Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1148/2025 03.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Republikası Maliyyə Nazirliyi yanında X1rşı “iddiaçının adına dövlət büdcəsinə 31 yanvar 2022-ci il və 28 fevral 2022-ci il tarixlərdə ödənilmiş cəmi 5000 (beş min) manat istifadə edilməmiş məbləğin ona geri qaytarılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2- 1(118)-4186/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(101)-63/2021 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin İddiaçı ittihamından çıxarılması, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən İddiaçı həmin maddə ilə cəza təyin edilməməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə zalından həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 30 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(101)-63/2021 nömrəli hökmündən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(105)-13/2022 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasından həbsdən azad edilmişdir. İddiaçı üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və müəyyən yerlərə getməmək vəzifələri qoyulmuş, hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilmişdir. İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(105)-13/2022 nömrəli hökmündən kassasiya şikayəti verilməmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Republikası Maliyyə Nazirliyi yanında X4 hesabına ümumilikdə 5000 manat vəsait ödənilmişdir. Azərbaycan Republikası Maliyyə Nazirliyi yanında X4 iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktuba əsasən iddiaçının ərizəsində qeyd olunan 5000 manat məbləğində vəsait 31 yanvar və 28 fevral 2022-ci il tarixlərdə 143300 (sair cərimə və sanksiyalara görə daxilolmamalar) təsnifat kodları ilə Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin (2107131) xəzinə hesabına mədaxil olunmuşdur. Qeyd edilir ki, ödənilmiş 5000 manat məbləğində vəsaitin geri qaytarılması məsələsinə həmin vəsaitin qaytarılmasına əsas verən sənədlərin surəti Agentliyə təqdim edildikdən sonra baxıla bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Republikası Maliyyə Nazirliyi yanında X1rşı iddiaçının adına dövlət büdcəsinə 31 yanvar 2022-ci il və 28 fevral 2022-ci il tarixlərdə ödənilmiş cəmi 5000 (beş min) manat istifadə edilməmiş məbləğin ona geri qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 20201-ci il tarixli 1(101 )-63/2021 saylı hökmü ilə ( Hakimlər: X8 (sədrlik edən), X10 və X9) qət edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. AR CM-nin 313-cü maddəsi ilə məsuliyyətə cəlb etmə müddəti ötdüyü üçün ona bu maddə ilə cəza təyin edilməmişdir. Həmin iş üzrə təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. İşə apellyasiya instansiyasında baxılan zaman təqsirləndirilən şəxsin yaxınları zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmişdirlər. Zərərçəkmiş şəxs ilə barışıq əldə edilmiş və zərərçəkmiş şəxs iddiaçıdan şikayətçi olmamasına dair rəsmi sənədi cinayət işinə baxan məhkəməyə təqdim etmişdir. Təssüflər olsun ki, apellyasiya instansiyası şəxs barəsində daha yüngül cəza təyin etmək ilə kifayətlənmişdir. Yəni, şəxs şərti olaraq azadlığa buraxılsa da, onun barəsində ki, cinayət işinə xitam verilməmişdir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs ilə barışığın olmasını əsas götürərək təqsirləndirilən şəxs barəsində şərti cəza təyin etmişdir. Amma təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 5 000 manat məbləğində pulun ödənilməsi nəzərə alınmamışdır. Bu qərar sonradan AR Ali Məhkəməsində qüvvədə qalmışdır. Beləliklə iddiaçı tərəfindən ödənilən məbləğ nəzərə alınmamışdır. İddiaçı bu məbləği yalnız qanunveiciliyin ona imkan verdiyi vasitələrdən istfadə etməsi üçün ödəmişdir. İddiaçı hesab edir ki, bu məbləğ istifadə edilmədiyindən ona geri qaytarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(118)-4186/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Republikası Maliyyə Nazirliyi yanında X1rşı “iddiaçının adına dövlət büdcəsinə 31 yanvar 2022-ci il və 28 fevral 2022-ci il tarixlərdə ödənilmiş cəmi 5000 (beş min) manat istifadə edilməmiş məbləğin ona geri qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilməsi imperativ norma olaraq müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli 1(101)-63/2021 saylı hökmü ilə iddiaçı AR CM-nin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lakin məsuliyyətə cəlb etmə müddəti ötdüyü üçün 313-cü maddə ilə cəza təyin edilməmişdir. Sonradan zərərçəkmişlə aralarında barışıq əldə olunmuşdur. Zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmiş, şikayətçi olmamasına dair rəsmi sənəd məhkəməyə təqdim edilmişdir. Həmçinin, 31 yanvar 2022-ci il və 28 fevral 2022-ci il tarixlərdə cinayət məsuliyyətindən azad edilmək məqsədilə cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi 5000 (beş min) manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Lakin apellyasiya instansiyası cinayət işinə xitam verməmiş, dövlət büdcəsinə ödənilmiş məbləği nəzərə almamışdır. Belə olan halda həmin ödənilmiş vəsait istifadə edilməmiş hesab edildiyindən ona geri qaytarılmalıdır. Cinayət məsuliyyətindən azad edilmə barədə qərar qəbul edilmədiyinə görə, bu ödəniş hüquqi nəticə doğurmamış və təyinatı üzrə istifadə edilməmişdir. Qanunvericiliyə əsasən, istifadə edilməmiş vəsait dövlət büdcəsində qala bilməz və ödəyən şəxsə geri qaytarılmalıdır. Bununla bağlı olaraq istifadə edilməmiş vəsaitin geri qaytarılmasına dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsi 2-1(118)-4186/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən iddia təmin edilməmişdir. Hesab edi ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4186/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı tamamilə əsassızdır. Məhkəmə kollegiysından Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4186/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilərək iddianın təmin edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə xx.xx.2025-ci il tarixdə məktub ünvanlayaraq bildirmişdir ki, qeyd olunan vəsaitin X7 tərəfindən İddiaçı geri qaytarılması müvafiq məhkəmə qərarı əsasında təmin edilə bilər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Maddə 73-1. 73-1.1. Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189- 1.2ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 73-1.2. Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 73-1.3. Bu Məcəllənin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “İnzibati icraat haqqında” Qanun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İnzibati Prosessual Məcəllə: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçının hüquqi marağı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-63/2021 saylı hökmünə əsasən zərərçəkmiş şəxsə dəymiş 10000 manat ziyanın dövlət büdcəsinə ödədiyi 50% miqdarında pul məbləğinin (5000 manat) ona geri qaytarılmasından ibarətdir. Belə ki, iddiaçı cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı özünə münasibətdə tamamilə ödəmiş, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında, yəni 5000 manat dövlət büdcəsinə ödəniş etmiş, bununla da cinayət məsuliyyətindən azad ediləcəyini güman etmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(105)-13/2022 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmişdir. Müvafiq hökmdən İddiaçı tərəfindən kassasiya şikayəti verilməmişdir. İşdən görünür ki, İddiaçı zərərçəkmiş şəxsə vurduğu ziyanın 50 faizi həcmində - 5000 manat məbləği dövlət büdcəsinə məhz cinayət məsuliyyətindən azad ediləcəyi barədə formalaşmış gözlənti əsasında ödəmişdir. Bununla belə, cinayət məsuliyyətindən azad etmə institutu tətbiq olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş məbləğin hüquqi əsası mövcud deyildir və ödənilmiş vəsait hüquqi təyinatına uyğun olmayan ödənişdir. Həmçinin iş materiallarına əlavə edilmiş X2 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X6 məbləğin qaytarılmasının yalnız məhkəmə qərarı ilə həyata keçirilməsinin mümkün olduğunu bildirmişdir. Bu hal iddia tələbinin hüquqi dayanıqlığını və dövlət büdcəsinə daxil olmuş vəsaitin əsasının olmadığını təsdiqləyir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını araşdırmamış, yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etsə də, onları səhv təfsir etmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(118)-4186/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. 31 yanvar və 28 fevral 2022-ci il tarixlərdə 143300 (sair cərimə və sanksiyalara görə daxilolmamalar) təsnifat kodları ilə Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin (2107131) xəzinə hesabına mədaxil olunmuş ümumilikdə 5000 (beş min) manat məbləğin İddiaçı qaytarılması öhdəliyi Azərbaycan Republikası Maliyyə Nazirliyi yanında X4 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1148/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1148/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver