Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1157/2025 18.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, tutulmaların dayandırılması və tutulmuş məbləğin geri qaytarılması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, tutulmaların dayandırılması və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5133/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-22712/2024 saylı qərarına əsasən pensiya məbləği yenidən hesablanaraq iddiaçıya 1734,82 manat məbləğində pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 17 oktyabr 2017-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 244,77 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 202 aya bölünərək (244,77:202 ay (63 il 6 ay-58 il 2 ay=64 ay+138 ay (144 ay-6 ay (əmək pensiyaçısı kimi işlədiyiniz aylarm sayı))= 1,21 manat) 2 noyabr 2020-ci il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi 2 noyabr 2023-cü il tarixindən üç il geriyə) müəyyən olunmuş pensiyası (1090,50 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1091,71 (1090,50+1,21) manat məbləğində müəyyən edilib. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 1200,88 manat, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1377,41 manat, növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə nəticəsində 1531,68 manat məbləğində müəyyən edilib. Əmək pensiyasının yenidən hesablanmasından sonra 6 il və daha çox işlədiyi üçün Mərkəzi Filiala müraciət etdiyi 29 noyabr 2024-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14625,84 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (14625,84:72 ay (144 ay- 72 ay)=203,14 manat)) həmin tarixədək müəyyən olunmuş əmək pensiyası 1531,68 manat) üzərinə əlavə edilərək pensiya həmin tarixdən 1734,82 1531,68+203,14) manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2020-xx.xx.2024-cü il tarixləri arasındakı dövr əfində ümumilikdə 63049,06 manat ödənilməli olduğu halda, 65012,67 manat ödənilib, nəticədə həmin dövr üzrə iddiaçıya 1963,61 (65012,67-63049,06) manat artıq pul vəsaiti ödənilib, həmin vəsait 2024-cü ilin dekabr ayından etibarən əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Mərkəzi Filial tərəfindən 16 aprel 2016-cı il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı əmək pensiyasının işləyən əmək pensiyaçısı kimi topladığı pensiya kapitalına görə yenidən hesablanması üçün 2 noyabr 2023-cü il tarixində Mərkəzi Filiala daxil olmuş müraciətinə əsasən əmək pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixlərə uyğun hesablanmalı olduğu halda, həmin tarixdən yenidən hesablanaraq 1520,06 manat (1 yanvar 2024-cü il tarixindən 1690,30 manat) məbləğində müəyyən edilib. Bununla əlaqədar olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən, Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən, Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən, Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınmaqla İddiaçı fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına görə əmək pensiyası həmin tarixdə keçmiş üç il müddət üçün aşağıdakı qaydada hesablanıb: Belə ki, adıçəkilən şəxsə əmək pensiyası təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 17 oktyabr 2017-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 244,77 manat pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 202 aya bölünərək (244,77:202 ay (63 il 6 ay-58 il 2 ay=64 ay+138 ay (144 ay-6 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=1,21 manat) 2 noyabr 2020-ci il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi 2 noyabr 2023-cü il tarixindən üç il geriyə) müəyyən olunmuş pensiyasının (1090,50 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1091,71 (1090,50+1,21) manat məbləğində müəyyən edilib. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 1200,88 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1377,41 manat məbləğində, növbəti dəfə 1 yanvar 2024cü il tarixindən indeksləşdirilmə nəticəsində 1531,68 manat məbləğində müəyyən edilib. İddiaçı əmək pensiyasının yenidən hesablanmasından sonra 6 il və daha çox işlədiyi üçün Mərkəzi Filiala müraciət etdiyi 29 noyabr 2024-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14625,84 manat pensiya kapitalı Qanunun 37.3.1ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (14625,84:72 ay (144 ay-72 ay)=203,14 manat)) həmin tarixədək müəyyən olunmuş əmək pensiyasının (1531,68 manat) üzərinə əlavə edilərək pensiyası həmin tarixdən 1734,82 (1531,68+203,14) manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.2020-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 63049,06 manat ödənilməli olduğu halda, 65012,67 manat ödənilib. Nəticədə həmin dövr üzrə adıçəkilən şəxsə 1963,61 (65012,67-63049,06) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsait xx.xx.2024-xx.xx.2025-ci tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilib. Qanunun 29.1-ci maddəsinə əsasən növbəti dəfə indeksləşmə ilə əlaqədar İddiaçı əmək pensiyası hazırda 1875,33 manat təşkil edir. Əlavə olaraq bildirilir ki, xx.xx.2024-cü il tarixli müvafiq qərar qəbul edilməsə idi, xx.xx.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması” haqqında qərara əsasən indeksləşdirilmələr nəzərə alınaraq İddiaçı əmək pensiyası hazırda aldığı 1875,33 manatdan az - 1827,23 manat məbləğində təşkil edəcəkdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, işə qanuni baxılıb onun hüquqlarının bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-22712/2024 saylı qərarın ləğv edilməsi, tutulmaların dayandırılması və tutulmuş məbləğin geri qaytarılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təqaüdündən 2024-cü ilin dekabr ayından, yəni 1 il, 173 manat pul tutmağa başlayıblar. Bunu qeyri-qanuni hesab edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı A.X5 tərəfindən 16 aprel 2016-cı il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzeştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyasının işləyən ənək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına görə yenidən hesablanması üçün 2 noyabr 2023-cü il tarixində Mərkəzi Filiala müraciəti daxil olmuş, bununla əlaqədar, əmək pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixlərə uyğun hesablanmalı olduğu halda, həmin tarixdən yenidən hesablanaraq 1520,06 manat (1 yanvar 2024-cü il tarixindən 1690,30 manat) məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar olaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyrı olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci madcəsinə əsasən, Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən, Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakımiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən, Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanun jn məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınmaqla İddiaçı fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalına görə əmək pensiyası keçmiş üç il müddət üçün aşağıdakı qaydada hesablanıb. Belə ki, ona əmək pensiyası təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 17 oktyabr 2017-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınnış 244,77 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 202 aya bölünərək (244,77:202 ay (63 il 6 ay-58 il 2 ay=64 ay+138 ay (144 ay-6 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=1,21 manat) 2 noyabr 2020-ci il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi 2 noyabr 2023-cü il tarixindən üç il geriyə) müəyyən olunmuş pensiyanın (1090,50 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1091,71 (1090,50+1,21) manat məbləğində müəyyən edilmişdir. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 1200,88 manat, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1377,41 manat, növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə nəticəsində 1531,68 manat məbləğində müəyyən edilmişdir. Əmək pensiyasının yenidən hesablanmasından sonra 6 il və daha çox işlədiyi üçün A.X3 müraciət etdiyi 29 noyabr 2024-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14625,84 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (14625,84:72 ay (144 ay-72 ay)=203,14 manat)) həmin tarixədək müəyyən olunmuş əmək pensiyasının (1531,68 manat) üzərinə əlavə edilərək pensiya məbləği həmin tarixdən 1734,82 (1531,68+203,14) manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2020-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 63049,06 manat ödənilməli olduğu halda, 65012,67 manat ödənilmişdir. Nəticədə həmin dövr üzrə İddiaçı 1963,61 (65012,67-63049,06) manat artıq pul vəsaiti ödənilmiş, həmin vəsait 2024-cü ilin dekabr ayından etibarən əmək pensiyasından hissə- hissə tutularaq büdcəyə bərpa edilməkdədir. Həmçinin Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı əüzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əşasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 05 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Qanununu ilə “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Əlavə olunan bəndə əsasən bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəv xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqlarır səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəşdi şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında’ Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tə'biq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların teyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitjsiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə aslı olduğundan bu sahədə dövlətə o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilikdə aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən Keçid müddəaları əlavə olunur. Həmin keçid müddəalarının nəzərə alın maması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normadv hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13cü maddəsində Qanunun 45-ci majdəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Bununla bağlı qeyd edirlər ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu madcəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 20- cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qəcər artırılır. Göstərilənlərə əsasən Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım h ssələrinin hesablanmasını ifadə edir. Həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə dair 48-ci misalda Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı iə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Digər tərəfdən, Qanunun 45-ci maddəsinin adından da göründüyü kimi, maddə “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti”nin tənzimlənməsi ilə əlaqədar olmaqla, həm əmək pensiyasının təyinatı, həm də pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin hesablanması ilə bağlıdır. Göstərilənlərlə əlaqədar İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 22712/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla qanunvericiliyin tələblərinə uyqun qaydada yenidən hesablanaraq, 1734.82 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5133/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 22712/2024 saylı qərarının ləğv edilməsi, iddiaçının əmək pensiyasından tutulmaların dayandırılması və tutulmuş məbləğin İddiaçı geri qaytarılması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən “Əmək Pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin qüvvədən düşmüş 2-ci cümləsinə istinad edilməsi əsaslı olmamışdır. İş materiallara ilə müəyyən olunur ki, cavabdeh iddiaçının pensiyasını yenidən hesablayarkən Qanunun istinad edilən 45-ci normasının ikinci cümləsi qüvvədə deyildi, ləğv edilmişdi. Cavabdehin mövqeyini əsassız hesab edərək qeyd edilir ki, Keçid müddəalarında həmin normanın təsbit edilməsi onunla əlaqədardır ki, qeyd olunan dəyişiklik əmək pensiyaçılarının xeyrinə baş vermiş dəyişiklikdir. Qanuna edilmiş dəyişiklik, xx.xx.2022-ci il tarixdən qüvvəyə mindiyinə görə, həmin tarixdən sonra olacaq pensiya təyinatına və pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilər. Keçid müddəasına əsasən həmin dəyişiklik qüvvəyə minənənədək Qanunun əvvəlki redakasiyasına əsasən (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılması tətbiq edilmiş şəxslər) əmək pensiyası təyin edilmiş və ya əmək pensiyası yenidən hesablanmış əmək pensiyaçıları həmin dəyişikliyə istinad edərək, pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə müraciət edə bilməz. Keçid müddəalarındakı məhdudiyyətin tətbiqi zamanı qanunverici orqanın məqsədi və keçid müddəalarının mahiyyəti bundan ibarət olmuşdur. Lakin cavabdeh həmin keçid müddəalarındakı normaların əks yanaşmasını tətbiq edərək normanın artıq qüvvədən düşmüş ikinci cümləsinə istinad etmiş və iddiaçının pensiyasını yenidən hesablamışdır. Qeyd edilənlər əsasında cavabdeh tərəfindən qəbul edilmiş qərar iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan əlavə iddiaçıdan müəyyən dövrlər üzrə artıq ödəmələrə görə tutmalar da aparılmışdır. İddiaçıdan tutulmuş məbləğlər də geri qaytarılmalıdır. Hazırkı işdə iddiaçının pensiyasından tutulmaların aparılması barədə razılığının olmaması işin mübahisələndirilməyən halıdır. Belə olan halda cavabdeh orqan artıq ödənildiyi hesab etdiyi məbləği öz təşəbbüsü ilə deyil, yalnız məhkəmədə müvafiq iddia qaldırmaqla nail ola bilərdi. Cavabdeh tərəfindən qəbul edilmiş qərar və iddiaçının pensiyasından edilmiş tutulmalar iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarında qeyd edilmişdir ki, cavabdeh iddiaçının pensiyasını yenidən hesablayarkən Qanunun istinad edilən 45-ci normasının ikinci cümləsi qüvvədə deyildi, ləğv edilmişdi. Məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək qeyd edir ki, Keçid müddəalarında həmin normanın təsbit edilməsi onunla əlaqədardır ki, qeyd olunan dəyişiklik əmək pensiyaçılarının xeyrinə baş vermiş dəyişiklikdir. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirilir ki, xx.xx.2016-ci il tarixində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi əmək pensiyası təyin edilmiş iddiaçının 17 oktyabr 2017-ci il tarixdə (ilk dəfə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar) və xx.xx.2024-cü il tarixdə (6 il və daha çox işləməsi ilə əlaqədar 37.3.2-1-ci maddəsinə əsasən müraciəti əsasında) əmək pensiyasının yenidən hesablanması hüququ yaranmış və hər iki tarixdə Qanunun 45.2-ci maddəsi hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi əmək pensiyası təyin edilmiş şəxslərə münasibətdə qüvvədə olmuşdur. Belə ki, Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasənQanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 05 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Qanununu ilə “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Əlavə olunan bəndə əsasən bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Məhkəmə qərarında həmçinin qeyd edilir ki, Qanuna edilmiş dəyişiklik, xx.xx.2022-ci il tarixdən qüvvəyə mindiyinə görə, həmin tarixdən sonra olacaq pensiya təyinatına və pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilər. Keçid müddəasına əsasən həmin dəyişiklik qüvvəyə minənənədək Qanunun əvvəlki redakasiyasına əsasən (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılması tətbiq edilmiş şəxslər) əmək pensiyası təyin edilmiş və ya əmək pensiyası yenidən hesablanmış əmək pensiyaçıları həmin dəyişikliyə istinad edərək, pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə müraciət edə bilməz. Keçid müddəalarındakı məhdudiyyətin tətbiqi zamanı qanunverici orqanın məqsədi və keçid müddəalarının mahiyyəti bundan ibarət olmuşdur. Lakin cavabdeh həmin keçid müddəalarındakı normaların əks yanaşmasını tətbiq edərək normanın artıq qüvvədən düşmüş ikinci cümləsinə istinad etmiş və iddiaçının pensiyasını yenidən hesablamışdır. Məhkəmənin bu mövqeyi ilə də razılaşmayaraq bildirilir ki, cavabdehin imtina məktublarında və etirazında Qanunun 45.2-ci maddəsinin tətbiqi əsası kimi müvafiq Keçid müddəalarına istinad edilmədiyi halda məhkəmə cavabdehin mövqeyini bu formada qəbul etmiş, işin həqiqi hallarına və hüquqi məsələlərə düzgün qiymət verilməmişdir. Məhkəmə hesab edir ki, bundan əlavə iddiaçıdan müəyyən dövrlər üzrə artıqödəmələrə görə tutmalar da aparılmışdır, iddiaçıdan tutulmuş məbləğlər də geri qaytarılmalıdır. Məhkəmənin bu mövqeyi ilə də razılaşmayaraq bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə artıq ödənilmiş məbləğin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Beləliklə, aydın olur ki, Мərkəzi Filial tərəfindən, İddiaçı 16 арrеl 2016-cı il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə уаşа görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının əmək pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixlərə uyğun hesablanmalı olduğu halda, onun xx.xx.2023-cü il tarixli müraciətinin tarixindən hesablanaraq 1520,06 manat müəyyən edilmişdir. Bununla bağlı qeyd edirik ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qeyd edilənləri ümumiləşdirərək bildiririk ki, əmək pensiyası təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 17 oktyabr 2017-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 244,77 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 202 aya bölünərək (244,77:202 ay (63 il 6 ay-58 il 2 ay=64 ay+138 ay (144 ay-6 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=1,21 manat) 2 noyabr 2020-ci il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi 2 noyabr 2023-cü il tarixindən üç il geriyə) müəyyən olunmuş pensiyanın (1090,50 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1091,71 (1090,50+1,21) manat məbləğində müəyyən edilmiş; Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 1200,88 manat, 29cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1377,41 manat, növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə nəticəsində 1531,68 manat məbləğində müəyyən edilmişdir; Əmək pensiyasının yenidən hesablanmasından sonra 6 il və daha çox işlədiyi üçün A.X3 müraciət etdiyi 29 noyabr 2024-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14625,84 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (14625,84:72 ay (144 ay-72 ay)=203,14 manat)) həmin tarixədək müəyyən olunmuş əmək pensiyasının (1531,68 manat) üzərinə əlavə edilərək pensiya məbləği həmin tarixdən 1734,82 (1531,68+203,14) manat məbləğində hesablanmışdır. Beləliklə, İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-22712/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 1734.82 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ..... Maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. (01 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyada). Maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (“Əmək pensiyaları haqqında” zərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur) (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) “Əmək pensiyalar haqqında” Qanunun 45-ci maddəsinə xx.xx.2017ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi çıxarılmşdır. “Əmək pensiyalar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Qanunla 45-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi, tutulmaların dayandırılması və tutulmuş məbləğin geri qaytarılmasından ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə xx.xx.2023-cü ildə etdiyi müraciət əsasında işlədiyi dövrdə topladığı pensiya kapitalına uyğun olaraq Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma aparıldığını, hesablanma zamanı Qanunun 45-ci maddəsi tətbiq edilməli olduğu halda, tətbiq edilmədiyindən, düzgün hesablanmadığından, ikinci xx.xx.2024-cü ildə etdiyi müraciət əsasında 45-ci maddə tətbiq edilməklə, yenidən hesablanma aparılmış, 2023-cü ildə aparılmış hesablanma zamanı yanlış hesablanma aparıldığının aşkar edildiyini, bununla da 2020-2024-cü illər üzrə 1963,61 manat artıq pul vəsaitinin ödənildiyinin müəyyən edildiyini, onun əsasında tutulma aparıldığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması üçün əsaslar müəyyən ediməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçıya 16 aprel 2016-c il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı işləyən əmək pensiyaçısı olmuşdur (xx.xx.2017-xx.xx.2020-ci illərdə). Cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.2023-cü ildə etdiyi müraciəti əsasında işləyən əmək pensiyaçısı olduğu dövrdə topladığı pensiya kapıtalına uyğun olaraq əmək pensiyasının yenidən hesablanmasını yalnız Qanunun 37.3.1-ci maddəsinə əsasən (45ci maddə tətbiq edilmədən) aparmış, bu barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etmiş, həmin qərar əsasında iddiaçının pensiya məbləği artıralaraq, 1375,88 manatdan 1520,06 manat məbləğində müəyyən edilmişdir. Daha sonra iddiaçı əmək penisya məbləğinin yenidən hesablanması barədə xx.xx.2024cü ildə müraciət etmiş, onun əsasında cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əmək pensiya məbləğinin yenidən hesablanması aparılmış, bu hesablanma zamanı Qanunun 37.3.1 və 45-ci maddəsi tətbiq edilməklə, əmək pensiya məbləği artırılaraq 1690,30 manatdan 1734,82 manat məbləğində müəyyən edilmiş, habelə 2023-cü ildə aparılmış hesablanma səhv olduğundan (Qanunun 45-ci maddəsi tətbiq edilməli olduğu halda, tətbiq edilmədən hesabandığından), 2020-2024-cü illər üzrə 1963,61 manat artıq ödəmə müəyyən edilmiş, bu barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. İndiki halda iddiaçının hüquqi marağı onun barəsində əmək pensiya məbləğinin yenidən hesablanması zamanı Qanunun 45-ci maddəsinin tətbiqi nəticəsində artıq ödəmə halının müəyyən edilməsi və onun əsasında tutulma aparılması (hər ay ondan 173 manat pul tutulması halına istinad edir) ilə bağlı cavabdehin qəbul etdiyi sonuncu qərarın ləğv edilməsindən, artıqödəmə kimi ondan tutulmaların dayandırılması, tutulmuş məbləğlərin ona geri qaytarılmasından ibarət olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilk dəfə xx.xx.2017-ci il tarixdə işləməyən əmək pensiyaçısı kimi çıxış etmiş, daha sonra 2018-ci ildə yenidən işləyən əmək pensiyaçısı olmuş, hazırda da işləyən əmək pensiyaçısı kimi çıxış edir. Cavabdeh inzibati orqan sonuncu qərar əsasında iddiaçıya münasibətdə topladığı pensiya kapitalının birinci halda səhvən 72 aya bölünməklə hesablandığından, Qanunun 37.3.1 və 45-ci maddəsinin tələbinə əsasən 202 aya bölməklə yenidən hesablamış, nəticə olaraq 2020-2024-cü il üzrə 1963,61 manat artıq ödəmə olduğunu müəyyən etmişdir. Kollegiya cavabdehin hərəkətlərinin qanuniliyinin yoxlanılması ilə bağlı hissədə qeyd edir ki, iddiaçıya münasibətdə işlədiyi dövrlərdə topladığı pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması məhz Qanunun 37.3.1-ci maddəsinin dispozitiv şərtinə əsasən həyata keçirilir. İndiki halda işin mübahisəli halı iddiaçıya münasibətdə əmək pensiyasının yenidən hesablanması zamanı Qanunun 37.3.1-ci maddəsi ilə yanaşı Qanunun 45-ci maddəsinin də tətbiq edilməli olub-olmaması ilə bağlı olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının ilk dəfə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi (xx.xx.2017-ci il) və 6 il və daha çox işlədiyi dövrlə bağlı əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə müraciət etdiyindən, iddiaçıya münasibətdə məhz həmin vaxtda qüvvədə olan normanın dispoztiv şərlərinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması həyata keçirilməlidir. İndiki halda isə həmin vaxta qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən Qanunun 37.3.1 və 45-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının yenidən hesablanması aparılmalıdır. Kollegiya qeyd edir ki, məhz cavabdeh inzibati orqan həmin normanın (Qanunun 37.3.1 və 45-ci maddəsi) dispoztiv şərtlərinə əsasən xx.xx.2023-cü il tarixli müraciətinə əsasən pensiya kapitalını 202 aya (63 il 6 ay-58 il 2 ay=64 ay+138 ay=202 ay) bölərək, xx.xx.2024-cü il tarixli müraciətinə əsasən 72 aya (144 ay-72 ay=72 ay) bölməklə, əmək pensiyasının yenidən hesablanmasını aparmış, nəticə olaraq həmin hesablanma qanunvericiliyin qeyd edilən normalarının dispoztiv şərtlərinə uyğun olmuşdur. Başqa sözlə desək, cavabdehin iddiaçı barəsində əmək pensiyasının yenidən hesablanması barədə qəbul etdiyi sonuncu qərarı və onunla bağlı hərəkətləri (artıqödəmə halının müəyyən edilməsi ilə bağlı) qanunauyğun olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları iddia tələbinin əsası kimi istinad edilən halları (toplanmış pensiya kapitalının əsas götürülməklə, əmək pensiya məbləğinin yenidən hesablanmasının düzgün müəyyən edilməməsi, artıqödəmə halının düzgün müəyyən edilməməsi, ondan qanunazidd tutulma aparılması ilə bağlı) təkzib etməklə, iddianın əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Həmçinin, kollegiya cavabdehin hərəkətlərinin “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbləri baxımından yoxlanılması ilə bağlı onu da qeyd edir ki, indiki halda iddiaçı barəsində əmək pensiyasının birinci dəfə yenidən hesablanması barədı qərar xx.xx.2023-cü il tarixdə aparılmış, ikinci dəfə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin inzibati orqanın hərəkətləri Qanunun qeyd edilən normasının da dispoztiv şərtlərinə uyğun olmuş, qanunla tələb olunan müddətlə bağlı tələblərin pozulması halı müəyyən edilməmişdir. Nəticə etibarilə həmin halın mövcudluğu özlüyündə qeyd edilən əsasla da (sözügedən normanın və ona dair formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından) müəyyən edilməsi mümkün olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçıya münasibətdə əmək pensiyasının yenidən hesablanması və artıqödəmə halının müəyyən edilməsi ilə bağlı cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Həmçinin, kollegiya iddiaçının istinad etdiyi arqumenti (cavabdeh quruma müraciət etməsə idi əmək pensiyasının yenidən hesablanması aparılmacaq və artıqödəmə müəyyən edilməyəcək idi) ilə bağlı onu qeyd edir ki, Qanunun 37.3.1-ci maddəsinin tələbinə əsasən işləyən əmək pensiyaçı qismində toplanılmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması avtomatlaşdırılmış qaydada həyata keçirilir. Həmçinin, iddiaçının müraciətinin olub-olmamasından asılı olmayaraq, cavabdeh inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati icraat aparmaqla, həmin halları qanunun tələblərinə uyğun olaraq müəyyən etmək imkanına malikdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının həmin hissədə arqumenti əsassız olmuşdur. Buna baxmayaraq, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar düzgün araşdırılmamış, işin faktiki və hüquqi halları ətraflı yoxlanılmamış, qanunvericilik normasının tələbləri düzgün tətbiq edilməmiş, bununla da iş üzrə gəldiyi nəticə işin hallarına və qanunun normasının tələbinə uyğun olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5133/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1157/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1157/2025
18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver