Məhkəmə qərarları › İş №2-1(105)-117/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-117/2021

19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-117/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyətinə verilən ünvan 1 ünvanında yerləşən 20,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” tələbinə dair iddiası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyətinə verilən ünvan 1 ünvanında yerləşən 20,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-1556/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyətinə verilən ünvan 1 ünvanında yerləşən 20,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması tələbinə dair inzibati işin ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsi hazırki inzibati işə baxmaqda özünü səlahiyyətli saymamış və iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün 2-1(118)-1010/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadla inzibati işi Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir (hakim İ.Quliyev). Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-333/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməklə, qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyətinə verilən ünvan 1 ünvanında yerləşən 20,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. (hakimlər X1-məruzəçi, Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlu) İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsini, inzibati işin Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(102)- 1926/2020 saylı qərardadı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-333/2020 saylı, xx xxxxxx 2020ci tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Hazırki işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə döngə 9 küçəsində olan torpaq sahəsinə və torpaq sahəsində olan yaşayış evinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; (-). Göründüyü kimi, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 2866 nömrəli Sərəncamına əsasən Bakı şəhərinin inzibati ərazi hüdudlarında Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1- 17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsinin həmin rayonların inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması qərara alınmışdır. İşə apellyasiya qaydasında baxılarkən mübahisə olunan torpaq sahəsinin Bakı, yaxud Abşeron əraziyə aid olması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 2866 nömrəli Sərəncamına uyğun araşdırılma aparılması zərurəti yaranmış və bununla əlaqədar Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 20,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi 4002,0 kv.m torpaq sahəsinin faktiki yerləşmə mövqeyinə görə hansı rayonun (Sabunçu və ya Abşeron rayonu) inzibati ərazi vahidinə aid olması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinə tapşırıq verilmişdir. Həmin Xidmətin xx xxxx 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus 4002,0 kv.m torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbə İnzibati Ərazi Dairəsinin hüdudları daxilində, Abşeron rayonunun idarəçiliyində saxlanılmış keçmiş Bilgəh sovxozunun ərazisində yerləşdiyi müəyyən edilmişdir. Xidmətdən daxil olmuş xx xxxxx 2021-ci il tarixli məktubdan isə görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi Abşeron rayonunun idarəçiliyində olmaqla Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisinə daxildir. Həmin ərazidə yerləşən torpaq sahələri və onların üzərindəki daşınmaz əmlaklara dair mülkiyyət hüquqlarının qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən aparılır. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin və onun üzərindəki daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 4 nömrəli, xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərarının 17.1-ci bəndinə əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İPM-nin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Həmin Məcəllənin 8.6-cı maddəsinə əsasən İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. AR İPM-in 9.1.3-cü maddəsində qeyd olunub ki, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 9, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyətinə verilən ünvan 1 ünvanında yerləşən 20,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” tələbinə dair inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh küçəsi 120) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar