Məhkəmə qərarları › İş №2-1(105)-1190/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1190/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1190/2025 26.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X3 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun Azərbaycan Respublikasında tanınması, ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4735/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “onun Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Dİ №0040073 saylı, 26 iyun 2024-cu il tarixli diplomunun Azərbaycan Respublikasında tanınması, ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1996-cı ildə Daxili İşlər Nazirliyinin Bakı Yanğın Texniki Məktəbində “X2” ixtisası üzrə təhsil almış və 1998-ci ildə həmin məktəbi bitirərək daxili xidmət leytinantı rütbəsi alaraq həmin tarixdən hal-hazırki vaxtadək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətində müxtəlif vəzifələrdə işləmiş, hazırda ADNŞO üzrə Yanğından Mühafizə İdarəsinin 49 nömrəli YMHnin rəisi vəzifəsində işləyir. FHN-nin Daxili xidmət mayoru rütbəsinə malikdir. Hacıyev X7 Respublikası Minsk şəhərində Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin qiyabi şöbəsinə bakalavr təhsili üzrə 08 oktyabr 2021-ci il tarixdə daxil olmuş və 26 iyun 2024-cü il tarixdə həmin Universiteti “Fövqəladə vəziyyətin xəbərdarlığı və aradan qaldırılması” ixtisası üzrə bitirmiş, diplomu Belarus Təhsil Nazirliyi tərəfindən tanınmışdır. Həmin diplomun tanınması üçün İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş və tələb olunan bütün sənədləri Nazirliyə təqdim etmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Yanında TKTA-nin NA 00036195 saylı 31 yanvar 2025-ci il tarixli məktubunda ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamasının müəyyən edilməsini qeyd edərək Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X12 təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Qeyd olunan məktubun özündə göstərildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı’nın 8.7.2ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulmuşdur. Təhsil aldığı müddətlərdə sessiyalarda iştirak etmək üçün İddiaçı hər il Belarusiya Respublikasına getmiş, tədris müddətində həmin ölkədə olaraq universitetin tədris etdiyi dərslərdə iştirak etmişdir. Belə ki, qeyd olunan diploma əlavədən göründüyü kimi İddiaçı bütün təhsil proqramını ölkənin qanunvericiliyinə uyğun olaraq yerinə yetirməklə başa çatdırmış və həmin əlavə də Belarus Təhsil Nazirliyi tərəfindən apostil edilmişdir. Belə ki, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin X8 Xidmətinin “Təhsil məzuniyyətinin verilməsi haqqında” 23 may 2023-cü il tarixli № 0316/C saylı əmri ilə İddiaçı 2023-cü ilin may ayının 23-dən iyun ayının 16-dək 15 gün müddətinə Belarusiya Respublikasına ezam edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin “Təhsil məzuniyyətinin verilməsi haqqında” 06 oktyabr 2023-cü il tarixli № 0770/C saylı əmri ilə İddiaçı 2023-cü ilin oktyabr ayının 10-dan oktyabr ayının 30-dək 21 gün müddətinə Belarusiya Respublikasına ezam edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin “Təhsil məzuniyyətinin verilməsi haqqında” 23 may 2024-cü il tarixli № 0453/C saylı əmri ilə İddiaçı 2024-cü ilin may ayının 26-dan iyun ayının 26-dək 32 təqvim günü müddətinə Belarusiya Respublikasına ezam edilmişdir. Həmçinin, İddiaçı xarici pasportunda olan Belarus Respublikasına giriş-çıxış möhürlərindən də göründüyü kimi o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin ölkənin ərazisində olmuşdur. Əlavə olaraq X6 Nazirliyinin Universiteti ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Hazirliyinin arasında qarşılıqlı razılaşmaya əsasən 2022-ci ildə Rusiya Ukrayna müharibəsinin Belarusiya ərazisindən başlanması ilə əlaqədar iddiaçı Belarusiya Respublikasının Universiteti tərəfindən oraya dəvət edilməmiş və imtahanları onlayn şəkildə vermişdir. Bu iddiaçının iradəsindən asılı olmayan obyektiv hallara görə baş vermişdir. İddiaçı həmin Unviresitetdə təhsil aldığı ixtisaslar üzrə təhsil proqramında nəzərdə tutulmuş 180-240 ECTS kreditləri toplamış, tədris təcrübəsi keçmiş, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni İddiaçı tərəfindən təhsil aldığı müəssisənin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmişdir. Yəni, hər dəfə sessiyada iştirak etmək üçün İddiaçı Belarus Respublikasında olduğu minimum müddət 180 saatdan çox olmuş, buna baxmayaraq heç bir araşdırma aparılmadan əsassız olaraq ərizənin təmin edilməsindən imtina edilmişdir. X12 Təhsil Sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 may 2003-cü il tarixli 64 saylı qərarının 3.6-cı bəndində göstərilir ki, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy: təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin qərarın 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda: təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Beləliklə, göründüyü kimi imtina üçün qanunda nəzərdə tutulan əsasların heç biri mövcud olmadan əsassız olaraq İddiaçı xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə dair etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, İddiaçı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən ona verilmiş xx.xx.2024-cü il tarixli, ДИ № ******* nömrəli diplom üzrə əldə etdiyi “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - Agentlik) müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə ali təhsil müəssisəsində sessiyalarda iştirak müddəti Azərbaycan Respublikasında qiyabi təhsilalma forması üzrə müəyyən edilmiş tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2025-ci il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. İş üzrə icraat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "X12 təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq aparılmışdır. 1.1-ci bəndində qeyd olunur ki, Bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Buna əlavə olaraq hər bir tələbənin qiyabi təhsilalma forması üzrə hər semestr üzrə 1 həftə ümumilikdə il ərzində 2 həftəlik imtahan sessiyalarında iştirak tələbi mövcuddur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir. Bu tələb yerli qanunvericilikdə əks olunmuş tələbləri xarici dövlətlərdə təhsil almış şəxslərə nisbətdə yüngülləşdirmişdir. (Halbuki bu güzəşt nisbəti yerli ali təhsil müəssisələrində 25 faiz təşkil etməkdədir) Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdakı kimi müəyyənləşdirilmişdir: İ il-getməyib (pandemiya dövrü) İİ İl 1-14 gün İİİ il 1-1 ay 21 gün Kollec diplomu əsasında qəbul olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2762/2023 saylı qərarının 25-ci bəndində qeyd olunmuşdur ki: “Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər”. Eyni qərarın 29-cu bəndində qeyd olunmuşdur ki: “Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkədə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. ” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2377/2023 saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki: “Məhkəmə Kollegiyası “iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1306/2024 saylı qərarının 28 və 29-cu bəndlərində qeyd olunmuşdur ki: “Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir. ” “Belə ki, ölkədə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkədə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. ” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2762/2023 saylı qərarının 28-ci bəndində: “Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır”. Yekun olaraq cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1-ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskression səlahiyyət əsasında qərar qəbul edildiyi üçün məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: ДИ ******* saylı ali təhsil haqqında diplomunun tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 2021-ci ildə Dövlət Təhsil Müəssisəsi Belarus Respublikası FHN-nin Mülki Müdafiə Universitetinə qəbul olmuş və 2024-cü ildə adı çəkilən universitetin tam kursunu Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ixtisası üzrə bitirmişdir. Ona Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis ixtisası verilmişdir. Hazırki diplom ixtisasın əldə olunması ilə bağlı bütün işlərin müstəqil yerinə yetirilmə hüququnu verir. ДИ ******* saylı diploma əlavədən (məqbul imtahan cədvəlindən çıxarış) görünür ki, iddiaçı 08 oktyabr 2021-ci il tarixdən 26 iyun 2024-cü il tarixədək Dövlət Təhsil Müəssisəsi Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin qiyabi fakültəsində fövqəladə halların qarşının alınması və aradan qaldırılması ixtisası üzrə fənləri mənimsəmiş, bilikləri göstərmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının 12 dekabr 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, həqiqətən 1996-cı ildən 1998-cı ilədək Daxili İşlər Nazirliyinin Bakı Yanğın Texniki Məktəbində “X2 ixtisası üzrə təhsil almışdır. Eləcə də təsdiq edilir ki, İddiaçı adına təhsil haqqında verilən AB-İİ № 033658 nömrəli (qeydiyyat № 62, xx.xx.1998-ci il tarixli) diplom həmin müddətdə aşağıdakı vəzifəli şəxslər tərəfindən imzalanmışdır. Dövlət ixtisas komissiyasının sədri - Daxili İşlər nazirinin müavini polis general-leytenantı X4; Direktor - Bakı Yanğın-Texniki Məktəbinin rəisi daxili xidmət polkovniki X9, Katib - Tədris şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı X5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin xx.xx.2021-ci il tarixli 1005/e saylı əmrilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 3-cü kurs imtahan sessiyasında distant formada iştirak etmələri üçün 2021-ci ilin dekabr ayının 13-dən 27-dək 15 təqvim günü müddətinə; 08 iyun 2022-ci il tarixli 0375/e saylı əmrilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 3-cü kurs imtahan sessiyasında distant formada iştirak etmələri üçün 2022-ci ilin iyun ayının 13-dən 27-dək 15 təqvim günü müddətinə; 23 may 2023-cü il tarixli 0316/e saylı əmrilə İddiaçı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 4-cü kurs imtahan sessiyasında distant formada iştirak etmələri üçün 2023-cü il may ayının 23-dən iyun ayının 6-dək 15 təqvim günü müddətinə, 06 oktyabr 2023-cü li tarixli 0770/e saylı əmrilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında iştirak etmələri üçün 2023-cü il oktyabr ayının 10-dan 30-dək 21 təqvim günü müddətinə, 23 may 2024-cü il tarixli 0453/e saylı əmrilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında və dövlət imtahanında iştirak etmək üçün 26 may 2024-cü il tarixdən 26 iyun 2024-cü il tarixədək 32 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir. AB-İİ 033658 saylı diplomun surətindən görünür ki, İddiaçı 1996-cı ildə Azərbaycan Respublikası DJN-nın Bakı Yanğın-Texniki Məktəbinə daxil olmuş və 05 noyabr 1998-ci ildə yanğına qarşı mühafizənin təşkili və texnikası ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İxtisas Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə ona X2 ixtisası verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4735/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Dİ №0040073 saylı, 26 iyun 2024-cu il tarixli diplomunun Azərbaycan Respublikasında tanınması, ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qərarının 7-ci səhifəsinin 4-cü abzasında vurğulanmış bəndində iddiaçının təhsili qiyabi formada həyata keçirilsə də, təqdim edilən sənədlərə əsasən onun təhsil aldığı ölkədə birinci tədris ili üzrə cəmi sıfır gün (pandemiya dövrü), ikinci il 15 gün, üçüncü il 1 ay 21 gün iştirak etməsi göstərilmişdir. Bu isə tədris prosesində real iştirakın kritik dərəcədə az olduğunu sübut edir. Belə iştirak müddəti ilə 240 AKTS kreditin mənimsənilməsi real və obyektiv şəkildə mümkün deyil. Məhkəmə qərarının 7-ci səhifəsi 4-cü abzasında Fövqəladə Hallar Nazirliyi X8 Xidməti tərəfindən təqdim edilmiş Binəqədi rayon X8 hissəsindən verilmiş məzuniyyət əmrlərə istinad edilmişdir. Bildirilir ki, bu əmrlər mötəbər sübut kimi qəbul oluna bilməz. Çünki hər bir işçinin təhsil məzuniyyətinə çıxma hüququ vardır və bu hüquq işəgötürən tərəfindən məhdudlaşdırıla bilməz və bu məhdudlaşdırma tanınma üzrə icraatın yekununda inzibati aktın qəbulu üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin x bəndinə əsasən, işçilərin hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 124cü maddəsində təhsil məzuniyyətlərinin müddətləri aşağıdakı şəkildə göstərilmişdir: “Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir”. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanına dəyişikliklər edilməsini nəzərdə tutan 24 iyul 2023-cü il tarixli 2235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Qanunun 29.0.21-ci maddəsində (X12 təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, buna müvafiq olaraq da, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə bu sahədə müvafiq Qaydalar təsdiq edilmişdir. Cavabdeh də məhz bu Qaydalar əsasında inzibati icraat aparmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X12 təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən tanınmaya dair tələblərdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmasıdır). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən bakalavr təhsili üzrə qiyabi təhsilalma formasında tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 180-240 saat müəyyən olunmuşdur ki, bu da həmin dövrdə tələbənin hər il üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci bəndində qiyabi təhsilalma forması üzrə tədris ilinin 32, hər semestrin isə 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarət olması və hər semestrə 24 kreditin müəyyənləşdirilməsi təsbit edilmişdir. Belə olan halda iddiaçının tədris yükünü dövlət standartları çərçivəsində yerinə yetirməsi mümkünlüyü istisna edilir. Bunlarla yanaşı məhkəmənin diqqətinə çatdırılmalıdır ki, iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Qeyd etmək zəruridir ki, Qaydaların 6-cı hissəsinə əsasən Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra - DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə icraat vətəndaşın müraciət tarixinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X12 təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq aparıldığından, bu Qaydaların peşə tanınması icraatı üzrə tələblərinə əsasən DİM tərəfindən təşkil olunan imtahanlarda iştirak etmədən Agentlik tərəfindən vətəndaşa peşə tanınması haqqında şəhadətnamə verilməsi mümkün deyil. Bu səbəbdən iddia tələbinin ДИ № ******* nömrəli, xx.xx.2025-ci il tarixli « Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması/qiyabi» ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması” şəklində dəqiqləşməsi zəruridir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-8.28-ci bəndlərinə əsasən nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə əsasən nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 nömrəli 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “X12 təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” Bənd 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və X12 təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən edir. 1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. 1.3. Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Bənd 3. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır. Ərizəçinin müraciətinə baxılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq aşağıdakı məlumatların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına sorğular edilir: ərizəçinin fərdi məlumatlarındakı (adı, soyadı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik; ərizəçinin təhsilalma tarixi; ərizəçinin hərbi mükəlləfiyyəti; ərizəçinin əmək fəaliyyəti; ərizəçinin sərhədkeçmə qeydiyyatı. 3.6. Agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər. 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir. 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. Bənd 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya məxsus diplomun Azərbaycan Respublikasında tanınması, ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı diplomun Azərbaycan Respublikasında tanınması, ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Kollegiya yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd edir. İş materiallarından göründüyü kimi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 31 yanvar 2025-ci il tarixli NA00036195 saylı qərarı ilə İddiaçı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Cavabdeh inzibati orqan mövqeyini onunla əsaslandırmışdır ki, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə ali təhsil müəssisəsində sessiyalarda iştirak müddəti Azərbaycan Respublikasında qiyabi təhsilalma forması üzrə müəyyən edilmiş tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdakı kimi müəyyənləşdirilmişdir: İ il-getməyib (pandemiya dövrü) İİ il 1-14 gün, İİİ il 11 ay 21 gün Kollec diplomu əsasında qəbul olunmuşdur. Hazırkı işin hallarından görünür ki, İddiaçı 2021-ci ildə Dövlət Təhsil Müəssisəsi Belarus Respublikası FHN-nin Mülki Müdafiə Universitetinə qəbul olmuş və 2024-cü ildə adı çəkilən universitetin tam kursunu Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ixtisası üzrə bitirmişdir. Ona Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis ixtisası verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin xx.xx.2021-ci il tarixli 1005/e saylı əmrilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 3-cü kurs imtahan sessiyasında distant formada iştirak etmələri üçün 2021-ci ilin dekabr ayının 13dən 27-dək 15 təqvim günü müddətinə; 08 iyun 2022-ci il tarixli 0375/e saylı əmrilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 3-cü kurs imtahan sessiyasında distant formada iştirak etmələri üçün 2022-ci ilin iyun ayının 13-dən 27-dək 15 təqvim günü müddətinə; 23 may 2023-cü il tarixli 0316/e saylı əmrilə İddiaçı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 4-cü kurs imtahan sessiyasında distant formada iştirak etmələri üçün 2023-cü il may ayının 23-dən iyun ayının 6-dək 15 təqvim günü müddətinə, 06 oktyabr 2023-cü li tarixli 0770/e saylı əmrilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında iştirak etmələri üçün 2023-cü il oktyabr ayının 10-dan 30-dək 21 təqvim günü müddətinə, 23 may 2024-cü il tarixli 0453/e saylı əmrilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında və dövlət imtahanında iştirak etmək üçün 26 may 2024-cü il tarixdən 26 iyun 2024-cü il tarixədək 32 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir. Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin 16 may 2025-ci il tarixli 48/1-35-719 saylı məktubunda qeyd edilmişdir ki, Dövlət Təhsil Müəssisəsi “Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti” Belarus Respublikası Prezidentinin 19 avqust 2016-cı il tarixli, 313 №-li Fərmanı ilə Komanda-Mühəndis İnstitutu, X11 və Təkrar Hazırlıq və İxtisasartırma İnstitutunun bazasında yaradılmışdır. Universitet, Belarus Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyaya malikdir, həmçinin Belarus Respublikası Təhsil Nazirliyinin Təhsilin Keyfiyyətinə Nəzarət Departamenti tərəfindən akkreditasiyadan keçmişdir. xx.xx.2021-ci il tarixli, Mülki Müdafiə Universitetinin № 145к/л-с əmri ilə iddiaçı qiyabi (distant) təhsil forması üzrə təhsil almaq üçün qısaldılmış müddətə qəbul olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təhsili, xx.xx.2006-cı il tarixli “Belarus Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən və xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Tağızadə f.d.o. tərəfindən razılaşdırılmış “Xarici təhsilalanların (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının) distant təhsil forması üzrə təhsil prosesinin təşkili haqqında Təlimat’’a uyğun olaraq həyata keçirilir. Qiyabi (distant) təhsil forması, tədris materiallarının bir hissəsinin müstəqil şəkildə və bir hissəsinin isə müəllimlə birbaşa öyrənilməsini, bilik, bacarıq və vərdişlərin yoxlanılmasını isə imtahan-laborator sessiyaları çərçivəsində keçirilən cari və yekun attestasiya zamanı nəzərdə tutur. Universitetdə imtahan-laborator sessiyaları tək semestrlərdə müasir kommunikasiya və informasiya texnologiyalarından istifadə etməklə, videokonfrans rabitəsi vasitəsilə təhsilalanın şəxsiyyətinin identifikasiyası və autentifikasiyası imkanı ilə təşkil olunmuşdur. Cüt semestrlərdə isə sessiyalar birbaşa universitetin özündə keçirilmişdir. İmtahan-laboratoriya sessiyalarının keçirilmə müddətləri: 3-cü kurs (xx.xx.2021-xx.xx.2021; xx.xx.2022-xx.xx.2022), 4-cü kurs (xx.xx.2022xx.xx.2022; xx.xx.2023-xx.xx.2023), 5-ci kurs (xx.xx.2023-xx.xx.2023; xx.xx.2024xx.xx.2024), Dövlət imtahan komissiyası (xx.xx.2024-xx.xx.2024). Belarus Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi saytındakı məlumata əsasən, xx.xx.2020-ci il tarixinədək xüsusi karantin rejimi qüvvədə olmuşdur, bu rejimə əsasən: - qonşu dövlətlərlə: Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə ilə sərhədlər bağlıdır; - bütün istiqamətlər üzrə müntəzəm sərnişin daşımaları dayandırılmışdır; -yükdaşımalardan, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi ilə azərbaycan vətəndaşlarının evakuasiyası üçün həyata keçirilən çarter və xüsusi reyslər istisna olmaqla, istənilən nəqliyyat vasitəsi ilə Azərbaycan ərazisinə giriş/çıxış qadağan edilmişdir; - xaricdən gələn Azərbaycan vətəndaşları ilə yanaşı, COVİD-19 testindən keçmiş xarici vətəndaşlar da xüsusi yaradılmış sahə zonalarında və ya polis nəzarəti altında, tibb müşahidəsi ilə olan ayrılmış yerlərdə ən azı 14 gün olmaqla məcburi karantinə yerləşdirilir, diplomatik nümayəndəliklərin əməkdaşları isə yaşayış yerində ən azı 14 gün müddətində özünü təcrid rejimində saxlayırlar. Təhsil və əldə olunmuş bilik, bacarıq və vərdişlərin Dövlət imtahan komissiyası tərəfindən qiymətləndirilməsi nəticəsində «Fövqəladə Halların qarşısının alınması və aradan qaldırılması» ixtisası üzrə «Fövqəladə Halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis» ixtisası verilmiş və təsdiq olunmuş nümunəyə uyğun diplom təqdim edilmişdir, hansı ki, “Belarus Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında Saziş”ə əsasən Azərbaycan Respublikasında tanınmalıdır. Mülki Müdafiə Universitetinin xx.xx.2024-cü il tarixli № 63-k əmrinə əsasən, təhsili başa vurduqlarına görə universitetdən xaric ediliblər. ДИ ******* saylı ali təhsil haqqında diplomunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2021-ci ildə Dövlət Təhsil Müəssisəsi Belarus Respublikası FHN-nin Mülki Müdafiə Universitetinə qəbul olmuş və 2024-cü ildə adı çəkilən universitetin tam kursunu Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ixtisası üzrə bitirmişdir. Ona Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis istisası verilmişdir. Hazırki diplom ixtisasın əldə olunması ilə bağlı bütün işlərin müstəqil yerinə yetirilmə hüququnu verir. ДИ ******* saylı diploma əlavəyə (məqbul imtahan cədvəlindən çıxarış) əsasən, iddiaçı 08 oktyabr 2021-ci il tarixdən 26 iyun 2024-cü il tarixədək Dövlət Təhsil Müəssisəsi Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin qiyabi fakültəsində fövqəladə halların qarşının alınması və aradan qaldırılması ixtisası üzrə fənləri mənimsəmiş, bilikləri göstərmişdir. Beləliklə, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı təhsil aldığı dövrdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətində xidmət etmiş və müvafiq əmrlərə əsasən 2021-ci ildən 2024-cü ilədək müddət ərzində təhsil məzuniyyəti ilə əlaqədar Belarusiya Respublikasına getmişdir. Tədris müddətinə münasibətdə iddiaçının xarici ölkə ərazisində olduğu müddətin yetərli olmadığına dair cavabdehin imtina məktubu və şikayətin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əlahiddə olaraq deyil, şəxsin tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Bundan əlavə, həmçinin konkret müddət ərzində şəxsin tədris yükünü yerinə yetirməsi və mənimsəməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu da diqqətə alınmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı pandemiya dövrü istisna olmaqla, bütün tədris illərində təhsil aldığı ölkə ərazisində müvafiq müddətlərdə olmuşdur. İddiaçının təhsil müddəti təhsil aldığı müəssisə tərəfindən məqbul hesab edilərək, təhsil müddətinin yekununda ona bakalavr diplomu verilmiş, eləcə də, diplomu təhsil aldığı ölkənin müvafiq qurumu tərəfindən apostil olunaraq təsdiq edilmişdir. Əlavə olaraq məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, illər öncə kadr çatışmazlığı səbəbindən xaricə təhsil alması üçün vətəndaşların göndərilməsi nazirlik tərəfindən maliyyələşdirilirdi. Bəzi imtahanlar distant, yəni onlayn şəkildə təşkil edilmişdir. Dərslərin distant, yəni onlayn keçirilməsi ilə bağlı Belarusiya Respublikasından Fövqəladə Hallar Nazirliyinə məktub göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edilən müddətin müəyyən edilmiş tədris yükünün mənimsənilməsini yetərsiz hesab etməyə əsas görmür. Kollegiya yuxarıda qeyd olunanlardan əlavə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007-ci il tarixli 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Sazişə əsasən də hazırki iddianı əsaslı hesab edir. Belə ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarını ixtisaslı kadrlarla təmin etmək, əməkdaşların nəzəri və peşə hazırlığını artırmaq məqsədi ilə fövqəladə hallar orqanlarının təhsil müəssisələrindən, ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemindən və digər tədbirlərdən istifadə olunur. Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007-ci il tarixli 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Sazişin 1-ci maddəsinə əsasən tərəflər milli qanunvericiliyə uyğun olaraq və Tərəflərin səlahiyyətləri çərçivəsində aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər: informasiya, dövri mətbuat, metodiki və elmi-texniki ədəbiyyat, elmi tədqiqat işlərinin nəticələri, video, foto və digər materialların mübadiləsi; birgə işçi müşavirələrinin, seminarların, konfransların, tədris kurslarının, məşqlərin, təlimlərin, elmi tədqiqat layihələrinin, idman və digər tədbirlərin planlaşdırılması, işlənməsi və həyata keçirilməsi; Tərəflərin tədris müəssisələrində mütəxəssislərin hazırlığının təşkil edilməsi, təcrübə keçənlərin, müəllimlərin, alimlərin, mütəxəssislərin və digər əməkdaşların mübadiləsi; Tərəflərin fəaliyyətinə aid olan gənclər, könüllülər, idman və digər ictimai hərəkatlar sahəsində əməkdaşlığın inkişafı; Tərəflərin səlahiyyətinə daxil olan məsələlər üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin işlənib hazırlanması; texniki, sosial və humanitar əməkdaşlıq üzrə birgə layihələrin hazırlanması və həyata keçirilməsi; zərurət yarandıqda, təbii və texnogen mənşəli fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə qarşılıqlı yardımın və ya üçüncü ölkələrə birgə yardımın göstərilməsinin təşkili; Tərəflərin səlahiyyətlərinə daxil olan digər fəaliyyətin həyata keçirilməsi. Kollegiya əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərinin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən tanınmanın iki növü nəzərdə tutulmuşdur: kvalifikasiyanın akademik tanınması və kvalifikasiyanın peşə tanınması. Qaydaların 1.5.5-ci bəndinə əsasən kvalifikasiyanın akademik tanınması – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsidir. 1.5.6-cı bəndə əsasən kvalifikasiyanın peşə tanınması – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsidir. Sözügedən Qaydaların 6-cı bəndinə əsasən peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir. Göründüyü kimi iddiaçı mühəndislik ixtisası üzrə təhsil aldığından müvafiq sınaq imtahanında iştirak etməklə müvəffəqiyyət qazandıqdan sonra kvalifikasiyanın peşə tanınmasına nail ola bilər. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Dİ №0040073 saylı, 26 iyun 2024-cü il tarixli diplomuna dair kvalifikasiyanın akademik tanınması öhəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən verilmiş Dİ ******* nömrəli, 26 iyun 2024-cü il tarixli diplom üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4735/2025 nömrəli qərarı dəyişdirilsin. İddiaçı Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən verilmiş Dİ ******* nömrəli, 26 iyun 2024-cü il tarixli diplom üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar