Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-117/2025 10.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1, Üçüncü şəxsin vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və müafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(118)-1004/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncamından çıxarışa əsasən, “Köhnə Saray” kəndinin bərpası ilə əlaqədar Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 may 1991-ci il tarixli, 100 saylı qərarı ilə Saray qəsəbə XDS İcraiyyə Komitəsinin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən İddiaçı 0.10 ha həyətyanı torpaq sahəsi ayrılması və həmin sahədə ona fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli , № 3-21-3-32/2-M- 0177-8 nömrəli imtina məktubuna görə aparılan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 nömrəli sǝrəncamından çıxarışı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının müraciətə əlavə edilməməsi, sözügedən torpaq sahəsinin bir hissəsinin 6 kVt yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi və torpaq sahəsinin təyinatına və katerqoriyasına görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahələrinə aid olması səbəbindən iddiaçının müraciətinə imtina cavabı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 321332/2-2284/24 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi (2 tərəfi daş hasar, digər tərəfləri şərti) koordinatları Abşeron rayon Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşir. Elektron məlumat bazasına əsasən İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin koordinatları ilə digər şəxslərin sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür, lakin Abşeron rayon Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə **********40 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0016 ha təşkil edir. Elektron məlumat bazasına əsasən Abşeron rayon Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aiddir. İddiaçının qonşuluğunda olan torpaq sahələri (sxemdə göstərilmiş sənəd üzrə **********99, **********91, **********40 reyestr nömrəli çıxarışlara əsasən) yaşayış məntəqələri torpaqlarına aiddir. Abşeron rayon Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin 0,0140 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mütəxəssis rəyində qeyd olunan üst-üstə düşən 0,0016 ha torpaq sahəsi çıxılmaqla yerdə qalan hissədə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli, 36 saylı sərəncamı ilə “Köhnə Saray” kəndində ata-baba yurdunun bərpası ilə əlaqədar vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə “Köhnə Saray” kəndinin bərpası ilə əlaqədar Abşeron rayon XDC İcraiyyə Komitəsinin 18 may 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDC İcraiyyə Komitəsinin sərəncamı ilə verilmiş 12 ha torpaq sahəsindən iddiaçıya 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin sahədə fərdi yaşayış evi tikməsinə icazə verilmişdir. Həmin vaxtdan iddiaçının istifadəsindədir, faktiki sahibliyi iddiaçı həyata keçirir. Lakin o, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdeh orqana müraciət etdikdə ona imtina cavabı verilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə baqlı iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 4 saylı Abşeron Ərazi İdarəsinə 15 may 2023-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: - Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 nömrəli sərəncamından çıxarış ilə ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin bas planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; - iddia predmeti olan torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli (6 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi; - sözügedən torpaq sahəsinin bir hissəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən imtinanın qanuni hesab edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(118)-1004/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0984 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin mütəxəssis rəyində qeyd olunan X2 torpaq sahəsi ilə üst-üstə düşən 0.0016 ha hissədə iddia tələbi azaldılmış, qonşuluqda yerləşən torpaq sahələri üzərində mülkiyyət hüququ yaşayış məntəqələri torpaqları kimi qeydə alınmışdır. Bundan başqa yaxınlıqda yerləşən 10 kVtluq “Saray-8” hava xətti 2013-cü ildə çəkilmişdir. 10 kVT-luq yüksək gərginlikli elektrik xətti ən azı 2 m aralı məsafədə yerləşməli olduğu halda mübahisələndirilən torpaq sahəsi ilə elektrik verilişi xətti arasında məsafə 6 m təşkil edir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, təkrar araşdırma zamanı mübahisə predmeti olan torpaq sahəsinə dair Maraqlı şəxs tərəfindən Abşeron rayon Saray qəsəbə XDS İK-nin 17 oktyabr 1990- cı il tarixli, 47.4 nömrəli qərarına əsasən ayrıldığı əsas gətriliərək müraciət edildiyi və cari iş üzrə mübahisə predmet olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibat Məhkəməsinin icraatında 2-1 (118)-4507/2024 (hakim - İmran Burcayev) inzibat işin olduğu, faktiki olaraq eyni torpaq sahəsinin iki ayrı inzibat iş üzrə mübahisə predmet olduğu müəyyən edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs vəkili Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi və izah etdi ki, Abşeron rayon Saray üzümçülük sovxozunun xx.xx.1990-cı il tarixli 97 saylı əmri ilə ayrılmış 0.10 ha torpaq sahəsində Abşeron rayon Saray XDS İK-nin xx.xx.1990cı il tarixli 47.4 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin vaxtdan torpaq sahəsi Maraqlı şəxs qanuni sahibliyindədir, lakin tikinti aparılmamışdır. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş, imtina cavabı aldığı üçün müvafiq iddianı qaldırmışdır. Məhkəmə araşdırması zamanı İddiaçı da həmin torpaq sahəsinə iddialı olduğu bəlli olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-1104/2024 nömrəli 18 dekabr 2024cü il tarixli qərardadı ilə Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Hazırkı iş üzrə iddia tələbi Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair mütəxəssis rəyində qeyd olunan üst-üstə düşən 0,0016 ha torpaq sahəsi çıxılmaqla yerdə qalan hissədə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər aşağıdaklardan ibarətdir : 1)Mübahisə predmeti olan torpaq sahəsinin ayrılmasına dair ilkin baş planı və ya ayrıc müraciətə əlavə edilməmişdir; 2) iddia olunan torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir; 3) sözügedən daşınmaz əmlak təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir; 4) mübahisəli torpaq sahəsi ilə bağlı Maraqlı şəxs mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırmışdr və həmin iddia hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır (faktiki olaraq eyni torpaq sahəsi iki ayrı iş üzrə mübahisə predmetidir). Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə alınmış mütəxəssis rəyinə görə İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi (2 tərəfi daş hasar, digər tərəfləri şərti) koordinatları Abşeron rayon Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşir. Elektron məlumat bazasına əsasən İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin koordinatları ilə digər şəxslərin sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür, lakin Abşeron rayon Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə **********40 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0016 ha təşkil edir. Elektron məlumat bazasına əsasən Abşeron rayon Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aiddir. İddiaçının qonşuluğunda olan torpaq sahələri (sxemdə göstərilmiş sənəd üzrə **********99, **********91, **********40 reyestr nömrəli çıxarışlara əsasən) yaşayış məntəqələri torpaqlarına aiddir. Abşeron rayon Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin 0,0140 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4507/2024 nömrəli (Maraqlı şəxs iddiası üzrə) iş üzrə mütəxəssis rəyindən görünür ki, iddiaçı Maraqlı şəxs tərəfindən naturada tanıdılan torpaq sahəsinin (2 tərəfi daş hasar, digər tərəfləri şərti) koordinatları Abşeron rayon Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşir. Elektron məlumat bazasına əsasən iddiaçı Maraqlı şəxs tərəfindən naturada tanıdılan torpaq sahəsinin (2 tərəfi daş hasar, digər tərəfləri şərti) koordinatları digər şəxslərin sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Abşeron rayon Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda gösterilen torpaq sahəsinin koordinatları ilə **********40 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0021 ha təşkil edir. Elektron məlumat bazasına əsasən Abşeron rayon Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilen koordinatlar daxilində yerləşən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aiddir. Təqdim edilən iki mütəxəssis rəyi müqayisə edildikdə həqiqətən də söhbətin eyni torpaq sahəsindən getiyini müşahidə etmək olur. Bundan başqa məhkəmənin verdiyi soruğulara cavab olaraq "xxxx" MMC tərəfindən verilmiş məktublardan görünür ki, təqdim dilən yerquruluşu planından çıxarışlarda qeyd edilən koordinatlarda yerləşən torpaq sahəsi Abşeron rayon Saray Üzümçülük sovxozunun hüdudları daxilində yerləşir Məhkəmə kollegiyası qeyd edir ki, hər iki şəxsə torpaq sahəsi ilkin ayrılarkən ilkin baş plandan çıxarış və ya ayrıc aktı tərtib edilməmişdir. Həm iddiaçı, həm üçüncü şəxs Maraqlı şəxs cavabdeh orqana torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət edərkən sonradan bələdiyyə tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışı təqdim etmişlər. Kollegiya xüsusi olaraq vurğulayır ki, iddiaçıya təqdim edilmiş yerquruluşu planından çıxarışda koordinatlar göstərilməmiş, təqdim edilmiş sənədin arxa tərəfində (möhürsüz və imzasız) koordinatlar qeyd olunmuşdur ki, bu hal ümumiyyətlə, həmin sənədin mübahisəli torpaq sahəsinə dair verilməsini şübhə altına alır. Məhkəmə araşdırması zamanı Abşeron rayonu Saray Bələdiyyəsinin sorğuya cavab məktubuna əsasən məlum olmuşdur ki, təqdim etdilmiş (X=392346.1803 Y=4485805.2706; X=392314.2822 Y=4485814.3674; X=392317.5339 Y=4485817.8598; X=392344.2836 Y=4485858.0679; X-392351.6044 Y-4485849.6247;) koordinatlı yerquruluşu planından çıxarış sənədi düzgünlüyü əks etdirmir və sənədi təsdiq edən möhür hissəsində tanınmaz və şübhəli möhürdən istifadə edildiyi aşkar olunmuşdur. Buna görə vəziyyətin tam araşdırılması üçün vətəndaşlar İddiaçı və Vliyeva Əzizə ahbaz qızının sənədlərinin əsilləri ilə bələdiyyəyə dəvət edilmişlər. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(18)-1382/2025 saylı qərardadından görünür ki, iddiaçı Maraqlı şəxs cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Saray XDS İK-nin xx.xx.1990-cı il tarixli 47.4 nömrəli qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzırinə qoyulması tələbinə dair iddia tələbinin təmin edilməsinə dair məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı İddiaçı ərizəsi əsasında ləğv edilmiş, sonuncu iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İndiki halda iddiaçı mübahisəli torpaq sahəsinin ona Abşeron rayon İcra Hakmiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 36 saylı sərəncamına istinad edərək, onun adına torpaq sahəsinin ayrıldığını bildirsə də, həmin sənədin məzmununda və ya ona əlavə sənəd kimi torpaq sahəsinin yerləşmə yerini, koordinatlarını, texniki göstəricilərini müəyyən edən heç bir sənəd mövcud olmamış, habelə indiki halda da bu hala dair heç bir sənəd təqdim edilməmişdir. Hazırda təqdim etdiyi bələdiyyə tərəfindən tərtib olunmuş yerquruluşu planından çıxarışda belə koordinatlar qeyd olunmamışdır. Çıxarışın arxasındakı koodinatlar möhür və səlahiyyətli şəxsin imzası olmadan qeyd olunmuşdur. Həmin koordinatların ümumiyyətlə həmin torpaq sahəsinə aid olması bəlli deyildir. Bundan başqa Abşeron rayon Saray bələdiyyəsi məhkəmənin soröusuna verdiyi cavab məktubunda həmin koordinatların düzgün olmadığını bildirmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi sənəd əsasında qeyd edilmiş torpaq sahəsinin məhz ona ayrılmış torpaq sahəsi ilə eynilik təşkil etməsi halını müəyyən etmək mümkün olmamışdır. Nəticə etibarilə hazırki mübahisə predmeti olan torpaq sahəsinin məhz iddiaçıya ayrılmış torpaq sahəsi olması halını müəyyən edən heç bir sübut mövcud olmamışdır. Həmçinin, sözügedən torpaq sahəsinin faktiki olaraq kimin istifadəsində olması müəyən deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin həqiqətən də naturada göstərdiyi torpaq sahəsi olmasının müəyyən edilməsi mümkün olmadığından, başqa sözlə torpaq sahəsinin yeri bəlli olmadığından və bu hallar özlüyündə iddianın əsaslılığını istisna etdiyindən, imtinanın və apellyasiya şikayətinin digər dəllilləri üzrə qiymətləndirmənin aparılmasına zərurət qalmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdeh inzibati orqanın imtina və şikayətinin dəlilləri əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, iddia tələbinin əsaslılığı baxımından düzgün dəyərləndirmə aparılmamış, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(118)-1004/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0984 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.