Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1188/2025 15.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X1 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2024-cü ilin fevral-sentyabr ayları ərzində iddiaçıya qəyyum təyin edilməsi ilə bağlı ödənilməyən (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq) məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 2- 1(118)-4421/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçıya ötən dövrlər üçün (2024-cü il fevral-sentyabr ayları) bəzi kateqoriyalı şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü (sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə) hər ay 100 manat ümumilikdə 800 manat məbləğində ödənilməyən müavinət verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi ərizəsi təqdim edərək, “2024-cü ilin fevral-sentyabr ayları ərzində iddiaçıya qəyyum təyin edilməsi ilə bağlı ödənilməyən (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq) məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il təvəllüdlü oğlu X4, sağlamlığının 81-100% (görmə qabiliyyətini) itirdiyi üçün İ dərəcəli əlillik təyin edilib. xx.xx.2019-cu il tarixindən bəzi kateqoriyalı şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü (sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə İddiaçı) 100 manat məbləğində müavinət təyin olunmuşdur. Həmin müavinət xx.xx.2024-cü il tarixindən dayandırılmışdır (xx.xx.2024-cü il tarixindən sentyabr 2024-cü il tarixidə daxil olmaqla). İddiaçı bunun bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Onlar xx.xx.2024-cü il tarixli 3-17-1/2-V-296694/2024 saylı məktubla ərizənin icrasından imtina edərək bildirdilər ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)- 1943/2024 saylı qətnaməsinə əsasən X5 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edildiyindən və iddiaçıya qəyyumluq xx.xx.2024-cü il tarixindən verildiyindən ərizəsində qeyd etdiyi dövrlər üçün (8 ay x 100 manat=800 manat) əsassız olaraq mümkün hesab edilməmişdir. Cavabdehin imtinasını əsassız, qanunsuz və ədalətsiz hesab edir. Əvvəlki aylarda olduğu kimi bu 8 ay ərzində də oğluna iddiaçı baxmışdır. Bu səbəbdən də 800 manat pul vəsaiti iddiaçıya ödənilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə dair etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Abşeron Rayon Mənkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-1943/2024 nömrəli qətnaməsinə əsasən X5 xx.xx.2023-cü il tarixdən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddiaçı fəaliyyət qabiliyyəti olmayan övladı Ə.Vəlizadənin qəyyumu təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya övladının qəyyumu təyin edildiyi xx.xx.2024-cü il tarixdən 100 manat məbləğində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. İddiaçı iddia ərizəsində 2024-cü ilin fevral-sentyabr ayları üzrə övladına özünün qulluq etdiyini və həmin dövrlər üzrə ayda 100 manat olmaqla 8 ay üçün ümumilikdə 800 manat ödənişin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə münasibətdə qeyd edilir ki, sözügedən təqaüdün təyin edilməsi üçün qanunvericilikdə orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluğun faktiki olaraq həyata keçirilməsi deyil, həmin təqaüdün təyin edilməsinə hüququn yaranması zəruri şərt kimi qeyd edilmişdir. Belə ki, iddiaçı oğluna faktiki olaraq həmin dövrlərdə qulluq etsə belə qanunvericilikdə birbaşa olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış şəxslərə qulluq edən şəxsə münasibətdə fəaliyyət qabiliyyəti olmayan şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarı tələb olunmuşdur. Həmçinin qeyd edirlər ki, sosial müavinətlərdən fərqli olaraq Prezident təqaüdünün əvvəlki dövrlər üzrə ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 2-1(118)-4421/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, 2024-cü ilin fevral-sentyabr ayları ərzində İddiaçı, qəyyum təyin edilməsi ilə bağlı ödənilməyən (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq) məbləğin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4421/2025 nömrəli qərarı məhkəmənin gəldiy nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi belə qənəatə gəlmişdir ki, təqaüd qulluq olunan şəxsə əlilliyi müddətinə təyin edilir və iddiaçının tələb etdiyi fevral-sentyabr 2024-cü il tarixlərində iddiaçının övladı əlilliyi müəyyən edilmiş şəxs hesab edilmişdi. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)- 4421/2025 nömrəli qərarına münasibətdə qeyd edilir ki, sözügedən təqaüdün təyin edilməsi üçün qanunvericilikdə orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluğun faktiki olaraq həyata keçirilməsi deyil, həmin təqaüdün təyin edilməsinə hüququn yaranması zəruri şərt kimi qeyd edilmişdir. Belə ki, iddiaçı oğluna faktiki olaraq həmin dövrlərdə qulluq etsə belə qanunvericilikdə birbaşa olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış şəxslərə qulluq edən şəxsə münasibətdə fəaliyyət qabiliyyəti olmayan şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarı tələb olunmuşdur. “Sosial müavinət”lə “Prezident təqaüdü”nü fərqləndirmək vacibdir. Sosial müavinətlərdən fərqli olaraq Prezident təqaüdünün əvvəlki dövrlər üzrə ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki,“Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan ən çoxu 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salınsa, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. İstinad olunan qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq qeyd edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-1943/2024 nömrəli qətnaməsinə əsasən iddiaçının oğlu Ə.Vəlizadə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edildiyindən və iddiaçıya qəyyumluq xx.xx.2024-cü il tarixindən verildiyindən iddia ərizəsində qeyd olunan dövr üzrə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2019-cu il tarixli 294 nömrəli qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”: 1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə verilir 1.5. Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il aprelin 1-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. 1.6. Bu Qaydanın məqsədləri üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, əlilliyi olan uşaqların ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur. ... 2.4. Təqaüd qulluq olunanın orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin və ya əlilliyi olan uşaqların əlilliyi müddətinə təyin edilir. 3.5. Aşağıdakı hallarda təqaüdün ödənişi dayandırılır: 3.5.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya əlilliyi olan uşaq, habelə Şəxs vəfat etdikdə və ya yaşayış yerini dəyişdikdə; 3.5.2. Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 3.5.3. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin həmin faiz dərəcəsi dəyişdirildikdə və ya ləğv edildikdə, əlilliyi olan uşağın əlilliyinin müddəti bitdikdə və ya ləğv edildikdə; 3.5.5. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və ya əlilliyi müəyyən edilmiş 14-18 yaşınadək uşaq (14 yaşadək uşaqlara münasibətdə qəyyumluq və himayə orqanı) təqaüd alan şəxsin onlara qulluq etmədiyi barədə müraciət etdikdə. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı 2024-cü ilin fevral-sentyabr ayları ərzində iddiaçıya qəyyum təyin edilməsi ilə bağlı ödənilməyən (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq) məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə olunmuş “Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” ilə bağlı elektron çıxarışdan görünür ki, X4 26 sentyabr 2023-cü il tarixində “ümumi xəstəlik” səbəbi ilə müddətsiz birinci dərəcəli əlillik təyin olunmuşdur. Eləcə də iş materiallarına əlavə olunmuş sosial arayışdan görünür ki, İddiaçı 01 aprel 2019-cu il tarixində “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq edən şəxs” kateqoriyasına daxil olduğundan 100 manat məbləğində müavinət təyin edilmişdir. Sözügedən ödənişlər 12 fevral 2024-cü il tarixinədək davam etdirilmişdir. Daha sonra İddiaçı 25 sentyabr 2024-cü il tarixində “Orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxs” kateqoriyasına daxil olduğundan 100 manat məbləğində müavinət təyin edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti başçısının 17 sentyabr 2024-cü il tarixli, 261 nömrəli sərəncamından görünür ki, İddiaçı 12 fevral 2006-cı il təvəllüdlü övladı X4 qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 22 iyul 2025-ci il tarixli, 3-17-1/2-171830/2025 nömrəli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilmişdir. İddiaçı Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan X5 üzərində qəyyum təyin edildiyi xx.xx.2024- cü il tarixindən ona orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və hazırda ödənişi davam etdirilir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2019-cu il tarixli 294 nömrəli qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 1.2ci bəndinə əsasən təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə verilir. Həmin qaydaların 1.5-ci bəndinə əsasən müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il aprelin 1-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. 2.4. Təqaüd qulluq olunanın orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin və ya əlilliyi olan uşaqların əlilliyi müddətinə təyin edilir. Eləcə də qaydaların 3.5-cü bəndinə əsasən aşağıdakı hallarda təqaüdün ödənişi dayandırılır: 3.5.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya əlilliyi olan uşaq, habelə Şəxs vəfat etdikdə və ya yaşayış yerini dəyişdikdə; 3.5.2. Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 3.5.3. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin həmin faiz dərəcəsi dəyişdirildikdə və ya ləğv edildikdə, əlilliyi olan uşağın əlilliyinin müddəti bitdikdə və ya ləğv edildikdə 3.5.5. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və ya əlilliyi müəyyən edilmiş 14-18 yaşınadək uşaq (14 yaşadək uşaqlara münasibətdə qəyyumluq və himayə orqanı) təqaüd alan şəxsin onlara qulluq etmədiyi barədə müraciət etdikdə. Göründüyü kimi qanunvericilikdə təqaüdün ödənilməsi və ödənişlərin dayandırılmasının hüquqi əsasları öz əksini tapmışdır. Hazırki halda cavabdeh inzibati orqan X3 18 yaşının tamam olduğu 12 fevral 2024-cü il tarixində İddiaçı təyin olunmuş müavinət üzrə ödənişləri dayandırmış, daha sonra müavinət bərpa olunsa da, mübahisəli dövrlərlə bağlı müavinətin ödənilməsindən imtina edilmişdir. İnzibati orqan bu zaman X4 26 sentyabr 2023-cü il tarixində “ümumi xəstəlik” səbəbi ilə müddətsiz birinci dərəcəli əlillik təyin olunması halını nəzərə almamaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2019-cu il tarixli 294 nömrəli qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 1.5-ci, 2.4-cü və 3.5-ci bəndinin tələblərini pozmaqla inzibati icraat aparmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını nəzərə alaraq hesab edir ki, X4 gözdən əlil olduğuna görə 18 yaşına çatmamış müddətsiz birinci qrup əlillik təyin olunduğu üçün onun əlilliyi müddətində müvafiq müavinət ödənilməlidir. Lakin cavabdeh inzibati orqan qanunsuz inzibati icraat aparmaqla X3 və ona qulluq edən valideyninin hüquqlarını pozmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə müavinətin dayandırıldığı və bərpa edildiyi dövrlər arasında ödənilməyən hissəsi iddiaçıya ödənilməlidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 2-1(118)-4421/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.