Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1192/2025 04.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və Cavabdeh başçısının Masazır qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4709/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Cavabdeh başçısının Masazır kənd nümayəndəliyi üzrə xx.xx.1995-ci il tarixli 27 saylı sərəncamının və Cavabdeh Masazır kənd icra nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı vətəndaşlara torpaq sahəsi ayrılması barədə sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh başçısının Masazır qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əlavə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(118)-4709/2025 nömrəli qərardadına əsasən X10 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2-1(118)-4709/2025 nömrəli qərardadına əsasən Cavabdeh Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi cavabdeh qismində işə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0,0597 ha torpaq sahəsini xx.xx.2010-cu il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında İddiaçı pulunu ödəməklə satıcı X2 alqı-satqı yolu ilə almışdır. Bununla bağlı iddiaçının adına xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, həmçinin xx.xx.2010-cu il tarixdə “torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Həmin vaxtdan etibarən uzun illərdir ki, torpaq sahəsi iddiaçının mülkiyyətində olmaqla faktiki istifadəsindədir, lakin iddiaçı bir neçə müddətdir ki, ölkə hüdudlarından kənarda yaşayır. İddiaçıya bu yaxınlarda məlum olmuşdur ki, yuxarıda qeyd olunan ünvanda ona məxsus torpaq sahəsinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv edilmişdir. İddiaçı bununla bağlı cavabdeh təşkilata müraciət edərək məsələni araşdırmağa cəhd etmişdir. Cavabdeh isə bununla bağlı öz məktubunda bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(012)- 1334/2010 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ə.R.Səmədov) iddiaçı X4 iddiası təmin edilmiş, X3 adına olan **********59 reyestr nömrəli çıxarış qismən, yəni 0,0647 ha hissədə ləğv edilmiş və onun əsasında həmin torpaq sahəsinə dair aparılmış əməliyyatlar nəticəsində verilmiş hüquqmüəyyənedici sənədlər etibarsız hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli 2(105)- 543/2013 saylı qətnaməsi ilə (sədrlik edan hakim - T.O.Quliyev) cavabdeh M.Q.Əliyevanın apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(012)-1334/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli 2(102)- 3763/2013 saylı qərarı ilə (sədrlik eden hakim Ə.Ə.Şadiyev) cavabdeh M.Q.Əliyevanın kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli 2(105)-543/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən X3 adına olan **********59 reyestr nömrəli çıxarış qismən, yəni 0,0647 ha hissədə ləğv edilmiş və onun əsasında həmin torpaq sahəsinə dair aparılmış əməliyyatlar nəticəsində verilmiş hüquqmüəyyənedici sənədlər etibarsız hesab edildiyindən, İddiaçı adına olan **********67 reyestr nömrəli çıxarış ləğv edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi üzərində başqa şəxsin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yuxarıda göstərilənlərə əsasən ərizənin icrası mümkün olmamışdır. Bu səbəbdən iddia ərizəsilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “X5 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli ‘Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, Abşeron rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0,0597 ha torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsününün bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Yekun olaraq Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1707/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə iddia ərizəsi mümkün sayılmamışdır. İddia ərizəsi məhkəməyə təqdim edən zaman X5 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsini, Abşeron rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0,0597 ha torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsününün bərpa edilməsini tələb etmişdir. Məhkəmə isə qeyd etmişdir ki, hazırda qüvvədə olan ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı X10 torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında almışdır. Sözügedən torpaq sahəsinə dair kök sənəd isə Cavabdeh Başçısının Masazır kənd nümayəndəliyi üzrə xx.xx.1995-ci il tarixli 27 saylı Sərəncamıdır. Sərəncam hazırda qüvvədə olduğundan sərəncam ləğv edilməmiş, dövlət reyestrindən çıxarışın ləğv edilməsi mümkün deyildir. İddia ərizəsinə əlavə etdiyi Cavabdeh Abşeron Rayon Dövlət Arxivinin 15.01,2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Xırdalan Südçülük-Tərəvəzçilik sovxozunun direktorunun xx.xx.1995-ci il tarixli 84 saylı sərəncamına əsasən X6 10 sot torpaq sahəsinin naturada bölgüsünü rayon memarlıq şöbəsilə razılaşdırıldıqdan sonra təhkim edilmiş həyətyanı torpaq sahəsində Azərbaycan Respublikasında kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə ev tikdirilməsini məqsədəuyğun hesab edir. İddia ərizəsinə əlavə etdiyi Cavabdeh Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Cavabdeh Masazır kənd İcra Nümayəndəliyinin sənədlərində xx.xx.1995-ci il tarixli 27 saylı sərəncam aşkar edilməmiş, eyni zamanda Abşeron Rayon Xırdalan Südçülük-Tərəvəzçilik sovxozunun 1990-1995-ci illərin işçilərin işə qəbul - işdən azad edilmə barədə əmrlər kitabında və Cavabdeh Masazır kənd İcra Nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı vətəndaşlara torpaq sahəsi ayrılması barədə sərəncamında X4 adı aşkar edilməmişdir. Göründüyü kimi qeyd olunan sərəncam kökü məlum olmayan sənəd üstündə yalnız kağızdan ibarət əhəmiyyətsiz əqddir. Bu səbəbdən iddiaçı qeyd olunan sərəncamın etibarsız hesab edilməsilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə dair etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, iddia tələbinə münasibət bildirilməsi məqsədilə tərəflərindən Rayon Dövlət Arxivinə mübahisələndirilən sərəncamların arxiv əsasları barədə sorğu verilmişdir. Həmin sorğuya verilmiş 12 may 2025-ci il tarixli, 3-48-1RA/2-420/25 cavab məktubunda bildirilir ki, Masazır icra nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 nömrəli sərəncamı ilə vətəndaşlara torpaq sahələri ayrılmışdır. Məktubdan məlum olur ki, qeyd olunan sərəncamla bir neçə şəxsə torpaq sahəsi ayrılmışdır və sərəncamın etibarsız hesab edilməsi ilə digər şəxslərin də hüquqları pozulmuş olacaqdır. Hesab edilir ki, iddiaçı mübahisələndirilən sərəncamın X7 münasibətdə etibarsız edilməsi tələbi ilə məhkəməyə müraciət etməli idi. Üçüncü şəxsin vəkili “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə iddia tələbinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, iddia ərizəsinin mahiyyətindən aydın olur ki, iddiaçı ona məxsus torpağa dair alqı-satqı və çıxarışın ləğvindən 10-15 il əvvəldən məlumatlı olmuş, lakin maraqlı tərəf kimi proseslərə qoşulmamış bununla da kəsici müddəti ötürmüşdür. 2. Digər tərəfdən iddianın mümkünlüyü baxımından məsələni araşdırsaq iddiaçının subyektiv hüquq və torpağa dair ilkin sənədlərə aidiyyəti məsələsi də istitsna olunur ki, bununla bağlı iddianı satıcının müstəsna hüququ hesab edilməlidir. 3. İddia tələbi inzibati orqana qarşı verilsə də burada əqdin etibarsızlığı məsələsi önə çəkilir ki, bu da mülki mühakimənin predmetinə aid edilməlidir. 4. İddiaın ümumi və xüsusi mümkünlük şərtləri ərizədə özünü tam şəkildə ehtiva etdirmir və hansı növ iddianın olması göstərilmədiyi üçün müvafiq şərtlər ödənilməmiş qalır. məcburetmə, müəyyənetmə və ya tanınma, mübahisələndirmə və ya öhdəlik növü ilə əlaqəsi. 5. İnzibati orqan təsnifatında cavabdehlərin səlahiyyət məsələsi araşdırılmalı və bu məsələyə müvafiq münasibət bildirilməlidir. 6. İnzibati aktın ləğvi məsələsi araşdırılırılarsa iddia müddətlərinin ötürülməsini də görmüş olarıq. 7. Mübahisələndirmə haqqında iddia İİQ-nin 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır (bax: İPM-in 38-ci maddəsi). Odur ki, qeyd olunanları nəzərə alaraq hesab edirik ki, iddia tələbi mümkünlük şərtlərini ödəməməklə yanaşı sübutların yetərsizliyi baxımından da əsassızdır və təmin edilməməlidir. Həmçinin, məhkəmədə iddia qaldırmaq üçün tələb edilən müddətin məhkəmə tərəfindən nəzərə alınaraq iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4709/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Qəşəm Məmmədli). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia mümkün hesab edilərək baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim edən zaman X5 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021c il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli ‘Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ların ləğv edilməsini, Abşeron rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0,0597 ha torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsününün bərpa edilməsini tələb etmişdik. Məhkəmə isə qeyd etmişdir ki, hazırda qüvvədə olan ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”-ı X10 torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında almışdır. Sözügedən torpaq sahəsinə dair kök sənəd isə Cavabdeh Başçısının Masazır kənd nümayəndəliyi üzrə xx.xx.1995-ci il tarixli 27 saylı Sərəncamıdır. Sərəncam hazırda qüvvədə olduğundan sərəncam ləğv edilməmiş, dövlət reyestrindən çıxarışın ləğv edilməsi mümkün deyildir. İddia ərizəsinə əlavə etdiyi Cavabdeh Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Xırdalan Südçülük-Tərəvəzçilik sovxozunun direktorunun xx.xx.1995-ci il tarixli 84 saylı sərəncamına əsasən X6 10 sot torpaq sahəsinin naturada bölgüsünü rayon memarlıq şöbəsilə razılaşdırıldıqdan sonra təhkim edilmiş həyətyanı torpaq sahəsində Azərbaycan Respublikasında kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə ev tikdirilməsini məqsədəuyğun hesab edir. İddia ərizəsinə əlavə etdiyi Cavabdeh Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda qey edilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Cavabdeh Masazır kənd İcra Nümayəndəliyini sənədlərində xx.xx.1995-ci il tarixli 27 saylı sərəncam aşkar edilməmiş, eyni zamanda Abşeron Rayon Xırdalan Südçülük-Tərəvəzçilil sovxozunun 1990-1995-ci illərin işçilərin işə qəbul-işdən azad edilmə barədə əmrlər kitabında və Cavabdeh Masazır kənd İcra Nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı vətəndaşlara torpaq sahəsi ayrılması barədə sərəncamında X4 ad aşkar edilməmişdir. Göründüyü kimi qeyd olunan sərəncam kökü məlum olmayan sənəd üstündə yalnız kağızdan ibarət əhəmiyyətsiz əqddir. Göstərilənləri əsas tutaraq iddia ərizəsilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərəkCavabdeh Başçısınır Masazır kənd nümayəndəliyi üzrə xx.xx.1995-ci il tarixli 27 saylı Sərəncamının və Cavabdeh Masazır kənd İcr Nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı vətəndaşlara torpaq sahəsi ayrılması barədə sərəncamının X7 münasibətdə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişik. İddia ərizəsinə əlavə etdiyim Cavabdeh Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Cavabdeh Masazır kənd İcra Nümayəndəliyini sənədlərində xx.xx.1995-ci il tarixli 27 saylı sərəncam aşkar edilməmiş, eyni zamanda Abşeron Rayon Xırdalan Südçülük- Tərəvəzçilii sovxozunun 1990-1995-ci illərin işçilərin işə qəbul-işdən azad edilmə barədə əmrlər kitabında və Cavabdeh Masazır kənd İcra Nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı vətəndaşlara torpaq sahəsi ayrılması barədə sərəncamında X4 ad aşkar edilməmişdir. Halbuki bu məktub həmin sərəncamın etibarsız hesab edilməsi üçün tam əsasdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Digərləri isə gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iddia tələbi Cavabdeh başçısının Masazır kənd nümayəndəliyi üzrə xx.xx.1995-ci il tarixli 27 saylı sərəncamının və Cavabdeh Masazır kənd icra nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı vətəndaşlara torpaq sahəsi ayrılması barədə sərəncamının etibarsız hesab edilməsi barədədir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: ”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Plenum Qərarının 5.1-ci bəndinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilib ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını........ yoxlamalıdırlar (2.3). İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada, şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən olunmuşdur ki, X9 xx.xx.2010-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan torpaq sahəsinin 0,0597 ha hissəsini iddiaçıya satmışdır. Daha sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən torpaq sahəsinə dair M.Əliyevanın adına aparılmış qeydiyyat 0,0647 ha torpaq sahəsinə münasibətdə ləğv edilmiş, eləcə də, həmin qeydiyyat əsasında həmin torpaq sahəsinə dair aparılmış qeydiyyatlar, o cümlədən, 0,0597 ha torpaq sahəsinə dair iddiaçının adına aparılmış qeydiyyat da ləğv edilmişdir. Həmin torpaq sahəsi hazırda üçüncü şəxs X5 xüsusi mülkiyyətindədir. Bu eyni zamanda işin mübahisə olunmayan halıdır. Hazırda iddiaçı torpaq sahəsinin digər şəxslərə ayrılması barədə 30 aprel 1995-ci il tarixli, 27 nömrəli və 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamların etibarsız hesab olunmasını tələb edir və əsas hüquqi marağı X2 aldığı torpaq sahəsinə mülkiyyət hüququnu bərpa etməyə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 04 oktyabr 2010-cu il tarixli 2(012)-1334/2010 nömrəli qətnaməsi ilə iddiaçı X4 iddiası təmin edilmiş, X3 adına olan **********59 reyestr nömrəli çıxarış qismən, yəni 0,0647 ha hissədə ləğv edilmiş və onun əsasında həmin torpaq sahəsinə dair aparılmış əməliyyatlar nəticəsində verilmiş hüquqmüəyyənedici sənədlər etibarsız hesab edilmişdir. Bundan sonra İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “X5 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli ‘Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, Abşeron rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0,0597 ha torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsününün bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1707/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, iddia tələbində qeyd olunan inzibati aktlar 30 aprel 1995-ci il və 06 avqust 1996-cı il tarixlərdə qəbul edilmişdir. İddiaçı isə həmin torpaq sahəsini xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Göründüyü kimi, qeyd olunan sərəncamlar qəbul edilən zaman iddiaçının torpaq sahəsinə dair hər hansı hüququ mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı subyektiv hüququnu özünün istinad etdiyi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə itirmişdir. Kollegiya hesab edir ki, hazırkı iddia qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının hüquqi qüvvəsi ilə bağlı hüquqi müəyyənlik prinsipinə zidd olması baxımından da əsaslı hesab edilə bilməz. Halbu ki, iddiaçının digər hüquq müdafiə imkanlarından istifadə edə bilməsi istisna edilmir. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ olsaydı belə, iddianın digər mümkünlük şərtlərindən biri olan iddia müddəti ilə bağlı şərti də ödənilmir. Belə ki, İnzibati Prosessual Məcəllə 01 yanvar 2011-ci il tarixində qanuni qüvvəyə minmişdir. Həmin tarixə qədər mövcud olmuş inzibati hüquq münasibətləri ilə bağlı tələblər Mülki Prosessual Məcəllənin ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraat (xüsusi iddia icraatı) adlanan ikinci yarımbölməsində yerləşən fəsillərlə tənzimlənirdi. Mülki Məcəllənin 373.1-ci maddəsinin tələbinə əsasən isə ümumi iddia müddəti 10 ildir. Eyni zamanda Mülki Məcəllənin 551.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 01 yanvar 2011-ci il tarixində İnzibati Prosessual Məcəllə qanuni qüvvəyə mindikdən sonra yaranan inzibati hüquq münasibətləri ilə bağlı iddia müddətlərinin tətbiqi məsələsi isə həmin məcəllənin müddəaları ilə tənzimlənir. İddia tələbinin əsasını təşkil edən məsələnin 1995-1996-cı il tarixlərinə aid olduğu nəzərə alındığı təqdirdə, hazırki iş üzrə Mülki Prosessual Məcəllənin müvafiq maddələrinin tələbi tətbiq olunmalıdır. Beləliklə də, hazırki iddia tələbi iddia müddəti ilə bağlı şərtə də riayət olunmadığından iddia mümkün sayılmamalıdır. Əlavə olaraq iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi ilə yanaşı iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddianın mümkünlük məsələsi məhkəmə prosesinin istənilən mərhələsində yoxlanılmalıdır və bununla bağlı ayrıca qərardad qəbul edilməsi nəzərdə tutulmamışdır. Əgər iddianın mümkünsüzlüyünə səbəb olan yeni əsas yaranarsa, məhkəmə prosesinin istənilən mərhələsində bununla bağlı qərardad qəbul edilə bilər. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir, məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4709/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3