Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-117/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək Sumqayıt 2 saylı Trestin nəzdindəki PMK-168 də 4-cü dərəcəli dülgər, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək "xxxx" ATSC-də dülgər işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 1630/2023 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1957-ci il təvəllüdlüdür. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə kimi Sumqayıt 2 saylı Trestin 26 saylı Tikinti idarəsində, xx.xx.1978ci ildən xx.xx.1983-cü ilə kimi Sumqayıt 2 saylı Trestin 26 saylı Tikinti idarəsində, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə kimi Sumqayıt 2 saylı Trestin nəzdindəki SUM-23-də 3-cü dərəcəli çilingər, xx.xx.1984-cü ildən xx.xx.2000-ci ilə kimi Sumqayıt 2 saylı Trestin nəzdindəki PMK-168-də 4-cü dərəcəli dülgər, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə kimi "xxxx" ATSC-də dülgər işləmişdir. xx.xx.2019-cu ildən hazırki tarixə kimi "xxxx"MMC-də fəhlə işləyir. НЗ № 33904997 seriyalı hərbi biletin surətindən görünür ki, İddiaçı 1975-1977-ci illrdə hərbi xidmətdə olmuşdur. 272 nömrəli xx.xx.1973-cü il tarixli attestatın surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilə kimi 17 saylı Sumqayıt Texniki Peşə məktəbində dülgər ixtisası üzrə təhsil almışdır. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, “Xırdalan-ƏT” ATSC-nin sənədləri saxlanılması və mühafizə edilməsi məqsədi ilə Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyindın sorğunun icra mümkün olmamışdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubdan görünür ki, təqdim etdiyiniz əmək kitabçanızın, hərbi biletinizin və attestatınızın surətlərinə əsasən sığorta stajınız (xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək əyani təhsil aldığınız illər və xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla) 22 il 2 ay 7 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 2 ay 7 gün sığorta stajına uyğun olaraq 15600,80 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 3828,41 manat olmaqla, ümumilikdə 19429,21 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək və xx.xx.2000-ci il tarxindən 26.01,2001-ci il tarixinədək əmək fəaliyyəti dövrünüzün araşdırılmasına zərurət yaranmışdır. Abşeron rayon Dövlət Arxivinin 02.11,2022-ci il tarixli arayışına əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək X7 Kommunal Tikinti trestinin və xx.xx.2000-ci il tarxindən 26.01,2001-ci il tarixinədək "xxxx" ATSC - nin arxiv sənədləri mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyindən əmək haqqı alıb-almadığınızı müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçanızın surətində göstərilən əmək haqqı ödənilməyən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən adınızda aktiv əmək müqaviləsi ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) olduğu üçün məşğul şəxs hesab edildiyinizdən sizə yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunveriliciklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubudan görünür ki, X7 Kommunal Tikinti Trestinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilmədiyindən İddiaçı stajı barədə məlumat vermək mümkün olmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 929 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı ət emalı kombinatının bazasında “X12 Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2010-cu il tarixində tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Emissiya prospektinə əsasən bildiririk ki, müraciətinizdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısında aşkar olunmamışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfinfən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Xırdalan-ƏT ATSC xx.xx.2005-ci il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində qeydiyyatdadır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət 'əyestrində Azərbaycan SSRİ Tikinti Nazirliyinin Sumqayıt şəhəri 2 №-li Trestinə, həmin trestin -nəzdindəki 26 saylı Tikinti idarəsinə, SU-26 Tikinti İdarəsinə və PMK-168 idarələrinə dair məlumat mövcud deyildir. 2 saylı tikinti tresti 21 iyun 1996-cı il tarixindən 26 iyul 2000-cı il narixinədək, 26 saylı tikinti idarəsi və 2 saylı trestin 168 saylı səyyar mexanikləşdirilmiş dəstəsi 21 iyun 1996-cı il tarixində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən halhazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, “Azərbaycan SSR Tikinti Nazirliyi haqqında Əsasnamə” Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il 10 may tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Əsasnamənin 10-cu hissəsində həmin Nazirliyin öz müəssisələrini və digər bölmələrini müəyyən edilmiş qaydada təşkil etməsi (yenidən təşkil) və ləğv etməsi göstərilmişdir. Bu səbəbdən baş idarənin kitabxanasında mövcud olan nəzarət nüsxələri sırasında həmin müəssisələrin hüquqi statusu ilə bağlı hər hansı akt mövcud deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İdarədə olan reyestrdə Azərbaycan SSRİ Tikinti Nazirliyinin Sumqayıt şəhəri 2 nömrəli tresti adlı kommersiya hüquqi şəxsi aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, dövlət reyestrində Azərbaycan SSRİ Tikinti Nazirliyinin Sumqayıt şəhəri 2 №li Trestinin, 26 saylı Tikinti İdarəsi, SU-26 Tikinti İdarəsi və PMK-168 İdarəsi adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçmələri barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, keçmiş Azərbaycan SSR Tikinti Nazirliyinin Sumqayıt şəhəri 2 nömrəli Trestinə, habelə həmin trestin nəzdindəki 26 saylı Tikinti idarəsinə, SU-26 Tikinti İdarəsinə, PMK-168 idarələrinə dair dəqiq məiumat (VöEN, hüquqi şəxsin ünvanı və s.) təqdim edilmədiyi üçün sorğunuzu cavablandırmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan SSR Tikinti Nazirliyinin Sumqayıt şəhəri 2 saylı trestin, habelə həmin trestin nəzdindəki 26 saylı Tikinti idarəsi, SU-26 Tikinti idarəsi, PMK-168 idarələrinin sənədləri arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, İddiaçı barədə axtarış aparılması imkanımız xaricindədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X6, X1 və X2 Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Buna görə də adıçəkilən şəxslərə dair Mərkəzi Filialda hər hansı məlumat mövcud olmadığından məktubunuzda qeyd etdiyiniz məsələlərə münasibət bildirilməsi tərəfimizdən mümkün deyil. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək Sumqayıt 2 saylı Trestin nəzdindəki PMK- 168 də 4-cü dərəcəli dülgər, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək "xxxx" ATSC-də dülgər işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona 65 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qayulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci il təvəllüdlüdür. xx.xx.1971ci ildən xx.xx.1973-cü ilə kimi 17 saylı Sumqayıt Texniki Peşə məktəbində dülgər ixtisası üzrə təhsil almışdır. 1973-cü ildən etibarən əmək fəaliyyətinə başlamaqla xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə kimi Sumqayıt 2 saylı Trestin 26 saylı Tikinti idarəsində, xx.xx.1975ci ildə hərbi xidmətlə bağlı işdən azad olmuş və xx.xx.1975-ci ildən xx.xx.1977-cİ il kimi hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə kimi Sumqayıt 2 saylı Trestin 26 saylı Tikinti idarəsində, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə kimi Sumqayıt 2 saylı Trestin nəzdindəki SUM-23-də 3-cü dərəcəli çilingər, xx.xx.1984-cü ildən xx.xx.2000ci ilə kimi Sumqayıt 2 saylı Trestin nəzdindəki PMK-168 də (sonradan həmin müəssisənin adı dəyişdirilərək, X7 Kommunal Tikinti Tresti adlanıb) 4-cü dərəcəli dülgər, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə kimi "xxxx" ATSC də dülgər, xx.xx.2019-cu ildən indiyə kimi "xxxx" MMC-də fəhlə işləmişdir. 2022-ci il iyul ayında 65 yaşı tamam olduğundan cavabdehə müraciət edərək yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X7 Kommunal Tikinti trestində və xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Xırdalan ƏT’1 ATSCdə olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmış, müəssisələrin arxiv sənədləri mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyindən həmin dörvlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə, İddiaçı qanunvericiliklə tələb olunan 25 il sığorta stajına malik olmadığından və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından az olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı mübahisələndirilən stajı 9 il 15 gün, mübahisələndirilməyən stajı 22 il 2 ay 7 gün təşkil edir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1630/2023 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X7 Kommunal Tikinti trestində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtina cavabı iddiaçının 25 il iş stajına malik olmaması ilə bağlı olmuşdur. Belə ki, cavabdeh iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X7 Kommunal Tikinti trestində və xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Xırdalan ƏT’1 ATSC-də işlədiyi dövrləri onun sosial sığorta stakına daxil etməkdən imtina etmişdir. İddiaçı 1973-cü ildən başlayaraq Sumqayıt 2 saylı Trestin nəzdində olan müxtəlif müəssisələrdə, tikinti idarələrində işləmişdir. Hətta 1990-cı ildə həmin müəssisədən ona orderlə 2 otaqlı mənzil də ayrılmışdır. O, 1992-ci ildə həmin müəssisədə yenidən işləməyə başlamamışdır, əmək kitabmasında aparılan qeydlərə görə hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1978-ci ildə 2 sayıə Testin nəzdində olan 26 saylı Tikinti İdarəsində işləməyə başlamış, 14.04.198-cü il tarixdə həmin Trestin 23 saylı Təmir Tikinti Quraşdırma İdarəsinə köçürülmüş, xx.xx.1984cü il tarixdən həmin Trestin nəzdində olan 168 saylı PMK-ya keçirilmiş, xx.xx.1994-cü ildə həmin PMK “Sənaye Kommunal Tikinti” Birliyinin 4 saylı filialı, xx.xx.1996-c il tarixdə isə “Sənaye Kommunal Tikinti” Birliyinin 4 saylı Təsərrüfat hesablı sahəsi adlandırılmışdır. 14.03.200-ci il tarixdə öz xahişinə əsasən işdən azad edilmişdir. Beləliklə, nəzərə alınmalıdır ki, iddiaçının 1973-cü ildən başlayaraq 2000-ci ilin mart ayının 14-nə qədər əsas iş fəaliyyəti həmin müəssisə ilə bağlı olmuşdur. Hazırda cavabdeh idiaçının 1992-ci ilə qədər işlədiyi dövrü sosial sığorta stajına daxil etsə də, 1992-2000-ci illərdə olan dövrü sırf müəssisənin sənədlərinin arxivə təhil verilməməsi səbəbi ilə qəbul etməkdən imtina edir. İddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X7 Kommunal Tikinti trestində işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməlidir. Bu halda onun sosial sığorta stajından artıq təşkil edəcəkdir ki, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya təyin edilməsinə əsas verir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci i' iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1 dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraa sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş staiı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş staiı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası’nın təsdiq edilməsi barədə 28 aprel 2022-ci il tarixli qərarının 4.1.1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyası təyin edilərkən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən sığorta stajı kimi nəzərə alınır. “Latın qrafikalı Azərbaycan əlifbası haqqında”Azərbaycan Respublikası Qanununa əsasən 1992-ci il tarixdən etibarən bütün respublika ərazisində kiril qrafikalı əlifbadan latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli gurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. İddiaçı cavabdeh orqana müraciətində 25 ii ümumi stajının olduğunu qeyd etsə də, iddiaçının əmək kitabçasında xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X7 Kommunal Tikinti trestində işlədiyi dövrlə bağlı aparılmış qeydlərin mötəbərliyinə əsaslı şübhələr müəyyən edilmişdir. Belə ki, müvafiq qeydlərin mötəbərliyinə əsaslı şübhələr yaranmasına səbəb həmin qeydlərdə kiril qrafikalı əlifbadan istifadə edilməsidir. Araşdırma nəticəsində iş materiallarına əlavə edilmiş Abşeron rayon Dövlət Arxivinin' 02.11,2022-ci il tarixli H513 nömrəli arayışından görünür ki, mübahisələndirilən dövrlərlə bağlı arxiv sənədləri mühafizə olunmaq üçün dövlət arxivinə verilməmişdir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallan nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının əmək kitabçasındaki qeydlərin mötəbərliyinə şübhə olduğundan və həmin dövrlər ərzində iddiaçının işləməsini təsdiq edəcək hərhansı bir sübut əldə olunmadığından mübahisələndirilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi və beləcə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməlidir. Məhkəmə icraatı zamanı iddiaçının mübahisələndirilən dövrlər ərzində həmin müəssisədə işləməsini təsdiq edəcək hərhansı bir sənəd məhkəməyə təqdim edilməmiş, məhkəmə tərəfindən əlavə araşdırılma aparılmamış, məhkəmə əmək kitabçasında qeydlərin olmasına kifayətlənərək qərar çıxarmışdır və beləcə öz xidməti vəzifəsini düzgün yerinə yetirməmişdir. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da prosessual hüquq normalarını pozmuşdur. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirilsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilə kimi 4-cü dərəcəli dülgər peşəsində Sumqayıt 2 saylı Trestin nəzdindəki PMK-168-də (X7 Kommunal Tikinti Tresti) işlədiyi və xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə kimi "xxxx" ASC-də dülgər peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil ediməklə, ona 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət olmuşdur. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri şərtlər olmalıdır: tələb olunan pensiya yaş həddinə çatmaq və azı 25 il sığorta stajına malik olmaq və ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmaq. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, xx.xx.2022-ci il tarixdə pensiya yaş həddinə çatmışdır. Cavabdeh iddiaçıya münasibətdə təhsil dövrü və hərbi xidmət dövrü nəzərə alınmaqla, 22 il 2 ay 7 gün sosial sığorta stajına malik olması halını qəbul edir. İşin mübahisəli halları ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə pensiya təminatına imkan verən həcmdə pensiya kapitalına malik olmadığını, habelə əmək kitabçasında əks olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi və xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi olan işlədiyi dövrlərə aid sənədlər arxivə təhvil verilmədiyindən, əmək haqqı alıb-almaması halını müəyyən etmək mümkün olmadığından, 25 il sosial sığorta stajına malik olmadığını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi X7 Kommunal Tikinti Trestində işlədiyi dövrlərlə bağlı qyedlərin mötəbərliyinə əsaslı şübhələrin yaranmasına səbəb kimi həmin qeydlərdə kiril qrafikalı əlifbadan istifadə edilməsi halına istinad etmişdir. Həmçinin, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia qismən təmin edilərək, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi X7 Kommunal Tikinti Trestində işlədiyi dövrlər daxil edilərək, ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar alınmışdır. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. İndiki halda iş üzrə apellyasiya baxışının predmetini məhz iddianın təmin edilmiş hissəsi ilə bağlı mübahisələndirilən hallar təşkil edir. Məhkəmə kollegiyası apellyasiya baxışının predmeti olan hissədə işin mübahisəli halları ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının məzmunundan görünür ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi Sumqayıt 2 saylı Trestin nəzdindəki PMK-168-də (daha sonra müəssisənin adı dəyişdirilərək X7 Kommunal Tikinti Tresti adlandırılmışdır) işləməsinə dair qeydlər əks olunmuşdur. İndiki halda cavabdeh inzibati orqan tərəfindən həmin qeydlərin mötəbərliyi şübhə altına alınırsa, məhz sübutetmə öhdəliyi də onun üzərinə düşür. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən həmin hala dair heç bir dəlilə istinad edilməmişdir. Cavabdeh tərəfindən bununla bağlı yalnız müəssisə tərəfindən arxiv sənədlərin təhvil verilməməsi və qeydin kiril qrafikalı əlifbadan istifadə edilməklə, aparılması halına istinad etmişdir ki, həmin hallar özlüyündə iddiaçının öhdəlik daşıdığı, onun təqsiri ilə əhatə olunan hallar kimi mövcud olmamışdır. Belə ki, əmək qanunvericiliyinin tələbinə əsasən işçi barəsində əmək kitabçasının açılması, habelə qeydlərin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılması və sənədlərin arxivləşdirilməsi halı məhz işəgötürənin səlahiyyətinə aid olmaqla, onun məsuliyyət daşıdığı öhdəlik kimi çıxış edir. Nəticə etibarilə hazırki iş üzrə cavabdahin istinad etdiyi hallar işəgötürənin öhdəlik daşıdığı hallar olmaqla, həmin öhdəliklərin işəgötürən tərəfindən lazimi qaydada icra edilməməsi iddiaçının pensiya hüququnun məhdudlaşdırılması və ya məhrum edilməsi əsası qismində çıxış edə bilməz. Digər tərəfdən isə qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən əmək kitabçası məhz 2006-cı ilin yanvar 1-nə qədər əmək stajının hesablanmasında yeganə rəsmi sənəd hesab olunurdu. Həmçinin, iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərin məzmunundan görünür ki, iddiaçının həmin müəssisədə işlədiyi dövrlər xx.xx.1984-cü ildən xx.xx.2000-ci ilə kimi olan dövrü əhatə etmişdir. Cavabdeh tərəfindən isə həmin dövrlərin bir qismi sosial sığorta stajına daxil edilmiş, digər qismi isə arxiv sənədlərin olmaması əsası ilə staj müddətinə daxil edilməmişdir. Nəticə etibarilə iddiaçının eyni müəssisədə işlədiyi dövrlərlə bağlı fərqli yanaşmanın tətbiq edilməsi halı özlüyündə cavabdeh inzibati orqanın ziddiyyətli yanaşmasını ifadə edir. Göründüyü kimi, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt-həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı öz təsdiqini tapmışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmeti olan hissədə cavabdehin imtina və şikayətinin dəlilləri əsassız olmuş, birinci isntansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1630/2023 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.