Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-118/2024 25.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə (Açar sözlər: kompensasiyanın məbləğinin müəyyən edilməsi, əldən çıxmış faydanın ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Quliyev İsmayıl Rza oğlu və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları X7 hüquqi şəxsə qarşı “xx.xx.2011-ci il tarixli, MA ******* seriyalı çıxarışla Abşeron rayonu Masazir kəndi ərazisində yerləşən 0,3766 ha torpaq sahəsinin 0,27638 ha hissəsinin dəyəri olan 497.572 manat kompensassiyanın, kompensassiyanın vaxtında ödənilməməsi nəticəsində əldən çıxmış fayda olaraq 174.150 manatın, qiymətləndirilmənin aparılması üçün ödənilmiş 300 manat, həmçinin 300 manat vəkil xəclərinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi“ tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1612/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.3766 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdehin xx.xx.2021-ci il tarixli, İ-3/16-1193 nömrəli imtina məktubunun surətindən görünür ki, cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində dəymiş ziyanla bağlı kompensasiya ödənilməsi məsələsinin həlli məqsədilə Agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanına müraciət olunmuşdur. Mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasına və elektron xəritəyə əsasən İddiaçı MA seriyalı, ******* nömrəli çıxarış əsasında sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayon, Masazır kəndində yerləşən 0.3766 ha torpaq sahəsinin 0.2187 ha hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşür və sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayon, Masazır kəndində yerləşən 0.3766 ha torpaq sahəsinin bir hissəsi “Bilgəh- Novxanı-Sumqayit avtomobil yolunun mühafizə zonasında yerləşir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin məktubundan görünür ki, elektron məlumat bazasına və elektron xəritəyə əsasən İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayon, Masazır kəndində yerləşən 0.3766 ha torpaq sahəsinin 0.2187 ha hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına, 0.0413 ha hissəsi isə avtomobil yolunun mühafizəsində yerləşir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi üzrə tikinti işləri müvəqqəti dayandırıldığından 2015-2021-ci illər ərzində Agentlik tərərındən heç bir söküntü işləri həyata keçirilməmiş və kompensasiya ödənilməmişdir. Hal-hazırda Bilgəh-Sumqayıt avtomobil yolu layihəsinin tərkib hissəsi olan Pirşağı- Novxanı-Xırdalan-M4 avtomobil yolunun km 0+000km10+000 hissəsi üzrə agentlik tərəfindən sənədləşmə işləri aparılır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2011-ci il tarixli, MA ******* seriyalı çıxarışla Abşeron rayonu Masazir kəndi ərazisində yerləşən 0,3766 ha torpaq sahəsinin 0,27638 ha hissəsinin dəyəri olan 497.572 manat kompensassiyanın, kompensassiyanın vaxtında ödənilməməsi nəticəsində əldən çıxmış fayda olaraq 174.150 manatın, qiymətləndirilmənin aparılması üçün ödənilmiş 300 manat, həmçinin 300 manat vəkil xəclərinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli Seriya MA ******* saylı çıxarışla Abşeron rayonu Masazir kəndi ərazisində yerləşən 0,3766 ha torpaq sahəsi onun mülkiyyətindədir. Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər Planı”nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları X7 Hüquqi Şəxsi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi həyata keçirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən ona məxsus 3.766 kv.metr torpaq sahəsindən 2.763,8 kv.metr hissəsi layihələndirilən yolun tikintisi altına düşmüşdür. 2015-ci ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhimdar Cəmiyyətinə müraciətinə cavab olaraq bildirilmişdi ki, yol tikintisinin həyata keçiriləcəyi təqdirdə onun mülkiyyətində olan torpaq sahəsinin tikintiyə düşən hissəsinə dair kompensassiyasının tez bir zamanda ona ödəniləcək. Lakin torpaq sahəsi tikinti altına düşsə də buna baxmayaraq ona məxsus torpaq sahəsinə görə kompensassiya ona ödənilmədi. Məsələyə aydınlıq gətirmək üçün 13 fevral 2018-ci il tarixdə Azərbaycan Avtomobil yolları Dövlət Agetliyinin idarə Heyətinin sədrinə kompensassiyanın ödənilməsi üçün ərizə ilə müraciət etmiş, Azərbaycan Avtomobil yollan Dövlət Agentliyi 27 fevral 2018-ci il tarixli 1-3 16-1303 saylı məktubu ilə torpaq sahəsinin Agentlik tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində 2.763,8 kv. metr hissəsi layihələndirilən yolun tikintisi altına düşdüyü bildirilmişdir. Lakin kompensassiyamn ödənilməsi məsələsi ilə bağlı heç bir qeydləri olmamışdır. Göründüyü kimi bu məsələnin üzərindən artıq uzun illər keçməsinə baxmayaraq, yol tikintisi həyata keçirilmiş, lakin kompensassiya cavabdeh tərəfindən ona hələ də ödənilməmişdir. Vəziyyətin belə olması ona bir sahibkar kimi külli miqdarda ziyan vurmaqla, bütün işlərinə mane olur. Belə ki, həmin dövürdə bu torpaq sahəsini sahibkarlıq fəaliyyəti üçün - anbar, xidmət və ofis sahələri tikərək icarəyə verməklə gəlir əldə etmək üçün almışdır. Hətta torpaq sahəsində aparılacaq tikinti-quraşdırma işləri ilə əlaqədar eskiz layihə də hazırlanmışdı. Həmin ərəfədə torpaq sahəsi yol tikintisi altına düşdüyündən və kompensassiyamn veriləcəyi ümidi ilə bankdan kredit və ayrı-ayrı şəxslərdən borc vəsait alaraq başqa ərazidə torpaq sahəsi almışdır. Lakin verilməli olan kompensassiya verilmədiyindən maddi olaraq çətin vəziyyətə düşmüş, yeni aldığı ərazidə planlaşdırdığı tikinti-quraşdırma işləri bir neçə il yubanmış və banklara götürülmüş kreditlərə görə külli miqdarda faizlər ödəmişdir. Hal-hazırda da yol tikintisi altında qalmış torpaq sahəsinə görə ona kompensassiya ödənilməyib və həmçinin qeyd edilən torpaq sahəsinin onada qalan 1002.2 kv. metr hissəsinə dair yeni çıxarış alaraq oradan istifadə edə bilmir. Bu halla bağlı dəfələrlə şifahi ve ya yazılı müraciətlərinə baxmayaraq cavabdeh tərəfindən torpağa görə kompensassiya ödənilməmiş, hər dəfə müxtəlif bəhanələr gətirildi. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Müraciəti əsasında "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən göründüyü kimi ona məxsus olan Abşeron rayonu Masazir kəndi ərazisində yerləşən 0,3766 ha torpaq sahəsinin 21 iyun 2022-ci il tarixə bazar dəyəri 678.000 (altı yüz yetmiş səkkiz min) manat müəyyən edilmişdir. Bu səbəbdən də 0,3766 ha torpaq sahəsinin 0,27638 ha hissəsinin bu günə bazar dəyəri 497.572 manat təşkil edir. Eyni zamanda qeyd edilən kompensassiya məbləği ona vaxtında ödənilmədiyindən bu vəsaitlə görəcəyi işlərə görə, həmçinin kreditlərə görə ödədiyi faizlər səbəbində hesab edir ki cavabdeh tərəfindən ona əldən çıxmış faydanın əvəzi olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən illik 5 % uçot dərəcəsi nəzərə alınmaqla 7 il müddət üçün əlavə olaraq 174.150 manat vəsait ödənilməlidir. Bundan əlavə "xxxx" MMC tərəfindən qiymətləndirilmənin aparılması üçün ödənilmiş 300 manat, həmçinin 300 manat vəkil xəcləri də cavabdeh tərəfindən onun xeyrinə tutulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, vətəndaş İddiaçı məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən ilkin kadastr planı və ondan çıxarış sənədləri hazırlanmışdır. İlkin hazırlanmış kadastr planından müəyyən edilmişdir ki, mülkiyyətçiyə məxsus 0.3766 ha torpaq sahəsindən 2045.03 m2 hissəsi yolun tikintisi altına düşmüşdür. Hazırda “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yaranmış texniki zərurət ilə əlaqədar yeni tikililərin yolun ayrı-ayrı hissələrində, o cümlədən İddiaçı məxsus olan torpaq üzərində, layihələndirilməsi yenidən aparılır. Odur ki, yeni tikililər yolun Abşeron rayonu, Masazır qəsəbəsindən keçən hissəsinin layihələndirilməsi başa çatdıqdan və müvafiq icra orqanı tərəfindən təsdiq edildikdən sonra yolun tikintisi altına düşən maneələrə (yaşayış, qeyriyaşayış və torpaq sahəsi) görə kompensasiya məsələsinə baxılacaqdır. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası ilə əlaqədar iddiaçıya məxsus olmuş əmlakın bir hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” avtomobil yolunun layihələndirilməsi və tikintisi” altina düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmişdir. İddiaçıya cavab məktubunda bildirilmişdir ki, onun torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yaranmış texniki zərurət ilə əlaqədar yeni tikililərin yolun ayrı-ayrı hissələrinin layihələndirilməsi yenidən aparılmasına görə və başa çatdıqdan sonra müvafiq icra orqanı tərəfindən təsdiq edildikdən sonra yolun tikintisi altına düşən maneələrə (yaşayış, qeyriyaşayış və torpaq sahəsi) görə kompensasiya məsələsinə baxılacaqdır. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. Hesab edilir ki, iddiaçıya ünvanlanmış cavab məktubu kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. İddiaçı iddia ərizəsində torpaq sahəsinə görə, vurulmuş ziyanla bağlı, ümumilikdə 672.322 manat kompensasiya ona ödənilməsini tələb etmişdir. Bu məbləğlə razı deyillər, çünki hazırda daşınmaz əmlak (o cümlədən torpaq) bazarında qiymətlərin nəzərə alsaq, Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” altına düşən torpağın 672.322 manat qiymət real və ağlabatan görünmür. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 07 dekabr 2007ci il tarixli, 50 İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 689 nömrəli xx.xx.2007-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Həmin ərazidə layihə çərçivəsində yolun tikintisi altına düşən torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 50,4 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabatlar hazırlanmışdır. Yəni həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmış və mülkiyyətçilər həmin qiymətlə tamamilə razılaşmışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1612/2023 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu, Masazır kəndində yerləşən və yol tikintisi altına düşən 0,2763 ha torpaq sahəsi üçün 394.832 manat məbləğində kompensasiyanın və hüquqi yardım göstərilməsi üçün vəkilə xidmət haqqının əvəzi olaraq ödənilən vəsaitdən 100 manat pulun İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Avtomobil Yolları X7 hüquqi şəxsin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi iddiaçı dövlət ehtiyacları üçün geri alınan ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya ünvanladığı məktubunda kompensasiyanın ödənilməməsinə əsas kimi sözügedən layihə üzrə tikinti işləri başlanan zaman ziyan ilə bağlı kompensasiya ödənilməsi məsələsinə baxılacaqdır. Göstərilən tarixdən təqribən xeyli müddət keçməsinə baxmayaraq, kompensasiya iddiaçıya ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi yubadılır ki, bu halda iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən hüquqları pozulan şəxs kimi məhkəməyə müraciət etmək hüququ yaranmış, iddianın mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsinə dair qoyulan məsələ ilə bağlı məhkəmə tərəfindən Abşeron rayon 1 saylı Notariat Ofisinə sorğu göndərilmiş və notariat ofisinin 3075 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş alqı-satqı müqavilələrindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.0072 ha torpaq sahəsi 28.600 manata satılmış, xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.0062 ha torpaq sahəsi 35.000 manata satılmış, xx.xx.2023-cü il tarixli, AN-İ N 146101 saylı alqısatqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.045 ha torpaq sahəsi 5000 manata satılmışdır. Təqdim edilmiş alqı-satqı müqavilələrindən üçünü seçməklə, o cümlədən xx.xx.2021-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.0072 ha torpaq sahəsi 28.600 manata (1 sotu 20.059 m) satılmış, xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.0062 ha torpaq sahəsi 35.000 manata (1 sotu 21.700 m) satılmış, xx.xx.2023-cü il tarixli, AN-İ N 146101 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.045 ha torpaq sahəsi 5000 manata (1 sotu 1.111 m) satılmış alqı-satqı müqavilələri üzrə bir sotunun qiymətini müəyyən etməklə, yəni 1-ci – 0.0072 sot 28.600 manat, 2-ci – 0.0062 sot 35000 manat, 3-cü – 10 sot 5000 manat olmaqla, 1 sotun orta qiyməti təqribən (21.700+20.059+1.111=42.870:3=14.290) 14.290 manat edir. İddiaçının mülkiyətində olan torpaq sahəsindən 0.2763 sotu tikinti altına düşüdüyünü nəzərə alaraq torpaq sahəsinin qiyməti 394.832 manat (14.290 x 27.63 = 394.832) təşkil edəcəkdir. Notariat ofisi tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələrindən məhz yuxarıda qeyd edilən üç müqaviləyə istinad olunması mübahisəli torpaq sahəsinin infrastruktur baxımından çox əlverişli yerdə yerləşməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçının mülkiyyətində olmuş torpaq sahəsinin sahibkarlıq məqsədi üçün ayrılması, iddiaçı tərəfindən həmin torpaq sahəsində iri anbar binasının inşa edilməsinin nəzərdə tutulması (eskiz lahiyəsi mövcuddur) o, cümlədən həmin ərizinin ətrafında çoxsaylı Sahibkarlıq obyektlərinin (fabrik, zavodlar və s.) mövcud olması torpağın dəyərinin Masazır kəndinin digər ərazilərindən daha yüksək olmasına dəlalət edir. İddia tələbinin torpaq sahəsinin qiymətləndirilməsinin aparılması üçün özəl ekspert şirkətinə ödənilmiş 300 manatın verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mövcud məhkəmə təcrübəsinə əsasən torpaq sahəsinin bazar dəyəri eyni ərazi üzrə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında müəyyən olunduğuna görə və "xxxx" MMCnin müvafiq qiymətləndirmənin aparılması üçün rəyin torpağın dəyərinin qiymətləndirməsi zamanı nəzərə alınmadığına görə həmin vəsaitin cavabdeh təşkilatdan tutulması yolverilməzdir. Kompensassiyanın vaxtında ödənilməməsi nəticəsində əldən çıxmış fayda olaraq 174.150 (yüz yetmiş dörd min yüz əlli) manatın ödənilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, qeyd olunan torpaq sahəsinin üzərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və torpaq sahəsinin yol tikintisi altına düşməsi nəticəsində mənfəətdən məhrum edilməsi ilə bağlı hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir. Başqa sözlə desək iddiaçı tərəfindən inşa etdirmək niyyətində olan tikilinin inşa edilərək təyinatı üzrə istifadə edilib gəlir verməsi mücərrəd xarakterlidir.Bu səbəbdən də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçıya ona ayrılmış torpaq sahəsinin dövlət ehtiyacları ilə əlaqədar alınması üçün dəymiş maddi ziyan 394.832 manat məbləğindədir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının kompensassiya tələbi ilə bağlı tələbi qismən əsaslıdır. Göstərilənlərə əsasən 394.832 (üç yüz doxsan dörd min səkkiz yüz otuz iki) manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi qismən təmin edildiyinə görə iddiaçı tərəfindən vəkilə hüquqi yardım üçün ödənilən 130 manat puldan 100 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qərarı əsasən əsassız, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, birinci instansiya məhkəməsi isə "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun 58-ci maddəsinə İstinad etməklə, həmçinin mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsinə dair qoyulan məsələ ilə bağlı məhkəmə tərəfindən Abşeron rayon 1 saylı Notariat Ofisinə göndərilmiş sorğuya notariat ofisinin 3075 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş alqı-satqı müqavilələrinə (xx.xx.2021-ci il tarixli, AN- İN ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.0072 ha torpaq sahəsi 28.600 manata satılmış, xx.xx.2022-ci il tarixli, AN-İ N 1114272- saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.0062 ha torpaq sahəsi 35.000 manata satılmış, xx.xx.2023- cü il tarixli, AN-İ N 146101 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.045 ha torpaq sahəsi 5000 manata satılmışdır.) istinad etməklə hesab etmişdir ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən üçünü seçməklə, o cümlədən xx.xx.2021-ci il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.0072 ha torpaq sahəsi 28.600 manata (1 sotu 20.059 m) satılmış, xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.0062 ha torpaq sahəsi 35.000 manata (1 sotu 21.700 m) satılmış, xx.xx.2023-cü il tarixli, AN-İ N 146101 saylı alqısatqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.045 ha torpaq sahəsi 5000 manata (1 sotu 1.111 m) satılmış alqı-satqı müqavilələri üzrə bir sotunun qiymatini müəyyən etməklə, yəni 1-ci -0,0072 sot 28.600 manat, 2-ci-0.0062 sot 35000 manat, 3-cü 10 sot 5000 manat olmaqla, sotun orta qiyməti təqribən (21.700+20.059+1.111=42.870 : 3=14.290) 14.290 manat edir. İddiaçının mülkiyətində olan torpaq sahəsindən 0.2763 sotu tikinti altına düşüdüyünü nəzərə alaraq torpaq sahəsinin qiyməti 394.832 manat (14.290 x 27.63 394.832) təşkil edəcəkdir. Ona görə də iddiaçının kompensassiya tələbi ilə bağlı tələbi qismən əsaslıdır. Həmçinin birinci instansiya məhkəməsi kompensassiyanın vaxtında ödənilməməsi nəticəsində əldən çıxmış fayda olaraq 174.150 manatın ödənilməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı qeyd olunan toıpaq sahəsinin üzərində sahibkarlıq fəaliyyətinin heyata keçirilməsi va torpaq sahəsinin yol tikintisi altına düşməsi nəticəsində mənfəətdən məhrum edilməsi ilə bağlı hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir. Başqa sözlə desək iddiaçı tərəfindən inşa etdirmək niyyətində olan tikilinin inşa edilərək təyinatı üzrə istifadə edilib gəlir verməsi mücərrəd xarakterlidir. Bu səbəbdən da iddia taləbi həmin hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən hüqüq normaları müəyyən hissədə düzgün tətbiq edilsə də işdə olan sübutlara, sənədlərə tam olaraq qiymət verilməmiş, Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunvericilik aktlarının pozulmasına yol verilmiş və nəticədə qismən ədalətsiz qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan yekun qərar qəbul edərək hüquqlarımı tam olaraq bərpa etməmişdir. Belə ki, məhkəmə gəldiyi nəticənin əsası kimi notariat ofisindən verilmiş cavaba əlavə edilmiş torpaq sahələrinin alqı-satqı müqavilələrindəki qiymətlərə istinad etməklə riyazi hesablama aparıb mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə toıpaq sahələrinin 1 sotunun qiymətini 14.290 manat olaraq müəyyən edib ödənilməli kompensasiyanın ümumi məbləğinin isə 394.832 manat olaraq hesablamışdır. Əslində isə məhkəmə bu hissədə mexanizm olaraq gəldiyi qənaət doğru olsa da riyazi hesablamada səhvə yol vermiş, həmçinin cavabdeh qurumun özünün də etizanda qeyd etdiyi "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 07 dekabr 2007-ci il tarixli, 50İHQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 689 nömrəli xx.xx.2007- ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən dövlet ehtiyacları üçün alman daşınmaz amlakm mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymatinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir halını nəzərə almamışdır. Belə ki, məhkəmə tərəfindən Abşeron rayon 1 saylı Notariat Ofisine göndərilmiş sorğuya notariat ofisinin 3075 nömrəli, xx.xx.2023-cü il tarixli maktubuna əlavə edilmiş alqı-satqı müqavilələrində xx.xx.2021-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.0072 ha torpaq sahəsi 28.600 manata, yəni 1 sotu 39.722 manata (bu torpaq sahəsinin 1 sotunu məhkəmə səhv olarq 20.059 manat kimi hesablamışdır) satılmış, xx.xx.2022-ci il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.0062 ha torpaq sahəsi 35.000 manata, yəni 1 sotu 56.452 manata (bu torpaq sahəsinin 1 sotunu məhkəmə səhv olarq 21.700 manat kimi hesablamışdır) satılmış, xx.xx.2023-cü il tarixli, AN¬İN 146101 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.045 ha torpaq sahəsi 5000 manata, yəni 1 sotu 1.111 manata satılmış alqı-satqı müqavilələri üzrə bir sotunun qiymatini müəyyən etməklə, yəni 1-ci 0.0072 ha 28.600 manat, 2-ci 0.0062 ha 35000 manat, 3-cü 0,045 ha 5000 manat olmaqla, sotun orta qiyməti təqribən (39.722+56.452+1.111 = 97.285 : 3 = 32.428) 32.428 manat edir və bu məbləğlə də mülkiyətimdə olan torpaq sahəsindən 0.2763 sotu tikinti altına düşüdüyünü nəzərə alaraq torpaq sahəsinin qiyməti 895.986 manat (32.428 x 27.63 = 895.986) təşkil edəcəkdir. Həmçinin dövlət ehtiyacları üçün alman daşınmaz amlakm mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymatinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsini nəzərə alsaq mülkiyətimdə olan torpaq sahəsinin tikinti altına düşən 0.2763 sotunun dəyəri 1.075.183 manat (895.986 + 20 % = 1.075.183) təşkil edəcəkdir. Həmçinin məhkəməsi kompensassiyanın vaxtında ödənilməməsi nəticəsində əldən çıxmış fayda olaraq 174.150 manatın ödənilməsinə münasibətdə iddiaçı olaraq qeyd olunan torpaq sahəsinin üzərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi va torpaq sahəsinin yol tikintisi altma düşməsi nəticəsində mənfəətdən məhrum edilməyi ilə bağlı hər hansı bir dəlil məhkəməyə təqdim etmədiyini qeyd edərək inşa etdirmək niyyətində olduğu tikilinin inşa edilərək təyinatı üzrə istifadə edilib gəlir verməsini mücərrəd xarakterli qəbul edərək, iddia tələbini həmin hissədə təmin etməmişdir. Lakin həmin torpaq sahəsində inşaat işləri aparılması ilə əlaqədar müvafiq dövlət qurumlarından qanunvericiliyin tələblərinə uyğun icazələr alınmış, layihə təsdiq edilmiş və bu işlərin artıq müəyyən hissəsi vəsait sərf edilərək icra edilmişdi, eyni zamanda bu halı təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdi (əlavə olaraq bir daha apellyasiya şikayətinə əlavə edəcəm). Bu səbəbdən məhkəmənin əldən çıxmış faydaya münasibətdə qənaəti düzgün deyil və iddianın bu hissəsi də təmin edilməlidir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmaqla, iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı mübahisə açdığı və iddia ərizəsinin məzmunundan göründüyü kimi mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsinə görə kompensasiya ödənilməsini tələb edir. İddia tələbi zəruri şərtlər olduqda əsaslıdır.a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst- üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün qiymət verməyərək iddianı qismən təmin etmişdir. İlk növbədə məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə görə neçə kvadrat metr sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” altına düşmüş və düşən hissənin planı, ölçüləri və koordinatları göstərilməklə, tam müəyyənləşdirilməmiş və natamam araşdırma aparılmışdır. İddiaçıya məxsus torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində AR ƏMDK Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış ilkin kadastr planına əsasən yolun tikintisi altına düşən torpaq sahəsi 2045.03 kv.m. təşkil edir. Lakin layihəsi çərçivəsində yaranmış texniki zərurət ilə əlaqədar (su borusunun köçürməsiylə bağlı) təxmini 700 kv.m. torpaq sahəsi avtomobil yolunun, tikintisi altına düşməsi ehtimal olunur. Eyni zamanda iddiaçıya hesablanmış 394.832 manat məbləğində kompensasiya manat kompensasiya real və ağlabatan görünmür. Məhkəmə mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsinə dair qoyulan məsələ ilə bağlı məhkəmə tərəfindən Abşeron rayon 1 saylı notariat ofisinə sorğu göndərmiş və notariat ofisinin 3075 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş alqı-satqı müqavilələrindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.0072 ha torpaq sahəsi 28.600 manata satılmış, xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.0062 ha torpaq sahəsi 35.000 manata satılmış, xx.xx.2023-cü il tarixli, AN-İ N 146101 saylı alqı- satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.045 ha torpaq sahəsi 5000 manata satılmışdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən üçünü seçməklə, o cümlədən xx.xx.2021 -ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.0072 ha torpaq sahəsi 28.600 manata (1 sotu 20.059 m) satılmış, xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.0062 ha torpaq sahəsi 35.000 manata (1 sotu 21.700 m) satılmış, xx.xx.2023-cü il tarixli, AN-İ N 146101 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində olan 0.045 ha torpaq sahəsi 5000 manata (1 sotu 1.111 m) satılmış alqı-satqı müqavilələri üzrə bir sotunun qiymətini müəyyən etməklə, yəni 1ci - 0.0072 sot 28.600 manat, 2-ci - 0.0062 sot 35000 manat, 3-cü - 10 sot 5000 manat olmaqla, 1 sotun orta qiyməti təqribən (21.700+20.059+1.111=42.870:3=14.290) 14.290 manat edir. İddiaçının mülkiyətində olan torpaq sahəsindən 0.2763 sotu tikinti altına düşüdüyünü nəzərə alaraq torpaq sahəsinin qiyməti 394.832 manat (14.290 x 27.63 = 394.832) təşkil edəcəyini nəticəyə gəlmişdir. Lakin müqavilələrə nəzər yetirəndə göstərilən müqavilələrin tarixləri 2021-2023-cü illər təşkil edir. Torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir və bununla belə siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Məhkəmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı lazımi araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlar kimi notariuslara və notariat arxivlərinə sorğular verməmiş, torpağın bazar qiymətini qanunvericiliyin tələb etdiyi qaydada müəyyən etməmiş, və torpaqların carı bazar qiymətini araşdırarkən kifayətlənmişdir. Lakin əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı- satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir. Həmin Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Hazırkı iş üzrə də torpağın siyahıya alınma tarixini məhkəmə tərəfindən müəyyən edilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinə tərəfimizdən verilən etirazda qeyd edilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Masazır kəndinin ərazisində yolun tikintisi altına düşən torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 (bir) kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə 20 faiz əlavələrlə birlikdə 50,4 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabatlar hazırlanmışdır. Beləliklə qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilməsi və qiymətləndirilməsinin rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Lakin məhkəmə, əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. Ödənilməli olan kompensasiyanın məbləği cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi kimi qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan məktubları mötəbər sübut kimi qəbul etməklə iddianı qismən təmin etməklə kifayətlənmişdir və bununla qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı etirazda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi Vəkil iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, iddiaçının apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, cavabdehin apellyasiya şikayətini müdafiə edərək, öz izahatında cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Maddə 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007ci il tarixli, 689 nömrəli Fərmanı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1.1. Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1 və 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı protokol. Maddə 1. Mülkiyyət hüququ. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməklə, ləğv edilən hissədə iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya məxsus olan 0,3766 ha torpaq sahəsinin 0,27638 ha hissəsinin dəyəri olan 497.572 manat kompensassiyanın, kompensassiyanın vaxtında ödənilməməsi nəticəsində əldən çıxmış fayda olaraq 174.150 manatın, qiymətləndirilmənin aparılması üçün ödənilmiş 300 manat, həmçinin 300 manat vəkil xəclərinin ödənilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti işləri müvəqqəti dayadırılmışdır, layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunacaqdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz hallarından görünür ki, sözügedən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı ona məxsus torpaq sahəsinin tikinti altına düşən hissəsinin 0,27638 ha olduğunu, kompensasiya məbləğinin bazar qiyməti əsas götürülməklə, müəyyən edilməli olduğunu, habelə həmin kompensasiya məbləği ona ödənilmədiyindən və görə biləcəyi işlərə görə əldən çıxmış fayda qismində ona pul vəsaitinin öədnilməsini istəyir. Cavabdeh inzibati orqan isə iddiaçıya məxsus torpaq sahəsinin 2045,03 kv.m hissəsinin tikinti altına düşdüyünü, gələcəkdə vəsait ayrıldığı halda, kompensasiya məsələsinə baxılmasının mümkün olduğunu, həmin ərazidə digər şəxslərə ödənilməli olan kompensasiya məbləğinin əlavələrlə bilrikdə 50,4 manat məbləği əsas götürülərək, hesablandığını bildirmişdir. Məhkəmə kollegiyası ilk növbədə yolun tikitisi lahiyəsi altına düşən torpaq sahəsinin ölçüsü ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 0,3766 ha torpaq sahəsinin 0,2187 ha hissəsinin yolun tikitisi altına düşdüyü və 0,0413 ha hissəsinin avtomobil yolunun mühafizəsi zonasında yerləşdiyi, nəticə etibarilə ümumilikdə 0,26 ha hissəsinin yolun tikinti layihəsi altına düşdüyü müəyyən edilmişdir. İddiaçı yolun tikinti layihəsi altına düşən torpaq sahəsinin ölçüsünün 0,27638 ha olduğunu, cavabdeh isə 0,2045 ha olduğunu qeyd etsə də, həmin hala dair heç bir mötəbər sübut təqdim edilməmiş, habelə iş materiallarında olan mütəxəssis rəyi və ona əlavə olunan sənədlər əsasında həmin hal təkzib olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq tikinti altına düşən torpaq sahəsinin ölçüsü kimi 0,2763 ha əsas götürülmüş, bu istiqamətdə hər hansı araşdırma aparılmamış, bununla da həmin hissədə (0,26 ha torpaq sahəsindən artıq olan hissədə) işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının məhz 0,26 ha torpaq sahəsindən məhrum olması halı müəyyən edilməklə, bu hal öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qərarı 0,26 ha torpaq sahəsindən artıq olan hissədə (0,0163 ha) torpaq sahəsinə görə kompensasiya məbləğinin ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası iddiaçıya həmin torpaq sahəsinə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı onu qeyd edir ki, iddiaçının həmin torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Qanunvericinin iradəsinə görə inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər.Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş).Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1- ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər. İddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya ödənilməli olan kompensasiya məbləği məhkəmə sorğusu əsasında 2020-2023-cü illərə aid dövr üzrə notarial qaydada bağlanılmış alqı-satqı müqvailələri tələb edilmiş, həmin müqavilələr üzrə orta qiymət- 1 sotun qiyməti 14290 manat əsas götürülməklə, müəyyən edilmişdir. Məhkəmə kollegiyası brinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Nəzərə almaq lazımdır ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. Kollegiya qeyd edir ki, nəzərə alınmalıdır ki, əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1- 58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir. Bununla bağlı, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı müvafiq notariat oqanına sorğu ünvanlansa da, həmin sorğuda torpaq shaəsinin geri alındığı vaxta aid dövr deyil, məhkəmə mübahisəsinin mövcud olduğu dövr üzrə əvvəlki üç illik müddəti-2020-2023-cü illəri əhatə edən dövr üzrə alqı-satqı müqavilələri tələb edilərək, həmin müqavilələr əasında orta qiymət müəyyən edilmişdir. Bu hal isə yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə və mövcud vahid məhkəmə təcrübəsinə uyğun olmamışdır. Başqa sözlə desək, birinci instansiya məhkəməsi tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun olaraq torpaq sahəsinin bazar qiyməti ilə bağlı lazımi araşdırma aparmamış, torpağın bazar qiymətini qanunvericiliyin tələb etdiyi qaydada müəyyən etməmişdir. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Hazırkı iş üzrə də torpağın siyahıya alınma tarixini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin alınmaya məruz qalması isə 2011-2015-ci illərdə baş verdiyindən məhkəmə kollegiyası tərəfindən ərazi üzrə Abşeron rayon 1 saylı və 2 saylı Dövlət Notariat Kontoruna, habelə Dövlət Notariat Arxivinə sorğu edilərək, ünvan 1i ünvanında yerləşən mübahisəli kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü sahibkarlıq) torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə alınan Masazır kəndində yerləşən kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü sahibkarlıq) torpaq sahələrinə dair 2011-2015-ci illər üzrə notariat qaydada təsdiq edilmiş ən azı 3 ədəd alqı-satqı müqaviləsinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilən 2011-2015-ci il tarixli alqı-satqı müqavilələrin təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində 2011-ci ildə həyata keçirilən zamanı 1kv.m. torpaq sahəsinin bazar qiyməti müvafiq olaraq 13,3 manat, 11,88 manat, 9,9 manat, 2012-ci ildə 11,6 manat, 2,8 manat, 2,5 manat, 3,44 manat 2013-cü ildə 6,6 manat, 31,4 manat,3,3 manat 2014-cü ildə 13,3 manat, 2015-ci ildə 49 manat olmuşdur. Yuxarıda istinad edilən alqı-satqı müqavilələrinə əsasən, 1 kv.m. torpağın 3 ən yüksək qiymətinə 13,3, 31,4 və 49 manat aid edildiyindən, onların orta göstəricisi (13,3+31,4+49)/3= 31,2 manat) 31,2 manat edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən məlumatdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Masazır qəsəbəsində tikinti altına düşən torpaq sahələri dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış bazar qiymətinin 20%-i miqdarında əlavə nəzərə alınmaqla, torpaq sahəsinin 1 sotu üçün 5040 manat məbləğində qiymətləndirilmişdir. Həmçinin, cavabdeh etiraz və apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, layihə çərçivəsində yolun tikintisi altına düşmüş torpaq sahələrinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.m torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə, mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 50,40 manat məbləğində kompensasiya hesablanmışdır. Məhkəmə kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən, alqı-satqı müqavilələri əsasında müəyyən etdiyi bazar qiymətinin (31,2 manat) cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən qoyulmuş və digər mülkiyyətçilərə ödədiyi qiymətə (20% əlavə ilə birlikdə 50,40 manat) münasibətdə aşağı məbləğ olduğunu nəzərə alaraq, hesab edir ki, ödənilməli olan kompensasiyanın məbləği cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmalıdır. Odur ki, kollegiya hesab edir ki, iddiaçıya 0,26 ha torpaq sahəsinin zəbt edilməsinə görə 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla, ümumilikdə, 131040 manat (2600 x 50,40) kompensasiya ödənilməlidir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə gəldiyi nəticə işin hallarına və qanunvericilik normasının tələbinə uyğun olmamışdır. Nəticə etibarilə cavabdehin apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslı olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri isə həmin hissəsə əsaslı olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində yalnız kompensasiyanın məbləğinə dair məsələ cavabdeh tərəfindən mübahisələndirilsə də, şikayətdə birinci instansiya məhkəməsinin qərarının qismən deyil, tam ləğv edilərək iddianın rədd edilməsini xahiş edilmiş, qərarın tam ləğvinə dair tələb isə əsaslandırılmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin digər dəlilləri ilə bağlı onu qeyd edir ki, iddiaçı apellyasiya şikayətində müvafiq məbləğdə əldən çıxmış fayda qismində ona kompensasiya ödənilməsinə aid hissədə də məhkəmə qərarını mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı hüququnun pozulmadığı halda, onun əldə edə biləcəyi gəlirlərinin mövcud olması və ondan məhz cavabdehin hərəktələri nəticəsində məhrum olması halına dair heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, qeyd edilən hissədə sübutetmək yükü məhz iddiaçının üzərinə düşmüşdür. Mülki qanunvericiliyin tələbinə əsasən əldən çıxmış fayda qismində zərərin vurulması halı mövcud olmalı, habelə həmin zərər məhz cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməli, vurulmuş zərərlə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqə olmalıdır. İndiki halda isə iddiaçı həmin halları "ümumi sözlər" şəklində ifadə edərək, heç bir mötəbər dəlilə əsaslandırmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri həmin hissədə də əsassız olmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin məzmununda yalnız kompensasiya məbləği və əldən çıxmış fayda ilə bağlı məbləğin ona ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin qərarını mübahisələndirsə də, məhkəmə qərarının dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İddia tələbində isə qiymətləndirmə ilə bağlı xərcin və hüquqi yardım göstərilməsi ilə bağlı xərcin ödənilməsinə dair tələb də mövcud olmuş, birinci instansiya məhkəməsinin qərarı ilə həmin hissədə iddia tələbi qismən təmin edilmişdir (qiymətləndirmə xərcinə aid hissədə təmin edilməmişdir). Məhkəmə kollegiyası hesab edir ki, indiki halda apellyasiya şikayətinin məzmununda iddiaçı tərəfindən həmin hissə mübahisələndirilmədiyindən, tələbi isə əsaslandırılmadığından, iddiaçının apellyasiya şikayəti həmin hissədə də təmin edilməməlidir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarı tikinti altına düşən torpaq sahəsinin ölçüsü və kompensasiyanın məbləğinə aid hissədə ləğv edilməli, ləğv edilən həmin hissədə iddia qismən təmin edilməli, iddiaçıya məxsus 0,26 ha torpaq sahəsi üçün 131040 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi cavabdehin üzərinə öhdəlik qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1612/2023 nömrəli qərarı qismən ləğv edilsin, ləğv edilən hissədə iddia qismən təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,26 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 131040 (yüz otuz bir min qırx) manat məbləğində kompensasiyasının İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-118/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-118/2024
25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver