Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-118/2022 01.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Dağlıq Şirvan regional ərazi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Dağlıq Şirvan regional ərazi filialına qarşı işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17.08.2021-ci il tarixli, 2-1(118)- 317/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şamaxı Rayon Şöbəsinin 24.08.2020-ci il tarixli **********9 saylı saylı məktubunun qanunsuz və əsassız hesab edilməsi və aprel 1972-ci ildən 3 oktyabr 1974-cü il tarixədək, 01 yanvar 1977-ci ildən 31 avqust 1989-cu il tarixədək Çarhan kənd “Kalinin" adına sovxozda və 20 aprel 1991-ci ildən 31 dekabr 2000-ci il tarixədək Çarhan kənd icra nümayəndəliyində 8 illik orta məktəbində işləməyi nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək aprel 1972ci ildən 3 oktyabr 1974-cü il tarixədək, 01 yanvar 1977-ci ildən 31 avqust 1989-cu il tarixədək Çarhan kənd “Kalinin" adına sovxozda və 20 aprel 1991-ci ildən 31 dekabr 2000ci il tarixədək Çarhan kənd icra nümayəndəliyində 8 illik orta məktəbində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin prosessual hüquq varisi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-nin 11 saylı Regional Ərazi Filialını cəlb etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı aprel 1972-ci ildən 3 oktyabr 1974-cü il tarixədək, 01 yanvar 1977-ci ildən 31 avqust 1989-cu il tarixədək Çarhan kənd “Kalinin” adına sovxozda və 20 aprel 1991-ci ildən 31 dekabr 2000-ci il tarixədək Çarhan kənd icra nümayəndəliyində 8 illik orta məktəbində işləmişdir. Yaşa görə əmək pensiyası almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Səbəb kimi bildirilmişdir ki, qeyd edilən dövr əmək kitabçasında qeyd olunmadığı üçün həmin müddətin onun sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 17.08.2021-ci il tarixli, 2-1(118)-317/2021 saylı qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı aprel 1972-ci ildən 3 oktyabr 1974-cü il tarixədək, 01 yanvar 1977-ci ildən 31 avqust 1989-cu il tarixədək Çarhan kənd “Kalinin" adına sovxozda və 26 aprel 1991-ci il tarixdən 01 yanvar 2001-ci il tarixədək Çarhan kənd icra nümayəndəliyinin 8 illik orta məktəbində işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMFnin 11 saylı Regional Ərazi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim Vəfa Əzizova) Qərardan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 11 saylı regional ərazi filialı prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Dağlıq Şirvan regional ərazi filialı ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Sosial sığorta stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İddiaçı aprel 1972-ci ildən 3 oktyabr 1974-cü il tarixədək, 01 yanvar 1977-ci ildən 31 avqust 1989-cu il tarixədək Çarhan kənd Kalinin adına sovxozda və 26 aprel 1991-ci il tarixdən 01 yanvar 2001-ci il tarixədək Çarhan kənd icra nümayəndəliyinin 8 illik orta məktəbində işləməsinə dair arxiv arayışı mövcud olsa da, həmin illər onun əmək kitabçasında öz əksini tapmadığından əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minumum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. İşə apellyasiya qaydasıda baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Dağlıq Şirvan regional ərazi filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə qeyddə göstərilmişdir ki, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Cavabdeh imtinasında göstərmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ o halda ola bilər ki, iddiaçının mübahisələndirdiyi dövr əmək kitabçasında əksini tapsın. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşa görə əmək pensiyası təyin etməkdən imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 25.11.1974-cü il tarixdən 23.11.1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 166 saylı attestatın surətindən görünür ki, İddiaçı 01.09.1971-20.07.1972-ci illərdə 12 nömrəli Şamaxı kənd texniki peşə məktəbində xarrat sənəti üzrə təhsil almışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialı tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş əmrlərin surətlərindən və əmək haqqı cədvəllərindən görünür ki, İddiaçı 1972-ci ildə Çarhan kənd “Kalinin” sovxozunda inşaat birqadasına fəhlə qəbul edilməsi, 174 saylı 14 oktyabr 1989-cu il tarixli əmrlə işdən azad edilməsi barədə əmrlər, bundan başqa 1996-2000-ci illərə aid əmək haqqı almışdır. Şamaxı RİHB-nın Çarhan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 04.06.2021-ci il tarixli 18 saylı məktubundan görünür ki, 1991-1996-cı il tarixdə olan əmək haqqı cədvəli nümayəndəliyin arxivinə təhvil verilmişdir. Çarhan kənd 8 illik (hazırda ümumi orta) məktəbin 26 aprel 1991-ci il tarixli 08 saylı əmrindən çıxarışından görünür ki, İddiaçı 26 aprel 1991-ci il tarixdən məktəbə 0.5 ştat bayram və bazar günlərinə gözətçi təyin edilmişdir. Çarhan kənd 8 illik (hazırda ümumi orta) məktəbin 15 dekabr 2000-ci il tarixli 05 saylı əmrin çıxarışından görünür ki, İddiaçı - məktəbin gözətçisi öz ərizəsinə əsasən 01 yanvar 2001-ci il tarixdən işdən azad edilmişdir. Azərbaycan Respublikası DSMF-nin Şamaxı rayon filialı tərəfindən verilmiş 24.08.2020-ci il tarixli məktubdan görünür ki, Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şamaxı rayon filialına 20.08.2020-ci il tarixdə İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Şamaxı Regional “Asan Xidmət” mərkəzi vasitəsi ilə daxil olmuş ərizəsinə şöbənin pensiya təyin edən komissiyasında baxılmışdır. İddiaçı aprel 1972-ci ildən 31 oktyabr 1974-cü il tarixədək, 01 yanvar 1977-ci ildən 31 avqust 1989-cu il tarixədək Çarhan kənd “Kalinin “ adına sovxozda və 20 aprel 1991-ci ildən 31 dekabr 2000-ci il tarixədək Çarhan kənd icra nümayəndəliyində 8 illik orta məktəbində işlədiyi dövrlər əmək kitabçasında əksini tapmadığı üçün “Əmək pensiyaları haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd olunan sənədləri iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər tələb olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri təqdim etmişdir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17.08.2021-ci il tarixli, 2-1(118)-317/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-118/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-118/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver