Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1176/2024 23.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “xx.xx.2008-ci il tarixli, 13/24 nömrəli orderin ləğv edilməsi“ tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(118)-384/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Qızıl Qum məhəlləsi, 3 saylı evin 8 saylı mənzilinə dair X1 adına qeydiyyata alınmış xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, X3 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, daha sonra isə X4 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əvəz edilməsini və “xx.xx.2008-ci il tarixli, 13/24 nömrəli orderin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Rzayeva X5 rayonu Dondarlı kəndində məcburi köçkün olaraq 1994-cü ildə təməli olan, lakin yaşayış üçün tamamilə yararsız olan tərk edilmiş yarımçıq bina olan 6-cı mikrorayon, Qızılqum qəsəbəsi, 3 saylı evin 8 saylı mənzilində məskunlaşmışdır. Məskunlaşdığı binanın yaşayış üçün tamamilə yararsız olmuş və oranı yaşayış üçün yararlı şəraitə tamamilə öz şəxsi vəsaiti hesabına və iddiaçı ilə bərabər 18 ailədə eyni formada öz vəsaitləri hesabına təmir etdirib yaşamışdırlar. 1994cü ildən bu günə qədər orada yaşamış və kommunal ödənişləri (işıq, qaz. su, telefon) və s.xərcləri qanuni yolla ödəmişdir. (abonentin saldosu ərizəyə əlavə edilir) Hal-hazırda yaşadığı öz şəxsi vəsaiti hesabına çox çətinliklərlə maddi və mənəvi zərərlər ödəyərək bərpa etdiyi mənzildən 1 qrup şəxslər qeyri-qanuni rüşvət yolu ilə heç bir müəssisə və təşkilatın balansında olmayan evinə dair çıxarış almışdır. İddiaçı əvvəllər dəfələrlə evin sənədləşdirilməsi üçün müraciət etsə də, ona bu evin heç bir dövlət orqanının balansında olmadığını və evin sənədləşdirilməsinin mümkün olmadığını bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil ilk öncə X1 adına qeydiyyata alınmış və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş, daha sonra Sumqayıt “Asan Xidmət’’ mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-446 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X3 mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, daha sonra isə X4 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən X1 adına qeydiyyata alınmış və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, daha sonra X3 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, daha sonra isə X4 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə cavabdeh orqana müraciət etsə də, iddiaçıya heç bir cavab gəlməmişdir Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddia tələbinə dair münasibət bildirilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-2265/2023 saylı qərardadı ilə X7 və X2 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-2265/2023 saylı qərardadı ilə X8 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-384/2024 saylı qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(118)-384/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə müraciət etmək üçün hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, iddiaçı həmin mənzilin ona və ailəsinə ayrılmasına dair məhkəməyə hər hansı sənəd və ya sübut təqdim etmədiyindən, qeyd olunan halları məhkəmə sorğuları əsasında müəyyən etmək mümkün olmadığından, həmin inzibati aktların ləğv edilməsinə hər hansı əsas mövcud deyildir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, Qubadlı rayonu Dondarlı kəndində məcburi köçkün olaraq 1994-cü ildə təməli olan, lakin yaşayış üçün tamamilə yararsız olan tərk edilmiş yarımçıq bina olan 6-cı mikrorayon, Qızılqum qəsəbəsi, 3 saylı evin 8 saylı mənzilində məskunlaşmışdır. Qeyd edir ki, həmin bina yaşayış üçün tamamilə yararsız olmuş və oranı yaşayış üçün yararlı şəraitə tamamilə öz şəxsi vəsaitim hesabına gətirmişdir. Qeyd edir ki, o, tək olmamışdır. Onunla birlikdə digər məcburi köçkünlər 18 ailədə eyni formada öz vəsaitləri hesabına həmin binanı yaşayış üçün yararlı vəziyyətə gətiriblər, təmir-inşasını başa çatdırıb yaşamağa başlamışlar və bu günə qədər fasiləsiz həmin evdə 1994-cü ildən bu günə qədər orada yaşamaqla kommunal ödənişləri (işıq, qaz. su, telefon) və s.xərcləri qanuni yolla ödəməkdədirlər. Hörmətli məhkəmə, o, dəfələrlə Sumqayıt İcra Hakimiyyətinə müraciət edərək 1994-cü ildən yaşadığı və min bir əzab əziyyətlə inşa etdiyi həmin mənzilə dair ona order verilməsi və kirayə müqaviləsi bağlanılması üçün müraciət etsə də, ona müxtəlif bəhanələr gətirilərək evin heç bir təşkilatın balansında olmadığı bildirilmiş, balansa götürülən kimi onunl müvafiq sənədləşdirilmə işlərinin aparılması bildirilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, onun inşa edərək yaşadığı mübahisəli mənzil yəni, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil ilk öncə X1 adına qeydiyyata alınmış və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş, daha sonra Sumqayıt “Asan Xidmət’’ mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə446 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X3 mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, daha sonra isə X4 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Onu da qeyd edir ki, məhkəmə elə özünün araşdırdığı və ortaya çıxardığı işin hallarına dair mühüm əhəmiyyət kəsb edən halları qiymət verməmişdir. İşin halları ondan ibarətdir ki, həmin ev yarımçıq tikili olub, həmin evi o, inşa etmiş, bunun üçün də öz şəxsi maliyyə vəsaitimi xərcləmiş, bu isə tikinti materiallarının və xərclənmiş pul vəsaitinin iqtisadi dəyər kimi mülkiyyət hüququ əsasında ona məxsus olması işin mübahisəsiz halıdır. Məhkəmə necə bu qənaətə gələ bilər ki, onun bu evə dair heç bir subyektiv hüququ yoxdur. Bu mövqeyin öz-özlüyündə əsassız olması göz qabağındadır. Bundan əlavə məhkəmə belə qənaətə gəlir ki, o, həmin mənzilə dair order və ya icarə müqaviləsi, hər hansı sənəd təqdim edə bilmədiyimdən həmin mənzilə dair heç bir hüququ yoxdur. Hörmətli məhkəmə kollegiyası order və ya icarə müqaviləsi olsaydı onda bu iddianın qaldırılmasına nə zərurət olardı axı. Məsələ də orasındadır ki, həmin evi o, inşa etməyinə, yaşamağına baxmayaraq, həmin evin onun tərəfindən istifadə olunmaqla dolu olmasına baxmayaraq qanunsuz olaraq boş olmayan evə digər şəxsin adına Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2008-ci ildə,13/24 №-li order tərtib olunur və başqa bir adama verilir. Bu isə tamamilə qanunsuzdur belə ki, order boş olan mənzilə verilə bilərdi, əgər bir yaşayış yerində kimsə yaşayırsa, yəni boş olmayan evə başqa bir şəxsə order verilməsini qanun qadağan edir. Bu isə o deməkdir ki, Şəhər İcra Hakimiyyəti tərəfindən qeyd olunan order verilərkən Mənzil Məcəlləsinin normaları pozulmuşdur. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Qanunun tələbindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı kimi 1994-cü ildə ata-baba yurdumdan işgal ilə əlaqədar məcburi köçkün olduğuna görə Sumqayıt şəhərinə gəlmişdir, həmin vaxt dövlətin humanitar məqsədləri ilə əlaqədar onlara yarımçıq tikili təqdim edildi və onlar həmin tikiliyə vəsait qoyaraq yaşayışa yararlı vəziyyətə gətirdilər. Həmin evdə onun övladı Rzayeva Ayşən də doğulmuş və böyümüşdür. Qızı Ayşən məcburi köçkün deyil, onun da həmin mənzildən istifadə hüququ vardır, bir vətəndaş kimi onunla birlikdə ailə üzvü olan qızı Ayşən Rzayeva da yaşayış sahəsi almaq hüququ vardır. Bu məqsədlə də onlar Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. Lakin onlara evin İcranın balansına götürülən kimi onlarla iddiaçının və ya qızı ilə kirayə müqaviləsi bağlanacağına dair məlumat vermişdirlər. Hesab edir ki, maddi hüquq normasının tələbi bizə münasibətdə pozulmuşdur, həmin mənzil 2008-ci ildə biz yaşaya yaşaya başqa bir şəxsə istifadəyə verilə bizlməzdi. Bundan əlavə xüsusilə qeyd etmək istəyir ki, order Sumqayıt İcra Hakimiyyətinin müvafiq Sərəncamı əsasında verilməli idi. Lakin dəfələrlə bu sərəncamın məhkəməyə təqdim edilməsini cavabdehdən, DƏDRKX-dən tələb etsə də, həmin Sərəncam ortalığa çıxmadı. Çünki belə bir sərəncam yoxdur. Bu isə o deməkdir ki, order özü qanunsuz verilib, DƏDRKX də bunu araşdırmadan hüququ qeydə alıb. Qanun pozuntusu ilə verilmiş order isə etibarsızdır. İş materiallarından aydın olur ki, order almış şəxslər həmin mənzilin bizdə olmasını bilə-bilə yalan məlumatlar verərək mənzil ilə bağlı order əldə etmişlər. Bu da həmin Orderin etibarsız sayılması əsaslarından biridir. İddiaçı olaraq onun öz tələbini sübut edən mötəbər dəlilləri məhkəmə baxışına təqdim etməyinə, cavabdeh təşkilatın belə onun gətirdiyi dəlillər qarşısında geri çəkilərək məhkəməyə gəlməmiş və öz etirazını belə təqdim etməmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi cavabdehin və 3-cü şəxslərin mövqeylərini müdafiə etmiş onun hüquqlarının qorunması ilə bağlı imkanlardan məhrum etmişdir. Məhkəmə araşdırmanı və sübutların qiymətləndirilməsini bərabərlik prinsipi əsasında qiymətləndirməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinə baxılmasını məhkəmənin mülahizəsinə buaxdıqlarını bildirməklə işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxslər isə gəlməmələrin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Hazırda iddiaçı Sumqayıt şəhəri 6-cı mikrorayon, Qızılqum qəsəbəsi, 3 saylı evin 8 saylı mənzilinə dair X1 adına verilmiş xx.xx.2008-ci il tarixli, 13/24 nömrəli orderin ləğv edilməsini tələb edir. Birinci instansiya məhkəməsi qərarında iddiaçının məhkəməyə müraciət etmək üçün hər hansı subyektiv hüquqa malik olmadığı, yəni mənzilin ona və ailəsinə ayrılmasına dair məhkəməyə hər hansı sənəd və ya sübut təqdim etmədiyindən, qeyd olunan halları məhkəmə sorğuları əsasında müəyyən etmək mümkün olmadığından, həmin inzibati aktların ləğv edilməsinə hər hansı əsas mövcud olmadığını qeyd edərək, iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmənin hüquqi mövqeyi düzgün olsa da, onun əsaslandığı hallar iddiaya mahiyyəti üzrə baxılaraq onun rədd edilməsinə deyil, iddianın mümkün sayılmamasına əsas verir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi xx.xx.2008-ci il tarixli, 13/24 nömrəli orderin ləğv edilməsidir. Kollegiya iddiaçının həmin tələbinə münasibətdə ilk növbədə, qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Kollegiya hesab edir ki, qaldırılan iddia tələbi subyektiv hüquqla bağlı iddianın ümumi mümkünlük şərtinə cavab vermir. Belə ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Yəni, iddiaçının Sumqayıt şəhəri 6-cı mikrorayon, Qızılqum qəsəbəsi, 3 saylı evin 8 saylı mənzilinə dair X1 adına verilmiş xx.xx.2008-ci il tarixli, 13/24 nömrəli orderin ləğv edilməsi ilə bağlı tələbi o halda yaranmış hesab oluna bilər ki, həmin mənzil ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. İddiaçı subyektiv hüququnun əsası kimi Sumqayıt şəhəri 6-cı mikrorayon, Qızılqum qəsəbəsi, 3 saylı evin 8 saylı mənzilini onun inşa edərək təmir etməsini, bunun üçün də öz şəxsi maliyyə vəsaitini xərcləməsini, bu isə tikinti materiallarının və xərclənmiş pul vəsaitinin iqtisadi dəyər kimi mülkiyyət hüququ əsasında ona məxsus olmasını, həmin evin onun tərəfindən istifadə olunmaqla dolu olmasına baxmayaraq qanunsuz olaraq boş olmayan evə digər şəxsin adına Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2008-ci ildə,13/24 №-li order tərtib olunaraq başqa bir adama verildiyini bildirir. Kollegiya qeyd edir ki, hazırkı halda iddiaçı Sumqayıt şəhəri 6-cı mikrorayon, Qızılqum qəsəbəsi, 3 saylı evin 8 saylı mənzilin ona və ailəsinə ayrılmasına dair nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə hər hansı sənəd və ya sübut təqdim etməmiş, qeyd olunan halları birinci instansiya məhkəməsinin sorğuları əsasında, eyni zamanda iş materialları ilə müəyyən etmək mümkün olmadığından həmin mənzil üzərində iddiaçının hər hansı hüququnun olduğu müəyyən olunmur. Bu baxımdan, qaldırılan iddia subyektiv hüquqa bağlı mümkünlük şərtinə cavab vermir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(118)-384/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4
Məhkəmə qərarları › İş №2-1(105)-1176/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1176/2024
23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver