Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-116/2025 06.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər X1 (sədrlik edən və məruzəçi hakim), X3 və X2 ibarət tərkibdə, X katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “14 avqust 2024-cü il tarixli, **********7 saylı imtinanın qanunsuz hesab edilməsi və Şamaxı rayonu Keçmədin kəndində yerləşən 0,125 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 avqust 2024cü il tarixli, 2-1(118)-1070/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Şamaxı rayon Qaleybuğurd kənd X8 Komissiyasının 15 avqust 1998-ci il tarixli, 05 nömrəli Protokoluna əsasən Qaleybuğurd ərazisi üzrə İcra hakimiyyəti nümayəndəsinin tərtib etdiyi əhalinin siyahısı təsdiq edilmiş, vətəndaşların normadan artıq istifadə etdikləri həyətyanı sahələrin onların mülkiyyətinə veriləcək torpaq payından çıxılması, 2473 ha torpaq sahəsinin bölüşdürülməsi qaydası müəyyən olunmuş, torpaq bölgüsünün Qaleybuğurd kəndinin yerquruluşu əsasında aparılması və s məsələlər həll olunmuşdur. Məhkəmənin sorğusuna əsasən Şamaxı rayonu, Qaleybuğurd kənd ərazi nümayəndəliyi üzrə torpaq payı alan vətəndaşların püşkatma və qruplaşma siyahısında iddiaçının adı qeyd olunmuş, Şamaxı rayonu, Keçməddin kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəldə iddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışlar təqdim olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş müayinə aktı ilə müəyyən olunur ki, Şamaxı rayonu Keçmədin kəndində yerləşən 0.125 ha torpaq sahəsi yaşayış məntəqələri torpaqlarının hüdudları daxilində yerləşir. Faktiki sahə sənəddə qeyd olunan sahə ilə uyğundur. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, elektron məlumat bazasında mövcud olan Şamaxı rayonu Keçmədin kəndinin DBF siyahısında(Aqrar İslahat Komissiyası tərəfindən təsdiq olunmuş, “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə” almaq hüququ olan vətəndaşların siyahısı”) 60 nömrədə İddiaçı1 adı 3 nəfər ailə üzvləri ilə birlikdə qeyd olunmuşdur. Lakin siyahıda qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsü göstərilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “08 may 2023-cü il tarixli, **********7 saylı imtinanın qanunsuz hesab edilməsinə və Şamaxı rayonu Keçmədin kəndində yerləşən 0,125 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “08 may 2023-cü il tarixli, **********7 saylı imtinanın qanunsuz hesab edilməsi və Şamaxı rayonu Keçmədin kəndində yerləşən 0,125 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1972-ci il təvəllüdlüdür, ünvan 1i ünvanında yaşayır. İddiaçı torpaq sahəsini özəlləşdirmək və torpaq sahəsinə dair çıxarış almaq üçün cavabdehə müraciət etsə də, xx.xx.2023-cü il tarixli **********57 saylı bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinasında torpaq sahəsinə dair sənədlərin elektron baza məlumatlarında və arxiv sənədlərində aşkar edilmədiyinə görə ərizənin icrasının mümkün olmadığı qeyd edilmişdir. Protokoldan görünür ki, torpaq sahəsi Şamaxı rayon, Qaleybuğurd kənd X8 Komissiyası tərəfindən ona verilib, protokolun nömrəsi, tarixi, möhürü mövcuddur və protokolu imzalayan şəxslər, Aqrar İslahat Komissiyasının sədri və üzvlərinin imzası qeyd edilib. Torpağın verilməsinə əsas kimi xx.xx.1998-ci il tarixli 5 №-li protokol göstərilib. Cavabdehin imtinası torpaq sahəsinə dair sənədlərin elektron baza məlumatlarında və arxiv sənədlərində aşkar olmaması ilə bağlıdır. Odur ki, iddiaçıya verilmiş torpaq sahəsi qanuni olduğundan və onun verilməsində hər hansı şərtlər, qaydalar pozulmadığından onun səlahiyyəti olmayan şəxs tərəfindən verilməsinə dair cavabdehin arqumenti qanunsuz və əsassızdır. Bununla bağlı qeyd edir ki, 0,125 ha torpaq sahəsi iddiaçıya xx.xx.2003-cü ildə verilib. Hazırda torpaq sahəsinin yerləşdiyi yerdə fərdi yaşayış evi var. İddiaçının qonşuluğunda olan şəxslərin əksəriyyətinin torpaq sahəsinə çıxarış alıb və iddiaçıya bu əsasla çıxarışın verilməsindən imtina edilməsi ona qarşı ayrı-seçkilikdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddiaçı qeydiyyata alınmasını istədiyi torpaq sahəsinə dair hər hansı ilkin hüquq müəyyənedici sənəd təqdim edə bilməmişdir. Torpaq sahəsinə dair ərazi idarəsinin mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı elektron baza məlumatlarında və arxiv sənədlərində heç bir məlumat aşkar edilmədiyinə görə, ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2-1(118)-1070/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdehin 08 may 2023-cü il tarixli, **********7 saylı imtinasının qanunsuz hesab edilməsi, Şamaxı rayonu Keçmədin kəndində yerləşən 0,125 ha torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.(hakim Leyla Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri mövcud olduğu təqdirdə, cavabdeh tərəfindən formal olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Mübahisəli torpaq sahəsinin, yəni Şamaxı rayon Keçmədin kəndi (Qaleybuğurd İƏD) üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından qeyd edilmiş hissədən çıxarışda İddiaçı1 və onun ailə üzvlərinin adları da qeyd edilmişdir. Eyni zamanda məhkəmə sorğuları ilə müəyyən edilmişdir ki, Şamaxı rayonu Keçmədin kəndində yerləşən 0.125 ha torpaq sahəsi yaşayış məntəqələri torpaqlarının hüdudları daxilində yerləşir. Məhkəməyə təqdim edilmiş müayinə aktında mübahisə predmeti olan torpaq sahəsinin 0.125 ha ölçüdə olduğu, faktiki ölçüsünün sənəd üzrə ölçüsü ilə uyğun olduğu və torpaq sahəsinin həyətyanı torpaq sahələrinə aid olduğu qeyd edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2025-ci il tarixli protokol qərardadı ilə İddiaçı3, İddiaçı4 və X2 inzibati məhkəmə icraatında birgə iddiaçılar qismində tanınmışlar. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı1 (həmçinin digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi) apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edlən əsasla iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Cavabdeh torpaq sahəsinə dair hər hansı ilkin hüquqmüəyyənedici sənəd təqdim edilməməsi, elektron baza məlumatlarında və arxiv sənədlərində heç bir məlumat aşkar edilməməsi halına istinad edərək iddiaçıya müvafiq imtina cavabı vermişdir. Kollegiya hesab edir ki, hüquqların qeydə alınmasından imtina əsassız olmuşdur. Belə ki, Şamaxı rayon Qaleybuğurd kənd X8 Komissiyasının 15 avqust 1998-ci il tarixli, 05 saylı qərarının və adlı siyahının (tam adlı siyahının), iddiaçıya ayrılmış torpaq sahəsinə dair digər əlaqəli sənədlərin təqdim edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən sorğular ünvanlanmış, həmin hüquqmüəyyənedici sənədlər sorğu əsasında əldə edilmişdir. Məhkəmə kollegiyası tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-yə sorğu ünvanlanaraq 49 nömrəli dövlət aktının və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi, mümkün olmadığı təqdirdə bunun səbəbləri barədə qısa müddət ərzində məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il taixli cavab məktubunda qeyd olunmuşdur ki, mərkəzin arxivində JN-49 nömrəli dövlət aktının nüsxəsi aşkar edilməmişdir. Arxivdə saxlanılan Şamaxı rayonu, Keçməddin kəndi (Qaleybuğurd İƏD) üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında iddiaçının adı qeyd olunmuş hissədən və Şamaxı rayon AİKnın xx.xx.1998-ci il tarixli 14 nömrəli qərarından çıxarışların surəti, eləcə də Şamaxı rayon Qaleybuğurd kənd X8 Komissiyasının 15 avqust 1998-ci il tarixli, 05 nömrəli Protokolunun surəti məhkəməyə təqdim edilmişdir. Həmçinin cavabdehə sorğu göndərilərək iddiaçının iddia etdiyi torpaq sahəsinin X4 X5 (TEKUİS) qeydə alınıb-alınmaması, hansı dövlət aktı əsasında qeydiyyata alınması barədə qısa müddət ərzində məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçının iddia etdiyi 0.125 ha torpaq sahəsi 0.138 ha olmaqla bələdiyyə mülkiyyətinə aid yaşyış məntəqələri kateqoriyalı həyətyanı torpaq sahəsi kimi qeyd edilmişdir. Beləliklə, yuxarıda sadalanan sübutların tədqiqi nəticəsində müəyyən edilir ki, bütün hüquqmüəyyənedici sənədlərə əsasən, iddiaçılara aqrar islahat zamanı 0.125 ha pay torpağı ayrılmışdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlilləri imtina üçün əsas ola bilməz. Belə ki, torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə ilə tənzimlənirdi. Bu Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə institutunun arxivində müddətsiz olaraq saxlanılır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılırdı. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DWJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının problemidir. Belə problemlərin yaranması vətəndaşın təqsirinin deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin, idarəçiliyin, uçot-nəzarət işinin düzgün təşkil edilməməsinin nəticəsidir. Hazırki halda iddiaçı belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin qanunun mötəbərlik prezumpsiyasından bəhs edən 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Odur ki, hazırki iş üzrə iddiaçıların sözügedən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericilikdən irəli gələn əsaslar mövcuddur. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəmə kollegiyasına ərizə təqdim etmişdir. Ərizədə edilən dəyişikliyin–dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, kollegiya ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehin 08 may 2023-cü il tarixli, **********7 saylı imtinası qanunsuz hesab edilməli, Şamaxı rayonu Keçmədin kəndində yerləşən 0,125 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və X1 birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2-1(118)-1070/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Cavabdehin 08 may 2023-cü il tarixli, **********7 saylı imtinası qanunsuz hesab edilsin. Şamaxı rayonu Keçmədin kəndində yerləşən 0,125 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və X1 birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.