Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1158/2025 27.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X6 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8ə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(118)-3654/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh AR ƏƏSMN-nin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibb müəssisəsinin 800231220FJK saylı xx.xx.2024-cü il tarixli tibbi göndərişi əsasında qəbul etdiyi əlilliyin təyin olunmasından imtinaya dair qərarını ləğv etməklə iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi nəticəsində aldığı hərbi travmaya görə əlilliyin orqanizmin funlsiyasının pozulması faizinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 14 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya 14 noyabr 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60% iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş və 2020-ci il 27 sentyabr tarixində başlamış 44 günlük Vələn Müharibəsində iştirak etmiş, işğalda olan rayonların erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərə qatılmış və zabit baş leytenant rütbəsində hərbi tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən atılan mərminin yaxınlıqda partlaması nəticəsində çoxsaylı qəlpə yaralanmaları, kəllə-beyin travması almış və Füzuli rayon hospitalına yerləşdirilmiş, həmin vaxtdan çoxsaylı stasionar və ambulator müalicələr almış, AR MN-nin HHEK-si tərəfindən iddiaçının şəhadətləndirilməyi aparılmaqla xx.xx.2022-ci il tarixli Xəstəlik haqqında Şəhadətnaməyə əsasən iddiaçı «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə hərbi xidmətə məhdud yararlı» hesab olunaraq təxris edilmişdir. Aldığı travmalarla bağlı barəsində tibbi göndəriş cavabdeh orqana göndərilmiş və ona 2 illik müddətə 3-cü dərəcəli əlillik ləyin olunmuşdur. Əlillik müddəti bitdikdən sonra **********JK saylı xx.xx.2024-cü il tarixli tibbi göndəriş elektron qaydada cavabdeh orqana təqdim olunmuş, lakin cavabdeh tərəfindən “diaqnoz əlillik əlaməti ləyin etmir” əsası ilə iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtina barədə qərar qəbul edilmişdir. Cavabdehin imtinası tam əsassızdır. Belə ki, iddiaçıya əlilliyin təyin edilməsi meyarlarına uyğun olaraq 2022-ci ildə əlillik dərəcəsi təyin olunmuş və həmin vaxt iddiaçının diaqnozu belə idi: “üzvü partlayış travması nəticəsində yaranmış emosional labil pozuntu, fəlakətdən (2-ci Qarabağ müharibəsi) yaranmış şəxsiyyət dəyişkənliyi, postravmatik stres pozuntusu, ağır depresiv epizod özünükəsmələrlə. 2024-cü ildə də eyni diaqnoz əsasında tibbi göndəriş cavabdeh orqana daxil olmuş əlavə də bu müddət ərzində iddiaçının səhhətində baş vermiş ağırlaşmalara dair tibbi müayinənin nəticələri həmin tibbi arayışa əlavə edilmişdir. Onun barəsində həkim psixiatr Komissiyasının verdiyi rəylə də prof. F.İsmayılov və pr. B Əsədov tərəfindən iddiaçıya «fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, özünə xəsarət yetirmələrlə F 62.0” diaqnozu və 132.2 diaqnozu təsdiq edilmişdir ki, bu da əlillik təyinatına əsas verir. Cavabdehin imtinası tam əsassızdır. Belə ki, iddiaçı bir sıra səlahiyyətli tibb müəssisələrində müayinədə olmuş və həmin müayinələr nəticəsində onun diaqnozu təsdiqlənmişdir. Dəfələrlə Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicələr qəbul etmiş, lakin bu müalicələrə baxmayaraq iddiaçının səhhətində müsbət irəliləyiş olmamışdır. İddiaçı işləmir, ümumiyyətlə onu heç yerdə işə götürmürlər, ailə üzvləri, ətrafda olan insanlarla mübahisə edir, öz hərəkətlərini idarə etmək imkanında deyil, bütün bunlar müharibənin ona yaşatdığı psixoloji stres və aldığı travmaların nəticəsidir. Lakin cavabdeh orqan “diaqnozun əlillik əlamətini təyin etməməsi” səbəbi ilə ona əlillik təyinatından imtina etmişdir. Halbuki eyni diaqnozla ona 2022-ci ildə 2 illik müddətə 3-cü dərəcəli əlillik təyin edilmişdir. İddiaçının xəstəlik diaqnozu əsasında cavabdeh tərəfindən təşkil edilmiş komissiya onun xəstəlik meyarlarının əlilliyinin təyin olunmasına əsas verdiyi halda, həmin xəstəliklərin təsdiq edilmədiyini qeyd etməklə həkim komissiyasının göndərişini əsassız saymış və kifayət qədər əsaslar olmadan ona əlillik dərəcəsi təyin etməkdən imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, vətəndaşın orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və OFP 35% 2 (iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 8957 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə ‘‘Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, davranış pozuntuları ilə. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu. Partlayış travması (xx.xx.2020), sad baldırın və sol bilək nahiyələrinin kor qəlpə yaralarına görə aparılmış qəlpənin xaric edilməsi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları. Partlayış travması (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 3 metr. sağ qulaqda 4 metr məsafədən eşitməsi ilə. Asteno-nevrotik təzahürlər’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün sadə miopik astiqmatizmi refraksiyası Em və M 1,0D nəticəsində görmə itiliyinin 0,7-ə qədər azalması, korreksiva ilə 1,0 olmaqla. 15, 26, 35, 36, 45-ci dişlərin olmaması, 27, 37-ci dişlərin karivesr diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli 626 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakətdən (İİ Qarabaq müharibəsi) sonra yaranmış şəxsiyyət dəyişikliyi. Ağır depressiv epizod, özünükəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2326/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakətdən (İİ Qarabaq müharibəsi) sonra yaranmış şəxsiyyət dəyişikliyi. Ağır depressiv epizod, özünükəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 3695/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakətdən (İİ Qarabağ müharibəsi) sonra yaranmış şəxsiyyət dəyişikliyi. Ağır depressiv epizod, özünükəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10470/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakətdən (İİ Qarabağ müharibəsi) sonra yaranmış şəxsiyyət dəyişikliyi. Ağır depressiv epizod, özünükəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10557/23 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Fəlakətdən (İİ Qarabağ müharibəsi) sonra yaranmış şəxsiyyət dəyişikliyi. Ağır depressiv epizod, özünükəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 422/24 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Fəlakətdən (İİ Qarabağ müharibəsi) sonra yaranmış şəxsiyyət dəyişikliyi. Ağır depressiv epizod, özünükəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4182 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Ağır depressiv epizod, özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 4873/2024 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Ağır depressiv epizod, özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 5639/24 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Fəlakətdən (İİ Qarabağ müharibəsi) sonra yaranan şəxsiyyət dəyişikliyi. Ağır depressiv epizod, özünükəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 8236/24 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Fəlakətdən (İİ Qarabağ müharibəsi) sonra yaranan şəxsiyyət dəyişikliyi. Ağır depressiv epizod, özünükəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 245 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, özünə xəsarət yetirmələrlə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 14470/24 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Fəlakət (İİ Qarabaq müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, özünə xəsarət yetirmələrlə" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol qulaqda zəif eşitmədən şikayətlənmişdir. Ünsiyyətdə sərbəst, çoxsözlü olmuşdur. Təfəkkürü ardıcıl, məntiqi izlənmişdir. Şikayətlərini təqdim etmiş, məntiqi, makyevilistik tərzdə, dramatik fonla izah etmişdir. Sosial, gündəlik problemlərinin psixi vəziyyətinə səbəb olduğunu qeyd etmişdir. Sol qolunda göstərdiyi səthi cızıqlar 1-2 gün öncə edilmişdir. Dərmanların heç bir effekt vermədiyini qeyd etmişdir. Maraqlarını müdafiə edən kverulyant tip şəxs kimi izlənmişdir. Mühakiməsi maraqlarına uyğun olmuşdur. İki il öncəki həkimin adı və şöbənin nömrəsi kimi incə detalları xatırlamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, xx.xx.2012-ci il tarixindən xx.xx.2022ci il tarixinədək hərbi xidmətdə olmuşdur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Füzuli rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2020-ci il tarixli 780 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi “Sağ baldırın qəlpəli yarası” diaqnozu ilə “Füzuli rayon Mərkəzi xəstəxanasında müalicə olunmuş və xx.xx.2020-ci il tarixində Neftçala rayon mərkəzi xəstəxanasında müalicə olunmuşdur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Neftçala rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2020-ci il tarixli 1059 saylı arayışında qeyd edilmişdir ki, 1990-cu il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən “Sağ baldırın qəlpəli yarası” diaqnozu ilə “Neftçala RMX”PHŞ-nın cərahiyyə şöbəsində ******* saylı xəstəlik tarixi əsasında stasionar şəraitdə müalicə olmuşdur. Azərbaycan Respublikası N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli, 6066/60 saylı travma haqqında arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Sağ baldırın qəlpəli yarası” diaqnozu ilə xəsarət almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 həkim psixiatr komissiyasının xx.xx.2024-cü il tarixli, 4182 saylı rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə əmrinə uyğun İddiaçı Respublika Psxiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim psixiatr Komissiyası tərəfindən müayinə olunub və diaqnoz fəlakət (2-ci Qarabağ müharibəsi) keçirdikdən sonra yaranmış şəxsiyyət dəyişkənliyi, postravmatik stres pozuntusu, ağır depresiv epizod özünükəsmələrlə F 32.2 kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 həkim psixiatr komissiyasının xx.xx.2024-cü il tarixli, 245 saylı rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 328/3-1-118/2023 saylı Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və diaqnoz fəlakət (2-ci Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, özünə xəsarət yetirmələrlə F62.0 kimi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 xx.xx.2025-ci il tarixli, T354/2025 nömrəli ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli b0023122OAJK Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz; F43.1-Posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu; Ağırlaşmalar: F06,6-Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil (astenik) pozuntu; F06.0 Baş beyinin silkələnməsi; Yanaşı xəstəliklər; H90.6-İkitərəfli qarışıq konduktiv və neyrosensor ağıreşitmə. İkitərəfli xroniki neyrosensor ağıreşitmə (sağ İİ dərəcəli, sol İİİ dərəcəli); Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması nəticəsində sağ baldırın və sol bilək nahiyəsinin kor qəlpə yaralarına görə aparılmış qəlpənin xaric edilməsi əməliyyatdan sonrakı bərkimiş dəri çapıqları” diaqnozu ona stasionarlarda anamnestik, klinik və laborator instrumental müayinələri əsasında qoyulmuşdur və xəstəliklər xroniki halda olduqlarından onların hazırda varlığını inkar etmək mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(118)-3654/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin təyin olunmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq onların etirazını belə təhrif edərək, guya etiraz şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı ilk dəfə 07 oktyabr 2022-ci il tarixində TSEK-də müayinədən keçmiş və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə iki il müddətinə əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş, 14 noyabr 2024-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Daha sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixli, B00231220AJK nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – F43.1 “Posttravmatik stress pozuntusu, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu”, ağırlaşmaları: F06.6 “Üzvi mənşəli emosional labil [astenik] pozuntu, üzvi emosional labil pozuntu“, yanaşı xəstəlikləri: S06.0 “Baş beynin silkələnməsi”, H90.6 “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfli xroniki neyrosensor ağıreşitmə (sağ İİ dərəcəli, sol İİİ dərəcəli), Y36.2 “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması nəticəsində sağ baldırın və sol bilək nahiyyəsinin kor qəlpə yaralarına görə aparılmış qəlpənin xaric edilməsi əməliyyatdan sonrakı bərkimiş dəri çapıqları” olaraq qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 həkim psixiatr komissiyasının xx.xx.2024-cü il tarixli, 4182 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə əmrinə uyğun İddiaçı Respublika Psxiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim psixiatr Komissiyası tərəfindən müayinə olunub və diaqnoz fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranmış şəxsiyyət dəyişkənliyi, postravmatik stres pozuntusu, ağır depresiv epizod özünükəsmələrlə F 32.2 kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 həkim psixiatr komissiyasının xx.xx.2024-cü il tarixli, 245 saylı rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 328/3-1-118/2023 saylı Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və diaqnoz fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, özünə xəsarət yetirmələrlə F62.0 kimi müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş İ-1289 nömrəli, İ-45672 nömrəli və İ-14840 nömrəli vəsiqələrin surətindən görünür ki, İddiaçı müvafiq olaraq “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” və “Füzulinin azad olunmasına görə” müdalları ilə təltif olunmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-3654/2025 nömrəli, 07 mart 2025-ci il tarixli qərardadı ilə iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 tərəfindən verilmiş T354/2025 nömrəli, 26 may 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli b0023122OAJK Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz; F43.1-Posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu; Ağırlaşmalar: F06.6-Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil (astenik) pozuntu; F06.0 Baş beyinin silkələnməsi; Yanaşı xəstəliklər: H90.6-İkitərəfli qarışıq konduktiv və neyrosensor ağıreşitmə. İkitərəfli xroniki neyrosensor ağıreşitmə (sağ İİ dərəcəli, sol İİİ dərəcəli); Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması nəticəsində sağ baldırın və sol bilək nahiyəsinin kor qəlpə yaralarına görə aparılmış qəlpənin xaric edilməsi əməliyyatdan sonrakı bərkimiş dəri çapıqları” diaqnozu ona stasionarlarda anamnestik, klinik və laborator instrumental müayinələri əsasında qoyulmuşdur və xəstəliklər xroniki halda olduqlarından onların hazırda varlığını inkar etmək mümkün deyildir. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin hazırda mövcud olması ekspert rəyi və müvafiq sənədlər ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş və ekspert rəyi ilə öz təsdiqini tapmış xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (Meyarların 7.5.1-ci və 7.6.2-ci bəndlərinə uyğun olaraq) əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. Eləcə də cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2024-cü il tarixli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Sözügedən göndəriş zamanı iddiaçının əsas diaqnozu – F43.1 “Posttravmatik stress pozuntusu, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu”, ağırlaşmaları: F06.6 “Üzvi mənşəli emosional labil [astenik] pozuntu, üzvi emosional labil pozuntu“, yanaşı xəstəlikləri: S06.0 “Baş beynin silkələnməsi”, H90.6 “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfli xroniki neyrosensor ağıreşitmə (sağ İİ dərəcəli, sol İİİ dərəcəli)”, Y36.2 “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması nəticəsində sağ baldırın və sol bilək nahiyyəsinin kor qəlpə yaralarına görə aparılmış qəlpənin xaric edilməsi əməliyyatdan sonrakı bərkimiş dəri çapıqları” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 tərəfindən verilmiş T354/2025 nömrəli, 26 may 2025ci il ekspert rəyinin nəticə hissəsindən görünür ki, əsas diaqnoz; F43.1-Posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu; Ağırlaşmalar: F06.6-Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil (astenik) pozuntu; F06.0 Baş beyinin silkələnməsi; Yanaşı xəstəliklər: H90.6-İkitərəfli qarışıq konduktiv və neyrosensor ağıreşitmə. İkitərəfli xroniki neyrosensor ağıreşitmə (sağ İİ dərəcəli, sol İİİ dərəcəli); Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması nəticəsində sağ baldırın və sol bilək nahiyəsinin kor qəlpə yaralarına görə aparılmış qəlpənin xaric edilməsi əməliyyatdan sonrakı bərkimiş dəri çapıqları” xroniki halda olduqlarından onların hazırda varlığını inkar etmək mümkün deyildir. Beləliklə də, müvafiq göndəriş zamanı iddiaçıya qoyulmuş F43.1 “Posttravmatik stress pozuntusu, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu”, F06.6 “Üzvi mənşəli emosional labil [astenik] pozuntu, üzvi emosional labil pozuntu”, H90.6 “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfli xroniki neyrosensor ağıreşitmə (sağ İİ dərəcəli, sol İİİ dərəcəli)” və Y36.2 “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması nəticəsində sağ baldırın və sol bilək nahiyyəsinin kor qəlpə yaralarına görə aparılmış qəlpənin xaric edilməsi əməliyyatdan sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu xəstəliklərin hazırda da davam etməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçının əlilliyinə əsas olmuş xəstəliklər ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda yuxarıda qeyd edilən xəstəliklərin mövcudluğunun təsdiqini tapması onun tələbində haqlı olduğunu müəyyən edir. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Beləliklə də, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal xarakter daşıyır. Məhkəmə kollegiyası əlilliyin təyinat tarixinə də münasibət bildirməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni xx.xx.2024-cü il tarixdən təyin edilməlidir. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(118)-3654/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.