Məhkəmə qərarları › İş №2-1(105)-1162/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1162/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1162/2025 29.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 21 yanvar 2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2-1(118)-1205/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1988-ci il noyabrın 14-dən, 2003-cü il oktyabrın 13-ə kimi Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyi, Səthi Aktiv Maddələr zavodunda xüsusilə zərərli və ağır işlərdə təmirçi-çilingər, elektrik avadanlıqları üzrə təmirçi-çilingər işlədiyi müddətlər sosial sığorta stajına daxil edilərək, iş stajının hesablanması və hüququnun yarandığı 21 yanvar 2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(112)-7625/2024 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 1988-ci il noyabrın 14-dən, 2003-cü il oktyabrın 13-ə kimi (cəmi 14 il 11 ay) Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyi, Səthi Aktiv Maddələr zavodunun (Sulfanol) zavodunun xüsusilə ən zərərli 7 saylı ammonyaksoyuducu sexində müxtəlif vəzifələrdə işləmişdir. O cümlədən 4-cü, 5-ci dərəcəli təmirçi çilingər, elektrik avadanlıqları üzrə 6-cı dərəcəli təmirçi çilingər vəzifəsində çalışmışdır. Bundan qabaq 1979-cu ildən 1988-ci il oktyabrın 12-ə qədər (məcburi köçkün olana kimi) keçmiş Ermənistan SSR-in Çəmbərək rayonunda (2 il hərbi xidmətini də nəzərə alsaq) düz 8 il 4 ay 20 gün müxtəlif müəssisələrdə işləmişdir. Sumqayıtda işlədiyi ilə Çəmbərək rayonunda işlədiyini üst-üstə gəlsə, 2006-cı il yanvarın 1-ə kimi cəmi 23 il, 3 ay, 20 gün iş stajı vardır. Bu əmək fəaliyyəti ilə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Buna baxmayaraq, zavod rəhbərliyi, eyni zamanda Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının cavabdeh şəxsləri açıq-aşkar 52 yaşında pensiyaya çıxmaq hüququnu pozmuşdurlar. Artıq iş qabiliyyətini də itirmişdir. Heç yerdə işləmir. Yuxarıda qeyd etdiyi zərərli və ümumi iş stajı əsasən əmək kitabçasında qeyd edilmişdir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək kitabçasının mövcudluğudur. “Əmək pensiyalar haqqında” Azərbaycan Respublikası qanununun 4.1.1-ci maddəsinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ vardır. Həmin qanunun 9-cu maddəsində bəzi kateqoriyalı şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqlarının yaranması şərtləri dəqiq müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ alan şəxslər əmək pensiyasının hüququ yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabır 1992-ci il tarixli 638 saylı qərarı ilə təstiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi haqqında” əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əsasən əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda, əmək kitabçasını əvəz edən təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Buna baxmayaraq neçə illərdir Kimya sənayesi zavod rəhbərliyi, iddiaçı hər dəfə müraciət edəndə işinə aid olmayan saxta “İstehsalat arayışları” verirlər. Sumqayıtda məmur özbaşınalığı o həddə çatıb ki, illərlə onu süründürərək, heç kimdən çəkinmədən dövlət sənədlərini (arayışları) saxtalaşdıraraq, iş stajını gah 2 il 4 ay, gah 3 il, gah da 7 il qeyd edərək imza atıb möhür vururlar. Hələ stajını az yazmaqları azmış kimi hətta 1 №-li siyahı əvəzinə onun vəzifəsinə aid olmayan 2№-li siyahını arayışda qeyd edirlər. Halbuki yuxarıda qeyd etdiyi kimi düz 14 il 11 ay ammonyaksoyuducu sexində zərərli iş stajı vardır. İşəgötürənin 05/341 saylı, 01 may 2012-ci il tarixli istehsalat arayışında qeyd edirlər ki, AR Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli, 320 saylı 2 nömrəli siyahısının X bölməsinin 2110A00 şifri üzrə güzəştli pensiya təyin olunması hüququ verilir. Bu sənəd tam saxtadır. Çünki, bu kod: Asfalt, реk materialları, asfaltpek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; toxuculuq və s. sənaye sahələri üçün köməkçi maddələr, giltorpaq, dekorativ emulsiya, keramik, quru boyaq, yod brom suyu, politilen və s. məmulatlar istehsal edən sexlər üçün nəzərdə tutulmuşdur. Həmin kodun heç bir yerində “ammonyak qaz” məhsulu qeyd edilməyib. Bundan başqa ona verdikləri 278 saylı, xx.xx.2023-cü il tarixli istehsalat arayışında isə tamam başqa kodu X bölmənin 3-cü bəndinin 2110A030-1754a kodunu qeyd ediblər. Bu kod da onun işinə, ixtisasına, istehsal etdiyi ammonyak qazına aid deyil. Bu kod 320 saylı qərarda dəqiq təsnifləşdirilmişdir. O cümlədən qazgenerator, ammonyaksoyuducu və civə düzləndirici qurğuların, hərbiləşdirilmiş və digər qazxilasedici bölmələrinin işçiləri üçün nəzərdə tutulmuşdur. Zavodda bu işçilər mühafizəçilər adlanırdılar. İddiaçı sırf istehsalat sexində işləyən təmirçi çilingər idi. Nəhayət, yenidən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 22 dekabr 2023-cü ildə ərizə ilə müraciət etmişdir. DSMF isə işə götürəndən bir az da qabağa gedərək, ona daha absurd bir imtina məktubu yazıb. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalı xx.xx.2024-cü il tarixli, 317-112-Q- 17895/2024 saylı imtina məktubunda qeyd edir ki, iddiaçının iş stajı 12 il 6 aydan az (2 il 4 ay 19 gün ( xx.xx.1988- xx.xx.1991-ci il) tarixlər arasındakı dövrü) təşkil edir. Ona görə də pensiyanın təyinatı mümkün hesab edilmir. İddiaçının əmək kitabçasındakı qeydlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə” yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1№-li siyahının Vİİİ bölməsinin Kimya istehsalatı 1080A00 bəndinin 17541 yarım bəndində dəqiq təsnifləşdirilmiş 1080A010 kodunun 1-ci bəndi: aminlər, onların birləşmələri; ammonyak qaz xammalının istehsalı işlədiyi sulfanol 7 saylı sexə aiddir. Cavabdehlər isə əmək kitabçasında qeyd edilən mötəbər sübutlara əks arqumentlər qoya bilmirlər. Bununla da 1№-li siyahı üzrə güzəştli şərtlərlə yaşa görə 52 yaşında əmək pensiyası almaq hüququna malikdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının sənədlərində qeyd edilən məlumatlardan göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. (02 il 04 ay 19 gün (xx.xx.1988-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərikimya İB Səthi Aktiv Maddələr X8 01 may 2012-ci il tarixli 05/3211 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi Sumqayıt Səthi Aktiv Maddələr zavodunun Sulfanol zavodunun ammonyakla soyuducu sexində təmirçi-çilingər vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı 2 №-li siyahısının X bölməsinin 2110A00 şifri üzrə ona güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verir. X4 X2 Şöbəsinin xx.xx.2023- cü il tarixli 278 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı 14 noyabr 1988-ci il tarixindən 03 aprel 1991-ci il tarixinə kimi tam iş günü X6 Birliyi Sulfanol zavodunun 7 saylı ammonyak soyuducu sexində təmirçi çilingər peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan (ammonyak-soyuducu) üzrə güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. X3 Etilen X5 Şöbəsinin xx.xx.2023-cü il tarixli 278 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı aşağıda göstərilən müddətlərdə ödənişsiz məzuniyyətdə olmuşdur: xx.xx.1999xx.xx.1999, xx.xx.1999-xx.xx.1999, xx.xx.1999-xx.xx.1999, xx.xx.2000-xx.xx.2000, xx.xx.2000-xx.xx.2000, xx.xx.2000-xx.xx.2000, xx.xx.2000-xx.xx.2000, xx.xx.2000xx.xx.2000, xx.xx.2000-xx.xx.2000, xx.xx.2000-xx.xx.2000, xx.xx.2000-xx.xx.2000, xx.xx.2001-xx.xx.2001, xx.xx.2001-xx.xx.2001, xx.xx.2001-xx.xx.2001, xx.xx.2001xx.xx.2001, xx.xx.2002-xx.xx.2002, xx.xx.2002-xx.xx.2002, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003xx.xx.2003, xx.xx.2003-xx.xx.2003. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 21 may 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək vergi üzrə 274.68 manat ödəniş daxil olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2-1(118)-1205/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəməyə təqdim etdiyi Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 21 may 2025-ci il tarixli "ödəniş barədə məlumatın verilməsi haqqında" arayışdan görünür ki, uçot baza məlumatlarına əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək vergi üzrə 274,68 manat ödəniş etmişdir. Həmin illərin onun əmək pensiyası təyin edilməsi üçün nəzərə alınan sığorta stajına daxil edilməli olması nəzərə alınsa, onun sığorta stajının 25 ildən çox olduğu anlaşılır ki, bunun da yuxarıda bildirdiyi kimi, 14 il 11 ayını əmək şəraiti xüsusilə zərərli olan istehsalat və peşələrdə çalışmışdır. Məhkəmə bütün bu halları nəzərə almadan, keçmiş iş yerindən verilmiş qeyri-mötəbər arayışlar əsasında tamamilə əsassız olaraq onun 25 ildən az ümumi sığorta stajının və 12 il 6 aydan az güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən stajının olduğu qənaətinə gəlmişdir. Halbuki, sadaladığı hallar onun 52 yaşında əmək pensiyası hüququnun yaranması üçün tələb olunan həm ümumi, həm də güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün xüsusi sığorta stajımın mövcud olduğunu göstərir. Təəssüf ki, işə baxan məhkəmə “Azərikimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun kadrlar şöbəsi tərəfindən verilmiş arayışlarda qeyd edilənlərin həqiqiliyini araşdırmadan və onun işlədiyi peşələrin hansı təsnifata uyğunluğu müəyyən etmədən aşkar səhv nəticəyə gəlmişdir. İşdə olan arayışlardan və əmək kitabçasının surətindən görünür ki, o 14 noyabr 1988-ci il tarixdən 21 fevral 1995-ci il tarixədək Sumqayıt "Səthi Aktiv Maddələr" zavodunun (həmin dövrdə "Kimya Sənayesi" İstehsalat Birliyi adlanırdı) Sulfanol zavodunda 7 saylı ammonyak-soyuducu sexində təmirçi çilingər peşəsində işləmişdir. 21 fevral 1995-ci il tarixdən 13 oktyabr 2003-cü il tarixədək isə həmin zavodda elektrik sexinin yarımkeçirici yarımstansiyasına xidmət edən heyətində təmirçi çilingər peşəsi üzrə işləmişdir.“Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun kadrlar şöbəsi tərəfindən verilmiş arayışlarda Sulfanol zavodunda 7 saylı ammonyak-soyuducu sexində işlədiyi təmirçi çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı”nın X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı əlavəsi üzrə (ammonyak-soyuducu) öz əksini tapdığı və bu peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək hüququ verən peşə olduğu qeyd olunmuşdur. Halbuki onun işlədiyi sex ammonyak qazı xammalının istehsalı sexi idi və bu səbəbdən də onun peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı əlavə üzrə (ammonyak-soyuducu) deyil, həmin Siyahının 1 saylı əlavəsinin Vİİİ bölməsinin "Kimya istehsalı" -1080A00 bəndinin 17541 yarımbəndində təsnifatı verilmiş 1080A010 kodunun 1-ci bəndi üzrə: aminlər,onların birləşmələri, ammonyak qaz xammalının istehsalı üzrə nəzərə alınmalı idi. Belə ki, 1 saylı əlavə üzrə Vİİİ bölməsinin "Kimya istehsalı" -1080A00 bəndinin 17541 yarımbəndində qeyd edilmişdir: A.Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri,rəhbərləri və mütəxəssisləri: 1080A010.1. Aktivləşdirilmiş kömür;alyumoqel; aeroqeljaldehidlər və onların törəmələri; aminlər, onların birləşmələri; ammonyak (qaz xammalını da aid etməklə); aktivləşdirilmiş pirolyuzit; asbovinil; ağ his; brom, onun birləşmələri; vanadium və sürmə birləşmələri; üsulundan asılı olmayaraq kükürd ərintisi; haloiddən törənmiş etilen, onların polimerləri və polimerkimiləri; heratol; hopkalit; qrafitkolloid preparatları; quanidlər və onların törəmələri; manqan 4 - oksidi; deterkentlər; dimetilsulfat; desulfurator; diproksid; ingibitorlar; Həmçinin, həmin təsnifatın 1080A010 kodunda kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellərin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının (nəzarət ölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri, ustaları və böyük ustaları, mexanikləri və energetikləri də güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr olaraq qeyd edilmişdir. Belə olan halda onun Sulfanol zavodunda 21 fevral 1995-ci il tarixdən 13 oktyabr 2003-cü il tarixədək elektrik sexinin yarımkeçirici yarımstansiyasına xidmət edən heyətinin tərkibində işlədiyi təmirçi çilingər peşəsinin də güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrə aid edildiyi və müvafiq xüsusi stajına hesablanmalı olduğu anlaşılır. Göründüyü kimi 14 noyabr 1988-ci il tarixdən oktyabr 2003-cü il tarixədək Sumqayıt "Səthi Aktiv Maddələr" zavodunun (həmin dövrdə "Kimya Sənayesi" İstehsalat Birliyi adlanırdı) Sulfanol zavodunda 7 saylı ammonyak-soyuducu sexində işlədiyi təmirçi çilingər və həmin zavodda elektrik sexində işlədiyi təmirçi çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1 saylı əlavəsinin Vİİİ bölməsinin "Kimya istehsalı" -1080A00 bəndinin 17541 yarımbəndində təsnifatı verilmiş 1080A010 kodunun 1-ci bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusilə zərərli peşələrə aid edilsə də, məhkəmə bu istiqamətdə hər hansı araşdırma və dəqiqləşmə aparmamış, “Azərikimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun kadrlar şöbəsi tərəfindən verilmiş arayışlarda qərəzli şəkildə təhrif edilmiş məlumatlar əsasında onun əmək pensiyası hüququnun yaranmadığı nəticəsinə gəlmişdir. Halbuki,məhkəmənin istinad etdiyi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 2 saylı əlavəsinin “Kimya istehsalı” adlanan X bölməsinin 2110A030—17531 yarımbəndində 2 №-li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 №-li və 2 №-li Siyahıda sadalanmış nəzarət-ölçü cihazlarının və 2110A030 yarımbəndinə əsasən ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər; işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısında göstərilmişdir. Yəni onun istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı”nın 1 saylı əlavəsində göstərilmiş siyahı, istərsə də 2 saylı əlavəsində göstərilmiş siyahı üzrə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, yuxarıda sadaladığı hallardan aydın olur ki, onun 1 yanvar 2006-cı il tarixədək ümumi sığorta stajı 25 ildən çox olmaqla, 4 noyabr 1988-ci il tarixdən 13 oktyabr 2003-cü il tarixədək Sumqayıt "Səthi Aktiv Maddələr" zavodunun (həmin dövrdə "Kimya Sənayesi" İstehsalat Birliyi adlanırdı) Sulfanol zavodunda işlədiyi istehsalat və peşələr də güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında olmaqla tələb olunan 12 il 6 ay güzəştli iş stajı yaranmışdır. Təəssüf ki, işə baxan məhkəmə bütün bu hallar üzrə səhv nəticə çıxararaq onun güzəştli şərtlərlə əmək pensiyası hüququ olmadığı qənaətinə gəlmişdir. O, bu qərarı əsassız və qanunazidd hesab edir. Belə ki, o güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə hüquq verən peşələrdə və istehsalatlarda 15 ilə yaxın çalışmışdır. Cavabdeh müraciətindən imtina edərkən onun güzəştli şərtlərlə pensiya hüququ verən stajını düzgün hesablamayaraq əsassız şəkildə az göstərmişdir. İstər cavabdeh inzibati orqan, istərsə də işə baxan məhkəmə onun gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (onun tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və sairə) nəzərə almaqla müəyyən edə bilərdi. Yəni nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilir. Cavabdehə təqdim etdiyi iş yerindən verilmiş arayışlardan da onun məhz sadalanan siyahıda göstərilən peşələr və sahələr üzrə işlədiyi sübuta yetirilmişdir. Yuxarıda sadaladıqlarından göründüyü kimi, cavabdeh inzibati orqanın onun müraciətindən imtina edərək güzəştli şərtlərlə pensiya təyin etməməsi qanuni və əsaslı sayıla bilməz. Lakin məhkəmə mübahisəyə sadaladığı şəkildə münasibət bildirməyərək cavabdeh inzibati orqanın qanunsuzluğuna göz yummuşdur. Halbuki,o onunla eyni iş yerində və istehsalatda işləmiş və sonradan güzəştli şərtlərlə əmək pensiyası hüququ cavabdeh tərəfindən tanınaraq pensiya təyin edilmiş şəxslərin (iş yoldaşlarının) olduğunu məhkəməyə bildirərək onların bəzilərinin adlarını və soyadlarını məhkəməyə təqdim etmişdir. Təəssüf ki, məhkəmə bu məsələdə cavabdeh tərəfindən mütənasiblik prinsipinin pozulduğunu və ayrıayrı şəxslərə münasibətdə qanunvericilik normalarının fərqli şəkildə tətbiq edildiyini nəzərə almayaraq qərar çıxararkən bu hala, ümumiyyətlə münasibət bildirməmişdir. b) Cavabdeh inzibati orqan apellyasiya şikayətinə etiraz ünvanlayaraq onu iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan təyin edilməsi üçün zəruri şərtlərdən ilkinini təşkil edən güzəştli stajın 1 saylı əlavəyə uyğun olması tələbi ödənməmişdir. Digər vacib tələb isə onun xx.xx.2006-cı İ tarixədək 20 il ümumi iş stajının olmasıdır. Lakin iddiaçının əmək kitabçasına və təqdim olunmuş sənədlərə əsasən iddiaçının xx.xx.2006-cı il tarixinədək 18 il 11 ay 29 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) həmin tarixdən sonra 7 il 2 ay, güzəştli iş stajı isə 2 il 4 ay 19 gün (xx.xx.1988xx.xx.1991-ci il tarixləri arasındakı dövr) təşkil etməkdədir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD N°li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya 21 yanvar 2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı 1988-ci il noyabrın 14-dən, 2003-cü il oktyabrın 13-ə kimi Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyi, Səthi Aktiv Maddələr zavodunda xüsusilə zərərli və ağır işlərdə təmirçi-çilingər, elektrik avadanlıqları üzrə təmirçi-çilingər işlədiyi müddətlər sosial sığorta stajına daxil edilərək, iş stajının hesablanması və hüququnun yarandığı 21 yanvar 2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa, “b” bəndinə əsasən isə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Eyni zamanda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli və 2 nömrəli Siyahısı” təsdiq edilmiş, həmin qərar “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı müvafiq olaraq 1 nömrəli və ya 2 nömrəli siyahılarda kodlara uyğun nəzərə alınmalıdır. Hazırki halda iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb etməklə onun çalışmış olduğu vəzifələrin 1 nömrəli siyahıdakı vəzifələrə uyğun olmasına istinad edir. Eləcə də 1988-ci il noyabrın 14-dən, 2003-cü il oktyabrın 13-ə kimi Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyi, Səthi Aktiv Maddələr zavodunda xüsusilə zərərli və ağır işlərdə təmirçi-çilingər, elektrik avadanlıqları üzrə təmirçi-çilingər işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsini tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçının güzəştli iş stajının 02 il 04 ay 19 gün (xx.xx.1988-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər) olmasına istinad etməklə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Eləcə də apellyasiya şikayətinə etirazdan görünür ki, inzibati orqan tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixinədək 18 il 11 ay 29 gün ümumi iş stajına malik olması qəbul edilmişdir. Həmin dövrlərə xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər daxil edilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş X3 Etilen X5 Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 278 saylı arayışından görünür ki, İddiaçı aşağıda göstərilən müddətlərdə ödənişsiz məzuniyyətdə olmuşdur: xx.xx.1999-xx.xx.1999, xx.xx.1999xx.xx.1999, xx.xx.1999-xx.xx.1999, xx.xx.2000-xx.xx.2000, xx.xx.2000-xx.xx.2000, xx.xx.2000-xx.xx.2000, xx.xx.2000-xx.xx.2000, xx.xx.2000-xx.xx.2000, xx.xx.2000xx.xx.2000, xx.xx.2000-xx.xx.2000, xx.xx.2000-xx.xx.2000, xx.xx.2001-xx.xx.2001, xx.xx.2001-xx.xx.2001, xx.xx.2001-xx.xx.2001, xx.xx.2001-xx.xx.2001, xx.xx.2002xx.xx.2002, xx.xx.2002-xx.xx.2002, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003xx.xx.2003. Kollegiya qeyd olunan dövrlərlə bağlı qeyd edir ki, ödənişsiz məzuniyyətdə olan dövrlərin altı ayının iş stajı kimi nəzərə alınması, altı aydan artıq olan dövrlərin isə nəzərə alınmaması ilə bağlı formalaşmış məhkəmə təcrübəsi vardır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2797/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarında aşağıdakı mövqe ifadə olunmuşdur: “...Həmin dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmçinin həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşin hallarından görünür ki, iddiaçının ödənişsiz məzuniyyəti qısa müddətli olmamış və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar mövcud olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İstinad edilən normaların tələbləri nəzərə alındıqda, ödənişsiz məzuniyyətin xx.xx.1999-cu il tarixdən başlayan ən çoxu ilk altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər...” Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-40/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qərarında aşağıdakı mövqe ifadə olunmuşdur: “...Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi, mübahisələndirilən illər üzrə sosial sığorta haqları nəinki ödənilməmişdir, hətta həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuşdur. Bunun işəgötürənin təqsiri üzündən baş verməsi isə özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur...” Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlərin altı ayını nəzərə alanda isə ona hazırkı şərtlərdə güzəştli şərtlərlə pensiya təyini üçün tələb edilən ümumi iş stajı tamam olmur. Belə ki, göründüyü kimi iddiaçının tələb etdiyi 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün azı 20 il ümumi iş stajı tələb olunduğu halda həmin şərt iddiaçıya münasibətdə ödənilməmiş, bu səbəbdən də qanunla nəzərdə tutulmuş tələblər ödənmədiyindən iddiaçı tələbində haqlı olmamışdır. Əlavə olaraq iddiaçı apellyasiya şikayətində Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 21 may 2025-ci il tarixli "ödəniş barədə məlumatın verilməsi haqqında" arayışa istinad etməklə xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin onun əmək pensiyası təyin edilməsi üçün nəzərə alınmalı olduğunu qeyd etmişdir. Həmin məktubdan görünür ki, uçot baza məlumatlarına əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək vergi üzrə 274.68 manat ödəniş daxil olmuşdur. Kollegiya qeyd olunan dəlilin araşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsinə sorğu ünvanlanmışdır. Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsinin sorğuya cavab olaraq ünvanladığı 3-21-2-9/2-236581/2025 nömrəli, 29 dekabr 2025-ci il tarixli məktuba əlavə edilmiş vergi üzrə ödənişlər barədə məlumatdan görünür ki, 274.68 manat ödəniş cəmi 8 ay müddətində ödənilmişdir. Kollegiya qeyd edir ki, həmin müddətin ümumi iş stajına əlavə edilməsi üçün yalnız vergi ödənişlərinin həyata keçirilməsi kifayət deyil, sözügedən dövrlərin nəzərə alınması üçün DSMF-yə məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər edilməli idi. Lakin hazırki işdən həmin ödənişlərin edilməsi müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 06 yanvar 2026-cı il tarixli, 3-17-1/2-1004/2026 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı dair 29 dekabr 2025-ci il tarixli 3-21-2-9/2-236581/2025 nömrəli məktubunda 2006-cı ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında vergi üzrə ödənişlərin olduğu göstərilsə də, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində 2006-cı il üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə pensiya kapitalının qeydə alınmadığı müəyyən edilib. Buna görə də xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövrü İddiaçı iş stajına daxil etmək mümkün deyil. Əlavə olaraq bildirilir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 28 il 3 ay 29 gün (xx.xx.2006-cı il tarixinədək 18 il 11 ay 29 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 9 il 4 ay) təşkil edir. Yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə azı 20 il ümumi iş stajı tələbi ödənilmədiyindən hazırki iş üzrə əlavə araşdırılma aparılmasına da zərurət olmamışdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən araşdırılma aparılmaqla iddiaçıya 57 yaşdan da güzəştli şərtlərlə pensiya təyin edilməsinin mümkünsüzlüyü vurğulanmışdır. Kollegiya hazırki iş üzrə cavabdehin imtinasını əsaslı hesab etməklə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Hazırki iş üzrə də iddiaçının zərərli əmək şəraitində işləməsinə dair müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərikimya İB Səthi Aktiv Maddələr X8 01 may 2012-ci il tarixli 05/3211 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi Sumqayıt Səthi Aktiv Maddələr zavodunun Sulfanol zavodunun ammonyakla soyuducu sexində təmirçi-çilingər vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı 2 №li siyahısının X bölməsinin 2110A00 şifri üzrə ona güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verir. X4 X2 Şöbəsinin xx.xx.2023-cü il tarixli 278 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı 14 noyabr 1988-ci il tarixindən 03 aprel 1991-ci il tarixinə kimi tam iş günü X6 Birliyi Sulfanol zavodunun 7 saylı ammonyak soyuducu sexində təmirçi çilingər peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan (ammonyak-soyuducu) üzrə güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən ziddiyyətli məqamların aydınlaşdırılması məqsədilə verilmiş sorğuya cavab olaraq əldə edilmiş X4 X2 şöbəsinin xx.xx.2025-ci il tarixli 78 saylı arayışında qeyd edilmişdir ki, 14 noyabr 1988-ci il tarixindən 03 aprel 1991-ci il tarixinə kimi tam iş günü X6 Birliyi Sulfanol zavodunun 7 saylı Ammonyak soyuducu sexində təmirçi çilingər peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754a əsasən 2 saylı siyahısında sadalanan (ammonyak-soyuducu) üzrə güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçı tərəf isə onunla işləyən şəxslərin bir nömrəli siyahı üzrə pensiyaya çıxdıqlarını bildirir. İddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəmə iclasında vəsatət ünvanlanaraq qanun qarşısında bərabərlik prinsipinin tələblərinə əsasən iddiaçının işi ilə bağlı analoji xüsusiyyətlərə malik şəxslərin pensiya işinin tələb olunması xahiş edilmişdir. Qeyd olunan halla əlaqədar əlavə araşdırılma aparılmasına zərurət olmadığından vəsatət təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əgər iddiaçının iş yoldaşlarına bir nömrəli siyahı üzrə müvafiq arayış, iddiaçıya isə iki nömrəli siyahı üzrə arayış verilmişdirsə, bu iddiaçı ilə onun işlədiyi müəssisə arasında yaranmış mülki mübahisə əsası ola bilər, hansı ki, azda olsa praktikada bu cür hallara rast gəlinir. İddiaçının iş yoldaşlarına iş yerindən iki nömrəli siyahı üzrə arayış verildiyi, ancaq inzibati orqan tərəfindən bir nömrəli siyahı üzrə təyinat aparıldığı hallar olarsa, bu inzibati orqanın qanunvericiliyə uyğun olmayan praktikası kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, bərabərlik prinsipi ancaq inzibati orqanın hərəkətlərinin qanuni əsaslara söykəndiyi zaman əsaslı hesab edilə bilər. Eyni zamanda inzibati orqan yalnış inzibati praktikasını qanuni əsaslarla formalaşdırdığı inzibati praktikaya dəyişə bilər. Bu isə onu deməyə əsas verir ki, hazırkı iş üzrə bərabərlik prinsipinə istənilən halda istinad edilməsi əsaslı hesab edilə bilməz. Qanunvericiliyə əsasən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Hazırki iş üzrə də işəgötürən tərəfindən verilmiş arayışa əsasən iddiaçının güzəştli şərtlərlə pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı üzrə yaranmış olur. Qanunvericiliyin tələbinə əsasən isə 2 nömrəli Siyahı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Beləliklə də iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 52 yaşdan deyil, 57 yaşdan yaranır. Hazırki iş üzrə isə iddiaçı 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb etməkdə haqlı olmamışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, yuxarıda da istinad olunduğu kimi iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 25 il ümumi iş stajı, 12 il 6 ay isə güzəştli iş stajı olmalıdır. Lakin iş materiallarından da göründüyü kimi iddiaçının ümumi iş stajı 20 ildən az olmaqla 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini də istisna edir. Bu səbəbdən də iddiaçıya hüquqi yardım edilməsinə zərurət olmamışdır. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2-1(118)-1205/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar