Məhkəmə qərarları › İş №2-1(105)-116/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-116/2021

01.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-116/2021 01.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “ona məxsus Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, ev 6, 5b saylı otaqda qeydiyyatda olan X1 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-565/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona məxsus Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, ev 6, 5b saylı otaqda qeydiyyatda olan X1 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-565/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “ona məxsus Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, ev 6, 5b saylı otaqda qeydiyyatda olan X1 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası geri götürülmüş hesab edilmiş, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. (hakim C.Məmmədov). Həmin qərardaddan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-565/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. apelyasiya şikayətinin dəlilləri: məhkəmə prosesinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır və məhkəmə prosesinin xx.xx.2020-ci il tarixə təyin edilməsi barədə ona bildiriş göndərilməmişdir. Yalnız qərardadın surətini alan vaxt bilmişdir ki, məhkəmə prosesi xx.xx.2020-ci il tarixə təyin etmişdir. xx.xx.2020-ci il tarixə gəldikdə isə həmin vaxt pandemiya ilə bağlı qeyri-iş günü olmuş və məhkəmələr işə baxmırdılar. tərəflərin izahatları: Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin təmin edilməməsi, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materialları ilə o da müəyyən edilir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə xx.xx.2020-ci il tarixə hazırlıq icraatı üzrə məhkəmə iclası təyin olunmuş və xx.xx.2020-ci il tarixdə həmin sərəncamın iddiaçının qonşusu tərəfindən alınması barədə xəbərnamə mövcuddur.(iş mat səh14) Növbəti məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin olunsa da, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatı nəzərə alınaraq, həmin məhkəmə iclası keçirilməmişdir. Bundan sonra məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin olunmuş, iddiaçıya həmin tarixə sms bildiriş göndərilmişdir. İddiaçının qeyd etdiyi kimi, xx.xx.2020-ci il tarixli məhkəmə iclası koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatı nəzərə alınaraq keçirilməsə də, xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasına iddiaçı həm məhkəmə bildirişi, həm də sms bildirişlə dəvət olunmuş və bununla bağlı işdə müvafiq xəbərnamə mövcuddur.(iş mat səh 39). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X3 şikayətinə dair xx xxxx 2013-cü il tarixli Qərardadı ilə inzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2014cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-565/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-565/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar