği 15.833, 46 manat təşkil edir. Beləliklə, göstərilənlərə əsasən, hesab edir ki, onun 01 sentyabr 1985-ci il tarixdən 02 noyabr 2021-ci il tarixədək 36 ildən çox ümumi iş stajına və 15 ildən çox ağır zərərli şəraitdə işləyib iş stajına malik olduğu üçün və fərdi hesabının sığorta hissəsində pensiya kapitalı 37.157,61 manat təşkil etdiyi üçün, 55 yaş 7 aydan, yəni 02 noyabr 2021ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Lakin, Sumqayıt inzibati məhkəməsi cavabdehin onun pensiya kapitalına malik olmağına dair dəlilləri məhkəmə tərəfindən araşdırılmadan və işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrlərin sosial sığorta stajına daxil edilməsinə dair oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının formalaşdırdığı hüquqi mövqeyi nəzərə alınmadan qeyd-şərtsiz qəbul edilmişdir. Halbuki, məhkəmə onun 55 yaş 7 ayın tamam olduğu 02 noyabr 2021-ci il tarixinə olan məbləği Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindəki məlumatlardan və İstelak qiymətləri indeksinin hesablanmasına dair karkulyatordan istifadə etməklə dəqiqliklə hesablaya və cavabdehin məlumatı ilə müqayisə etməklə qiymətləndirə və onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının illər üzrə indeksləşdirilməsinin düzgün icra olub olmadığını müəyyən edə bilərdi. . b) Cavabdeh apellyasiya şikayətinə qarşı etirazının dəlilləri imtina məktubu və iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar. Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Maddə 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi iddiaçının 01 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının 12 ildən az olmasını və pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini göstərmişdir. İş materiallarının araşdırılmasından göründüyü kimi, iddiaçının əmək fəaliyyətinə dair təqdim etdiyi əmək kitabçası məlumatları və işdə olan digər məlumatların müqayisəli təhlili iddiaçının 1980-ci illərin ortalarından etibarən müxtəlif dövrlərdə həm istehsalat təcrübəsi əsasında, həm də daimi əsaslarla ağır, zərərli və fiziki gərginlik tələb edən istehsalat sahələrində çalışdığını, bununla bağlı müvafiq dövrlərdə güzəştli şərtlərlə pensiya hüququ verən siyahıya daxil edilən peşələr üzrə fəaliyyət göstərdiyini göstərsə də, 1997–2007-ci illər arasında böyük bir zaman kəsiyinin ödənişsiz məzuniyyətdə olması nəticəsində bəzi illərin sığorta stajında nəzərə alınması məsələsi mübahisə doğurmuş, bu isə iddiaçının həm ümumi, həm də xüsusi iş stajı ilə bağlı mövcud qeyri-müəyyənliklərin aradan qaldırılmasını zəruri etmişdir. Həmçinin aydın olur ki, birinci instansiya məhkəməsi iddiaçının stajının mövcudluğu ilə bağlı təqdim etdiyi sənədləri nəzərə alaraq xüsusi və ümumi stajın tələblərə uyğun olduğunu qəbul etsə də, pensiya kapitalı ilə bağlı aparılan müqayisəli təhlildə cavabdehin təqdim etdiyi məlumatları əsas götürmüş, iddiaçı tərəfindən alternativ hesablama metodologiyası təqdim olunsa da, həmin hesablamaların normativ baza ilə tam uzlaşmadığı, kapital məbləğinin dəqiq müəyyən edilməsi üçün zəruri olan rəsmi təsdiqedici sənədlərin təqdim edilmədiyi, buna görə də iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun formalaşması üçün üçüncü meyar olan kapitalın mövcudluğunun sübuta yetirlmədiyi qənaətinə gəlmişdir. İş materiallarının ümumi qiymətləndirilməsi göstərir ki, iddiaçının həm ümumi, həm də xüsusi iş stajının tələblərə cavab verməsi məhz 2017-2022-ci illər aralığına əsaslanmış olduğundan, həmin tarixdən sonra qüvvədə olan qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya hüququnun formalaşması üçün yalnız stajın mövcudluğu kifayət etmir və iddiaçının fərdi şəxsi hesabında toplanmalı olan pensiya kapitalının da müəyyən edilmiş minimum həddi təmin etməsi zəruri şərt kimi çıxış edir. Bir sözlə, iddiaçının pensiya hüququnun hesablanmasında xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək olan dövr xüsusi əhəmiyyət kəsb edir. Çünki həmin dövrdə pensiya təyinatı zamanı yalnız yaş həddi və sığorta stajı kifayət etmirdi, eyni zamanda fərdi hesabda toplanmış pensiya kapitalının da minimum həddə çatması tələb olunurdu. İddiaçının ümumi və xüsusi stajı məhz bu dövrdə toplanmışdır, yəni pensiya yaşına çatması və sığorta stajı 2017-2022-ci il aralığında müəyyən edilmişdir. Buna görə də məhz bu dövr pensiya təyinatında əsas götürülməli və həmin dövr üzrə fərdi hesabda toplanmış kapital nəzərə alınmalıdır. Əvvəlki dövrlərdə kapital yaş və sığorta ilə birlikdə nəzərə alınmalı olmasa da, iddiaçı məhz sığorta stajının tamamlanmasını da qeyd edilən zaman aralığında (2017-2022) qazandığı üçün məhz pensiya kapitalının yığılması da lazım olur. Belə ki, xx.xx.2006-cı il tarixədək qadınlar üçün pensiya hüququ yalnız 52 yaşa çatmaq, 20 il ümumi və 10 il xüsusi stajın mövcudluğu ilə müəyyən edilirdi və həmin dövrdə fərdi hesabda kapitalın minimum həddi əsas tələblərdən biri deyildi, xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək isə ya qeyd edilən yaş və sığorta stajı, ya da fərdi hesabda kapitalın minimum həddinin olması kifayət edirdi. Lakin 2017-2022-ci il aralığında pensiya hüququnun yaranması üçün staj və yaşın kifayət etməməsi səbəbindən fərdi hesabda toplanmış pensiya kapitalı da mütləq nəzərə alınmalı idi, iddiaçının kapitalının isə həmin dövrdə kifayət etməməsi onun pensiya təyinatına birbaşa təsir göstərmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün onun 20 il ümumi, 10 il isə xüsusi stajı olmalıdır. Hazırki işdə yuxarıda iş materiallarına sadalanan sənədlərin tədqiq edilməsi zamanı müəyyən edilmişdir ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün həqiqətən də qanunvericiliyə əsasən tələb olunan ümumi və xüsusi iş stajına malikdir. Lakin iddiaçı hal-hazırda ona pensiya təyin edilməsini tələb etdiyi 02 noyabr 2021-ci il dövr üçün qanunvericiliyin tələblərinə əsasən həmçinin pensiya kapitalına malik olmalıdır. Qanunun güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün digər şərtinə, yəni zəruri pensiya kapitalına malik olması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçıya pensiya təyin edilməsi üçün qeyd olunan şərtin tələbləri mövcud deyildir. O da nəzərə alınmalıdır ki, cavabdeh öz etirazlarında iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan kapital məbləğinin 45.600 manat (29 iyun 2022-ci ilədək redaksiyada isə 52.800 manat) olduğunu göstərmiş, iddiaçının fərdi hesabının sığorta hissəsində isə 22.788,60 manat vəsait toplanmış olduğunu bildirmişdir. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin həmin dövr üçün qüvvədə olmuş redaksiyasının sistemli təhlili nəticəsində müəyyən olunur ki, iddiaçıya münasibətdə formalaşdırılmalı olan minimal pensiya kapitalı cavabdeh orqanın göstərdiyi 45.600 manat deyil, təqribən 28.000 manat həddində olmalı idi. Bununla belə, iddiaçının fərdi hesabında mövcud olan 22.788,60 manat vəsait bu daha aşağı tələb olunan həddi də (28.000 manat) təmin etmədiyindən, kapital təminatı meyarı üzrə pensiya hüququnun yaranmadığı qənaətinə gəlinir. Beləliklə, tələb olunan kapital məbləği cavabdeh tərəfindən səhv göstərilmiş olsa da, hətta daha aşağı real tələb məbləğinin tətbiqi zamanı belə iddiaçı qanunvericiliyin nəzərdə tutduğu minimum kapital təminatını formalaşdırmamışdır ki, bu da onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmadığını təsdiq edir. Həmçinin məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, hazırda iddiaçıya 59 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin bu hal iddiaçının məhkəməyə müraciət etməkdə olan hüquqi marağını aradan qaldırmır. Çünki iddiaçı 59 yaşdan deyil, məhz 55 yaşdan etibarən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini tələb edir. Onun iddia tələbinin mahiyyəti də məhz həmin dövr, yəni 55 yaşının tamam olduğu tarixdən başlayan pensiya hüququnun tanınmasıdır. Bu səbəbdən, iddiaçıya sonradan pensiya təyin edilməsi onun 55 yaşdan pensiya hüququ ilə bağlı tələbinin araşdırılmasına mane olmur və iddianın hüquqi maraq olmadığı əsasilə mümkün sayılmamasına əsas vermir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq öz qərarında vurğulamışdır ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əskini sübut edə bilməmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2-1(118)-879/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.