Məhkəmə qərarları › İş №2-1(105)-1186/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1186/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1186/2025 02.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4568/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seriyalı, 000***** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-nin xx.xx.2024-cü il tarixli, 73 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2014 (əmr48 07.08.14)-xx.xx.2015(əmr 53 27.08.15), xx.xx.2017(əmr 12 03.04.17)-01,07.2019 ( əmr 54 01.07.19), xx.xx.2019 (əmr 42 02.12.19)-xx.xx.2021 (əmr 08 01.02.21) tarixlərdə Sumqayıt Poladkonstruksiya Quraşdırma ASCdə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993 tarixli, 320 saylı qərarın 2 saylı əlavəsinin XXVİlbəndinin 2290000a-14612 şifrinə əsasən polad və dəmir beton konstruksiyaların quraşdırıcılarına 2-cı siyahı ilə pensiya hüququ verir. X10 QSC-nin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2011 -d il tarixində "X10" QSC-nin (bundan əvvəl "X10" MMC-nin) Təkrarqarametal tədarükü sahəsinə qazla kəsici vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə xx.xx.2014-cü il tarixində yenidən əmək müqaviləsi bağlanaraq Təkrarqarametal tədarükü sahəsinə qazla kəsici vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə qanunveridliyin tələbləri gözlənilməklə xitam verilmişdir. xx.xx.2021-d il tarixində İddiaçı ilə növbəti dəfə əmək müqaviləsi bağlanaraq Energetiklər xidmətinə Poladəritmə və yayma avadanlıqlarının quraşdırılması və təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixində Energetiklər xidmətinin, Su və qaz təsərrüfatına xidmət sahəsinə Təmirçi-çilingər vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin sahədə əmək fəaliyyətini davam etdirir. Qeyd edilmiş peşələr (vəzifələr) hazırda "X10" QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması) bəndinin a) Fəhlələr yanmbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorlan" və 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarmm təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) Fəhlələr yanmbəndində "təmirçi çilingərlər" peşələri. İddiaçı "çilingər" və "təmirçi çilingər" kimi Cəmiyyətin Poladəritmə və Yayma sexlərində isti və zərərli iş şəraitində bütün növ enerji daşıyıcıların boru kəmərlərində armaturların, cihazların və digər avadanlıqların quraşdırılması, Yayma sexində olan təkrarqızdırma sobalarının qazla təmin edilməsi, təkrarqızdırma sobalarının odluqlarının saz vəziyyətdə saxlanması, yayma sexlərində qəfəslərdən keçən metalın su ilə soyudulması sisteminin saz vəziyyətdə saxlanması, Poladəritmə sexində elektrik qövs sobasının və fasiləsiz pəstah tökmə maşınının su ilə soyudulması sistemlərinin saz vəziyyətdə saxlanması, təmirə ehtiyacı olan avadanlıqların vaxtında təmir edilməsi, ona təhkim olunmuş avadanlıq və mexanizmlərin texniki saz və qüsursuz işləmələrinin təmin edilməsi ilə məşğul olmuşdur. S.M.Q.-2 MMC-nin xx.xx.2024-cü il tarixli, 03 nömrəli arayışdan görünür ki, İddiaçı Söhbət oğlu həqiqətən "xxxx" MMC-də 28 avqust 1985-ci il tarixdən 2-ci dərəcəli quraşdırıcı çilingər vəzifəsinə qəbul edilmiş (Əmr 54\k xx.xx.1985) xx.xx.1988-ci ildə 3-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş(Əmr 01\k xx.xx.1988),xx.xx.1989-cu ildə 4-ci dərəcəli quraşdırıcı çilingər keçirilmişdir.(Əmr 66\k xx.xx.1989), xx.xx.2002-ci ildə Az.Resp.ƏM-nin 69 cu maddənin 1 -ci bəndinə əsasənən öz xahişi ilə işdən azad edilib. (Əmr 11\k xx.xx.2002) ci il. Yenidən xx.xx.2003 cü il tarixdə 5 cı dərəcəli quraşdırıcı çilingər vəzifəsinə qəbul edilmişdir (Əmr 58\k xx.xx.2003). xx.xx.2003 cü ildə 69- cu maddənin 3 cü bəndinə əsasənən işdən azad olunmuşdur. İşlədiyi vəzifə üzrə sosial siğorta (əmək) stajı 10 il 5 ay təşkil edir. İşlədiyi vəzifə üzrə güzəştli şərtlərlə əlavə olunmuş arayışa əsasən 1850 gün təşkil edir. 01 iyun 1995-ci ildən 10 iyun 2002-cı il tarixinə qədər ödənişsiz öz hesabına məzuniyyətdə olmuşdur. Bu müddət ödəniş olmadığına görə sosial staj hesablanmır. Quraşdırıcı çilingəri vəzifəsinin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahmin 35-ci bəndinə /(yarımbəndinə) 20300000- 18559 vəzifə koduna uyğundur. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubundan görünür ki, güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 1 ay 14 gün (xx.xx.2011-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2021 xx.xx.2024-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2017-01.07,2019-cu il və xx.xx.2019xx.xx.2020-ci il)) təşkil edir. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2006-cı il tarixindən bugünədək sizə münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabınızın sığorta hissəsində 2020-ci il üzrə 8 ay, 2021 -ci il üzrə 2 ay (ümumilikdə 10 ay) öz əksini tapmadığı müəyyən edilib. Göstərilən səbəbdən də, yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları sizin iş stajınıza daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci ildən xx.xx.1995-ci ilədək və xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək olan dövrlər güzəştli iş stajına daxil edilməklə, ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 60 yaşdan, yəni 2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək kitabçasında qeyd olunan iş stajı xx.xx.1981-ci il tarixdən başlayır və xx.xx.2024-cü il tarixə qədər qeyd olunmuşdur. Həmçinin hərbi xidmətdə olduğu dövrləri, yəni 1983-cü ilin aprel ayından 1985-ci il tarixini nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 2 saylı əlavəsinin 27-ci bəndinə əsasən, polad və dəmir beton konstruksiyaların quraşıdırıcılarına 2-ci siyahı pensiya hüququ verir. Ona güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Cavabdehin iddia tələbinə dair ərizəsinin dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı əmək kitabçasının və digər sənədlərin surətinə əsasən, güzəştli iş stajı 12 il 6 aydan az (10 il 1 ay 4 gün (xx.xx.2011xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2021-xx.xx.2024-cü il, xx.xx.2014-xx.xx.2015ci il, xx.xx.2017-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il və xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) olduğundan müraciətinin müsbət həlli mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2016-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi hesabının sığorta hissəsində 2020-ci il üzrə 8 ay, 2021-ci il üzrə 2 ay (ümumilikdə 10 ay) öz əksini tapmadığı müəyyən edilmişdir. Göstərilən səbəbdən də, yuxarıda qeyd edilən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, sözügcdon dövr iddiaçının sığorta stajına daxil edilsə belə, güzəştli iş stajı qanunla tələb edilən 12 il 6 aya tamamlanmır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4568/2025 nömrəli, xx.xx.2025-ci il qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1995-ci ilədək və xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək işlədiyi dövrün güzəştli iş stajına daxil edilməklə hüququnun yarandığı vaxtdan, yəni 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, İddiaçı xx.xx.2024-cü il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Həmçinin, cavabdeh tərəfindən iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması mübahisələndirilməmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının iş yeri üzrə təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının hərbi xidmət dövrü, təhsil illəri də daxil olmaqla ümumi iş stajı 25 ildən çoxdur. Cavabdehin yanaşması siyahıda qeyd edilənlərə formal yanaşma olmaqla iddiaçının pensiya hüququnun məhdudlaşması ilə nəticələnmişdir. Siyahıda qeyd edilmiş peşənin sözbəsöz uyğunluğu deyil, iddiaçının işlədiyi işin xarakteri, görülən işin xüsusiyyətləri nəzərə alınaraq zərərli və ya ağır iş olması müəyyən edilməklə məsələyə qiymət verilməlidir. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair plenum qərarı). Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajı olmadığından və pensiya kapitalı tələb olunan məbləğdən aşağı olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə qərarında qeyd edildiyi kimi, əmək kitabçasındakı müəyyən dövrlərlə bağlı qeydlərin düzgün və qanunvericiliyə uyğun doldurulmaması, işə qəbul və işdən azad edilmə tarixləri arasında uyğunsuzluqlar mövcuddur ki, bu da həmin dövrlərin sosial sığorta stajına daxil edilməsini şübhə altına alır. Məhkəmə gedişində təqdim edilən "xxxx" MMC-nin X2 dair 7 may 2025-ci il tarixli 03 nömrəli arayışında xx.xx.1985-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi adıçəkilən şəxsin işlədiyi sahə və vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan sahə və vəzifəyə aid deyil. Eyni zamanda İddiaçı işlədiyi vəzifə Siyahıda nəzərdə tutulan ümumi peşələr bölməsində də nəzərdə tutulmayıb. Göstərilən səbəblərdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (10 il 1 ay 14 gün (xx.xx.2011-xx.xx.2014-cü il, xx.xx.2014- xx.xx.2014-cü il, xx.xx.2014- xx.xx.2015-ci il, xx.xx.2017-xx.xx.2019- cu il, xx.xx.2019-xx.xx.2020-ci il və xx.xx.2021- xx.xx.2024-cü il)) təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının tələbi 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarət olmuşdur ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə güzəştli iş stajının 12 il 6 aydan az olmasını əsas gətirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş stajına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması halı mübahisələndirilməmişdir. Bundan əlavə, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında olan qeydlər, hərbi xidmət illərini nəzərə aldıqda iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması halı öz təsdiqini tapır. İndiki halda cavabdeh inzibati orqan iddiaçı barəsində qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik olması halı mübahisələndirilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə 10 il 1 ay 14 gün güzəştli iş stajına malik olduğunu qəbul edir, 2020-cii il üzrə 8 ay, 2021-ci il üzrə 2 ay üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən, nəzərə alınmamış, habelə iddiaçının işlədiyi və əmək kitabçasında əks olunmuş xx.xx.1985-xx.xx.1995-ci ilədək, xx.xx.2002-ci ildən xx.xx.2003-cü il tarixədək işlədiyi dövrləri nəzərə almamışdır. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, indiki halda cavabdeh həmin dövrü güzəştli iş stajı kimi nəzərə almamasını həmin peşənin müvafiq Siyahı üzrə qeyd edilmiş peşə ilə uyğun olmasının müəyyən edilməməsi ilə əsaslandırmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi dövrlər üzrə iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək "xxxx"MMC-də quraşdırıcı çilingər peşəsində işləmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, işəgötürən müəssisə tərəfindən həmin dövrlə bağlı iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmasına dair arayış təqdim edilmiş, arayışın məzmununda iddiaçının işlədiyi güzəştli iş stajının 1850 gün təşkil etdiyi, xx.xx.1995-ci ildən xx.xx.2002-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu, işlədiyi zərərli sexlər barədə cədvəl təqdim edilmiş, müvafiq Siyahı üzrə 35-ci bəndin 20300000-18559 vəzifə koduna uyğun olduğu qeyd edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2002-ci ildən Dövlət Neft Şirkəti təərfindən təsis edilmiş X9 LTD-də boru-quraşdırıcısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2003-cü il tarixədək həmin peşədə işləmişdir. Bununla bağlı qeyd edilməlidir ki, işəgötürən tərəfindən iddiaçının görüdüyü işin xarakterinin məhz zərərli sahə olması və həmin koda uyğun olmasına aydınlıq gətirilərək, bu barədə məlumat təqdim etmişdir. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir sübut təqdim edilməmiş, formal yanaşma tətbiq etmişdir. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya münasibətdə mübahisəli dövrlərdə quraşqıdırıcı çilingər peşəsində işlədiyi dövrləri güzəştli iş stajı kimi nəzərə almaqda haqlı olmuşdur. Göründüyü kimi iddiaçıya münasibətdə cavabdehin mübahisələndirmədiyi güzəştli iş stajına aid dövrlə (10 il 1 ay 14 gün) birlikdə mübahisələndirilən dövr (xx.xx.1985-xx.xx.1995-ci ilədək, xx.xx.2002-ci ildən xx.xx.2003-cü il tarixədək) güzəştli iş stajı kimi nəzərə alındıqda qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına aid şərt də ödənilmiş olur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər (pensiya yaş həddi, ümumi iş stajı, güzəştli iş stajı) ödənildiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə əsaslı və qanuni olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4568/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar